Bakı dövlt universitetinin tarixi
Kompüter elmləri – 3500 manat, 25 yer
Abituriyentlərə kömək: Bütün qruplar üzrə bütün universitetlərdə bahalı və ucuz fakultələr
Ali məktəblərə qəbul imtahanlarını başa vuran abituriyentlər ixtisas seçimi ərəfəsində tərəddüdədirlər. Feat.Az fins.az-a istinadən xəbər verir ki, onlara kömək məqsədilə ali məktəblərin plan yerlərini və fakültələrin qiymətlərini araşdıraraq təqdim edir. Beləliklə,
1-ci qrup – ƏN BAHALI FAKÜLTƏLƏR
ADA Universiteti
Kom püter elmləri – 6500 manat, 40 yer
Kompüter mühəndisliyi – 6500 manat, 40 yer
İnformasiya texnologiyaları – 6500 manat, 40 yer
Sistem mühəndisliyi -6500 manat, 40 yer
Qafqaz Universiteti
Qafqaz Universiteti 1-c i ixtisas qrupunda 8 fakultə ilə təmsil olunur.
Bu qrupda universitetin ən bahalı fakultəsi mexanika mühəndisliyi, kompüter mühəndisliyi, inşaat mühənsidliyi və s.dir – 5200 manat. Fizika və riyaziyyət müəllimliyi isə 3850 manatdır.
Xəzər Universiteti
Xəzər Universitetində ən bahalı fakültələr fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi və Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyidir
Fizika müəllimliyi – 3500 manat, 15 yer
Riyaziyyat və informatika müəllimliyi – 3500 manat, 20 yer
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi – 3500 manat, 25 yer
İnşaat mühəndisliyi – 3500 manat, 20 yer
Kompüter elmləri – 3500 manat, 25 yer
Neft-qaz mühəndisləri – 3500 manat, 25 yer
Mexanika mühəndis – 3500 manat, 25 yer
Kompüter m ühəndisliyi – 3500 manat, 25 yer
Kimya mühəndisliyi – 3500 manat, 25 yer
Qərb Universiteti
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi – 15 yer – 2900 AZN
Kompüter mühəndisliyi – 15 yer – 2990 AZN
“Odlar Yurdu” Universiteti
1-ci ixtisas qrupundakı fakültələr sırasında “Odlar Yurdu” Universitetinin ixtisaslarında qiymət eynidir.
Kompüter mühəndisliyi – 3000 manat, 50 yer
Ekologiya mühən disliyi – 3000 manat, 35 yer
Ən bahalı dövlət ali məktəbləri
1-ci qrup dakı dövlət universitetlərində ən bahalı fakültələr Turizm və Menecment və Memarlıq və İnşaat Universitetindədir.
Azərbaycan Turizm və Menecment Universiteti
Qida məhsulları mühəndisliyi – 2500 manat, 20 yer
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Memarlıq və İnşaat Universitetində ən bahalı fakültə memarlıqdır.
Memarlıq -2300 manat, 95 yer
Azərbaycan Dövlət İqtisad Uni versiteti (UNEC)
İnformasiya texnologiyaları – 2200 manat, 50 yer
Sistem mühəndisliyi – 2200 manat, 25 yer
Döv lət İdarəçilik Akademiyası
Kompüter elmləri – 2000 manat, 30 yer
1-ci qrup – ƏN UCUZ FAKÜLTƏLƏR
Bu qrup üzrə özəl ali məktəblərdə ən ucuz fakültələr Naxçıvan və Mingəçevir Dövlət Universitetlərindədir. Özəl ali məktəblər sırasında isə “Naxçıvan”, “Təfəkkür” “Bakı Avrasiya” və Kooperasiya Universitetləridir.
Bakı Avrasiya Universiteti
Riyaziyyat – 2000 manat / 25 yer
“Naxçıvan” Universiteti
İnformatika müəllimliyi-1500 manat, 20 yer
Riyaziyyat və informatika müəllimliyi -1600 manat, 20 yer
“Təfəkkür” Universiteti
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi – 1800 manat, 20 yer
Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi – 1800 manat, 20 yer
Azərbaycan Kooperasiya Universiteti
Riyaziyyat – 2000 manat , 50 yer
Çoxişlənən mallların texnologiyası mühəndisliyi- 2200 manat, 50 yer
İstehlak mallarının ekspertizası və marketinqi – 2200 manat, 50 yer
Qida Məhsulları mühəndisliyi – 2200 manat, 30 yer
Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi – 2300 manat, 50 yer
Dövlət ali məktəb lərində I ixtisas qrupu üzrə ən ucuz fakültələr Texnologiya Universitet və Naxçıvan və Mingəşevir Dövlət Universitetindədir.
