Press "Enter" to skip to content

Bukowski-nin ilk romanı

Hər şey bir yalnışlıq kimi başladı.

Çarlz Bukovski “Poçt idarəsi”

“Poçt idarəsi” (ingiliscə “Post Office”) – 12 ilə yaxın poçtda işləmiş Bukovskinin ilk romanıdır. 1970-ci ildə naşir dostu Con Martinin təkidi ilə işdən ayrılan 49 yaşlı Çarlz romanın əlyazmasını 3 həftədən sonra nəşriyyata təqdim edir. 1971-ci ildə işıq üzü görən “Poçt idarəsi” Bukovskinin beş avtobioqrafik əsərindən birincisi sayılır. Hər beş əsərin qəhrəmanı (“antiqəhrəman”) yazıçının özünü canlandırdığı Henri (“Hank”) Çinaskidir. Çinaski “Poçt idarəsi”ndə qarşımıza alkoqola meyilli və çılğın bir gənc kimi çıxır. Romanda poçt idarəsindəki iş mühiti, müxtəlif xarakterli obrazlar, cəmiyyətin eybəcərlikləri, Çinaskinin dəlisov həyat tərzi, Coysla qısa evliliyi, Betti ilə uğursuz sevgi macərası və Fey ilə ailə həyatı təsvir olunur. Bütün bunlar realda da baş verib. Coys obrazı Bukovskinin birinci arvadı Barbara Fray, Fey isə Frensis Smitdir. Betti də real qəhrəmandır, 1962-ci ildə ölüb. Çinaskinin qızı Marina-Luiza isə elə Bukovskinin qızı Marina-Luiza sayıla bilər.

Cıdır yarışlarına aludə olan və yetərincə pul qazanan, lakin vaxtaşırı uğursuz həyata görə içkiyə aludə olan Çinaski, nəhayət, həyatını dəyişmək qərarı verir. Ünvanına gələn onlarla xəbərdarlıq məktubunu uzun müddət cavabsız qoyan Çinaski sonda roman yazmaq fikrinə düşür.

“Poçt idarəsi” həyata yaxınlığı, müəllifin rəvan və sadə üslubu, səmimiyyəti ilə fərqlənir. Bu roman həm də Amerika ədəbiyyatında fərqli zövq nümunələrindən biri hesab olunur. Di gəl ki, ilk illərdə ABŞ-ın kitab bazarında o qədər uğur qazanmadı – Avropada bestseller olduğu halda.

Karandaşın izi ilə

Hər şey bir yalnışlıq kimi başladı.

Kafedə oturub qəzet oxumağa və özümü adam kimi hiss etməyə vaxtım qalırdı.

Bəlkə, özüm özümə bədbəxtlik gətirirəm. Mümkündür.

– Hara belə? – Moto soruşur.
– Məni belə öyrədiblər ki, iki nöqtə arasında ən qısa yol düz xətdir – cavab verirəm.

Hər gecə əyyaşlıq, hər səhər tezdən Çay Daşı və hər şeyin mümkünsüzlüyü…

Onu nə sevirdilər, nə də nifrət edirdilər. O sadəcə olaraq vardı.

Sanki o artıq yeriyə bilməyən vəfalı bir at idi, yaxud bir səhər artıq mübarizə apara bilməyib təslim olan bir maşın.

Nədənsə, mən həddindən artıq xoşbəxt ola bilmirdim.

Sonra Betti özünə iş tapdı – maşinist oldu. Qadınlar özünə iş tapanda fərq dərhal ortaya çıxır.

– Mən eşşək kimi işləyirəm, sən burada avaralanırsan. Bütün qonşular fikirləşirlər ki, mən səni saxlayıram.
– Lənət şeytana, bəs mən işləyəndə, sən avaralananda niyə səsin çıxmırdı?
– Bunlar başqa-başqa şeylərdir. Sən kişisən, mən qadın.

– Evi özünə saxlayacaqsan, yoxsa yığışıb köçəcəksən? – soruşdu.
– Ev sənə qalsın.
– Bəs it?
– İt də sənə qalsın.
– O, səndən ötrü darıxacaq.
– Şadam ki, kimsə mənim üçün darıxacaq.

Pulu da hər-hansı bir qadını itirdiyin kimi tez bir zamanda itirmək mümkündür.

Onun heç xəbəri yox idi ki, mən bir bədbəxt hadisəyəm – cibində cəmi 75 senti olan keçmiş poçtalyonam.

O indiyə qədər tanıdığım bütün arvadlardan daha yaxşı yemək bişirirdi. Yemək – əsəb və ruh yüksəkliyi üçün faydalıdır. Kişilik mədədən yaranır, qalan hər şey ümidsizlikdən.

