Press "Enter" to skip to content

Ali məktəbin rüşvətə görə təqsirləndirilən sabiq əməkdaşına hökm oxunub

Bununla əlaqədar olaraq, ədalətli məhkəmə araşdırmasına toxunarkən cinayət-prosessual hüquqda qanunçuluq prinsipinin hüququn ümumi prinsipi hesab olunduğunu xüsusilə qeyd edən Avropa Məhkəməsinin mövqeyinə ayrıca diqqət yetirmək lazımdır. O, cinayət hüququnun qanunçuluğu ilə cütlük təşkil edir və «nullum cudicium sine lege» kəlamı ilə təqdim olunur.

Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında

Azərbaycan Respublikasında yeni Cinayət Məcəlləsinin qəbul edilməsi ilə əlaqədar məhkəmə təcrübəsində cəza təyinini tənzimləyən normaların tətbiqi ilə bağlı yeni məsələlər meydana çıxmışdır. Yeni cinayət qanunvericiliyində cinayətlərin təsnifatı və cəzaların növləri məsələlərində əvvəlki qanunvericilikdən fərqli anlayışlar müəyyən edilmiş, yaxud qanunvericiliyə yeni istilahlar daxil edilmişdir.

Cəzanı yüngülləşdirən və ağırlaşdıran halların siyahısı dəqiqləşdirilmiş, başa çatmayan cinayətə görə, iştirakçılıqla törədilmiş cinayətə görə, residivə görə, cinayətlərin və hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi sahəsində bir çox hallarda imperativ xarakter daşıyan yeni normalar müəyyən edilmişdir. Cinayət məsuliyyətindən və cəzadan azad etmə, məhkumluğun ödənilməsi məsələlərində də dəyişikliklər edilmişdir.

Təbii ki, cinayət qanunvericiliyinin yeni normalarının anlayışında və tətbiqində məhkəmələr müəyyən çətinliklərlə qarşılaşmışlar. Son illərin məhkəmə təcrübəsi göstərir ki, cəzanı yüngülləşdirən hallar olduqda, residivə görə, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi məsələlərində məhkəmələr daha çox səhvlərə yol verirlər. Şərti məhkum etmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması məsələlərinin məhkəmələr tərəfindən eyni cür qavranılmaması, nəticədə məzmun etibarilə biri-digəri ilə uzlaşmayan qərarlar qəbul edilməsi halları da mövcuddur.

Məhkəmələr tərəfindən cinayət cəzaları təyin edilməsi məsələlərində yol verilən nöqsanların gələcəkdə aradan qaldırılması və bu sahədə qanunların eyni cür tətbiq edilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

QƏRARA ALIR :

1. Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.

Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.

Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir.

Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir.

Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.

2. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.

Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Cərimə növündə cəza təyin edərkən məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin miqdarı hökm çıxarılan vaxt üçün hesablanmalıdır.

CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir.

Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz.

Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir.

3. Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir.

Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır.

Təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması və ya CM-nin 53.5-ci maddəsində sadalanan sosial qruplardan olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda və həmin sosial qrupdan olan məhkuma ağır cəza verilməsinə əsaslar olmadıqda yuxarıda qeyd edilən hallar işin müstəsna halı kimi və CM-nin 62-ci maddəsinin tətbiqinə əsas verən amil kimi qiymətləndirilə bilər.

4. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır.

CM-nin 59.1.9-cu maddəsilə nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Bu zaman nəzərə almaq lazımdır ki, şübhəli şəxs kimi saxlandığı zaman təqsirkarın cinayət hadisəsi törətməkdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna almaq kimi qiymətləndirilə bilməz.

Cinayət törədilməsi faktı üzrə başlanmış iş üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmişdirsə, şəxsin bu əməli onun tərəfindən törədilməsi barədəki ərizəsi və ya məlumatı könüllü gəlib təqsirini boynuna almaq kimi qiymətləndirilməlidir. Artıq cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi də könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir.

Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən könüllü gəlib təqsirini boynuna alma kimi yüngülləşdirici hal yalnız təqsirkarın özünün etiraf etdiyi cinayətlərlə əlaqədar nəzərə alınmalıdır.

5. Qanunun mənasına görə CM-nin 60-cı maddəsində müəyyən olunan qaydalar 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallardan ən azı birinin olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq oluna bilər. Cəzanı ağırlaşdıran hallar dedikdə CM-nin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-nin 59.1.9 və 59.1.10-cu maddələri ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-nin 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin bu zaman CM-nin 62-ci maddəsinə mütləq istinad edilməlidir.

CM-nin 59.1.9 və 59.1.10-cu maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.

6. Cəzanı ağırlaşdıran halların siyahısı CM-nin 61-ci maddəsində göstərilənlərdən ibarətdir və onlar geniş təfsir oluna bilməz.

Cinayətin alkoqollu içkilərdən, narkotik, psixotrop və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində törədilməsi qanunla cəzanı ağırlaşdıran hallara aid edilməmişdir. Lakin belə məlumatlar CM-nin 58.3-cü maddəsinə uyğun olaraq müvafiq əsaslar olduqda şəxsiyyəti səciyyələndirən məlumatların qiymətləndirilməsi zamanı nəzərə alına bilər.

7. Cinayətlərin residivinin qanunla (CM-nin 18.1-ci maddəsi) qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar CM-nin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir.

CM-nin 18-ci maddəsinin mənasına görə cinayətlərin residivinin mövcudluğu məsələsi həll edilərkən qəsdən törədilən cinayətlərə görə məhkum olunmuş şəxsin bu cinayətlərdən hər hansı birinin törədilməsində icraçı və iştirakçı olması, yaxud törətdiyi cinayətin başa çatıb-çatmamasının əhəmiyyəti yoxdur. Həm də nəzərə almaq lazımdır ki, CM-nin 18.4-cü maddəsinə görə yetkinlik yaşına çatmayana qədər törədilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

2000-ci ilin sentyabrın 01-dən əvvəl qəsdən törədilən cinayətlərə görə məhkumluqlar ödənmədikdə və ya götürülmədikdə həmən tarixdən sonra qəsdən cinayətlərin törədilməsi cinayətin residivini yaradır.

8. CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır.

Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır.

CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər.

CM-nin 62.1-ci maddəsinin mənasına görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ, daha yüngül cəzaların olması (məsələn, CM-nin 177.2 və 178.2-ci maddələri) həmin maddədə müəyyən edilmiş hər hansı cəza növünün aşağı həddindən də az cəza təyin edilməsinə mane olmur.

Eyni zamanda nəzərə almaq lazımdır ki, törədilmiş cinayət üçün qanunda alternativ cəzalar qismində yalnız cərimə və azadlıqdan məhrumetmə növündə cəzalar nəzərdə tutulmuşsa, bu zaman CM-nin 62-ci maddəsini tətbiq etməklə maddədə göstərilənlərdən başqa cəza növü seçilə bilməz. Çünki 62-ci maddədə belə hallarda «maddədə müəyyən ediləndən daha yüngül cəza növü» təyin edilməsindən söhbət gedir. Cəzaların təsnifatına görə isə (CM-nin 42-ci maddəsi) ən yüngül cəza növü cərimə cəzası hesab edilmişdir.

Maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-nin 53-cü maddəsi xatırlanmadan birbaşa CM-nin 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər.

Şəxs CM-nin Xüsusi Hissəsinin bir neçə maddəsi ilə təqsirli bilindikdə və ona bu maddələrin hər birinin sanksiyalarında nəzərdə tutulan cəzalardan aşağı həddə cəza təyin edilməsi zərurəti yarandıqda CM-nin 62-ci maddəsi ilə müəyyən edilən qaydalar hər bir maddə üzrə ayrıca tətbiq olunmalı və yalnız bundan sonra qəti cəza CM-nin 66-cı maddəsi ilə müəyyən edilən qaydalarda təyin edilməlidir. Cinayətlərin məcmusu üzrə qəti cəza təyin edildikdən sonra CM-nin 62-ci maddəsinin tətbiq olunması yolverilməzdir.

9. CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız CM-nin 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər.

Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır.

Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz.

10. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63,66 və 67-ci maddələrinin müddəalarına uyğun cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və ya miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrumetmədən çox olmamalıdır. Belə hallarda, habelə yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin aşağı həddi 10 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası nəzərdə tutduqda 10 il azadlıqdan məhrumetmə cəzası təyin edərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.