Azərbaycan Texnologiya Universiteti
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi – 1000 manat, 25 yer
Mingəçevir Dövlət Universiteti
Elektroenergetika mühəndisliyi – 1000 manat, 15 manat
Riyaziyyat və informatika müəllimliyi – 1200 manat, 30 yer
Elektroenergetika mühəndisliyi – 1200 manat, 30 yer
İstilik energetika mühəndisliyi – 1200 manat, 25 yer
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi – 1200 manat, 25 yer
Ekologiya mühəndisliyi – 1200 manat, 30 yer
İnformasiya texnologiyaları – 1200 manat, 30 yer
Naxçıvan Dövlət Universiteti
Yerüstü nəqliyyat vasitələrin in mühəndisliyi -1000 manat, 15 nəfər ( qiyabi)
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi -1200 manat, 20 yer (əyani)
Ekologiya mühəndisliyi- 1200 manat, 15 yer
2-ci qrupda – ƏN BAHALI FAKÜLTƏLƏR
ADA Universiteti
İqtisadiyyat – 6500 manat, 80 yer
Biznesin idarə edilməsi – 6500 manat, 80 yer
Beynəlxalq münasibətlər – 6000 manat, 80 yer
Qafqaz Universiteti
Qafqaz Universiteti 2-ci ixtisas qrupunda 7 fakültə ilə təmsil olunur. Bu qrupda universitetin ən bahalı fakültələri maliyyə, dünya iqtisadiyyatı və biznesin idarə edilməsidir – 5850 manat. Beynəlxalq münasibətlər isə 5500 manatdır.
Maliyyə – 5850 manat, 20 yer
Biznesin idarə edilməsi – 5850 manat, 20 yer
Dünya iqtisadiyyatı – 5850 manat, 25 yer
Beynəlxalq münasibətlər – 5500 manat, 30 yer
Mühasi bat uçotu – 5200 manat , 50 yer
Dövlət və bələdiyyə idarəetməsi – 5200 manat, 30 yer
Sənayenin təşkili və iadarə olunması – 4750 manat, 50 yer
Xəzər Universiteti
Regionşünaslıq – 4500 manat, 25 yer
Beynəlxalq münasibətlər – 4500 manat, 25 yer
Mühasibat uçotu və audit – 4000 manat, 25 yer
Maliyyə – 4000 manat, 25 yer
İqtisadiyyat – 4000 manat, 15 yer
Menecment – 4000 manat , 20 yer
Marketinq – 4000 manat, 15 yer
Biznesin idarə edilməsi – 4000 manat, 20 yer
Turizm və otelçilik – 4000 manat, 25 yer
Qərb Universiteti
- Beynəlxalq münasibətlər – 30 yer (20 – yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3600 AZN
- Regionşünaslıq (Qərbşünaslıq) – 30 yer (20 – yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3600 AZN
- Dünya iqtisadiyyatı – 30 yer (20 – yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3300 AZN
- Maliyyə – 30 yer (20 – yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3300 AZN
- Menecment – 35 yer (20 – yer – Azərbaycan və rus dillərində, 15 – yer – İngilis dilində) – 3300 AZN
- Turizm və otelçilik – 30 yer – (15 – yer – Azərbaycan və rus dillərində, 15 – yer – İngilis dilində) – 2990 AZN
- İqtisadiyyat – 25 yer – 3300 AZN
- Biznesin idarə edilməsi – 30 yer – (20– yer – Azərbaycan və rus dillərində, 10 – yer – İngilis dilində) – 3300 AZN
2-ci qrupda – ƏN UCUZ FAKÜLTƏLƏR
Bakı Avrasiya Universiteti
Regionşünaslıq (ABŞ Kanada) 2000 manat / 40 yer
Regionşünaslıq (ABŞ Kanada) (rus bölməsi) 2000 manat / 15 yer
Regionşünaslıq (Avropa ölkələri) 2000 manat / 30 yer
Regionşünaslıq (Avropa ölkələri) (rus bölməsi) 2000 manat / 15 yer
Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri) 1800 manat / 30 yer
Regionşünaslıq (Qafqaz ölkələri) 1800 manat / 20 yer
Regionşünaslıq (Qafqaz ölkələri) (rüs bölməsi) 1800 manat 10 yer
