Press "Enter" to skip to content

Xsiyyət vəsiqəsi ilə necə kredit almaq olar

Zülfiyyə xanım deyir ki, satıcı ona yalnız 100 manat itirəcəyini deyib. Sənədləşmə zamanı isə vəziyyətin başqa cür olduğunu görüb. İtirdiyi vaxta heyfi gələrək müqavilə ilə razılaşıb.

Şəxsiyyət vəsiqəsinin surətini anındaca əldə etmək olar – yeni xidmət

Belə ki, bu gün bir çoxumuz şəxsiyyəti təsdiq edən sənədi gündəlik özümüzlə daşımırıq. Lakin, bəzi hallarda, şəxsiyyət vəsiqəsindəki məlumatlara ehtiyac yaranır. Bu halda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökumət” portalı vətəndaşın köməyinə gələ bilər.

Bunun üçün ilk olaraq portalda qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçərkən istifadəçinin istəyinə uyğun istənilən autentifikasiya vasitəsi (istifadəçi adı/şifrə, e-imza kartı, asan imza, e-gov identi) seçilə bilər.

Qeyd edək ki, portal öz istifadəçisini identifikasiya etdiyi üçün vətəndaşın fərdi məlumatları avtomatik formalaşır.

Daha sonra, “Elektron arayışlar” bölməsinə (www.e-gov.az/az/services/topic/49 ) daxil olaraq, “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” növü seçilir. Açılan pəncərədə əks olunan şəxsiyyət vəsiqəsinin elektron nümunəsini aidiyyatı təşkilatlara göndərmək və ya çap edərək kağız şəklində təqdim etmək mümkündür.

Qeyd edək ki, “Elektron hökumət” portalı vasitəsilə təqdim edilən arayışlar portal tərəfindən e-imza ilə imzalandığından, eyni zamanda “QR” kod və ştrix kodla təsdiqləndiyindən “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”nun 24.4 bəndinə əsasən, “Elektron arayış” kağız üzərində olan arayışlarla bərabər hüquqi qüvvəyə malikdir.

2016-cı ilin yanvar ayı ərzində “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” elektron xidmətindən 2193 dəfə istifadə olunub.

Şəxsiyyət vəsiqəsi ilə necə kredit almaq olar?

Anspress-in məlumatına görə, evdar qadın olan 50 yaşlı Bakı sakini Səlimə xala ölkədə fəaliyyət göstərən kredit şirkətlərindən yaman gileylidir. O, deyir ki, hər gün televizorda gördüyü “yalnız şəxsiyyət vəsiqəsi ilə kredit” reklamlarından sonra o da öz pasportu ilə kreditə kondisioner götürmək istəyib:

“Yataqxanada yaşayan ailəyik, gəlirimiz elə də çox deyil ki, nağd pula nə isə alaq. Televiziyada yalnız şəxsiyyət vəsiqəsi ilə kredit reklamını görüb, deyilən ünvana yollandım. Amma yataqxanada yaşadığımızı öyəndikdən sonra heç üzümüzə də baxmadılar”.

Əslində Səlimə xalanın gileylənməyə kifayət qədər haqqı var. Əminəm ki, hər biriniz ən azı hər gün metro, avtobus, dayancaq, televizor, küçələrdə asılan iri löhvələr və eləcə də mağazaların üzərində “yalnız şəxsiyyət vəsiqəsi və ya tələbə bileti ilə kredit” yazılan cəlbedici reklamları görürsünüz. Amma bu kredit prosesi əslində heç də kənardan göründüyü qədər sadə deyil.

