Cinsi Sevginin Metafizikası
Zehrimar! Bizim üçün dinin safliq seanslari çoxdan bitib .Masqasini taxa biler artiq. Bizim üçün içindeki “insanliq duygulari".
Xəyanət, Arthur Schopenhauer və sevginin metafizikası
Arthur Schopenhauer və anası arasındakı gərginlik 17 yaşında olarkən atasını itirdiyi vaxtdan orta yaş dönəmlərinə qədər davam edir. Ana Johanna Hanrietta “azad bir sevgi eşqinə” ərinin ölümündən sonra Weimara gedir. Bu qopma uzun illər çəkir. Filosofun həyatından yazan yazarlar məhz bu amili onun qarşı cinsə münasibətinə əsas təsir səbəbi sayırlar.
Schopenhauer qadınlara qarşı qəddar rəftar edir, bu, danılmaz faktdı. Amma onun qəhrəman qadınları kimlərdi? Təbiətin birbaşa qanunları ilə yaşayan, instinktiv hərəkətlə rəftar edən dişilər. O, sosiallaşmış qadını (ümumiyyətlə insanı) analiz etmir, onun işi insanın təbiəti, onun instinktləri üzərində baş sındırmaqdı. Bu, mövzuya giriş üçün önəmli qeyddi.
Xəyanət mövzusu az qala hər gün gündəmin mərkəz nöqtələrində özünə yer tapır. İstər sıravi – sadəcə instinktləri ilə yaşayan insanların mühitində olsun, istər həyat və təbiət barədə möhkəm fikirləri olan inkişaf etmiş şüurlu varlıqlar arasında, mövzu nəinki mahiyyətini, heç formasını da dəyişmir.
Bu mövzuda insanı ilk olaraq təbiət insanı və onu özünün uydurduğu qaydalar sistemi ilə formalaşdıran – cəmiyyət insanı olaraq iki yerə ayırmalıyıq.
Təbiət insanının – xammalın heyvani instinktlər üzərində formalaşmış, davranışı bir meymunun davranışından qətiyyən fərqlənməyən varlıq olması danılmaz həqiqətdi. O, böyüdükcə təbiətin ana qanununu – törəməni həyata keçirəcək silaha çevrilir və beləcə həyatındakı seçim xaosuna düşür. Onun bu seçimində və bu seçimi davam etdirməsində heç bir məhdudiyyət, qayda yoxdu. Onun üçün partnyorun əqidəsi, rəngi və s. önəmli deyil. Onun üçün önəmli olan bunun zəncirvari olması, halqaların maksimum saya çatmasıdı.
Sosiallaşmış heyvan olan insan isə eyni formada böyüyüb seçim xaosuna düşəndən sonra beynini onu məhdudlaşdıran zəhərlərlə dolmuş görür. Beləcə, biz təbiətin ona verdiyi əsas funskiyanı yerinə yetirməkdə aciz varlıqlar görürük. Əxlaqi çərçivələr, maddi durum, dövlətin qanunları, üzərindəki başqa təzyiqlərlə boğuşan bu sosial heyvan məhz bu buxov və təbiət əmrləri arasında sıxışıb qalır.
Təbiət ona gördüyü hər qarşı cinsə “hücum” komandası verir, cəmiyyət normaları isə “dişini sıx”. Məhz bu iki divar arasında qalan qəhrəmanımız gah o, gah bu divarın əmrlərinə görə rəftar edir və beləcə gözümüzün qarşısında xaotik-nizamlı insan həyatı canlanır.
Əslində, bu da bir faktdı ki, çoxalma funskiyası təbiətin bizimlə oynadığı aşkar oyundu. Biz onun alətiyik, daha açıq formada, hamımız – bütün canlılar təbiətin cinsiyyət orqanıyıq.
Xəyanət mövzusuna nöqtə qoymaq fikrim yoxdu. Bu mövzuda nöqtə o halda qoyulardı ki, törəyən varlıqlar törədikləri varlıqlara həyat verdikdən sonra ölərdilər. Bir növ, özünü kopyalama mexanizminə qarşılıq kimi, çevrilmə üsulu.
