Press "Enter" to skip to content

Azərbaycan muğamı orta əsrlərdə

“BAYATI-ŞİRAZ”
Dinləyiciyə öz dərin təsir qüvvəsinə görə “Bayatı-Şiraz” da məşhur muğamlardan geri qalmır. Onun “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi-Fəraz”, “Bayatı-İsfahan”, “Xavəran”, “Hüzzal” şöbə və guşələri vardır.
“Bayatı-Şiraz” muğamında ən böyük və əhatəli şöbələrdən biri “Mayeyi-Bayatı-Şiraz”, digəri isə “Bayatı-İsfahandır”.

Azərbaycan muğamı

Bir incə sənətdir ki, anlayar onu hər kəs,
bu sirri-Xudaya etiqad et, muğam oxu.
****
Fəxrəddintək nə çoxdur musiqi cəfakeşi,
bu əhli-ürfanlara imdad et, muğam oxu.
Muğam — Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı.

Muğam sözü iran-ərəb-türk dilində işlənilən “məqam” sözündən yaranmışdır. “Məqam” sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.

Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır.

Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları olmuşlar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.

Muğam Şərgin ən qədim musiqi janrlarından biri olduğu üçün daima dünya musiqişünaslarının, sənətsevərlərin diqqət mərkəzində olmuşdur. Qədim və orta əsr şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir. Bu mənada muğamın bir janr kimi tədqiqatı orta əsrlərdən başlayaraq bu günə qədər aktual problem olaraq musiqişünasların araşdırdığı əsas mövzu kontekstinə daxil olmuşdur. Əl-Kindi, Əl-Münəccim, Əl-Farabi, İbn-Sina, Əl-Əmuli və onlarca görkəmli alimlərin ayrı-ayrı dövrlərdə muğam janrına dəfələrlə müraciət etməsi və bu sahədə elmi əsərlər yazması janrın daima aktual mövzu orbitində olmasına dəlil verir. Muğam janrı Şərq xalqlarının mədəni həyatında,onların mənəvi dünyasının formalaşmasında həlledici rol oynadığı üçün bu ölkələrin musiqi salnaməsində dərin izlər buraxmışdır. Muğamların dərin etimad qazanması aşağıdakı inkişaf istiqamətləri ilə sıx bağlı olmuşdur.

Muğamların geniş xalq kütləsi arasında nüfuz qazanması: Bu sənətin professional ifaçılar tərəfindən qədim və orta əsrlərdə saraylarda, geniş xalq kütləsi arasında inkişaf etdirilməsi. Muğamların poeziya ilə sıx əlaqəli ifa olunması və yaşadılması. Muğamlar müxtəlif hadisələrdə əlaqədar yarandığı üçün onların emosional təsir dairəsi də rəngarəng və bir-birindən fərqlidir. Türklərin, Ərəblərin, Romalıların, Hindlilərin, Gilanlıların, Kürdlərin, eləcə də ayrı-ayrı şəxslərin – elm adamların, şahların, vəzir və vəkillərin şairlərin, dərvişlərin və başqaları arasında böyük nüfuza malik olamasına şəksiz dəlildir. Vokal – instrumental və instrumental muğamların professional ifaçılar tərəfindən yaşadılması, eyni zamanda onların insan psixalogiyasına, mənəviyyatına güclü təsir etməsi faktları muğam janrının kamil və yüksək inkişaf səviyyəsini göstərir.

Orta əsr Şərq xalqının musiqisinin əsas aparıcı amil kimi muğam janrının sirlərinin üzə çıxarılması, onların yaranma tarixinin və elmi-nəzəri əsaslarının araşdırılması aktual problem olaraq qalmışdır. Bu sahədə saysız-hesabsız məqalələrin, fundomental əsərlərin , not kitablarının, səs yazılarının olmasına baxmayaraq muğam janrı hələ də mükəmməl surətdə öyrənilməmişdir. Muğamlar elmi məxəzlərdə Sasanilər dövrünə qədər işlənsə də orta əsrlərdə muğam janrı haqda olan əsərlərdə muğamların tarixi xüsusi tədqiqat obyektinə çevrilməmişdir. Məhz bu janrın öyrənilməsi sahəsində mövcud çataşmamazlıqlar, vacib problemlər, araşdırıcılara zəmin yaratmışdır.

Dünya alimləri muğamların geniş təhlilində əsas yeri ərəb, türk məkamlarına və İran dəstgahına verməmişlər. Elmi – nəzəri təhlillər göstərir ki, əksər tədqiqatlar mono – kultur, yəni məhdud bir region çərçivəsində aparıldığı üçün bir tərəfli mahiyyət daşımışdır. Ona görə də bir ölkə daxilində araşdırılan muğam janrı müəyyən spesifik cəhətlərin, problemlərin, milli ifaçılıq ənənələrinin öyrənilməsi ilə nəticələnmişdir. Muğamların geniş, qlobal şəkildə araşdırılması bir çox faktların və elmi – nəzəri məsələlərin kölgədə qalmasına gətirib çıxarmışdır. Kitabda muğam janrı qlobal və regional şəkildə araşdırılır, onun problemləri tarixi nəzəri aspektdən işıqlandırılır, qarşıya qoyulmuş aktual məsələlərin həlli öz şərhini tapır.

Mugamda istifade olunan musiqi aletleri asagidakilardi:

Qaval – zərbli musiqi aləti. Dairəşəkilli, eni 60-75mm və diametri 350-450mm olan sağanağın içərisinə dairə boyu xırda halqalar bərkidilir və onlar çalğı vaxtı səslənir. Muğam ifaçılığında geniş tətbiq olunur. Klassik muğam üçlüyü tar, kamança və qavaldan ibarətdir. Xanəndə qavalda çalaraq, ansamblda dəqiq ritmli musiqi epizodlarının ifasında iştirak edir. Buna görə də qaval aləti, bir növ xanəndənin atributuna çevrilmişdir.

