Cinayət məcəlləsi 2018
Instagram Instagram · Социальные
Cinayət qanunu və cinayət anlayışı
Cinayət qanunu – Respublikanın ali qanunverici orqanı (Milli Məclis) tərəfindən qəbul edilən – cinayət məsuliyyətinin prinsiplərini və əsaslarını, hansı əməllərin cinayət olduğunu və belə əməlləri törətmədə təqsiri olan şəxslər barəsində tətbiq ediləcək cəzaları, məsuliyyətdən və cəzadan azad etmənin şərtlərini müəyyən edən hüquq normalarından ibarət aktdır.1
Cinayət hüququnun xüsusiyyətləri ondan ibarətdir ki, yalnız cinayət qanunu cinayət hüquq normalarını: əməli cinayət və cəzalanmalı olması, cinayət məsuliyyətinin əsasları, cəzanın sistemi, onun təyin edilməsi şərtləri və qaydalarını, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad etmə və s. normaları özündə əks etdirir. Cinayət qanunu cinayət hüququnun vahid və yeganə mənbəyidir. Heç bir digər hüquqi aktlar və yaxud məhkəmə qərarları cinayət hüquq normalarını təyin edə bilməz.
Azərbaycan Respublikasında cinayət qanunvericiliyinin əsasını 1999-cu il dekabrın 30-da qəbul edilmiş, 2000-ci ilin sentyabrın 1-də qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsi təşkil edir. Keçən dövr ərzində qüvvədə olan Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir.
Cinayət Məcəlləsi cinayət hüquq normalarının sistemləşdirilmiş ifadəsidir. O iki hissədən ibarətdir: ümumi və xüsusi. Ümumi hissədə cinayət hüququnun rəhbər prinsipləri və ümumi müddəaları şərh olunur, xüsusidə isə konkret cinayətlər və bu cinayətlərə görə cəzaların növləri və hədləri müəyyən olunur. Ümumi və xüsusi hissələr qarşılıqlı əlaqədədirlər və vahid tamı təşkil edirlər: ümumi hissəyə müraciət etmədən xüsusi hissənin normalarını tətbiq etmək olmaz.
Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələri bölmələrə və yaxud fəsillərə bölünür, sonuncular da öz növbəsində məzmununu cinayət – hüquq normaları təşkil edən maddələrdən (353 maddə) ibarətdir. Cinayət Məcəlləsinin Ümumi hissəsinin maddələri təyinedici normalar olmaqla, cinayət məsuliyyətinin prinsiplərini və əsaslarını, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad etmənin şərtlərini müəyyən edir və möhkəmləndirir. Ümumidən fərqli olaraq, Xüsusi hissənin normaları quruluşca iki hissədən: dispozisiya (müəyyən növ cinayətin əlamətlərini nəzərdə tutan norma) və sanksiyadan (müəyyən növ cinayətə görə cəzanın növünü və həddini nəzərdə tutan normadan) ibarətdir.
Cinayət Məcəlləsinin ümumi hissəsində cinayət qanununun məkana və zamana görə qüvvəsi tənzim olunur.
Cinayət qanununun məkana görə qüvvəsi ərazi, vətəndaşlıq, real, universal və cinayətkarın verilməsi prinsiplərinə əsaslanır.
Ərazi prinsipinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslər – Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkənin vətəndaşları, həmçinin vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Lakin bu qayda Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici dövlətlərin diplomatik nümayəndələrinə və toxunulmazlıq hüququna malik olan digər şəxslərə tətbiq edilmir. Belə ki, Cinayət Məcəlləsinin 11-ci maddəsinin 5-ci hissəsinə əsasən, bu şəxslərin cinayət məsuliyyəti haqqında məsələ diplomatik yollarla, yəni beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Cinayət qanununun vətəndaşlıq prinsipinə görə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarında kənarda törətdikləri əmələ görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, respublikanın qüvvədə olan yeni Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər (Cinayət Məcəlləsinin 12.1 maddəsi). Göstərilən şəxslər respublika ərazisində mühakimə edilərkən onlara Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.
