Press "Enter" to skip to content

Azərbaycan Prezidenti: Bolşevik inqilabından sonra Dağlıq Qarabağın Ermənistana verilməsi təhlükəsi var idi

Gürcüstana gəlincə isə, məhz bu münaqişənin mövcudluğu sahəsində Azərbaycanın beynəlxalq neft-qaz (BTC, BTƏ, TANAP-TAP) və nəqliyyat-kommunikasiya (BTQ) lahiyələrində əsas tranzit ölkəyə çevrilmiş, büdcəsinə gəlir gətirmişdir, Qərbə inteqrasiyasını gücləndirmiş, Rusiyanın qaz şantajlarından xilas ola bilmişdir.

Dağlıq Qarabağ münaqişəsi niyə həll edilmir? – ednews.net

You are using an outdated browser. Please upgrade your browser to improve your experience.

13 Mart, Bazar ertəsi
Günün xəbərləri

Xəbər xətti

13.03.2023

12.03.2023

Ən çox oxunan xəbərlər

Dağlıq Qarabağ münaqişəsi niyə həll edilmir?

07.09.2020 09:43 Фото: 9 Канал–> Analitika A- A A+

  1. Bu münaqişə «identiklilərinin mübarizəsi» kimi xarakterizə edilir. Dərin tarixi köklərə malik olan bu cür münaqişələr sosial statuslar uğrunda aparılır və onların nizamlanması olduqca çətin və uzunsürən bir prosesdir. Belə münaqişələrdə qarşıduran tərəflərin bütün maddi və mənəvi resursları səfərbər edilir.
  2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq və regional təhlükəsizliyə ciddi təsiri onun transmilli cinayətlərlə (silah alveri, narkotiklərin becərilməsi və yayılması, terrorçu təşkilatlarla iş birliyi və s.) əlaqəsi fonunda nəzərə çarpır. Belə demək mümkündürsə, düçar olduğumuz münaqişənin «kriminallaşması» prosesi baş verib. Bu gün cinayətkar qruplar münaqişəli zonalarda özlərini komfortlu hiss etməklə yanaşı, rahat şəkildə çirkli bizneslə məşğul olurlar. Nizamlanmayan münaqişələr cinayətkar şəbəkələrin (narkomafiyanın, silah və insan orqanı alverçilərinin) fəaliyyət coğrafiyasına (sxeminə) daxil olur. Münaqişənin kölgə iqtisadiyyatı və çirkli bizneslə əlaqəsi onun gəlir mənbəyi kimi qorunub-saxlanılmasında maraqlı qüvvələrin rolunu və müqavimətini artırır.
  3. Müasir dövrdə daxili münaqişələrin əksər tipləri: etnik, vətəndaş, ərazi-status və s. nəhəng geosiyasi oyunların tərkib hissəsi və onun realizə aləti qismində çıxış edir. Çox zaman süni yolla yaradılmış və idarəolunan münaqişələr vasitəsilə böyük dövlətlər strateji regionlara yol açır, zəngin enerji resursları mənbəyinə çıxış əldə edir və arzuolunmaz rejimləri devirmək üçün istifadə edirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində siyasi hakimiyyət dəyişikliyi, enerji resurslarının şaxələndirilməsi və daşınması prosesinə maneələr dəfələrlə özünü büruzə verib və bu gün də diqqəti cəlb etməkdədir
  4. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış erməni separatizmi SSRİ-nin süqutundan sonra dövlətlərarası (beynəlxalq) münaqişəyə transformasiya edilməklə regional və beynəlxalq təhlükəsizliyi ciddi təhdid edən ciddi geosiyasi qarşıdurmadır. Adətən xarici maraqların toqquşması səbəbindən münaqişələrin həlli yubanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində isə nə qədər qəribə olsa da xarici aktorların (Azərbaycan və Türkiyə istisna, Rusiya, İran, ABŞ, Avropa İttifaqı, hətta qonşu Gürcüstan da) maraqlarının üst-üstə düşməsi (maraqların simmetriyası) nəticəsində münaqişənin nizmlanması dalana dirənib. Bu münaqişə Rusiyanın I Protr tərəfindən təməli qoyulmuş “Şərq siyasəti”nin realizə mexnizmlərindən biri hesab edilir. ABŞ-ın isə regionda ciddi maraqlarının olmasına baxmayaraq, onları “həyati əhəmiyyətli” hesab etmək olmaz. İrana regionda güclü Ermənistanın və ya güclü Azərbaycanın olması maraqlı deyil. Ermənistanın Dağlıq Qarabağın ilhaqını legitimləşdirməsinə tərəfdar olmaq İranın müsəlman aləmində nüfuzuna kölgə sala bilər. Azərbaycanın isə öz ərazi bütövlüyünü təmin etməsi İranın dövlət səhədlərinin gec-tez təftişi məsələsini ortaya çıxara bilər. ABŞ-ın da bu münaqişədə aparıcı münsifə çevrilməsi onun milli bütövlüyünü ciddi təhdid edə bilər.