Tar – mizrabla çalınan simli dartımlı musiqi alətidir. Azərbaycan tarı özünəməxsus quruluşa , konstruksiyaya və bədii- texniki imkanlara malikdir. Ümumiyyətlə, tar aləti bir çox ölkələrdə-İranda, Orta Asiyada, Dağıstanda və b. yerlərdə geniş yayılmışdır. Lakin özəl cəhətlərə malik Azərbaycan tarı digər tar növlərindən, məsələn, İran tarindan xeyli fərqlənir. XIX əsrin II yarısı Azərbaycan musiqi sənətənin ən görkəmli nümayəndəsi sayılan Mirzə Sadıq Əsəd oğlu tar musiqi aləti üzərində rekonstruksiya aparmış, alətin konstruksiyasını elmi-akustik prinsiplər əsasında dəyişdirilmişdir.

O, tarın səsini gücləndirmək üçün simlərinin sayını artırmış; alətin qolunun yuxarısında (kəlləyə yaxın yerdə) əlavə pərdə (zabul pərdəsi) bağlamış; tar ifaçılığı texnikasında “lal barmaq” adlanan üsuldan geniş istifadə edilməsinə yol açmış; tarı diz üstünə qoyub əyilərək çalmaq qaydasını aradan qaldırmış və tarı sinə üstünə alıb çalmağı daha münasib,daha yararlı hesab etmişdir.

Müasir Azərbaycan tarı 11 simli, geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik alətdir. Milli musiqi ifaçılığında həm solo, həm də müşayətçi alət kimi istifadə olunur. Muğam sənətində tar aparıcı alətdir. Azərbaycan bəstəkarlarının yaradıcılığında bu alətdən geniş istifadə olunur. “Tar” sözünün mənası “sim”deməkdir. Şərqdə bir sıra simli alətlərin adında rast gəlinir: dütar, setar, cahartar və s. Ərəb ölkələrində isə dəf alətini “tar” adlandırırlar.

Kamança – Azərbaycanin simli-kamanlı musiqi aləti. Ən qədim musiqi alətlərindən biridir. Nizaminin “Xosrov və Şirin” poemasında adı çəkilmiş,Təbriz miniatür rəsm əsərlərində (Ağamirək İsfahani, Mir Seyid Əli) təsvir olunmuşdur. Kamança, əsasən, qoz ağacından düzəldilir. Kürəşəkilli çanaqdan, dairəvi qol, “aşıq”lar yerləşən kəllə hissədən və “şiş” adlanan dəmir mildən ibarətdir. Çanağın üzü –membranı balıq dərisindən, ya da qaramal ciyərinin pərdəsindən çəkilir, qolu pərdəsizdir. Simləri kaman vasitəsi ilə səsləndirilir. Kaman-uclarına bir çəngə at tükü bağlanmış yayşəkilli ağac çubuqdur. Alətin ümumi uzunluğu 65-90sm olur. Əvvəllər 1-3 simdən ibarət idi. Hazırda 4 simi var: kiçik oktavada “lya”, birinci oktavada “mi,lya”, ikinci oktavada “mi” səslənir. Diapazonu kiçik oktavanın “lya”-üçüncü oktavanın “mi” (bəzən solo) səsləri həcmindədir. İncə, həzin səsi var.

Muğam qeyri adi sehirli bir mənəvi dünyadır. Muğam müdriklik məktəbi, heyrəta­miz hisslər ümmanı, ulu hikmət, zəka qaynağıdır. Azərbaycan muğamlarında şərq xalqla­rının heç birinə qismət olmayan əzəmət, dərinlik, əlçatmazlıq və zənginlik var. Muğam­lar­da həm də əcdadlarımızın çağdaş və gələcək varislərinin qan yaddaşına əmanət qoy­duğu bir vəhdət, doğmalıq, məğlubedilməzlik, zülmə, haqsızlıq üsyan, qarğış, hay-haray var. Ulularımızın yaradıcılıq dühasının ən bəşəri, bədii təxəyyül qaynaqları muğamlarda kök salmışdır. Burası da danılmazdır ki, tarixin müxtəlif mərhələlərində çox sınaqlara, təz­yiqlərə məruz qalsa da, muğamlarımız özünün obrazlı, bədii emosional dilini, fəlsəfi tutumunu, hikmət çalarını saxlamışdır. Bu gün musiqimiz nə qazanıbsa, bunu muğamla­rımızın zənginliyində, bəsirətində, Azərbaycan milli musiqi ənənələrimizin özünə məx­sus­luğunda axtarmalıyıq. Muğam bütün şərqə məxsusdur, Azərbaycan muğamı isə Şərqin fə­xarət nöqtəsidir” deyən şair bəstəkar Cavad Mureuzoğlu nə qədər də haqlıdır.

Biz bu gün qürur hissi keçiririk ki, çox qədim zamanlardan Azərbaycan xalqı Şərq dün­ya­­­sında, orta asiyada, Qafqazda özünün məşhur xanəndələri, sazəndələri ilə şöhrət tapıblar.

Muğam Azərbaycan xalqının milli ruhunun güzəştli, iç dünyasının səslərdə əbə­diləşən tarixidir.

Klassik muğam ifaçıları özlərindən sonra böyük bir irs qoyub getmişlər. Bu irs vallarda, maqnitafon və kino lentlərində, videoda, onların xatirələrində, muzeylərdə, və arxivlərdə olan əlyazmalarda qorunub saxlanılır.

Klassik ifaçılar bildiklərini, tələblərinə, muğam həvəskarlarına və tədqiqatçılarına həvəslə öyrətməlidirlər.

