Press "Enter" to skip to content

BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR

1996-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura təhsili alıb. “British Petroleum” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya nümayəndəliyində İnsanlar və korporativ mədəniyyət üzrə məsləhətçi vəzifəsində çalışır. Eyni zamanda Bakı Dövlət Universitetində saat hesabı müəllim kimi fəaliyyət göstərir.

Beynəlxalq iqtisadi munasibətlər

1981-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat, ADA Universitetində Biznesin idarə edilməsi (icraçı MBA) və Maastricht School of Management (MSM) (ikili diplom) üzrə magistratura təhsili alıb. “NEQSOL” Holdinqdə İctimaiyyətlə Əlaqələr üzrə direktor vəzifəsində çalışır. Həmçinin Azərbaycan Bank Tədris Mərkəzində təlimçi-ekspert kimi fəaliyyət göstərir.

Arif Əsədov

1982-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə bakalavriat, Dünya ədəbiyyatı ixtisası üzrə magistratura və aspirantura/doktorantura təhsili alıb. Vətən Müharibəsi Qəhrəmanı “Azad Hümbətov adına 291 №li Ekologiya liseyi”də direktor vəzifəsində çalışır.

Asif Mustafayev

1992-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə bakalavriat təhsili alıb. “Eksperiment” Elmi İstehsalat Mərkəzində direktor vəzifəsində çalışır.

Aslan Həsənli

1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər (türk proqramı) ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Restaurants” MMC-də (Pasha Holding) marketinq meneceri vəzifəsində çalışır.

Aygün Əliyeva

1988-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci bakalavriat, Xəzər Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. QHT-larına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru vəzifəsində çalışır.

Ayaz Ağayev

1990-cı ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Menecment (sahələr üzrə) ixtisası üzrə bakalavriat, İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Quba Soyqırımı” Memorial Kompleksidə Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışır.

Ayşən Kazımlı

1990-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Xarici dil (fransız dili) ixtisası üzrə bakalavriat, Dilşünaslıq (fransız dili) ixtisası üzrə magistratura təhsili alıb. “Bakı Fransız Liseyi”ndə İnzibati işlər üzrə köməkçi vəzifəsində çalışır

Bahadur Rzayev

1996-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavriat, İstanbul Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”ndə böyük mütəxəssis vəzifəsində çalışır.

Cavanşir Həsənzadə

1994-cü ildə anadan olub. Bakı Mühəndislik Universitetində (keçmiş Qafqaz Universiteti) İdarəetmə mühəndisliyi ixtisası üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. “SOCAR – Qarabağ Əməliyyat Şirkəti”ndə Layihə Nəzarət və Planlama koordinatoru vəzifəsində çalışır.

Babək Kərimli

1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi resursların idarə olunması ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistratura təhsili alıb. “ŞUŞA ŞƏHƏRİ DÖVLƏT QORUĞU İDARƏSİ” PUBLİK HÜQUQİ ŞƏXSİ Maliyyə və təminat şöbəsi satınalma mütəxəssisi vəzifəsində çalışır.

Çingiz Həsənzadə

1992-ci ildə anadan olub. Bakı Mühəndislik Universitetidə (keçmiş Qafqaz Universiteti) Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Respublikası Mərkəzi Bankı”nda iqtisadçı vəzifəsində çalışır.

Çingiz Səlimzadə

1995-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi (türk proqramı) ixtisası üzrə bakalavriat təhsili alıb. Siena Universitetində (Università degli Studi di Siena) Mühasibat uçotu və idarətmə ixtisası üzrə magistratura təhsili alır. “Smart Ticket MMC”də mühasib vəzifəsində çalışır.

Əkbər Abbasov

1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. “Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi”ndə direktor vəzifəsində çalışır.

Əkbər Həsənli

1995-ci ildə anadan olub. Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Mülki və təsərrüfat hüququ ixtisası üzrə isə magistratura təhsili alıb. “Naxçıvan Muxtar Respublikası Prokurorluğu” nda Kriminalistika və İnformasiya Texnologiyaları Şöbəsinin prokuror kriminalisti vəzifəsində çalışır.

Elçin Niyazov

1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. “Azeronline” LTD BM-də baş müdir vəzifəsində çalışır.

Əli Əhmədzadə

1996-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavriat, İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə isə magistratura təhsili alıb. “Azərbaycan Respublikası Hesablama Palatası”nda Səmərəlilik auditi şöbəsinin məsləhətçi vəzifəsində çalışır.

