Press "Enter" to skip to content

Son xəbərlər

İran hakimiyyəti xüsusən son iki ildə özünün anti-Azərbaycan siyasəti kontekstində Nizaminin fars şairi olduğunu sübut etmək üçün geniş kampaniya aparmaqdadır. Bu kampaniya çərçivəsində təkcə paytaxtda və iri şəhərlərdə deyil, ölkənin bütün əyalətlərində Nizami tədbirləri keçirilir və şairin İrana məxsu

Tarixi

Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlamış, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə “İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında” və 1912-ci ildə “Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında” qanunlar qəbul olunmuşdur. XX əsrin əvvəllərində Rusiya imperiyasında sığorta münasibətlərini tənzimləyən “Xəstəlik zamanı fəhlələrin təminatı haqqında”, ”Fəhlələrin sığorta məsələləri üzrə idarə və şuranın təsis edilməsi haqqında”, “Fəhlələrin bədbəxt hadisələrdən sığortası haqqında” və s. qanunlar qəbul olunsa da, ölkədəki gərgin ictimai-siyasi hadisələr bu qanunların tətbiqinə imkan verməmişdir.

İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan “Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında” məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi.

Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E.P.Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi.

Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu. Yakov Zevin komissar təyin olundu. Az sonra Bakı Sovetini əvəz edən Bakı Xalq Komissarları Sovetində də Xalq Əmək Komissarı yenə Yakov Zevin oldu. Xalq Komissarları Soveti iyulun 31-dək, 3 aylıq fəaliyyəti ərzində 200-dən çox şəxsi neft mədənini, 299 sənaye müəssisəsini milliləşdirməklə yanaşı, fəhlə və qulluqçuların əmək hüquqlarının müdafiəsi, işçilərin əməyinin mühafizəsinin təşkili və s. ilə bağlı bir sıra sosial tədbirlər də həyata keçirmişdir.

1918-ci il mayın 28-də Tiflis şəhərində Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılaraq İstiqlal Bəyannaməsi elan olundu və 9 nəfərdən ibarət ilk müvəqqəti hökumət kabineti təşkil edildi. İlk hökumət kabinetində Əkinçilik və Əmək naziri vəzifəsi “Hümmət“ partiyasından Milli Şuraya üzv seçilmiş Əkbər ağa Şeyxülislamova həvalə olundu.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sosial siyasətinin əsas istiqaməti ümumi daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümumi daxili məhsulda milli gəlirin və məşğulluq səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mənzil və kommunal təminatın səviyyəsinin yüksəldilməsinə yönəlmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələrə aid 315 qanun layihəsi təqdim olunmuşdu ki, onlardan 10-u sosial sahəyə aid idi. Pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilmişdi ki, onlardan biri 28 avqust 1918-ci il tarixli “Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında” qərar idi. Qərarda istefaya çıxan şəxslərə xidmət illərinə görə pensiya təyin olunması nəzərdə tutulurdu. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərirdi. Bakı Əmək Birjası 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında yaradılmışdı. 26 dekabr 1918–ci ildə isə 14 nəfərdən ibarət üçüncü koalisiyon hökumət təşkil edildi. Bu hökumətdə Poçt, Teleqraf və Əmək naziri vəzifəsinə Aslan bəy Səfikürdski təyin olundu. Üçüncü hökumət fəhlələrin ağır iş rejimi və sosial vəziyyətini nəzərə alaraq əmək haqlarının, müavinətlərin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi və s. ilə bağlı bir sıra tədbirlər həyata keçirmişdir. Parlamentin 21 yanvar 1919-cu il tarixli qərarı ilə Xalq Cümhuriyyəti Hökumətində əmək münasibətləri və bununla bağlı digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis olundu. İcra və nəzarətedici səlahiyyət əldə edən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi müşavirə keçirdi. Müşavirədə tərəflərin bərabər təmsil olunması şərti ilə, fəhlə və müəssisə sahibləri daxil olmaqla 19 nəfərdən ibarət xüsusi komissiya yaradılması qərara alındı. Yanvarın 26-da isə nazirlik kollektiv müqavilənin şərtlərində bir sıra dəyişiklik edilməsi barədə qərar verdi. Hökumətin fəaliyyəti fəhlə qanunvericiliyinin formalaşdırılmasına, fəhlə və sahibkarlar arasında münasibətlərin tənzimlənməsinə, əməyin mühafizəsi və zəhmətkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdi. Üçuncü hökumətin fəaliyyəti ərzində fəhlələrin və qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə konkret qərarlar qəbul edilmişdir.

1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Cümhuriyyəti Hökumətinin 14 nazirdən ibarət dördüncü hökumət kabineti təşkil edildi və Aslan bəy Səfikürdski Ədliyyə və Əmək naziri təyin edildi. Bu zaman inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin mühüm istiqamətini təşkil edirdi. Elə bu məqsədlə Parlament Dəmir Yol Nazirliyinin xətti üzrə dəmir yollarında xidmət etmiş şəxslərin xidmət illərindən sonrakı təminatı haqqında Əsasnaməni, habelə hökumət qulluqçuları və ibtidai məktəb müəllimlərinin əmək haqqlarının artırılması, yaşayış minimumunun qaldırılması haqqında qanunları qəbul etmişdir. Dördüncü hökumətin fəaliyyəti dövründə qaçqınların problemlərinin həllinə aid bir sıra qanun və qərarlar da qəbul olunmuşdur.