Muğamın müdriklik yükünü çiyinlərində daşımağa qadir olmayanlar onu haradasa qeyd olan yeni musiqi janrlarının qarma-qarışıqlığında ruhumuzu təhqir edən boğuşm­a­sında itirmək, əritmək istəyirlər. Muğam sənətini qoruyub yaşat­maq, yad ünsürlər­dən qorumaq hər bir Azərbaycanlının müqəddəs vəzifəsi və borcudur. Yadda saxla­malıyıq ki, muğam təkcə Azər­baycan xalqının yox, əslində Azərbaycan xalqının dünyaya bəxş etdiyi bir mənəvi sər­vətdir. Çünki Muğam dünya musiqisinin beşiyi və əcda­dıdır. Mu­ğa­mın öyrə­nil­məsi və tədqiqi müasir dövrümüzün ən mühüm problemlərindəndir. Son vaxt­lar şərq xalqlarının musiqi incəsənətinin tarixi barədə çoxlu konfranslar, sim­poziumlar, mü­za­kirə­lər olmuş və ümumiyyətlə buna maraq birə on qat artmışdır.

Muğamlar

MUĞAM – Şərq xalqlarına mənsub milli musiqi formasıdır. Şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsidir. Muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Azərbaycan musiqisinin yeddi əsas muğamı var: “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Çahargah”, “Bayatı- Şiraz”, “Hümayun”.

Muğamlar orijinal mahiyyətinə və öz musiqi xarakterinə görə bir-birindən fərqlənir. Üzeyir Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-nəzəri kitabında muğamların dinləyiciyə aşıladığı əhval-ruhiyyəni belə səciyyələndirir: “Rast”- dinləyicidə mərdlik və gümrahlıq hissi, “Şur” – şən, lirik əhval-ruhiyyə, “Segah”- məhəbbət hissi, “Şüştər”- dərin kədər, “Çahargah”- həyəcan və ehtiras hissi, “Bayatı-Şiraz”- qəmginlik, “Hümayun”- dərin kədər hissi oyadır.
Muğamı tarzən (tar), kamançaçı (kamança), xanəndədən (dəf) ibarət trio (üçlük) ifa edir.
Azərbaycan xalq çalğı alətlərində solo səslənən muğamlara isə “instrumental muğamlar” deyilir.
Azərbaycan bəstəkarlarının əsərləri öz kökü etibarilə muğamlara bağlıdır. Bu onların milli özünəməxsusluğunu şərtləndirən cəhətdir.
Fikrət Əmirov 1948-ci ildə “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarını yazmaqla dünya musiqi ədəbiyyatında simfonik muğam janrının əsasını qoydu. Görkəmli bəstəkar və drijor Niyazinin “Rast” (1949) simfonik muğamı da bu janrda yaradılmış əsərdir.

MUĞAM USTALARI – Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü – şöhrət qazanmış, muğam məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, tarzən Sadıqcanın və başqalarının, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdıoğlunun, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və b. adların xüsusi qeyd olunmalıdır.
Xan Şuşinski, Zülfü Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Sürəyya Qacar, Fatma Muxtarova XX əsrin əvvəllərində yaşamış məşhur müğənnilərdir. Bu dövrdə muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və b.-nın adlarını qeyd etmək vacibdir.

SİMFONİK MUĞAM – Bu janr 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan, tədrici ardıcıllıqla yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur.
Bir çox Azərbaycan bəstəkarları bu janra müraciət etmişlər. Niyazi “Rast”, S. Ələsgərov “Bayatı-Şiraz”, F. Əmirov “Gülüstan Bayatı-Şiraz”, T. Bakıxanov “Hümayun”, “Nəva”, “Rahab” və s. simfonik muğamlarını yaratmışlar.

ZƏRBİ MUĞAM – Azərbaycan şifahi ənənəli professional musiqisində vokal-instrumental janrdır. Zərbi muğamların yaranması, təşəkkülü və inkişafı xanəndə və sazəndə ansambllarının ifaçılığı ilə bağlıdur. Zərbi muğamların mətnində klassik şairlərin qəzəllərindən, həmçinin bayatı və qoşmalardan istifadə olunur. Azərbaycan muğam ifaçılığı təcrübəsində geniş yayılmış zərbi muğamlar: “Heyratı”, “Mənsuriyyə”, “Səmayi-Şəms”, “Maani”, “Ovşarı” (“Əfşarı”), “Arazbarı”, “Heydəri”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Şirvan şikəstəsi” və s.

“RAST”
“Rast”ı bütün muğamların anası hesab edirlər. O, çox qədim tarixə malikdir. Klassik Şərq musiqisinin 12 əsas muğamından indiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam “Rast”dır. “Rast” muğamı bir neçə şöbə və guşələrdən ibarətdir. Onlardan ən əsasları “Mayeyi-Rast”, “Üşşaq”, “Hüseyni”, “Vilayəti”, “Əraq” və “”Pəncgah” şöbələridir.

“ŞUR”
“Rast” və “Çahargah” muğamları kimi bu muğamın da həcmi böyükdür. Şöbələrinin sayı çoxdur. “Şur” dəstgahı tərkibinə daxil olan hissələrdən “Mayeyi-Şur”, “Şur-Şahnaz”, “Bayatı-Qacar”, “Şikəsteyi-Fars”, “Simayi-Şəms”, “Hicaz”, “Sarənc” şöbələri daha dərin məzmuna və bitkin quruluşa, formaya malikdirlər.

