Press "Enter" to skip to content

Buxari muslim azerbaycanca

22. … Əbu Səid əl-Xudridən (r.a): Peyğəmbər -səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:

Buxari, Muslim rafizilərdən hədis rəvayət edibmi sualı. Əbu Zərka barədə

Televizor dini qeyrəti öldürür – Osman Sələfi

07 Yanvar 2023

Şeyx AbdulMuhsin Abbad və Allamə Şeyx Saləh əl-Fovzanın «Qırx hədis kitabının şərhi» kitabı (11 dərs)

16 Dekabr 2022
YENİ 11. Allaha iman gətirmək

Aşkarda Allahın dostu, gizlində isə onun düşməni olma! – Osman Sələfi

24 Oktyabr 2022

Uşaqları nə ilə tərbiyə edək – Osman Sələfi

21 İyul 2022

Qadınlara nəsihət olaraq Xədicə və Aişə anamız yetər – Osman Sələfi

15 Aprel 2022

Ramazanın səndən tələb etdikləri – Osman Sələfi

03 Aprel 2022

Namaz vaxtları

NAMAZIN MÜXTƏSƏR TƏLİMİ (VİDEO)

NAMAZIN MÜXTƏSƏR TƏLİMİ

NAMAZIN KİRİLCƏ MÜXTƏSƏR TƏLİMİ

Elm tələbələri

  • Arif Allahyarov
  • Elşən Şəkərov
  • Elnur Əbu Muhamməd
  • Elnur Əliyev
  • İsmayıl Əbu Xalid
  • Kamal Hüseyn
  • Mənsur Cəlilov
  • Osman Sələfi
  • Qamət Süleymanov
  • Ramin Mütəllim
  • Səid İsrafilov
  • Təyyar Xəlilov
  • Yaşar Qurbanov

İslam

Tam Səhih-Buxari (Kitab 2: İman. Fəsil 20. Hədis 28.)

FƏSİL-20: SALAMI YAYMAQ İSLAMDANDIR. ƏMMAR BİN YASİR DEMİŞDİR: ÜÇ XİSLƏT VARDIR Kİ, BUNLARI (ÖZÜNDƏ) CƏM EDƏN İMANI CƏM ETMİŞDİR (KAMALINA ÇATMIŞDIR): NƏFSİNƏ QARŞI OLSA BELƏ ƏDALƏTLİ DAVRANMAQ, HƏR MÜSƏLMANA SALAM VERMƏK VƏ KASIBLIQ ZAMANINDA SƏDƏQƏ VERMƏK

27. … Abdullah bin Amrdan (r.a): Bir nəfər Rəsulullaha (s.ə.s): “İslamın hansı xisləti daha xeyirlidir?”- deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) də: “İnsanlara yemək yedirtmək və (müsəlmanlardan) tanıdığın və tanımadığın hər kəsə salam verməkdir. ” -buyurdu.

Tam Səhih-Buxari (Kitab 2: İman. Fəsil 19. Hədis 27.)

FƏSİL-19: “İSLAMI QƏBUL ETMƏK (HƏQİQƏTƏN) QƏLBƏN OLMADIĞIZAMAN, ZAHİRƏN TƏSLİM OLMAQ ŞƏKLİNDƏ VƏ YA ÖLDÜRÜLMƏKDƏN QORXMAQ SƏBƏBİLƏ OLMUŞDUR (Kİ, BELƏ BİR İMAN ALLAH YANINDA MÖTƏBƏR DEYİLDİR). ÇÜNKİ ALLAH-TƏALA BELƏ BUYURUR: “BƏDƏVİƏRƏBLƏR: “BİZ İMAN GƏTİRDİK! -DEDİLƏR.” (YA RƏSULUM ONLARA) DE: “SİZ (QƏLBƏN) İMAN GƏTİRMƏDİNİZ. ANCAQ, BİZ İSLAMI (MÜƏYYƏN ŞƏXSİ MƏQSƏD, MƏNFƏƏT NAMİNƏ) QƏBUL ETDİK! -DEYİN…”[1]

ƏGƏR HƏQİQƏTƏN (QƏLBƏN) OLARSA, BU HAL, ALLAH-TƏALANIN BU AYƏSİNƏ MÜVAFİQDİR: “ALLAH NƏZDİNDƏ (HAQQ OLAN) DİN, ƏLBƏTTƏ, İSLAMDIR. ”[2]

