Kurikulum və Azərbaycan dili hazırlığı
DİM Direktorlar Şurasının sədri M. Abbaszadənin vəsaitdə yer alan “Ön söz”ünü də təqdim edirik:
Kurikulum üzrə imtahana hazırlaşanlar üçün “Azərbaycan dili” vəsaiti nəşr olunub
DİM-dən Mektebgushesi.az -a verilən məlumata görə, vəsait “Azərbaycan dili” fənninin dörd məzmun xəttini: Dinləyib-anlama və danışma, Oxu, Yazı, Dil qaydalarını V-XI siniflər üzrə tam əhatə edir. Ardıcıl şəkildə, hər bir məzmun xətti, bütovlükdə fənnin məzmunu anlaşıqlı, aydın dillə şərh edilir. Şagirdyönlü, nəticəyönlü təlim nəticələri – bacarıqlar ümumi şəkildə ifadə olunur. Məzmun xətlərini əhatə edən standartlara uyğun mühakiməyə, tətbiqetməyə, inteqrasiya yaratmağa və s. əsaslanan müxtəlif səviyyəli açıq və qapalı tipli tapşırıqlar verilir.
Müəyyən mövzuları daha dəqiq və praktik şəkildə mənimsəmək üçün kitabın “Əlavələr” rubrikasında vacib olan, lakin qiymətləndirmə (eləcə də buraxılış və qəbul imtahanlarında) zamanı tapşırıq predmeti olmayan dilçilik materialları da təqdim edilmişdir. Bu məlumatlar vəsaitdə çərçivədə sarımtıl rənglə yazılır.
Burada durğu işarələri, əməli yazılar ardıcıl olaraq nəzəri məlumat, praktik tapşırıqlar və yoxlama materialları ilə bütöv halda sistemli şəkildə təqdim olunur.
Lüğət bölməsində verilən sözlər isə yalnız dilçilik terminləri deyil, həm də kurikulumyönlü söz, termin və ifadələrdir. Bu ifadələr müəllimlər, metodistlər üçün əhəmiyyətlidir.
Vəsaiti aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.
DİM Direktorlar Şurasının sədri M. Abbaszadənin vəsaitdə yer alan “Ön söz”ünü də təqdim edirik:
Buraxılış və qəbul imtahanlarına hazırlaşan gənclərə elmi-metodiki kömək Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinin mühüm istiqamətlərindəndir. Abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş, yeni təhsil proqramının (kurikulumun) tələblərinə uyğun hazırlanmış bu vəsait qeyd edilən istiqamət üzrə görülən işlərin davamıdır.
Vəsaitin zəruriliyi bir sıra amillərlə şərtlənir. Məlumdur ki, təlimin qarşısında duran ən mühüm vəzifələrdən biri şagirdlərdə özünütəhsil (müstəqil təhsil) vərdiş və bacarıqlarını tərbiyə etməkdir. Təəssüf ki, təlim prosesində bu cəhətdən ciddi çatışmazlıqlar müşahidə olunur. Repetitorluğun geniş yayılmasının əsas səbəblərindən biri də məhz budur. Odur ki, öz üzərində müstəqil çalışmaq istəyənlər üçün müvafiq vəsaitlərin hazırlanması məsələsi meydana çıxmışdır. Belə vəsaitlərin müvafiq fənlər üzrə hazırlanıb nəşr olunması həm də ona görə vacibdir ki, abituriyentlərin müəyyən qismi əvvəlki illərin məzunlarıdır. Ona görə də hər bir abituriyentin öz üzərində müstəqil çalışmasına səmərəli imkan yaradan, metodiki cəhətdən mükəmməl vəsaitlərin hazırlanmasına bu gün böyük tələbat vardır.
Vəsaitdə materialların seçimi və şərhi zamanı üç mühüm amilə: müvafiq elmin əsaslarına, təhsilin məqsədlərinə və abituriyentlərin ümumi bilik və yaş səviyyəsinin bir-biri ilə ən optimal nisbətdə əlaqələn-dirilməsinə xüsusi diqqət yetirilmişdir. Adətən, ümumtəhsil müəssisələrinin ümumi təhsil səviyyəsində öyrədilən materialların yuxarı siniflərdə nisbətən dərindən mənimsənilməsi prinsipi əsas götürülür. Bu
vəsait isə abituriyentlər və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulduğundan müəlliflər onu hazırlayarkən qəbul proqramının məzmun və tələblərinə uyğun olaraq xətti prinsipi, yəni eyni bir mövzu və məsələnin bir dəfə müfəssəl şərh edilməsi prinsipini əsas götürmüşlər. Əlbəttə, bu heç də o demək deyildir ki, qəbul imtahanına hazırlaşmaq üçün yalnız bu vəsaitdən istifadə etmək kifayətdir. Vəsait dərslikləri əvəz etmir. Onların qarşısında müxtəlif məsələlər dayanır. Vəsait hər bir şagirdin, abituriyentin dərsliklərdən öyrəndiyi bilikləri tamamlayır, zənginləşdirir və sistemləşdirir. O, biliklərin möhkəmləndirilməsi məqsədilə yerinə yetirilən təkrarlama mərhələsində xüsusilə əhəmiyyətli rol oynayır. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığcamlıq abituriyentlərə, yuxarı sinif şagirdlərinə predmetin suallar çoxluğunda kifayət qədər uğurlu istiqamətlənməyə kömək edə-cək və ümidvarıq ki, vəsait ondan istifadə edənlərə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verəcək, bir sözlə, abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün gərəkli məlumat mənbəyi olacaq.