Şəxsin təqsirli bilindiyi bir neçə cinayətin bir qismi yetkinlik yaşına çatanadək, digər qismi yetkinlik yaşında törədilmişsə məhkəmə cinayətlərin məcmusu üzrə cəza təyin edərkən əvvəlcə CM-nin 85-ci maddəsinin tələblərini nəzərə alaraq 18 yaşına çatanadək törədilmiş cinayətlərə görə, sonra isə yetkinlik yaşında törədilmiş cinayətlərə görə cəzanı təyin edir və CM-nin 66-cı maddəsinə uyğun olaraq cəzaları birləşdirir.

11. Cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivi zamanı cəza təyin edərkən məhkəmələr CM-nin 65.1 və 65.2-ci maddələrində göstərilmiş halları nəzərə almalıdırlar. Birinci instansiya məhkəmələri tərəfindən həmin qaydaların pozulduğu hallarda apellyasiya instansiyası məhkəməsi dövlət ittihamçısının apellyasiya protestinə və ya zərərçəkmişin apellyasiya şikayətinə əsasən hökmü CPM-nin 397.2, 398.1.4, 399.1.4, 399.1.5 403, 404 və 405.1-ci maddələrinə uyğun olaraq dəyişdirməlidir.

CM-nin 65.3-cü maddəsi ilə müəyyən edilən qaydalar yalnız o vaxt tətbiq edilir ki, CM-nin Xüsusi hissəsinin maddəsi şəxsin məhkumluğunu yeni törədilmiş cinayətin tövsifedici əlaməti kimi nəzərdə tutsun. (məsələn, 177.3.3 və 178.3.3-cü maddələri) CM-nin 65.3-cü maddəsinin qaydaları digər ağırlaşdırıcı əlamətlər, məsələn təkrarlıq barəsində tətbiq olunmur. Müstəsna hallar (CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-nin 65.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviri- əsaslandırıcı hissəsində CPM-nin 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticəvi hissəsində yalnız CM-nin 62-ci maddəsinə istinad edilməlidir.

12. Cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törətdildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda cəza CM-nin 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-nin 65.2-ci maddəsinə görə belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəza isə müvafiq olaraq CM-nin 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir.

13. Bir neçə cinayət törədilməsində təqsirli bilinən şəxs onlardan heç birinə görə məhkum edilmədikdə və onun hərəkətləri cinayətin təkrar törədilməsi kimi tövsif olunmuşdursa (məsələn, CM-nin 120.2.10-cu, 177.2.2-ci maddələri) cəza təyin edilərkən həmin hal CM-nin 61.3-cü maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. İş üzrə cəzanı ağırlaşdıran hallar yoxdursa və CM-nin 59.1.9-cu və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda CM-nin 60-cı maddəsinin göstərişinə uyğun olaraq təyin edilən cəzanın müddəti və miqdarı CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasını nəzərdə tutan daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

Əvvəlki məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin əməli cinayətin təkrar törədilməsi əlaməti üzrə tövsif edilmişdirsə, cinayətlərin residivinin, (o cümlədən hansı növünün) olub-olmaması CM-nin 18-ci maddəsinə müvafiq olaraq müəyyən edilməlidir.Cinayətlərin residivi müəyyən olunduqda CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilmir, belə ki, burada CM-nin 61.1.1-ci maddəsində göstərilən ağırlaşdırıcı hal (cinayətlərin residivi) mövcuddur. Belə hallarda əgər CM-nin Xüsusi hissəsinin maddəsi cinayət törətmiş şəxsin məhkumluğunu ağırlaşdırıcı əlamət kimi göstərmirsə və müstəsna hallar (CM-nin 62-ci maddəsi) yoxdursa cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinin müddəaları rəhbər tutulmalıdır.

14. Cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaların tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar.

Qanun cinayətlərin məcmusu üzrə müxtəlif növ cəzaların toplanmasını istisna etmədiyindən belə hallarda CM-nin 68-ci maddəsi ilə müəyyən edilən qaydalar rəhbər tutulmalıdır. Cinayətlərdən birinə görə cərimə, digərinə görə daha ağır cəza növü müəyyən edilmişsə CM-nin 66.2-ci maddəsinə əsasən cəzalar birləşdirilərkən məhkəmələr qəti cəza təyini üçün seçilmiş qaydadan asılı olaraq cərimə cəzasının daha ciddi cəza ilə əhatə edilməsi və ya cəzaların toplanması barədə qərar qəbul edə bilər. Cəzalar toplanarkən CM-nin 68.2-ci maddəsinin belə bir müddəasını rəhbər tutmaq lazımdır ki, bu halda cərimə cəzası müstəqil icra olunur.

15. Şəxs bir neçə başa çatmamış cinayət törətmişsə onlardan hər birinə görə cəza CM-nin 63-cü maddəsinə uyğun təyin edilir, lakin cinayətlərin məcmusu üzrə qəti cəza CM-nin 66.2 və 66.3-cü maddələri ilə müəyyən edilən qaydalara uyğun olmalıdır. Bu zaman CM-nin 66.2-ci maddəsi ilə müəyyən edilən qaydalara uyğun təyin edilmiş azadlıqdan məhrumetmə növündə qəti cəzanın müddəti törədilmiş cinayətlərdən daha ağırı üçün CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilən cəzanın yuxarı həddindən, CM-nin 66.3-cü maddəsinin müəyyən etdiyi qaydalara uyğun təyin edilmiş cəzanın müddəti isə 15 ildən çox ola bilməz.

Bir və ya bir neçə cinayətlərə görə CM-nin 66-cı maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edildikdə də həmin qaydalar tətbiq edilir.

16. Birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır.

Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz.

17. Məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir.

Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir.

CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır.

18. Məhkəmənin cəzalanmalı olan əməli cinayət qanunun bir maddəsindən daha yüngül məsuliyyət müəyyən edən bir neçə maddəsinə tövsif etməsinə o vaxt yol verilir ki, belə tövsif məhkumun vəziyyətini ağırlaşdırmasın, onun müdafiə hüququnu pozmasın. Belə hallarda ciinayətlərin məcmusuna görə təyin edilən cəza şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqda qərarda və ittiham aktında göstərilən CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan maksimum cəzadan artıq olmamalıdır.

Bu müddəalar işlərə apellyasiya və kassasiya qaydasında baxılması hallarına da aiddir.

19. Məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır. Çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar tərəfindən çəkilməsi təxirə salınmış cəza müddəti aiddir.

Əvvəlki hökm üzrə çəkilməmiş əlavə cəza hökmlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaya yalnız əlavə cəza qismində birləşdirilə bilər, yaxud yeni hökmlə təyin edilmiş həmin növdən olan əlavə cəza ilə CM-nin Ümumi hissəsinin müvafiq maddəsinin bu cəza növü üçün müəyyən etdiyi hədlərdən çox olmamaqla toplanıla bilər.

Bir neçə hökm üzrə islah işləri növündə cəza təyin edərkən islah işlərinin müddətləri ancaq CM-nin 67-ci maddəsi ilə müəyyən edilmiş qaydada toplanıla bilər. Bu zaman hökmlərin məcmusu üzrə islah işi cəzasının müddəti iki ildən artıq ola bilməz. Əmək haqqından tutulmaların miqdarı (faizlər) toplanıla bilməz.

20. CM-nin 69.4-cu maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-nin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır.

21. Birinci hökm üzrə təyin olunmuş və məhkəmə tərəfindən şərti hesab olunmuş cəzanın da hökmlə təyin olunmuş cəzaya tam birləşdirilməsi zamanı məhkəmə birinci iş üzrə qətimkan tədbiri və ya tutma qaydasında həbsdə (əgər belə tədbir tətbiq olunmuşsa) olunma müddətini hökmlərin məcmusu üzrə cəzanın qəti müddətinə hesablamalıdır.

Birinci hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası CM-nin 77-ci maddəsinə uyğun olaraq, yaxud amnistiya aktı və ya əfv etmə qaydasında daha yüngül cəza ilə əvəz edildikdən sonra şəxs tərəfindən yeni cinayət törədilmişdirsə, ikinci hökm üzrə təyin edilən yeni cəzaya daha yüngül cəzanın çəkilməmiş hissəsi birləşdirilir.

Azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur.