27. … (Cənnətlə müjdələnmiş on səhabədən biri olan) Səd bin Əbu Vəqqasdan (r.a): Rəsulullah -səllallahu əleyhi və səlləm- bir qrup insana mal paylayırdı. Mən də orada oturmuşdum. Həmin qrupun arasından ən çox xoşuma gələn birisinə (Cəil bin Süraqəyə) Rəsulullah (s.ə.s) heç nə vermədi. Ey Allahın Rəsulu, filankəsə niyə vermədin? Allaha and olsun ki, mən onu mömin (bir insan kimi)tanıyıram, -dedim. Rəsulullah (s.ə.s): “Müsəlman (kimi tamyıram) de! ” -buyurdu. Bir müddət susdum. Sonra həmin şəxs barəsindəki qənaətim məni həmin sözləri təkrar etməyə vadar etdi və mən də: Ey Allahın Rəsulu, filankəsə niyə vermədin? Allaha and olsun ki, mən onu mömin (bir insan kimi) tanıyıram” -dedim. Rəsulullah (s.ə.s): “Müsəlman (kimi tanıyıram) de!” -buyurdu. Yenə az susdum. Sonra, o şəxs haqqındakı qənaətim məni, həmin sözləri bir daha təkrar etməyə vadar etdi və mən də eyni sözlərimi təkrar etdim. Rəsulullah (s.ə.s) da eyni cavabı təkrar etdi. Sonra belə buyurdu: “Ey Səd! Mən (zəif imanlı) bir şəxsə Allah onu üzü üstə oda atar qorxusuyla, digəri mənə ondan daha sevimli olduğu halda verirəm.”[3]

Habelə bu hədisi Zühridən Yunus, Saleh, Mamər və Zühri- nin qardaşı oğlu da nəql etmişdir.

[3] Hz.Peyğəmbər (s.ə.s) mal paylaşdırarkən qəlbləri İslama isinişib bağlanmaqda olanlardan (yeni iman gətirib hələ kamil mömin olmayanlardan) başlayardı. Çünki əks halda belə insanlar ənaniyyət (eqoizm) səbəbilə dindən uzaqlaşa bilərdilər. Bu isə cəhənnəmə girmək ilə nəticələnir. Hz.Peyğəmbər (s.ə.s) qorxudan xüsus da məhz bu idi.

Tam Səhih-Buxari (Kitab 2: İman. Fəsil 18. Hədis 26.)

FƏSİL-18: ALLAH TƏALANIN: “BU, SİZİN (DÜNYADA) ETDİYİNİZ (YAXŞI) ƏMƏLLƏR MÜQABİLİNDƏ VARİS OLDUĞUNUZ CƏNNƏTDİR!”[1] AYƏSİNƏ GÖRƏ, “İMAN ƏMƏLDƏN İBARƏTDİR, -DEYƏN KİMSƏ(NİN GÖRÜŞÜ) BARƏSİNDƏDİR.

ƏHLİ-ELMDƏN BİR QRUP ALLAH-T Ə ALANIN: “RƏBBİNƏ AND OLSUN Kİ, BİZ ONLARIN HAMISINI SORĞU-SUALA ÇƏKƏCƏYİK-(DÜNYADA) ETDİKLƏ- Rİ ƏMƏLLƏR BARƏSİNDƏ.”[2] AYƏSİNDƏKİ SORĞU- SUALIN “LƏİLAHƏ İLLALLAH” HAQQINDA OLACAĞINI DEMİŞLƏR. HƏMÇİNİN ALLAH-TƏALA: “ƏMƏL EDƏN- LƏR BELƏ (BİR QURTULUŞ) ÜÇÜN ƏMƏL ETSİN- LƏR.”[3], -BUYURUR

26. … ƏbuHüreyrədən(r.a): Rəsulullahdan-səllallahu əleyhi və səlləm-: “Hansı əməl daha fəzilətlidir?”-deyə soruşuldu.

-“Allah və Rəsuluna iman gətirmək. ”

-“Sonra hansı əməl daha fəzilətlidir?”-deyə soruşuldu. Buyurdu ki:

-“Allah yolunda cihad etmək. ”

-“Ondan sonra hansı fəzilətlidir?”-deyə soruşuldu. Buyurdu ki:

-“Məqbul bir həcc etməkdir. ”

Tam Səhih-Buxari (Kitab 2: İman. Fəsil 17. Hədis 25.)