“SEGAH”
Azərbaycanda çox yayılmış və dərin milli xüsusiyyətlər kəsb etmiş əsas muğamlardan biri də “Segah”dır. Xanəndə və çalğıçılar “Segah” muğamını bir sıra variantlarda ifa edirlər: “Orta Segah” (və ya “Zabul Segah”), “Mirzə Hüseyn segahı”. Onlar adlarının müxtəlifliyi və tonika əsasına görə bir-birindən fərqlənsələr də, eyni lad (məqam) əsasındadırlar.
“Segah” dörd şöbədən ibarətdir: “Mayeyi- Segah”, “Şikəsteyi-fars”, “Mübərriqə”, “Əraq”.

“ŞÜŞTƏR”
“Şüştər” həcmcə ən kiçik muğamdır. Əsasən “Mayeyi-Şüştər” və “Tərkib” şöbələrindən ibarətdir. Başqa muğamlar kimi “Şüştər” də dəstgah formasında ifa olunarkən “Bərdaşt” deyilən müqəddimə ilə başlayır, bir sıra rəng və təsniflər hesabına həcmini genişləndirir. Hal-hazırda “Şüştər” muğamı daha çox instrumental variantda, xüsusən kamançada səslənir.

“ÇAHARGAH”
Klassik sənət incisi kimi tanınan və sevilən “Çahargah” muğamı özünün çox fəal mübarizə ruhu ilə fərqlənir. “Çahargah” muğamının musiqisi təzadlı intonasiyalarla çox zəngindir. “Mayeyi-Çahargah” şöbəsində bədii obraz daha geniş miqyasda və intensiv halda inkişaf etdirilib təsdiqlənir. “Çahargah” muğamında mayə şöbəsinin həlledici rolunu və əhəmiyyətini sübut edən başlıca amillərdən biri budur ki, həmin şöbə “Hasar” və “Mənsuriyyə” adlı şöbələrdə də öz inkişafını davam etdirir və daha dramatik; daha mübariz xarakter alır. Bu, bir də onunla əlaqədardır ki, “Mayeyi- Çahargah” fəal, intensiv inkişaf üçün çox yararlı olan “narahat” intonasiyalara malikdir.

“BAYATI-ŞİRAZ”
Dinləyiciyə öz dərin təsir qüvvəsinə görə “Bayatı-Şiraz” da məşhur muğamlardan geri qalmır. Onun “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi-Fəraz”, “Bayatı-İsfahan”, “Xavəran”, “Hüzzal” şöbə və guşələri vardır.
“Bayatı-Şiraz” muğamında ən böyük və əhatəli şöbələrdən biri “Mayeyi-Bayatı-Şiraz”, digəri isə “Bayatı-İsfahandır”.

“HÜMAYUN”
“Hümayun” muğamı Yaxın Şərq xalqlarının musiqisində də geniş yayılmışdır. “Hümayun” muğamının əsas hissələri “Mayeyi-Hümayun”, “Şüştər” və “Tərkib” şöbələridir.
İnstrumental variantda “Mayeyi-Hümayun”a daha çox diqqət yetirilir, bu şöbənin bütün səciyyəvi cəhətləri diqqətə çatdırılır.

ARAZBARI – Zərbi muğamlardan biridir. Şur məqamına əsaslanır. Poetik mətni xalq bayatılarından ibarətdir. Hər bəndin sonunda “ay zalım” sözləri təkrarlanır. Aşıq havası kimi ustad aşıqların yaradıcılıq irsinə daxildir.

BAYATI – ƏCƏM – muğam şöbəsi. “Bayatı- kürd” kiçik həcmli muğamının tərkibinə daxil olan ikinci əsas şöbə (əcəm – ərəb olmayan adama deyilir, “əcəmin bayatısı” mənasını verir).

BAYATI – İSFAHAN – muğam şöbəsi. “Bayatı-Şiraz” muğam dəstgahının əsas şöbələrindən biri.

BAYATI – KÜRD – kiçik həcmli muğam. “Şur” muğam ailəsinə daxildir. Tərkibi üç şöbədən ibarətdir: a) “Bayatı-Kürd”; b) “Bayatı-Əcəm”; c) “Bayatı-Kürdə ayaq”.

BAYATI – QACAR – Muğam dəstgahı. Məcmusu “Bərdaşt”, “Mayə”, “Hüseyni”, “Şikəstə”, “Zil Bayatı-Qacar”, “Zəmin-xarə”, “Dügah”, “Mavərənnəhr”, “Şah Xətai”, “Ruhül-ərvah” kimi şöbələrdən ibarətdir.

BAYATI – RACE – “Şur” muğam ailəsinə daxil olan “Əfşari” muğamının guşələrindən biri.

BAYATI – TÜRK – muğam şöbəsi. “Şur” muğamının tərkibinə daxil olunaraq, rast məqamına keçid əmələ gətirir.

BƏXTİYARİ – “Humayun” dəstgahındakı ilk guşələrdən biri.

BƏRDAŞT – müqəddimə xarakterli muğam şöbəsi, dəstgahın giriş hissəsi. “mayə” şöbəsindən əvvəl ifa olunur. Və bu şöbəyə hazırlıq funksiyası daşıyır. Hər bir muğam dəstgah mütləq olaraq “Bərdaşt”la başlayır.

BƏSTƏ – NİGAR – muğam şöbəsi. “Çahargah” dəstgahının əsas şöbələrindən biri.

BİDAD – (hərfi mənada haqsızlıqdan şikayət) “Humayun” dəstgahının beşinci pillədə ifa olunan həzin və kədərli əhval-ruhiyyəli guşə.

CƏMƏDARAN – Şərq musiqisində: “Hümayun” dəstgahında “Bəxtiyari” şöbəsindən əvvəl oxunan guşə; “Bayatı-isfahan” dəstgahının ilk muğam şöbələrindən biri.

