Press "Enter" to skip to content

Azərbaycan tarixi kitabı

Kitabın annotasiyası: “Azərbaycan vahid və bölünməz Avropada” kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Kitab Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr olunur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurasının nümayəndələri ilə görüşlərinin mətni və eləcə də bu təşkilatın tədbirlərindəki çıxışları kitaba daxil edilmişdir. Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağla bağlı qətnamə və tövsiyələri də kitabda yer alan sənədlərdəndir.

Erməni bayrağı fonunda olan Azərbaycan tarixi kitabı barədə – AÇIQLAMA – FOTO

“Qəbul proqramı əsasında hazırlandığı iddia olunan “Azərbaycan tarixi” adlı məlumat kitabı və digər bu tipli vəsaitlərlə TQDK-nın heç bir əlaqəsi yoxdur”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, bir neçə gündür bəzi saytlarda və sosial şəbəkələrdə “Didaktika” adlı bir nəşriyyat tərəfindən hazırlandığı qeyd olunmuş “Azərbaycan tarixi” adlı məlumat kitabı ilə bağlı geniş müzakirələr aparılır. Qeyd olunan vəsaitin giriş hissəsində onun TQDK-nın qəbul proqramları əsasında hazırlandığı qeyd olunub.

Bildirilib ki, Komissiya tərəfindən hər il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul proqramları hazırlanaraq dekabr ayında nəşr olunur: “2016-cı il üzrə qəbul proqramları hələ ki hazırlanmayıb, buna görə də qeyd olunan vəsait qəbul proqramına uyğun ola bilməz”.

Komissiyadan deyilib ki, abituriyent hazırlığı ilə məşğul olan kurslar bir sıra hallarda özlərinin nəşr etdikləri vəsaitlərin abituriyentlər arasında daha etibarlı olmasına inandırmaq, hazırlıq kursunun nüfuzunu artırmaq, daha çox abituriyent cəlb etmək üçün TQDK-nın adından qeyri-qanuni olaraq istifadə edir, bunun Komissiyanın proqramı əsasında və ya TQDK-nın ekspertləri tərəfindən hazırladığını iddia edirlər.

Qeyd edək ki, abituriyentlərin hazırlığına kömək məqsədilə TQDK-nın Ekspert Şurası tərəfindən hazırlanan tədris vəsaitləri yalnız “Abituriyent” jurnalına əlavə kimi dərc olunaraq ictimaiyyətə təqdim olunur. Bundan başqa, TQDK-nın heç bir hazırlıq kursu ilə hər hansı əlaqəsi yoxdur.

İctimaiyyətin nəzərinə bir daha çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunan “vəsait” də bu qəbildən olmaqla Komissiyaya heç bir aidiyyəti yoxdur.

Sosial şəbəkələrdə “Azərbaycan tarixi haqqında məlumat kitabı” adlı hazırlıq kitabının Ermənistan bayrağının rəngində olması məsələsi yenidən gündəmə gəlib.

İstifadəçilər Azərbaycanın tarixindən bəhs edən bir kitabın rənglərinin bu şəkildə olmasına etiraz edirlər. Həmin kitabın hansı ildə dərc olunması göstərilməsə də, “Didaktika” nəşriyyatında çapdan çıxdığı bildirilir. Bəzi abituriyentlər kitabın Təhsil Nazirliyinə bağlı olduğunu da iddia edirlər.

Təhsil Nazirliyi də sözügedən problemlə bağlı açıqlama yayıb. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə qeyd edib ki, ötən gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə fotosu paylaşılan Azərbaycan Tarixi məlumat kitabı dərslik deyil, üz qabığından da göründüyü kimi ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır: “Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur.

Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya, müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı, forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır. Bir daha qeyd edirəm ki, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən bəziləri iddia edirlər ki, əslində, kitab fotoşopdur.