Hərbçi, qaçqın və ya məcburi köçkünlərə kredit verilmir

Məsələ ilə maraqlanmaq qərarına gəldik. Üz tutduq yalnız şəxsiyyət vəsiqəsi ilə kreditə mal satdığını ela edən mağazalardan birinə. Əvvəlcə, satıcı ilə söhbətləşdik. Məlum oldu ki, yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə kredit almaq imkanından istifadə edən şəxs nə yataqxanada yaşamalı, nə hərbçi olmalı, nə də ki qaçqın və ya məcburi köçkün statusu olmalıdır. Şəhər qeydiyyatı və üstəlik 2-3 nəfər zamini olması da mütləqdir. Bundan başqa, kredit götürmək istəyən şəxsin mütləq iş yeri olmalı, eyni zamanda 2-3 nəfər qonşu və yaxın qohumunun öz adlarına olan şəhər nömrələri təqdim olunmalıdır. Bundan başqa, mümkün qədər kommunal borcunuz olmamalıdır. Telefon nömrəsini verdiyiniz qohum və qonşularınızın ən azından atasının adını və soyadını bilmək lazımdır, onların da Bakı qeydiyyatında olması vacibdir.

Kredit götürən mütləq işləməlidir

Üstəlik məlum oldu ki, yalnız şəxsiyyət vəsiqəsi tələb olunsa da, kredit götürən şəxsin həmçinin iş yeri olmalıdır. Bunun üçün xüsusi arayış tələb olunmasa da, iş yerinin əlaqə nömrələri istənilir və yerindəcə əlaqə yaradılaraq, həmin şəxsin orada işləyib-işləməməsi dəqiqləşdirilir.

Çox təəssüf ki, istehlakçının aldadılması Azərbaycanda adi hal alıb. Məsələn, hazırda ən populyar kredit şirkətlərindən birinin reklamında deyilir “sənədləşmə 15-20 dəqiqə ərzində yekunlaşır”. Şəxsi təcrübəmdə isə prosesin 1 saata kimi sürdüyünün şahidi oldum. Üstəlik, reklam anonslarında deyilir ki, bu ay al, gələn ay ödə. Amma sənədləşmə zamanı təxminən 20 manatdan 40 manata kimi komissyon haqq tələb olunur. Üstəlik, bank üçün 10 manat da xidmət haqqı ödəməli olursan.

Mütləq Bakı qeydiyyatında olmalısan

Daha bir telefon mağazasının reklamlarında isə iri hərflərlə “0 faizsiz və yerində tək şəxsiyyət vəsiqəsi və ya tələbə bileti ilə kredit verilir” yazılıb. Kredit götürməyə gəldikdə isə bir sıra şərtlərlə qarşılaşdıq: Bakıda qeydiyyatda olmalısan, özü də mütləq bina evində, yaşın 25-dən yuxarı olmalıdır, ən əsası isə zamin duracaq şəxs göstərməlisən. Üstəlik, zamin duracaq şəxs mütləq valideynin olmalıdır. Kreditin faizsiz olduğuna gəldikdə isə bu, ancaq 3 aya qədər olan kreditlərə aiddir. Üç aydan artıq çəkdikdə, məsələn, 1 ilə 25%, 6 aya isə 15% ödənilir. Bu da 0 faizsiz və yerində tək şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə kredit.

Qeyd edək ki, “Reklam haqqında” qanunun 8-ci maddəsində açıq yazılıb:

Maddə 8. Qeyri-dəqiq reklam
Aşağıdakılar barədə həqiqətə uyğun olmayan məlumatları əks etdirən reklam qeyri-dəqiq hesab olunur:
. ödəmənin əlavə şərtləri;
Qeyri-dəqiq reklam yolverilməzdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, bu cür yalançı təkliflərlə şirkətlərlə yanaşı, bir sıra banklar da məşğul olur. O deyir ki, reklam məlumatları beynəlxalq standartlara görə hərtərəfli olmalıdır. Qanun müştərinin, istehlakçının aldadılmasını qadağan edir. Azərbaycan qanunvericiliyi də bu cür reklamların tam və aydın şəkildə olmasını tələb edir. Düzdür, vətəndaş həmin məhsulu almaya bilər, amma burada əsas məsələ vətəndaşın aldadılmasından gedir. Bu da istelakçının hüquqlarının pozulması deməkdir.

