Press "Enter" to skip to content

Buraxılış vərəqələri indir

DİM sədri bildirib ki, Bakı, Şirvan və Naxçıvanda I mərhələ keçirildiyinə görə digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər: “Bu mərhələ üzrə maksimal bal 70 deyil, 100 bal olaraq hesablanacaq”.

9-11-ci siniflərin buraxılış imtahanlarının vaxtı açıqlandı

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, Bakı, Şirvan və Naxçıvanda I mərhələ keçirildiyinə görə digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər: “Bu mərhələ üzrə maksimal bal 70 deyil, 100 bal olaraq hesablanacaq”.

Məleykə Abbaszadə deyib ki, 11-ci sinif buraxılış imtahanlarının da iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır.

Onun sözlərinə görə,Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq: “İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir. Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur”.

O bildirib ki, məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər.

Buraxılış vərəqələri indir

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.

Bu barədə “Qafqazinfo”ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, DİM tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 9, 16 və 30 aprel 2023-cü il tarixlərində keçiriləcək. Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

– Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

– Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif, Sumqayıt, Abşeron, Cəlilabad, Masallı, Göyçay, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I hissə və II hissə kimi adlandırılıb. İmtahan gününə 2 həftə qalmış hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.

– İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Comments are closed, but trackbacks and pingbacks are open.