Press "Enter" to skip to content

Alban kilsələri

Həmin mənbələrdə erməni Qriqoryan kilsəsindən fərqli olaraq, Alban həvari kilsəsinin yaranma tarixinin Yerusəlim kilsəsi, bir qədər sonrakı dövrlər Yerusəlim patriarxlığına bağlılıqdan qaynaqlandığı da müəyyən edilmişdir. Bu barədə məşhur Alban tarixçisi Musa Kalankatlının Alban hökmdarı Cavanşirin göstərişi ilə yazdığı “Alban ölkəsinin tarixi” əsərində daha detallı bilgilər verilir. Əsərdə apostol Faddeyin şagirdi Müqəddəs Yeliseyin qədim Albaniya vilayətlərindən olan Şəkidə Kiş məbədini tikdirərkən: “Bu, bizim mənəvi mərkəzimiz, ziya aldığımız ilk məkanımızdır” dediyi qeyd edilir. Əsərdə, həmçinin xristianlığın Albaniyada ilk təbliğatçısı olmuş Yeliseyin Şəki şəhəri yaxınlığında öldürüldüyü və orada dəfn olunduğu bildirilir. Xristianlığın Qafqaz Albaniyasında Ermənistan məfhumundan xeyli əvvəl yayıldığı erməni katolikosu Avraamın albanlara ünvanladığı məktublarından birində də öz əksini tapır: “Bizimkindən əzəli olan Alban patriarxlığının taxtı əvvəllər bizimlə (ermənilərlə) həmfikir idi”.

Alban kilsələri – tariximizin qədim izləri

Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycan ərazilərində əsrlər boyu yaşamış albanların qədim tarixindən, azəri türkləri ilə birgə yaşayışı və ortaq mədəniyyətindən, 1836-cı ilin 11 mart tarixində Rusiya imperatoru I Nikolayın fərmanı ilə erməni qriqorian Kilsəsinin tabeliyinə verilmiş Alban Həvvari Kilsəsinin sonradan məkrli erməniləşdirmə siyasəti ilə saxtalaşdırılmasından bəhs edən “Alban kilsələri – tariximizin qədim izləri” adlı sənədli videoçarx hazırlayıb. Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində yayınlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

Alban kilsələri – tariximizin qədim izləri

Qədim tarixi, mədəniyyəti və abidələri ilə hər zaman dünya tarixçilərinin diqqətini çəkmiş Qafqaz Albaniyası xristianlığın dünya üzərində yayıldığı ilk ölkələr sırasındadır. Tarixi mənbələrə görə eramızın I yüzilliyində bu ərazilərə YerusəlimSuriya xristian missionerlərinin gəlişi burada ilk xristian icmalarının yaranmasına səbəb olmuşdur.

Həmin mənbələrdə erməni Qriqoryan kilsəsindən fərqli olaraq, Alban həvari kilsəsinin yaranma tarixinin Yerusəlim kilsəsi, bir qədər sonrakı dövrlər Yerusəlim patriarxlığına bağlılıqdan qaynaqlandığı da müəyyən edilmişdir. Bu barədə məşhur Alban tarixçisi Musa Kalankatlının Alban hökmdarı Cavanşirin göstərişi ilə yazdığı “Alban ölkəsinin tarixi” əsərində daha detallı bilgilər verilir. Əsərdə apostol Faddeyin şagirdi Müqəddəs Yeliseyin qədim Albaniya vilayətlərindən olan Şəkidə Kiş məbədini tikdirərkən: “Bu, bizim mənəvi mərkəzimiz, ziya aldığımız ilk məkanımızdır” dediyi qeyd edilir. Əsərdə, həmçinin xristianlığın Albaniyada ilk təbliğatçısı olmuş Yeliseyin Şəki şəhəri yaxınlığında öldürüldüyü və orada dəfn olunduğu bildirilir. Xristianlığın Qafqaz Albaniyasında Ermənistan məfhumundan xeyli əvvəl yayıldığı erməni katolikosu Avraamın albanlara ünvanladığı məktublarından birində də öz əksini tapır: “Bizimkindən əzəli olan Alban patriarxlığının taxtı əvvəllər bizimlə (ermənilərlə) həmfikir idi”.