Beynəlxalq təcrübədə isə bizdən fərqli olaraq reklamlarda yalnız şəxsiyyət vəsiqəsi ilə verilən kredit prosesi başqa cür həyata keçirilir. Məsələn, ABŞ-da şəxsiyyət vəsiqəsi ilə kredit reklamları göstərilən şərtlərdən artıq istehlakçıdan heç nə tələb olunmur. Əks təqdirdə bu, qanun pozuntusu kimi qiymətləndirilir və məsələ məhkəmə ilə yekunlaşır. Bizə yaxın olan MDB-də də bu məsələ inkişaf edib və istehlakçıların hüquqlarının pozulmasına yol verilmir. Məsələn, kreditlə əmlakın götürülməsi sistemi ən yaxşı Rusiya və Qazaxıstanda qurulub. Bu ölkələrin sakinləri ancaq şəxsiyyət vəsiqəsini təqdim etməklə kredit və kreditə istədikləri əşyanı ala bilirlər.

İsteklakçıların aldadılması qanuna ziddir

Qərbdə isteklakçıların hüquqlarının pozulması və onların aldadılması qanuna ziddir. Əgər istehsalçı kredit zamanı istehlakçıdan reklamda təklif etdiyi şərtlərdən artıq nəsə tələb edərsə, istehlakçının həmin istehsalçını məhkəməyə vermək hüququ var. Lakin bu məsələdə problemin bir tərəfi ondan ibarətdir ki, Azərbaycanda istehlakçının hüquqları pozulduqda onun məhkəməyə müraciət etməsi ilə bağlı hələlik hər hansı bir prinsip və ya qayda yoxdur. Buna baxmayaraq bu, qanunvericiliyə, eləcə də biznes etikasına ziddir.

Yataqxanada yaşayan şəxsin Bakı qeydiyyatında olmasına baxmayaraq kredit ala bilməməsinə gəlincə isə ekspert deyir ki, bu, heç bir halda düzgün deyil: “Əgər vətəndaş Bakı qeydiyyatındadırsa, onun yataqxana və ya başqa yerdə yaşaması şərt olaraq irəli sürülə bilməz. Bu, həmin şəxsin sosial statusunun və hüquqlarının pozulması deməkdir”.

Burada maraq doğuran məqamlardan biri isə verilən kreditlərin qiymətidir. Həmin şirkətlər kreditlərin faizlərini hesablayırlar. Məsələn, reklamlarda ancaq kreditin məbləği göstərilir, lakin faizi göstərilmir. Ekpertin sözlərinə görə, ən yüksək faiz avtomobillərin alınmasında müşahidə olunur- 20 faiz. Həmin faiz də istehlakçı hər hansı bir əşya alarkən onun məbləğinin üzərinə gəlir. Nəticədə istehlakçı məsələn, 150 manat əvəzinə 260 manat ödəyir.

Eyni vəziyyətlə həmkarımla birgə televizor almaq üçün müraciət etdiyimiz mağazada qarşılaşdıq. Məsələn, kreditə 43-lük ekranı olan televizoru Bakı sakini Zülfiyyə Qurbanova 1160 manata ala biləcəyini ümid edirdi. Çünki satıcı onunla danışanda Zülfiyyə xanıma deyib ki, bu televizoru stolu ilə birgə alsa, bu, ona çox ucuz başa gələcək və 2 il müddətinə kredit götürsə, cəmi 100 manat itirmiş olacaq. Zülfiyyə xanım deyir ki, o artıq bir neçə dəfədir həmin mağazadan kredit götürüb və buna görə də ümid edib ki, ondan 1 qəpik də ilkin ödəniş almayacaqlar. Amma sənədləşmə zamanı məlum olur ki, Zülfiyyə xanım ümümi məbləgi 1600 manata olan televizoru 24 aylıq kreditə almaqla, 100 manat deyil, 325.86 manat əlavə pul ödəməli olacaq.

Zülfiyyə xanım deyir ki, satıcı ona yalnız 100 manat itirəcəyini deyib. Sənədləşmə zamanı isə vəziyyətin başqa cür olduğunu görüb. İtirdiyi vaxta heyfi gələrək müqavilə ilə razılaşıb.

