Press "Enter" to skip to content

Bakıda bu qədər silah hardandır? Polis rəisi AÇIQLADI

Mağazada ən bahalı tüfənglər isə İtaliya silahlarıdır. Bunların qiyməti 6-7 min manat aralığındadır. İtaliya istehsalı olan “Benelli”, Beretta”, Belçika istehsalı olan “Brauninq” silahları da bahalı silahlar sırasındadır.

Azərbaycanda ən çox hansı silah satılır? – REPORTAJ – FOTO

Ov etmək üçün təkcə dağa getmək kifayət deyil. Yaxşı ovçu üçün həm də ov avadanlıqlarının olması şərtdir: etibarlı ov silahı, güllə darağı, bıçaq və başqa əşyalar. Artıq Azərbaycanda ov mövsümü açılıb və bir çox ovçular hazırlıqlara başlayıblar. Bəs bizim ovçular hansı tüfənglərə üstünlük verirlər? Hazırda ov silahlarına tələbat necədir? Ov silahlarının satış bazarını öyrənmək üçün Bakının 30 ildən artıq fəaliyyət göstərən ovçuluq mağazasına yollandıq.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, mağazanın satıcısı Cavid Məmmədov deyir ki, qış aylarına nisbətən yayda satış daha az olur. Artıq ov mövsümü başladığından alıcılar da yavaş-yavaş artır. Elə mağazada olduğumuz bir saat ərzində də onlarla müştərinin müraciət etdiyinin şahidi olduq. Gələnlər arasında əcnəbilər olsa da, satıcı onlara silah satılmadığını dedi. Onlar daha çox digər ovçuluq ləvazimatları, o cümlədən balıq tilovuna maraq göstərirlər. Mağazada müştəri çox olsa da, ov tüfənginin satışı isə digər ov ləvazimatları kimi sürətli deyil. Ay ərzində cəmi 1 ya 2 tüfəng satmaq mümkündür.

Azərbaycana silah satışına embarqo qiymətləri 3-4 dəfə artırıb

Satıcı deyir ki, Azərbaycanda yivli silahların satışına qadağa qoyulduğundan mağazada ancaq yivsiz tüfənglər satılır. Əvvəllər rus silahlarına üstünlük verən müştərilərin zövqü və marağı isə Türkiyə istehsalı olan tüfənglərə dəyişib: “Əvvəllər daha çox Rusiya istehsalı olan silahlar satılırdısa, indi çox yüksək keyfiyyətli Türkiyə silahları istehsal olunur deyə, bu ölkədən silah idxalı artıb. Əhali yavaş-yavaş Türkiyə istehsalı olan silahlara keçir”, – deyə C.Məmmədov bildirir.

Mağazada ən bahalı silahlar isə İtaliya istehsalı olan tüfənglərdir. Bunlar Türkiyə istehsalı tüfənglərdən 3-4 dəfə bahadır. Səbəb isə Azərbaycana Avropa Birliyi tərəfindən müharibə şəraitinin olduğu əsas gətirilərək silah satışına embarqo qoyulmasıdır. Satıcı deyir ki, buna görə də, birbaşa Avropa ölkələrindən, o cümlədən, İtaliyadan silah ala bilmirik. Əvəzində isə həmin silahlar Türkiyə vasitəsilə alınır və bu da qiymətin artmasına səbəb olur.

Mağazada pnevmatik tüfənglər isə açıq satışdadır. Bunlar 4,5 kalibrə kimi heç bir sənəd tələb olunmadan satılır. O kalibrdən yuxarı isə satışı yoxdur. Bunlar tir tüfəngləri kimi tanınan silahlardır və daha çox idman növlərində istifadə olunur.

“Klassik silahlar var, onlar bir-ikilüləli silahlardır. Bundan başqa, avtomatik və yarımavtomatik silahlar var. Onlar 5 və daha çox mərmi qəbul edir. Hansı silahı seçmək ovçunun öz istəyindən asılıdır. Təbii ki, yarımavtomat və avtomat silahlar daha bahadır”, – deyə həmsöhbətimiz bildirir.

600 manatdan 7 min manata qədər silahlar var

Mağazada ən ucuz tüfəngin qiyməti 600 manatdır. Elə ən çox tələbat da qiyməti 600-800 aralığında dəyişən Rusiya və Türkiyə istehsalı silahlaradır.

“Ən çox tələbat isə indi rus və türk silahlarınadır. Ən çox satılan Türkiyə istehsalı olan “Huğlu” markasından olan tüfənglərdir. Bunlar beşaçılan qoşa lülə silahlardır. Bundan başqa, Türkiyə istehsalı olan “Ata Arms”, “Kral Arms”, “Stocer”, Rusiyanın “İjevsk”, “MR”, “Baykal” silahları ən çox satılan silahlar sırasındadır. Həm rus, həm də Türk silahlarının qiymətləri demək olar ki, eynidir”.

Mağazada ən bahalı tüfənglər isə İtaliya silahlarıdır. Bunların qiyməti 6-7 min manat aralığındadır. İtaliya istehsalı olan “Benelli”, Beretta”, Belçika istehsalı olan “Brauninq” silahları da bahalı silahlar sırasındadır.