Cinayət Məcəlləsinin 12-ci maddəsinin 2-ci hissəsində cinayət qanununun real prinsipindən bəhs olunur. Bu prinsipə müvafiq olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda respublikanın cinayət qanunları əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Cinayət qanununun məkana görə qüvvəsinin universal prinsipinin tələblərinə riayət etmək Azərbaycan Respublikasının cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq – hüquqi öhdəliklərindən irəli gəlir. Universal prinsipin mahiyyətinə görə şəxsin hansı ölkənin vətəndaşı olmasından və cinayəti hansı ölkənin ərazisində törətməsindən asılı olmayaraq, onu istənilən dövlətin özünün milli qanunvericiliyi ilə cinayət məsuliyyətinə almaq səlahiyyəti vardır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsində cinayət qanunun zamana görə qüvvəsi təsbit olunmuşdur. Həmin maddəyə əsasən əməlin cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İctimai təhlükəli əməlin törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Göstərilən maddənin 3-cü hissəsi cinayət qanununun geriyə qüvvəsinə yol verir, yəni qanun, onun qüvvəyə minməsindən əvvəl törədilmiş əməllərə şamil edilir. Bu isə, yalnız əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran hallarda mümkündür.
Əməlin cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanunun geriyə qüvvəsi yoxdur. (Cinayət Məcəlləsinin maddə 10.4)
Cinayət hüququnun əsas anlayışlarından biri – cinayət anlayışdır. O insanların hansı əməllərinin cinayət sayılması və onların qanun tərəfindən nə üçün qadağan olunması və s. bu kimi suallara cavab verir.
Cinayət qanunu ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin, yəni hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq törədilməsi cinayət sayılır.
Cinayət hüquq ədəbiyyatında cinayət ictimai-təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi olan əməl kimi xarakterizə olunur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14-cü maddəsinin 2-ci hissəsinə əsasən, cinayət qanununda nəzərdə tutulmuş cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl cinayət hesab edilmir. Buna görə də cinayətin ən vacib əlaməti onu digər hüquq pozuntularından fərqləndirən xüsusi ictimai-təhlükəli olmasıdır. Cinayətin ictimai-təhlükəliliyi ondan ibarətdir ki, o mövcud ictimai münasibətlərə qəsd etməklə bu münasibətlərə çox mühüm ziyan yetirir və yaxud belə ziyanın yetirilməsi təhlükəsini yaradır. İctimai münasibətlərə digər hüquq pozuntuları: inzibati, intizam və mülki hüquq pozuntusu ilə ziyan vurulması o qədər də mühüm əhəmiyyət kəsb etmir, buna görə də hüquq qaydalarının belə hüquq pozuntularından mühafizə edilməsi üçün cinayət məsuliyyətinin müəyyən edilməsinə ehtiyac yoxdur. Cinayətin ictimai təhlükəliliyinin xarakter və dərəcəsi qəsd edilən obyektin əhəmiyyəti, bu obyektə vurulan ziyanın ağırlığı, həmçinin təqsirin forması, əməlin motiv və məqsədi ilə xarakterizə olunan digər əlamətlərlə müəyyən olunur.
Cinayətin ikinci əlaməti onun qeyri-hüquqiliyidir. Əməlin qeyri-hüquqiliyi onun cinayət qanunvericiliyinin konkret norması ilə ziddiyyət, təşkil etməsində özünü göstərir. İctimai-təhlükəli əməl yalnız o zaman cinayət sayılır ki, Cinayət Məcəlləsinin bu və ya digər maddə-sində nəzərdə tutulmuş olsun.
Təqsirlilik-cinayətin növbəti mühüm əlamətidir. Əməlin cinayət hesab edilməsi təkcə ictimai-təhlükəli və qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır.