FƏSİL-17: “…LAKİN TÖVBƏ EDİB NAMAZI QILAR VƏ ZƏKATI VERƏRLƏRSƏ, ONLARI SƏRBƏST BURAXIN. ”[1]

25. … İbn Ömərdən (r.anhuma): Rəsulullah -səllallahu əleyhi və səlləm- buyurmuşdur:

“İnsanlar ALLAHDAN BAŞQA İLAH YOXDUR VƏ MUHƏMMƏD ONUN RƏSULUDUR- deyib şəhadət edənədək, namazı qılıb zəkatı verənədək onlarla döyüşməklə əmr olundum. Bunları yerinə yetirdikləri zaman qanlarını və mallarım məndən qoruyarlar. Ancaq, İslamın haqqı (hədd cəzaları) müstəsnadır. (Bu günahları işləyəcəkləri təqdirdə, Kitab və Sünnəyə müvafiq cəzalandırılarlar). Onların(mənəvi yöndən həqiqi vəziyyətlərinin) hesabı isə Allaha qalmışdır. ”

İslamın yer üzünə göndəriliş məqsədi və çatmaq istədiyi hədəf bütün insanlara Allahın dininin təbliğ edilməsini təmin etmək və yer üzündə Allahın hakimiyyətini təsis etməkdir. Burada bütün insanların İslamı qəbul etməsi şərti irəli sürülmür. Çünki hidayətə çatdırmaq Allaha məxsusdur. Biz yalnız buna vəsilə ola bilərik və vəzifəmiz də bundan ibarətdir.

Müşrik və kafirlərlə cihada icazə verilməsinin səbəbi budur ki, onlar insanlardan müsəlman olmaq istəyənlərə maneə olmaqda, müsəlman olanlan da bundan döndərmək üçün şiddət və təzyiq tətbiq etməkdədirlər. Kəlmeyi-şəhadət gətirən kimsə ilə döyüşmək haramdır. Kəlmeyi-şəhadət gətirməsə belə, İslamın hakimiyyətini qəbul edən və ya müsəlmanlarla sülh müqaviləsi bağlayanlarla da döyüşmək olmaz. Kəlmeyi-şəhadət gətirən kimsənin İslamı qəbul etdiyinə hökm edilir.

Fərz ibadətlərin ən başında gələn namazdır. Çünki Peyğəmbər -səllallahu əleyhi və səlləm- müxtəlif yerlərə göndərdiyi valilərinə getdikləri yerin xalqına kəlmeyi-şəhadətdən sonra namaz qılmalarını tələb etmək əmri vermişdir. Sonra dinin digər əsasları da tələb edilir.

Tam Səhih-Buxari (Kitab 2: İman. Fəsil 16. Hədis 24.)

FƏSİL-16: HƏYA[1] İMANDANDIR

24. …(Hz. Ömərin nəvəsi) Salim bin Abdullah atasından (r.anhuma)[2] nəql etmişdir ki: Ənsardan olan bir kişi (olduqca həyalı) qardaşına (həddən ziyadə) həya(lı olmamaq) barəsində öyüd verərkən Rəsulullah -sallallahu əleyhi və səlləm- onun yanından keçirdi. (Bunu eşidincə): “Onunla işin olmasın, çünki həya imandandır. ” -buyurdu.

[1] Ar etmək və utanmaq duyğusunu ifadə edir. İnsan fitratinin çirkin şeylərdən sıxılması və bunlardan uzaq durmasıdır. Xoş və gözəl olmayan bir hadisənin baş verməsi səbəbilə qəlbdə meydana gələn bir incəlik və iztirabdır. Həya hər kəsə nəsib olmayan qiyməth əxlaq cövhəridir.

[2] (r.anhuma): Mənası: “Allah hər ikisindən razı olsun.” -deməkdir.

Tam Səhih-Buxari (Kitab 2: İman. Fəsil 15. Hədis 23.)

FƏSİL-15: İMAN ƏHLİNİN ƏMƏLLƏRDƏ BİR-BİRİNDƏN ÜSTÜNLÜYÜ

23. … Əbu Səid əl-Xudridən (r.a): Rəsulullah -səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:

“Yuxuya getmişdim. Birdən insanlar əyinlərində köynəklər olduğu halda mənə göstərildi. Bu köynəklərdən bəzisi döş qəfəsinə kimi çatır, bəzisi də çatmırdı. (Həmçinin) Ömər bin Xəttab da əynində (ətəkləri yerədək olan) bir köynəyi sürüyən halda mənə göstərildi. ”

(Səhabələr): “Bunu necə təbir etdin, ey Allahın Rəsulu?” – dedilər. Buyurdu ki: “Din(darlığının güclü olması) ilə təvil etdim. ”

Tam Səhih-Buxari (Kitab 2: İman. Fəsil 15. Hədis 22.)

