Cinayət tərkibi isfendiyar agayev
Hörmətli Möhtərəm Prezident!
Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü – ŞOK TƏFƏRRÜAT
Bu ilin yanvar ayında baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
AZXEBER.COM xəbər verir ki, yanvarın 10-da Yasamal rayonu Qanlı göl ərazisində həyət evində 1958-ci il təvəllüdlü N.N-nın meyiti tapılıb.
Aparılan araşdırmalar zamanı qadının öldürüldüyü üzə çıxıb. Hadisəni törədən Ağdaş rayon sakini, 1983-cü il təvəllüdlü İ. C tutulub. Məlum olub ki o, daha əvvəl də məhkumluq həyatı yaşayıb.
Hadisənin hansı səbəblərdən baş verdiyi isə araşdırmalardan sonra məlum olub, Bu barədə tanınmış kriminal müxbir Ramilə İbrahimxəlilova “minval.az” saytına danışıb. O, bildirib ki, qadını kürəkəni qətlə yetirib. Hadisə isə qaynana ilə kürəkənin cinsi münasibətdə olduğu zaman qeydə alınıb.
Qadın kürəkəni ilə qeyri-ənənəvi halda cinsi əlaqədə olarkən onda qıcolma baş verib. Bu vaxt qadın dişləri ilə kürəkəninin cinsi orqanına dişləyib. Kişi də qaynanasının dişlərindən xilas olmaq üçün onun başına vurub. Məhz zərbənin təsirindən qadın dünyasını dəyişib.
Qeyd edək ki, 3 uşaq atası olan İ.C mərhumun qızı ilə 6 il öncə ailə qurub. Birgə nikahdan 3 övladları var. 15 ilə yaxındır ki, Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şikrətlərində fəhləliklə məşğul olub. Ailəsi ilə birgə Yasamalda kirayə yaşayıb. Çox keçməyib ki, qaynanası N da onların yanına köçüb. Onların münasibəti də həmin dövrdən başlayıb.
Kürəkən ilk ifadəsində hadisənin baş vermə səbəblərini gizlədib. O, yalandan məhkəməyə ifadə verib və qaynanasını əxlaqsız təklif etdiyi üçün öldürdüyünü deyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Cinayət tərkibi isfendiyar agayev
Azərbaycanın “Avroviziya” mahnısı təqdim olundu – VIDEO
İordaniya kralının qızı yunanla evləndi – Misir prezidentinin xanımı da canlı yayımlanan toya qatıldı (FOTOLAR)
Ərdoğan partiya liderinə deputat seçkisində dəstəkdən imtina etdi: “Öz loqomuzla qatılacağıq”
İmran Xanla bağlı həbs verildi – Polis helikopterlə onu tutmağa getdi, ancaq.
Avropa Parlamenti Azərbaycana qarşı növbəti “qətnamə” hazırlığında. – “Almaz imperatoru” deputatları necə “ələ alır”?
Şakira məşhur futbolçunun anasını “cadugər”ə bənzətdi, balkona elə şey qoydu ki. – Xəyanət mahnısı rekord qırdı (VİDEO/FOTO)
İlham Əliyev Roma Papasına məktub göndərdi – MƏTN
“Azərsu” ASC-dən qiymət artımı ilə bağlı açıqlama: “Tarif Şurasına müraciət etməmişik”
Ərabakanın oğlu Ərdoğandan “arvadların döyülməsi”nə icazə tələb edir: “Şərtlərimiz qəbul olunub” – Kılıçdaroğlundan sərt etiraz (Yenilənib)
“8 imam nikahı, 1 kərə isə rəsmi nikahla evləndim” deyən model: “Sonra saydım, səhv demişəm” – FOTO
ƏN YAXŞI AKTRİSA, AKTYOR VƏ FİLMLƏR. – “Oskar”ın qalibləri bəlli oldu (SİYAHI)
Məşhur müğənni yarıçılpaq fotolarını yaydı: “Ulan, iki ay əvvəl. ” – FOTOLAR
Bakıda vəzifəli şəxslərə cinayət işi açıldı
Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan vəzifəli şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılmış araşdırmalarla Mərdəkan qəsəbəsi, M.Hüseynov küçəsi 20 ünvanında vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə meşə fonduna daxil olmayan 13 ədəd şam, 6 ədəd sərv, 1 ədəd qaraağac, 5 ədəd ayland, 14 ədəd söyüd ağaclarının, cəmi 39 ədəd ağacın qanunsuz kəsilməsinə, bununla da fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə 40 min 320 manat məbləğində mühüm zərərin vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması İstintaq idarəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir.
