Press "Enter" to skip to content

Azərbaycan tari̇xi̇

Ölkənin hər yerində “qırmızı terror” tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs “xalq düşməni”, “əksinqilabçı” və ya “təxribatçı” adı ilə dərhal “qırmızı terror”un qurbanı olurdu.

Azırbaycan tarixi

Şimaldan – Baş Qafqaz dağları, qərbdən – Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən – Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə – tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.

Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir.

Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri və s. öyrənilir.

Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.

Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın – Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.

Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.

Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Eramızdan əvvəl I minillikdə – bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.

Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.

Eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş – təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş – tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında – Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.

VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.

İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.

IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.

Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.

600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.

İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin – həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı.

Ərəb xilafətinin tənəzzülündən sonra – IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular.

XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.

Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.

Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırlatmışdı. Böyük hökmdar Qurani-Kərimi azərbaycancaya çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı Oğuznamə yazdırmışdı.

azərbaycanXV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.

Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti – Səfəvi dövləti meydana gəldi.

Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.

Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.

Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə – xanlıqlara və sultanlıqlara parçalandı.

XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar.

Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı.

Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.

Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: “Şimali Azərbaycan” (və ya “Rusiya Azərbaycanı”) və “Cənubi Azərbaycan” (və ya “İran Azərbaycanı”).

Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında – keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə “Erməni vilayəti” yaradıldı. Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.

Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı: erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.

Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən S.Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirdi. Qardaş Türkiyə Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olun-masını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək – cəmi 17 ay davam etmişdir.

Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu.

Sovet işğalından dərhal sonra ölkədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış müstəqil dövlət idarəçiliyi sisteminin dağıdılmasına başlandı.

Ölkənin hər yerində “qırmızı terror” tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs “xalq düşməni”, “əksinqilabçı” və ya “təxribatçı” adı ilə dərhal “qırmızı terror”un qurbanı olurdu.

Beləliklə, 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı. Fərq onda idi ki, bu dəfə millətin say-seçmə adamları – Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər, məşhur alimlər məhv edilirdi. Bolşevik-daşnak güruhu bu dəfə düşünülmüş surətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa çalışırdı. Bu, əslində 1918-ci ilin Mart soyqırımından daha amansız, daha dəhşətli soyqırımı idi.

1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu.

Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlandı. Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu. Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik V.İ.Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı. Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda “Bakını almaq bizə olduqca və olduqca zəruridir” deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş V.İ.Lenin öz arzusuna çatdı. Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.

30-cu illərdə bütövlükdə Azərbaycan xalqına qarşı repressiya aparılırdı. Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziyalılarını itirdi. Xalqın zəka potensialı, onun ən qeyrətli şəxsiyyətləri məhv edildi. Bu dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi.

1948-1953-cü illərdə azərbaycanlıların öz ulu Vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Onların bu ərazidə sayca üstünlüyü təmin olundu.

Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində – həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.

Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı. Doğma xalqının böyük təəssubkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.

Böyük siyasətçi iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, inzibati-iqtisadi vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi.

Azərbaycan dövlətçilik tarixinin sonuncu mərhələsi SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə başlanmışdır və bu gün də uğurla davam edir.

Tarix boyu Azərbaycan dövlətləri yüksəliş və tənəzzül dövrləri keçirmiş, daxili parçalanmalara, xarici işğallara məruz qalmışdır. Azərbaycan həmişə qonşularla sülhsevər, dinc münasibətlər saxlamışdır. Lakin sülhsevər qonşular, xüsusilə Qərbi Azərbaycanda məskunlaşmış ermənilər Azərbaycan torpaqlarına daim göz dikmiş, fürsət düşdükcə müəyyən əraziləri işğal etmişlər.

1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun nəticəsində 1992-ci ilin mayında erməni və sovet hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.

Ümummilli lider Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs reciminə nail oldu.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəlki “rəhbərlərin” tarixi keçmişin ibrət dərslərinə, dəyişən dünyanın real həqiqətlərinə, daxili həyatın və beynəlxalq vəziyyətin gerçəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi “Azərbaycan” möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Düşmənlərimizin oxu bu məsələdə də daşa dəydi.

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.

