Miniatür haqqında
İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, “siyah qələm” və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir.
bəhr sözü azərbaycan dilində
Sözün tezliyi – sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
Ümumi • 0.07 dəfə / 1 mln.
2003 | •••••••••••••••••••• | 1.97 |
2005 | ••••••• | 0.67 |
2006 | ••••• | 0.45 |
bəhr sözünün leksik mənası və izahı
1 is. [ər.] köhn. Dəniz, dərya. BəhriXəzər (Xəzər dənizi). – Yaşım suyu oldu varəvarə; Bir bəhr ki, yox ona kənarə. Füzuli. Azərbaycan dilinin izahlı lüğəti
2 is. [ər.] Vəzn (şeirdə, musiqidə). [Məşədi:] [Şerin] üçüncü və beşinci bəndləri ayrı bəhr dədir. M.Hüseyn. Musiqidə səqil və xəfif səslərin vaxt etibarı ilə ardıcıl surətdə davam etməsinə metr ( bəhr ) deyilir. Ə.Bədəlbəyli. Azərbaycan dilinin izahlı lüğəti
3 [fars.] bax bəhər. Çəkmişik övladımızın fikrini; Ömrümüz olsa görərik bəhr ini. M.Ə.Sabir. Azərbaycan dilinin izahlı lüğəti
bəhr sözünün sinonimləri (yaxın mənalı sözlər)
1 vəzn — ölçü Azərbaycan dilinin sinonimlər lüğəti
2 I bəhr bax vəzn 1 II bəhr bax dəniz Azərbaycan dilinin sinonimlər lüğəti
bəhr sözünün omonimləri (çox mənalı sözlər)
1 BƏHR I is. [ ər. ] Musiqi vəzninin təşəkkül sistemi. Şerin üçüncü və beşinci bəndləri ayrı bəhr dədir (M.Hüseyn). BƏHR II is. [ ər. ] köhn. Dəniz, dərya. Bir tərəfin bəhr i-Xəzər; Yaşılbaş sonralar gəzər (S.Vurğun). BƏHR III is. [ fars. ] Xeyir, səmərə, bəhər. Çəkmişik övladımızın fikrini; Ömrümüz olsa görərik bəhr ini (M.Ə.Sabir). Azərbaycan dilinin omonimlər lüğəti
bəhr sözünün rus dilinə tərcüməsi
1 1 сущ. размер: 1. в поэзии – стихотворный метр, размер 2. в музыке – музыкальный метр 2 сущ. устар. море. Bəhri-Xəzər Каспийское море 3 сущ. см. bəhər Azərbaycanca-rusca lüğət
Miniatür haqqında
Miniatür – kiçikliyi və bədii üsullarının xüsusi incəliyi ilə fərqlənən təsviri sənət əsəridir. Bu sənət əsasən kitab illüstrasiyası kimi yaranıb, elmi, tarixi və bədii əsərlərə çəkilib, xüsusilə, klassik Şərq poeziyasının bilavasitə təsiri altında inkişaf edib.
Azərbaycanda miniatürün tarixi
Orta Şərq miniatür sənətinin ilk nümunələri Azərbaycanın Təbriz, Mağara kimi şəhərlərində yaranıb.
Kitab tərtibatı və miniatür sənəti Azərbaycanda daha əvvəllər mövcud olsa da, bu sənətin indiki dövrə gəlib catan ən kamil nümunələri “Vərqa və Gülşa” (XIII əsrin əvvəli, “Topqapı” muzeyi, İstanbul), Rəşidəddinin “Cami–ət–Təvarix”dir (1307 və 1314, Paris, London, İstanbul muzeyləri).
XIV əsrdə bu sənətin müstəqil bədii məktəb kimi (Təbriz miniatür məktəbi) formalaşması 1340-1350-ci illərə aid edilən “Böyük Təbriz Şahnaməsi”, yaxud “Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapıb. Əksəriyyəti dövrün görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və kitabxanalarında saxlanılır. Bu əlyazmaya çəkilən miniatürlərindən hələlik 58-i məlumdur.
Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşir. Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması (1405-1410, “Frir” qalereyası, Vaşinqton), dahi rəssam Əbd-əl-Xayyinin Sultan Əhmədin şeirlər “Divanı”na çəkdiyi rəsmləri (1405-1410, “Frir” qalereyası, Vaşinqton) və Əssar Təbrizinin “Mehr və Müştəri” əsərinə (1419) çəkilmiş illüstrasiyalardakı üslub Təbriz məktəbinin kamilləşməsini göstərir.
XV əsrdə Təbriz məktəbinin təsirilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlayır. Bu dövrdə “Şərq poeziyası antologiyası”, yaxud “Şamaxı antologiyası” (1468, Britaniya muzeyi, London), Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər (“Mehtər”, “İki əmir”; “Topqapı” muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.
Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması ilə bağlı Azərbaycanın paytaxtı Təbriz şəhəri yenidən Yaxın və Orta Şərqdə mədəniyyətin, estetik fikrin, bədii yaradıcılığın əsas mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli rəssamlarla yanaşı, Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Şah Mahmud Nişapuri kimi Şərqin görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstərirdilər.
XVI əsr Təbriz məktəbinin bədii üslub xüsusiyyətlərini özündə cəmləşdirən miniatürlərdən 1524-cü il tarixli “Xəmsə” (“Metropoliten-muzey”i, Nyu-York), “Şahnamə” (Şərqşünaslıq İnstitutu, Sankt-Peterburq), 1528-ci il tarixli “Cami ət-təvarix” ( M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-Peterburq) əlyazmalarına çəkilmiş illüstrasiyalar diqqəti cəlb edir.
Təbriz məktəbi simasında 1530-1540-cı illərdə Şərq miniatür sənəti ən yüksək inkişaf mərhələsinə çatır. Bu dövrdə son dərəcə zərif işlənmiş 3 kiçik miniatürlü “Şah və Dərviş” (M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-Peterburq), 258 miniatürlə bəzədilmiş “Şahnamə” (1537; miniatürlərin bir qismi Nyu-Yorkdakı “Metropoliten-muzey”də, qalan hissəsi Nyu-Yorkda, “Haufton” kolleksiyasındadır) və 14 ədəd nadir miniatürü ilə dünya şöhrəti qazanmış “Xəmsə” (1539-1543, Britaniya muzeyi, London) əlyazmaları zəngin bədii tərtibatı, nəfis dekorativ bəzəyinə görə Şərqdə kitab sənətinin və miniatür boyakarlığının şah əsərləri hesab edilir.
Miniatür sənətində XVI əsrədək tək-tək təsadüf olunan dəzgah miniatürləri əsrin ortalarından inkişaf edərək tezliklə xüsusi janr səviyyəsinə yüksəlir. Kitab illüstrasiyalarından fərqli olaraq, belə müstəqil miniatürlərdə əsasən adi həyat hadisələri – ov və döyüş səhnələri, kef və musiqi məclisləri, saray əyləncələri, şah və əsilzadələrin portretləri, nadir hallarda isə klassik ədəbiyyatdan alınmış poetik süjetlər təsvir edilirdi. Rusiya, Türkiyə, Avropa və ABŞ-ın bir çox muzey və kitabxanalarında saxlanılan xüsusi albomlarda (mürəkkələrdə) toplanmış belə miniatürlərdən Mirzə Əli Təbrizinin “Sarayda musiqi məclisi”, Sultan Məhəmmədin “Ov səhnəsi” triptixləri, Mir Seyid Əlinin “Kənd həyatı” və “Şəhər həyatı” tabloları Şərq miniatür sənətində müstəsna yer tutur. Bundan başqa, Sultan Məhəmməd, Mir Müsəvvir, Dust Məhəmməd və b. rəssamlar bir sıra portret miniatürləri yaratmışlar.
XVI əsrdə Azərbaycan miniatür sənətinin inkişafı Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi, Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə bağlıdır. Bu dövrdə kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilib.
