Prezident: Birgə layihələr Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaradıb
“Belə ki, bu il biz Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin və xarici işlər naziri Yerlan İdrisovun Bakıya rəsmi səfərlərini gözləyirik. Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti, III sammiti də bu il Azərbaycanda keçirilməlidir. Və biz ümid edirik ki, Qazaxıstan Prezidenti sammitdə iştirak edəcək. Dünya və ənənəvi dinlərin liderlərinin Qurultayının onilliyinin bayram edilməsi çərçivəsində bu ilin mayında Qazaxıstan parlamentinin senatının sədri Kayrat Maminin başçılığı ilə nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır”, – səfir əlavə edib.
Birgə layihələrin
“Bizim enerji və nəqliyyat layihələri kimi birgə layihələrin icrası üzrə yaxşı tariximiz var. Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişmişdir”.
Unikal.org-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edərkən deyib.
“Ölkələrimiz arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələrin icrası mümkün olmazdı. Ötən ilin sonuncu günü Cənub Qaz Dəhlizi layihəsinin icrasının sonuncu günü idi. Bu layihə təkcə Cənubi Qafqaz regionunda yox, daha geniş Avrasiya regionunda ümumi inkişaf, sabitlik, proqnozlaşdırma, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Bir daha qeyd edirəm, bizim əməkdaşlığımız olmasaydı bu, mümkün olmazdı. Buna görə, bu vacib layihənin icrasına davamlı dəstək göstərdiyinə görə Gürcüstan hökumətinə dərindən minnətdaram. Bizim birlikdə start verdiyimiz bütün digər təşəbbüslərin də yaxşı uğur hekayəsi var. Əminəm ki, gələcəkdə də belə olacaq.
Mən indicə bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir. Bu da, həmçinin çox müsbət və əlverişli investisiya mühitinin yaradılmasında sizin hökumətinizin həyata keçirdiyi islahatların yaxşı göstəricisidir. Bilirəm ki, daha da çox Azərbaycan şirkəti sizin ölkənizdə çalışmaq istəyir və əminəm ki, bu, baş verəcək. Bu gün biz əlbəttə ki, nail olduqlarımızı nəzərdən keçirəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq. Sizə ən xoş arzularımı çatdırıram. Bir daha xoş gəlmisiniz” – dövlət başçısı bildirib.
Prezident: “Birgə layihələr Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaradıb”
Prezident: “Birgə layihələr Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaradıb” “Azərbaycan və Bolqarıstan arasında hazırkı əməkdaşlığın əsas mövzularından biri enerji sahəsinə aiddir”.
7 Mart , 2023 13:59
https://static.report.az/photo/33b26a26-6754-3fc5-abcc-2d461bac285b.jpg
“Azərbaycan və Bolqarıstan arasında hazırkı əməkdaşlığın əsas mövzularından biri enerji sahəsinə aiddir”. “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edərkən deyib. Cənub Qaz Dəhlizi layihəsinin önəminə toxunan Azərbaycan Prezidenti enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində ölkələrimizin uzun illər bundan sonra da yaxın tərəfdaş olacaqlarına ümid etdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, eyni zamanda, birgə layihələrin həyata keçirilməsi Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaradıb.
Azərbaycan və Qazaxıstan birgə böyük layihələrin reallaşdırılmasının astanasındadır – səfir
Bütün əvvəlki illər kimi ötən il də Azərbaycanla Qazaxıstan arasında əlaqələrin inkişafı və möhkəmlənməsi nöqteyi-nəzərindən zəngin və məhsuldar olub.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 9 yanvar /Trend/
Bütün əvvəlki illər kimi ötən il də Azərbaycanla Qazaxıstan arasında əlaqələrin inkişafı və möhkəmlənməsi nöqteyi-nəzərindən zəngin və məhsuldar olub. Azərbaycanın bu ölkədəki səfiri Zakir Həşimov belə hesab edir.
“2012-ci il dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illik yubileyi ilə yadda qaldı. Münasibətlər dinamik inkişaf edir, strateji və tərəfdaş əlaqələr kimi səciyyələnir”, – Trend-in məlumatına görə, diplomat Qazaxıstanın “Liter” qəzetinə müsahibəsində vurğulayıb.
Həşimov qeyd edib ki, 2012-ci ildə iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq nəzərəçarpacaq dərəcədə fəallaşıb. Bir çox illər ərzində ilk dəfə olaraq qarşılıqlı Mədəniyyət günləri keçirildi.
“Keçən il, həmçinin rəsmi şəxslərin bir çox qarşılıqlı səfərləri baş tutdu. Bakıda yükdaşımalar daxil olmaqla, Xəzər dənizi üzrə bütün problemli məsələlərin həll edildiyi hökumətlərarası komissiyaların növbəti iclas keçirildi. Buna görə mən inamla deyə bilərəm ki, əməkdaşlığımızın inkişafı üçün böyük maneə yoxdur”, – səfir qeyd edib.
Diplomatın sözlərinə görə, hər iki ölkə bu gün birgə böyük layihələrin reallaşdırılmasının astanasındadır. Biz “Kaşağan” yatağında neft hasilatına başlanılması ilə Qazaxıstanla Azərbaycan arasında əmtəə dövriyyəsinin əhəmiyyətli artımını gözləyirik.
Səfir bildirib ki, burada əldə edilən neft Qazaxıstanın Xəzər Nəqletmə Sistemi birgə layihəsi, daha sonra Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsi ilə beynəlxalq bazarlara çıxarılacaq.
“Bundan başqa, Qazaxıstan yükləri tranzitlə yeni Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycandan keçə bilər. Burada söhbət yalnız neft və ya buğdadan deyil, həm də xalq istehlakı mallarından gedir”, – Həşimov deyib.
Diplomat hesab edir ki, bu il iki ölkənin münasibətlərinin inkişafına yeni təkan verəcək.
“Belə ki, bu il biz Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin və xarici işlər naziri Yerlan İdrisovun Bakıya rəsmi səfərlərini gözləyirik. Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti, III sammiti də bu il Azərbaycanda keçirilməlidir. Və biz ümid edirik ki, Qazaxıstan Prezidenti sammitdə iştirak edəcək. Dünya və ənənəvi dinlərin liderlərinin Qurultayının onilliyinin bayram edilməsi çərçivəsində bu ilin mayında Qazaxıstan parlamentinin senatının sədri Kayrat Maminin başçılığı ilə nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır”, – səfir əlavə edib.
Gələcək tədbirlərin siyahısında, Həşimov həmçinin Astanada xarici işlər nazirlərinin müavinləri səviyyəsində XİN-lərarası məsləhətləşmələrin, habelə Qazaxıstan və Azərbaycan arasında müqavilə-hüquq bazasının inventarlaşdırılması məsələləri üzrə növbəti görüşü qeyd edib.
Comments are closed, but trackbacks and pingbacks are open.