Press "Enter" to skip to content

Filip Kotler A-dan Z-yə marketinq

İlk öncə müasir marketinq üçün daha əhəmiyyətli saydığım 80 anlayış, ya da konsepsiyadan ibarət siyahı tutdımı və onların məzmunu, müasir biznes üçün mahiyyətini dərk etməyə xeyli vaxt sərf elədim. Əsas məqsədim effektli və innovasiyalı marketinqin əsas prinsiplərini və ən yaxşı üsullarını üzə çıxarmaqdı. Bu səyahət zamanı xeyli maraqlı kəşflər etdim və marketinqin bir çox aspektlərinə yeni bucaqdan baxmağa başladım.

A-dan Z-yə MARKETİNQ

“Marketinq mütəxəssisi“deyiləndə yəqin ki, bir çoxumuzun ağlına ilk gələn adlardan biri də,dünyaca məşhur olan marketinq mütəxəssisi FİLİP KOTLER (PHİLİP KOTLER) olacaqdır. Filip Kotlerin, “A-dan Z-yə Marketinq” kitabı haqqında eşitməyən menecer və marketoloq yoxdur zənnimcə J Bu kitabı oxumayan gənc dostlarıma, eləcə də mütəxəssislərə, onu oxumaqlarını tövsiyə edirəm. Üz qabığında da qeyd olunduğu kimi bu kitabı biznesmenlər,menecerlər və tələbələr mütləq oxumalıdır. Kitabda şirkətlərin müasir şərtlər altında uğuru üçün əhəmiyyətli olan effektli marketinqin 80 konsepsiyası yığcam və anlaşıqlı şəkildə verilib.

General Elektrik, Procter&Gamble, İBM, Microsoft, Apple, Coca-Cola, McDonald”s , Wal-Mart və s. dünya bazarında liderliyi ələ almış şirkətlərin timsalında örnəklər verilərək, həmin şirkət rəhbərlərinin əldə etdiyi uğurların və bəzən də uğursuzluqların ( General Motors) səbəbi aydın şəkildə qeyd olunub.

Bu kitab haqqında deyilənlər

  • Əgər Filip Kotlerin kitabını əldə etmək istəyirsinizsə, məhz bunu alın. Beləcə, siz müassir marketinq barədə ən yaxşı təsəvvürlərə malik olacaqsınız”.

Serxio Zayman, “Bildiyimiz marketinqin sonu” kitabının müəllifi.

  • Hamının sevimlisi Filip Kotler bir kitabın cildi altında marketinqin ən mühüm konsepsiyalarını – “alfa və omega”sını toplaya bilib. O, hər bir biznesmenin iş masasının bəzəyi olmalıdır”.

Don Peppers və Marta Rocers,

“ The One to One Future”nin hemmüellifləri.

Kitabdan seçdiyim bəzi cümlələr.

  • General Elektrik”in sabiq rəhbəri Cek Uelç öz əməkdaşlarına xəbərdarlıq edirdi : Öz biznesinizi məhv edin (….). Dəyişin, yoxsa özünüz məhv olacaqsınız. Şirkətin içindəki dəyişikliklərin sürəti daxili dəyişikliklərin sürətindən geri qalırsa , bu onun sonunun yaxınlaşdığına işarədir”.
  • Henri Ford : “Uğursuzluq- sadece hər şeyə yenidən və daha ağıllı şəkildə başlamaq imkanıdır”.
  • Şikayət edən müştəri şirkətin ən yaxşı
  • “Təlabatsız cəmiyyət”probleminin yegane çıxış yolu var- yeni təlabatlar yaratmaq”.
  • Biz bazara xidmətlə məşğul deyilik, biz onu yaradırıq. İstehlakçı heç vaxt videomaqnitofon, videokamera, mikrokompüter ve s. haqda düşünməyib, sadalanan məhsullar bazara daxil olana qədər. (“Sony”dən olan Akio Marita )
  • Funksiyaları satmayın. Faydanı, nəticələri və dəyəri satın.
  • Şirkətinizin ən yaxşı ola bilməyəcəyi bazarda işləməsinə lüzum yoxdur.
  • Böyük nüfuza malik olan şirkətlər yalnız öz maraqlarına deyil, bütünlükdə cəmiyyətin maraqlarına xidmət etmək qaydalarına ciddi əməl edirlər.Onların hamısı öz məhsulları,yüksək xidmət səviyyəsi və korporativ xeyriyyəçiliklə məşhurdurlar. Qüsursuz ad və 100%li etibarlılıq onların portmanatlarının qalınlığında da əks olunur.

Beləcə,əziz oxucu, bu sıralamanı çox artırmaq olar. Lakin özün oxusan necə dəyərli və maraqlı fikirlərin yer aldığının şahidi olacaqsan.

P.S. Siz də oxuduğunuz kitablarda olan vacib, maraqlı və faydalı məlumatları digər insanlarla paylaşmaq istəyirsinizsə, xülasələri bu “Elan və Dəvət”də yazılan qaydalara görə hazırlayın və orada bildirilən e-mail adresinə göndərin.

