Press "Enter" to skip to content

Birgə layihələrin qiymətləndirilməsi

Anar Ələkbərov 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondunun sosial-iqtisadi, mədəni sahələrdəki dövlət siyasətinə dəstəyi, vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi töhfə barədə danışıb. Fondun artıq beynəlxalq səviyyədəki fəaliyyətinin ölkələr və vətəndaşların həyatında, eyni zamanda, ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Bu layihələr sırasında Bosniya və Herseqovinada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Təcili Tibbi Yardım Mərkəzinin bu günlərdə açılışını, Macarıstanda reallaşdırılan layihələri, bir neçə gün sonra Vatikanda katakombaların bərpası ilə bağlı orada təqdimat keçiriləcəyini diqqətə çatdırıb. Eyni zamanda, Fond tərəfindən ən böyük layihələr sırasında “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, Talassemiya Mərkəzinin inşası, daun sindromlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı, mədəniyyət və tariximizin tanıdılması üzrə layihələrin uğurla həyata keçirildiyini bildirib. “Bu gün Heydər Əliyev Fondu və BP şirkəti arasında əməkdaşlıq memorandumunun imzalanmasının 24 il əvvəl 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalandığı günə təsadüf etməsi də rəmzi məna daşıyır. BP-nin Azərbaycanda iri neft layihələri çərçivəsində başlanan fəaliyyətinin hazırda ölkəmizdə humanitar sahədə genişlənməsi və regionun ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu ilə imzalanan memorandum üzrə də əməkdaşlığın davam etməsi sevindirici haldır. Ümid edirəm ki, Fond və BP arasında imzalanan memorandum təkcə Bakıda deyil, bizim regionlardakı layihələrimiz üzrə də uğurla həyata keçiriləcək”, – deyə Anar Ələkbərov qeyd edib.

QHT-lərə Dövlət Dəstəyi Şurası Agentliklə birgə layihələrin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) ilə birgə keçirdiyi qrant müsabiqəsində (bundan sonra – müsabiqə) Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və müvafiq mövzu üzrə ixtisaslaşmış QHT-ləri iştirak etməyə dəvət edir.

Şura və Agentlik “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:

Maliyyələşəcək layihələrin sayı

Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.

Layihələrin müddəti

Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.

Müsdabiqə fondu və maliyyələşəcək layihələrin sayı

• Müsabiqə fondu 80000 (səksən min) manat təşkil edir.

• 10-dək layihənin maliyyələşməsi nəzərdə tutulur.

Qeyd:

• 2019-cu il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.

Müsabiqə mərhələləri

Müsabiqə üzrə QHT və layihə sənədlərinin qəbulu 20 noyabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:

1-ci mərhələ – QHT və layihə sənədlərinin qəbulu;

Bu mərhələ 20 noyabr–16 dekabr 2019-cu il tarixlərini əhatə edir.

2-ci mərhələ – QHT və layihə sənədlərinin texniki seleksiyası;

Bu mərhələ 20 noyabr– 26 dekabr 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHTyə elektron bildiriş göndərilir.

3-cü mərhələ – Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;

Bu mərhələ 27 dekabr 2019-cu il – 27 yanvar 2020-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.

4-cü mərhələ – Şurada müzakirə və qaliblərin elan edilməsi; Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 10-dan sonra Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.

Əlavə məlumat:

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 25 noyabr 2019-cu il, saat 11:00-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının “Mingəçevir” iclas zalında (Bakı şəhəri, Lev Tolstoy küçəsi, 170) keçiriləcək.

Birgə layihələrin qiymətləndirilməsi

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuriy Şedrin və nümayəndəliyin baş mütəxəssis-eksperti Dmitriy Akulenko AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) qonağı oldu. İnstitutdan bildirmişlər ki, görüşdə İKT sahəsində iki ölkə arasında əməkdaşlıq əlaqələri, innovativ layihələrin təşkili, beynəlxalq əlaqələrin inkişafı məsələləri müzakirə olundu, həmçinin İTİ-nin elmi-tədqiqat işləri və innovasiya fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verildi.

AMEA-nın müxbir üzvü, AMEA İTİ-nin direktoru, professor Rasim Əliquliyev ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasına və inkişaf etdirilməsinə, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirildiyini nəzərə çatdırdı. İnstitutda fəaliyyət göstərən alim və mütəxəssislərin elmi məqalələrinin istinad indeksli beynəlxalq jurnallarda nəşr olunduğunu diqqətə çatdıran alim institutun beynəlxalq elmi mühitə inteqrasiya etdiyini bildirdi.