“Bəzi tanınmış silah brendləri var ki, onların keyfiyyəti çox yüksək olur. Brend tüfənglərin adətən materialı keyfiyyətli olur, eləsi var ki, qundağı bahalı ağacdan düzəldilir. Qundağında əl işləri olan tüfənglər var. Zavoddan çıxdıqdan sonra mütəxəssislər onun üzərinə qızıl və ya gümüş işləmələr edirlər. Bunların qiyməti adi standart silahdan fərqlənir”, – deyə C.Məmmədov bildirir.

Müsahibim deyir ki, bəzən müştərilər özləri də fərqli dizaynda silahlar sifariş edirlər. Bu zaman mağaza zavodun emalatxanasına sifariş verir və orada müştərinin təklif və istəklərinə uyğun silah hazırlanır.

Yerli ovçuların ən böyük arzusu: yivli silahlar.

Satıcının sözlərinə görə, Azərbaycanda ovçuluğa həmişə maraq olub və indi də var. Amma əvvəlki dövrlə müqayisədə ovçuların imkanları məhduddur, ov ərazisi kiçikdir: “Ov üçün təsərrüfatlar azdır. Əvvəllər belə təsərrüfatlar var idi və orada vəhşi heyvanları ov üçün yetişdirirdilər. İndi bu baxımdan çətinliklər hiss olunur. Ov kvotaların sayı olduqca azdır. Azərbaycanda ən çox quş ovu həvəskarları çoxdur, müştərilərimizin əksəriyyəti çöl quşları, dovşan, cüllüt ovçularıdır. Amma qaban, Dağıstan tur ovçuları da var. Dağıstan tur ovu çətindir, 3000 km dəniz səviyyəsindən hündürdə olduğundan çox adam buna meyl göstərmir. Həm də yivsiz silahlarla bu ov olduqca çətin başa gəlir. Ovçular yivli tüfənglərin satışına icazə verilməsini çox istəyirlər. İnanmıram ki, belə silahların satışına icazə versələr, bu kriminogen vəziyyətin artamasına gətirib çıxaracaq. Çünki pis əmələ meylli insanlar heç vaxt rəsmi sənədlə aldığı silahdan istifadə etməzlər”, – deyə satıcı bildirir.

Cavid Məmmədov deyir ki, mağazanın bütün rayonlardan olan müştəriləri var. Ən çox ovçuluğa meylli rayonlardan biri İmişlidir. Xüsusən rayonda göllərin sayı çox olduğundan burada quş ovu geniş yayılıb.

Döyüş bölgələrində isə ov qadağan olunduğundan həmin ərazilərdən demək olar ki, ovçularla rastlaşmırlar. Satıcı deyir ki, bizdə ov silahının öldürücü qüvvəsi 60-120 metr olsa da, ova ancaq yaşayış zolağından 1 km məsafə icazə verilir.

Müğənni Teymur Mustafayev, Aşıq Əhliman daimi müştərilərimzidir.

Mağazada heyvan və quşların ovlanması üçün güllə və qırmalar da satılır. 16, 12, 20, 28, 36 kalibrinə uyğun olaraq müxtəlif növ patronlar var. Ən çox satılan isə “Zuber”, “Steller”, “Rio” güllələridir ki, bunlar ov silahlarının demək olar ki, əksəriyyətinə gedir.

Qırmalar özləri də 0 nömrəsindən 12 nömrəyə qədər quşun böyüklüyünə uyğun olaraq dəyişir. Qaz, ördək ovuna bir az iri qırmalar – 3, 4, xırda quşlara – kəklik, bildirçinə isə xırda – 12, 10 nömrəli qırmalardan istifadə edirlər. Qiymətləri istehsalçı ölkədən asılı olaraq dəyişir. 50 qəpikdən başlayır 1 manata kimi dəyişən qiymətlərlə satılır.

Mağazanın daimi müştəriləri arasında tanınmış şəxslər də var. Çoxunun adını çəkmək istəməsə də, müsahibimiz məşhur müğənni Teymur Mustafayevin, Aşıq Əhlimanın, Cin ləqəbli müğənni Ceyhun Zeynalovun və digərlərinin daim bu mağazadan alış-veriş edən ovçular olduğunu bildirir.

Milli.Az

Bakıda bu qədər silah hardandır? – Polis rəisi AÇIQLADI

“Azərbaycanda silahlı basqın və odlu silahla törədilən cinayətlərin sayının artdığı müşahidə olunur. Bu da İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan silahların bir qisminin mütəşəkkil cinayətkar qruplaşmaların əlinə keçməsi ilə bağlıdır”.

Milli.Az xəbər verir ki, bu fikirləri bakupost.az-a sabiq polis rəisi, polkovnik Əlövsət Əliyev bildirib.