Hərbi qulluqçuların cinayət törətmələri ilə əlaqədar hauptvaxtda olduqları müddət məhkəmə tərəfindən hökm çıxarılarkən cəza müddətinə hesablanır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 1991-ci il 25 dekabr tarixli Qanununun 35-ci maddəsinə əsasən intizam qaydasında həbs edilən, həmçinin «Sərhəd Qoşunları haqqında» Azərbaycan Respublikasının 1994-cü il 6 yanvar tarixli Qanununun 5-ci maddəsinə əsasən inzibati qaydada saxlanılan şəxslər həmin əməllərə görə sonradan cinayət məsuliyyətinə cəlb edildikdə də eyni qayda tətbiq olunur.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır.

22. CPM-nin 519-cu maddəsi ilə nəzərdə tutulmuş qaydada şəxsin islah işləri cəzasını çəkməkdən boyun qaçırmasının qərəzli olub-olmaması məsələsinə baxarkən məhkəmələr məhkum barəsində məhkəmə icraçısı tərəfindən Cəzaların İcrası Məcəlləsinin 51-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada xəbərdarlıqların tətbiq olunmasının əsaslılığını yoxlamalı, məhkuma yazılı şəkildə xəbərdarlıq edildikdən sonra onun tərəfindən cəza çəkmənin şərtlərinin yenidən pozulmasının səbəblərini, habelə məhkumun işləmək arzusunun olmamasına dəlalət edən digər halları (işə sərxoş vəziyyətdə gəlmə, işdə boşdayanma, işdən çıxma və üzürlü səbəb olmadan başqa işə girməmə və s.) aydınlaşdırılmalıdır.

CM-nin 49.3-cü maddəsinə uyğun olaraq şəxs islah işlərini çəkməkdən qəsdən boyun qaçırdıqda məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edə bilər (üç gün islah işlərini bir gün azadlıqdan məhrumetmə ilə əvəz etməklə). Bu qayda həm də o halda tətbiq olunur ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasındakı azadlıqdan məhrumetmə cəzasının müddəti islah işləri bu növ cəza ilə əvəz edildikdən sonra müəyyən edilən müddətdən az olsun, yaxud maddənin sanksiyasında ümumiyyətlə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmasın.

23. Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Yalnız müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası CM-nin Xüsusi hissəsinin maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulmuşdursa, onun əlavə cəza qismində tətbiqinə yol verilmir.

CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz.

Maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın.

Məhkəmələrə həmçinin tövsiyə edilir ki, müvafiq hallar olduqda və cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəza təyin edərkən əsas peşəsi nəqliyyat vasitəsini idarə etmə olan şəxslər barəsində bu növ əlavə cəzanın tətbiqinin məqsədə uyğunluğu məsələsini müzakirə etsinlər.

24. Şəxs bir neçə cinayətin törədilməsində təqsirli bilindikdə CM-nin 65 və CPM-nin 353.4.2-353.4.3-cü maddələrinə uyğun olaraq hökmün nəticəvi hissəsində hər bir cinayətə görə təyin edilmiş əsas və əlavə cəzaların növü və həddi, cinayətlərin məcmusu üzrə qəti cəzanın növü və miqdarı öz əksini tapmalıdır. Cinayətlərdən hər hansı birinə görə əlavə cəza təyin edilməmişdirsə, cinayətlərin məcmusu üzrə belə cəza növü tətbiq oluna bilməz.

İki və ya daha çox cinayətə görə əsas cəza ilə yanaşı eyni növ əlavə cəzalar təyin edilmişdirsə cəzaların tam və ya qismən toplanması zamanı onun qəti müddəti və ya miqdarı CM-nin Ümumi hissəsində bu əlavə cəza növü üçün nəzərdə tutulmuş həddən çox ola bilməz. Məcmuya daxil olan ayrı-ayrı cinayətlərə görə müxtəlif növ əlavə cəzalar təyin edilmişdirsə, onlar cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilən hallarda da müvafiq müddət və miqdar göstərilməklə hökmdə əks etdirilməlidir.

25. Şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər.

Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər.

Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur.

Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır.

26. CM-nin 71-ci maddəsinə uyğun olaraq şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri sınaq müddəti ərzində yerinə yetirməkdən mütəmadi və ya qərəzli surətdə boyun qaçırdıqda, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkumetmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarmağa haqlıdır.

Burada mütəmadilik dedikdə şərti məhkum edilən şəxsə qadağan olunmuş hərəkətlərə il ərzində iki dəfədən çox yol verilməsi və ya etməli olduğu hərəkətlərin il ərzində iki dəfədən çox yerinə yetirilməməsi, yaxud məhkəmələr tərəfindən üzərinə qoyulmuş vəzifələrin 30 gündən çox müddətə ardıcıl icra olunmaması, qərəzlilik dedikdə isə bu vəzifələrin şərti məhkumetmənin çəkilmə qaydasının təkrar pozulmasına yol verməmək barədə nəzarət orqanı tərəfindən edilən yazılı xəbərdarlıqdan sonra da təkrar yerinə yetirilməməsi və ya şərti məhkum edilən şəxsin nəzarətdən gizlənməsi nəzərdə tutulur.

CM-nin 70.4-cü maddəsinə uyğun olaraq barəsində sınaq müddətinin ən yuxarı həddi təyin edilmiş şərti məhkum edilən şəxs üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə inzibati tənbehə məruz qalmışsa məhkəmə onun davranışını və şəxsiyyətini səciyyələndirən başqa məlumatları nəzərə alaraq CM-nin 71.2-ci maddəsinə əsasən sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər.

27. Sınaq müddəti ərzində ehtiyatsızlıqdan və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət etmiş şəxs barəsində şərti məhkum etmənin ləğvi və ya qüvvədə saxlanılması məsələsinə baxarkən birinci və ya ikinci cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və sınaq müddəti ərzində davranışı barədə məlumatlar nəzərə alınmalıdır. Belə məlumatların aydınlaşdırılması üçün zəruri olduqda şərti məhkum edilmiş şəxsin davranışı üzərində nəzarəti həyata keçirən dövlət orqanının nümayəndəsi məhkəməyə çağrıla bilər. Şərti məhkum edilən şəxsin sınaq müddəti ərzində özünü mənfi tərəfdən səciyyələndirdiyi, üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyi, ictimai qaydanı pozduğu və s. müəyyən edilərsə məhkəmə CM-nin 71.3-cü maddəsinə əsasən şərti məhkumetməni ləvğ edə (qəbul edilmiş qərarı əsaslandırmaqla) və hökmlərin məcmusu üzrə cəza təyin edə bilər.

Məhkəmə şərti məhkumetmənin saxlanması qərarına gələrsə hökmün təsviri əsaslandırıcı hissəsində bunu əsaslandırmalı, nəticəvi hissəsində isə birinci hökm üzrə şərti məhkumluğun müstəqil olaraq icra edilməli olduğunu göstərməlidir.

Şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur.

28. Məhkəmələr məhkumlara cəza növü və həddi ilə, o cümlədən CM-nin 60, 63 və 65-ci maddələrinin tətbiqi ilə bağlı məsələlər üzrə nəticələrini CPM-nin 353.2-ci maddəsinə uyğun olaraq hökmdə əsaslandırmalıdırlar.

Cəza təyini məsələsi hökmdə elə formada əks olunmalıdır ki, icra zamanı onun növü və ya həddinə münasibətdə heç bir şübhə meydana çıxmasın. CPM-nin 353.4-cü maddəsinə uyğun olaraq hökmün nəticəvi hissəsində hər bir cinayət üzrə məhkuma təyin olunan əsas və əlavə cəzaların növləri və miqdarları, cinayətlərin və hökmlərin məcmusu üzrə məhkumun çəkməli olduğu əsas və əlavə cəzaların növü və miqdarı öz əksini tapmalıdır.

Azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir.

29. Bu qərarın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunması təcrübəsi haqqında» 1997-ci il 30 dekabr tarixli 3 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri

S.C.HƏSƏNOVA

Bakı şəhəri, 25 iyun 2003-cü il

Ali məktəbin rüşvətə görə təqsirləndirilən sabiq əməkdaşına hökm oxunub

BAKU.WS “report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

K.Quliyevanın barəsində CM-nin 79.1-ci (hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsi tətbiq edilməklə, himayəsində olan 2015-ci il təvəllüdlü övladı 14 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınıb.

Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.