İqtisadiyyat 2000 manat / 50 yer
İqtisadiyyat (rus bölməsi) 2000 manat / 20 yer
Bakı Dövlət Universiteti
Coğrafiya – 1300 manat, 15 yer ( qiyabi)
Coğrafiya – 1600 manat , 90 yer (əyani)
Coğrafiya müəllimliyi – 1500 manat, 120 yer
Hidrometeorologiya – 1600 manat, 25 yer
İqtisadiyyat – 1600 manat , 15 yer (qiyabi)
İqtisadiyyat – 1900 manat , 75 yer (əyani)
Sosiologiya – 1800 manat, 30 yer
Regionşünaslıq – 1800 manat, 170 yer
Turizm və otelçilik – 1900 manat, 55 yer
Dünya iqtisadiyyatı – 2300 manat , 100 yer
2-ci ixtisas qrupunda ucuz təhsil haqqı təklif edən digər universitetlər Dillər, Texniki və Pedaqoji Universitetlərdir. Azərbaycan Dillər Universitetində ən ucuz ixtisas regionşünaslıqdır- 1000 manat. Texniki Universitetdə ən ucuz fakültə 1300 manatdır. Pedaqoji Universitetdə qiymətlər bundan cəmi 20 manat fərqlənir -1320 manat.
Azərbaycan Dillər Universiteti
Regionşünaslıq (Almaniya) – 1000 manat, 10 yer
Regionşünaslıq (Fransa) – 1000 manat , 10 yer
Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa ölkələri) – 1500 manat, 10 yer
Regionşünaslıq (Qafqaz ölkələri) – 1500 manat, 10 yer
Regionşünaslıq (Norveç) -1500 manat, 10 yer
Regionşünaslıq (Yaponiya) – 1500 manat, 10 yer
Regionşünaslıq (Çin) – 1500 manat, 10 yer
Regionşünaslıq (Argentina) – 1500 manat, 10 yer
Azərbaycan Texniki Universiteti
Sənayenin təşkili və idarə olunması – 1300 manat, 15 yer (qiyabi )
Sənayenin təşkili və idarə olunması – 1600 manat, 90 yer (əyani)
Menecment – 1600 manat, 30 yer
Nəqliyyat servisi – 1500 manat, 30 yer
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Tarix və coğrafiya müəllimli – 1320 manat, 60 yer
Coğrafiya müəllimliyi – 1320 manat , 90 yer
Bu qiymətlər filiallarda da eynidir.
3-cü ixtisas qrupu – ƏN BAHALI İXTİSASLAR
ADA Universiteti
Dövlət və ictimai münasibətlər fakültəsi – 6000 manat,80 yer
Qafqaz Universiteti
Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı) – 4800 manat, 45 yer
Tərcümə (ingilis dili )- 4800 manat, 60 yer
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 4200 manat, 50 yer
Xəzər Universiteti
Politologiya – 4500 manat, 25 yer
Dizayn – 3500 manat, 20 yer
Pedaqoji fakültələr – 3500 manat , 110 yer
Tərcümə – 3500 manat , 50 yer
Qərb Universiteti
- Politologiya – 40 yer – 3290 AZN
- Dizayner (interyer, qrafik, landşaft) – 30 yer – 3300 AZN
- Tərcümə (ingilis, alman, fransız) – 35 yer – 3800 AZN
- Filologiya (Azərbaycan dili və ədəbiyyatı) – 30 yer – 2900 AZN
- Filologiya (İngilis dili və ədəbiyyatı) – 30 yer – 3800 AZN
- Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı) – 15 yer – 3600 AZN
3-cü qrupda – ƏN UCUZ İXTİSASLAR
Azərbaycan Dillər Universiteti
Filologiya (alman v ə fransız dili) – 1000 manat, 20 yer
Tərcümə (alman dili, fransız dili) – 1000 manat ,24 yer
Dil və ədəbiyyat müəllimliyi (fransız dili) – 1000 manat, 12 yer
Xarici dil müəllimliyi (fransız dili ) – 1000 manat, 48 yer
Xarici dil müəllimliyi (alman dili ) – 1000 manat, 48 yer
Bakı Dövlət Universiteti
İbtidai sinif müəllimliyi (Qazax filialı) – 1200 manat, 25 manat
Məktəbəqədər təlim və tərbiyə (Qazax filialı )- 1200 manat, 25 manat
Naxçıvan Dövlət Universiteti
Xarici dil müəllimliyi (alman dili) -1200 manat, 15 yer