A-dan Z-yə MARKETİNQ
http://agaev.az/wp-content/uploads/2016/01/Nigar-1-150×150.jpg

Nigar Nağıyeva tərəfindən “A-dan Z-yə marketinq” kitabının xülasəsi “Marketinq mütəxəssisi“deyiləndə yəqin ki, bir çoxumuzun ağlına ilk gələn adlardan biri də,dünyaca

Məlumatlandırma

YOUTUBE KANALIMDA ( https://www.youtube.com/fahriagayev ) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply Cancel reply

Bölümlər

  • A Konsultasiyalar (4)
  • A TƏLİM və KURSLAR (32)
  • Biznes Roman (5)
  • Düşüncələrim (93)
  • Fexri YOL (6)
  • Gördüklərim, eşitdiklərim (142)
  • Kitabların xülasəsi (20)
  • Məqalələrim (229)
  • Müsahibələrim (17)
  • SAXLA ZAMANI, GƏLƏR ZAMANI (29)
  • Seminarlar (1)
  • Sual və cavablar bölməsi (43)
  • Uğur hekayələri (1)
  • Videolar (13)

Filip Kotler A-dan Z-yə marketinq

Marketinqdə qırx illik karyeram zamanı bəzi bilgilər və hətta azacıq müdriklik əldə etdim. İnsan fəaliyyətinin bu sahəsi üzərində baş sındıraraq, onun əsaslarına yenidən baxılmasının lazım olduğunu düşündüm.

İlk öncə müasir marketinq üçün daha əhəmiyyətli saydığım 80 anlayış, ya da konsepsiyadan ibarət siyahı tutdımı və onların məzmunu, müasir biznes üçün mahiyyətini dərk etməyə xeyli vaxt sərf elədim. Əsas məqsədim effektli və innovasiyalı marketinqin əsas prinsiplərini və ən yaxşı üsullarını üzə çıxarmaqdı. Bu səyahət zamanı xeyli maraqlı kəşflər etdim və marketinqin bir çox aspektlərinə yeni bucaqdan baxmağa başladım.

Qarşımda duran məsələ növbəti 800 səhifəlik marketinq dərsliyi yazmaq, ya da bımdan əvvəl yazılmış kitabları təkrarlamaq deyildi. Önəmli olan yeni ideyaları, qiymətləndirmələri və oxucunu hərəkətə gətirə biləcək konkret praktik məsləhətləri rahat başa düşüləcək formada təqdim eləməkdi. Nəticə isə növbəti oxucu qrupuna hədəflənmiş bu balaca kitab oldu:

• Birdən-birə marketinqdən az-çox nəsə anlamağın zərurətini dərk edən menecerlər üçün. Tutalım ki, siz maliyyə üzrə vitse-prezident, qeyrikommersiya təşkilatının baş direktoru, ya da bazara yeni məhsul çıxarmağa hazırlaşan sahibkarsınız. O qədər məşğulsunuz ki, hətta 300 səhifəlik “Yeııi başlayanlar üçün marketinq” 1 kitabını oxumağa vaxt ayıra bilmirsiniz və eyni zamanda nüfuzlu mütəxəssisin müəyyənləşdirdiyi əsas anlayış və prinsipləri daha qısa və sadə formada əldə etməyə üstünlük verirsiniz.

Книга Qanun Nəşriyyatı A-dan Z-yə marketinq, автор Philip Kotler

Marketinq sahəsində dünya şöhrətli mü­təxəssis Filip Kotlerin bu əsəri milyonlarla rəhbər və marketinq üzrə mütəxəssisin masaüstü kitabına çevrilib. Əsərdə şirkətlərin müasir şərtlər altında uğuru üçün əhəmiyyətli olan effektli marketinqin 80 konsepsiyası yığcam və anlaşıqlı formada verilib. Kitab marketinqin zamanın sınağından keçmiş klassik alətləriylə yanaşı, yalnız son illərdə tətbiq edilməyə başlayan yeni innovasiya işləmələri də əhatələyir. Biznesmenlərin, istənilən dərəcəli marketinq üzrə şöbə menecerlərinin və tələbələrin təqdim olunan əsəri oxuması mütləqdir.

Рейтинг и отзывы о товаре

Об этом товаре еще нет ни одного отзыва, будьте первым, кто поделиться своим впечатлением!
0 оценок пользователей
Добавить отзыв
Добавить отзыв

Описание

Marketinq sahəsində dünya şöhrətli mü­təxəssis Filip Kotlerin bu əsəri milyonlarla rəhbər və marketinq üzrə mütəxəssisin masaüstü kitabına çevrilib. Əsərdə şirkətlərin müasir şərtlər altında uğuru üçün əhəmiyyətli olan effektli marketinqin 80 konsepsiyası yığcam və anlaşıqlı formada verilib. Kitab marketinqin zamanın sınağından keçmiş klassik alətləriylə yanaşı, yalnız son illərdə tətbiq edilməyə başlayan yeni innovasiya işləmələri də əhatələyir. Biznesmenlərin, istənilən dərəcəli marketinq üzrə şöbə menecerlərinin və tələbələrin təqdim olunan əsəri oxuması mütləqdir.

Comments are closed, but trackbacks and pingbacks are open.