Quzum, bu lap uşaq bağçası oldu. İstənilən axmaq özünə bir iş qaralaya bilər. Əksinə ancaq müdrik adam işsiz dolana bilir. Biz buna uğur zolağı deyirik. Mən bu uğur zolağına düşmək istəyirəm.

Ekspeditor – mənim peşəm bu olmalıdır. Əlindən başqa heç bir iş gəlməyəndə ya ekspeditor, ya da anbardar olursan.

– Deməli belə, siz yaxşı bir iş əldə etdiniz. Vicdanla çalışın və ömrünüzün axırına kimi inamla yaşayacaqsınız.
– İnamla? Belə inam ömürlük cəza alanda olur: 3 kvadrat metr, mənzilə görə pul ödəmək lazım deyil, şəraitsizlik, vergi yoxdur, aliment də vermirsən, maşının nömrəsinə görə pul ödəmirsən, yollarda cəza kəsmirlər. İçkili halda sükan arxasına oturmursan. At yarışlarında uduzmursan. Pulsuz tibbi xidmət. Yoldaşlarınla eyni marağı paylaşırsan. Kilsə. Qapıdakı gözlük. Pulsuz yas mərasimləri.

Onun üzündə elə bir ifadə var idi ki, bütün nəzarətçilərin üzündə o ifadə olur – sanki onlar üzlərinə bu ifadəni vermək üçün güzgü qarşısında saatlarla məşq edirlər: elə baxırlar ki, elə bil sən adam yox, adam poxusan.

– Mən işdən çıxıram.
– Çıxırsan?
– Bəli. Daha yaxşı həyat axtardığına görə insanı ittiham edə bilməzsiniz, – deyilmi?

– Mən onu bəyənmədiyimi söyləmədim ki. Ancaq o, inkişafdan qalıb. Onun intellekt koefisenti 12-dən yuxarı olmaz. Sən bura it əvəzinə bir maymaq alıb gətirmisən.

Quşların ikisi də qapıya baxdılar. Onlar bunu başa düşə bilmirdilər. Yaxud birlikdə başa düşə bilmirdilər. Mən onların xırda beyinlərinin işləməyə çalışdığını eşitdim. Burada yemək var, içmək var – bəs bu açıq sahə nədir? Sarı sinəsi olan yaşıl birinci hərəkətə gəldi. O açıq qapıdan bayıra çıxdı. Məftilin üzərində oturdu, milçəklərə baxdı. 15 saniyəyə yaxın oturub qərara gəlməyə çalışdı. Sonra onun balaca başında nə isə çıqqıldadı. O uçmadı, o birbaşa göyə milləndi. Yuxarı, yuxarı, düz yuxarı! Ox kimi. Biz Pikasso ilə oturub baxırdıq. Lənətə gəlmiş əclaf bir anda yox oldu. Indi növbə yaşıl sinəli qırmızı tutuquşunda idi. Qırmızı daha qərarsızdı. O əsəbi halda qəfəsin dibində oturmuşdu. Çox çətin seçimdi. Insanlar da, quşlar da bu seçimin qarşısında aciz qalırlar. Çətin oyundur.

– Qulaq as, sən meşşansan. Mən əlli, bəlkə də yüz yerdə işləmişəm. Mən heç yerdə çox qalmamışam. Gör nə demək istəyirəm: Amerikada, bütün idarələrdə müəyyən bir oyun var, onu hamı oynayır. İnsanlar darıxır. Başlarını qatmağa bir iş tapa bilmirlər. Və idarə romantikası adlı bir oyuna girişirlər. Çox vaxt bu vaxt öldürməkdən başqa bir şey deyil. Bəzən isə onlar qıraqda qayrışmaq üçün adam axtarırlar. Hətta bunun özü də sadəcə olaraq bir yüngül əyləncə formasıdır, televizor kimi, yeni il gecəsi şənliyi kimi. Sən başa düşməlisən ki, bunun heç bir mənası yoxdur. O zaman bu səni incitməyəcək. Başa düşürsən nə demək istəyirəm?

– Mən səni bu yaxınlarda o qancıqla birlikdə gördüm. O, sənə uyğun qadın deyildi.
– Qadınların heç biri mənə uyğun deyil.

– Neynək, bütün dahilər – əyyaş olur!

Öz qapımı açdım. İçəridə heç kim yox idi. Köhnə, qaralmış mebel və rəngi çoxdan solmuş xalça. Döşəmədə boş pivə şüşələri. Lazım olan yerə gəlmişdim.