İttihama görə, Azərbaycan Texniki Universitetinin Tədris hissəsinə dispetçer və mütəxəssis vəzifəsində çalışmış K.Quliyeva həmin universitetdə təhsil almış tələbələrdən 2019-cu ildə kəsr imtahanları üzrə məqbul qiymətlərin yazılmasına köməklik göstərməsi üçün rüşvət alıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan qadının barəsində CM-nin rüşvət verməyə təhrik etmə maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründü K.Quliyeva tələbələrdən aldığı pulları geri qaytarıb.

Cm-nin 180-cı maddəsi hökm

12.05.09 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin

397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair

12 may 2009-cu il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun iştirakı ilə,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri İ.Cəfərovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi E.Əsgərovun,

ekspertlər: Bakı Dövlət Universiteti hüquq fakültəsinin «Cinayət prosesi» kafedrasının müdiri, hüquq elmləri namizədi, dosent F.Abbasova və «Azərbaycan» Universitetinin «Hüquqi fənlər» kafedrasının müdiri, hüquq elmləri namizədi, dosent A.Yusubovun,

mütəxəssislər: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadə və Bakı Apellyasiya Məhkəməsinin hakimi Q.Məmmədovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrində nəzərdə tutulan müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğunun 30 yanvar 2009-cu il tarixli 08/4809 saylı sorğusu üzrə konstitusiya işinə baxdı.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmçinin cinayət prosesi üzrə Avropada tanınmış mütəxəssislər Niderland Tilburq Universitetinin professoru A.van Kalmtut və Almaniya Berlin Frey Universitetinin professoru X.Xorstkotta müraciət edərək onlardan baxılan məsələ ilə bağlı yazılı fikirlər almışdır.

İş üzrə hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini, yerli mütəxəssislərin çıxışlarını dinləyib və xarici mütəxəssislərin fikirlərilə tanış olub, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

Sorğuda həmçinin göstərilir ki, məhkəmə təcrübəsində məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) normalarında nəzərdə tutulmuş qaydalar üzrə (məsələn, CM-in 65-ci maddəsinə görə residiv, CM-in 66 və 67-ci maddələrinə görə cinayətlərin və ya hökmlərin məcmuyu üzrə cəza təyini, CM-in 56-cı maddəsinə görə cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi zamanı) cinayət qanunu normasının düzgün tətbiq edilmədiyi hallar mövcuddur. Lakin birinci instansiya məhkəməsinin hökmündən məhkumun apellyasiya şikayəti və yaxud onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmaması ilə bağlı dövlət ittihamçısının protesti üzrə işə yenidən baxılarkən, apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş, lakin apellyasiya protestində göstərilməmiş qanun pozuntuları apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunur. Buna baxmayaraq, məhkum üçün münasib olmayan nəticələrə səbəb olması əsası ilə həmin qanun pozuntuları apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 397.1 və 397.2-ci maddələrinin tələbləri baxımından aradan qaldırılmır. Nəticədə mövcud qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmış qanunsuz hökm və ya qərar dəyişdirilmədən saxlanılır. Halbuki, CPM-in 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi CPM-in 391.3 və 398-ci maddələrində nəzərdə tutulan qərarlardan birini qəbul etməlidir.

Bundan sonra sorğuda Konstitusiyanın, qanunvericiliyin və beynəlxalq-hüquq aktlarının bir sıra normalarına istinad olunur və xüsusi vurğulanır ki, cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərarın qəbulu, məhkəmənin hökm və ya qərarının yalnız dövlət ittihamçısının kassasiya protesti əsasında ləğv edildiyi halda yol verən CPM-in 420.3-cü maddəsindən fərqli olaraq, CPM-in 397-ci maddəsində belə məhdudiyyət nəzərdə tutulmamışdır.

Sorğuverənin qənaətinə görə birinci instansiya məhkəməsinin yol verdiyi qanun pozuntularının apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edildiyi halda CPM-in 397.1 və 397.2-ci maddələrinə əsasən aradan qaldırılmaması bir tərəfdən Konstitusiyanın 12 və 68-ci maddələri, CPM-in 397-ci maddəsi, CM-in 2-ci maddəsi ilə uyğunsuzluq təşkil edir, digər tərəfdən isə Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin və 71-ci maddəsinin I hissəsinin müddəaları ilə uzlaşmır.

Bununla əlaqədar olaraq sorğuverən hüquq tətbiqetmədə yaranmış problemləri aradan qaldırmaq məqsədilə Konstitusiya Məhkəməsindən CPM-in 397.1 və 397.2-ci maddələrinin müddəalarının şərh olunmasını xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələ ilə bağlı cinayət məhkəmə icraatı üzrə ədalət mühakiməsinin həyata keçirilməsinin bir sıra məqamlarına toxunulmasını zəruri hesab edir.

Azərbaycan Respublikası demokratik dəyərlərə və qanunun aliliyinə əsaslanan dövlət quruculuğu yolunu seçərək Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini öz ali məqsədi kimi elan etmiş, bu hüquq və azadlıqların beynəlxalq-hüquqi standartlara söykənən müdafiə və təminat mexanizmlərini müəyyənləşdirmişdir.

Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə baş vermiş siyasi, iqtisadi, sosial və digər dəyişikliklər yeni cinayət-prosessual qanunvericiliyinin qəbulunu şərtləndirmişdir. Azərbaycanda mövcud olan cinayət prosesini kontinental məhkəmə-hüquq sistemi daxilindəki cinayət prosesinin qarışıq formasına (növünə) aid etmək olar. Bu prosesdə məhkəməyədək icraat mərhələsində axtarış prosesinin elementləri, məhkəmə icraatı mərhələlərində isə çəkişmə prosesinə xas olan məhkəmə baxışının demokratik prinsipləri mövcuddur (açıqlıq, proses iştirakçılarının hüquq və azadlıqlarının məcburi təminatı, tərəflərin çəkişməsi və s.).

Məhkəmə baxışında cinayət təqibi məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın mövcudluğu əsasında həyata keçirilsə də, yalnız məhkəmə qanunla müəyyən olunmuş qaydada və hallarda hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxa və bu ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxara bilər (CPM-in 7.0.10-cu maddəsi).

Prosessual qanun məhkəmə baxışının hədlərini müəyyənləşdirərkən, onu yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittihamın hədləri ilə məhdudlaşdırır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir (CPM-in 318.1-ci maddəsi). Lakin qanunvericiliyin mənasına görə (CPM-in 318.2-ci maddəsinin müddəaları) ittiham funksiyası olmadığından, məhkəmə təqsirləndirilən şəxsin hüquqi vəziyyətini məhkəmə baxışı zamanı ağırlaşdıra bilməz (təqsirləndirilən şəxsin əməlini məhkəmədə ona qarşı irəli sürülmüş və ya onun məhkəməyə verildiyi ittiham üzrə daha ağır cəza nəzərdə tutan normaya özü tövsif edə bilməz).

Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (CPM-in 8 – 36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Hakimlər cinayət məhkəmə icraatında qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-in 8.0.5, 28.2 və 28.6-cı maddələri).

Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o, hər bir şəxsin Konstitusiyada (60-cı maddəsinin I hissəsində), habelə beynəlxalq-hüquqi aktlarda (əlalxüsus «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü, «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 8-ci maddələrində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun.

Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən CPM-də daha geniş əks olunmuşdur.

Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir.

Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir.

Ədalət mühakiməsinin yalnız məhkəmə tərəfindən həyata keçirilməsi məhkəmə baxışı zamanı məhkəməyə başçılıq etmək və rəhbər rolunu oynamaq imkanı yaradır. Buna baxmayaraq məhkəmə həqiqətən ədalət mühakiməsini həyata keçirmək üçün Qanunun aliliyinin bərqərar olmasına çalışmalı, ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməli və öz işini qanunçuluq, habelə tərəflərin bərabərliyi və çəkişməsi prinsipləri əsasında quraraq qərarını sübutlar və faktlar əsasında qəbul etməlidir.

Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I hissəsinə əsasən məhkəmə cinayət prosesində iştirak edən bütün şəxslərin hüquq və azadlıqlarının müdafiəçisi olmalıdır. Konstitusiya Məhkəməsinin əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeinə görə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi zamanı həm təqsirləndirilən şəxsin, həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin hüquqları və qanuni maraqları da nəzərə alınmalıdır.