Amma bu qayda təbiətə sərf etmir. Törəyən varlıqlardakı mümkün problemləri də nəzərə alsaq, bu çevrilmə üsulu zamanla irqin sonunu gətirə bilərdi. Təbiətə isə maksimum çoxalma lazımdır.
Qısası, Arthur Schopenhauerin – Cinsi sevginin metafizikası yazısı xəyanət və insanın cinsi arzuları barədə fikirlər formalaşdırmağa çalışan hər kəsin stolüstü kitabı ola bilər. Dünya – iradə və təsəvvür kimi əsərinin bir hissəsi olan bu yazı olduqca kəskin və parlaq fikirlərlə zəngindi. Əlbəttə, dünyada xəyanətdən hüquqi akt kimi danışmaq da dəbə düşəcək. Söz azadlığı, ifadə azadlığı, xəyanət azadlığı. Və cinslərin bərabərləşdiyi dünyada azadlıqlar hansısa cinsə spesifik deyil.
Schopenhauerin əsəri isə sosial heyvanın uydurduğu, heç bir məna kəsb etməyən və obyektivlik daşımayan bu illüziyalardan bəhs etmir. O, insanın dərininə enir, onun təbiət əmrlərini yerinə yetirən mexanizmlərini incələyir:
“Deməli, cinsi sevginin təməlində sadəcə törəməsi vacib olan fərdə yönəlmiş bir instinktin yatdığı həqiqətini göstərmək üçün bu instinkti onu meydana gətirən hissələrinə bölməliyik. Hər şeydən əvvəl kişinin təbiətinə görə sevgidə vəfasızlığa, qadının isə əbədi sədaqətə meyilli olması həqiqəti bu incələmənin içindədi. Kişi sevgisi doyduğu andan etibarən hiss ediləcək dərəcədə azalır: demək olar ki, bütün başqa qadınlar onu sahib olduğundan daha çox cəzb edirlər. Kişi dəyişiklik istəyir. Qadın sevgisi isə məhz o andan sonra artmağa başlayır. Bu, növü qoruyub onu davam etdirməyə və bu baxımdan mümkün olan qədər daha çox çoxalmağa yönəlmiş bir təbiət məqsədinin nəticəsidi. Bilirik ki, kişi ona yetərli qədər qadın verilsə, asanlıqla bir ildə yüz uşaq “yarada bilər”. Qadın isə istədiyi qədər kişiyə sahib olsa belə, əkiz ehtimalını çıxsaq, ildə sadəcə bir uşaq dünyaya gətirə bilər. Buna görə də kişinin gözü hər zaman başqa qadınlardadı: qadın isə bunun qarşılığında bir kişiyə möhkəm sarılır. Çünki təbiət onun instinktləri ilə və heç düşünmədən gələcəkdəki doğumun bəsləyicisi və qorucusu olan kişini yanında saxlamasına vadar edir. Ona görə də, kişinin qadına sədaqəti qurma bir şeydi, qadının sədaqəti isə təbiidi. Başqa sözlə, qadının xəyanəti obyektiv olaraq nəticələri baxımından, subyektiv olaraq təbiətə qarşı olması baxımından daha az bağışlanası xəyanət hesab edilir”.
Biz təkamülü tamamlamamış natamam varlıqlar, eyni zamanda, təbiət əmrlərini yerinə yetirən biçarələr olduğumuzu inkar etdiyimiz anda bu tip bəşəri suallar qarşısında aciz qalırıq. Özümüzü təbiət və cəmiyyət arasındakı divar arasında sıxışdırılmış vəziyyətdə görmək istəməsək belə, bu reallığı qəbul etməliyik.
Necə deyərlər, mən insanam və missiyam cılızlığım üzərinə böyük mənalar yükləyənləri pərişan etməkdir.
