Press "Enter" to skip to content

Bəraət almış şirkət müdirinin şikayəti əsasında məhkəmə başlayıb

5. İş materiallarının 1-ci cild, səh 35-də olan “Məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında” Qərarının təsviri hissəsində də, müstəntiq M.Qiyasov hadisə vaxtını “14:30 radələri” kimi göstərib. Bu qərar 18.10.2012-ci ildə qəbul edilib və 4-cü bəddə göstərdiyim kimi, mən artıq 2 gün sonra 20 oktaybrda oğlumu klinikiya gətirəndə hadisənin baş verməsi barədə izahat vermişdim. M.Qiyasov dindirilməli hadisəni 14:30 kimi göstərməsinin səbəbləri və bu vaxtı necə müəyyənləşdirməsinə aydılıq gətirməlidir. O, qəsdlə bunu edib ki, sonradan məni şərləməyə imkan qazansın. Çünki vaxtında nzarət kameralarından çıxarışlar əldə edilsəydi, nə yalançı şahidlərə, nə də saxta sübutlara ehtiyac olmazdı.

Gəlin dərdləşək !

Zaman təbib deyil, o sadəcə insanı kədərlə yaşamağa vərdiş etdirir…

CM-nin 287-ci maddsinə uyğun olaraq 1200070615 saylı cinayət işi üzrə VƏSATƏT

Nəsimi Rayon Məhkəməsinin

hakimi E.Mehdiyevə

CM-nin 263.1-1 və 299.1-ci maddələri ilə təqsirləndirilən şəxs

Məmmədov Qurban Cəlal oğlu tərəfindən

CM-nin 287-ci maddsinə uyğun olaraq 1200070615 saylı cinayət işi üzrə

CM-nin 285-ci maddəsinə uyğun olaraq həmin cinayət işinin materialları ilə 22-23 avqust 2013-cü ildə Bakı istintaq təcridxanasında müdafiəçimin iştirakı ilə tanış oldum və aşağıdakı nöqsanları müəyyən etdim.

1. C1. Səh 47-də “gündəlik məlumat və hadisə yerinə baxış barədə” uyğun olaraq, 28.09.2012 və 10 oktyabr 2013-cü il tarixli protokollar var. II sənədin tarixi göstərir ki, bu sonradan tərtib edilib və müstəntiq Qiyasov Miraqil Mirkamal oğlu tərəfindən saxtalaşdırılıb. Çünki iş materialları mənə avqustu 22-23-də təqdim edilib, oktyabrın 10-da bu protokol necə tərtib edilə bilərdi?

Bunu texniki səhv kimi qiymətləndirmək olmaz. Ona görə ki, hər iki sənəddə göstərilib ki, guya hadisə yerinə baxışda mən iştirak etmişəm və protokola imza etməkdən imtina etmişəm və baxış zamanı: biri Nəsimi rayonu M.Qardaşları küçəsi ev 124A-da yaşayan 1986-cı il təvəllüdlü Məmmədov Elnur Oktay oğlu, digəri isə Nizami rayonu B.Nuriyev küçəsi ev 4, mən 66-da yaşayan Qəmbərli Toğrul Səfər oğlu hal şahidi kimi iştirak etmişlər.

Əvvəla, CPM-nin 236.3-cü maddəsinə əsasən, mənim orada iştirakım mümükün deyil, cinayət işi 29 oktyabr 2012-ci ildə qaldırılıb. O vaxtsa mən iş üzrə nə təqsirləndirilən şəxs, nə də şübhəli şəxs olmamışam.

İkincisi mən peşəkar hüquqşünas kimi istənilən protokola qol çəkməkdən imtina etmərəm, çünki bunun qarşı tərəfə protokolu saxtalaşdırmaq imkanı verdiyini yaxşı bilirəm. Mənə müraciət edən bütün vətəndaşlara da, həmişə belə məsləhət vermişəm. CPM-nin 236.7-ci maddəsinə uyğun olaraq, prtokola qeyd vermək hüququm ola-ola nəyə görə, hansı məntiqlə mən qərəzli aparıldığını, siyasi fəaliyyətimə və mövqeyimə görə tapşırıqla aparılan bir işdə müstəntiqə protokolu saxtalaşdırmaq şansı verməliydim?

Üçüncüsü isə, CPM-nin 236.1-ci maddəsinə əsasən, protokolda baxışın aparıldığı vaxt göstərilməlidir. Bu ona görə edilməyib ki, müstəntiq protokolu sonradan tərtib edib, arxa tarixə rəsmiləşdirib və mənim nümayəndəlik fəaliyyətimlə bağlı olaraq dəqiq vaxt göstərməyib ki, birdən mən həmin saatıarda məhkəmə proseslərində olaram.

Ona görə də xahiş edirəm:

– Müstəntiq M.Qiyasovdan dəqiqləşdirilsin (bundan sonra mən həmin vaxtlarda harada olduğuma dair sübutlar təqdim edəcəyəm).

– Hal şahidləri dindirilsinlər və mənimlə üzləşdirilsinlər, çünki onlar məni görməyə-görməyə bu saxta prokola imza ediblər.