CİDAYİ – muğam şöbəsi. “Şur” muğam ailəsindən olan kiçik həcmli “Dəşti” muğamının ikinci (zil) şöbəsi (farsca “cidayi” – “mizraq”, “süngü” deməkdir). Həyəcanlı əhval-ruhiyyə daşıyır.

DƏŞTİ – (ərəb: dəşt – çöl, səhra) – kiçik həcmli muğam. “Şur” muöam ailəsinə daxildir.

DİLKƏŞ – muğam şöbəsi. “Şahnaz” kiçik həcmli muğamının ikinci şöbəsi. “Şahnaz” ilə “Şədd-şahnaz” arasında ifa olunur.

DÜGAH – muğam. “Rast” muğam ailəsinə daxil olan muğamlardan biridir. Mi bemol rast-məqam tonallığında ifa olunur. Əsas şöbələri “Bərdaşt”, “Mayeyi Dügah” , “Güşeyi-Bayatı-Qacar”, “Ruhül-Ərvah”, “Mavərənnəhr”, “Hüseyni”, “Şikəsteyi-fars”, “Dilruba”, “Əraq”, “Zəngi-Şütür”, “Rak” və “Dügah”.

ƏBU- ƏTA – “Şur” ailəsinə mənsub kiçik həcmli muğamlardan biri. Tərkibinə “Hicaz”, “Çahar-bağ”, “Səyyahi”, “Səlmi” (“Səlmək”), kimi şöbələr daxildir.

ƏBÜLÇƏP – muğam şöbəsi. “Bayatı-Şiraz” muğamında “Bayatı-İsfahan” dan sonra ifa olunan kiçik şöbə.

ƏMİRİ – muğam şöbəsi. “Şüştər” və “Rahab” muğamlarının əvvəlində ifa olunur.

HACI YUNİ – muğam şöbəsi. Ə. Bədəlbəylinin məlumatına əsasən, XIX əsr Azərb. Musiqisində “Rəvahi” dəstgahında “Bayatı-Şiraz” ilə “Sarənc” arasında; “Nəva” dəstgahnda “Şahnaz” ilə “Bayatı-kürd” arasında ifa olunmuşdur.

HƏZİN – muğam şöbəsi. “Şur”, “Çahargah”, “Nəva” dəstgahlarında istifadə olunur.

HÜSEYNİ (ərəbcə gözəl) – Orta əsrlərdə Şərq xalqlarının klassik musiqisində 12 əsas muğamdan biri. Müasir muğam ifaçılığı təcrübəsində muğam guşəsi. “Rast” və “”Mahur Hindi” muğam dəstgahlarında “Üşşaq” guşəsi ilə “Vilayəti” şöbəsi arasında ifa olunur.

XARƏZMİ – muğam şöbələrindən biri.

XARİC SEGAH – “Segah” muğam ailəsinə daxil olan dəstghlardan biri; “Segah” muğamının bir variantı olub, “Orta segah”dan kvarta aşağı, “si” mayəli segah məqamında qurulur.

XAVƏRAN – muğam şöbəsi. “Rast” dəstgahında “Xocəstə” ilə “Əraq” Şöbələri arasında; “Bayatı-Şiraz” dəstgahında “Bayatı-İsfahan” ilə “Üzzal” şöbələri arasında ifa olunur.

KEREŞMƏ (fars: göz vurmaq, nazlanmaq)- “Mahur” və “Çahargah” dəstgahlarının başlanğıcında ifa olunan bir guşə.

KƏSMƏ ŞİKƏSTƏ – Azərbaycan zərbi muğamı. “Kəsmə Şikəstəyə” bəzən “Bakı Şikəstəsi” də deyirlər. Poetik mətni xalq bayatılarından ibarətdir. Bu zərbi muğam qadın xanəndələrin yaradıcılığında xüsusi yer tutur.

KÜRDİ – muğam guşəsi. “Bayatı – kürd” muğamı kökündə olduğuna görə “kürdi” adlandırılmışdır.

KÜRD-OVŞARI – “Şur” dəstgahı kökündə zərbi muğam. Fikrət Əmirovun bəstələdiyi eyni adlı məşhur simfonik muğamda “Ovşarı” zərbi muğamı ilə yanaşı “Maani” (“Osmanı”) zərbi muğamından da geniş istifadə olunmuşdur.

KÜRD-ŞAHNAZ – “Şur” kökündə olan muğam.

QAFQAZ HÜMAYUNU – XX əsrin əvvəllərində Azərbaycan musiqi təcrübəsində mövcud olmuş “Hümayun” muğamının bir növü.

QARABAĞ ŞİKƏSTƏSİ – Azərbaycan şifahi ənənəli musiqisində zərbi muğam. Segah məqamına əsaslanır. Ölçüsü 2/4-dir. Poetik mətni xalq bayatılarından ibarətdir.

QATAR – kiçik həcmli muğam. “Rast” muğam ailəsinə daxildir. Tərkibi üç şöbədən ibarətdir. ”Zil Qatar”, “Mayeyi Qatar”, “Zil Qatar”. Do mayəli rast məqam tonallığında oxunur.

QATAR-BAYATI – kiçik həcmli muğam. “Qatar” muğamı ilə “Çoban bayatısı”nın intonasiyalarının birləşməsindən əmələ gəlmişdir. Bu muğam “Qatar”dan fərqli olaraq, “Çoban bayatısı” kadensiyaları ilə tamamlanır.

QƏMƏNGİZ – “Dəşti” muğamı daxilində olan bir guşə.

QƏRAİ – “Rast” muğam dəstgahında “Əraq” və “Pəncgah”dan sonra gələn şöbə. Muğamın zilindən bəminə doğru enmək “Qərai” şöbəsinə xasdır.

QƏRRƏ – Qədim Şərq musiqisində muğam guşəsi.