1919-cu il avqustun 5-də Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olundu. Yeni müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə etdi. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı. Aprel işğalınadək fəaliyyəti dovründə müfəttişlik tərəfindən nazirliyə daxil olan 1537 şikayətdən 922-si fəhlələrin xeyrinə həll edilmiş, 145-nə rədd cavabı verilmiş, 14-ü məhkəməyə göndərilmiş, 456-sı isə həll olunmamış qalmışdır. ADR parlamentinin 7 dekabr 1918-ci il tarixli “Fəhlə məsələsi haqqında“ qərarında əmək qabiliyyətini tam və ya qismən itirdikdə fəhlələrə sığorta verilməsi müəyyən edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti dövründə pensiya məsələləri üzrə ikinci qərar 27 avqust 1919-cu ildə qəbul edilmiş “Pensiya nizamnaməsinin hazırlanması üzrə komissiyanın yaradılması haqqında” qərar olmuşdur. 1919-cu il dekabrin 22-də təşkil edilmiş sonuncu, 12 nəfərdən ibarət beşinci hökumətdə Əkinçilik və Əmək Nazirliyinə Əhməd bəy Pepinov rəhbərlik etmişdir. Həmin hökumət fəhlə məsələsinə aid proqram hazırlamış və bununla bağlı məlumat yaymışdır. Proqramda uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarların işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılacağı, yığıncaq azadlığı və əmək haqqının qaldırılması məsələləri nəzərdə tutulmuşdur.

Beşinci hökümətin fəaliyyəti dövründə ehtiyacı olan şəxslərin kommunal xidmətlərdən, nəqliyyatdan güzəştlə istifadə etmələri, maaşların artırılması və qaçqınlara əvəzsiz maddi yardım göstərilməsi kimi sosial güzəştləri nəzərdə tutan qərarlar qəbul edilmişdir.
1920-ci il aprelin 27-də XI Qırmızı Ordu beynəlxalq hüquq normalarını pozaraq, silahlı qüvvələrini Azərbaycana yeritdi və Azərbaycanın dövlət müstəqilliyinə son qoydu.1920-ci il aprelin 28-də hakimiyyət Müvəqqəti İnqilab Komitəsinin əlinə keçdi. Mayın 3-də Azərbaycan İnqilab Komitəsinin 2-ci iclasında hökumətin tərkibində Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası yaradıldı. Seyidcəfər Yaqub oğlu Yaqubov Azərbaycan SSR Xalq Əmək Komissarı təyin olundu. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Soveti işçi qüvvəsindən səmərəli istifadə etmək, fəhlələri öz ixtisaslarına görə yerləşdirmək, işçilərin həyatını, sağlamlığını və əməyini mühafizə etmək məqsədilə Xalq Əmək Komissarlığının nəzdində Əməyin Mühafizəsi Müfəttişliyini təsis etdi. Bu təşkilatın vəzifəsi zəhmətkeşlərin əməyinin mühafizəsi və mənafeyi ilə bağlı zəruri tədbirlər görmək idi. 1920-ci ildə neft sənayesi müəssisələrində əməyin mühafizəsi üzrə 150 komissiya yaradılmışdır. Sovet hakimiyyətinin bərqərar olmasından sonra fəhlə və qulluqçuların sosial təminatı ilə əlaqədar bir sıra qərarlar qəbul olunmuşdur. “Muzdlu əməklə məşğul olan şəxslərin sosial sığortası haqqında” 15 noyabr 1921-ci il tarixli Dekret muzdlu əməklə məşğul olan bütün şəxslərə və əmək qabiliyyətinin müvəqqəti və ya daimi olaraq itirildiyi bütün hallara, işsizliyə, eləcə də ölüm hallarına şamil edilirdi. 9 dekabr 1921-ci il tarixli “Ailə başçısının itirilməsinə görə zəhmətkeşlərin ailələrinin sosial təminatı haqqında” və “Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və analığa görə sosial təminat haqqında” dekretlərlə ailə başçısının itirilməsi ilə əlaqədar pensiya təminatı həll olunmuşdur. Bundan başqa, 8 dekabr 1921-ci il tarixli “Əlillərin sosial təminatı haqqında”, 19 dekabr 1921-ci il tarixli ”Xəstəliyin sığortası haqqında” və 28 dekabr 1921-ci il tarixli “İşsizliyə görə sosial təminat haqqında” Dek-retlər də qəbul olunmuşdur.