FƏSİL-15: İMAN ƏHLİNİN ƏMƏLLƏRDƏ BİR-BİRİNDƏN ÜSTÜNLÜYÜ

22. … Əbu Səid əl-Xudridən (r.a): Peyğəmbər -səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:

“Cənnət əhli cənnətə və cəhənnəm əhli də cəhənnəmə daxil olacaqdır. Sonra Allah-Təala belə buyuracaqdır: “Kimin qəlbində bir xardal dənəsi ağırlığında iman varsa, onu oddan çıxarın! ” Onlar qaralmış vəziyyətdə oddan çıxardılıb həya və ya həyat (burada ravi Malik bin Ənəs[1] tərəddüd etmişdir) çayırına atılırlar. (Sonra da) sel kənarındakı yabanı bitkinin böyüməsi kimi (sürətli bir şəkildə) cana gələrlər. Həmin bitkinin sarı və qıvrılmış vəziyyətdə çıxdığını görmədin(iz)mi? ”

Vuheyb bin Xalid demişdir ki: “Amr bin Yəhya “həyat (çayı)” kimi nəql etmişdir. Həmçinin Vuheyb “bir xardal dənəsi qədər xeyir” kimi nəql etmişdir.

[1] Maliki məzhəbinin imamı.

Tam Səhih-Buxari (Kitab 2: İman. Fəsil 14. Hədis 21.)

FƏSİL-14: İNSANIN ODA ATILMAQDAN XOŞLANMADIĞI KİMİ KÜFRƏ[1] DÖNMƏKDƏN DƏ ELƏCƏ XOŞLANMAMASI İMANDANDIR

21. …Ənəs bin Malikdən (r.a): Rəsulullah -səllallahu əleyhi və səlləm- buyurmuşdur:

“Üç (xislət) kimdə olarsa, imanın şirinliyini dadar: Allah və Rəsulu özünə hər şeydən daha sevimli olan kimsə, bir qulu sevdiyində sadəcəAllah üçün sevən kimsə və Allah onu (küfrdən) xilas etdikdən sonra, oda atılmaqdan necə xoşlanmırsa, (yenidən) küfrə dönməkdən eləcə xoşlanmayan kimsə. ”

[1] Leksik mənası “örtü” ya da “örtmək” deməkdir. Məsələn, toxumu torpağa əkib üstünü torpaqla örtən əkinçiyə də kafir deyilir. Məcazi mənada toxumu örtən torpaq, işığı gizləyən qaranlıq kimi, mütləq həqiqəti pərdələyər. Halbuki görünməsə belə, toxum torpağın altındadır. Yəni küfr mütləq deyil, keçici bir aldatma və ya göz bağlamadır. Qurani-Kərim də küfrü aldanma – aldatma – ya- nılma adlandırır. Allahın kainatdakı görünən, müşahidə edən varlıq və qüdrət təcəllilərini inkar etmək, üstünə nəzəri-fəlsəfi modellərdən meydana gəlmiş qa- ranlıq bir zehni örtü çəkmək də küfrdür.

Tam Səhih-Buxari (Kitab 2: İman. Fəsil 13. Hədis 20.)

FƏSİL-13: HZ PEYĞƏMBƏRİN -SƏLLALLAHU ƏLEY-Hİ VƏ SƏLLƏM- “ALLAHI ƏN (YAXŞI) TANIYANINIZ MƏNƏM!” HƏDİSİ VƏ MƏRİFƏT (ETİQAD) QƏLBİN ƏMƏLİDİR, -BƏYANI BARƏSİNDƏDİR. ÇÜNKİ ALLAH-TƏALA BELƏ BUYURUR: “…LAKİN QƏLBLƏRİNİZİN KƏSB ETDİYİ ŞEYLƏRƏ (İÇDİYİNİZ ANDLARA) GÖRƏ SİZİ CƏZALANDIRAR…”[1]

20. … Hz. Aişə (r.anhə) anamızdan: Rəsulullah -səllallahu əleyhi və səlləm- əshabına (bir iş) əmr etdiyi zaman taqətlərinin çata biləcəyi işləri əmr edərdi. (Bir dəfə əshabı bu işləri az görərək belə) dedilər: Biz sənin kimi deyilik, ey Allahın Rəsulu! Şübhə yoxdur ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır![2] (Bu sözlər qarşısında Rəsulullah) qəzəb (mübarək) simasından bilinənədək qəzəblənər və sonra da belə buyurardı

“Şübhəsiz, sizin ən təqvalınız və Allahı ən çox tanıyanınız mənəm! ” [3]

[2] Yəni sən bağışlanmısan və buna görə də çoxlu xeyirli əmələ ehtiyyacın yoxdur. Ancaq bizim halımız belə deyildir. Elə isə bizə çox iş/ibadət əmr et.

[3] Yəni əsas olan ixlasdır. Əməl az olsa belə davamiyyət mühümdür. Nəyin nə qədər olacağını Allahın diləməsiylə mən sizə bildirirəm.

Comments are closed, but trackbacks and pingbacks are open.