XVII əsrin əvvəllərində Azərbaycan kitab tərtibatı və miniatür sənətində müəyyən durğunluq əmələ gəlir. XVIII-XIX əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiya və koloritinə görə bəsit, sxematik xarakter daşıyırdı. Əvəzəli Muğanlının “Kəlilə və Dimnə” (1809), Mirzə Əliqulunun “Şahnamə” (1850), Mir Möhsün Nəvvabın “Bəhr üləzən” (1864), Nəcəfqulu Şamaxılının “Yusif və Züleyxa” (1887; AREA Əlyazmaları İnstitutu) və s. kitablara çəkdikləri illüstrasiyalar obrazlı ifadə vasitələrinə görə klassik miniatür sənətinin tənəzzülünü göstərir.
Klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən Azərbaycan təsviri sənətinin sonrakı inkişaf dövrlərində istifadə edilir. Müasir rəssamlardan Mikayıl Abdullayev (1921-2002) klassik irslə bağlı olan bir sıra əsərlər yaradıb. Rəssam”Kitabi-Dədə Qorqud” (1962 və 1979-cu il nəşrləri) kitablarına çəkdiyi illüstrasiyaları, Bakı metropoliteninin “Nizami” stansiyasında şairin əsərlərinin motivləri əsasında mozaika lövhələrini də miniatür üslubda yaradıb. Xalq rəssamı Arif Hüseynovun (1943) “Azərbaycan nağılları”, “Novruz bayramı” ilə bağlı müniatür əsərləri çox məşhurdu. Miniatür janrında çəkən müasir rəssamlardan Altay Hacıyev, Rafis İsmayılov, Nüsrət Hacıyev, Orxan Hüseynovu göstərmək olar.
Azərbaycan miniatürləri
Azərbaycan miniatürləri – Azərbaycanın orta əsr miniatür sənəti.
İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, “siyah qələm” və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir.
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.
#10.03.2010 08:20 0 0 0
- Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir. Lakin XIII əsrin əvvəllərində Əbdülmömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa” əlyazmasına çəkdiyi miniatürlərin (Topqapı muzeyi, İstanbul) üslubu, bədii sənətkarlıq xüsusiyyətləri bu miniatürlərin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və miniatür sənətinin daha qədimdən mövcud olduğunu göstərir. “Vərqa və Gülşa”ya çəkilmiş miniatürlər yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.
Əsr düşmüş parfiya şahı Ərtaban sasani şahı Ərdəşirin önündə. “Böyük Təbriz Şahnaməsi”. 1330-cu il.
XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi. Bu əsrlərdə Çin-Uyğur sənətindən faydalanan rəssamlar Uzaq Şərq xalqlarından gələn təsvir forması və ifadə vasitələrini yerli ənənələrlə – səthi-dekorativ forma ilə uyğunlaşdırmağa çalışırlar.
İsfəndiyarın qurdlarla savaşı. “Demott Şahnaməsi”. 1370-ci il
#10.03.2010 08:20 0 0 0
- Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşir. Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması (1405-1410, Frir qalereyası, Vaşinqton), sonuncu Cəlair hakimi Sultan Əhmədin şeirlər “Divanı”na çəkilmiş dahi rəssam Əbd-əl-Xayyinin rəsmləri (1405-1410, Frir qaleryası, Vaşinqton) və Əssar Təbrizinin “Mehr və Müştəri” əsərinə (1419) çəkilmiş illüstrasiyalardakı xəttat (Cəfər Təbrizi) üslub, bədii sənətkarlıq məziyyətləri Təbriz məktəbinin kamilləşməsini göstərir.
XV əsrin əvvəllərindən başlayaraq Təbriz uzun müddət Yaxın və Orta Şərq şəhərlərini qabil sənətkarlarla təmin edən qüdrətli sənət mərkəzi olmuşdur. Məşhur alman sənətşünası F.Şults Təbriz məktəbini qonşu Şərq ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərmiş “ana məktəb” (“Mutter Schule”) adlandırmışdır.
Əbdülbaqi Bakuvinin çəkdiyi “İki əmir” portreti. Topqapı muzeyi, İstanbul
XV əsrdə Təbriz məktəbinin təsirilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlayır. Bu dövrdə “Şərq poeziyası antologiyası”, yaxud “Şamaxı antologiyası” (1468, Britaniya muzeyi, London) və b. əlyazmalarına çəkilmiş illüstrasiyalar, Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər (“Mehtər”, “İki əmir”; Topqapı muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.