Cinayət tərkibi isfendiyar agayev
Vətəndaş Sakin Abdulhüseyin oğlu Ağayev Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Əkrəm Sabir oğlu Qəhrəmanovun fəaliyyətinən ölkə başçısına şikayət edib.
Modern.az-ın məlumatına görə, şikayət ərizəsində vətəndaş məhkəməni bir fırıldaqçı ilə cinayət əlaqələrinə girərək, qanunları pozmaqla ittiham edib.
Şikayəti aşağıda olduğu kimi təqdim edirik:
– Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Hörmətli Möhtərəm Prezident!
Nəzərinizə çatdırıramki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İbrahimov Fikrət Vəli oğlu adlı bir fırıldaqçı ilə cinayət əlaqələrinə girərək, aidiyat prinsipini pozmaqla iddiaçı və cavabdehlərin heç birinə aidiyyatı olmayan məhkəmədə, heç bir əsası olmayan iddia əsasında gizli şəkildə qurama məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən, iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanan «müqaviləyə» hüquqi sənəd kimi istinad etməklə 26.07.2017 – ci il tarixdə mənə və ailə üzvlərimə qarşı qanunsuz 2(094)-396/2017 saylı Qətnamə qəbul etmişdir (Yalnız iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanmış, mən və ailə üzvlərimin heç birinə aidiyyatı olmayan və bizim tərəfimizdən imzalanmayan, iş materiallarından götürülmüş saxta «müqavilənin» sürəti əlavə olunur).
Baxmayaraqki, bütün bu qanunsuzluqları və saxtakarlıqları təstiq edən sübutlar ortadadır və həmin faktlar kütləvi informasiya vasitələrində də yayımlanmışdır, kimlərinsə tapşırığı ilə bu biabırçı və ölkəmiz adına ləkə gətirən qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılmışdır. Bu haqqsızlıqlardan xəbər tutan Azərbaycanın 35 tanınmış ziyalısı 12 iyun 2019-cu il tarixdə müraciət edərək məhkəmələr tərəfindən mənim və ailə üzvlərimin başına gətirilmiş bu faciə barəsində Sizi məlumatlandıraraq bizim pozulmuş hüquqlarmızın bərpa edilməsinə yardım etməyinizi xahiş etmişlər (müraciətin surəti əlavə olunur). Lakin, təəssüf hissi ilə qeyd etmək istəyirəmki, bəhs etdiyimiz müraciətdən bir ay keçməsinə baxmayaraq, bu qanunsuzluqlar hələdə aradan qaldırılmamışdır.
Əlacsızlıq ucbatından mən həmin qətnamədən Avropa Məhkəməsinə şikayət vermək məcburiyyətində qalmışam. Lakin bu biabırşı qətnamənin Avropa Məhkəməsində müzakirəsinə qədər Ali Məhkəmənin Plenumuna çıxarilıb baxılması və ədalətli qərar qəbul edilməsi mümkündür!
Əlavə olaraq mən 21.06.2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciət edərək, məhkəməni aldatdığına və saxta sənəd təqdim etdiyinə görə İbrahimov Fikrət Vəli oğlu və bilə-bilə ədalətsiz qətnamə çıxarmış Pirallahı Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu barəsində cinayət işinin başlanması üçün şikayət ərizəsi vermişəm (şikayət ərizəsinin surəti əlavə olunur). Lakin, əməllərində açıq-aydın cinayət tərkibi olan bu şəxslər barəsində hələdə heç bir tədbir görülməmişdir.
Hörmətli Möhtərəm Prezident!
Mənim və ailə üzvlərimin həyatı təhlükədədir. Bir fırıldaqçının sifarişi ilə məhkəmə orqanları məni özümə qəsd etmək həddinə çatdırıblar. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən bu işi Ali Məhkəmənin Plenumuna çıxarilıb qanuna uyğun şəkildə baxılması və ədalətli qərar qəbul edilməsi, bu iş üzrə əməllərində açıq-aydın cinayət tərkibi olan şəxslər barəsində cinayət işinin başlanılması məsələlərini nəzarətə götürməyinizi və məni şəxsən qəbul etməyinizi xahiş edirəm.
Ailəmizin ümüdü Sizədir, Möhtərəm Prezident!
Hörmət və ehtiramla,
Ağayev Sakin Abdulhüseyin oğlu,
10 iyul 2019-cu il
Əlaqə telefonu: 012 490 29 13, mob. 050 213 13 04.
Ünvan: Bakı şəh., İnşaatçılar pr-ti, ev 4a, mənzil 41.
Məhkəmənin istinad etdiyi saxta müqavilə
Comments are closed, but trackbacks and pingbacks are open.