Press "Enter" to skip to content

Bank hesabı açmaq

Vergi Məcəlləsinin 35.1-ci maddəsinin ikinci cümləsində qeyd edilir ki, vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir.

VERGİLƏR

Sahibkarlıq fəaliyyətinə başlamağın ilkin şərtlərindən biri də bank hesabının açılmasıdır. Mövzu ilə bağlı maraq doğuran məqamları iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 35-ci maddəsi bankların vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələrə həsr olunub. 35.1-ci maddədə göstərilir ki, dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir.

Vergi Məcəlləsinin 35.1-ci maddəsinin ikinci cümləsində qeyd edilir ki, vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir.

Bunu nümunə əsasında ifadə etsək, vergi ödəyicisi bank hesabının açılması ilə bağlı şəhadətnamə-dublikat almaq üçün 23 fevral 2021-ci ildə müraciət edərsə, vergi orqanı şəhadətnamə-dublikatı ona 25 fevral 2021-ci ildən gec olmayaraq təqdim etməlidir.

Təbii ki, həmin günlər istirahət günlərinə təsadüf etdikdə, müddət axımının tələblərinə riayət edilir. Məsələn, 23 oktyabr 2020-ci ildə (cümə günü) bank hesabı ilə bağlı şəhadətnamə-dublikat üçün müraciət etmiş vergi ödəyicisinə vergi orqanından təqdim olunan bildirişdə hesab açılması üçün onun banka müraciət imkanının 27 oktyabr 2020-ci idə yaradıldığının qeyd edilməsinə səbəb 24 və 25 oktyabr 2020-ci il tarixlərinin müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etməsidir.

Qeyd edək ki, vergi ödəyicisi bank hesabı açmaq üçün şəhadətnamə-dublikata müraciət etdikdə vergi ödəyicisinə vergi orqanı tərəfindən “Bank idarəsində hesab açılması barədə şəhadətnamə-dublikatın alınması üçün ərizənin qəbul edilməsi barədə” bildiriş forması təqdim edilir. Həmin bildirişdə vergi ödəyicisinin banka hansı tarixdən müraciət etməsi haqqında qeyd olur.

Fəxriyyə İKRAMQIZI

Bank hesabı açmaq

Salam mənə Təcili (1-2 günə) bank hesabı açmaq lazımdı.
Bu barədə bir nəçə sualım var.
1.Bank hesabı açmaq üçün nə qədər pul tələb olunur? Və hansı bank məsləhətdir?
2.Bank hesabı nəçə günə hazır olur? Yoxsa bu gün getsəm 1 saata hazır edirlər?
3. hesaba pul köçürmək üçün limit var?
4. Hemin bank hesabına Nigeriya ölkəsindən mənə pul köçürə bilərlər?
Təşəkkürlər

Sualı verdi: Namazov Ismayil ( 23/07/2014 )

Kateqoriya: Sual . bank, other. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

1. Bütün banklarda pulsuzdur. Bank Respublika, Beynəlxalq bank ve.s.
2. Dərhal, 5 dəqiqəyə.
3. Xeyr.
4. Əlbəttə, rekvizitləri verirsiz köçürürlər. Bu bənd ilə əlaqəli bir məsləhət verim ki birden məşhur nigeriya spamlarina inanarsiz ha. Guya xaricdə kiminse pulu var tək çıxara bilmir daxildə, size verir və bölürsüz, ve ya kimsə böyük məbləğdə pulu ona kömək etdiyiniz təqdirdə sizinlə bölür, ay nə bilim lotereya udmusuz, xaricdə rəhmətə gedən uzaq qohum peyda olub ve.s. butün bu tip şeylər deleduzluqdur ve sizdən pul qoparmaga yönəlib. Ümumiyyətlə email ilə sizə yazan ve her hansi formada pul təklif eden əcnəbilər hamısı deleduzlardir ve sizden bank komissiyasi vəkil xərci filan adi ile pul qoparib itbat olacaqlar sonda.
Bəlkə də sizə aid deyil bu, her ehtimala qarşı yazdım

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Comments are closed, but trackbacks and pingbacks are open.