#10.03.2010 08:21 0 0 0
- Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması ilə bağlı Azərbaycanın paytaxtı Təbriz şəhəri yenidən Yaxın və Orta Şərqdə mədəniyyətin, estetik fikrin, bədii yaradıcılığın, əsas mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli rəssamlarla yanaşı, Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Şah Mahmud Nişapuri, Dust Məhəmməd kimi şərqin görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstərirdilər.
XVI əsrin əvvəllərindən başlayaraq Təbriz miniatür məktəbinin klassik ədəbiyyatla əlaqəsi daha da genişlənir. Firdovsi, Nizami, Sədi, Hafiz, Cami, Nəvai, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərləri, poetik süjet və obrazları Təbriz rəssamlarının yaradıcılığında əsas yer tutur. Təsviri sənətdə ən çox və ən dəyərli miniatürlər bu iki əsərə – “Şahnamə” və “Xəmsə”yə çəkilirdi. XVI əsrin əvvəllərində Təbriz məktəbinin bədii üslub xüsusiyyətlərini özündə cəmləşdirən miniatürlərdən 1524-cü il tarixli “Xəmsə” (Metropoliten-muzey, Nyu-York), “Şahnamə” (Şərqşünaslıq in-tu, Sankt-Peterburq), “Quy və çovkan”, 1528-ci il tarixli “Cami ət-təvarix” (hər ikisi M.Y.Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq) əlyazmalarına çəkilmiş illüstrasiyalar diqqəti cəlb edir. Bəsit kompozisiya quruluşu, koloriti, obrazların həlli və mənzərə motivlərinin təsvir baxımından nisbətən sadə və yığcam olan bu əsərlər 15 əsr miniatürlərinin lakonik üslub xüysusiyyətlərindən təmtəraqlı dekorativ xarakter daşıyan yeni üsluba keçid mərhələsini təşkil edir.
Təbriz məktəbi simasında 1530-1540-cı illərdə Şərq miniatür sənəti ən yüksək inkişaf mərhələsinə çatır. Bu dövrdə bədii-estetik və sənətkarlıq baxımından ən dəyərli miniatürlərlə bəzədilmiş bir çox qiymətli əlyazmalar hazırlanır.
“Sultan Səncər və qarı”. “Xəmsə” (1539-1543, Britaniya muzeyi, London)
Son dərəcə zərif işlənmiş 3 kiçik miniatürlü “Şah və Dərviş” (M.Y.Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq), 258 miniatürlə bəzədilmiş “Şahnamə” (1537; miniatürlərin bir qismi Nyu-Yorkdakı Metropoliten-muzeydə, qalan hissəsi Nyu-Yorkda, Haufton kolleksiyasındadır) və 14 ədəd nadir miniatürü ilə dünya şöhrəti qazanmış “Xəmsə” (1539-43, Britaniya muzeyi, London) əlyazmaları zəngin bədii tərtibatı, nəfis dekorativ bəzəyinə görə Şərqdə kitab sənətinin və miniatür boyakarlığının şah əsərləri hesab edilir. “Şahnamə”yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin “Keyumərzin məclisi”, “Zöhhakın edam edilməsi”, Mirzə Əli Təbrizinin “Hindistan elçilərinin qəbulu”, Müzəffər Əlinin ov və döyüş səhnələri, Mir Seyid Əlinin saray məclisləri təsvir olunan əsərləri, “Xəmsə”yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin “Sultan Səncər və qarı”, “Şirin çimərkən Xosrovun ona tamaşa etməsi”, “Məhəmməd Peyğəmbərin meracı”. Mir Müsəvvirin “Ənuşirəvan və bayquşların söhbəti”, Mirzə Əli Təbrizinin “Xosrov Bərbədin musiqisini dinləyir”, “Şapur Xosrovun portretini Şirinə göstərir”, Mir Seyid Əlinin “Dilənçi qarının Məcnunu Leylinin yanına gətirməsi” və s. əsərlər Şərq miniatür sənətinin zirvəsini təşkil edir. Şərq rəssamlarının ən çox sevdiyi “Şahnamə” və “Xəmsə” süjetləri parlaq, klassik ifadəsini məhz bu iki əlyazmada – Sultan Məhəmməd və onun müasirlərinin əsərlərində tapmışdır. Belə süjet və obrazlarla yanaşı, Azərbaycan rəssamları digər poetik əsərlərə də orijinal miniatürlər çəkmişlər. Bunlardan Sultan Məhəmmədin 1530 illərdə Hafizin “Divan”ına çəkdiyi “Şam Mirzənin kef-musiqi məclisi”, “Meyxanada”, naməlum rəssamların Ə.Cami, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərlərinin əlyazmalarına, Sədinin külliyatına (hamısı M.Y.Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq) və b. əlyazmalarına çəkdikləri miniatürləri göstərmək olar. Sultan Məhəmmədin “Meyxanada” əsərində təsvir olunan surətlər daxili psixoloji ifadəliliyi və obrazların bir qədər qroteskvarı, satirik planda işlənməsi baxımından şərq miniatür sənətində nadir əsərlərdən hesab edilir.