Avropa İttifaqının maraqları Azərbaycanın enerji resursları hesabına köhnə qitənin enerji təhlükəsizliyini təmin etmək və bu prosesi Rusiya ilə toqquşmadan həyata keçirməkdən ibarətdir. Daha dəqiq desək, Rusiya ilə əməkdaşlıq kontekstində Azərbaycan neftinin ixrac marşrutunu şaxələndirməyə nail olmaq və münaqişənin həllini Rusiyanın öhdəsinə buraxmaqdır.

Gürcüstana gəlincə isə, məhz bu münaqişənin mövcudluğu sahəsində Azərbaycanın beynəlxalq neft-qaz (BTC, BTƏ, TANAP-TAP) və nəqliyyat-kommunikasiya (BTQ) lahiyələrində əsas tranzit ölkəyə çevrilmiş, büdcəsinə gəlir gətirmişdir, Qərbə inteqrasiyasını gücləndirmiş, Rusiyanın qaz şantajlarından xilas ola bilmişdir.

Qafqaz üzrə Almaniyalı mütəxəssis Uve Halbaxın belə bir fikri ilə tam şərikəm ki, “Qarabağ münaqişəsində Rusiyanın mövqeyi ABŞ və ya Fransa kimi digər Qərb oyunçularının mövqeyindən o qədər də fərqlənmir. Burada biz Gürcüstan və Ukraynadan fərqli olaraq, Rusiya ilə Qərb arasında kəskin geosiyasi rəqabəti görmürük”. Müəllifin sözlərinə qüvvət olaraq, deyə bilərəm ki, sanki münaqişənin tənzimlənməsi prosesində həmsədr dövlətlər və maraqlı qüvvələr arasında “centlmen sazişi” imzalanıb. Həmin qüvvələr Cənubi Qafqazın geosiyasi nizamına ciddi təsir göstərmək iqtidarında olan Azərbaycan neftinin istismarı və daşınması, həmçinin münaqişənin nizamlanması proseslərində bərabər təmsil olunmaqla, sanki geosiyasi kondominium şəklində regionda öz maraqlarının sabitliyinin təmin olunması barədə şifahi öhdəlik götürüblər.

Məhz bu səbədən, Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqedən, ABŞ, Aİ və Gürcüstan ölkəmizin zəngin enerji resurslarından müxtəlif formalarda faydalanır, İran öz milli bütövlüyünə zəmanət alır.

Türkiyə də ölkəmizin enerji resurslarından faydalansa da, digər iştirakçılardan fərqli olaraq, Azərbaycanın milli maraqlarını etibarlı şəkildə qoruyur, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ciddi addımlar atır, Ermənistanın işğalçılıq siyasətinə və onun xarici havadarlarının geosiyasi planlarına qarşı “sanitar kordonu” funksiyasını yerinə yetirir. Qardaş ölkənin İyul hadisələri və ondan sonra ölkəmizə möhtəşəm dəstəyi Cənubi Qafqazda türk amili ilə hesablaşmağın zamanı çatdığını demək olar.