1922-ci il oktyabarın 30-da ZSFSR MİK-nin 9-cu çağırış 4-cü sessiyasında “Əmək haqqında qanunlar məcəlləsi” qəbul edildi. Bu Məcəllə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “Əmək haqqında qanunlar məcəlləsini qüvvəyə mindirmək haqqında” 30 dekabr 1922-ci il tarixli qərarı ilə əmək məsələlərinin tənzimlənməsində hüquqi baza olmuşdur. Məcəllə 1971-ci ilə qədər, yəni Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin qəbul edildiyi tarixədək qüvvədə olmuşdur.

RSFSR Xalq Səhiyyə Komissarlığı və Xalq Əmək Komissarlığı 19 aprel 1924-cü il tarixdə “Sığorta olunan şəxslərin protez və ortopediya aparatları ilə təchiz edilməsi tədbirləri haqqında” sərəncam vermişdir. Bu sərəncam əsasında sosial sığorta pensiyası alan əmək əlillərinin və onların ailə üzvlərinin pulsuz protez və ortopediya aparatları ilə təmin edilməsinə başlanılmışdır.

1922-27-ci illər Azərbaycanda əsasən, xalq təsərrüfatının bərpası, yerlərdə kənd sovetlərinin yaradılması və sosializm quruculuğu dövrü olduğundan İctimai Təminat Komissarlığının vəzifələrini Azərbaycan Xalq Komissarları Soveti və ayrı-ayrı şuralar yerinə yetirirdi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 20 iyun 1927-ci il tarixli qərarı ilə Xalq İctimai Təminat Komissarlığının fəaliyyəti bərpa edildi və M.Hacıyev komissar təyin olundu.

Bu Komissarlıq əsasən, ictimai təminat sistemini yaxşılaşdırmaq və təkmilləşdirmək, əlil və işçi vətəndaşlara imtiyazlar vermək kimi işləri yerinə yetirirdi. Görülən işlər sayəsində 1927-ci ilin avqust ayında Bakıda əlillərin problemləri ilə məşğul olmaq üçün “Əlillər korporasiyası” yaradılmış, İctimai Təminat Komissarlığı sisteminə daxil olan 25 arteldə müxtəlif ixtisaslar üzrə yüzlərlə əlil işlə təmin edilmişdir.

Sovet dövründə pensiya və müavinətlərın təyin olunması və artırılması ümumittifaq qanunvericiliyi çərçivəsində, yəni SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Sovetinin qəbul etdiyi qanun və qərarlar əsasında həyata keçirilirdi. Respublikada pensiya təminatı sisteminə nəzarət edilməsi məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin “Dövlət ictimai sığortası üzrə pensiyaların təyin edilməsi barədə” 1937-ci il 9 may tarixli 2891 nömrəli qərarı ilə AHİŞ-da, dəmir yolları, dəniz nəqliyyatı və çay nəqliyyatı fəhlələri həmkarlar ittifaqlarında bütün növ pensiyaların təyin olunması dayandırılaraq, bu işin həyata keçirilməsi səlahiyyəti Xalq İctimai Təminat Komissarlığına verildi. 1937-ci il 19 avqust tarixli 3793 nömrəli qərara əsasən, 1939-cu il sentyabrın 1-dən etibarən Azərbaycan SSR-nin Konstitusiyasına (maddə 100) uyğun olaraq Bakı şəhərinin rayon sovetlərində ictimai təminat şöbələri yaradıldı.
Azərbaycan SSR Nazirlər Sovetinin 25 oktyabr 1958-ci il tarixli qərarı ilə İctimai Təminat Nazirliyi tərəfindən 1960-cı ilin yanvarın 1-dən başlayaraq, çoxuşaqlı və tək analara hər ay dövlət yardımı verilməsinə başlanıldı. Həmçinin həmin il sovet pensiya sistemində müavinətlərin yeni növləri tətbiq edildi. 1970-1985-ci illərdə Azərbaycanda əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və respublika iqtisadiyyatının hərtərəfli, kompleks şəkildə inkişafı, xüsusən, əhalinin maddi rifahının yüksəldilməsi nəticəsində respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, 213 sənaye müəssisəsi işə salınmış, eyni zamanda 350 adda məhsulun dünyanın 65 ölkəsinə ixrac olunmasına başlanılmışdır. 1958-1970-ci illərdə fəhlə və qulluqçuların əmək haqqı 109,6 rubl olduğu halda, 1985-ci ildə 234 rubla çatmışdır. Qocalara, əlillərə, əmək qabiliyyətini müvəqqəti itirənlərə, əmək və müharibə veteranlarına, ailə başçısını itirmiş ailələrə və tək analara maddi yardım artırılmışdır. Qocalığa və əlilliyə görə dövlətdən pensiya alanların sayı 1970-ci ildə 643 min idisə, 1989-cu ildə bu göstərici 987 min nəfərə, işləyənlərin sayı 1.273 min nəfərdən 2.361 min nəfərə çatmışdır.