Qafqaz Albaniyası haqqında yazılmış tədqiqatlara görə V–VIII əsrlərdə bu ərazilərdə 12 yepiskopluq fəaliyyət göstərir: Kabalaka (Qəbələ), Qaşua, Yeuta, Amaras, Tsri, Balasakan (Şəki), Girdiman, Mets-Koqmank, Mets-İrank, Haband, Partav (Bərdə) və Gəncəsər (Kəlbəcər). 552-ci ildə Alban kilsəsinin başçısı Müqəddəs Ata Abbas iqamətgahını Çoladan Bərdəyə köçürdükdən sonra Bərdə kilsəsi böyük monastıra çevrilir.

Alban kilsələrini erməniləşdirmək cəhdi faktlarına bir çox tanınmış dünya tarixçilərinin elmi tədqiqatlarında da rast gəlinir.

İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsasən Rusiya Senatının təsdiq etdiyi 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə uyğun olaraq, Alban Həvvari kilsəsi erməni Qriqoryan kilsəsinin tabeliyinə verilir. Bununla da Alban kilsəsi müstəqilliyinə son qoyulur.

Qədim Qafqaz tarixinin ən tanınmış tədqiqatçılarından olan görkəmli Rusiya tarixçisi, professor İlya Pavloviç Petruşevski (1898–1977) öz tədqiqatlarında faktlara istinadən tarix boyu ermənilər tərəfindən Albaniya ərazilərinin erməniləşdirilməsi, “Alban kilsəsi” məfhumunun məhv edilərək, “erməni kilsəsi” kimi qələmə verilməsi fəaliyyətinin məqsədyönlü və davamlı şəkildə aparıldığını, Qarabağda yerləşən tarixi abidələrin heç zaman erməni mədəniyyətinə mənsub olmadığını bildirir.

Tanınmış “erməni tarixçisi” Nikolay Adonts ( 1871–1942) öz tədqiqatlarında erməni əhalisinin Qarabağın dağlıq hissəsində heç zaman hər hansı nüfuz sahibi olmadığını bildirir.

Məşhur şərqşünas alim, akademik Ziya Bünyadov VII əsr ərəb tarixçisinin əsərini tədqiq edərkən maraqlı tarixi faktla rastlaşır. Ərəb xilafətinin başçısı Xəlifə Müaviyənin (661–680) Qafqaz Albaniyasına hücuma başlamazdan əvvəl ölkədə hansı tayfaların yaşadığını öyrənmək, hərbi kəşfiyyat xarakterli məlumatlar toplamaq məqsədilə əl-Curhumiyə verdiyi göstəriş nəticəsində həmin ərazilərdə türklərin üstünlük təşkil etdiyi, tayfalararası ümumi ünsiyyət dilinin türk dili olduğu müəyyən edilir.

Qafqaz Albaniyası tarixini tədqiq edən bir çox mənbələr Alban Katolikosu Taxtının IV–V əsrlərdə Dərbənddəki Çola monastırında, VI–VII əsrlərdə Bərdə monastırında, VIII–IX əsrlərdə Ağdərədəki müqəddəs Yelisey monastırında, X–XV əsrlərdə Kəlbəcərdəki Xudavəng monastırında, XV–XIX əsrlərdə Gəncəsər monastırında yerləşdirildiyini bildirir.

Arxeologiya, etnoqrafiya, antropologiya elmləri Azərbaycan xalqının formalaşmasında, etnogenezisində digər alban tayfaları ilə birgə yaşayışın əhəmiyyətli rol oynadığını müəyyən edir. Məşhur Azərbaycan eposu “Kitabi-Dədə Qorqud”un baş qəhrəmanı, “Oğuz elinin başçısı Qalın Oğuz”un , eləcə də igidlərin arxası “Salur Qazan”ın əsərdə “albanların başçısı” (II boy) kimi təqdim edilməsi Alban-Azərbaycan əlaqələrinin qədim köklərindən xəbər verir.