Rəsm: Venus and Adonis (Titian)
Cinsi Sevginin Metafizikası
Kişi öz cinsi tələbatını ödədikdən sonra onun sevgisi gözə çarpacaq dərəcədə zəifləyir, bu vaxt demək olar ki, istənilən başqa bir qadın onun üçün artıq yiyələnd.
Kişi öz cinsi tələbatını ödədikdən sonra onun sevgisi gözə çarpacaq dərəcədə zəifləyir, bu vaxt demək olar ki, istənilən başqa bir qadın onun üçün artıq yiyələndiyi qadından daha cazibəli olur və o dəyişiklik yanğısı ilə alışıb yanır; qadının sevgisi isə, əksinə, bu andan başlayaraq artmağa başlayır. Bu təbiətin özü üçün qarşıya qoyduğu məqsədin nəticəsidir: Təbiət istənilən canlı növünün qorunub saxlanılmasında və daha çox artıb törəməsində maraqlıdır. Doğrudan da, əgər kişinin sərəncamında yüz qadın olsa, o bir il ərzində çox asanlıqla dünyaya yüz uşaq gətirə bilər; qadınlar isə, əksinə, neçə kişi ilə münasibətdə olmasından asılı olmayaraq, bir il ərzində yalnız bir uşaq dünyaya gətirə bilər (burada əkizləri nəzərə almıram). Buna görə də kişi başqa qadınlara göz yetirib onların arasından öz tələbatını ödəmək üçün yenilərini axtarır, qadın isə bir kişiyə daha güclü bağlanır, çünki bu vaxt təbiət qadını instinktiv olaraq, refleksə uymağa yol qoymadan, doğulacaq körpənin müdafiəsini və yeməyini təmin edəcək şəxsin qayğısına qalmağa sövq edir. Bu səbəbdən də evlilikdə kişinin qadına sadiqliyi süni, qadının kişiyə sadiqliyi isə təbii xarakter daşıyır və beləliklə də, qadının törətdiyi zina, verə biləcəyi obyektiv nəticəyə görə, habelə subyektiv baxımdan yanaşıldıqda da, kişilərin törətdiyi zina ilə müqayisədə özünün qeyri-təbiiliyinə görə daha bağışlanmazdır
- Marka Kosmo
- Məhsul Kodu 0000
- Anbardakı sayı 10
- Qiyməti 6,00 AZN
QulYabani
Ağ duman Bir yəhudi və ya ərəb, bir qocadır bizimlə tək, söhbət edir aram-aram, imkan vermir bizlərə də, təbiətin meşələri və yaxud .
Başqa birinə baxıb öz halına şükür etmək. Yəqin ki, hər kəs uşaqlıqdan öz valideynlərinin ve ya başqa insanların dilindən biriləri.
Aktual mövzu, qlobal fərziyyə, mediativ bombardman.. Bu 3 birləşmə mövzuya aydınlıq gətirən açar sözlər olsa gərək. Ilk öncə səhv anla.
Yes Smoking! Siqaretin zərərli olmaqdan daha çox zərərli olmadığı məqamlar var. “Siqaret birdən öldürməz, yavaş-yavaş öldürər&q.
Antiqona qedim yunan mifologiyasinda Tebai krali Edip’in (Oedipius) qizidir. Edip yunan mifologiyasina göre öz anasi ile evlendiyini.
Zehrimar! Bizim üçün dinin safliq seanslari çoxdan bitib .Masqasini taxa biler artiq. Bizim üçün içindeki “insanliq duygulari".
Qəribə və uzun bir gün idi. Bütün şəhəri gəzmişdik. Evin qapısını acarımla acdım. Qonaq otagına keçmədim, evdəkilərlə salamlaşmadan ön.
Uşaqlıqdan bəri mənə ən maraqlı gələn nağıl olub. Hal-hazırda da bu nağılın leytmotivində nəyin gizləndiyini, əsas qayəsini tapmağa çalışıra.
Comments are closed, but trackbacks and pingbacks are open.