Əli Mahmudov

1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Biologiya ixtisası üzrə bakalavr pilləsi üzrə təhsil almışdır. “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi”ndə baş məsləhətçi vəzifəsində çalışır.

Elşən Həsənov

1988-ci ildə anadan olub. Boğaziçi Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, “Edinburgh Business School” Heriot-Watt Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə isə magistratura təhsili alıb. “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti”ndə Dövlət satınalmalarına nəzarət şöbəsi müdirinin müavinivəzifəsində çalışır.

Elsevər Cabbarov

1995-ci ildə anadan olub. Gəncə Dövlət Universitetində Dövlət və bələdiyyə idarəetməsi ixtisasında bakalavriat təhsili alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı Abşeron DOST Mərkəzi”ndə Monitorinq şöbəsinin müdiri vəzifəsində çalışır.

Elvin Əbdülqasımov

1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “GP Feed Factory”də Daxili Audit rəhbəri vəzifəsində çalışır.

Elvin Məmmədov

1993-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”ndə aparıcı məsləhətçi vəzifəsində çalışır.

Elvin Nəsibov

1983-cü ildə anadan olub. Azərbaycan Texniki Universitetində Mühəndis iqtisadiyyatı və menecment ixtisası üzrə bakalavriat, Şərqi Tennesi Dövlət Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi”ndə sektor müdiri vəzifəsində çalışır.

Emin Balaşov

1996-cı ildə anadan olub. Bakı Ali Neft Məktəbində Neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. 2019-cu ildən bəri müəllim/xaricdə təhsil məsləhətçisi kimi fəaliyyət göstərir.

Emin Kazımov

1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. “Caspian İnnovation Center” MMC-də Biznes Əməliyyatlarının Tətbiqi və Proqramlaşdırılması departamentinin meneceri vəzifəsində çalışır.

Famil Məcidli

1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Dokuz Eylül Universitetində Beynəlxalq Biznes ixtisası üzrə magistratura, Azərbaycan Dövlət İqtisad Universitetində isə Ümumi İqtisadiyyat ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərir.

Fariz Əhmədov

1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavriat, Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə isə magistratura təhsili alıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində Regionların inkişafı və dövlət proqramları şöbəsi, Regionlarla iş sektorunun müdiri vəzifəsində çalışır.

Fərid Zalıyev

1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat və magistratura üzrə təhsil alıb. 2019-cu ildə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Elektrik mühəndisliyi ixtisasında ikinci bakalavriat təhsili alıb. “Azərişıq” ASC-də aparıcı mühəndis vəzifəsində çalışır.

Gövhər Ağazadə

1996-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura təhsili alıb. “British Petroleum” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya nümayəndəliyində İnsanlar və korporativ mədəniyyət üzrə məsləhətçi vəzifəsində çalışır. Eyni zamanda Bakı Dövlət Universitetində saat hesabı müəllim kimi fəaliyyət göstərir.

Hikmət Əliyev

1991-ci ildə anadan olub. Bakı Mühəndislik Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə nəzarəti və audit ixtisası üzrə magistratura təhsili alıb. “Paşa Həyat Sığorta”da şöbə müdiri vəzifəsində çalışır.

İlhamə Məmmədova

1972-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə tam ali təhsili alıb. “Azərsu” ASC-də şöbə rəisi vəzifəsində çalışır.

İlkin Haxverdiyev

1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Praqa Beynəlxalq Münasibətlər Universitetində MBA ixtisası üzrə magistratura təhsili alıb. «YIGIM Payments System»-də layihələrin idarəedilməsi üzrə rəhbər vəzifəsində çalışır.

İmran Məmmədov

1983-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat və magistratura üzrə təhsil alıb. 2009-cu ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci bakalavriat təhsili alıb. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Aparatı”nda şöbə müdiri vəzifəsində çalışır.

İrfan İsgəndərov

1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat, Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi”nin Şamaxı regional bölməsinin rəisi vəzifəsində çalışır.

İsmayıl Qasımov

1987-ci ildə anadan olub. Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. “SOCAR Polymer”də Mühasibatlıq və Hesabatlar üzrə menecer vəzifəsində çalışır.