Əhalinin sağlamlığının qorunması sahəsində də mühüm tədbirlər həyat keçirilmişdir. Əhaliyə ambulator-poliklinika yardımı göstərən müəssisələr 1075-dən 1826-ya, qadın məsləhətxanaları, uşaq məsləhətxana və poliklinikalarının sayı 313-dən 1034-ə, həkimlərin sayı 13 mindən 27,5 min nəfərə çatmışdır. 2239 yaşayış məntəqəsində ilk tibbi yardım xidməti təşkil edilmişdir. 10 dekabr 1971-ci ildə Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsi qəbul edilmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında“ Konstitusiya Aktı qəbul olundu və Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini qazandı. Dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikanın dövlət təsisatlarının yenidən təşkilinə başlanıldı.

Azərbaycan Respublikası Prezidentinin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında” 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradıldı.

Lakin dövlət müstəqilliyinin ilk illərində ölkədə ağır sosial-iqtisadi və siyasi gərginlik hökm sürürdü. Respublika rəhbərliyində siyasi cəhətdən təcrübəsiz, dövlət idarəçiliyi sahəsində heç bir qabiliyyət və səriştəsi olmayan, təsadüfi insanların təmsil olunması siyasi hakimiyyətdə qısa müddətdə dərin böhrana səbəb oldu. Siyasi hərc-mərclik və bir-birini əvəz edən intriqalar, qarşıdurmalar ciddi sosial-iqtisadi tənəzzülə və cəmiyyətin həyatında anarxiya meyllərinin yaranması və güclənməsinə yol açdı. Belə bir qeyri-sabit ictimai-siyasi şərait bir tərəfdən separat iddialarının baş qaldırmasına, ayrı-ayrı qaragüruhçu silahlı dəstələrin dövlətə qarşı hədələyici təzyiqlər göstərməsinə, digər tərəfdən isə erməni silahlı birləşmələrinin ölkə ərazilərini bir-birinin ardınca qəsb etməsinə imkan verdi. Son dərəcə çətin bir şəraitdə, dövlət idarəetmə mexanizminin iflic vəziyyətə düşdüyü bir halda hər hansı bir dövlət strukturunun, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normal fəaliyyəti qeyri-mümkün idi.

Dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması təhlükəsinin son həddə çatdığı bir vaxtda – 1993-cü ilin iyun ayında Azərbaycan xalqı öz müdrik seçimini etdi və hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı geriləmədən, ətalətdən xilas edərək sovet respublikaları sırasında qabaqcıl bir respublikaya çevirmiş dünya şöhrətli siyasi şəxsiyyət, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə çağırdı.

Xalqının ən çətin məqamında bu çağırışa ləyaqətli cavab olaraq respublika rəhbərliyinə qayıdan böyük öndər Heydər Əliyevin müdrik siyasi kursunun işığında Azərbaycan taleyinin ən sərt sınaqlarından keçərək, inkişaf və tərəqqi yoluna çıxdı. Məhz ulu öndərin sosial sahəyə davamlı diqqət və qayğısı müstəqil Azərbaycan dövlətinin sosial siyasətinin formalaşması və təkmilləşməsinə səbəb olmaqla, sosial müdafiə sistemində müsbət dəyişikliklərə yol açdı. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində də ciddi dönüşün yaranmasını, əmək və əhalinin sosial müdafiəsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini şərtləndirdi.

Ulu öndərin aztəminatlı vətəndaşlara diqqət və qayğısının nəticəsi olaraq, əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik avtomobilləri, veloarabalar və digər reabilitasiya vasitələri ilə təminatı, pensiya və müavinətlərin artırılması, əhalinin məşğulluğunun gücləndirilməsi və s. istiqamətlərdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanıldı.

Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkə qarşısında yeni tərəqqi mərhələsi açdı. Dövlət başçısının düzgün düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan inkişaf dinamikasına görə dünyanın lider ölkəsinə çevrilmişdir. Eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm uğurlar qazanılmışdır.

Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlətin ilbəil güclənən sosial siyasətinin yüksək səviyyədə icrasına, ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına mühüm töhfələr verən və bu səbəbdən cəmiyyətin inam və etimadını qazanmış bir hökumət strukturu kimi fəaliyyətini uğurla davam etdirir.

Son xəbərlər

“Manisa şəhərinin Turqutlu rayonunda maksimum 7 maqnitudada, təxminən 35 saniyə davam edəcək zəlzələni proqnozlaşdırıram”. Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyənin Manisa şəhərinin Turqutlu rayonundakı binaların zəlzələyə davamlılığını araşdıran prof. dr. Övgün Ahmet Ercan deyib

DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT

Baş DYP İdarəsi hərəkət iştirakçılarına müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis mayoru Rövşən Tağıyev -ə açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollard

Azərbaycanda piyadanı vurub özünü asan biznesmenin yaxınları danışdılar – VİDEO

Azərbaycanda piyadanı vurub, daha sonra intihar edən şəxsin yaxınları danışıblar. Quba rayonunun İspik kənd sakini Röyal kimi yanınan 35 yaşlı İntiqam Əlimuradovun meyiti Qəçrəş yaxınlığında, meşəlik sahədə tapılıb. Məlumata görə, İntiqam Əlimuradovla Rövşən Ağayev arasında mübahisə düşüb. Mərhumun qardaşını