Haradasa oxumuşdum ki, hətta yuxulu vəziyyətdə də şüuraltı bir şeylər öyrənmək mümkündür.

– Sənin kimi bir oğlanın burda nə işi var?
– Bunu məndən bütün qızlar soruşur.
– Bura siçan yuvasına oxşayır.
– Yolumu azmağa imkan vermir.

Düşündüm ki, mən burada qala bilərdim. At yarışlarında pul qazanardım, pis vaxtlarımda isə o mənim qayğıma qalar, yağımı dəyişər, mənimlə danışar və yataqda qucaqlayardı. Mübahisələr isə əlbəttə ki, həmişə olacaq. Bu, qadının təbiətindədir. Onlar qarşılıqlı olaraq daim çirkli alt paltarlarını üzə çıxartmağı xoşlayırlar. Dramatizm, hay-küy onların canından gəlir. Sonra qarşılıqlı andiçmə mərasimi gəlir. And içmək məsələsi məndə o qədər də yaxşı alınmır.

Həmişə olduğu kimi foto! Qadınlar və onların fotoşəkilləri.

Nəhayət geyindim. Vanna otağına keçib üzümə su vurdum, darandım. Üzü də beləcə darayıb sahmana salmaq mümkün olsaydı, düşündüm. Ancaq mümkün deyil.

– Yox! Hər şey öz yerində qalacaq. Aylar keçir və roman daim mənim üstümə qayıdırdı. Ilahi! O deyirdi, mən hətta Nyu-Yorka gedib naşirlərin əlini sıxa bilmirəm.
– Qulaq as Cenko, bəlkə sən bu işi buraxasan. Balaca otağında otur və yaz. Işlə özün üçün.
– Bunu ancaq sənin kimi bir oğlan eləyə bilər-o deyirdi. Çünki sən əyyaşa oxşayırsan. Səni işə götürürlər, çünki belə hesab edirlər ki, sən başqa heç yerdə iş tapa bilməzsən. Sən isə orada əbədi qalırsan. Məni isə götürmürlər, çünki baxıb görürlər ki, mən necə də intellegent bir adamam və düşünürlər ki, belə səviyyəli adam bizdə duruş gətirməyəcək. Onu işə götürməyin mənası yoxdur.
– Mən yenə təklif edirəm: otağına qapan və yaz.
– Ancaq mən özümə əmin olmalıyam.
– Yaxşı ki, başqaları bu cür düşünməyiblər.
– Yaxşı ki, Van Qoq belə düşünməyib.
– Van Qoqa qardaşı pulsuz boya verirdi – Cenko cavabımı verdi.

Çempion olmaq xoş bir duyğudur. Öz gedişlərini bilmək zövqlü bir şeydir.

Saçları ağarmış qadının sifətinə şapalaq ilişdirmək asan məsələ deyil.

– Dostum, mənim də sənin kimi xarizmam olsaydı, milyonçu olardım!
– Əlbəttə Boyer, lazım olan yeganə şey dərinin ağ olmasıdır.

Qadınlar əzab çəkməlidirlər. Təəccüblü deyil ki, onlar daim özlərinə qarşı sevgi tələb edirlər.

Mən işin insanları necə gəmirib yediyini görürdüm. Onlar elə bil əriyirdilər.

Hamı kimi mənə də köhnə bir maşın lazım idi; yeməli idim, özümün xırda tələbatlarım var idi. Məsələn qadınlar, yaxud at yarışları. Hər şey quyunun dibinə yuvarlanınca bir işıq ucu görünməyincə bütün bunlar haqqında heç düşünmürsən.

Gözüm bir qıza sataşdı. Yazıq, bircə əli var idi. O əbədi olaraq burada oturacaq, mənim kimi qoca bir əyyaş olmağa bərabər bir şey. Neyləyək, dostlar demişkən, hardasa işləmək lazımdır. Odur ki, onlar hər şeyi olduğu kimi qəbul edirlər. Bu kölə müdrikliyidir.

İşdən çıxmaq üçün daha çox kağız doldurmaq lazım idi. Nəinki işə girmək üçün.

Özümü başqa cür hiss edə bilmirdim. Ancaq bilirdim ki, okeanın dibindən tez qaldırılan bir adam kimi bu azadlıq mənə öz təsirini göstərəcək. Coysun lənətə gəlmiş tutuquşularına olduğu kimi. Qəfəsdə keçən bir ömürdən sonra mən dəlikdən çıxıb bayıra uçmağa cəsarət etdim – səmaya açılmış atəş kimi. Səmayamı?

Pulun olduqca sən də varsan.