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi -1300 manat, 40 yer
Xarici dil müəllimliyi (fransız dili)-1300 manat, 15 yer
Tarix müəllimliyi -1300 manat, 40 yer
Kitabxanaçılıq və informasiya -1300 manat ,20 yer
Naxçıvan Müəllimlər İnstitutu
İbtidai sinif müəllimliyi-1300 manat, 165 yer
Məktəbəqədər təlim və tərbiyə -1300 manat, 30 yer
Təhsildə sosial- psixoliji xidmət -1300 manat, 25 yer
4-cü qrupda – ƏN BAHALI FAKÜLTƏLƏR
Qafqaz Universiteti
Psixologiya – 3850 manat, 25 yer
Bakı dövlt universitetinin tarixi
AİA.Az xəbər verir ki, iyul ayının 5-də Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə universitetin bir qrup müəllim-tələbə heyətinin iştirakı ilə Quba rayonunda təhsil ictimaiyyətinin nümayəndələri və SDU-nun məzunları ilə görüş keçirilib.
Quba şəhər 2 saylı tam orta məktəbdə keçirilən tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Quba rayonu üzrə Təhsil sektorunun müdiri Pərviz Nurməmmədov, SDU-nun dosenti, Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, universitetin Karyera mərkəzinin müdiri Əmirxan İsayev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzazadə, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini Araz Mirzəbəyov, SDU-nun TGT-nın sədri, universitetin III kurs tələbəsi Elmin Novruzlu, eləcə də Quba və Qusar rayonlarının ümumi təhsil müəssisələrinin rəhbərləri, şagird və məzunlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüş zamanı peşəkar kadrların, ixtisaslı mütəxəssislərin hazırlığında zəngin təcrübəyə malik olan Sumqayıt Dövlət Universitetinə bölgələrdəki orta məktəb məzunlarının diqqətini cəlb etməklə yanaşı, onlara bu ali təhsil müəssisəsinin 60 illik nümunəvi fəaliyyəti, universitetin keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar, növbəti dövr üçün qarşıya qoyulmuş məqsəd və hədəflər barədə geniş məlumat verilib. Həmçinin görüş iştirakçıları üçün SDU-nun keçdiyi inkişaf yolunu əks etdirən videorolik nümayiş etdirilib.
Tədbirin sonunda Sumqayıt Dövlət Universitetinin rəhbərliyi adından görüş iştirakçılarına müxtəlif hədiyyələr, eyni zamanda universitetin Karyera mərkəzinin müdiri Əmirxan İsayevin və yazıçı-publisist Əli Rzazadənin müəllifi olduqları kitablar təqdim olunub.
Qeyd edək ki, təməli 1962-ci ildə qoyulmuş Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 60 illik zəngin ənənələrindən bəhrələnməklə ali təhsilli peşəkar kadrların hazırlamnası istiqamətində uğurlu addımlar atır. İllər ötdükcə Sumqayıt Dövlət Universiteti məhz Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri, ümummilli liderimizin siyasi varisi olan möhtərəm prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilmişdir. SDU hazırda ölkəmizdə müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı kadrlar yetişdirmək baxımından əhəmiyyətli mövqeyini qoruyub saxlayır.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, baş mühasib İlqar Hacıyev və departamentin digər əməkdaşları – Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gündəlilk Bakı xəbər verir ki, təqsirləndirilən şəxslərdən yalnız İlqar Hacıyev həbsdədir. Cinayət işi üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, 27 nəfər tanınıb.