Cinayət cəzalanmalı olan əməldir. Əməli cinayət kimi xarakterizə edən əlamət ondan ibarətdir ki, yalnız o əməl cinayətlərə aid edilir ki, onların törədilməsinə görə qanun cinayət cəzası nəzərdə tutur.
Cinayətin qeyri-əxlaqiliyi isə, onun cəmiyyətdə mövcud olan əxlaq normalarına və hakim mənəvi təsəvvürlərə zidd olmasıdır.
Beləliklə, cinayət – cinayət qanunu ilə mühafizə edilən ictimai münasibətlərə mühüm ziyan yetirən və yaxud ziyan yetirməsi təhlükəsi yaradan, cinayət qanunu ilə nəzərdə tutulan ictimai-təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi olan əməldir.
Xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlər böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.
Qüvvədə olan cinayət qanunvericiliyinə əsasən (2001-ci il iyulun 2-də Cinayət Məcəlləsinə edilmiş dəyişiklik və əlavələr nəzərə alınmaqla) qəsdən və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.
Cinayət qanunu ilə qəsdən və ya ehtiyatsızlıqla törədilən və barəsində yeddi ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan əməllər az ağır cinayətlər sayılır.
Cinayət qanunu ilə qəsdən və ya ehtiyatsızlıqla törədilən və barəsində on iki ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan əməllər ağır cinayətlər hesab olunur.
Qanunda daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlərə aid edilir.
Cinayət məcəlləsi 2018
Bizim camaat xüsusi istedada malikdir. Hara getsə, hansı şəraitə düşsə, ora uyğunlaşacaq. Xüsusən də pul qazanmağın və onu xərcləməyin də yollarını yaxşı bilirlər. Sadəcə, bu camaata bir balaca işıq yeri lazımdır. “Daşdan pul çıxaran adam”,- deyimi elə-belə ortaya çıxmayıb. Düzdür, dərin elmi yaradıcılığa söykənən kəşflərimiz çox olmasa da, pul qazanmaq üçün müxtəlif sahələrdə “yeniliklər” eləməyi bacarmışıq.
Məlum olduğu kimi, çörəkpulu üçün Rusiyaya gedənlərimiz çoxdur. Bu saat bu ölkədə milyarderindən tutmuş, bazarda kalqotka-corab satana qədər nümayəndəmiz var. Kim nə deyir, desin, orada uğur qazanan həmyerlilərimiz istedadlarına, bacarıqlarına, unikal yanaşmalarına görə önə çıxa biliblər. Hətta “oğru aləmi”nin ən yüksək pillələrinə qədər qalxmağı bacaran azərbaycanlı avtoritet, “qanuni oğru”lar belə öz dəsti-xətti ilə seçiliblər. Bir sözlə, qərib yerdə “qabağa getmək” elə də asan deyil. Amma bizimkilər vəziyyətdən çıxmaq üçün bir yol tapırlar. Bəzən azərbaycanlıların bu unikal istedadları başlarına bəla da olur.
Dünən Rusiyada bu kuryoz hadisələrdən biri baş verib. Hadisə o qədər maraqlı və tragikomik olub ki, Rusiya mediası həmyerlimizdən yazıb.
Belə ki, Rusiyanın Omsk vilayətinin Çerlak Rayon Polis İdarəsində maraqlı hadisə baş verib. Polis Azərbaycan vətəndaşını idarəyə gətirərək onun sənədlərini yoxlamaq istəyib. Bu vaxt azərbaycanlı sərbəst buraxılması üçün polisə 10000 rubl (təxminən 300 manat) təklif edib. Amma ona xəbərdarlıq edilib ki, rüşvətvermə Rusiya qanunları ilə cinayətdir. Həmyerlimiz isə deyilənləri başqa cür anlayıb. Polisin stolunun üstündəki Rusiya Federasiyası Cinayət Məcəlləsini götürüb, pulu həmin kitabın arasına qoyaraq polisə uzadıb. Hazırda onun haqqında cinayət işi qaldırılıb.