Azərbaycan tari̇xi̇

“Azərbaycan tarixi” fənninin tədrisinə ayrılan saatların mövzular üzrə paylanması
s/s
Mövzuların adları
Cəm Müh Məşğ
1 Giriş. Azərbaycan ərazisində ibtidai-icma quruluşu və qədim Azərbaycan dövlətləri
4
2
2
2 Azərbaycan erkən orta əsrlərdə. Feodal münasibətlərinin yaranması.
4
2
2
3 Azərbaycan Xilafətin tərkibində. Xürrəmilər hərəkatı.
4
2
2
4 Azərbaycanda dövlətçilik ənənələrinin bərpası və yeni müstəqil feodal dövlət-lərinin yaranması. (IX – XII
əsrlər).
4
2
2
5
Azərbaycanda monqol əsarəti. Hülakulər dövləti (XIII-XIV əsrlər).
4
2
2
6
XV əsr Azərbaycan feodal dövlətləri.
4
2
2
7 Azərbaycan Səfəvilər dövləti (XVI-XVII əsrlər)
4
2
2
8 Azərbaycan XVIII əsrin birinci yarısında. Səfəvilər dövlətinin süqutu və Azərbaycan Nadir Şah Əfşarın hakimiyyəti dövründə.
4
2
2
9
4
2
2
10 Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi.
4
2
2
11 Azərbaycanın siyasi şərait, kapitalist münasibətlərinin təşəkkülü və milli burjuaziya (XIX əsrin II yarısı – XX əsrin əvvəlləri).
4
2
2
12
4
2
2
Azərbaycan xanlıqlar dövründə.

3.


Məşğələ dərslərinin məzmunu
1
Giriş. Azərbaycan ərazisində ibtidai-icma quruluşu və qədim
Azərbaycan dövlətləri
2
3
Azərbaycan tarixi kursunun mövzusu, mənbələrin təsnifatı.
Azərbaycanda ibtidai icma quruluşu, tayfa ittifaqları və ilkin dövlət
qurumlarının yaranması: Azərbaycan əhalisinin etnik tərkibi. Manna
dövləti. İctimai-siyasi quruluşu və təsərrüfat həyatı. Azərbaycan
Midiya və Əhəmənilər dövlətləri dövründə. Atropatena dövlətliyi
yaranması və sosial-iqtisadi həyatı. Albaniya e.ə. IV–e. III əsrlərində:
Qədim Azərbaycanın iqtisadi həyatı və dini baxışları.
Azərbaycan erkən orta əsrlərdə. Feodal münasibətlərinin
yaranması
Feodal münasibətlərin meydana gəlməsi. Alban feodal dövləti.
Azərbaycan Sasani əsarəti altında. Sasani zülmünə qarşı mübarizə.
Məzdəkilər hərakatı. Azərbaycan xalqının və dilinin təşəkkülü.
Albaniya VI əsrin sonu–VII əsrin əvvəllərində Bizansİran müharibətləri dövründə. Girdiman knyazlığı. Azərbaycanın təsərüfat
həyatı və mədəniyyəti.
Azərbaycan Xilafətin tərkibində. Xürrəmilər hərəkatı.
Ərəblərin Azərbaycanı işğal etməsi və islam dininin yayılması.
saatlar
2
2

4.


6
Məşğələ dərslərinin məzmunu
XV əsr Azərbaycan feodal dövlətləri.
7
XIV əsrin sonu- XV əsrin əvvəllərində Azərbaycanın daxili ictimaisiyasi vəziyyəti. Hürufilik hərəkatı. Şirvanşahların yüksəlişi.
Qaraqoyunlu dövləti. Ağqoyunlu dövləti. Azərbaycanın xarici
əlaqələri. Azərbaycanın ictimai-siyasi və mədəni həyatı.
Azərbaycan Səfəvilər dövləti (XVI-XVII əsrlər)
8
9
Səfəvilərin Ərdəbil hakimiyyəti. Qızılbaşlar hərəkatı. Vahid
Azərbaycan dövlətinin yaradılması. I Şah İsmayıl. XVI əsrin sonuXVII əsrdə Azərbaycanın ictimai-siyasi vəziyyəti. Səfəvi- Osmanlı
müharibələri. I Şah Abbasın islahatları. XVI-XVII əsrlərdə
Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyəti.
Azərbaycan XVIII əsrin birinci yarısında. Səfəvilər dövlətinin
süqutu və Azərbaycan Nadir Şah Əfşarın hakimiyyəti
dövründə.
XVIII əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi vəziyyəti,
Səfəvilər dövlətinin süqutu Xəzərsahili vilayyətlərə I Pyotrun
işğalçılıq yürüşləri. Azərbaycan uğrunda müharibələr. Azər-baycan
Nadir Şah Əfşarın hakimiyyəti dövründə.
Azərbaycan xanlıqlar dövründə.
saatlar
2
2
2

5.