İsmət Vəliyev

1991-ci ildə anadan olub. İstanbul Texniki Universitetində Geologiya mühəndisliyi ixtisası üzrə bakalavriat, York və Strasburq universitetlərində ikili MBA proqramı vasitəsilə magistratura təhsili alıb. “PMD Projects”də aparıcı inşaat mühəndisi (sahə rəhbəri) vəzifəsində çalışır.

Leyla Zamanova

1988-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində Regionşünaslıq (regionlar üzrə) ixtisası üzrə bakalavriat təhsili alıb. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi”ndə böyük məsləhətçi vəzifəsində çalışır.

Malik Vəliyev

1974-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə tam ali təhsil alıb. “Lactalis Caspi” MMC-də Maliyyə meneceri vəzifəsində çalışır.

Nəcməddin Mehtiyev

1983-cü ildə anadan olub. Lənkəran Dövlət Universitetində Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter riyaziyyatı ixtisası üzrə magistratura təhsili alıb. “PEŞƏKAR TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİ ƏLAVƏ TƏHSİL MÜƏSSİSƏSİ MMC”də direktor vəzifəsində çalışır. Həmçinin, “Kaspi Liseyi” “Ümumtəhsil Məktəbi MMC”də akademik məsələlər üzrə konsultant vəzifəsində çalışır.

Nemət Əliyev

1985-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisasında bakalavriat və magistratura üzrə təhsil alıb. “Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi”ndə Birinci Katib vəzifəsində çalışır. Eyni zamanda AR-nın Romada yerləşən BMT Təşkilatlari yanında alternativ daimi nümayəndəsidir. Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin əməkdaşıdır.

Nicat Nəcəfli

1980-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Qiymət və qiymətin əmələ gəlməsi ixtisasında bakalavriat təhsili alıb. İvano-Frankivsk Milli Texniki Neft və Qaz Universitetində Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisası üzrə ikinci bakalavriat, Cumbria Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “OBA Market” MMC-də Təmir-Tikinti və Layihələndirmə Departamenti müdiri vəzifəsində çalışır.

Orxan Əsədov

1996-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Müəssisələrin statistikası ixtisası üzrə magistratura təhsili alıb. “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi”ndə Daxili Audit üzrə baş məsləhətçi vəzifəsində çalışır.

Orxan İsayev

1994-cü ildə anadan olub. Azərbaycan Texniki Universitetində Sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavriat, İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. Hal-hazırda çalışmır.

Orxan İsmayılov

1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb. “Elektron Hökumətin İnkişafı Mərkəzi”ndə Tərəfdaşlarla İş və Kommunikasiyalar departamentində böyük mütəxəssis vəzifəsində çalışır.

Orxan Mahmud

1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisasında bakalavriat təhsili alıb. “Bakı İnzibati Məhkəməsi”ndə hakim köməkçisi vəzifəsində çalışır.

Orxan Səfərli

1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Turizm və sosial mədəni servis xidməti ixtisası üzrə bakalavriat, Azərbaycan Turizm və Menecment Universitetində Turizm və sosial mədəni servis xidməti ixtisası üzrə magistratura təhsili alıb. “KQİT, SOCAR”da Karyera planlama və öyrənmə inkişaf üzrə İR üzrə rəis müavini vəzifəsində çalışır.

Orxan Şirinli

1995-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisasnda bakalavr pilləsi üzrə təhsil almışdır. “AzerGold” QSC-də hüquqşünas vəzifəsində çalışır.

Orxan Şükürov

1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisasında bakalavriat, magistratura üzrə təhsil alıb. “Business Partners Consulting MMC”-də təsisçi, direktordur.

Qaraxan Şirinli

1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Dünya iqtisadiyyatı ixtisası üzrə isə magistratura təhsili alıb. Azərbaycan “Supermarkets” MMC, Bravoda Daxili audit və uyğunluq departamentində menecer vəzifəsində çalışır.

Qismət Abbasov

1994-cü ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın departament direktoru vəzifəsində çalışır.

Qorqud İsrəfilzadə

1993-cü ildə anadan olub. Bakı Mühəndislik Universitetində (keçmiş Qafqaz Universiteti) Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə nəzarəti və audit ixtisası üzrə magistratura təhsili alıb. “Mars Overseas” MMC-də (Pepsi) Büdcə və Hesabatlılıq Departamentinin meneceri vəzifəsində çalışır.