Tarixi sənədlərdə Azərbaycan xalqının əcdadlarının qədim dövrlərdə xristianlığa tapındığı və təbii ki, Oğuz ellərində, tarixi Alban-Azərbaycan torpaqlarında adları bu günəcən olduğu kimi saxlanılan vəng-məbəd, kilsə və monastırlarda ibadət etdikləri bildirilir.

Min illərdir Azərbaycanda qorunub saxlanılan çoxlu sayda Alban xristian məbədləri – Kiş (Şəki), Xudavəng, Gəncəsər (Kəlbəcər), Gürmük, Ləkit, Qum (Qax), Avey (Qazax), Cotari (Qəbələ) və s. kimi məbədlər bu gün də xalqımız tərəfindən müqəddəs ibadətgah kimi ziyarət edilir, Azərbaycan dövləti tərəfindən mühafizə olunaraq qorunub saxlanılır.

Alban kilsələri

Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan – Qafqaz Albaniyasının tərkib hissəsi olub. Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.

Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər – alban xristian dini abidələri yaradılıb.

Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlər bu abidələrin bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən fərqləndiyini bildirib. Həmin abidələri bütün tarixi sübutlara görə, xalqımızın milli mədəni irsinə aiddir.

Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox tarixçilər alban memarlığından danışarkən “Alban-türk memarlığı” ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi.

Lakin Qafqazda köklü tarixləri olmayan ermənilər burada süni şəkildə öz tarixlərinin izlərini yaratmaq məqsədi ilə Alban abidələrini mənimsəmək, milli mənsubiyyətini dəyişmək yolunu tutublar. Ən çox mənimsənilməyə məruz qalan abidələr isə xristianlıq dövrü abidələridir. Bu da ondan irəli gəlir ki, bu tipli abidələr üzərindəki xristian dininin rəmz və simvolları, eləcə də daş və divar rəsmləri içərisindəki buna bənzər rəsm nümunələrini əsas götürərək bunları erməniləşdirməyə çalışırlar. Bu da öz növbəsində tarixin saxtalaşdrılmasına gətirib çıxarır.

Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A. Çavçavadze “Ermənilər və qan ağlayan daşlar” əsərində dolğun şəkildə əks etdirmişdi. O yazır:

“. Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını “Hay ölkəsi”– Şərqi Ermənistan adlandırırlar”. Lakin tədqiqatçılar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir. Belə ki, Azərbaycan ərazilərindəki Alban-xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir. Xristianlıq dövrü alban abidələrinin ermənilər tərəfindən mənimsənilməsinin bir səbəbi də, Rusiyanın köməyi vasitəsi ilə 1836-cı ildə Alban Apostol kilsəsinin ləğv edilərək Erməni Qriqoryan kilsəsinə tabe edilməsidir. Rusiya çarlarının Qafqazdakı siyasəti, ermənilərə verdikləri önəm nəticəsində Alban kilsələrinin mərkəzi əsassız olaraq ermənilərin qriqoryan kilsəsinə verildi. Bununla da Alban dini rəhbərliyi Eçmiədzinə köçürüldü.

Qaynarinfo bu gün həmin abidələrdən birini – Xudavəng monastr kompleksini təqdim edir:

Xudavəng monastırı — Kəlbəcər rayonunun Bağlıpəyə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Elmi mənbələrdə həm də Dadivəng və Xutavəng kimi qeyd edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş prof. G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir.

Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir.

Arzu xatun kilsəsi

Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunmuşdur.

Kompleksin başkilsəsi olan Arzu xatun kilsəsi 1214-cü ildə knyaginya Arzu xatunun sifarişi ilə inşa edilmişdir. Arzu xatun knyaz Kurdun qızı olmuşdur. Knyaz Kurd isə müasir Azərbaycan Respublikasının Qazax və Tovuz rayonlarının, həmçinin Ermənistan Respublikasının sərhəd ərazilərini əhatə edən tarixi Kaen əyalətinin hakimi olmuşdur. Kirakos Qandzaketsinin məlumatına görə, Xudavəngdə kilsənin inşa edilməsindən əvvəl, Arzu xatın həyat yoldaşı olan Xaçın knyazı Vaxtanqla birlikdə Qoşavəngdəki Müqəddəs Tanrı anası kilsəsinin inşasında iştirak etmişdir.