Xəbərlər Baxılıb: 3652 Tarix: 01 sentyabr 2015

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Azərbaycan tarixi kitabı

Kitabın buraxıldığı il: 2013

Format: 25 x 25mm

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri

Kitabın annotasiyası: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş kitab-albomda ulu öndərin 1993-2003-cü illərdəki fəaliyyətinin 90 məqamı öz əksini tapıb. 10 il ərzində Heydər Əliyevi müşayiət edən Rafiq Bağırovun lentə aldığı foto-şəkillərin daxil edildiyi kitab-alboma həmçinin konkret anla bağlı tarixi arayış və Heydər Əliyevin çıxışından sitat əlavə olunub. Azərbaycan və ingilis dillərində, nəfis dizayn və tərtibatla təqdim edilən kitab-albomda yaradıcı qrup Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətlərini əhatə etməyə çalışıb. Belə ki, kitabda böyük liderin andiçmə mərasimləri, neft strategiyası, iqtisadiyyat, xarici və daxili siyasət, mədəniyyət, elm və təhsil, idman, uşaq və gənclər siyasəti və s. sahələr öz əksini tapıb. Kitab-albom Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Heydər Əliyev haqqındakı deyimi ilə bitir.

“90 Instants of the Great Leader”

Year of publication: 2013

Format: 25 x 25mm

Series: Heydar Aliyev Heritage Research Center

Annotation of the book: The photo-album, which is dedicated to the 90th anniversary of the national leader of the Azerbaijani people Heydar Aliyev, reads about 90 instants of the leader’s activity in the years of 1993-2003. Besides the photos taken by Rafiq Baghirov, who accompanied Heydar Aliyev within ten years, the photo-album is included historical references on certain instants and quotes from Heydar Aliyev’s speeches.
The creative group tried to cover all the directions of the activity of Heydar Aliyev in the photo-album, which is presented with fine design and layout. Thus, the Book is reflected the inauguration ceremonies of great leader, as well as the fields of oil strategy, economy, foreign and home policy, culture, education and science, sports, youth policy and other spheres. The photo-album ends with thoughts of the President of the Republic of Azerbaijan Ilham Aliyev about Heydar Aliyev.

  • Kitablar
  • Beynəlxalq təşkİlatlarla əlaqələr
  • Yaddaş
  • Dövlətlərarası münasİbətlər
  • Azərbaycan tarİxİ

Heydər Əliyev: “Biz ‎Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik”

Heydar Aliyev: “We can not allow the second armenian state be established in the territory of Azerbaijan”

Гейдар Алиев: “Мы не можем допустить возникновения на территории Азербайджана второго армянского государства”

Heydar Aliyev: “Nous ne pouvons pas admettre l’apparition sur le territoire de l’Azerbaidjan du deuxieme Etat armenien”

Cild: Supercild və qalın üzlük

Format: 230 x 280 mm

Kitabın buraxıldığı il: 2006

Seriya: “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanasının nəşri

Kitabın annotasiyası: Heydər Əliyev: “Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik” kitabı “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanasının yeni nəşridir. Bu nəşrə ATƏT-in 1994-cü ildə Budapeştdə, 1996-cı ildə Lissabonda və 1999-cu ildə İstanbulda keçirilmiş zirvə toplantılarının bəzi materialları daxil edilib. Kitab Azərbaycan dili ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin – ABŞ, Fransa və Rusiyanın dövlət dillərində çap olunu

Heydər Əliyev: “Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik”

“Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında”

“AZERBAIJAN IN THE ORGANIZATION OF THE ISLAMIC CONFERENCE”

“AZERBAIDJAN DANS LES RANGS DE L’ORGANISATION DE LA CONFERENCE ISLAMIQUE”

Cild: Supercild və qalın üzlük

Format: 230 x 280 mm

Kitabın buraxıldığı il: 2008

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri

“Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında” kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun ön söz yazdığı kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İslam Konfransı Təşkilatının Kasablanka və Tehran zirvə görüşlərindəki çıxış və müsahibələri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məkkə zirvə görüşündəki və İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasındakı çıxışları yer almışdır. Kitab Azərbaycan dili ilə yanaşı, İslam Konfransı Təşkilatının işçi dillərində – ingilis, fransız və ərəb dillərində nəşr olunmuşdur.

Kitabın annotasiyası: Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İslam Konfransı Təşkilatının Kasablanka və Tehran zirvə görüşlərindəki çıxış və müsahibələri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məkkə zirvə görüşündəki və İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasındakı çıxışları yer almışdır.

“Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında”

“AZƏRBAYCAN–NATO: TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL”

“AZERBAIJAN–NATO: ROAD BEGINNING FROM PARTNERSHIP”

“AZERBAIDJAN-OTAN: LE DEBUT DU PARTENARIAT”

Cild: Supercild və qalın üzlük

Format: 230 x 280 mm

Kitabın buraxıldığı il: 2009

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: “Azərbaycan-NATO: tərəfdaşlıqdan əməkdaşlığa” kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin NATO-nun mənzil qərargahında, bu təşkilatın Nyu-Yorkda, Avropa – Atlantika Əməkdaşlıq Şurasının Madrid zirvə görüşlərindəki, Parlament Assosiasiyasının Praqa sessiyasındakı çıxışları, NATO-nun baş katibləri Xavyer Solana, Corc Robertson ilə görüşləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun İstanbul Zirvə görüşündə, “Avratlantik İttifaqı yol ayrıcında” mövzusunda Beynəlxalq konfransda, Parlament Assosiasiyasının Paris sessiyasındakı çıxışları və NATO-nun Baş katibi Yaap Hoop de Sxefferlə görüşü yer almışdır.

“Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol”

“Sabaha doğru”

“Towards the Future”

“Навстречу грядущему дню”

Cild: Supercild və qalın üzlük

Format: 60×84 mm

Kitabın buraxıldığı il: 2009

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri

Kitabın annotasiyası: “Sabaha doğru” kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif illərdə etdiyi çıxışlar daxil edilmişdir. Kitab tədqiqatçılar, politoqlar, tələbələr və ümumiyyətlə, geniş oxucu kütləsi üçün nəzrədə tutulmuşdur.

“Sabaha doğru”

“Azərbaycan bayrağı İst-River sahilində”

“Azerbaijani flag on the East river bank”

Cild: Supercild və qalın üzlük

Format: 60×84 mm

Kitabın buraxıldığı il: 2009

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: “Azərbaycan bayrağı İst-River sahilində” kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə ithaf olunan bu kitabda ölkəmizin BMT ilə əlaqələri mühüm sənədlərin dili ilə şərh olunur. Kitaba böyük siyasətçi Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu, 50-ci sessiyalarındakı və Minilliyin zirvə görüşündəki çıxışları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Məclisinin 58-ci, 59-cu sessiyalarındakı çıxışları, BMT-nin proqram, agentlik və fondlarının rəhbərləri ilə görüşlərinin mətni daxil edilib. Kitabda həmçinin, BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı – YUNESKOnun xoşməramlı səfi ri Mehriban xanım Əliyevanın ona bu mötəbər adın təqdim olunduğu təntənəli mərasimdə və BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında “Azərbaycan otağı”nın açılışındakı çıxışları da yer alıb.

“Azərbaycan bayrağı İst-River sahilində”

“Azərbaycan qadını naminə”

“In the Name of the Azerbaijani Woman”

“Во имя азербайджанской женщины”

Cild: Supercild və qalın üzlük

Format: 60×84 mm

Kitabın buraxıldığı il: 2010

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: “Azərbaycan qadını naminə” kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşridir. Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Respublikasında Qadın Siyasəti haqqında” Fərmanının imzalanmasının 10 illiyinə həsr olunur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadın siyasətini ən müxtəlif cəhətlərdən açıqlayan çoxsaylı çıxış və müraciətləri var. Bu kitabda həmin sənədlərin əksər hissəsi yer almışdır. Kitaba Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin qadınların ali məclislərindəki çıxışları, qadın bayramları ilə əlaqədar təbrikləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Qadınlar Günü və müxtəlif tədbirlərlə bağlı Azərbaycan qadınlarına təbrik məktubları daxil edilmişdir. Kitaba həmçinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çıxışları və “Bakı” jurnalına müsahibəsi daxil edilmişdir. “Azərbaycan Respublikasında Qadın Siyasəti haqqında” Fərmanın “Gender bərabərliyi haqqında” Qanunun mətni də kitaba daxil edilən sənədlərdəndir.