  1. Münaqişənin nizamlanmasında ciddi əngələ çevrilmiş səbəblərdən biri də ATƏT-in Minsk Qrupudur. Bu qrup münaqişənin nizamlanmamasında mövqeləri üst-üstə düşən həmsədrlərin klubu hesab edilir. Yeganə təşkilatdır ki, hələ “soyuq müharibə” dövründə ideoloji düşmənləri – Qərblə Şərqi bir araya gətirə bilmişdir. Məhz bu səbəbdən bu gün də yeganə təşkilatdır ki, Rusiya və ABŞ bir arada fəaliyyət göstərir. Münaqişənin MDB-yə verilməsi Azərbaycanın maraqlarına cavab vermir. Onun NATO çərçivəsində nizamlanması isə qeyri-mümkündür. Bu dövlətlər NATO-nun üzvü deyil, digər tərəfdən də Rusiya postsovet məkanına NATO-nu buraxan deyil. Heç sonuncu da postsovet məkanında Rusiya ilə qarşıdurmaya getməkdə maraqlı deyil. Ona görə də ATƏT çarəsiz olsa da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində öz passiv rolunu davam etdirmək məcburiyyətindədir.
  1. Beynəlxalq hüququn imperativ normaları – ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə arasında kolliziya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə mane olan daha bir səbəbdir. Bu gün öz müqəddəratını təyin etmə hüququnun terrorizm, separatizm, etnik təmizləmə və soyqırımı kimi bəşəri cinayətlərlə əlaqələndirilməsi qlobal və regional təhlükəsizliyə, o cümlədən çoxmillətli dövlətlərə ciddi təhdid edir. Maraqlı dövlətlərin öz geosiyasi maraqlarını gerçəkləşdirmək naminə separatçı qüvvələri dəstəkləməsi, iğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərdən əldə edilmiş gəlirlərin bölüşdürülməsində pay sahibi olması və s. neqativ əməllər öz müqəddəratını təyin etmə hüququna qarşı beynəlxalq miqyasda sərt profilaktik tədbirlərin görülməsinə mane olur, dövlətlərin suverenliyinin və bütövlüyünün pozulmasına rəvac verir. Monte Melkonyan kimi beynəlxalq terrorçunun milli qəhrəman kimi təqdim edilməsi, Xocalıda və işğal edilmiş ərazilərimizdə azərbaycanlara qarşı etnik təmizləmə və soyqırımı aparılması və həmin əməllərin cəzasız qalması ikili standartların təntənəsi, beynəlxalq hüquq institutunun iflası hesab edilir.

Zəfər Nəcəfov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə mütəxəssis

Azərbaycan Prezidenti: “Bolşevik inqilabından sonra Dağlıq Qarabağın Ermənistana verilməsi təhlükəsi var idi”

Dağlıq Qarabağ bölgəsinə – azərbaycanlıların dədə-baba torpaqlarına qonşu ölkələrdən kütləvi qaydada erməni əhalisi gətirilərək yerləşdirildi. Ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar və XX əsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə var idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bunu oktyabrın 26-da xalqa müraciətində Qarabağın tarixi barədə söhbətini davam etdirərkən bildirib.

Dövlətimizin başçısı deyib: “1921-ci ilin iyul ayında Qafqaz bürosunun protokollarına baxmaq kifayətdir və belə təhlükə var idi. Ancaq hesab edirəm ki, Nəriman Nərimanovun və reallığı düzgün qiymətləndirən digər şəxslərin səyləri nəticəsində buna nail ola bilmədilər. Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb, Azərbaycana veribdir. Yalandır! Açın baxın Qafqaz bürosunun protokoluna – Dağlıq Qarabağ Azərbaycan tərkibində saxlanılsın. Bu, bir daha onu təsdiqləyir ki, bu, bizim torpağımızdır”.

Prezident İlham Əliyev təəssüflə qeyd edib ki, sonradan Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi.

“Amma onu da bildirməliyəm ki, bu, respublika deyildi, vilayət idi. Yəni, orada daha aşağı səviyyəli özünüidarəetmə mexanizmi mövcud idi. İndi tarixə baxmaq kifayətdir ki, hər kəs görsün, orada yaşayan ermənilər böyük hüquqlara, imkanlara malik idi”, – Azərbaycan Prezidenti vurğulayıb.

Milli.Az

Aviqdor Liberman: “Beynəlxalq hüquq və İsrailin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”

Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında ardıcıl üç gündür ki, şiddətli döyüşlər davam edir. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfin hərbçiləri və mülki əhali arasında itkilər var. Bakı məsuliyyəti Ermənistanın, İrəvan isə – Azərbaycanın üzərinə qoyur.