Konstitusiyanın 65-ci maddəsinə görə məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.

CPM-in 35.1 – 35.3-cü maddələrinin mənasına görə hər hansı şəxsin onun barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmək hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

Yuxarı məhkəməyə şikayət vermək hüququ ilk əvvəl apellyasiya məhkəmə icraatının hesabına təmin olunur. Bu növ məhkəmə icraatının cinayət prosesinə daxil edilməsi ölkəmizdə yuxarı məhkəmə hakimlərinin işə baxılmasına cəlb edilməsi, onların daha təkmil bilik və təcrübələrindən istifadə olunması yolu ilə ədalətli məhkəmə araşdırılmasının əlavə təminatı kimi qəbul olunmalıdır.

Qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına (o cümlədən hökmə) apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bu növ icraatda məhkəməyəqədər və ya birinci məhkəmə araşdırıması zamanı işin hallarının hərtərəfli və tam araşdırılmasına, törədilmiş cinayət əməlinə lazımi cinayət-hüquqi qiymətin verilməsinə və cinayət prosesinin iştirakçılarının hüquqlarının təmin edilməsinə təsir etmiş və ya təsir edə biləcək qanun pozuntusu aşkarlanaraq aradan qaldırılır. Bu isə yuxarı məhkəməyə imkan yaradır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanunsuz və ya əsassız hökmü vaxtında ləğv edərək yeni hökm qəbul etsin. Bununla da qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır.

Xüsusilə qeyd olunmalıdır ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir.

Apellyasiya icraatı qaydasında məhkəmə qərarlarına yenidən baxılması apellyasiya şikayətinin və ya protestinin (bundan sonra – apellyasiya müraciəti) mövcudluğunda mümkündür. Apellyasiya müraciəti vermək hüququnun subyektləri və onların bu hüququnun həcmi CPM-in 383.1 və 383.2-ci maddələri ilə tənzimlənir. Hər bir subyekt öz hüquqları barəsində müstəqil sərəncam vermək hüququna malikdir. Belə ki, hökmdən hansı qaydada şikayətin verilməsi (qismən, tam, cinayət prosesinin digər iştirakçıları ilə birlikdə və ya müstəqil olaraq) və bunun üçün hansı əsasların (dəlillərin) göstərilməsi yalnız bu subyektin özündən asılıdır.

Apellyasiya müraciəti birinci instansiya məhkəməsi hökmünün ləğvi və ya dəyişdirilməsi barədə yuxarı məhkəməyə ünvanlanmış konkret xahişi əks etdirməlidir (CPM-in 387.1.5-ci maddəsi). Bu xahiş apellyasiya müraciətinə məzmunca müəyyən – birinci instansiya məhkəməsinin hökmü ilə məhkum edilmiş və ya bəraət almış şəxsin (bundan sonra – məhkum olunmuş şəxs) xeyrinə və yaxud ziyanına istiqamət verir. Belə istiqamətin olmaması apellyasiya müraciətinin zəruri hüquqi məzmundan məhrum olunmuş hesab edilməsinə əsas verir. Bu halda apellyasiya instansiyası məhkəməsi həmin müraciəti hərəkətsiz saxlamalı, müəyyən müddət ərzində nöqsanın aradan qaldırılmasını tələb etməli, həmin müddətdə müraciət etmiş şəxs bunu etmədiyi halda isə, müraciətini baxılmamış saxlamalıdır (CPM-in 391.4-cü maddəsi).

Hüquqtətbiqetmədə CPM-in 397.1 və 397.2-ci maddələrinin tətbiqi ilə bağlı yaranmış mübahisələr əslində nə CPM-in 397.1-ci maddəsinin, nə də CPM-in 397.2-ci maddəsinin birinci cümləsinin müddəaları ilə əlaqədar deyil. Bu normalar qanunverici tərəfindən ziddiyyətsiz, dəqiq və açıq şəkildə verilmişdir ki, onların anlaşılması heç bir çətinlik və ya şübhə doğurmur.

Anlaşılmazlığı yalnız CPM-in 397.2-ci maddəsinin ikinci cümləsi yaradır. Halbuki bu cümlədə apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanununvericiliyin normalarına riayət olunmasının yoxlanılması kontekstində «apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq» sözlərindən istifadə olunması mövcud Konstitusiya və qanunvericiliyin normalarının ruhuna zidd deyil.

Belə ki, birinci instansiya məhkəməsi hökmünün dəyişdirilməsini və ya ləğv olunaraq əvəzinə yeni qərar qəbul edilməsini yalnız qanunla müvəkkil olunmuş cinayət prosesinin iştirakçıları tələb etməli olsa da, prosessual qanun apellyasiya instansiyası məhkəməsinin üzərinə apellyasiya icraatı zamanı apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmasının yoxlanılması vəzifəsini qoyur (CPM-in 397.2-ci maddəsi).

Bu vəzifə təkcə apellyasiya icraatının deyil, həm də bütövlükdə ədalət mühakiməsinin təbiəti ilə bağlıdır. Həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Təsadüfi deyildir ki, Konstitusiyamıza edilmiş son mühüm dəyişikliklərdən biri məhkəmə icraatından həqiqətin müəyyən olunmasının təmin edilməsini tələb edir (125-ci maddənin VII hissəsi).

Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.

Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Prosessual təminatlar isə həqiqətə nail olmaq üçün lazımi şərait yaradır.

Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir.

Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir.

CPM-in 397.2-ci maddəsinin ikinci cümləsinin tətbiqinə dair yaranmış mübahisənin həlli daha çox apellyasiya müraciətində müvafiq dəlillərin olmadığı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyü yoxlanıldıqdan sonra hansı qərarın qəbul edilə bilməsinə dair sualın cavablandırılması ilə bağlıdır.

Bununla əlaqədar hüquqtətbiqedənlər arasında iki mövqe mövcuddur:

– birinciyə görə apellyasiya instansiyası məhkəməsi müvafiq hüquqi əsasları aşkar etsə, bu hal hətta məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşmasına gətirib çıxarsa da, birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirməli və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etməlidir;

– ikinciyə görə isə apellyasiya instansiyası məhkəməsi hər hansı hüquqi əsası aşkar etsə də belə, birinci instansiya məhkəməsinin yekun qərarını o şərtlə dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər ki, nəticədə məhkum edilmiş şəxsin vəziyyəti yaxşılaşdırılsın.

Əgər birinci halda qanunçuluq prinsipinin rəhbər tutulmasının zərurililiyinə istinad edilirsə, ikinci halda məhkum edilmiş şəxsin hüquqi vəziyyətinin ağırlaşdırılmasının yolverilməzliyinə işarə olunur.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər.

CPM-in 397.2-ci maddəsinin ikinci cümləsi hüquq tətbiqedənlər arasında olan mübahisələrə yalnız o hallarda yol aça bilər ki, yuxarı məhkəməyə apellyasiya müraciəti məhkum edilmiş şəxs tərəfindən deyil, onun ziyanına dövlət ittihamçısı (xüsusi ittihamçı) tərəfindən verilmiş olsun. Belə ki, apellyasiya müraciəti ittihamçı tərəfindən müstəqil olaraq və ya məhkum edilmiş şəxsin şikayəti ilə bir vaxtda verildiyi halda adətən həmin şəxsə birinci dəfədən fərqli olaraq daha ağır cəzanın verilməsi ehtimalı yaranır. Bundan istisna yalnız o halda mümkündür ki, ittihamçının apellyasiya müraciəti həddindən artıq sərt hesab etdiyi birinci instansiya məhkəməsi hökmünün yüngülləşdirilməsi ilə əlaqədar olsun.

Bu qənaətə gəlmək üçün aşağıdakı bəzi məsələlər üzərində dayanmaq zərurəti yaranır.

Nəzərə alınmalıdır ki, apellyasiya müraciətinin hüquqi məzmununu həmin müraciətdə əks olunmuş xahiş təşkil etdiyi üçün apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətində göstərilən xahişdən daha ağır nəticələrə gəlib çıxmamalıdır. Bunun üçün də məhkum edilmiş şəxsin müdafiəçisi həmin şəxsin xeyrinə apellyasiya müraciəti vermişdirsə və ya, ittihamçının apellyasiya müraciətində müvafiq xahiş olmamışdırsa, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin hüquqi vəziyyəti ağırlaşdırıla (pisləşdirilə) bilməz.