“Azərbaycan qadını naminə”

“135 illik yol”

“Road of 135 years”

Cild: nazik cild

Format: 145×230 mm

Kitabın buraxıldığı il: 2010

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Azərbaycan və ingilis dillərində nəşr olunan kitab “135 illik yol” (“Road of 135 years”) adlanır.

Kitabın elmi məsləhətçisi Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov yazdığı ön sözündə bildirir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoydu. Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi. Bununla hərbi senzuranın tətbiq edilməsi haqqında Azərbaycan Prezidentinin 16 aprel 1992-ci il tarixli Fərmanı və bütün informasiya yayımı üzərində nəzarəti nəzərdə tutan 15 aprel 1993-cü il tarixli Sərəncamı qüvvəsini itirdi. Senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə uyğun gəlirdi. Fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi müstəqil KİV-in inkişafını, vətəndaşların beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığının təmin edilməsində mühüm rol oynadı. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edildi. Hazırda öz inkişafının mühüm mərhələsini yaşayan müstəqil Azərbaycan Respublikasında güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, ümummilli problemlərin milli maraqlara uyğun həlli istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir. Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev cəmiyyət həyatında kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirərək demokratik, müstəqil KİV-lərin inkişafına əlverişli şərait yaradılmasını öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin və “Kaspi” qəzetinin birgə ərsəyə gətirdiyi kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan milli mətbuatı haqqında çıxışları, fikirləri, imzaladıqları fərman və sərəncamlar iki dildə oxuculara çatdırılır. Kitab müstəqillik illərində Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında obyektiv təsəvvür formalaşdırılması üçün lazımlı əyani vəsait, milli mətbuatımızın 135 illiyinə layiqli hədiyyədir.

“135 illik yol”

“İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram”

“Ilham Aliyev: I challenge the journalists to patriotism”

Format: 145×230 mm

Kitabın buraxıldığı il: 2010

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: “İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram” kitabı Heydər Əliyev İrisini Araşdırma Mərkəzinin və “Kaspi” qəzetinin birgə ərsəyə gətirdiyi və Azərbaycanda milli mətbuatın yaradılmasının 135 illiyinə həsr etdikləri ikinci kitabdır. Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi barəsində sərəncamından yubileyə qədər olan dövr ərzində dövlət səviyyəsində görülmüş tədbirlər iki dildə oxuculara çatdırılır.

“İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram”

“Azərbaycan vahid və bölünməz Avropada”

“Azerbaijan in united and indivisible Europe”

Cild: Super cild

Format: 70×100 1/16

Kitabın buraxıldığı il: 2011

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: “Azərbaycan vahid və bölünməz Avropada” kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Kitab Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr olunur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurasının nümayəndələri ilə görüşlərinin mətni və eləcə də bu təşkilatın tədbirlərindəki çıxışları kitaba daxil edilmişdir. Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağla bağlı qətnamə və tövsiyələri də kitabda yer alan sənədlərdəndir.

“Azərbaycan vahid və bölünməz Avropada”

Heydər Əliyev: “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir”

ჰეიდარ ალიევი: “ქართველ და აზერბაიჯანელ ხალხთა მეგობრობა სამაგალითოა მთელი მსოფლიოსთვის”

Format: 60×90 1/16

Kitabın buraxıldığı il: 2011

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: “Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” kitabında dost və qardaş ölkələr arasındakı münasibətlər ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq çıxışlarının köməyi ilə şərh olunur.

“Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir”

“Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)”

“Baku-Brussels (Azerbaijan-European Union relations)”

Kitabın buraxıldığı il: 2011

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: “Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)” kitabı Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında sazişin imzalanmasının 15 illiyinə həsr olunmuşdur. Kitabda ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının rəhbərləri ilə görüşlərdə çıxışlarının mətni, Aİ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bəyanat, qətnamə və kommünikelər, tarixi arayışlar, məlumat-soraq materialları, foto-şəkillər yer almışdır.

“Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)”

Heydər Əliyev: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir”

Haydar Aliyev: “Azerbaycan’ın bağımsızlığı ebedidir”

Kitabın buraxıldığı il: 2011

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabı Azərbaycan Respublikasının müstəqilliyinin Türkiyə Respublikası tərəfindən tanınmasının 20 illiyinə həsr olunub. Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müxtəlif illərdə inauqurasiya mərasimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xarici və daxili siyasət, neft strategiyası, iqtisadiyyat, mədəniyyət, diaspora, ordu quruculuğu, din, gənclər siyasəti ilə bağlı çıxışları daxil olunub. Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı tarixi arayış, çıxışlarda adları çəkilən anlayışlar və şəxsiyyətlərlə bağlı məlumat-soraq materialları da kitabda yer almışdır. Kitabda həmçinin, hər bir çıxışın ingilis dilində qısa məzmunu verilmişdir.

“Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir”

“Xocalı-1992”

“KHOJALY-1992”

“KHODJALY-1992”

“ХОДЖАЛЫ-1992”

Kitabın buraxıldığı il: 2012

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: “Xocalı-1992” kitabı 20 il öncə, erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunmuşdur. Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımı haqqında fikirləri, insanlığa utanc gətirən bu hadisə barəsində məqalə və məlumat-soraq materialları daxil edilmişdir.

“Xocalı-1992” (2012)

“Tarİxİ Azərbaycan dövlətlərİ”

“Azerbaijani States in History”

“Ադրբեջանի հնագույն պետությունները”

“ისტორიული აზერბაიჯანული სახელმწიფოები”

“STATELE ISTORICE DIN AZERBAIDJAN”

“Історичні Азербайджанські Держави”

Kitabın buraxıldığı il: 2012

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdirdiyi Tarixi Azərbaycan Dövlətləri kitabı işıq üzü görmüşdür. Azərbaycan, ingilis, erməni, gürcü, moldav və ukrayna dillərində nəşr olunmuş kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatla bərabər onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr verilmişdir.

“Tarixi Azərbaycan Dövlətləri”

“Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012”

REPUBLIQUE D’AZERBAÏDJAN – ROYAUME DE BELGIQUE: 1992-2012

REPUBLIEK AZERBEIDZJAN – KONINKRIJK BELGIË: 1992-2012

Kitabın buraxıldığı il: 2012

Format: 60×90 1/16

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: Kitab Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuşdur. Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikanın dövlət və hökumət nümayəndələri ilə görüşlərinin mətnləri, bu ölkəyə səfərləri zamanı etdikləri çıxışlar daxil edilmişdir.

“Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012”

“30 tarixi səfər”

Kitabın buraxıldığı il: 2013

Format: 70×100 1/16

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-2003-cü illərdə xarici ölkələrə rəsmi və dövlət səfərləri ilə bağlı materiallar daxil edilib. Mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxış və müsahibələrindən iqtibaslar, Heydər Əliyevin konkret rəsmi və dövlət səfərləri ilə bağlı tarixi arayışlar, məlumat-soraq materialları da kitabda yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“30 tarixi səfər”

“30 historical visits”

Year of publication: 2013

Series: Heydar Aliyev Heritage Research Center

Kitabın annotasiyası: Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-2003-cü illərdə xarici ölkələrə rəsmi və dövlət səfərləri ilə bağlı materiallar daxil edilib. Mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxış və müsahibələrindən iqtibaslar, Heydər Əliyevin konkret rəsmi və dövlət səfərləri ilə bağlı tarixi arayışlar, məlumat-soraq materialları da kitabda yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“30 historical visits”

“Xocalı-1992”

“KHOJALY-1992”

“KHODJALY-1992”

“ХОДЖАЛЫ-1992”

ISBN: 978 9952-485-22-6

Kitabın buraxıldığı il: 2014

Dillər: azərbaycan, fransız, ingilis, rus

Cild: nazik cild

Seriya: Heydər Əliyev İrsini araşdırma mərkəzinin nəşrləri

Kitabın annotasiyası: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri – “Xocalı-1992” kitabının yenidən işlənilmiş və əlavələr edilmiş nəşri çapdan çıxmışdır. Kitab 1992-ci ildə, erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunmuşdur. Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında müxtəlif çıxış və müraciətlərindən iqtibaslar, insanlığa utanc gətirən bu faciə haqqında tarixi arayış, məlumat-soraq materialları daxil edilmişdir. Kitabın “Təcavüzkarın dəst-xətti” bölümündə erməni vəhşiliyinin qurbanlarının fotoları yer almışdır.