Vəsaiti hazırlayarkən müəlliflər təlim sahəsində ölkəmizdə və beynəlxalq təcrübədə tətbiq olunan müasir metodika və texnologiyalardan, mütərəqqi üsul və vasitələrdən, geniş istifadə etmişlər.
Vəsaitin hazırlanmasına müvafiq sahənin nüfuzlu alimləri, tanınmış metodistləri, təcrübəli məktəb müəllimləri cəlb edilmiş, materiallar DİM-in nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarda geniş müzakirə olunmuş, mütəxəssislərin rəyləri öyrənilmişdir.
Yuxarıda sadalanan müsbət cəhətlərinə baxmayaraq, yeni proqram əsasında ilk dəfə hazırlanan bu vəsaiti tam mükəmməl hesab etmək olmaz. Sözsüz ki, vəsait zaman-zaman daha da təkmilləşdirilməli, forma və məzmunca mükəmməl səviyyəyə gətirilməli, mövzuların daha asan qavranılması üçün yeni üsul və metodlar tətbiq edilməli, yaradıcı şəkildə zənginləşdirilməlidir. Bu cəhətdən vəsaitin təkrar nəşrinə ehtiyac olacaq. Vəsaitin sonrakı təkmilləşmə prosesində isə rəylər, qeyd və təkliflər son dərəcə vacib rol oynaya bilər.
DİM bu işdə maraqlı olan bütün oxucuları ümumi işimiz naminə vəsaitin təkmilləşməsinə yönəlmiş qeyd, təklif və arzularını bildirməyə dəvət edir. Bu qeyd və təkliflər minnətdarlıqla qəbul olunacaq və vəsaitin yeni nəşrə hazırlanması zamanı nəzərə alınacaq.
Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!
Kurikulum və Azərbaycan dili hazırlığı
Miq və Sertifikasiya hazırlığı
Kurikulum
Azərbaycan dili
Online təşkil olunur.
Əlaqədar şəxs
Çinarə
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş
Tarix: 20.02.2022
İngilis dili 1-9cu siniflər üzrə hazırlığı keçirilir. Həftədə 3 dəfə 30 azn. İstəyə uyğun qrup və fərdi, onlayn və əyani. Ödənişdən kənar əlavə dərslər.Ünvan:Bakı,yeni ramana
Bütün kompüter kursları tək bir ünvanda cəmlədik Corel Draw, Photoshop kursu 80 azn Autocad Archicad kursu 100 azn 3ds Max, Vray kursu 100 azn 1C Kursları 150 azn Adobe Premiere kursu 170 azn After Effects
Hicama Və Masaj Kursru. Masaj Kursları. Müddəti 3 aydır. Aylıq ödəniş – 99 Azn. Masaj Xanım Müəllimə Tərəfindən, Estetik Mərkəzdə xəstə üzərində Praktiki şəkildə öyrədilir. Hicama Kursları. Müddəti 1 aydir. Aylıq
Fərqli Sahələrdə Özünü İnkişaf Etdir Həyatını Mükəmməlləşdir. Ətraflı məlumat üçün whatsappa mesaj göndər. Sənə verdiyim məlumatlardan sonra biləcəksən tam olaraq nədən gedir söhbət. Xoşuna gələcək mütləq əmin ola
Fizikadan rus bölmesi üzrə miq, sertifikasiya hazırlığları online şəkildə keçirəm. Mövzu materialları verilir. Bu sahə üzrə stajım 10 il məktəbdə işləyirəm
15 yaş və daha böyüklər üçün Flutter ilə mobil proqramlaşdırma dərsləri keçilir. Online həftədə 3 dəfə. Əlaqə üçün nömrənin whatsappı ilə əlaqə saxlayın.