Tərcümə: Fərhad Yalquzaq

Bukowski-nin ilk romanı

“Poçt idarəsi” 12 ilə yaxın poçtda işləmiş Amerika yazıçısı Bukovskinin ilk romanıdır.

1970-ci ildə naşir dostu Con Martinin təkidi ilə işdən ayrılan 49 yaşlı Çarlz romanın əlyazmasını 3 həftədən sonra nəşriyyata təqdim edir.

1971-ci ildə işıq üzü görən “Poçt idarəsi” Bukovskinin beş avtobioqrafik əsərindən birincisi sayılır. Hər beş əsərin qəhrəmanı (“antiqəhrəman”) yazıçının özünü canlandırdığı Henri (“Hank”) Çinaskidir. Çinaski “Poçt idarəsi”ndə qarşımıza alkoqola meyilli və çılğın bir gənc kimi çıxır.

Romanda poçt idarəsindəki iş mühiti, müxtəlif xarakterli obrazlar, cəmiyyətin eybəcərlikləri, Çinaskinin dəlisov həyat tərzi, Coysla qısa evliliyi, Betti ilə uğursuz sevgi macərası və Fey ilə ailə həyatı təsvir olunur.

Cıdır yarışlarına aludə olan və yetərincə pul qazanan, lakin vaxtaşırı uğursuz həyata görə içkiyə aludə olan Çinaski, nəhayət, həyatını dəyişmək qərarı verir. Roman yazmaq fikrinə düşür.

Tərcümə: Fərhad Yalquzaq

Jorge Luis Borges. QUM KİTABI

Kitabda məşhur Argentina yazıçısı Borxesin seçmə hekayələri toplanıb:

Yuxular, labirintlər, kitabxanalar, güzgülər, heyvanlar, uydurulmuş yazıçılar, din və Allah haqqında.

Tərcümə: Nəriman ƏBDÜLRƏHMANLI

Charles Bukowski “Poçt İdarəsi” PDF

“Poçt idarəsi” 12 ilə yaxın poçtda işləmiş Bukovskinin ilk romanıdır. 1970-ci ildə naşir dostu Con Martinin təkidi ilə işdən ayrılan 49 yaşlı Çarlz romanın əlyazmasını 3 həftədən sonra nəşriyyata təqdim edir. 1971-ci ildə işıq üzü görən “Poçt idarəsi” Bukovskinin beş avtobioqrafik əsərindən birincisi sayılır. Hər beş əsərin qəhrəmanı (“antiqəhrəman”) yazıçının özünü canlandırdığı Henri (“Hank”) Çinaskidir. Çinaski “Poçt idarəsi”ndə qarşımıza alkoqola meyilli və çılğın bir gənc kimi çıxır. Romanda poçt idarəsindəki iş mühiti, müxtəlif xarakterli obrazlar, cəmiyyətin eybəcərlikləri, Çinaskinin dəlisov həyat tərzi, Coysla qısa evliliyi, Betti ilə uğursuz sevgi macərası və Fey ilə ailə həyatı təsvir olunur. Bütün bunlar realda da baş verib. Coys obrazı Bukovskinin birinci arvadı Barbara Fray, Fey isə Frensis Smitdir. Betti də real qəhrəmandır, 1962-ci ildə ölüb. Çinaskinin qızı Marina-Luiza isə elə Bukovskinin qızı Marina-Luiza sayıla bilər.
Cıdır yarışlarına aludə olan və yetərincə pul qazanan, lakin vaxtaşırı uğursuz həyata görə içkiyə aludə olan Çinaski, nəhayət, həyatını dəyişmək qərarı verir. Ünvanına gələn onlarla xəbərdarlıq məktubunu uzun müddət cavabsız qoyan Çinaski sonda roman yazmaq fikrinə düşür: “Bəlkə roman yazım deyə düşündüm… Sonra oturub yazdım”.
“Poçt idarəsi” həyata yaxınlığı, müəllifin rəvan və sadə üslubu, səmimiyyəti ilə fərqlənir. Bu roman həm də Amerika ədəbiyyatında fərqli zövq nümunələrindən biri hesab olunur. Di gəl ki, ilk illərdə ABŞ-ın kitab bazarında o qədər uğur qazanmadı – Avropada bestseller olduğu halda.

1920 – 1994

Bir dəfə bir ruhi xəstəxanaya getdim, ziyarət üçün. Oradakı xəstələrdən biri məni tanıdı “Çarlz Bukovski sən deyilsənmi?” deyə soruşdu. Kitablarımı oxumuşdu. Bəlkə də bu səbəbdən ordaydı. (Çarlz Bukovski).

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Charles Bukowski “Poçt İdarəsi” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Azərbaycanca.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.