“Xocalı-1992” (2014)

“Azerbaijani States in History”

ISBN: 978 9952-485-035

Kitabın buraxıldığı il: 2013

Cild: nazik cild

Seriya: Heydər Əliyev İrsini araşdırma mərkəzinin nəşrləri

Kitabın annotasiyası: “Tarixi Azərbaycan Dövlətləri” kitabı Azərbaycanın tarixi torpaqlarında indiyədək mövcud olmuş dövlətlər haqqında ensiklopedik məlumatları əhatə edir. Kitabda həmçinin, bu dövlətlərin ərazilərini əks etdirən xəritələr verilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

“Azerbaijani States in History”

“Армяне на южном Кавказе (из истории заселения)”

ISBN: 978 – 9952 – 488 – 51 -7

Год выпуска книги: 2015

Аннотация книги: В книге доктора философии по истории, доцента, обозревателя портала 1905.az Агиля Шахмурадова нашли отражение вопро- сы, связанные с происхождением армян, их приходом в резуль- тате миграционных процессов с Балкан на восток Анатолии, рас- селением армян с помощью Российской империи на Южном Кавказе, их фальсификациями с целью присвоения истории и культуры местных народов. Книга предназначена для исследо- вателей, преподавателей и студентов, а также для тех читателей, которые интересуются этнической историей Южного Кавказа.

“Армяне на южном Кавказе (из истории заселения)”

“Armenians in the Southern Caucasus (The history of settlement)”

ISBN: 978 – 9952 – 488 – 51 -7

Year of publication: 2015

Annotation of the book: The book by PhD in History, associate professor, commentator of 1905.az website Agil Shahmuradov deals with the issues on the origin of Armenians, their migration to Eastern Anatolia from the Balkans, their settlement in the Southern Caucasus with the help of the Russian Empire, their falsifications in order to claim on culture and history of the indigenous

“Armenians in the Southern Caucasus (The history of settlement)”

“Tarixi Azərbaycan Dövlətləri”

“AZERBAIJANI STATES IN HISTORY”

Kitabın buraxıldığı il: 2012

Dillər: azərbaycan, ingilis

Kitabın annotasiyası: “Tarixi Azərbaycan Dövlətləri” kitabı Azərbaycanın tarixi torpaqlarında indiyədək mövcud olmuş dövlətlər haqqında ensiklopedik məlumatları əhatə edir. Kitabda həmçinin, bu dövlətlərin ərazilərini əks etdirən xəritələr verilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

“Tarixi Azərbaycan Dövlətləri” (2 dildə)

İSBN: 978 9952-485-22-2

Format: 60×84 1/16

Kitabın buraxıldığı il: 2014

Seriya: “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanasının nəşri

Həbib Zərbəliyev: “Azərbaycan tarixi haqqında mükəmməl bir kitabı İndoneziya dilinə tərcümə etmək istərdim.”

Həbib müəllim, İndoneziya dünyanın ən böyük müsəlman dövlətidir. Ən azı elə buna görə də İndoneziya Azərbaycan üçün maraqlı olmalıdır. Doğrudur, İndoneziya ilə Azərbaycan arasında böyük məsafə var və onlar fərqli coğrafi məkanlarda yerləşirlər. İndoneziyada bizim Dağlıq Qarabağ problemləri haqqında həqiqətləri bilirlərmi?