Qoşqar Kamilov

1986-cı ildə anadan olub. Bakı Mühəndislik Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura təhsili alıb. “DOST Agentliyi”ndə Məlumatların idarə edilməsi və təhlil departamentinin, departament direktoru müavini vəzifəsində çalışır.

Qulu Hüseynli

1993-cü ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavriat, Strateji idarəetmə ixtisası üzrə isə magistratura təhsili alıb. “Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsində Təminat və təhcizat şöbəsinin aparıcı mütəxəssis vəzifəsində çalışır.

Rəşad Mehdizadə

1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Jurnalistika ixtisası üzrə bakalavriat, Marmara Üniversitetində İctimaiyyətlə əlaqələr ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ”də İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentinin müdiri vəzifəsində çalışır.

Rəşid Məmmədov

1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Viadrina Avropa Universiteti Beynəlxalq insan hüquqları və humanitar hüquq ixtisası üzrə magistratura təhsili alıb. “Center for International Private Enterprise”də Hüquq və siyasət üzrə məsul şəxsdir. Həmçinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) milli hüquq eksperti vəzifəsində, Azərbaycanda Amerika Ticarət Palatasında (AmCham Azerbaijan) hüquq və siyasət üzrə məsul şəxs vəzifəsində çalışır.

Rüstəm Məmmədov

1989-cu ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Qiymət və qiymətin əmələ gəlməsi ixtisası üzrə magistratura təhsili alıb. “Ernst and Young”da audit meneceri vəzifəsində çalışır.

Rüzgar Mikayılova

1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavriat, Beynəlxalq Biznes ixtisası üzrə magistratura təhsili alıb. Ziqen Universitetində İqtisadi siyasət ixtisası üzrə ikinci magistratura təhsili alıb. MRS CONSULTİNG MMC-də təsisçi, direktor vəzifəsində çalışır.

Şamil Doşanov

1990-cı ildə anadan olub. Azərbaycan Texnologiya Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Dövlət strukturlarında menecment ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Beynəlxalq Bankı” ASC-də satış üzrə baş mütəxəssis vəzifəsində çalışır.

Samir Məmmədov

1993-cü ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Mərkəzi Çin Pedaqoji Universitetində (Central China Normal University) Beynəlxalq hüquq ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Respublikasının Milli Məclisi”ndə deputat köməkçisi vəzifəsində çalışır. Həmçinin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində Beynəlxalq məsələlər şöbəsinin müdiri vəzifəsində çalışır.

Samir Tağıyev

1989-cu ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisasının ikinci magistratura təhsili alıb. “KapitalBank” ASC-də şöbə müdiri vəzifəsində çalışır.

Sədrəddin Quliyev

1994-cü ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavriat təhsili alıb. “Optimal Elektronika”da Marketinq üzrə mütəxəssis vəzifəsində çalışır.

Sərxan İsmayılov

1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Gömrük ekspertizası ixtisası üzrə bakalavriat, HFWU Nurtingen Geislingen International School of Finance-da Maliyyə ixtisası üzrə magistratura, Glamorgan Universitetində Mühasibat uçotu ixtisası üzrə ikinci magistratura təhsili alıb. “Azərbaycan İnvestisiya Holdinqi (AİH)”ndə baş mütəxəssis vəzifəsində çalışır.

Səxavət Nəsirov

1989-cu ildə anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində Yol hərəkətinin təşkili ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. “Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi”ndə Hüquq, insan resursları və kargüzarlıq şöbəsində baş məsləhətçisi vəzifəsində çalışır.

Seymur Niftalıyev

1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavriat, London Şəhər Universitetində Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Respublikası Vəkillər Kollegiyası”nda vəkil vəzifəsində və KPMG Azerbaijan Limited-də hüquq üzrə baş menecer vəzifəsində çalışır.

Şöhrət İsa-zadə

1990-cı ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə bakalavriat, Sənayenin təşkili və idarə olunması ixtisası üzrə isə magistratura təhsili alıb. SOCAR, Baş Ofis, Neft və qaz əməliyyatlarına nəzarət Departamenti, Planlama, səmərəliliyin təhlili və dəyər zəncirinin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində çalışır. Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsində bələdiyyə üzvüdür.

Sübhan Əbilov

1986-cı ildə anadan olub. Azərbaycan Texniki Universitetində Nəqliyyatda daşımaların və idarəetmənin təşkili (dəmiryol nəqliyyatı üzrə) ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti”, Daşımaların tənzimlənməsi şöbəsi, Regional qurumlarla iş sektorunda sektor müdiri vəzifəsində çalışır.

