Beynəlxalq jurnalistika dünya media sistemində” adlı dərs vəsaiti çapdan çıxmışdır
“Bu gün dünyada beynəlxalq hüquq kimi beynəlxalq jurnalistika standartları da, media etikasının prinsipləri də böhran keçirir, xüsusən Azərbaycana münasibətdə biz bunun şahidi oluruq”.
Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.
BDU mətbuat xidməti на Facebook. Если вам интересны новости BDU mətbuat xidməti, регистрируйтесь на Facebook сегодня!
BDU mətbuat xidməti на Facebook. Если вам интересны новости BDU mətbuat xidməti, регистрируйтесь на Facebook сегодня!
BDU mətbuat xidməti
Bakı Dövlət Universitetinin rəsmi səhifəsi
Tələbələr imtahan sessiyası haqqında nə düşünür?
9 yanvar tarixində Bakı Dövlət Universitetində (BDU) 265 qrup üzrə 5918 tələbə imtahan verib. Tətbiqi riyaziyyat və kibernetika, Tarix, Kimya, Biologiya, Geologiya, Ekologiya və torpaqşünaslıq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Hüquq, Kitabxanaçılıq-informasiya, Şərqşünaslıq və SABAH qruplarını əhatə edən imtahanlar başa çatdıqdan sonra müəllim-koordinatorlar ənənəvi olaraq yazı işlərini yoxlama üçün ayrılmış auditoriyalara təhvil veriblər. İşlər kodlaşdırılıb və yoxlama prosesinə başlanılıb.
Bəs gəlin görək, tələbələr imtahan prosesi, onun təşkili, keçirilməsi, qiymətləndirmə və nəticələr barədə nə düşünürlər?
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 1-ci kurs, ingilis bölməsinin tələbəsi Adil Şükürov “Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri” fənnindən imtahan verib. Adilin imtahana giriş balı yüksək olub və biletə düşən beş sualın hər birinə dəqiq və hərtərəfli cavab verib: “İmtahanların təşkili və keçirilməsindən çox razı qaldım. Nəzarət ciddi idi. Tələbəyə biliyini ifadə etmək üçün bütün şərait yaradılmışdı. İmtahan başlayan kimi fənnin proqramı verildi və elan edildiyi kimi müəyyən vaxtdan sonra götürüldü. Hətta iki tələbəyə bir-birilərinə kömək etdikləri üçün xəbərdarlıq edildi. Xəbərdarlığın edilməsi, əslində belə halların bir daha təkrarlanmaması üçün yaxşı haldır. Tələbə yalnız özünə inanmalı, yaxşı oxumalı, bütün qayda-qanunlara əməl etməlidir. Razı qaldığım məqamlardan biri də bilet suallarının semestr ərzində keçilən dərsləri əhatə etməsi oldu”.
Geologiya fakültəsinin 1-ci kurs, Azərbaycan bölməsinin tələbəsi Nicat Sabirli ilk imtahanını verib. Giriş balı 45 olan tələbə imtahanın keçirilmə və nəzarət sistemindən razılıq etdi: “Bu gün ilk imtahanımızı Tarix fənnindən verdik. Suallar keçdiyimiz mövzularla üst-üstə düşürdü. Yaxşı hazırlaşmışdım, ona görə suallar mənə çox asan gəldi. Hamısını yazdım. İmtahan çox şəffaf keçdi. Hər kəsə uğurlar arzulayıram”.
Turanə Tağıyeva Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura pilləsinin birinci kurs tələbəsidir. O, ingilis bölməsində təhsil alır. Turanənin ilk imtahanı “Ali məktəb prdaqogikası” fənnindən olub: “İmtahana giriş balım 50 idi. Dərs vaxtı seminarlara və kollokviumlara hazır olduğuma, materiallardan əlavə ədəbiyyat oxuduğuma görə imtahana hazırlaşmaq çətin olmur. Çünki təzədən öyrənmirəm, sadəcə təkrar edirəm. İmtahan verən hər kəsə uğurlar arzu edirəm”.
Rəhimə Rəsulzadə: “Biologiya fakültəsinin 2-ci kurs tələbəsiyəm. Azərbaycan bölməsində təhsil alıram. İqtisadiyyat fənnindən imtahan verdik. Qrup olaraq imtahana giriş ballarımız yüksək idi. Yaxşı hazırlaşmışdıq. Qeyri-ixtisas fənni olsa da, çətinlik çəkmədik. İmtahanlardan da eyni balları, yəni nəticəmizi yüksək gözləyirik.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə ingilis bölməsində təhsl alan Rəsul Mehdiyev “Beynəlxalq təhlükəsizlik problemləri” fənnindən imtahan verib. Giriş balı 46 olan tələbə imtahanların təşkili və yaradılmış şəraitdən razılıq etdi. O, imtahan prosesində neqativ halların yaşanmadığını və köçürməyə hər hansı cəhdin olmadığını bildirdi.