Məhkəmə prosesində İ.Hacıyev müdafiəçilərin suallarını cavablandırarkən deyib ki, ştatdan kənar 63 işçinin kartına pul köçürülməsindən xəbəri olub. Kartlardan pulu əsasən ya şəxsi sürücüsü, ya da Əkbər Həsənovun sürücüsü çıxarıb: “Nazirliyin digər qurumlarında qazanc, gəlir yeri olurdu. İki-üç ağacın yerini o tərəfə, bu tərəfə edib pul qazanırdılar. Bizim departament isə gəlirsiz yer idi. Havanı pulla satmayacaqdıq ki?! Məcbur olub bu işi görmüşük”.
Sualları cavablandıran İ.Hacıyev əlavə xərclərin nədən ibarət olmasından danışıb. Deyib ki, itkin düşən alpinistlərin axtarışı üçün 12 min manata, kombi sisteminin quraşdırılması üçün 20 min manata, telekommunikasiya xətlərinin yenilənməsi üçün 7 min manata, hava proqnozları ilə bağlı bukletlərin hazırlanması üçün 20 min manata, departamentin balansında olan binanın şüşə üzlüyünün yuyulması üçün 25 min manata yaxın vəsait xərclənib.
Təqsirləndirilən şəxsin dediyinə görə, hər ay o saxta maaş kartlarından çıxarılan pulu nazirlikdə onların üzərinə qoyulan əlavə işlərin görülməsinə xərcləyirdilər. Onun sözlərinə görə, sonuncu dəfə 2018-ci ildə prezident seçkisi öncəsi nazir departament rəhbərini çağırıb, 265 min manat pul istəyib – seçkiyə görə 50 min manat, özünün Salyandakı zavodunun tikintisinə görə də 215 min manat.İ.Hacıyev deyir ki, həmin vaxt məcbur olub sələmlə pulu götürüb, nazirə çatdırıblar. Sonradan kartlardan pulu çıxarıb borcu ödəyirdilər.
İ.Hacıyev müdafiəçisinin suallarını cavablandırarkən deyib ki, sabiq nazir Hüseynqulu Bağırov Əkbər Həsənovdan 265 min manat istəyərkən həmin məbləği sələmə Vüqar adlı şəxsdən alıblar. Ə.Həsənov isə deyib ki, nə Hüseynqulu Bağırov ondan pul alıb, nə də ki, Vüqar adlı şəxsi tanıyır. İ.Hacıyev Vüqar adlı şəxsi digər işçilərin tanıdığını da söyləyib.
Vəkilin İ. Hacıyevə növbəti sualı Hüseynqulu Bağırovla bağlı mətbuata müraciətin hazırlanmsı ilə əlaqədar olub. Müdafiəçinin sözlərindən məlum olub ki, təqsirləndirilən şəxslər barəsində cinayət işi açılanda onlar bu işdə Hüseynqulu Bağırovu günahkar bilərək onun barəsində müraciət hazırlayaraq mətbuat vasitəsi ilə ictimailəşdirmək istəyiblər. Lakin sonradan Hüseynqulu Bağırova yaxın şəxslər məsələni həll edəcəkləri vədi ilə müraciətin mətbuata çıxmasının qarşısını alıblar.
İ.Hacıyev bunu təsdiqləyib və deyib ki, həmin müracit onda hələ də qalır. Əkbər Həsənov isə bunu da təkzib edib, İ.Hacıyevin düz danışmadığını deyib. Ə.Həsənov məhkəməyə bildirib ki, bu işdə Hüseynqulu Bağırovun adının hallandırılması doğru deyil. Onun sözlərinə görə, sabiq nazir bu məsələlərdən xəbərsiz olub. Ə.Həsənov sürücüsünün heç vaxt kartlardan pul çıxarmadığını açıqlayıb: “Pul çıxaranların hamısı bankomatların kamerasına düşüb. Onların arasında mənim sürücüm yoxdur”.
Daha sonra təqsirləndirilən Orxan Qasımov ifadə verib. O, elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İşlədiyi müddətdə ona verilən tapşırıqları icra etdiyini deyib. O. Qasımov istintaqda fərqli ifadə verməsini, dövlətə vurulmuş ziyanın bir hissəsini ödəyəcəyi ilə bağlı vədini belə izah edib: “İstəmirdim ki, İlqar müəlim üçün daha da çox problem yaransın. Buna görə də belə ifadə verdim ki, ona kömək edim. Yəni kartlardan dördü məndə olmayıb. Mən sadəcə işçilərin maaşını hesablamışam. Həmin kartlardan pulu çıxaranda İlqar müəllimə vermişəm”.