Sübhan Əsgərzadə

1997-ci ildə anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat mühəndisliyi ixtisası üzrə bakalavriat, Peç Universitetində Struktur mühəndisliyi ixtisası üzrə isə magistratura təhsili alıb. “AzerGold” QSC-də layihə mühəndisi vəzifəsində çalışır.

Sücaət Vəliyev

1990-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Qida Təhlükəsizlik Agentliyi”ndə Maliyyə və Təminat şöbəsinin Təsərüfat işləri sektorunun müdiri vəzifəsində çalışır.

Şükür Quliyev

1996-cı ildə anadan olub. ADA Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarəedilməsi daha sonra isə Xəzər Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Regionların davamli inkişaf problemləri şöbəsinin mütəxəssisi və Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərir.

Taleh Mirzəyev

1996-cı ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində Coğrafiya müəllimliyi ixtisası üzrə bakalavriat, Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində Tələbələrlə iş və İctimaiyyətlə Əlaqələr şöbəsində redaktor vəzifəsində çalışır.

Telman Məmmədov

1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. “İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsi Təhlil və Proqnozlaşdırma İdarəsi Risklərin Təhlili” şöbəsində baş dövlət vergi müfəttişi vəzifəsində çalışır.

Teymur Rəhimov

1990-cı ildə anadan olub. Fatih Universitetində Sənaye Mühəndisliyi ixtisası üzrə bakalavriat, Varvik Universitetində Proses sənayesində biznesin idarəedilməsi (Business Management in Process Industry) ixtisası üzrə magistratura təhsili alıb. “SOCAR Downstream Management” MMC-də böyük layihə mühəndisi (qrup lideri) vəzifəsində çalışır.

Toğrul Ələkbərov

1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Bowling Green State Universiteti-də İşçi qüvvəsinin təhsili və inkişafı ixtisası üzrə magistratura təhsili alıb. “Dövlət Məşğulluq Agentliyi”ndə Peşəyönümü şöbəsinin müdiri vəzifəsində çalışır.

Toğrul Quliyev

1984-cü ildə anadan olub. Milli Aviasiya Akademiyasında Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Qlazqo Universitetində Beynəlxalq Maliyyə və İqtisadi Siyasət ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Dəmir Yolları” QSC-də İnvestisiya İdarəsinin rəis müavini vəzifəsində çalışır.

Tural Abdulla-zadə

1990-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisasında bakalavriat təhsili alıb. “Bakı Konqres Mərkəzi”ndə Tədbirlər üzrə koordinator vəzifəsində çalışır.

Tural Məmmədov

1987-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat, Schmalkalden University of Applied Sciences-də Beynəlxalq biznes və iqtisadiyyat ixtisası üzrə magistratura, St.Mary’s University of San Antonio-da isə Biznes idarəçiliyi üzrə magistr (MBA) təhsili almışdır. “SOCAR”da Təlim və inkişaf şöbəsinin rəisi vəzifəsində çalışır.

Turqay Babayev

1996-cı ildə anadan olub. Naxçıvan Dövlət Universitetində Menecment ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir.

Varis Bəhməli

1994-cü ildə anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Qiymətli kağızlar ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti”, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində” Hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsində çalışır.

Vüsal Əmirli

1993-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavriat, Azərbaycan Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Dəmir Yolları” QSC-də İnsan resursları idarəsi, İnsan resurslarının planlaşdırılması şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışır.

Vüsalə Zahirova

1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, magistratura, aspirantura/doktorantura təhsili alıb. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi”ndə İctimaiyyətlə Əlaqə İdarəsinin baş zabiti vəzifəsində çalışır.

Zərifə Məmmədli

1998-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA, İnsan resurslarının idarəolunması ixtisası üzrə magistratura təhsili alıb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi vəzifəsində çalışır.

Ziya Məmmədov

1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavriat, Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə isə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsində hüquq və kadrlar şöbəsinin müdiri vəzifəsində çalışır.

BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR

BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR. Azərbaycan Dövlət İqtisad Universiteti. Əliyeva Aynur Qrup 646 Kurs III M üəl. Elşən BAĞIRZADƏ. Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti.