Qonaq Yuriy Şedrin “Skolkovo” innovasiyalar şəhəri haqqında məlumat verdi, “Skolkovo” fondunun dünyanın aparıcı İT şirkətləri ilə birgə əməkdaşlıq əlaqələrindən danışdı, həmçinin elmi-texniki sahədə yeni kəşflər və innovativ fəaliyyət üçün əlverişli şəraitin yaradılması, alim və mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinin aparılması, elmi tədqiqatların beynəlxalq tələblərə cavab verməsi, əldə edilmiş məhsulların dünya İT bazarına çıxarılmasının Rusiyada prioritet məsələlərdən olduğunu bildirdi.

Y.Şedrin institutun fəaliyyətini, burada aparılan işləri yüksək qiymətləndirdi və “Skolkovo” innovasiya mərkəzi ilə İTİ arasında elmi-texniki sahədə birgə layihələrin həyata keçirilməsində, əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını xüsusi vurğuladı.

Sonra qonaqlar İTİ-nin AzScienceNet, Tədris-İnnovasiya və Multimedia mərkəzlərinin fəaliyyəti, həmçinin yeni konfrans zalları ilə tanış oldular. İnstitutda elmi proseslərin yüksək səviyyədə aparılması, müasir texniki avadanlıqlarla təmini, innovativ fəaliyyətin təşkili istiqamətində həyata keçirilən işlər haqqında qonaqlara geniş məlumat verildi.

Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb (FOTO)

Sentyabrın 20-də Heydər Əliyev Fondu və BP Azərbaycan şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Trend-i buradan izləyin

Sentyabrın 20-də Heydər Əliyev Fondu və BP Azərbaycan şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanma mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz iştirak edib.

Heydər Əliyev Fondu və BP Azərbaycan şirkəti arasında keçirilən görüşdə Azərbaycanda reallaşdırılacaq layihələr, o cümlədən sosial, mədəniyyət, idman, təhsil, elm və texnika, ekologiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Anar Ələkbərov 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondunun sosial-iqtisadi, mədəni sahələrdəki dövlət siyasətinə dəstəyi, vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi töhfə barədə danışıb. Fondun artıq beynəlxalq səviyyədəki fəaliyyətinin ölkələr və vətəndaşların həyatında, eyni zamanda, ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Bu layihələr sırasında Bosniya və Herseqovinada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Təcili Tibbi Yardım Mərkəzinin bu günlərdə açılışını, Macarıstanda reallaşdırılan layihələri, bir neçə gün sonra Vatikanda katakombaların bərpası ilə bağlı orada təqdimat keçiriləcəyini diqqətə çatdırıb. Eyni zamanda, Fond tərəfindən ən böyük layihələr sırasında “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, Talassemiya Mərkəzinin inşası, daun sindromlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı, mədəniyyət və tariximizin tanıdılması üzrə layihələrin uğurla həyata keçirildiyini bildirib. “Bu gün Heydər Əliyev Fondu və BP şirkəti arasında əməkdaşlıq memorandumunun imzalanmasının 24 il əvvəl 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalandığı günə təsadüf etməsi də rəmzi məna daşıyır. BP-nin Azərbaycanda iri neft layihələri çərçivəsində başlanan fəaliyyətinin hazırda ölkəmizdə humanitar sahədə genişlənməsi və regionun ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu ilə imzalanan memorandum üzrə də əməkdaşlığın davam etməsi sevindirici haldır. Ümid edirəm ki, Fond və BP arasında imzalanan memorandum təkcə Bakıda deyil, bizim regionlardakı layihələrimiz üzrə də uğurla həyata keçiriləcək”, – deyə Anar Ələkbərov qeyd edib.

BP şirkəti Azərbaycanda işləməsindən qürur duyur

Çoxdan bəri Heydər Əliyev Mərkəzinə gəlmək arzusunda olduğunu vurğulayan Qəri Counz deyib: “Belə bir gündə – Azərbaycan Neftçiləri Günündə və bizim Azərbaycanla ilk müqaviləmiz olan “Əsrin müqaviləsinin” 24-cü ildönümü günündə əməkdaşlıq memorandumunun imzalanmasından çox məmnunuq. BP Azərbaycanda işləməsindən qürur duyur. İlk müqaviləmiz imzalandığı vaxtdan etibarən BP şirkəti Azərbaycanın cəsur neftçiləri ilə çiyin-çiyinə bu ölkənin neft sənayesində çalışır”.

Qəri Counz qeyd edib ki, təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü planların uğurla həyata keçməsinin şahidi olub. Belə ki, bu strateji planlar ölkənin mənafeyi və gələcəyi naminə məharətlə həyata keçirilir. Bu cür uğurlu planların əsasında təhsilin, mədəniyyətin inkişafı və insanların qayğısına qalmaq kimi amillərin dayandığını qeyd edən Qəri Couns bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.

Comments are closed, but trackbacks and pingbacks are open.