MAANİ – “Şur” muğam ailəsinə aid zərbi muğam. Muğam ifaçılığı təcrübəsində bu zərbi muğamı “Osmanlı” da adlandırırlar. “maani” xalq şeeri mətnlərinə oxunur. Burada qəhrəmanın hiss və həyəcanları, sevgilisinə müraciəti, vüsal arzusu və iztirabı əks olunur. Musiqi mətni marşvari ritmdə olub. Təmkinli xarakter daşıyır.

MAHUR-HİNDİ – muğam dəstgahı. “Rast” muğam ailəsinə daxildir. “Rast” dəstgahından kvarta yuxarı qurularaq, onun variantını təşkil edir. Məqam tonallığına görə də mayəli rasta əsaslanır. Məcmusu: “Bərdaşt”, “Mayeyi-Mahur”, “Üşşaq”, “Hüseyni”, “Vilayəti”, “Şikəsteyi-fars”, “Əraq”, “Qərai” şöbə və guşələrindən ibarətdir.

MANƏNDƏ-HASAR – “Zabul Segah” muğamında “Bərdaşt” şöbəsindən sonra oxunan guşə.

MANƏNDƏ-MÜXALİF – muğam şöbəsidir. “Zabul Segah” muğamında “Muyə” və “Segah” arasında yerləşən şöbə.

MƏNSURİYYƏ – 1. Çahargah muğamında “Müxalif”dən sonra zildə oxunan şöbə, muğamın kulminasiyası. 2. Çahargah kökündə olan zərbi muğam.

MƏSİHİ – muğam şöbəsi. “Rahab” muğamında “Dilrüba”dan, “Rast” dəstgahında “Vilayəti”dən sonra ifa olunan şöbə.

MİRZƏ HÜSEYN SEGAHI – “Segah” muğam ailəsinə daxil olan dəstgah. İlk dəfə mirzə Hüseyn adlı Azərbaycan xanəndəsi (XVIII əsr) tərəfindən ifa olunduğundan onun adı ilə adlandırılmışdır.

MUYƏ – muğam guşəsi. Bir sıra muğam dəstgahlarında istifadə olunur.

MÜXALİF – muğam şöbəsi. “Çahargah” muğamında ifa olunur.

MÜBƏRRİQƏ – Muğam şöbəsi. Segah məqamına əsaslanır.

MEHƏYYƏR – “Mahur” dəstgahında “Əraq” şöbəsindən sonra ifa olunan parça

MÜXALİF – “Çahargah” dəstgahında “Hasar” ilə “Məğlub” arasında şöbə.

NAHƏVƏND – muğam guşəsi. Şərq musiqisində “Segah” dəstgahında “Guşeyi- mədain”dən sonra ifa olunan şöbə.

NƏHİB – 1. Şur dəstgahında Hüseyni ilə Əraq şöbələri arasında ifa olunan vokal-instrumental epizod 2. Rast dəstgahında Mübərriqə ilə Mühəyyər şöbələri arasındakı vokal instrumental parça

RAHAB – Kiçik həcmli muğam. Qədim mtarixə malikdir. “Şur” muğam ailəsinə daxildir. Tərkibinə daxil olan şöbələr: “Əmiri”, “Şikəsteyi-fars”, “Əraq”, “Qərai”. “Məsihi”, “Rahaba-ayaq”.

SAQİNAMƏ – muğam guşəsi; bu ad Şərq poeziyası nümunəsi ilə bağlı olub, mənası “eşq mahnısı” deməkdir; dəstgahın tərkibində ifa olunan canlı, şən xarakterli instrumental musiqi növüdür. “Şur”, “Hümayun”, “Mahur” muğamlarının ifası zamanı rast gəlinir.

SƏRƏNC (sarəng) – 1. “Şur” dəstgahında “Hicaz” ilə “Nişibi-fəraz” arasında yerləşən şöbə. Məqam əsasına görə segaha yaxındır. “Şur” muğamı daxilində segah məqamına keçid yaratmaqla, muğam kompozisiyasına rəngarənglik gətirir. 2. Üzeyir Hacıbəyov sarənci əlavə məqamlar sırasında göstərmişdir.

SEGAH-ZABUL – “Segah” muğam ailəsinə daxil olan muğam variantlarından biri.

SƏLMƏK – muğam guşəsi. “Şur” dəstgahında “Şur-Şahnaz” şöbəsindən əvvəl səsləndirilir və keçid əhəmiyyəti daşıyır. “Dəşti” ilə “Muyə” şöbələri arasında ifa olunur; Orta əsrlərdə Şərq musiqisində 6 avazdan biri.

SƏMAYİ-ŞƏMS – Zərbi muğam. Şur məqamına əsaslanır.

SUZİ-GÜDAZ – “Mahur” və “Rahab” dəstgahlarının son şöbəsi.

ŞAHNAZ – 1. Kiçik həcmli muğam. XIX əsrin ifaçılıq təcrübəsində həm müstəqil muğam dəstgahı, həm də muğam şöbəs Tərkibi üç şöbədən ibarətdir: “Şahnaz”, “Dilkəş”, “Zil Şahnaz” (“Şəddi-şahnaz”). 2. Orta əsrlərdə Şərq xalqlarının musiqisində 6 avazdan biri.

ŞAH XƏTAİ – 1. XIX əsr Azərbaycan musiqisində “Şahnaz” dəstgahında şöbə; 2. Ənənəvi aşıq havası.

ŞƏDDİ-ŞAHNAZ – muğam şöbəsi. “Şədd” – bir melodiyanın ən ucadan, zildən oxunan hissəsinə deyilir, “Şahnazın zili” mənasını verir.

ŞƏHDİ-ŞAHNAZ – muğam şöbəsi. “Şahnazın balı” mənasını verir.