Eziz ve hörmetli valideynler 25 illik ibtidai sinif müellimi ve ibtidai sinif şagirdlerine repetitorluq tecrübem sayesinde derslerinden geri qalmiş, ev tapşiriqlarinin hellinde çetinlik çeken ve biliyinin möhkenmesini
Evdə fortepiano dərsləri. Yaş həddi 5-15. Dərslər ali savadli muəllim tərəfindən aparilir.
İR(HR) mütəxəssisləri üçün excel analitika təlimi 2 ay müddətində tədris olunur. “Microsoft Office Excel Specialist” və “Microsoft Office Excel Expert”sertifikatlarına sahib İsi İsizadənin
Здравствуйте уважаемые родители.В образовательном центре Орнек предлогаются услуги репетира для учащихся 1-5классы,и по математике 3-9 классы. Г.Баку.Бинагадинский р.пос.Баладжары не долеко от 300 школы.
Mektebe qeder uşaqlarin ibtidai sinife hazirlaşdirilmasi- maraqli, şekilli, uşaqlari celb eden en yeni dersliklerle. 1-4 sinif şagirdlerinin- gündelik ev tapşiriqlarinin hellinde kömek, zeif olduğu mövzularda asan ve
Mektebeqeder hazirliq ucun muraciet ede bilersiz dersler 2 saat kecirilir elave mesgelelerde olur. Ferdi sekilde 50 manat qrup sekilde 30 manat. Qrupda maksimum 4 usaq olur. Evde ders ise unvana gore deyisir.
İngilis dilinnen qrup wekilde online hazirliqlar aparilir.Qrupa 2 nefer daxildir.İndividual hazirliq ise -60 man
Mektebe qeder ve ibtidai sinif şagirdlerinin yüksek seviyyede hazirliği keçirilir. 25 illik iş tecrübem var. Orta mektebde ibtidai sinif müellimesi işlemişem. Eyni zamanda müxtelif kurslarda repetitorluqla meşğul
Allahin adi ile salam olsun! Men Shehla Hesenova 58 yashim var. Baki Dovlet Universitetinin Sherqshunasliq Fakultesini bitirmishem. Ereb dili uzre ixtisaslashmisham. Ereb dilini qisa muddetde yuksek seviyyede oyredirem.
Qrafik dizayn kursu Reklam şirkətləri, çap mərkəzləri və fotostudiyalar üçün əvəzedilməz kadra çevrilmək istərdinizmi? Piramida Təhsil Mərkəzi “Dizayner peşəsinə yiyələnmək istəyənlər üçün ” qrafik dizayn
Xidmetler.az Bakida və Azərbaycanda xidmət sahələrini bir yerə toplayan platformadır. Saytda müxtəlif xidmət növləri və onlara aid xidmətlər tapa bilərsiz. Biznesiniz və ya eviniz üçün xidmetler, temir tikinti xidmeti, yukdasima xidmeti, kuryer xidmeti, reklam dizayn çap xidmetleri, turizm və digər müxtəlif xidmət növləri var. Xidməti saytda yerləşdirmək pulsuzdur. Biznes, Ev və ofisləriniz üçün xidmət sifariş etmək indi çox asan oldu. Xidmetler.az saytı ilə sizə lazım olan xidməti asanlıqla tapa bilərsiz. Usta təmir xidməti, yükdaşıma xidməti, çatdırılma xidməti, tərcümə xidməti, vergi mühasibat xidmətləri, hüquqi xidmətlər və digər xidmət növləri var.
Sayt rəhbərliyi elanlara və reklam bannerlərinə görə məsuliyyət daşımır.
© 2016 XiDMETLER.AZ | info [@] xidmetler.az | Bizimlə əlaqə
Похожие статьи
-
Azərbaycan dili dərsləri Kursun proqramı ilə bağlı ətraflı məlumat almaq üçün Azərbaycan dili haqqında Azərbaycan dili geneoloji təsnifata görə türk…
-
Azərbaycan dili 9 müəllim üçün metodik vəsait
Azərbaycan dili fənni üzrə 9-cu sinif üçün metodik vəsait – PDF Hörmətli müəllimlər! Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün Azərbaycan dili dərslik…
-
Kurikulum. az Bunlar həm məzmunu müəyyənləşdirmək, həm də qiymətləndirmə aparmaq baxımından əhəmiyyət daşıyır. İlk növbədə, məzmunu ifadə edən belə ümumi…
-
Azərbaycan dili 8 metodik vəsait
Metodiki Tövsiyə DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya…
-
Azərbaycan dili kitabi İngilis dili kursu Home Education Academy ümumi ingilis dilini Beynəlxalq standartlar əsasında öyrənmək istəyənləri, dil üzrə əsas…
Comments are closed, but trackbacks and pingbacks are open.