G. Məmmədova qeyd edir ki, “heç şübhəsiz ki, Arzu xatun həm də Qazaxdakı Əskipara monastırının memarlığı ilə tanış olmuş və sözsüz ki, Xudavəngdəki kilsənin memarlıq üslubunun seçilməsində bu tanışlıq da rol oynamışdır.” Bununla yanaşı, Xaçının ən zəngin ailələrindən birinin sifarişi ilə ölkənin intibah dövründə inşa edilən kilsə, həm də sələflərini geridə qoymalı idi.

Monastırın giriş darvazası ilə üzbəüz həyətin sonunda yerləşən Arzu xatun kilsəsi yüksək günbəzi və monumental həcmi ilə kompleks ərazisinə girənlərin diqqətini cəlb edir və ətrafındakı bütün tikililər arasında dominant mövqe tutur. Kilsəyə ən yaxşı görünüş kompleksin cənub və şərq tərəfindən açılır. Kilsənin şimal tərəfində kompleks ərazisini əhatə edən yüksək təpəlik ərazi başlayır. Kilsənin qərb fasadı ona bitişik inşa edilmiş tikililər – qalereya formalı narteks və birnefli zal kilsəsi ilə örtülmüşdür.

Alban kilsələri tarixinin mənimsənilməsinə yol verilməməlidir

“Report”un məlumatına görə, Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri Zaur İmrani bildirib ki, regionun etnik kənd turizm potensialı öyrənilib, Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ inzibati rayonlarında müsəlman və xristian ingiloyların, avarların, saxurların, ləzgilərin və udinlərin kompakt yaşadıqları kəndlərdə təbii və antropogen turizm abidələrinə baxış keçirilib.

O qeyd edib ki, bu zaman öz unikallığı ilə seçilən turizm abidələri ilə yanaşı, turizm sektorunda mövcud olan bir sıra problemlər də müəyyən edilib: “Məlum olub ki, bəzi turizm abidələri lazımı səviyyədə qorunmur, onların mühafizəsi aparılmır, ətraf ərazilərdə natəmizlik hökm sürür, kənd əhalisinin mal-qarası abidələrin hasara alındığı yerlərdə otarılır. Məsələn, Qax inzibati rayonunun Qum kəndində V əsrə aid Qum bazilikasının bərpasına və mühafizəsinə, Balakən inzibati rayonunun Katex kəndindəki Böyük səddin qalıqlarının ətraf ərazilərinin zibillikdən təmizlənməsinə, Zaqatala dövlət təbiət qoruğu ərazisində olan tarixi-mədəni abidələrin öyrənilməsinə və s. ehtiyac var”.

Şöbə müdirinin sözlərinə görə, bölgədə turistlərin daha çox marağına səbəb olan bütün alban kilsələrinin gürcü alimləri tərəfindən gürcü abidələri kimi qələmə verilməsi adi hal alıb. Bunu Bondo Arveladzenin “Армянские или грузинские церкви в Грузии?!” əsərində açıq şəkildə görmək olar. Bundan başqa, alban tayfalarından olan gellər, XVII əsrdən etibarən “ingiloy” adlanan etnos və “Kürmük oba bayramı” da gürcüləşdirilir. Bu məsələ isə İlisu sultanlığı işğal edildikdən sonra (1844-cü ildən etibarən) bölgədə aparılan xristianlaşdırma siyasəti ilə bağlıdır”.

Alim hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi alban kilsələrinin üzərinə lövhələrin qoyulması ilə kifayətlənməməli, hər bir alban kilsəsi barədə ətraflı məlumat verilməli, onların mühafizəsi işi təşkil olunmalı, “Alban kilsələri” marşrutu hazırlanmalı və turistlərə təqdim olunmalıdır. Eləcə də tarixçilər və coğrafiyaçılar bu istiqamətdə birgə elmi araşdırmalar aparmalı və qeyd edilən bu ciddi problemi aradan qaldırmalıdırlar.

Comments are closed, but trackbacks and pingbacks are open.