Tofiq Musayev zədələnib nokauta düşdü – VİDEO

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev “Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub. xəbər verir ki, yüngül çəkidə (70 kq) yarışan idmançı dünya Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib. Görüşü

Bir dollara görə bankı qarət edib polisi gözlədi

ABŞ-də qəribə qarət hadisəsi baş verib. Belə ki, 65 yaşlı şəxs bankdan 1 dollar oğurluq edib. Hadisə Yuta ştatında baş verib. 65 yaşlı Donald Dantakoç banka girdikdən sonra “Bunu etdiyimə görə peşmanam, amma bu bir soyğundur. Mənə 1 dollar verin. Təşəkkür edirəm” yazılı qeydini kassaya uzadıb

İlon Mask şəhər salacaq

ABŞ-li sahibkar, “Tesla”, “SpaceX” şirkətlərinin və “Twitter” sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ-nin Texas ştatının paytaxtı Ostin şəhərinin yaxınlığında yeni aldığı torpaqda öz şəhərini salmağı planlaşdırır. xəbər verir ki, bu barədə “The Wall Street Journal&quot

“WhatsApp”a yeni emojilər gəldi – FOTO

“WhatsApp” sosial şəbəkəsinə yeni emojilər gəlib. xəbər verir ki, bu funksiyanın hələ ki “Android” istifadəçiləri üçün nəzərdə tutulub. “WhatsApp Android” tətbiqində olan yeni emojilərdən hələ ki beta proqramını istifadə edən şəxslər istifadə edə biləcəklər

Kişi arvadını qucağına alaraq dənizə atdı – VİDEO

İndoneziyada Yava və Sumatra adaları arasındakı Sundra boğazında hərəkət edən gəmidə dəhşətli anlar yaşanıb. Gəmidə olan şəxs arvadını qucağına alaraq dənizə atıb. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub. Videogörüntülərdə qadın göyərtədə oturacaqda oturmaq üçün çantasını çıxardığı zaman arxasınd

Belçikada dövlət işçiləri tətil edir

Belçikada dövlət işçiləri iş şəraitinin yaxşılaşdırılması və dövlət qurumlarına daha çox maliyyə ayrılması tələbi ilə tətilə çıxıblar. xəbər verir ki, Belçikada işçi həmkarlar ittifaqlarının çağırışı ilə dövlət işçiləri bir günlük tətilə başlayıblar. Tətil səbəbiylə ölkə daxilində səhiyyə, təhsil, təhlükəsizli

Hacı Şahinsiz ilk cümə namazı – VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin ölümündən sonra “Məşədi Dadaş” məscidində ilk cümə namazı qılınıb. Namaz Hacı Şahinin tələbəsi Hacı Elbrus Kərimovun imaməti ilə qılınıb. Baku TV-nin “Məşədi Dadaş” məscidindən hazırladığı süjeti təqdim edirik:

Harri və Meqanın övladlarına şahzadə titulu verildi

Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın uşaqları rəsmi olaraq şahzadə titullarını alıblar. Bu barədə Bukingem sarayından məlumat verilib. Üç yaşlı şahzadə Arçi indi Britaniya taxt-tacı üçün altıncı, onun kiçik bacısı Lilibet isə yeddinci namizəddir. Qeyd edək ki, Harri və Meqan kra

Almaniyada silahlı hücum oldu: 7 ölü

Almaniyanın Hamburq şəhərində kilsədə atışma olub. xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Bu barədə Almaniya mediası məlumat yayıb. Faktla bağlı polis araşdırma tədbirləri başladıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Polis sakinlərə hadisənin baş verdiyi ərazilərdə

“Zəlzələ bölgəsindəki 2 azərbaycanlıdan hələ də xəbər ala bilmirik”

Türkiyənin zəlzələ bölgəsindən hələ də xəbər alına bilməyən vətəndaş sayımız 2 nəfərdir. xəbər verir ki, bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə deyib. O bildirib ki, bu gün axşam saatlarında (təqribən 18:00) Türkiyənin zəlzələ bölgəsindən sonunc

Muzeydə toy fotosessiyası neçəyə başa gəlir? – QİYMƏTLƏR

Son dövrlərdə küçədə, parkda, dəniz kənarında toy fotosessiyası etdirən cütlükləri görmək adi hal alıb. Ancaq muzeylərdə də gəlin-bəy fotosessiyası etdirməyin mümkün olduğunu bilirdinizmi?. Azərbaycanda yeni olan bu təcrübə əvvəlcə muzeyşünaslar tərəfindən birmənalı qəbul olunmasa da, son vaxtlar ekspoziyanı

Neymar sağ dizindən əməliyyat olundu

Braziliya millisi və Fransanın PSJ klubunun futbolçusu Neymar sağ dizindən əməliyyat olunub. xəbər verir ki, bu barədə “L Equipe” nəşri məlumat yayıb. 31 yaşlı hücumçunun cərrahi əməliyyatı Qətərin paytaxtı Dohadakı klinikalardan birində baş tutub. Braziliya millisinin kapitanının 3-4 ayda