Miniatür sənətində XVI əsrədək tək-tək təsadüf olunan dəzgah miniatürləri əsrin ortalarından inkişaf edərək tezliklə xüsusi janr səviyyəsinə yüksəlir. Kitab illüstrasiyalarından fərqli olaraq, belə müstəqil miniatürlərdə əsasən adi həyat hadisələri – ov və döyüş səhnələri, kef və musiqi məclisləri, saray əyləncələri, şah və əsilzadələrin portretləri, nadir hallarda isə klassik ədəbiyyatdan alınmış poetik süjetlər təsvir edilirdi. Rusiya (Sankt-Peterburq), Türkiyə (İstanbul), eləcə də Avropa və ABŞ-ın bir çox muzey və kitabxanalarında saxlanılan xüsusi albomlarda (mürəkkələrdə) toplanmış, bəzən də sırf dekorativ bəzək məqsədilə müxtəlif əlyazma kitablarına sonralar daxil edilmiş belə miniatürlərdən Mirzə Əli Təbrizinin “Sarayda musiqi məclisi”, Sultan Məhəmmədin “Ov səhnəsi” triptixləri, Mir Seyid Əlinin “Kənd həyatı” və “Şəhər həyatı” tabloları şərq miniatür sənətində müstəsna yer tutur.
XVI əsrin ortalarında Sultan Məhəmməd, Mir Müsəvvir, Dust Məhəmməd və b. rəssamlar bir sıra portret miniatürləri yaratmışlar. Tipikliyi, obrazların həlli və etnoqrafik cəhətdən bir-birindən fərqlənməyən, bəzən də çox az fərqlənən, yalnız müxtəlif vəziyyət və hərəkətdə verilmiş bu portretlərdə rəssamlar dövrün və özlərinin gözəllik ideallarına uyğun olaraq şah və saray əyanlarının obrazlarını idealizə edilmiş halda əks etdirirdilər. Müəyyən kanonlar (qayda, üsul) əsasında yaradılan bu portretlərdə əsas məqsəd hökmdarın zahiri gözəlliyini tərənnüm etmək olmuşdur.
XVI əsrin 2-ci yarısında Səfəvilər dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi ilə bağlı saray kitabxanasında fəaliyyət göstərən rəssamlardan bir qrupu yeni mərkəzə toplaşır. Azərbaycan rəssamlarının Qəzvində 1575 ilə qədər çəkdikləri miniatürlər bədii üslub xüsusiyyətlərinə görə Təbriz dövrü miniatürlərindən əsla seçilmir və Təbriz üslubunun məntiqi davamını təşkil edir.