Uploaded on Jul 29, 2014

  • Nishi hikawa
  • + Follow

Download Presentation

BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR

Presentation Transcript
  1. BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR
  2. Azərbaycan Dövlət İqtisad Universiteti • Əliyeva Aynur • Qrup 646 • Kurs III • Müəl. Elşən BAĞIRZADƏ
  3. Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti 1. Kapitalın beynəlxalq hərəkəti: mahiyyəti, mərhələləri, inkişaf səbəbləri, göstəriciləri və formaları 2. Birbaşa xarici investisiyalar kapital ixracının əsas forması kimi. 3. Portfel investisiyaları. 4. Dünya borc kapitalı bazarı.
  4. Dünya təsərrüfatının inkişafının müasir mərhələsində beynəlxalq iqtisadi münasibətlərin əsas inkişaf amillərindən biri kimi kapital ixracı, onun beynəlxalq hərəkəti çıxış edir. • Kapitalın beynəlxalq hərəkəti beynəlxalq iqtisadi münasibətlərin həm inkişaf şərti, həm də bu inkişafın nəticəsidir. • Kapitalın ixracı imkanının yaranması üçün ilk növbədə kapitalın ölkə daxilində kifayət qədər əhəmiyyətli yığımına malik olmaq lazım idi. Bu cür imkan kapitalın beynəlxalq hərəkətinin təkamülünün birinci mərhələsində meydana gəlmişdir. Bu mərhələ kapitalın ilkin yığımı prosesinin bitməsindən və kapital istehsal münasibətlərinin inkişafından sonra, XVII-XVIII əsrlərin astanasında başlamış və XIX əsrin sonlarına qədər davam etmişdir.
  5. Kapitalın beynəlxalq hərəkətinin təkamülünün ikinci mərhələsi öz başlanğıcını XIX əsrin sonlarından götürür və XX əsrin ortalarına qədər davam edir. • Bu mərhələdə kapital ixracı həm sənayecə inkişaf etmiş ölkələr arasında, həm də sənayecə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında baş vermişdir. • Beləliklə, kapital ixracı kapitalın bir hissəsinin ölkənin milli dövriyyəsindən çıxarılması və daha yüksək mənfəət əldə edilməsi məqsədilə onun əmtəə və ya pul formasında digər ölkənin istehsal prosesinə və dövriyyəsinə daxil edilməsidir.
  6. Kapitalın beynəlxalq hərəkətinə təsir edən amillər: İqtisadi xarakterli amillər: • istehsalın inkişafı və iqtisadi artım templərinin dəstəklənməsi; • həm dünya iqtisadiyyatında, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında elmi-texniki inqilabın təsiri və dünya xidmət bazarının inkişafı nəticəsində baş verən köklü struktur dəyişiklikləri; • beynəlxalq əmək bölgüsünün dərinləşməsi; • dünya iqtisadiyyatının transmilliləşməsinin artımı; • istehsalın beynəlmiləlləşməsinin artımı və inteqrasiya proseslərinin inkişafı; • beynəlxalq iqtisadi münasibətlərin bütün formalarının aktiv inkişafı.
  7. Siyasi xarakterli amillər: • kapital ixracının (idxalının) liberallaşdırılması (xüsusi iqtisadi zonaların, offşor zonalarının yaradılması və s.); • “üçüncü dünya” ölkələrində sənayeləşdirmə siyasətinin həyata keçirilməsi; • iqtisadi islahatların həyata keçirilməsi (dövlət müəssisələrinin özəlləşdirilməsi, özəl sektorun, kiçik biznesin dəstəklənməsi); • məşğulluq səviyyəsinin dəstəklənməsi siyasətinin reallaşdırılması.
  8. Kapitalın beynəlxalq hərəkəti göstəriciləri. Kapitalın idxalı əmsalı (Kid) – xarici kapitalın (XK) ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbətini əks etdirir: Kid = XK/ÜDM x 100% 2. Kapitalın ixracı əmsalı (Kix) – ixrac edilən kapitalın (İK) ÜDM-yə nisbətini əks etdirir: Kix = İK/ÜDM x 100% 3. Xarici kapitalın ölkədə kapital qoyuluşuna olan daxili ehtiyaclara nisbətini əks etdirən əmsal: Ke = XK/T(K) x 100%