BMT-nin baş katibi Antonio Quttereş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar apararaq onları atəşi dayandırmağa çağırıb. Sentyabrın 29-da BMT Təhlükəsizlik Şurası münaqişə bölgəsindəki vəziyyətlə bağlı təcili iclas keçirəcək (iclas qapalı olacaq). Bununla yanaşı, Türkiyə bəyan edib ki, münaqişə nə qədər uzansa da, Azərbaycana lazımi dəstək göstərəcək.

Qüds rəsmi olaraq Azərbaycan-Ermənistan münaqişəsində bitərəfliyə sadiq qalır. Lakin İsrailin keçmiş xarici işlər naziri və keçmiş müdafiə naziri, “Bizim evimiz – İsrail” partiyasının lideri Aviqdor Liberman “beynəlxalq hüquq, tarixi faktlar və ən əsası İsrail dövlətinin maraqları baxımından həqiqətin Azərbaycanın tərəfində olduğunu” bildirib. Siyasətçi sentyabrın 29-da İsrailin “Vesti” informasiya mənbəyinin müxbiri ilə söhbətində belə düşünməyinin səbəbini izah edib.

– Ümumiyyətlə, İsrail siyasətçiləri ölkə xaricindəki münaqişələri qiymətləndirərkən son dərəcə ehtiyatlı davranırlar. Lakin bu dəfə Siz tərəflərdən birinin dəstəklədiyinizi tam aydın ifadə etmisiniz. Belə mövqeyiniz nə ilə əlaqədardır?

– Başa düşürəm ki, müharibə edən tərəflərin hər birinin uzun müddət davam edən münaqişə, onun səbəbləri və hərəkətverici qüvvələri barədə öz baxışları var. Tarixi perspektiv göstərir ki, Sovet İttifaqı yaranmazdan əvvəl də demək olar ki, bütün dövrlərdə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub.

Müasir tarixdə bu qarşıdurma 1988-ci ildə yenidənqurma və aşkarlıq dalğası nəticəsində Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağın erməni əhalisi açıq şəkildə muxtar bölgənin Ermənistana birləşdirilməsini tələb etdiyi zaman aktiv mərhələyə qədəm qoydu.

Münaqişəni Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində həll etmək üçün ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə Minsk Qrupu yaradıldı. Bəşəriyyət üçün müasir təhdidlər (miqrasiya böhranı, koronavirus pandemiyası, İranın nüvə proqramı və s.) fonunda Dağlıq Qarabağ problemi sanki arxa plana – dünya siyasətinin kənarına keçmişdi, amma heç də həll olunmadı. Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsinə seçilməsi ilə əlaqədar müsbət dəyişikliklərin gözləntiləri (o, Dağlıq Qarabağ klanları ilə əlaqəsi olmayan ilk baş nazirdir) reallaşmadı. Münaqişənin həlli istiqamətində nəinki irəliləyiş əldə olunmadı, əksinə Paşinyan ən sərt mövqe tutaraq, “Dağlıq Qarabağ Ermənistanındır və nöqtə” deyə bəyan etdi.

– Hərçənd İrəvan Dağlıq Qarabağ sakinlərinin əksəriyyətinin ermənilərdən ibarət olduğunu və vətənlərinin bir hissəsi olması istəyini bəyan edir. Bu məntiqi deyilmi?

– Bununla yanaşı, ermənilərin Dağlıq Qarabağla əlaqəsi olmayan Azərbaycanın yeddi rayonunu ələ keçirməsinə dünya səssiz qaldı. Belə bir dondurulmuş vəziyyətdə münaqişənin uzun müddət mövcud ola bilməyəcəyi, gec və ya tez eskalasiyanın baş verəcəyi aydın məsələdir. Və bu da baş verdi.

Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Buna görə, BMT-yə üzv dövlətlərin heç biri (Ermənistanın özü də daxil olmaqla) Dağlıq Qarabağın suverenliyini tanımır.

– Bəs İsrail dövlətinin baxışı necədir?

– İsraildən vəziyyət belə görünür. Birincisi, Azərbaycan yəhudilərə qarşı ən tolerant ölkələrdən biridir. Azərbaycan ərazisində yəhudilərə qarşı yaxşı münasibət əsrlər boyu dəyişməyib. Hətta Sovet antisemitizminin zirvəsində belə, yəhudilərə qarşı qərəz olmayıb.