– Azərbaycan və İndoneziya arasında diplomatik əlaqələr 1992-ci ildə yaranıb. 1990-cı illərin birinci yarısında iki ölkə arasında xüsusi bir əlaqə yox idi. Yalnız 1996-cı ildə İndoneziyanın Türkiyədə akkreditə olunmuş səfiri Azərbaycana gəldi, İndoneziya ilə münasibətlər yarandı və bu ölkəyə yol açıldı. Elə o vaxtdan mən vaxtaşırı olaraq onların vasitəsilə müəyyən materialları İndoneziya mətbuatına göndərirdim. 2000-ci illərin əvvəllərindən isə ardıcıl olaraq İndoneziya, Malayziya və Sinqapura səfərlər etdim və həmin ölkələrin kütləvi informasiya vasitələrinə – qəzet və jurnallara, radio və televiziyaya Azərbaycan həqiqətləri, o cümlədən də Dağlıq Qarabağ problemi haqqında məlumat verirdim. Sonrakı dövrdə əlaqələr daha da genişləndi, Azərbaycanda və İndoneziyada səfirliklər açıldı. İndi həm bizim İndoneziyadakı səfirliyimiz, həm də İndoneziyanın ölkəmizdəki səfirlikləri Azərbaycan haqqında məlumatlar yayırlar. Son 5-6 il ərzində İndoneziyada hər il “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbirlər keçirilir. Bu yaxınlarda, daha dəqiq desək, Respublika Günü ərəfəsində 1990-cı illərin əvvəllərindən Azərbaycanda çap edilən “İrs” jurnalının İndoneziya dilində ilk sayının təqdimatını keçirdik. Tədbirdə İndoneziyanın dövlət və hökumət nümayəndələri, səfirliyimizin əməkdaşları iştirak edirdilər. Jurnalda Azərbaycan haqqında çox geniş məlumatlar var. Dağlıq Qarabağ problemi ilə bağlı jurnalda bir neçə məqalə yer alıb. Eyni zamanda Şamaxı məscidinin tarixi, ermənilərin Şamaxıda və Bakıda törətdikləri qırğınlar, Azərbaycan Demokratik Respublikasının yaranması, həmin dövrdə ermənilərlə azərbaycanlılar arasındakı münasibətlər haqqında məqalələr də jurnaldakı materiallardandır. “Azərbaycan dünən və bu gün” adlı məqalədə də Ermənistanın Azərbaycana təcavüzü məsələsinə toxunulur, ermənilərin Qafqazda yerli xalq olmadığı bildirilir.

Bütün bunlar kütləvi informasiya vasitələridir. KİV adından da göründüyü kimi, kütlə üçün nəzərdə tutulub. Şübhə etmirəm ki, İndoneziyada da postsovet məkanını, Qafqazı, yaxud müsəlman dünyasını öyrənən elmi mərkəzlər var. Bu elmi dairələrin Azərbaycana münasibəti necədir?

– 2007-ci ildə biz Azərbaycan Dövlət Dillət Universitetində İndoneziya dili bölməsini açdıq. Bir müddət sonra isə İndoneziya hökumətinin vəsaiti ilə İndoneziya mərkəzi açdıq. Bu mərkəzə İndoneziyadan gələn bütün nümayəndə heyətləri baş çəkir, tələbə və müəllimlərlə görüşlər keçirirlər. Bu görüş və söhbətlərdə Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi həmişə ön planda olur. Son bir neçə ildə İndoneziyanın xarici işlər naziri, parlamentin hər iki palatasının sədrləri universitetdə qonağımız olub, bu məsələlərlə bağlı müəllim və tələbə heyəti ilə müzakirələr aparıblar. Həmin bölmənin məzunların əksəriyyəti İndoneziyada elmi səfərlərdə olub, onların bir neçəsi İndoneziyada magistratura pilləsi üzrə təhsil alırlar. Bizim tələbələrimiz orada da fəal çalışırlar. Məsələn, məzunlarımızdan biri, Elmar İsgəndərovun İndoneziya universitetlərindən birində təhsil aldığı iki il ərzində demək olar ki, hər gün bu ölkənin müxtəlif mətbuat vasitələrində, İnternetdə Dağlıq Qarabağ problemi ilə bağlı yazıları gedib. İndoneziyanın hökumət dairələri də bizim tələbələrimizlə maraqlanır, onların Azərbaycan, Dağlıq Qarabağ haqqında bilgilərindən istifadə edirlər.

Bizim tələbələrimizin İndoneziyada Dağlıq Qarabağ problemini gündəmə çıxarmaları çox təqdirəlayiqdir. Amma belə bir fakt varmı ki, hansısa indoneziyalı politoloq konfliktologiya ilə bağlı məqalə yazır və Dağlıq Qarabağ probleminə toxunur və ya kimsə bu problemi davamlı olaraq araşdırır? İndoneziyanın elmi dairələrində bizim problemə maraq göstərilirmi?