ŞİKƏSTEYİ-FARS – muğam şöbəsidir. Segah məqamına əsalanır. Bir çox muğamlarda – “Rast”, “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Orta Mahur”, “Şur”, “Segah”, “Mirzə Hüseyn segahı”, “Zəbul-segah”, “Dəşti”, “Bayatı-Şiraz” və s. istifadə olunur.

ŞUR-ŞAHNAZ – muğam şöbəsi. “Şur” muğam dəstgahına daxildir. “Şur” muğam dəstgahının tərkibində “Mayeyi-şur” şöbəsindən sonra ifa olunaraq, inkişafın yeni mərhələsini təşkil edir. “Şur-Şahnaz”ın dayaq-istinad pilləsi mayədən dörd pillə (kvarta) yuxarı (do şur) yerləşir.

TƏRƏBƏNGİZ – “Mahur” dəstgahında “Xavəran” ilə “Nişanpürək” arasındakı guşə.

TƏRKİB – muğam şöbəsi. “Şüştər” muğamının əsas şöbələrindən biri. “Hümayun” muğamında “Şüştər” ilə “Üzzal” arasındakı şöbə.

ÜŞŞAQ – “Rast”, “Mahur-Hindi”, “Orta-Mahur” dəstgahlarında “Mayə” şöbəsindən sonra (“Mayə” və “Hseyni” arasında) ifa olunur.

ÜZZAL – muğam şöbəsi. “Bayatı-Şiraz” dəstgahında “Xavəran” şöbəsindən sonra muğamın sonunda zildə oxunur.

VİLAYƏTİ – muğam şöbəsi. “Rast” və “Mahur-Hindi” dəstgahlarında ifa olunan əsas şöbələrdən biridir.

YETİM SEGAH – Azərbaycan şifahi ənənəli professional musiqisində muğam idi. “Segah” muğamının bir variantıdır. Xaric segah kökündə ifa olunur. Adətən, dinləyicidə kədərli əhval-ruhiyyə oyada biləcək üslubda ifa olunan muğamı belə adlandırırdılar.

YƏDİ HASAR – muğam guşəsi. “Zabul Segahı” dəstgahında “Əraq” ilə “Aşiri guş” şöbələri arasında yerləşir.

ZABUL SEGAH – muğam. Azərbaycan şifahi ənənəli musiqi irsində ən böyük muğam dəstgahlardan biri. “Segah” muğam ailəsinə daxildir. “Segah” muğamının variantlarından biridir. Məcmusu: “Mayeyi-Zabul”, “Muyə”, “Manəndi-müxalif”, “Segah”, “Məxluq”, “Şikəsteyi-fars”, “Mübərriqə”, “Əraq”, “Yədi-hasar”, “Aşiqi-guş” şöbələrindən ibarətdir.

ZƏMİN-XARA – 1. XIX əsrdə “Rast” dəstgahında “Mənsuriyyə” ilə “Rak-hisar” arasında; “Rahab” dəstgahında “Bayatı-Qacar” ilə “Mavərənnəhr” arasında; “Çahargah” dəstgahında “Mənsuriyyə” ilə “Mavərənnəhr” arasında yerləşən şöbə; 2. Müasir dövrdə “Şur” muğamında “Səmayi-şəms”dən sonra oxunan şöbə.

ZƏNGİ-ŞÜTÜR – muğam şöbəsi. Bir sıra muğamların tərkibinə daxildir” “Rast”, “Dügah”, “mahur-Hindi” dəstgahlarının sonunda “Əraq” ilə “Rak” arasında yerləşən şöbə; “Çahargah” və “Nəva” dəstgahlarında “Əşiran” ilə “Kərkuki” arasında ifa olunur.

ZİRƏFKƏND – 1. Orta əsrlərdə Şərq xalqlarının klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan biri. 2. Müasir dövrdə muğam şöbəsi. “Mahur” dəstgahında “Fili” ilə “Əbul” arasında yerləşən şöbə.

Azərbaycan muğamı orta əsrlərdə

Muğam Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Bu söz ərəb dilində işlənən “məqam” sözündən yaranıb. “Məqam” sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas notu alətin bir pərdəsində olduğu üçün bu ad verilib. Muğam təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olub, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən xalqlara uyğun parçalanıb.

Muğam Şərqin ən qədim musiqi janrlarından olduğu üçün daima dünya musiqişünaslarının, sənətsevərlərin diqqət mərkəzində olmuşdur. Qədim və orta əsr şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir. Bu mənada muğamın bir janr kimi tədqiqatı orta əsrlərdən başlayaraq bu günə qədər aktual problem olaraq musiqişünasların araşdırdığı əsas mövzu kontekstinə daxil olmuşdur. Əl-Kindi, Əl-Münəccim, Əl-Farabi, İbn-Sina S.Urməvi, Q.Şirazi, Əl-Əmuli, Əl-Curcani, Əbdül Qadir Maraği,Şəhabəddin Əcəmi H.Farmer, K.Zaks, R.Deralanje, Kamal əl-Holan, Əhməd Əminəd-Din, Mahmud Muxtar, Məhəmməd Səlahəddin, Yusif Şauki, R.Xaliqi, Əli Naği Vəziri, M.Bərkişli, Ə.Şəbani, Rauf Yekta, Sadəddin Arel, Subhi Əzgi,İsmail Həqqi Özgan, Y.Elsner, Salih Murad Üzdilək, M.Əkrəm Karadəniz, Yalçın Tura, Murat Bardaqçı, V.Belyayev, V.Vinoqradov, Y.Hacıbəyov, M.S.İsmayılov, E.Abbasova, G.Abdullazadə, R.Məmmədova, R.Zöhrabov, İ.R.Rəcəbov, F.M.Karomatov, T.S.Vızqo, O.Matyakubov və onlarca görkəmli alimlərin ayrı-ayrı dövrlərdə muğam janrına dəfələrlə müraciət etməsi və bu sahədə elmi əsərlər yazması janrın daima aktual mövzu orbitində olmasına dəlil verir. Muğam janrı şərq xalqlarının mədəni həyatında, onların mənəvi dünyasının formalaşmasında həlledici rol oynadığı üçün bu ölkələrin musiqi salnaməsində dərin izlər buraxmışdır.