Bəlkə də həmin polis əməkdaşı indiyə kimi saysız-hesabsız rüşvət alıb. Belə olmasaydı, həmyerlimiz ona rüşvət təklif eləməzdi. Rusiya polisinin bizmkilərdən vaxtaşırı pul alması adi haldır. Ona görə də soydaşımız Çerlak polisinin onu qandallayacağını güman etməyib. Amma unudub ki, rus polisi rüşvətxor olduğu qədər də, qanunpərəst ola bilər. Çünki rüşvət verən də, alan da qanun qarşısında cinayət törətdiyini unutmuş olur. Qanun qorxusu unudulanda isə cinayət baş verir.
Nə yazıq ki, həmyerlimizin budəfəki “unikal” addımı rus polisini ayıltdı. Rüşvəti Rusiya Federasiyası Cinayət Məcəlləsinin arasında görən Çerlak polisi qanunu xatırlayır və pula yox, qandala əl atır.
Cinayət Məcəlləsi
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi bir tətbiqdə daim əlinizin altında
Последняя версия
11 янв. 2016 г.
Разработчик
Google Play ID
Количество установок
Cinayət Məcəlləsi APP
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
Son yenilənmə tarixi 06.01.2016
Tətbiqin özəllikləri:
• Offline işləmə rejimi – app-ı internet olmadan istifadə edə bilərsiniz.
• Sürətli axtarış
• Seçilmişlər siyahısı (Favorite) – bəyəndiyiniz maddəni “ürək” düyməsini basmaqla bu siyahıya əlavə edə bilərsiniz.
• Bookmark – Bəyəndiyiniz maddəni lüğətdə müxtəlif qruplarda saxlaya bilərsiniz.
• Maddənin izah pəncərəsində hər hansı sözü seçməklə (üzərində tutub saxlamaqla) lüğətdə axtarışa verə bilmək imkanı (long press)
• Tarixçə – Baxdığınız maddələrin tarixçəsi
• Azərbaycan hərfləri üçün virtual klaviatura
• Tablet dəstəyi
Tənzimləmələr bölməsi
• İnterfeysin rəngini dəyişdirmək imkanı
• Mətnin ölçüsünü dəyişdirmək imkanı
• Landscape modunda məlumat pəncərəsinin yerinin təyini
• Məlumatları silmək imkanı
Yeni App-lardan xəbər tutmaq üçün səhifəmizi izləyin
https://www.facebook.com/AzLiterature/
Açar sözlər: Azerbaycan, baki, qanun, cinayet mecellesi
Популярные запросы
LD Player – #1 Android Emulator
Лучший Эмулятор Андроида для ПК
Приложения · Hot
Google Play Маркет Google LLC · Инструменты
Яндекс Про Intertech Services AG · Карты и навигация
自由浏览 Greatfire.org · Связь
Instagram Instagram · Социальные
Читы на стандофф 2 на голду Tim_Dev · Книги и справочники
Популярные
MangaLib Malo Boucé · Книги и справочники
Cool Reader Vadim Lopatin · Книги и справочники
Когда намаз Kogdanamaz · Книги и справочники
Brawl Stars Wiki Fernas Techno · Книги и справочники
Русско Узбекский Переводчик GK Apps · Книги и справочники
Читы на стандофф 2 на голду Tim_Dev · Книги и справочники
Super PDF Drive Reallyloaded Inc. · Книги и справочники
MangaHub HippoAD · Книги и справочники
Генератор гемов для бравл старс Banza-Dating · Книги и справочники
JW Library Jehovah’s Witnesses · Книги и справочники
APKCombo Installer
Порядок установки XAPK, APKS, OBB?
Comments are closed, but trackbacks and pingbacks are open.