11
12
Məşğələ dərslərinin məzmunu
Azərbaycanda siyasi şərait, kapitalist münasibətlərinin
təşəkkülü və milli burjuaziya (XIX əsrin II yarısı-XX əsrin
əvvəlləri).
XIX əsrin 30-40-cı illərində Azərbaycanda carizmin müstəm-ləkə
əsarətinə qarşı mübarizə. Azərbaycanda 40-cı və 60-70-ci illərində
keçirilən burjua islahatları. Kapitalist münasibət-lərinin yaranması.
Milli burjuaziya. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda
ictimai-siyasi şərait. Fəhlə hərakatı, Demokratik fikrin görkəmli
nümayəndələrinin fəaliyyəti. Cənubi Azərbaycanda demokratik və
milli azadlıq hərəkatı. Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti
1914-1918-ci illərdə Azərbaycanda ictimai, iqtisadi və siyasi
vəziyyət. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər).
Dünya müharibəsinin Azərbaycanın sosial-iqtisadi vəziyyə-tinə
təsiri. Azərbaycan hərbiçilərinin müharibədə iştirakı. 1917-ci ilin
yazı– 1918-ci ilin əvvəlində siyasi vəziyyət. Mart soyqırımı.
Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və dövlət quruculuğu
sahəsində ilk tədbirləri. Azərbaycan parlamenti. AXC-nin xarici
siyasəti, sosial, iqtisadi və mədəni sahədə tədbirləri. Azərbaycan
saatlar
2
2

6.

MÜHAZİRƏ 1
MÜHAZİRƏNİN MÖVZUSU:
• Giriş. Azərbaycan ərazisində ibtidai-icma quruluşu və qədim Azərbaycan dövlətləri
MÜHAZİRƏNİN MƏQSƏDİ –Azərbaycan tarixi kursunun mövzusu, əhəmiyyəti, onu öyrənən
mənbələr, Azərbaycanda ibtidai icma quruluşu, tayfa ittifaqları və ilkin dövlət qurumlarının
yaranması haqqında biliklərin əldə olunması
MÜHAZİRƏNİN PLANI:
1.
Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı.
2.
Azərbaycanda ibtidai icma quruluşu, tayfa ittifaqları və ilkin dövlət qurumlarının
yaranması.
3.
Manna dövləti. İctimai-siyasi quruluşu və təsərrüfat həyatı.
4.
Azərbaycan Midiya və Əhəmənilər dövlətləri dövründə. Atropatena dövləti, yaranması
və sosial-iqtisadi həyatı.
5.
Albaniya e.ə.IV- e.III əsrlərində: Qədim Azərbaycanın iqtisadi həyatı və dini baxışları.

7.

Dərsin Hədəfləri
Bu dərsi bitirdikdə
• Azərbaycan ərazisində ibtidai-icma quruluşu və qədim Azərbaycan dövlətlərinin
yaranması dövrlərini,
• Azərbaycan tarixi fənnini öyrənməyin əhəmiyyəti,
• Azərbaycan ərazisində ibtidai-icma quruluşu,
• Qədim insan yaşayışı məskənləri,
• Tayfa ittifaqları və ilkin dövlət qurumları,
• Qədim Azərbaycan dövlətlərinin yaranması dövrlərini,
• Azərbaycanın iqtisadi həyatı və dini baxışları haqqında bilikləri ,
öyrənmiş olacaqsınız.
Müvəffəqiyyətlər diləyirik.

8.

Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı.
Azərbaycan ərazisində ibtidai icma quruluşu və qədim Azərbaycan dövlətləri
• Türk dilləri qrupuna mənsub dildə danışan Azərbaycan türklərinin yaşadığı ərazi Azərbaycan
adlanmışdır. Tarixən Azərbaycan Şimalda Dağıstan, Qərbdə Gürcüstan, Cənubi Qərbdə Armeniya,
Şərqdə Xəzər dənizi, Cənubda Mərkəzti İran ilə həmsərhəd olmuşdur. Araz çayı Azərbaycan
ərazisini iki hissəyə bölmüşdü. Arazdan başqa şimalda Kür, Cənubda isə Qızılüzən Azərbaycan
ərazisindən axan ən böyük çaylardır. Azərbaycanın cənubunda şor sulu Urmiya gölü yerləşmişdi.
Azərbaycan tarixən dağlıq ölkə kimi məlumdur. Azərbaycanın Urmiya gölü hövzəsindəki qərb
sərhədləri Zaqroş dağlarına söykənir. Azərbaycanda Murovdağ, Şahdağ, Qarabağ yaylası, Talış,
Qaradağ, Səhənd, Savalan və s. dağlar böyük ovlaqlar və vadilər və s. yerləşir.
• Azərbaycanın təbii şəraiti ölkədə geniş miqyasda suvarma sisteminin yaradılmasına imkan
verməmiş, lakin ayrı-ayrı regionlarda suvarma şəbəkələri mövcud olmuşdur. Ən qədim zamanlarda
rütubətli, isti və quru iqlim mövcud olmuşdur. Bəzi regionlarda hələ yanvar ayında torpaq göy örtüyə
bürünür. Azərbaycanın faunası çox zəngindir. Meşələri ov heyvanları, müalicəvi bitkilər ilə zəngin