– Xüsusi bir tədqiqat müşahidə etməmişəm, amma İndoneziyanın Azərbaycandakı səfirliyi bu problemlə bağlı broşürlər hazırlayır və ölkəsinə göndərir. Ümumiyyətlə, Dağlıq Qarabağ problemi ilə bağlı İndoneziyanın Azərbaycandakı səfirliyi çox iş görür və bütün məlumatları ölkəsinə çatdırır. Bizim dövlət rəhbərliyinin, şəxsən prezidentin səyi ilə İndoneziya parlamenti Ermənistanın Azərbaycan ərazisini işğal etdiyini, ermənilərin Xocalı soyqırımını törətdiyini rəsmən tanıyıb.

Deyirlər, həqiqət müqayisə zamanı ortaya çıxır. Erməni diasporu dünyada geniş yayılıb. ABŞ, Fransa və Rusiyada nüfuzlu erməni diasporu mövcuddur. İndoneziyada erməni icmasının mövcudluğu və ya onun fəaliyyəti ilə bağlı məlumatınız var?

– Ermənilər adətən müəyyən iqtisadi rıçaqları əldə saxlaya biləcəkləri ölkələrə üz tuturlar. İndoneziya və Malayziyada əsas kapital çinlilərin əlindədir. Yəni ermənilərin oraya girmək imkanları yoxdur. Ona görə də İndoneziyada nə erməni diasporu, nə də erməni icması var.

Doğrudur, bir neçə il əvvəl mən Malayziyada bir Erməni küçəsi adlı küçəyə rast gəldim. Amma cəmi 100-150 metr uzunluğundakı bu küçədə erməniləri xatırladan heç nə yox idi.

İslam Əməkdaşlıq Təşkilatının öncül iştirakçılarından biri İndoneziyadır. Bu təşkilat çərçivəsində Azərbaycan-İndoneziya münasibətləri necədir?

– Beynəlxalq təşkilatlarda, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatında İndoneziya daim Azərbaycanın mövqeyini müdafiə edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu təşkilatın qətnamələrini açıq-aşkar dəstəkləyib.

İndoneziya dilinin mahir bilicisisiniz. Alim kimi İndoneziya ilə bağlı gerçəkləşdirmək istədiyiniz arzunuz var?

– Əlbəttə, var. Mən Azərbaycan və İndoneziya dillərində ərəb alınmaları mövzusunda tədqiqat işi üzərində çalışmışam. İndoneziya dilində yazdığım bu tədqiqat işi artıq hazırdır. Çox istərdim ki, bu əsər İndoneziyada nəşr edilsin. İndoneziya tarixini Azərbaycan dilində hazırlamışam. Azərbaycan tarixi haqqında mükəmməl bir kitabı İndoneziya dilinə tərcümə etmək istərdim. Belə bir arzum da var.

Uğurlar.

Fuad Babayev, Gündüz Nəsibov

1905.az

Похожие статьи

  • Azərbaycan tarixi 5

    Fənn-Sinif üzrə mündəricatlar Qeyd edilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında 47 ali təhsil müəssisəsinin…

  • Azərbaycan tarixi bdu

    Azərbaycan tarixi bdu Həmçinin hər il başda Bakı Dövlət Universiteti olmaqla Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Türkdilli Birliklər…

  • Azərbaycan tarixi 1 cild

    Azərbaycan Tarixi (Yeddi cilddə) Tarix üzrə elmlər doktoru Ədalət Qasımovun «Heydər Əliyevin tərəqqi strategiyası və Naxçıvan Muxtar Respublikası (XX…

  • Azərbaycan tarixi v cild

    Azərbaycan Tarixi (Yeddi cilddə) Haqqinda Melumat – Vikipedia Именно для того, чтобы донести книгу до мировой общественности, было решено выпустить ее на…

  • Azərbaycan tarixi esrin muqavilesi

    Srin müqaviləsi Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP – 30,37%; AzACG (SOCAR) – 25%, “Chevron” – 9,57%,…

Comments are closed, but trackbacks and pingbacks are open.