İkincisi, müstəqil Azərbaycan dövləti qurulduqdan sonra belə İsrail ilə münasibətlər ən yüksək səviyyədə olub. Azərbaycan özünü ikitərəfli münasibətlərdəki öhdəliklərini heç vaxt pozmayan və beynəlxalq aləmdə təmkinli davranan ciddi, etibarlı bir tərəfdaş kimi sübut edib.

Bu səbəbdən tarixi faktlar, beynəlxalq hüquq və İsrailin maraqları baxımından mövqeyimiz son dərəcə aydındır. Və bu müddət ərzində ardıcıl şəkildə İsrail hökumətinin başçısı kimin olmasından, xarici işlər nazirinin kim olmasından asılı olmayaraq mövqeyimizə uyğun hərəkət edilib. Beləliklə, Azərbaycana münasibət mövzusunda İsrailin siyasi quruluşunun konsensusu var. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, bu ərazi bütövlüyü bərpa olunmadan regionda nizamlanmadan söhbət gedə bilməyəcəyinə inanırıq.

– İsrail KİV-ləri Türkiyənin və Ərdoğanın Azərbaycan tərəfində münaqişəyə qarışmasından narahatlığını ifadə edir. Buna İsrail tərəfindən necə baxmaq olar?

– Azərbaycan tarixən üç imperiyanın – fars, osmanlı və rus imperiyasının qovşağında yerləşir. İndi də bütün bu tarixi üçbucaq yenidən hərəkətə gəlir. Türkiyənin qeyd-şərtsiz Azərbaycanı, İranı isə Ermənistanı dəstəkləməsi kifayət qədər aydındır. Və bu vəziyyətdə Türk-İran fikir ayrılıqları yeni bir keyfiyyətdə təzahür edir – düşünürəm ki, İsrail bununla bağlı heç də kədərlənməyəcək.

Çox güman ki, Türkiyə, İran və Rusiya bu münaqişədəki addımlarını çox diqqətlə atacaqlar.

– BMT Təhlükəsizlik Şurası bu gün, sentyabrın 29-da Dağlıq Qarabağdakı vəziyyətlə bağlı xüsusi iclasın keçirilməsini planlaşdırır. Hər hansı bir ciddi qərar gözləmək üçün bir səbəb varmı?

– Əvvəla, Təhlükəsizlik Şurasının bu iclası qapalı olacaq. Belə bir iclasın təyin olunmasının özü də bizi dondurulmuş münaqişələrin olmadığına bir daha inandırır. Ruslarda belə bir atalar sözü var: “Göy guruldamayana qədər, kişi xaç çəkməz”. Daim göy gurultusunu gözləməyə ehtiyac yoxdur. İstənilən dondurulmuş münaqişə bir anda partlayır. Bu, həm Dağlıq Qarabağla, həm də Həmas və Hizbullahla bağlı münaqişəmizlə əlaqədar olaraq düzgündür. Hər şeyin həlli olmalıdır. Əks təqdirdə, xroniki münaqişə dondurulmuş münaqişəyə, dondurulmuş münaqişə isə müharibəyə çevrilir.

Mən BMT Təhlükəsizlik Şurasının iclasından sonra irəliləyiş gözləməzdim. Məncə, burada yeni bir şey icad etməyə ehtiyac yoxdur. “Minsk formatı” var ki, onun çərçivəsində bir çox yaxşı təkliflər hazırlanıb. Görünür, qrupun həmsədrləri – ABŞ, Fransa, Rusiya – daha fəal rol oynamalı və daha dəqiq mövqe nümayiş etdirməlidirlər.

– Buna baxmayaraq, Qüdsdə bu barədə susurlar .

– İsrailin müdaxilə etmək istəmədiyi aydındır. Buna baxmayaraq, bir daha təkrar edirəm, Azərbaycanla münasibətlərimiz geniş, dərin, strateji, Ermənistanla isə minimum səviyyədədir. Biz Azərbaycana çox yaxın münasibətlər qurduğumuz müasir müsəlman şiə ölkəsi nümunəsi olaraq baxırıq. Buna görə də təkrar edirəm, Azərbaycanın ərazi bütövlüyü mövqeyini tam dəstəkləyirik. Və hər baxımdan – tarixi, beynəlxalq və milli maraqlar – bu İsrailin rəsmi mövqeyidir.

Comments are closed, but trackbacks and pingbacks are open.