  9. Kapital ixracını həyata keçirərkən subyektlər aşağıdakılardan çıxış edirlər: • əlavə gəlirin əldə edilməsi; • digər subyektlər üzərində nəzarətin ələ keçirilməsi; • əmtəə axınlarının qarşısına qoyulan proteksionist maneələrin aradan qaldırılması; • istehsalın yeni satış bazarlarına yaxınlaşdırılması; • yeni texnologiyaların əldə edilməsi (məsələn, səhm nəzarət paketinin əldə edilməsi ilə); • xarici filialların yaradılması ilə istehsal sirlərinin qorunması; • vergi ödəmələrinə qənaət edilməsi (xüsusilə müəssisələrin offşor zonalarda və xüsusi iqtisadi zonalarda yaradılması və ya qeydiyyatdan keçirilməsi zamanı); • ətraf mühitin qorunmasına çəkilən xərclərin aşağı salınması.
  10. Kapitalın beynəlxalq hərəkətinin formaları • Mülkiyyət formasına görə: • özəl; • dövlət; • beynəlxalq (regional) valyuta-kredit və maliyyə təşkilatlarının; • qarışıq. Müddətinə görə: • qısamüddətli (1-1,5 ilə qədər); • ortamüddətli (1 ildən 5-7 ilə qədər); • uzunmüddətli (5 ildən 40-45 ilə qədər).
  11. Təqdim olunma formasına görə: – əmtəə; – pul; • – qarışıq. İstifadə edilmə məqsədinə və xarakterinə görə: • sahibkar (birbaşa və portfel investisiyaları); • borc.
  12. Kapital ixracı və idxalı Sahibkar kapitalı Borc kapitalı Portfel investisiyaları Borclar və kreditlər Bank depozitləri və digər maliyyə institutlarının hesablarında olan vəsaitlər Birbaşa investisiyalar
  13. Birbaşa xarici investisiyalar • Uzunmüddətli xarici kapital qoyuluşu olmaqla kapital ixracatçısı tərəfindən kapital idxalatçısı olan ölkənin ərazisində istehsalın təşkilinin və ya idarəedilməsini nəzərdə tutur. • Birbaşa xarici investisiyaların tərkibinə aşağıdakılar daxil edilir: • Şirkətlərin öz vəsaitlərini xarici ölkələrin iqtisadiyyatlarına yatırmaları; • Birbaşa investor tərəfindən xarici müəssisədə əldə edilmiş mənfəətin həmin müəssisəyə reinvestisiya edilməsi; • Baş firma və onun xarici müəssisələri arasında şirkətdaxili kapital köçürmələri.
  14. Portfel investisiyaları kapitalın xarici müəssisələrin qiymətli kağızlarına qoyulması yolu ilə ixracıdır ki, bu da investorlara həmin müəssisələrin fəaliyyəti üzərində birbaşa nəzarəti həyata keçirməyə imkan vermir. Kapitalın borc formasında hərəkəti dedikdə birbaşa xarici investisiyalar və portfel investisiyaları istisna olmaqla kapitalın yerdə qalan hərəkəti başa düşülür.
  15. Birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına müsbət təsirini aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq olar: • Transmilli şirkətlərin qız şirkətlərinin və filiallarının yaradılması iqtisadiyyata kapital qoyuluşlarınını artımına səbəb olur ki, bu da əmək məhsuldarlığınınartımı və məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnir. • Birbaşa xarici investisiyalar texnologiyaların, idarəetmə və marketinq bacarıqlarının ötürülməsinə şərait yaradır. • Birbaşa investisiyalar ixrac bazarlarına çıxışı genişləndirir, belə ki, transmilli şirkətlərdən digər dövlətlərin daxili bazarlarına əmtəə ixracı kanalı kimi aktiv surətdə istifadə edilir. • Transmilli şirkətlər filiallarının potensial zərələrini tam örtmək qabiliyyətinə malikdirlər. Əgər filialların əməliyyatları qeyri-rentabellidirsə, onda gəlirlər repatriasiya edilir və deməli, kapital qoyuluşları əldə edilmiş mənfəət hesabına özünü doğruldur.