İ.Hacıyev Orxan Qasımovun ifadəsinin bu hissəsini təsdiqləyib və bildirib ki, Orxanın ona verdiyi pulları da Əkbər Həsənova çatdırıb. Orxan Qasımov suallara cavabında bildirib ki, müqaviləsiz işçilərdən xəbəri olmayıb: “Mən sadəcə şəxsiyyət vəsiqələri əsasında sənədləri banka göndərib kart açılmasını həyata keçirirdim”.
O.Qasımov keçmiş iş yoldaşı, indi təqsirləndirilən şəxs olan Təbrizin kartlardan pul çıxarması üçün aylıq cüzi məbləğ verilməsi ilə bağlı istintaqda dediyini təsdiqləməyib. Həmin ifadəni onun adından müstəntiqin yazdığını deyib. O bildirib ki, digər işçilərin kartlardan pul çıxarıb, gətirib İlqar Hacıyevə və Əkbər Həsənova verməsindən xəbəri olmayıb.
O.Qasımov istintaqda vəkilinin olmadığını, vəkilsiz dindirildiyini deyib. Məhkəmə prosesi zamanı O.Qasımovun ifadəsi elan edilib. İstintaqa verdiyi ifadəsində O.Qasımov etiraf edib ki, departamentə aidiyyəti olmayan şəxslərin adına kartlar açaraq pulları oraya köçürüb mənimsəyiblər.
İstintaqdakı ifadəsində İ.Hacıyev və Ə.Həsənovun rəhbərliyi altında 451 min manat vəsaitin mənimsənilməsini etiraf edib. İfadəsində göstərib ki, kartlardan çıxarılan pullar İ.Hacıyevə verilib və pullar Ə.Həsənovla İ.Hacıyevin arasında bölünüb.
Məhkəmə iclasında isə istintaqdakı ifadəsinin yarısını təsdiqləməyib. İş yoldaşları Tural və Təbrizin kartlardan pul çıxarması, onlara müəyyən məbləğdə pul verilməsi, saxta sənədlər hazırlanması ilə bağlı deyilənləri təkzib edib. Həmçinin, işçilərin çoxu ilə əmək müqaviləsinin bağlanıb-bağlanmamasından xəbərsiz olduğunu deyib.
Tərəflərin suallarını cavablandırarkən məlum olub ki, onun həyat yoldaşı Səbinə Qasımova da orada işləyib. Sonuncunun adına 10 min 600 manat pul köçürülüb. O. Qasımov həyat yoldaşının adına köçürülən pulun maddi yardım olduğunu, onun özünə də 11 min manat maddi yardım yazıldığını deyib. O, nazirlikdə bir çox şəxslərin maddi yardım aldığını, hətta 20 min manat yardım alanların da olduğunu söyləyib.
Tərəflərin suallarını cavablandırarkən O.Qasımovun dediklərində xeyli ziddiyyətlər yaranıb. O gah istintaqda boş vərəqə imza atdığını, gah da yazılan ifadədən xəbərsiz olduğunu deyib. Ə.Həsənov isə bildirib ki, O.Qasımov İ.Hacıyevin əlavə kartlar açmasından xəbərdar olub, amma bunları dilə gətirmir. Ə.Həsənov Orxanın istintaqdakı ifadəsində də bəzi yanlışlıqlar olduğunu deyib: “Mənə aid olan hissələr düzgün deyil. Mən ona heç bir göstəriş verməmişəm”.
İ.Hacıyev çıxışında deyib ki, baş verənlərin hamısından H.Bağırovun xəbəri olub: “Hamı yaxşı bilir ki, rəhbərin razılığı olmadan bu işlər görülə bilməz. Hüseynqulu Bağırovun da xəbəri olub. Amma necə olur ki, bir mən burada otururam?”
Hakim isə “hazırda burada cinayət işində adı çəkilən şəxslərin işinə baxılır. Hüseynqulu Bağırovdan şikayətiniz varsa, müvafiq qurumlara müraciət edə bilərsiniz”deyib. Məhkəmə prosesi davam edir. /virtualaz.org/
Comments are closed, but trackbacks and pingbacks are open.