İngiltərə kralı Çarlz qardaşına “Edinburq hersoqu” titulunu verib

İngiltərə kralı II Çarlz 2021-ci ildə vəfat edən atasının “Edinburq hersoqu” titulunu qardaşı Uesseks və Forfar Qrafı Şahzadə Edvarda verib. xəbər verir ki, Bukingem Sarayı Şahzadə Edvarda 59 illik yubileyi münasibətilə böyük qardaşı Kral Çarlz tərəfindən “Edinburq hersoqu” titulunu

Yük maşını qəza etdi: 7 ölü – VİDEO

Türkiyənin Malatya şəhərində yük maşını aşıb. xəbər verir ki, qəza nəticəsində 7 nəfər ölüb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Faktla bağlı polis araşdırmalara başlayıb. Hadisə yerindən olan görüntüləri təqdim edirik:

Türkiyədə zəlzələ anı belə görüntüləndi-VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Kayseri şəhərində zəlzələ baş verib. xəbər verir ki, zəlzələnin 4.8 bal gücündə olduğu bildirilib. Zəlzələ zamanı mağazaların birində təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Görüntülərə əsasən, rəflərdə olan məhsullar yerə tökülüb. Hadisə yerində

İran Nizami Gəncəvini niyə mənimsəmək istəyir? – VİDEO

İran hakimiyyəti xüsusən son iki ildə özünün anti-Azərbaycan siyasəti kontekstində Nizaminin fars şairi olduğunu sübut etmək üçün geniş kampaniya aparmaqdadır. Bu kampaniya çərçivəsində təkcə paytaxtda və iri şəhərlərdə deyil, ölkənin bütün əyalətlərində Nizami tədbirləri keçirilir və şairin İrana məxsu

Mahsun da Bakı konsertinin gəlirini zərərçəkənlərə bağışlayacaq

17 il sonra ilk dəfə Bakıda konsert verməyə hazırlaşan məşhur türk müğənni Mahsun Kırmızıgül xeyirxah addımı ilə gündəmə gəlib. OLAY yazır ki, sənətçi tədbirdən əldə edilən bütün gəliri Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlər üçün bağışlayacağını açıqlayıb. Bu haqda Mahsun sosial şəbəkə hesabınd

Bakıda güllələnən şəxsin qardaşı danışdı – VİDEO

Bu gün Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insident yaşanıb, nəticədə 2 nəfər yaralanıb. xəbər verir ki, hadisə zamanı yaralalanlardan birinin qardaşı hadisə haqqında danışıb. O bildirib ki, hadisə qardaşı yolu keçən zaman baş verib:. “Kimin vurduğunu bilmirəm. Atəş açan şəxslə aralarınd

Qabonda bərənin batması nəticəsində 2 nəfər ölüb

Qabonun paytaxtı Librevil sahillərində bərənin batması nəticəsində ən azı 2 nəfər həyatını itirib, 28 nəfər isə itkin düşüb. xəbər verir ki, içərisində 151 nəfərin olduğu Royal Cost Marine şirkətinə məxsus bərə naməlum səbəblərdən Librevil sahillərində batıb. Bərədə olan 1-i uşaq olmaqla 2 nəfər həla

DTX: “Terror aktının törədiləcəyi barədə yanlış məlumat yayan şəxs müəyyən olunaraq saxlanılıb”

Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətini

“Dini sahədə proseslər ciddi təhlil olunmalı operativ qərarlar qəbul edilməlidir”-DEPUTAT

“Son günlər Azərbaycan cəmiyyətində Hacı Şahinin dəfnindəki qələbəlik, onun cəmiyyət arasında nüfuzunun yüksək olması geniş müzakirə olunmaqdadır. Qeyd etmək lazımdır ki, Hacı Şahinin cəmiyyətin müxtəlif təbəqələrinin nüfuzunu qazanmasının səbəblərindən biri onun əksər din xadimlərindən və bu sahəd

Dini Komitə: “”Məşədi Dadaş” məscidinə din xadimi təyin olunmayıb”

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) tərəfindən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə rəsmi din xadimi təyin olunmayıb”. Bu barədə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda xatırladılıb ki, “Dini etiqad azadlığ

Bugünkü atışmanın görüntüləri yayıldı – ANBAAN VİDEO

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində silahlı insident baş verib, hadisə nəticəsində iki nəfər güllə yarası alıb. silahlı insidentin görüntülərini təqdim edir:

Azərbaycan ordusunun hərbi qulluqçusu vəfat edib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu vəfat edib. -ın məlumatına görə, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub. Fakt üzrə Gəncə hərbi prokurorluğund

Azyaşlı uşağa sahibsiz heyvan hücum etdi-VİDEO

Hindistanın Uttar Pradeş əyalətində evinin qarşısında oynuyan 4 yaşlı uşaq heyvan hücumuna məruz qalıb. xəbər verir ki, sahibsiz öküz azyaşlıya hücum edərək üzündən və boynundan yaralayıb. Azyaşlının qışqırıq səsinə gələn babası onu xilas edib. Hadisə nəticəsində yaralanan uşağın səhhətinin yaxşı olduğ