  16. Birbaşa xarici investisiyaların mənfi effektlərikimi aşağıdakıları göstərmək olar: • 1. Yerli şirkətlər tərəfindən milli istehsal və milli inkişaf strategiyasının seçimi üzərində nəzarətin itirilməsi. • 2. Birbaşa xarici investisiyalar milli şirkətləri qeyri ədalətli rəqabət əsasında daxili bazardan çıxara bilər. • 3. Birbaşa xarici investisiyalar, əgər filialların istehsalı iri həcmli idxal tələb edirsə, kapitalı idxal edən ölkənin tədiyə balansına mənfi təsir göstərə bilər. • 4. Uzunmüddətli perspektivdə birbaşa xarici investisiyaların dəyəri bahalaşa bilər
  17. Portfel investisiyaları əsasən özəl sahibkarlığa əsaslanır, lakin dövlətlər də tez-tez xarici qiymətli kağızları əldə edirlər. • Portfel investisiyalarının həcmi beynəlxalq sazişlərin imzalanması anına mövcud olan cari bazar qiymətləri əsasında hesablanır. Birbaşa investisiyalarda olduğu kimi, portfel investisiyalarının da təxminən 90%-i inkişaf etmiş ölkələr arasında həyata keçirilir və birbaşa investisiyaların artım tempini əhəmiyyətli dərəcədə üstələyən dinamika ilə inkişaf edir. • Portfel investisiyalarının əsasən inkişaf etmiş ölkələrin daxili bazarlarında təmərküzləşməsinin səbəbləri kimi qiymətli kağızlar üzrə milli qanunvericiliyin daha aydın olmasını, bazarın infrastrukturunun daha inkişaf etmiş olmasını, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə lazımi zəmanətlərin olmasını, milli qiymətli kağızların yüksək likvidliyini göstərmək olar.
  18. 1993-cü ildən başlayaraq portfel investisiyalarının əhəmiyyətli artımı müşahidə olunur ki, bunu da aşağıdakı amillərin təsiri ilə izah etmək olar: • Maliyyə bazarlarının qloballaşması və liberallaşması maliyyə kapitallarının daha az xərclə daha azad hərəkətinə şərait yaratmışdır; • Əksər inkişaf etməkdə olan bazarlarda makroiqtisadi vəziyyətin yaxşılaşması bu ölkələrə portfel investisiya yatırımlarının inkişaf etmiş ölkələrə nisbətən daha sürətlə artımına gətirib çıxarmışdır; • Dünya üzrə əlverişli makroiqtisadi vəziyyət faiz dərəcələrinin aşağı düşməsinə və beynəlxalq maliyyə bazarlarının likvidliyinin güclənməsinə şərait yaratmışdır; • Yığımların institusionallaşması və aktivlərin peşəkar surətdə idarə edilməsi səviyyəsinin artımı maliyyə sazişlərinin əməliyyat xərclərinin aşağı düşməsi ilə nəticələnmişdir; • Kommunikasiya və informasiya texnologiyaları sferasında əhəmiyyətli tərəqqi xarici ölkələrə və şirkətlərə iri həcmli informasiyanı daha operativ surətdə ötürməyə imkan yaratmışdır.
  19. Dünya borc kapitalı bazarı dünya təsərrüfatının ölkələri (sosial-iqtisadi inkişaf səviyyələrindən asılı olmayaraq) arasında borc kapitalının akkumulyasiyası və yenidən bölgüsü üzrə münasibətlər sistemidir. • Praktikada bu bazar üç səviyyə bazarların – milli, regional və dünya bazarlarının vəhdəti və qarşılıqlı fəaliyyəti kimi əks olunur. • Dünya kredit bazarı ölkələr arasında müddət, geriyə qaytarma və faiz ödəmələri şərtləri əsasında kapitalın hərəkətinin həyata keçirildiyi dünya borc kapitalı bazarının xüsusi seqmentidir. • Bu bazar iki altseqmentdən – dünya pul bazarından və dünya kapital bazarından ibarətdir ki, onlar da müəyyən xüsusiyyətlərə malikdirlər
  20. Dünya borc kapitalı bazarı Dünya kredit bazarı Dünya maliyyə bazarı Dünya pul bazarı Dünya kapital bazarı İlkin maliyyə bazarı Təkrar maliyyə bazarı Avrovalyuta bazarı Avromaliyyə bazarı Avrokredit bazarı Avrobazar
  21. Ədəbiyyat • Elsenbagırzade.wordpress.com • Cəlil Kərimov, Ayaz Orucov – Beynəlxalq iqtisadi münasibətlər. • Bankir.az • Ekonomiks.az

© 2023 SlideServe | Powered By DigitalOfficePro

Comments are closed, but trackbacks and pingbacks are open.