9.

Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı.
Azərbaycan ərazisində ibtidai icma quruluşu və qədim Azərbaycan dövlətləri
• olmuşdur. Faydalı qazıntılar ilə zəngindir. Qədim dövrlərdə Azərbaycanın yığcam, bütöv bir əraziyə
şamil edilən coğrafi adı olmamışdır. Ölkəyə şamil edilən bu və ya digər ad müxtəlif amillər əsasında
meydana gəlirdi. E.ə IIIminillikdə Cənubi Azərbaycanın ərazisini bildirən adlardan biri Aratta idi.
Arata Urmiya gölünün cənub və cənub-şərqini əhatə edən ölkənin adı imiş.
• Azərbaycan ərazisi dünyanın ən qədim mədəni ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə,
zəngin flora və fauna aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer кürəsində ibtidai insanın
formalaşdığı rayonlar sırasına daxildir. Aparılmış tədqiqatlarla müəyyən olunmuşdurk ki, hələ on iki
milyon il əvvəl Azərbaycan ərazisində insanabənzər meymunlar yaşamışdır. 1939-cu ildə Qərbi
Azərbaycanla Şərqi Gürcüstanın sərhədində Ceyrançöl və Eldar düzənliyinin mərkəzi hissəsində,
Udabno adlı yerdə insanabənzər meymunun qalıqlarının (dişlərinin) tapılması buna sübutdur. Həmin
dövr geoloji bölgüdə üçüncü dövrlə uyğun gəlir. Beləliklə üçüncü geoloji dövrdə Cənubi Qafqaz, o

10.

Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı.
Azərbaycan ərazisində ibtidai icma quruluşu və qədim Azərbaycan dövlətləri
• Faydalı qazıntılar ilə zəngindir. Qədim dövrlərdə Azərbaycanın yığcam, bütöv bir əraziyə şamil
edilən coğrafi adı olmamışdır. Ölkəyə şamil edilən bu və ya digər ad müxtəlif amillər əsasında
meydana gəlirdi. E.ə IIIminillikdə Cənubi Azərbaycanın ərazisini bildirən adlardan biri Aratta idi.
Arata Urmiya gölünün cənub və cənub-şərqini əhatə edən ölkənin adı imiş.
• Azərbaycan ərazisi dünyanın ən qədim mədəni ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə,
zəngin flora və fauna aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer кürəsində ibtidai insanın
formalaşdığı rayonlar sırasına daxildir.
• Aparılmış tədqiqatlarla müəyyən olunmuşdurk ki, hələ on iki milyon il əvvəl Azərbaycan ərazisində
insanabənzər meymunlar yaşamışdır. O cümlədən Bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi ibtidai
icma quruluşu adlanır. İbtidai cəmiyyət başqa formasiyalara nisbətən uzun müddət davam etmişdir.

11.

Qədim daş dövrünün mərhələləri. Quruçayda aşkar olunmuş daş
əmək alətləri

12.

Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı.
Azərbaycan ərazisində ibtidai icma quruluşu və qədim Azərbaycan dövlətləri
Azərbaycan tunc dövründə. Eramızdan əvvə IY minilliyin sonlarından başlayaraq Eneolit dövrü Tunc
dövrü ilə əvəz olunmuşdur. Azərbaycanda bu dövr e.ə. II minilliyin sonlarına qədər davam etmişdir. Tuncun
meydana gəlməsi ibtidai cəmiyyətin tələbatından doğmuşdu.
Azərbaycanda mis yataqları olması Azərbaycanda metalişləmə və metallurgiyanın inkişafına şərait
yaratmışdı. Təmiz misdən hazırlanan alətlər gövrək olduğu üçün davamsız idi və tez xarab olurdu. Onu görə
də qədim sənətkarlar misin tərkibinə müxtəlif qatışıqlar, məsələn, mərgümüş, sürmə, nikel, daha sonralar
qalay qataraq daha möhkəm metal – tunc əldə etdilər. Əmək alətlərinin, silahların, məişət və bəzək
əşyalarının çoxu tuncdan hazırlandığından bu dövr Tunc dövrü adlanır.
• Tunc dövrü ibtidai icma quruluşunun inkişaf tarixində çox mühüm yer tutur. Cəmiyyətin həyatının bütün
sahələrində böyük dəyşikliklər baş vermiş, ağır zəhmət tələb edən kişi əməyi (xış əkinçiliyi, maldarlıqla,
metalişləmə ilə məşğul olmaq) irəli keçmiş, anaxaqanlığı ataxaqanlığı (patriarxat) ilə əvəz olunmuşdur. Tunc
dövründə Azərbaycanda böyük mədəni-etnik birliklər– böyük tayfalar və tayfa birləşmələri meydana
gəlmişdir.

13.

Tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması.
• Azərbaycanda tunc dövrü bir neçə mərhələyə erkən, orta və tunc dövrü mərhələlərinə bölünür.
Erkən Tunc dövrü e.ə. 1Y minilliyin ikinci yarısıfndan III minilliyin sonuna qədər davam etmişdir. Bu
dövr üçün Azərbaycanda Kür-Araz mədəniyyəti səciyəvidir. Çünki həmin mərhələyə aid olan
abidələr ilk dəfə Kür-Araz ovalığında öyrənilmişdir.
• İri tayfa ittifaqlarının yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmlənməsi,
cəmiyyətin yoxsullara və varlılara parçalanması və s. amillər e.ə. II minilliyin axırı–1 minilliyin
əvvəllərində Şimali Azərbaycanda ibtidai icma quruluşunun dağılmasını sürətləndirmişdi. Lakin bu
ərazidə sinifli cəmiyyətin yaranması müəyyən müddət ləngiməsinə baxmayaraq Azərbaycanın
cənub ərazilərində ilk quldar dövlətlər daha qədim dövrlərdə yaranmışdır.
• Eramızdan əvvəl IV minillikdə qədim Azərbaycanda maldarlıq, əkincilik və sənətkarlıqın imkişaf
etmiş, əkinci-maldar təsərrüfatı meydana gəlmişdir. Azərbaycanda da İkicayarasında meydana
gəlmiş Hələf, xususilə Ubeyd yaxud protoşumer, ilkin şumer mədəniyyətinə oxşar əlamətlər təmsil
olunmuşdur.
• Azərbaycanda ilkin şumer mədəniyyətinə oxşar arxeoloji mədəniyyət abidələrinin (dairəvi evlərin
və naxışlı qabqacağın) yayılması eramızdan əvvəl IV minilikdə burada protoşumer etnik
qruplarının məskunlaşdığını, Azərbaycan əhalisi ilə yaxın təmasda olduğunu söyləməyə imkan verir.

14.

Tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması.
Lullubum (Lullubi) dövləti. Eramızdan əvvəl III minilliyin II yarısında İkicayarası Şumer şəhər
dövlətləri süquta uğradı. İkicayarası Akkad dövlətinin hakimyyəti (eramızdan əvvəl XXIV-XXII əsrlər)
altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı.
Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı
yaranmışdı. Lullubi tayfa ittifaqına su və turukki tayfalarının daxil olması güman edilir. Eramızdan
əvvəl XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfaları dövləti yarandı. Lullubi dövləti (Lullubum)
Cənubi Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət quruluşu idi.
Lulubi hökmdarı Satuninin eramızdan əvvəl III minilliyin III əsrinin 20-ci illərində Akkad hökmdarı
Naram-Suenə qarşı müharibə apardığı Akkad mənbələrində qeyd olunmuşdur. Bu müharibədə Lullubi
hökmdarı məğlub olmuşdur. Lullubi padşahlığında xırda hökmdarların hakimyyəti mövcud imiş.
Lullubi hökmdarı İmmaşqun (eramızdan əvvəl 2200-2170-ci illər) xırda hakimləri mərkəzi Lullubi
dövlətinə tabe etdi. Bu dövlətin qüdrəti hökmdar Anubaninin dövründə daha da artır. Lullubi dövlətinin
sərhədləri cənubda Diyala çayına, şimalda isə Urmiya gölünə çatırdı. Lullubi dövləti İkiçayarası ilə
iqtisadi əlaqələrə girmişdi.

15.

Tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması.
• Lullubilər də Aratta dövründə olduğu kimi İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdılar.
Onlar da mixi yazı sistemi ilə tanış idilər. Eramızdan əvvəl II minilikdə vahid Lullubi dövləti
parçalanır və yerində xırda hakimyyətlər yaranır. Eramızdan əvvəl III minillikdə Urmiya gölünün qərb
və cənubi qərb hissəsində kuti tayfa birləşmələri mövcud idi. Həmin minilliyin II yarısında kutilərin
dövlət halında birləşməsi başlanmışdı. Kutilər şumerlərlə sıx əlaqə yaratmışdılar.
• Kutilər özləri də İkiçayarasına tez-tez hücumlar edirdilər. Hətta kuti hökmdarı Elulumeş
İkiçayarasında yaranmış daxili hərçmərçlikdən istifadə edərək eramızdan əvvəl 2175-ci ildə burada
hakimyyəti öz əlinə almışdı. Eramızdan əvvəl III miniliyin II yarısında Kutium dövləti Urmiya gölünün
qərb və cənub-qərb torpaqlarında meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl
dövlət qurumu yaratmışdılar. Kutilərin hakimyyəti illərində İkiçayarasının iqtisadiyyatı və ticarəti yeni
inkişaf mərhələsinə qədəm qoymuşdu. Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olunmuşdular.
Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazılar ilə tərtib olunmuşdur. Onlar da aya, bərəkət və
məhəbbət ilahəsinə sitayiş edirdilər. Kuti hökmdarı Tirikanın vaxtında o, cəmi 40 gün hakimiyyətdə
qalmışdır. İkiçayarasında onun hakimyyətinə qarşı eramızdan əvvəl 2104-cı ildə qiyam baş
vermişdir və kutilərin İkiçayarasında hakimyyətinə son qoyulmuşdur, çünki kutilər İkiçayarasında

16.

Tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması.
• böyük hərbi qüvvə saxlamırdılar. İkiçayarasında kutilərin ağalağına son qoyulduqdan sonra Kuti
umun özündə də dövlət süquta uğrayır, xırda hakimyyətlər yaranır.
• Eramızdan əvvəl III minilliyin sonunda Kuti, eləçə də Lullubi dövlətləri süquta uğrayaraq xırda
hakimyyətli vilayətlərə parçalanırlar. Bu hal eramızdan əvvəl I miniliyin əvvəlinə kimi davam edir.
Azərbaycanın erkən dövlətlərini türk mənşəli sülalələr idarə edirdilər.
• Eramızdan əvvəl II miniliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan turukki və su tayfalarının
siyasi fəaliyyəti başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kutium və Lullubi dövlətlərinin
tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki və su tayfaları İkiçayarası
hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar.
• Qədim Azərbaycan tayfaları eramızdan əvvəl II minilliyin sonu – I minilliyin əvvəlində yeni dövlət
qurumlarının meydana gəlməsi ərəfəsində idi. Qədim Azərbaycan tayfaları ilə qonşuluqda hindavropalılar, şumerlər, samilər, kassilər, elamlar və s. yaşayırdılar.

17.

Azərbaycan Midiya və Əhəmənilər dövlətlərinin tərkibində.
• Sualın izahına başlarkən əvvəldən göstərilməlidir ki, Midiya tarixi haqqında ilk məlumat verən
Herodot olmuşdur. Antik müəlliflərdən Herodotla yanaşı Diodor, Plutarx, Strabon, Ammion Martselin
və bir çox başqa tarixçilər və coğrafiyaşünaslar Midiya tarixinə dair maraqlı məlumat qoyub
getmişlər. Herodot göstərir ki, midiyalılar 6 tayfadan- buslar, paretagenlər, struxatlar, arizantlar,
budilər və maqlardan ibarət idi. O, hər bir tayfanın sakin olduğu yeri də göstərməyə səy
göstərmişdir.
• Bu ölkənin öyrənilməsində Assuriya daşüstü yazıları və Assuriya-Babil mənbələri də əhəmiyyətli
məlumat verirlər, Midiya ərazisində artıq e. ə. II miniliyin başlanğıcında xüsusi sahibkar təsərrüfatı
var idi. Qabaq Asiyanın bütün başqa ölkələrində olduğu kimi, Midiya ərazisində 3 təsərrüfat vahidixüsusi, icma və car təsərrüfatı vahidləri olmuşdur. Sonuncu təsərrüfat sahəsində toxuculuq,
dəmirçilik, silah istehsalı, əkinçilik alətləri hazırlamaq, dərzilik, dülgərlik və s. kimi peşələr geniş yer
tuturdu. Çar sənətkarlıq təsərrüfatındakı emalatxanalarda çalışan işçi qüvvəsi qullardan, qul halına
gətirilmiş hərbi əsirlərdən, ayrıca kəndlərdə yaşayan müxtəlif ixtisaslı azad sənətkarlardan ibarət
idi. Midiya dövləti iqtisadi vəhdəti olmayan hərbi-inzibati təşkilat olmuşdur.