İmran Xan yenidən həbs oluna bilər

Pakistanın Bəlucistan əyalətinin Kvetta rayon məhkəməsi ölkənin keçmiş baş naziri və müxalif Ədalət Naminə Hərəkat Partiyasının sədri İmran Xana qarşı zaminə buraxılmadan həbs qərarı verib. Məlumata görə, məhkəmə “Xanın tutularaq məhkəməyə təqdim edilməsi”ni hökm edib. Martın 6-da Kvetta polis

Aİ ölkələri enerji istehlakını azaldacaq

Avropa İttifaqı (Aİ) qurumları 2020-ci ildəki istehlak hədəfi ilə müqayisədə 2030-cu ilə qədər Birlik daxilində yekun enerji istehlakını 11,7 faiz azaltmağa razılaşıblar. xəbər verir ki, Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında enerji səmərəliliyinin tənzimlənməsinə dair danışıqlard

Az tarixi məhərrəmov

AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ

  • Müdafiə naziri
  • Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
  • Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi
  • Мüdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
  • Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı
  • Мüdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı
  • Мüdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı
  • Müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini
  • Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi
  • “Azərbaycan Ordusu” qəzeti
  • “Hərbi Bilik” jurnalı
  • “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı
  • Hərbi And
  • Qanunvericilik
  • Nizamnamələr
  • Bayraqlar
  • Orden və medallar
  • Emblemlər
  • Azərbaycan Milli Qəhrəmanları
  • Geyim qaydası
  • Beynəlxalq hərbi əməkdaşlıq
  • İkitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq
  • NATO ilə əməkdaşlıq
  • Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak
  • BQXK ilə əməkdaşlıq
  • Beynəlxalq silahlara nəzarət üzrə fəaliyyətlər
  • CISM – Beynəlxalq Hərbi İdman Şurası
  • Azərbaycandakı xarici hərbi nümayəndəliklər
  • Beynəlxalq Ordu Oyunları
  • Azərbaycan Ordusunun hərbi elm və təhsil sistemi
  • Hərbi Elmi Tədqiqat İnstitutu
  • Hərbi İdarəetmə İnstitutu
  • Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi
  • Heydər Əliyev adına Hərbi İnstitut
  • Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey
  • Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi
  • Dövlət rəmzləri
  • Bayramlar
  • Ermənistan-Azərbaycan münaqişəsi
  • Vətən müharibəsi
  • Qan yaddaşı
  • Xəbərlər arxivi
  • Cəbhə xəbərləri arxivi
  • Foto arxiv
  • Video arxiv
  • “Azərbaycan Ordusu” qəzetinin arxivi
  • “Azimut” Bülleteninin Arxivi