XVI əsrin 2-ci yarısı və sonlarında Azərbaycan miniatür sənətinin inkişafı və Qəzvində yeni üslubun yaranıb formalaşması Sultan Məhəmməd ənənələrinin davamçıları Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi, Əli Rza Abbasi Təbrizi, xüsusilə dövrün ən görkəmli ustad rəssamları Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə bağlıdır. Bu dövrdə kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilmişdir. XVI əsrin 2-ci yarısında Azərbaycan kitab tərtibatı və miniatür sənətində müəyyən durğunluq əmələ gəldi. Bunun əsas səbəblərindən biri paytaxtın köçürülməsi ilə bağlı Təbrizin sənət mərkəzi kimi öz rolunu getdikcə itirməsi idisə, digər səbəbi XVI əsrin son rübündə Təbriz rəssamlarının Türkiyə və İranın sənət mərkəzlərində fəaliyyət göstərməsi, eləcə də bu dövrdə Sultan Məhəmməd və onun məktəbinə mənsub olan rəssamlar kimi hərtərəfli inkişaf etmiş, geniş yaradıcılıq imkanına malik ustad sənətkarların az olması idi.
#10.03.2010 08:21 0 0 0
- Azərbaycan miniatür sənəti XIX əsrin sonlarına qədər davam etmişdir. Lakin XVIII-XIX əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiya, obrazların həlli və koloritinə görə bəsit, sxematik, bəzən də primitiv “lubok” xarakteri daşıyırdı. Əvəzəli Muğanlının “Kəlilə və Dimnə” (1809), Mirzə Əliqulunun “Şahnamə” (1850), Mir Möhsün Nəvvabın “Bəhr üləzən” (1864), Nəcəfqulu Şamaxılının “Yusif və Züleyxa” (1887; bu əsərlər Azərb. Resp. EA Əlyazmaları İnstitutundadır) və s. kitablara çəkdikləri illüstrasiyalar obrazlı ifadə vasitələrinə görə klassik miniatür sənətinin tənəzzülünü göstərir.
Sovet dövründə klassik miniatür sənətinin zəngin ənənələrindən, onun bədii üslub xüsusiyyətlərindən yaradıcı surətdə istifadə edilməyə başlanmışdır.
#10.03.2010 08:22 0 0 0
- M.Abdullayev boyakarlıq, qrafika, monumental boyakarlıq və teatr tərtibatı sahələrində klassik irsimizlə bağlı olan bir sıra dəyərli əsərlər yaratmışdır. Rəssamın “Kitabi-Dədə Qorqud” (1962 və 1979 il nəşrləri) kitablarına çəkdiyi illüstrasiyaları, Bakı metropoliteninin “Nizami” stansiyasında şairin əsərlərinin motivləri əsasında yaratdığı mozaika lövhələri diqqəti cəlb edir.
#10.03.2010 08:22 0 0 0
- Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Sənainin “Həqiqət Bağı” (1625-ci ildə çəkilmişdir), Əmir Xosrov Dehləvinin “Səkkiz Behişt” (1579), Nizami Gəncəvinin “Yeddi Gözəl” (1636), Urfinin “Divan” (XVII əsr), Hafiz Şirazinin “Divan” (1584), Məktəbinin “Leyli və Məcnun” (XII əsr), Əmir Şahinin “Nuşafərin və Gövhərtac” (1829), “Divan” (1573) və Məhəmməd Füzulinin “Divan”ı (XII əsr) və s. əsərləri də daxil olmaqla miniatür ilə bəzədilmiş bir çox kitablara malikdir.
Bu rəngarəng miniatürlərdə müxtəlif ov, musiqi dinləmə, rəqs, yemək, bağçılıq, savaş və məhəbbət səhnələri, eləcə də təbii mənzərələr, güllər, bağlar, bülbüllər, çiçəkləyən ərik ağacları öz əksini tapmışdır. Nizaminin “Xəmsə”sində olan ən məşhur miniatürlərdə Leyli və Məcnun, Xosrov və Şirinin məhəbbət hekayələri təsvir olunur.
#10.03.2010 08:22 0 0 0
- Azərbaycan miniatürləri Konusuna Benzer Konular
- Azərbaycan mətbəxi – 2 04.02.2010
- Azərbaycan Mətbəxi-1 04.02.2010
- Azərbaycan əhalisinin orta aylıq gəliri 583,1 manatdır 16.04.2010
- Azərbaycan əhalisinin sayı 9 milyon 22 min nəfərdir 16.04.2010
- Azərbaycan Türkiyə ilə birgə termal silah durbini istehsal edəcək 20.05.2013
- Plastik Gıda Ambalajı 10.03.2010 08:22
Comments are closed, but trackbacks and pingbacks are open.