18.

Azərbaycan Midiya və Əhəmənilər dövlətlərinin tərkibində
İqtisadi əlaqələrə əsaslanmayan təsisatlar, heç vaxt daxilən möhkəm olmamışdır. Bu hal
özünü e.ə. VII əsrin əvvələrində, Midiya dövlətinin özünü müdafiə edən siyasi təşkilatdan
başqalarının torpaqlarını tutmaq yoluna qədəm qoyan dövlətə çevrildiyi andan etibarən
daha aydın göstərməyə başladı.
Midiyalılar e. ə. IX-VII Aşşur mənbələrinə görə İran yaylasının Xəzər dənizindən
cənubda, həmçinin şərqə və cənub-şərqə doğru uzanan rayonlarda məskunlaşmışlar.
Midiyalılar haqqında ilk məlumat e. ə. IX əsrin 30-cu illərinə aiddir. Müxtəlif dövr
mənbələrində onlar amaday, maday, matay, medoy və s. adları ilə məlumdurlar.

19.

Atropaten dövləti, onun tarixi yeri.
. Atropatena e.ə. IV əsrin son rübündə Cənubi Azərbaycan, İran Kürdüstanı və Şimali Azərbaycanın
müəyyən hissəsində meydana gəlmiş çarlığın yunança adıdır. Atropatena zəngin və qüdrətli bir dövlət
olmuşdur. Atropatena yüksək mədəniyyətı, inkişaf etmiş əkinçilik və maldarlıq, sənətkarlıq və ticarəti,
iri şəhərləri olan zəngin ölkə idi. E.ə. IV əsrin 50-cı illərin əvvəllərində Əhəmənilərin İran dövləti
tənəzzülə doğru gedirdi. E.ə. 334-cu ilin yazında Makedonyalı İsgəndər kiçik Asiyaya soxuldu. E.ə.
334-cu ilin mayında Qranik çayı sahilində birinci döyüş olur. İsgəndərin İran ordusu ilə ikinci döyüşü
e.ə. 333-cu ildə İss şəhəri yaxınlığında oldu. Farslar məğlub olurlar və III Dara döyüş meydanından
qaçdı. Kiçik Asiya İskəndərin hakimyyəti altına keçdi.
. 3-cü vuruşma e.ə. 331- ci il oktyabrın I-də Qavqamel kəndi yaxınlığında baş verdi. III Daranın ordusu
darmadağın edildi. Ancaq III Dara məğlub olmaq istəmirdi. O, Midiyaya qaçdı və orada ordu
toplamağa başladı. Midiyanın satratı Atropat idi və o, Qavqamel döyüşündə iştirak etmişdi. İskəndər
Atropatı satraplıqdan azad edir (III Daranı müdafiə etdiyinə görə) və Midiyaya yeni satrap təyin edir.
Ancaq tezliklə vəziyyət dəyişir. Aydın olur ki, Atropatın müttəfiqləri olan kadusilər və skiflər III Daranı
müdafiə etmirlər. Belə şəraitdə Atropat da III Daranı müdafiə etmir.

20.

Atropaten dövləti, onun tarixi yeri.
. Buna görə də III Dara həmədana qaçır və orada ölur. Atropat da öz siyasətini dəyişir və İskəndərin
tərəfinə keçir. Buna görə də o, e.ə. 328-ci ildə öz əvvəlki (Midiya satrapı) vəzifəsinə bərpa edilir. III
Daranın ölümündən sonra İskəndər Asiyanın çarı olur. Əhəmənilər imperiyası süquta uğrayır.
Əhəmənilər imperiyası Cənubi Qafqaz xalqlarının həyatında mühüm rol oynadı. Atropatın adı tarixi
mənbələrdə ilk dəfə e.ə. 331-ci ildə baş verən Qavqamel döyüşündə çəkilir.
Albaniya e.ə. IV- e. III əsrlərində. E.ə. IV əsrin sonu – III əsrin əvvəllərində Azərbaycanın şimalı və
indiki Dağıstanın cənub bölgələrində daha bir qədim Azərbaycan dövləti Albaniya dövləti təşəkkül
tapmışdı. Albaniya şimalda Sarmatiya qərbdə İberiya, cənub-qərbdə Ərməniyyə, cənubda isə
Atrapotena ilə həmsərhəd idi. Şərqdə onun hüdudları Xəzər dənizinə söykənirdi. İndiki coğrafi şərait
baxımından qədim Albaniya Azərbaycan Respublikasının, Ermənistan və Gürcüstan respublikasının
isə bir hissəsini, Dərbəndi və Cənubi Dağıstanı əhatə edirdi. Bu dövlətin paytaxtı əvvəl Qəbələ, sonra
isə Bərdə oldu. “26 dildə danışan əhaliyə” malik Albaniyada alban, sakasen, mük, uti, qarqar, sövde,
kaspi, qel, leh, mard, silv, sodi, lupen, və s. tayfalar məskunlaşmışdılar.