Bəzi ekspertlər deyirlər ki, bankların və ya kredit verən şirkətlərin belə ehtiyatlı davranmasına səbəb Azərbaycanda əhalinin vaxtı keçmiş kreditinin həcminin təxminən 500 mln manata yaxın olmasıdır. Başqa sözlə, kredit verənin pulu geri ala biləcəyinə inanmamasıdır. Azərbaycanda bu məsələnin digər problemli tərəfi əhalinin borclarının ödənilməsi ilə bağlı stimullaşdırıcı tədbirlərin görülməməsidir. Bu sahədə ancaq inzibati tədbirlər həyata keçirilir. Azərbaycanda maliyyə borcları ilə bağlı məhkəmə qərarlarını icra etməyən şəxslərin ölkədən çıxmasına müvəqqəti qadağa qoyulub. Məsələn, 1 illik kredit götürən şəxs 6 aydan sonra müəyyən səbəblərdən işini itirirsə, ona qarşı müəyyən güzəştlər edilə bilər: faiz dayandırıla bilər və s.

Avropa və Amerikada insanların “social security number”, yəni təhlükəsizlik kartı olur. Orada vətəndaşın bütün məlumatları yerləşdirilir. Kredit götürmək istəyən və ya kreditlə nəsə almaq istəyən şəxs təhlükəsizlik kartını təqdim etməklə məhsul əldə edə bilir. Ondan hər hansı arayış və ya zamin tələb olunmur.

Qeyd edək ki, 2005-ci ildən Mərkəzi Bankda Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR)yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanılır. Azərbaycan ərazisində bank fəaliyyəti ilə məşğul olan bütün banklar, həmçinin haqqında məlumat toplanan borcalanlar MKR-in məlumatlarından istifadə edə bilərlər. Banklar MKR-dən məlumatları elektron formada, borcalanlar isə sorğu əsasında əldə edə bilərlər.

Belə çıxır ki, kredit götürmək istəyən şəxsin indiyədək banklarla necə işləməsi, götürdüyü kreditləri hansı qaydada qaytarması barədə məlumat almaq elə də çətin deyil. Belə olan halda artıq bir neçə dəfə kredit götürmüş şəxsin sənədləşmə zamanı 1 saatdan çox vaxtının alınması və müxtəlif suallar soruşulması, zamin istənilməsi həqiqətən də yersizdir.

Vaxtında şəxsiyyət vəsiqəsi əldə etməyən şəxslər sənədlərini bərpa edə bilər? – AÇIQLAMA

Cəmiyyətdə sənədləri qaydasınada olmayan şəxslər çox olmasa da, bu hal mövcuddur. Hər hansı səbəbdən 18 yaşında şəxsiyyət vəsiqəsi almayan vətəndaşlar az deyil. Bu kimi hallarda isə onlar heç bir halda rəsmi sənədləşmə, xəstəxana, yaşayış ünvanlarına qeydiyyata düşə bilmirlər.

Bəs bu kimi hallarda hansı istisnalar nəzərdə tutulub? Yəni, şəxsiyyət vəsiqəsi heç vaxt olmayan şəxslər sənədlərini necə bərpa edə bilərlər? Qanunla bu kimi hallarda hər hansı cərimə varmı? Elə bir hal varmı ki, o halda həmin şəxslərə qanunla şəxsiyyət vəsiqəsi təqdim edilməkdən imtina edilsin?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə sorğu ünvanladıq. DİN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduqdan sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır.

Yaşı 18-i keçən Azərbaycan vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxs müraciət etdikdə ilk növbədə doğum haqqında şəhadətnamə təqdim etməlidir. Belə olan halda onun vətəndaşlıq mənsubiyyətini yoxlamaq üçün aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə müvafiq sorğu göndərilir (şəxs bu sorğunu özü də göndərə bilər).

Yoxlanıldıqdan sonra 20 gün ərzində onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınıb tanınmaması barədə qərar qəbul edilir. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyəti tanınmış şəxslərin şəxsiyyət vəsiqəsi alması ilə bağlı ərizəsi qəbul edilir. Şəxs ərizə yazdıqdan və müvafiq zəruri sənədləri təqdim etdikdən sonra şəxsiyyət vəsiqəsi təqdim edilir.

Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan şəxsə heç bir halda şəxsiyyət vəsiqəsinin verilməsində imtina edilmir.

Könül Cəfərli

Comments are closed, but trackbacks and pingbacks are open.