Onun sözlərinə görə, müharibə şəraitindən istifadə edərək, qanunsuz yollarla odlu silah əldə edən şəxslər onları cinayətkarlara satırlar. Qeyri-qanuni silah alveri onilliklər ərzində problem olaraq qalacaq:

“Son günlər törədilən cinayətlər də qeyri-qanuni silahlarla bağlı problemin aktual olduğunu təsdiqləyir. Təcrübə göstərir ki, müharibə zamanı və ya müharibədən sonra odlu silah satışı və onun ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılması halları artır. Hətta 30 il əvvəl başa çatmış müharibələrdən qənimət kimi əldə olunmuş silahlar hələ də tam olaraq dövriyyədən cıxarılmayıb”.

Ekspert vurğulayıb ki, qanunsuz odlu silah saxlama və silah qaçaqmalçılığının miqyasını təxmin etmək çox çətindir:

“Buna baxmayaraq, Avropa Birliyinə üzv dövlətlərin hüquq-mühafizə orqanları mütəmadi olaraq qanunsuz əldə edilən silahların dövriyyəsi ilə bağlı hesabatlar hazırlayırlar. 2017-ci ildə Avropa Birliyi ölkələrində 35 milyon nəfərin qeyri-qanuni yollarla odlu silah əldə etdiyi təxmin edilirdi. Bu göstərici qanuni mülkiyyətdə olan odlu silahların sayından çoxdur”.

Əlövsət Əliyev hesab edir ki, Azərbaycanda qanunsuz yolla odlu silahlar əsasən müharibə vaxtı döyüş bölgələrindən əldə edilib:

“Düşməndən qənimət kimi götürülən silahlar qeydiyyatdan gizlədilib. Eyni zamanda yaralanan, ölən və ya itkin düşən hərbçilərimizin döyüş zamanı yoxma çıxan silahları, habelə müharibə vəziyyətindən yararlanan, vəzifəsindən sui-istifadə edən hərbi qulluqcuların çıxdaş etdikləri silahlar qanunsuz dövriyyədədir. ın hesabına əldə edilir. Qarabağ müharibəsi başa çatandan sonra “Odlu silahlarla bağlı yol xəritəsi ” hazırlayıb hüquq-mühafizə orqanlarına gündərmişdim. Orada müharibə zamanı yoxa çıxdığı ehtimal olunan və ya qanunsuz olaraq əldə edilən silahların sayı və növünü, itdiyi tarixi müəyyən etməyin, həmin silahların izlənməsinin zəruriliyini qeyd etmişdim. Keçmış təcrübəmə və izlədiyim məlumatlara əsaslanaraq deyə bilərəm ki, qanunsuz odlu silahların daşınmasında daha çox avtomobillərdən istifadə olunur. Həmin silahların satışı və saxlanması ilə mütəşəkkil cinayətkar qruplar və ya ayrı-ayrı şəxslər məşğul olur. Bu şəxslər əsasən keçmiş hərbçi və polislər, əsir və girovların qeyri-rəsmi danışıqlar yolu ilə dəyışdiriməsi ilə məşğul olan şəxslərdir”.

Müsahibimiz bildirib ki, hazırda müharibə olan bütün ölkələrdə qeyri-qanuni odlu silahların sayı artmaqdadır:

“Avropada aparılan təhqiqatlara görə, Qərbi Balkan ölkələrindən qanunsuz yolla gətirilən odlu silahlar satılamaqda davam edir. Ukraynadan qaçaqmalçılıq yolu ilə AB-yə silah gətirilməsini iddia edənlər də az deyil. Münaqişələr və silah istehsalının artması odlu silahla törədilən cinayətlərin çoxalması riskini artırır. Buna görə də birincsi, hüquq-mühafizə orqanları döyüş bölgələrindən qənimət kimi gütürülən silahların hamısının qeydiyyata alınmadığını daim nəzarətdə saxlamalıdır. İkincisi, silahlarla bağlı qanunlar, eləcə də qanunsuz odlu silah saxlama faktına görə cəzalar sərtləşdirilməlidir”.

Milli.Az

Похожие статьи

  • Azərbaycanda silah

    Azərbaycan ordusunun müasir silahları – VİDEO Bu və digər suallarımızı cavablandıran ekspert, “Ovçu klubu”nun yaradıcısı, peşəkar ovçu Səbuhi Rzayev “İki…

  • Azrbaycanda manilik

    Azrbaycanda manilik 5 – Gecəyarısı namazı, 30 rükət. Manilik – Wikipedia Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) – qnostik dini təlim olub,…

  • Azrbaycanda qazmanın tarixi

    Azərbaycandan qaz aldığımıza görə məmnunuq” Qazma sahəsində tətbiq olunan yeni texnologiya və avadanlıqlardan istifadə olunaraq “Günəşli” yatağında 350…

  • Azrbaycanda kinçiliyin inkişaf tarixin dair

    Azrbaycanda kinçiliyin inkişaf tarixin dair Azərbaycan kinosu yarandığı gündən xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və…

  • Azrbaycanda mhbusların sayı

    Azrbaycanda mhbusların sayı Əhali sayı rayonlar üzrə aşağıdakı kimi qeydiyyatdadır: Azərbaycanda yağış sularından istifadə olunmur – Mütəxəssis Trend…

Comments are closed, but trackbacks and pingbacks are open.