21.

Bəziləri Qafqaz Albaniyasını Kürün ancaq sol sahilində yerləşdirir, Sağsahil Albaniyasını
isə Ermənistanın “şərq torpaqları”, Ermənistanın “Ağvan qismi” adlandırırlar. Lakin istər
antik yazılı tarixi qaynaqlar, istərsə də linqvistik, etnoqrafik, toponomik və s. materiallar
sübut edir ki, tarixi Qafqaz Albaniyası Kürün hər iki sahilini, indiki Azərbaycan Respublikasını, Ermənistan, Gürcüstan və Dağıstan respublikalarının bir hissəsini əhatə etmişdir.

22.

Arxeoloji materiallar sübut edir ki, Albaniyada metalişləmə,
zərgərlik, dulusçuluq, toxuculuq, əmək alətlərinin hazırlanması və
s. bu kimi sənətkarlıq sahələri inkişaf edirdi.

23.

Mühazirənin Xülasəsi
Bu bölmədə,
• Azərbaycan tarixini öyrənən mənbələrin təsnifatı ,
• Ölkənin adı ,
• İbtidai icma quruluşu,
. Tayfa ittifaqları,
. Ən qədim dövlət qurumları,
• Manna dövləti,
• Atropatena dövləti,
• Alban çarlığı,
. Azərbaycanın dini baxışlarnı və mədəni hıyatını,
Öyrəndiniz.
İndi özünüzü sınaya bilərsiniz.
Müvəffəqiyyətlər diləyirik!.

24.

Mühazirə üzrə Test Sualları və ya Mühazirə üzrə yoxlama sualları
Öyrəndiklərinizi möhkəmləndirmək üçün test sualları hazırlanmışdır. Testdə uyğun
variantları işarələyin. Testi bitirdikdə doğru və yalnış seçimləri görəcəksiniz. Əgər
yanlış variant seçmisinizsə, müvafiq mövzuya qayıdaraq yenidən təkrar etməniz
tövsiyə olunur.
Müvəffəqiyyətlər diləyirik! ..
• 1. «Azıx adamı» yaşamışdır:
• A) Tunс dövründə
• B) Eneolit dövründə
• C)) Paleolit dövründə
• D) Dəmir dövründə
• E) Mezolit dövründə
2. Manna dövləti yaranmışdı
A) e.ə.913-cü ildə
B) e.ə. 813-cü ildə
C) e.ə.843-cü ildə
D) eramızın 843-cü ilində
E) eramızın 943-cü ilində

Похожие статьи

  • Azerbaycan tarixi mədəniyyəti 2 ci cild

    Imali Azərbaycan Haqqinda Melumat – Vikipedia İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri 4 oktyabrda Cəbrayıl [97] [98] , 17 oktyabrda…

  • Azerbaycan tarixi 7 cildde

    Azerbaycan tarixi 7 cildde Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Azerbaycan tarixi 7 cildde Şimaldan – Baş Qafqaz…

  • Azerbaycan tarixi ler

    Azərbaycan tarixi (mühazirələr) Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşdi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan…

  • Azerbaycan tarixi 1ci cild

    Azerbaycan tarixi 1ci cild Azerbaycan sivilizasiyanin en qedim merkezlerinden biri olmaqla zengin ve qedim tarixe malikdir. Min iller erzinde onun…

  • Azrbaycanın qısa tarixi mqal

    Vətən tarixi Milli at cinslərimizin bioloji-təsərrüfat xüsusiyyətləri və iş qabiliyyəti , o cümlədən DNT mikrosatellitləri əsasında nəsil mənsubiyyətinin…

Comments are closed, but trackbacks and pingbacks are open.