Xəbərlər

20 Yanvar 2021 11:11

Vətən müharibəsi – Zəfər tariximiz

Sentyabrın 27-də Ermənistan silahlı birləşmələri böyük təxribat törətmək məqsədi ilə ərazilərimizə hücum etdi. Televiziyada Müdafiə Nazirliyinin rəsmi məlumatı yayımlandı: “Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb, düşmənə sarsıdıcı zərbələr endirir, şəhidlərimiz var. “. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başlanıldı. Bu əməliyyat Vətən müharibəsi kimi davam etdirildi.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə hərbi vəziyyət və qismən səfərbərlik elan edildi.
Mən sentyabrın 28-də səfərbərlik planına uyğun olaraq yeni formalaşan birliyin qərargahında vəzifəmin icrasına başladım. Bütün cəbhə boyu şiddətli döyüşlər davam edir, düşmən müqavimət göstərirdi. Azərbaycan Ordusu müdafiə xəttini yarmaq üçün qətiyyətlə döyüşürdü. Müdafiə Nazirliyinin cəbhədəki vəziyyətlə bağlı keçirdiyi brifinqdə Füzuli və Suqovuşan istiqamətində düşmən müdafiəsinin yarılması, düşmənin Murov yüksəkliyindən uzaqlaşdırılması haqqında məlumat verildi. Bu informasiya ictimaiyyətin də, döyüşənlərin də ruh yüksəkliyinə səbəb oldu. Bu, dönməz coşqu idi.
Xalq döyüşən orduya maddi və yüksək səviyyədə mənəvi dəstəyini əsirgəmirdi. Xalqın bu inamı, bu güvənci döyüşənlərin qələbə ruhunu kükrədirdi. Vətən müharibəsində döyüşən ordu ilə ictimaiyyətin şüarı eyni idi: Zəfər bizimdir!
Dünyanın marağı Azərbaycana, Azərbaycanın apardığı ədalətli müharibəyə yönəlmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi fikirlər həm də dünya ictimaiyyətinə ünvanlanmışdı: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”. Xalq bu müqəddəs savaşın qələbə ilə nəticələnəcəyinə əmin idi: bu əminlik ordunun silahlanmasına ən müasir döyüş texnikalarının, uçuş aparatlarının daxil edilməsinin, ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının, yüksək vətənpərvərliyinin, dövlətə, dövlətçiliyə sədaqətinin əminliyi idi.
Ordu hissələrimiz döyüşə-döyüşə qələbələr qazanırdı. Oktyabrın 3-də Suqovuşan düşməndən azad edildi. Bu qələbə ordunun döyüş əzmini, qələbə ruhunu daha da kükrətdi. Düşmən ilk böyük məğlubiyyətə uğradıldı. Xalq bu qələbəni Böyük Qələbənin başlanğıcı bildi. Döyüşçülərimiz Cəbrayıl istiqamətində düşməni müdafiənin dərinliyinə sıxışdırırdı. Oktyabrın 4-də Cəbrayıl rayon mərkəzi işğaldan azad edildi. Xalq bu qələbəni də böyük coşqu ilə qarşıladı. Azərbaycan və Türkiyə bayraqları ictimaiyyətin sevincinin carçısı oldu.
Səfərbərliklə formalaşan birliyin hazırlığını tamamlayaraq Füzuli istiqamətinə – cəbhə xəttinə yaxın, hər an döyüş tapşırığı yerinə yetirməyə hazır vəziyyətdə yerləşdik. Cəbhədə ağır zərbələr alan düşmən məğlubiyyətin acısını hiss etmişdi, əsgərləri də, zabitləri də silahı, sursatı, döyüş texnikasını atıb qaçırdı.
Cəbhə xətti Cəbrayılın Soltanlı və Xocavəndin Araköl yaşayış məntəqəsinin ətrafında yerləşən yüksəkliklərdən keçirdi. Ordumuz döyüşə-döyüşə irəliləyir, yeni yaşayış məntəqələrini, strateji yüksəklikləri işğaldan azad edirdi. Düşməndən azad olunan səngərlər, istehkamlar təsdiqləyirdi ki, düşmən çox ciddi müdafiə səddi yaradıbmış.
Gərgin döyüşlər zamanı elə bir vəziyyət yarandı ki, düşmən geri çəkiləndə növbəti səngərdə möhkəmlənə bilmədi, geri çəkilməyə məcbur oldu.
Çətin fiziki çoğrafi şəraitlərdə, dağlıq, meşəlik şəraitində döyüş tapşırığını yerinə yetirən əsgərlərimiz böyük qəhrəmanlıqlar göstərdilər. Döyüşçülərimiz hərbi nəzəriyyəyə əsasən, qəfillik və düşmənin gözləmədiyi yerdən onu vurmaqla, keçilməz qayalardan, meşələrdən, çiskinli, dumanlı və yağışlı havalarda da düşmənin içərisinə sızmağı bacardılar, mümkün olmayanı mümkün edə bildilər.
Suqovuşan, Cəbrayıl, Ağoğlan, Füzuli, Xudafərin, Zəngilan, Qubadlı, Şuşa iş-ğaldan azad edildi. Döyüşdə məğlubiyyətini qəbul edən düşmən üçtərəfli razılaşmanın şərtlərinə əsasən Ağdam, Kəlbəcər və Laçından çıxmaq məcburiyyətində qaldı.
İşğaldan azad olunan ərazilərdə erməniliyin nə olduğunu sözlə ifadə etmək çətindir: bir yanda dağılmış, xarabalığa çevrilmiş kəndlərimiz, düşmənin müdafiə üçün hazırladığı səngərlər, istehkamlar, işğal müddətində istifadə etdiyi yararlı əkin sahələri, meyvə bağları, o biri yanda isə şiddətli döyüşlərin getdiyini göstərən vurulmuş tankların, döyüş maşınlarının qalıqları, döyüş meydanında qalmış meyitlər və mərmi partlayışlarının yaratdığı çuxurlar.
Qarabağda ancaq yaşayış məntəqələri işğaldan azad edilmədi, onun gözəl təbiəti, dağları, meşələri, çayları da azad edildi.
Oktyabrın sonları günəşli bir gün idi. Qubadlının Xanlıq kəndi işğaldan azad edilmişdi, növbəti tapşırıqları dəqiqləşdirmək üçün Cəbrayıla – qərargaha dönürdük. Sanki uzaqda səmada qara bulud diqqəti çəkirdi. Biz irəlilədikcə gördük ki, o, bulud deyil, azad Qarabağ səmasında görünən quş karvanıdır. Təbiət də, bütün canlılar da erməni faşizmindən azad olmasına sevinirdi.
Düşmən 44 günün sonunda diz çökdü, Cənubi Qafqaz erməni faşizminin zülmündən qurtardı. Azərbaycanın dövlət sərhədləri bərpa edildi.
Dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. Azadlıq meydanında vüqarla addımlayan Azərbaycan ordusunun rəşadətli əsgərləri görənlərə unudulmaz anlar yaşatdı.

Yaşar KƏRİMOV, Silahlı Qüvvələrin Hərbi Akademiyası

Comments are closed, but trackbacks and pingbacks are open.