Apellyasiya müraciətini həmin şəxs özü vermişdirsə, apellyasiya icraatının nəticəsində bu şəxsin hüquqi vəziyyətinin pisləşdirilməsi mövcud qanunvericilik normalarına əsasən ümumiyyətlə yol verilməzdir. Belə ki, CPM-in 91.7-ci maddəsi birmənalı müəyyənləşdirir ki, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Bununla əlaqədar isə nəzərə alınmalıdır ki: təqsirləndirilən şəxsin hüquqları arasında hökmdən apellyasiya şikayətinin verilməsi hüququ vardır (CPM-in 91.5.31-ci maddəsi); birinci instansiya məhkəməsinin hökmü ilə məhkum edilmiş şəxsin isə həmin hökm qanuni qüvvəyə minənə qədər məhkumluğundan söhbət gedə bilməz (CM-in 83.1-ci maddəsi) və o, buna qədər təqsirləndirilən şəxsin hüquqi vəziyyətində qalır.

Qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin yekun qərarından (hökmdən) apellyasiya qaydasında şikayət vermək hüququ və pisləşməyə doğru çevrilmənin yolverilməzliyi prinsipi şəxsiyyətin və ədalət mühakiməsinin maraqlarının qarşılıqlı münasibətlərinin problemini uğurlu şəkildə həll edir. Cinayət prosesində bu prinsipin üstünlüyü təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasının real təminatı kimi çıxış edir.

Pisləşməyə doğru çevrilmənin yolverilməzliyi prinsipinin mahiyyəti ondan ibarətdir ki, məhkum edilmiş şəxsin birinci instansiya məhkəməsinin hökmündən yuxarı məhkəməyə verdiyi şikayət onun üçün arzuolunmaz nəticələr doğura bilməz. İşə apellyasiya qaydasında baxılması zamanı hökmün ləğvindən sonra da belə apellyasiya instansiyası məhkəməsi cəzanı artırmaq və ya ittihamı daha ağır və yaxud faktiki hallar üzrə əhəmiyyətli dərəcədə fərqlənən ittihamla əvəz etmək, habelə digər cinayət-hüquqi məsələləri həll edərkən məhkum edilmiş şəxsin vəziyyətini ağırlaşdırmaqda haqlı deyil. Əks təqdirdə məhkum edilmiş şəxsin öz vəziyyətini ağırlaşdırmaq təhlükəsi bu şəxsi hətta hökmün mübahisələndirilməsinə əsaslar olduğu halda da öz hüququndan istifadə etməkdən imtinaya məcbur edəcəkdir.

Lakin vəziyyətin pisləşməyə doğru çevrilməsinin yolverilməzliyi prinsipi məhkəməni həqiqətin təqsirləndirilən şəxs üçün əlverişli olub-olmamasından asılı olaraq müəyyənləşdirilməsi ilə məhdudlaşdırmır. Hökmdən şikayət vermə azadlığını təmin edən bu qadağa ədalət mühakiməsinə cavab verməyən məhkəmə qərarlarının, o cümlədən obyektiv həqiqəti əks etdirməyən qərarların düzəldilməsinə və bununla da obyektiv həqiqətin müəyyənləşdirilməsinə yardım edir.

Apellyasiya icraatında bir dəfə baxılmış işə tam şəkildə yenidən baxılmasının və bununla əlaqədar hər hansı arzu olunan və arzu olunmayan nəticələrin mümkünlüyü bu növ icraatı tətbiq edən Avropa ölkələrinin məhkəmə-hüquq sistemləri üçün ümumi qəbul edilən hesab olunur. Bu ölkələrdə apellyasiya instansiyası məhkəmələri, bir qayda olaraq, apellyasiya müraciəti verənin bu barədə dəlilləri olmasa da belə, cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır və birinci instansiya məhkəməsinin qərarının ləğvini və ya dəyişdirilməsini şərtləndirən əsasları aşkar etdiyi hallarda müvafiq qərar qəbul edirlər (hətta bu birinci instansiya məhkəməsinin qərarı ilə məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşmasına səbəb olsa da belə).

Avropa ölkələrinin əksəriyyətində cinayət-prosessual qanunvericiliyi apellyasiya icraatında «reformatio in pecus» («pisə doğru dəyişmə» – müdafiə tərəfin şikayəti əsasında baxılan işdə yuxarı məhkəmə tərəfindən daha sərt cəzanın təyin olunması) qaydasının tətbiqinin əleyhinədir. Belə ki, apellyasiya müraciəti ilə yalnız təqsirləndirilən şəxs və ya onun müdafiəçisi çıxış edirsə və yaxud müstəsna hallarda prokurorun apellyasiya müraciəti birinci instansiya məhkəməsinin qərarını yüngülləşdirməyə yönəlmişsə, kontinental Avropanın bir sıra ölkələrinin qanunvericiliyinin müddəaları (Avstriyanın CPM-in 290.2, 295.2 və 345.4-cü paraqrafları; Fransanın CPM-in 515.2-ci maddəsi, Almaniyanın CPM-in 331 və 358-ci paraqrafları; İtaliyanın CPM-in 3-cü paraqrafının 515-ci maddəsi; İsveçin Məhkəmə icraatı Məcəlləsinin 25-ci bölməsinin 51-ci fəsli və s.) «reformatio in pecus» qaydasının tətbiqinə imkan vermir.

Lakin Avropanın bəzi ölkələri «reformatio in pecus» qaydasının tətbiqində bu qədər dərinə getməmişdir. Bu ölkələrdə birinci instansiya məhkəməsi şəxsi təqsirsiz hesab etsə də, apellyasiya instansiyası məhkəməsi əsas tapdığı halda onu təqsirli hesab edə bilər. Bunun bariz nümunəsi anqlo-sakson hüququ tətbiq edən İngiltərədir. Fransanın CPM-də «reformatio in pecus» qaydası öz əksini 1806-cı ildən tapsa da belə, Kassasiya Məhkəməsi onun tərəfindən hüququn düzgün tətbiq edilməməsini nəzərə almaqla Apellyasiya Məhkəməsi hökmünü ləğv etdikdən sonra işin göndərildiyi aşağı instansiya məhkəməsinin təqsirləndirilənin mübahisələndirdiyi birinci hökmdə müəyyən olunanlardan daha ağır hökm çıxara bilməsi fikrinin lehinə çıxış edir (cf. Cacques Boré, La cassation en matiere penale, 1985, p. 365). Hollandiyada isə bəzi işlərdə, Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsi şikayətinin onun üçün daha ağır nəticələrə səbəb ola biləcəyi barədə əvvəldən xəbərdar edirsə, hakimlər sonradan yekdilliklə müvafiq qərar da qəbul edə bilər (Art. 424.2 Wetboek van strafvordering).

Bununla belə, Avropa ölkələrində apellyasiya müraciəti dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin maraqlarına zidd verildikdə, buna yanaşma tamamilə fərqlidir və apellyasiya icraatının nəticələrinə heç bir məhdudiyyət qoyulmur.

Ümumiyyətlə, hələ XIX əsrin əvvəllərindən kontinental Avropada hamı üçün yaxşı məlum olan ümumi qayda mövcuddur – birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsinə yönəldilmiş şikayət və ya digər hüquqi vasitələr «reformatio in pecus» qaydasına bir şərtlə gətirib çıxarmamalıdır ki, şikayət təqsirləndirilən şəxsin özü tərəfindən verilmiş olsun. Bu qayda müdafiəçi və prokurorun cəzanın yüngülləşdirilməsi üçün apellyasiya müraciəti verdiyi hallara da aiddir.

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi varisi olduğu İnsan hüquqları üzrə Avropa Komissiyası 9 mart 1988-ci ildə İngiltərə Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya baxışı zamanı cərimənin azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsilə nəticələnən işə baxmışdır. Komissiya qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsi nəzərə alınmaqla, Apellyasiya Məhkəməsi tərəfindən qərarın çıxarılmasına qədər təqsirləndirilən şəxsi cərimənin hüquqpozmanın ağırlıq dərəcəsinə mütənasib cəza hesab etmədiyi barədə xəbərdar etməsi faktının xüsusi əhəmiyyəti vardır. Bu qədər inadlı olmayan təqsirləndirilən şəxs həmin xəbərdarlığı təyin olunmuş cərimə cəzasını qüvvədə saxlamaq məqsədilə apellyasiya şikayətini geri götürməsinin daha məqbul olmasına işarə kimi başa düşməliydi. Bununla belə, Komissiya bu işdə «reformatio in pecus» qaydasının tətbiqinə hansısa irad qeyd etməmişdir (FroweinPeukert, Europäische Menschenrechtskonvention, 1996, Art. 6 ECHR, note 68).

Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı ilə məhkum edilmiş şəxsin vəziyyətinin yalnız yaxşılaşdırılmasına dair qərar qəbul edilməsinin mümkünlüyünü əks etdirən fikir heç də Avropa ölkələrində qəbul olunan ümumi yanaşma deyil. Əksinə, burada apellyasiya nəticəsində məhkum edilmiş şəxsin vəziyyətinin pisləşdirilməsinə gətirib çıxarmasının mümkünlüyü daha çox qəbul olunan bir qaydadır. Bəzi ölkələrdə isə qərarın hakimlər tərəfindən yekdilliklə qəbul olunması tələbi məhkum edilmiş şəxsin müdafiəsinə əlavə təminat verir.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin müddəalarına qayıdaraq göstərmək olar ki, apellyasiya icraatını tənzimləyən normalardan fərqli olaraq CPM-in 420.2-ci maddəsi birbaşa nəzərdə tutur ki, apellyasiyanın dövlət ittihamçısı tərəfindən verilməsi istisna olmaqla, birinci instansiya məhkəməsinin yekun qərarı (Ali Məhkəmə tərəfindən qərar ləğv edilərək iş geri qaytarıldıqdan sonra) birinci instansiya məhkəməsinin əvvəlki qərarından daha sərt olmamalıdır. Bu müddəa oxşar hallarda «reformatio in pecus» qaydasının tətbiqini istisna edən kontinental Avropanın hüquq ənənəsinə tamamilə uyğundur. CPM-in 420.2-ci maddəsinin mövcudluğu təcrübədə hüquqtətbiqedənlər arasında apellyasiya icraatının gedişatında CPM-in 397.1 və 397.2-ci maddələrinin tətbiqi ilə bağlı olan mübahisələrin həlli üçün qanunun analogiyasından istifadə olunması imkanını yaradır.

CPM-in 397.2-ci maddəsinin ikinci cümləsinin tətbiqi ilə bağlı hüquqtətbiqedənlər arasında yaranmış mübahisənin həlli üçün həmçinin CPM-in 392.2-ci maddəsinin də müəyyən rolu vardır. Belə ki, bu maddəyə əsasən apellyasiya şikayətində və ya apellyasiya protestində məhkum edilmiş şəxsin vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda, yaxud məhkəmə istintaqının aparılması apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri hesab edildikdə, məhkum edilmiş şəxs, onların qanuni nümayəndələri apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılmalıdırlar. Belə hallarda cinayət prosesində iştirakı məcburi olan müdafiəçilər də çağırılır.

Məzmunundan göründüyü kimi, CPM-in 392.2-ci maddəsi apellyasiya icraatında məhkum edilmiş şəxsin vəziyyətinin pisləşməsinin mümkünlüyünü təsdiq etsə də, o, bunun apellyasiya müraciətinin hətta məhkum edilmiş şəxsin özü və ya müdafiəçisi və yaxud ittihamçı tərəfindən həmin şəxsin xeyrinə verildiyi hallarda mümkün olub-olmamasına toxunmur. Bu maddənin mövcudluğu CPM-in 91.7-ci maddəsinin tələbini ləğv etmir və təqsirləndirilən şəxs tərəfindən hüquqlarının, o cümlədən qanuni qüvvəyə minməyən birinci instansiya məhkəməsinin hökmü ilə məhkum edilmiş, lakin hələ də təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin apellyasiya instansiyası məhkəməsinə şikayət vermək hüququnun həyata keçirilməsinin onun ziyanına şərh edilməsi və ona münasib olmayan nəticələrə gətirib çıxartmasına (məsələn vəziyyətin pisləşməsinə) səbəb ola bilməz.

Avropa Konvensiyasının 6-ci maddəsinin 1-ci bəndinin və Avropa Konvensiyasının 7-ci Protokolunun 2-ci maddəsinin 1-ci bəndinin mənalarına görə məhkum edilmiş şəxsi hökmdən apellyasiya şikayəti verməkdən çəkindirən təhlükənin yaranmasına yol vermək olmaz. Əks halda «reformatio in pecus» imkanı bu şəxsin şikayətini nəticə etibarilə cəzanı ağırlaşdıra biləcək bir prosedura, apellyasiya icraatını isə ilkin məhkəmə araşdırılması ilə müqayisədə daha ağır nəticələrə səbəb olan prosesə çevirə bilər.

Odur ki, CPM-in 392.2-ci maddəsini belə təfsir etmək olar ki, bu normadakı «apellyasiya nəticəsində məhkum edilmiş şəxsin vəziyyətinin pisləşməsi»nin mümkünlüyü yalnız o hallara şamil olunur ki, orada məhkum edilmiş şəxsin və onun qanuni nümayəndəsinin və ya müdafiəçisinin apellyasiya müraciətindən başqa ittihamçı (dövlət və ya xüsusi ittihamçı) tərəfindən də apellyasiya müraciəti verilmiş olsun. Belə hallarda apellyasiya icraatının nəticəsi kimi məhkum edilmiş şəxsin vəziyyətinin pisləşməsi (ağırlaşması) ədalət mühakiməsinin qaydaları ilə heç bir ziddiyyət təşkil etmir.

Konstitusiya Məhkəməsinin Plenumu CPM-in 397.2-ci maddəsinin ikinci cümləsinin düzgün tətbiq olunmasına dair məsələnin həlli üçün aşağıdakıların nəzərə alınmasını da zəruri hesab edir.

Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə icraatının təkmilləşdirilməsi üçün Konstitusiyaya edilən sonuncu dəyişikliklərindən biri də (129-cu maddənin III hissəsi) həmin tələbi irəli sürür.

Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir.

Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.

Hökmün qanuniliyi və əsaslılığı müxtəlif anlayışlar olsa da, onlar bir-biri ilə sıx bağlı və ədalətli məhkəmə qərarının əsas ölçülərinə çevrilmişlər. Bu ölçüləri nəzərə alaraq apellyasiya icraatında məhkum olunmuş (bəraət almış) şəxsin vəziyyətinin pisləşməsi müxtəlif hallara görə mümkündür. Məsələn, apellyasiya instansiyası məhkəməsi bu şəxsin hərəkətlərinin hüquqi tövsifini cinayət qanunun bir normasından sanksiyası daha sərt cəzanı nəzərdə tutan başqa normasına dəyişdirərsə, həmin şəxsə qarşı cəzanı sərtləşdirən cinayət qanununun normalarını tətbiq edərsə, cəzanın növünə və ya təyin olunmuş cəzanın tətbiqi müddətinə yenidən baxarsa və s.

Apellyasiya icraatının belə nəticəsi bu icraatın təbiəti (tam hüquqlu məhkəmə tərəfindən birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş yekun qərarının qanunliliyi və əsaslılığını, o cümlədən faktiki halların müəyyənləşdirilməsinin, cinayət və cinayət-prosessual qanunvericiliyinin düzgün tətbiq olunmasının yoxlanılması ilə işə yenidən baxılması) və ədalət mühakiməsi maraqları baxımından tamamilə mümkündür. Lakin bunun üçün ilk əvvəl məhkum edilmiş şəxsin ziyanına yönəldilmiş apellyasiya müraciətinin mövcudluğu (əks halda məhkəmə ədalət mühakiməsi orqanı kimi özünə xas olmayan ittiham funksiyasını öz üzərinə götürmüş olur) və apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılması zamanı qanunla müəyyən olunmuş cinayət və cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş müvafiq əsaslar və səbəblər müəyyənləşdirilməlidir.

Bir tərəfdən bu məqamlara dönmədən riayət olunması, digər tərəfdən isə məhkum edilmiş şəxsin apellyasiya şikayəti vermək kimi hərəkətlərdən çəkindirməyə sövq edilməsi nəinki həmin şəxsin maraqlarına, bütövlükdə ədalət mühakiməsinin tələblərinə də xidmət etmir.