Muğamların adları əsasən ərəb və fars sözləri ilə bəzən onu yaxşı ifa edən şəxsin və həmin muğamın yarandığı yerin adı ilə adlandırırlar. «Məsələn, «Azərbaycan», «Nişapur», «Zabul», «Mavərənnəhr», «Bağdadi», «Kürdi», «Şirvani», «Qarabaği», «Qacarı», «Osmani», «Şah Xətai», «Kərkuki», «Raki-hindi» və s. Müəllif (Nəvvab Mir Möhsün Hacı Seyid Əhməd oğlu Qarabaği (1833- 1918)-İ.A.) həmçinin göstərirdi ki, bir çox muğamların adları müxtəlif təbiət hadisələri ilə də bağlıdır. Məsələn, «Rast» muğamına ona görə bu ad verilmişdir ki, səslərin əksəriyyəti əsas pərdə ilə rastlaşır. «Rast» bahar küləyinin hərəkətindən götürülmüşdür. «Rahəvi» Rəhabiyyə qəsəbəsinin adı ilə bağlıdır. Buna «Rəhab» da deyirlər. «Rəhabi» adını yağış suyunun damcılarının tökülməsinə bənzədənlər də vardır. «Çahargah»-dörd nəğmə və guşələrlə təkmilləşdiyi üçün buna Çahargah deyilir, göy guruldamasından götürülmüşdür. «Dügah»-fəvvarədən axan sudan götürüldüyü üçün hər tərəfə meyl edir. «Humayun»u quşların qanad çalmasından, «Nəva»nı aşiqlərin ürəkyandırıcı naləsindən, «Mahur»u suda üzməkdən, «Şahnaz»ı bülbüllərin aşiqanə sədasından, «Üşşaq»ı qorxaraq dəhşətlə yuvasından çıxdıqdan sonra sakit-sakit uçan quşların hərəkətindən, «Müxalif»i arının təbiətindən, «Məğlub»u şiddətli selin gəlməsindən «Üzzal»ı isə meteoritin axmasından götürmüşlər.

Klassik Şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarətdir. Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”dur.

Hal-hazırda Azərbaycanda xanəndə və sazəndələr muğamı üç hissəyə bölürlər: 1) Əsas muğamlar; 2) Kiçik həcimli muğamlar; 3) Zərbi muğamlar. Bundan başqa «Rast» ailəsinə («Mahur-hindi», «Orta Mahur», «Bayatı-Qacar», «Dügah») və «Segah»ın müxtəlif variantlarına («Zabul Segah», «Segah Zabul», «Mirzə Hüseyn Segahı», «Xaric segah» və s.) daxil olan muğamlarda vardır.

Üzeyir Hacıbəyov əsas muğam dəstgahlarının psixoloji-emosional təsirindən bəhs edərək qeyd edir ki; «Rast»-dinləyicilərdə mərdlik və gümrahlıq hissi, «Şur»-şən, lirik əhval ruhiyyə, «Segah»-məhəbbət hissi, «Şüştər»-dərin kədər, «Çahargah»-həyacan və ehtiras, «Bayatı-Şiraz»-qəmginlik, «Humayun» isə «Şüştər»ə nisbətən daha dərin bir kədər hissi oyadır».

7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi İrsinin şah əsəri elan olunmuşdur. 2008-ci il 4-8 noyabr tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 3-cü sessiyasında Azərbaycan muğamı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Bundan sonra muğam sənətimizə diqqət və qayğı daha da artmağa başladı. Xüsusilə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun muğam sənətimizin qorunması və inkişafı ilə bağlı bir sıra uğurlu tədbirlərin həyata keçirilməsi bu sahədə böyük canlanmaya səbəb oldu. Bakıda Beynəlxalq Muğam Mərkəzi tikildi. Bu sahədəki uğurlardan danışarkən Azərbaycan muğam antologiyasının, Qarabağ xanəndələri albomunun hazırlanmasını, Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələri və s. misal göstərmək olar.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.

Похожие статьи

  • Azərbaycan iii-ix əsrlərdə

    Azərbaycan iii-ix əsrlərdə Azərbaycanın görkəmli şairi, dramaturqudur. Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda mollaxanada,…

  • Azərbaycan muğamları

    Azərbaycan muğamları 1970-ci illərin əvvəllərində SSRİ-də UNESCO-nun himayəsi altında keçirilən ənənəvi musiqinin beynəlxalq festivalları Qərb üçün Sovet…

  • Azerbaycan xalq musiqisinin esaslari

    Вторая часть ŞAHNAZ – 1. Kiçik həcmli muğam. XIX əsrin ifaçılıq təcrübəsində həm müstəqil muğam dəstgahı, həm də muğam şöbəs Tərkibi üç şöbədən…

  • Azərbaycan musiqi ədəbiyyatı

    AZƏRBAYCAN MUSİQİSİ Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi…

  • Azərbaycan musiqi tarixi

    Musiqi tarixi Bu işdə mahir mügənnilər, aşıq və xanəndələr böyük rol oynamışlar. Bunlardan Sarı Aşıq, Aşıq Ələsgər, Aşıq Əsəd Rzayev kimi sənətkarların,…

Comments are closed, but trackbacks and pingbacks are open.