Ümid Oruc Jurnalistika fakültəsinin sonuncu kurs tələbəsidir. “Beynəlxalq jurnalistika media sistemində” fənni ilə ilk imtahanına başlayan Ümid imtahanın təkcə onun üçün deyil, bütün tələbələr üçün uğurla başa çatdığını bildirdi. Semestr müddətində seminar və kollokviumlara hazırlığın imtahan qiymətlərinə müsbət təsirindən danışdı: “Düşünürəm ki, bu il ərzində imtahanlar daha obyektiv yoxlanılır, ballar çox operativ şəkildə bəlli olur. Hər kəsə uğurlar arzu edirəm”.
Kimya fakültəsinin Kimya müəllimliyi ixtisasında təhsil alan Zümrüd Mahmudova və Şövkət İsayeva da ilk imtahanlarını veriblər. İlk kurs, birinci imtahan olduğuna görə həyacanlı olsalar da, yaxşı nəticə gözləyirlər. Hər iki tələbə imtahanın təşkili və nəzarətdən razılıq etdilər.
“Beynəlxalq jurnalistika dünya media sistemində” adlı dərs vəsaiti çapdan çıxmışdır
Bakı, 18 aprel (AZƏRTAC). Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin müəllimi, dosent Sabir Məmmədlinin “Beynəlxalq jurnalistika dünya media sistemində” adlı dərs vəsaiti işıq üzü görmüşdür.
BDU-dan AZƏRTAC-a bildirmişlər ki, dərs vəsaitində müasir dünya jurnalistikasının əsas xüsusiyyətləri, müxtəlif ölkələrin media fəaliyyətində müşahidə olunan eyniləşmə prosesi hərtərəfli işıqlandırılmışdır. Eyniləşmə prosesi özünü həm kütləvi informasiya vasitələrinin (KİV) qanunvericiliyində, həm də jurnalist təcrübəsində göstərir. Bu prosesin dərinləşməsi, ilk növbədə, beynəlxalq təşkilatların KİV sahəsində fəaliyyəti ilə bağlıdır. Eyni zamanda, inkişaf etmiş ölkələrin media təcrübəsində elə mütərəqqi demokratik meyarlar formalaşmışdır ki, onlar artıq ümumbəşəri xarakter daşıyır və başqa dövlətlər bundan hərtərəfli yararlanırlar. Dərs vəsaitində mövcud elmi araşdırmalardan, tədqiqatlardan, jurnalist təşkilatlarının hesabatlarından, tərcümələrdən istifadə edilməklə bu problemlər hərtərəfli təhlil olunur.
Kitabın elmi redaktoru, professor Şamil Vəliyevdir.
Beynəlxalq jurnalistika media sistemində
“Bu gün dünyada beynəlxalq hüquq kimi beynəlxalq jurnalistika standartları da, media etikasının prinsipləri də böhran keçirir, xüsusən Azərbaycana münasibətdə biz bunun şahidi oluruq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli mayın 1-də şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılış mərasimində deyib:
“Media və insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq QHT-lər Sirac və Məhərrəmin öz peşə borclarını yerinə yetirərkən şəhid olmaları faktına yetəri diqqət göstərmədilər. “Sərhədsiz Reportyorlar” hadisənin səbəbini göstərmədən təhrif olunmuş açıqlama yaymışdı.
Medianın İnkişafı Agentliyi belə yanaşmaya etiraz olaraq iki Azərbaycan jurnalistinin Ermənistanın törətdiyi müharibə cinayətinin qurbanı olduqlarını, erməni hərbiçilərinin yerləşdikləri minaya düşərək həyatlarını itirdiklərini və bunun müharibənin bitməsindən yeddi ay sonra baş verdiyini bildirdik”.
Natiq Məmmədli daha sonra bildirib ki, bu yaxınlarda BBC Azərbaycan mediası ilə bağlı geniş məqalə hazırlayıb və yenə də birtərəfli, heç bir balans gözləmədən hazırlanmış materialda Azərbaycan həqiqətləri təhrif olunub:
“BBC nə üçün Azərbaycanın şəhid jurnalistlərinin həyat hekayəsini anladan materiallar hazırlamır və 44 günlük Vətən Müharibəsində olduğu kimi Azərbaycan həqiqətlərini təhrif etməkdə davam edir. Haqlı olaraq belə qənaətə gəlmək olar ki, BBC-nin Azərbaycan həqiqətlərini etiraf etməyə cəsarəti çatmır”.
Qeyd edək ki, 2021-ci il iyun ayının 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndində ermənilərin yolun hərəkət istiqamətində yerləşdirdiyi minaya düşərək şəhid olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Comments are closed, but trackbacks and pingbacks are open.