Vurğulanmalıdır ki, əsassız və qanunsuz məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə protest vermək dövlət ittihamçısının, apellyasiya müraciətinə qanunla müəyyən olunmuş qaydada baxılması isə apellyasiya instansiyası məhkəməsinin borcudur. Məhz bu borcun yerinə yetirilməsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və cinayət-prosessual qanunvericiliyin normalarına riayət edilməsini apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlamalı və ədalətli məhkəmə araşdırılmasını təmin etməlidir. Bu zaman isə həm CPM-in 91.7-ci maddəsinin, həm də 398 – 405-ci maddələrinin müddəaları daim məhkəmənin diqqət mərkəzində qalmalıdır.

Ədalətli məhkəmə araşdırmasına dair tələblər həm mülki, həm də cinayət işləri üzrə icraatlarda tətbiq olunsa da kontinental məhkəmə-hüquq sistemi çərçivəsində ikincisinə münasibətdə təminatın iki əsas növünü əks etdirən əsl «corpus curis» işlənib hazırlanmışdır: dövlət orqanlarının üzərinə düşən bəzi öhdəlikləri nəzərə almaqla ədalətli məhkəmə araşdırmasını mümkün edən orqanik təminatlar (prosesin aşkarlığı, məhkəmənin müstəqilliyi və qərəzsizliyi); dinamikalı anlayışında və bütün proses boyunca tərəflərin bərabərliyində cəmləşdirilmiş fəaliyyət göstərmə təminatları.

Sonuncu təminatlar məhkəmə prosesinin gedişatına bəslənməli olan ədalətin xarakterini ən yaxşı şəkildə çatdırır. Bu təminatlar məhkəmə araşdırmasını elə surətdə tənzimləməyə yönəldilmişdir ki, hər hansı üstünlükləri vermədən bu araşdırmanın ədalətliliyini bütün prosessual mərhələlərdə təmin etsin.

Bununla əlaqədar olaraq, ədalətli məhkəmə araşdırmasına toxunarkən cinayət-prosessual hüquqda qanunçuluq prinsipinin hüququn ümumi prinsipi hesab olunduğunu xüsusilə qeyd edən Avropa Məhkəməsinin mövqeyinə ayrıca diqqət yetirmək lazımdır. O, cinayət hüququnun qanunçuluğu ilə cütlük təşkil edir və «nullum cudicium sine lege» kəlamı ilə təqdim olunur.

Bu prinsip mahiyyətcə tərəflərin bərabərliyi prinsipini nəzərdə tutan ədalətli məhkəmə araşdırmasını təmin etmək məqsədilə prosesin gedişatına aid müəyyən tələblərin mövcudluğunu nəzərdə tutur. Tərəflərin bərabərliyi prinsipi nəzərdə tutur ki, tərəflərdən heç birinin aşkar üstünlüyə malik olmadığı şərtlər daxilində tərəflərdən hər biri öz işini təqdim etmək imkanına malik olmalıdır» (Coete and others v. Belgium, 22.06.2000; Art. 6 ECHR, note 102).

Xüsusilə qeyd etmək lazımdır ki, məhkəmə müdafiəsi hüququ həqiqi ədalət mühakiməsinin ayrılmaz hissəsini təşkil edir. Bu hüququn tanınmaması hər kəsin ədalətli mühakimə olunmaq hüququnun inkarına gətirib çıxarır, halbuki cinayət işləri üzrə mühakimə hər şeydən öncə ədalətli olmalıdır.

Lakin cinayət mühakimə icraatında məhkəmə müdafiəsi hüququ nə qədər əhəmiyyətli olsa da, o mütləq deyil və onu həddindən artıq genişləndirilmiş şəkildə şərh etmək olmaz. Bununla bağlı Avropa Məhkəməsi hesab edir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü (c) hissəsi cinayət törətməkdə təqsirləndirilən şəxsi üç hüquqla təmin edir: özünü şəxsən müdafiə etmək; özü tərəfindən seçilmiş müdafiəçiyə malik olmaq və müəyyən şərtlər daxilində ona pulsuz təyin olunmuş müdafiəçiyə malik olmaq» (Pakelli v. Germany, 25.04.1983; Art.6 ECHR, note 31).

Avropa Məhkəməsi həmçinin qeyd edir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü (c) bəndi istənilən dəlili öz xeyrinə istifadə etməyə dair qeyri-məhdud hüququ nəzərdə tutmur» (Brandstetter v. Austria, 28.08.1991; Art.6 ECHR, note 52).

Bütün yuxarıdakıları nəzərə alaraq Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, CPM-in 397.1 və 397.2-ci maddələrində əks olunmuş müddəlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Bu yoxlamanın prosessual-hüquqi nəticələri isə tamamilə fərqli ola bilər və bu ilk əvvəl apellyasiya müraciətinin məzmunca hansı istiqamətə yönəldiyindən, sonra isə bilavasitə əldə olunmuş yoxlamanın nəticələrindən asılıdır. Həmin vəziyyətdə:

– apellyasiya icraatı məhkum edilmiş şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilirsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər;

– apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilirsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər (hətta məhkəmə tərəfindən götürülmüş əsas apellyasiya müraciətində göstərilməsə belə).

Hər iki halda cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına riayət edilməsinin yoxlanılması zamanı CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş halların və səbəblərin aşkarlanması həlledici əhəmiyyət kəsb edir.

Bununla yanaşı, birinci halda apellyasiya instansiyası məhkəməsinə şikayəti verən məhkum edilmiş şəxsə qarşı CPM-də «reformatio in pejus» prinsipinin yolverilməzliyi, həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protestinin hüquqi məzmununa zidd qərarın qəbul edilməsi və bununla da ittiham funksiyalarının öz üzərinə götürülməsinin məhkəmə üçün mümkünsüzlüyü; ikinci halda isə dövlət ittihamçısının apellyasiya protestinin (xüsusi ittihamçının apellyasiya şikayətinin) verilməsi faktı və belə halda CPM-də apellyasiya icraatı qaydasında məhkum edilmiş şəxsin hüquqi vəziyyətini ağırlaşdırılmasına heç bir məhdudiyyətin olmaması əsas amillər kimi çıxış edir. Sonuncu halda, həmçinin dəlillərindən asılı olmayaraq, apellyasiya müraciətinin hüquqi məzmununun məhz birinci instansiya məhkəməsinin hökmü ilə məhkum olunmuş şəxsin ziyanına yönəldilməsi ilkin şərtdir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin belə qənaətdədir ki, CPM-də boşluq olduğu halda, bu barədə heç bir müddəa olmasa da apellyasiya icraatı dəlillərdən asılı olmayaraq mahiyyətcə məhkum edilmiş şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirildiyi zaman apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş şəxsin vəziyyətini əsassız ağırlaşdırmasının qarşısını almaq üçün bəzi Avropa ölkələrində apellyasiya icraatında tətbiq olunan ədalətli məhkəmə qərarının çıxarılmasından ötrü hakimlərin yekdilliklə səsverməsi tələbi irəli sürülə bilər.

Bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən qanuni və əsaslı qərarın verilməsi və eyni zamanda təqsirləndirilən şəxsin məhkəmə müdafiəsinin gücləndirilməsi üçün əlavə təminat kimi çıxış edəcəkdir. Mövcud qanunvericilikdə də belə təcrübədən ömürlük azadlıqdan məhrum etmənin tətbiqi zamanı (CPM-in 347.4-cü maddəsi) istifadə olunur. Bu halda da məhz qanuni və əsaslı məhkəmə qərarının verilməsi və təqsirləndirən şəxsin məhkəmə müdafiəsinin gücləndirilməsi əsas meyar kimi özünü büruzə verir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CPM-in 397.2-ci maddəsinin ikinci cümləsinin tətbiqi zamanı qanuni və əsaslı məhkəmə qərarının verilməsi və təqsirləndirən şəxsin məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericilikdə olan boşluq doldurulana qədər (qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsinin hakimləri tərəfindən yekdilliklə qərarın qəbul edilməsi tələbi barədə qanun boşluğu doldurulana qədər) qanunun analogiyası və Konstitusiya Məhkəməsi qərarının icrasının məcburiliyi əsasında həyata keçirilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130 maddəsinin IV və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDI:

1. Qanunverici tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində müvafiq dəyişikliklər edilənə qədər bu Məcəllənin 397.1 və 397.2-ci maddələrinin tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdır:

a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır;

b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə:

– apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər;

– apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən Fərhad Abdullayev

Comments are closed, but trackbacks and pingbacks are open.