– Nəzərə alın ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin IV hissəsinə əsasən, “Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz”.

– Eyni zamanda CPM-nin 125.3-cü maddəsinə əsasən, “bu Məcəllənin 125.2-ci mçaddəsində nəzərdə tutulan hallarda alınmış məlumatlar, sənədər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz”. CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələrində deyilir: “İnsan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosessi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hanssı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının,…pozulması ilə (aşağıda buna xeyli sübutlar göstərəcəyəm-Q.Məmmədov) və istintaq və ya digər prosesual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (bu iş isə başda-başa belə aparılıb-Q.Məmmədov) məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir”.

2. Zərəçəkmiş Abbasov Pərviz İmran oğlu özünün 15 ktyabr 2012-ci il tarixli izahatında (bax:C1, səh 23) və başqa ifadələrində göstərib ki, o Vaqif prospekti 9 saylı ünvanda yerləşən “Medikal Plaza” xəstəxanasının qabağında avtomaşınları yolun kənarında saxlatmaqla “çörək pulu qazanırmış”. Yəni o sürücülərə arxanı görmək, maşını arxaya verib parkovkalamaq üçün qarşılığı ödənilməklə, bəlli bir haqq müqabilində (20 qəpik) bələdçilik edirmiş.

Mən də hadisə vaxtı “Yol hərəkəti qaydaları haqqında” Qanunun 42.13-cü maddəsinə uyğun olaraq, qanunun tələblərinə əməl edərək, onun bələdçilk xidmətindən istifadə etmiş, onun komandası və göstərişləri ilə hərəkət etdiyimə görə bu hadisə baş vermişdir. Xahiş edirəm, bələdçinin səhv göstərişləri ilə qəza baş verdikdə, bələdçinin öz vəzifəsinə səhlənkar yanaşması nəticəsində bu tip hadisələr olduqda, bələdçinin məsuliyyətinin və vəzifələrinin qanunvericilik səviyyəsində müəyyənləşdirilib-müəyyənləşdirilməməsini arşdırasınız.

Əgər qanunda bələdçinin məsuliyyəti, vəzifələri nəzərdə tutulubsa, bu nədən ibarətdir?
Yox, əgər, qanunda bu barədə boşluq varsa, bu boşluğu aradan qaldırmaq üçün qanuni tədbirlər görün. Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikası Prokurorluğunun Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Ona görə də, xahiş edirəm:

Həmin boşluğun aradan qaldırılması üüçn baş prokurora müarciət edib, problemi onun diqqətinə çatdırasınız. Qanunsuz həbsimlə də olsa, mənim bu həbsim qanundakı boşluğun məyyən edilməsinə səbəb olubsa, demək ki, mənasız yerə qanunsuz həbsdə saxlanmamışam. Buna da şükür!

3. Mən 20 oktyabr 2012-ci il tarixli izahatımda göstərmişəm ki, (bax:C1, səh 29), zərərçəkmiş mənim maşınımın altında qalmışsa da, bunu həmin anda görmək və hiss etmək imkanım olmayıb, bunu dəqiqləşdirmək üçün yaxılıqda olan TŞ kameralarına baxmaq lazımdır: Yəni mən özüm P.Abbasovun mənim maşınımın təkəri altda qalmasını qətiyətlə inkar etməmişəm. Baxmayaraq ki, istintaqın sonuna yaxın əldə edilən sübutlar qəti olaraq bunu inkar etmyə əsas verir. Ancaq zərəçəkmiş iddia edir ki, guya mən ona pul verib onu başqa maşının vurub qaçmasını söyləməsini istəmişəm. Müstəntiq M.Qiyasov bu ziddiyyəti aradan qaldırmaq üçün sual verməyib və onun ifadəsini mənim ilkin ifadəmdə yuxarıda göstərdiyim mövqeyimlə tutuşdurub aydınlaşdırmağa cəhd etməyib. Mən özüm zərərçəkmişin mənim maşınımın altında qala bilməsini inkar etməyə-etməyə ona necə deyə bilərdim ki, guya “onu başqa maşın vurub qaçıb” –deyə ifadə versin? Bəs mən özüm niyə ona öyrətdiyimi təkrarlamamışam, əksinə ifadə vermişəm.

Zərərçəkmiş təkrar dindirilsin və bu ziddiyyət aydınlaşdırılsın. Mən həmin ifadəni elə zərərəçəkmişin yanında vermişəm və üzləşmədə də olduğu kimi təkrar etmişəm. Bəs niyə o mənə deməyib ki, onu başqa cür, başqa məzmnda ifadə verməyə təhrik etsəm də, özüm ona uyğun ifadə vermişəm? Bunların aydınlaşdırılması zəruridir.

4. Yenə də 20.10.2012-ci il tarixli ifadəmdə göstərmişəm ki, (bax:cild 1, səh 30) həmin gün mən oğlum Elnur Məmmədovu “Medikal Plaza”ya əməliyyat üçün gətirmişdim. Hadisənin baş vermə vaxtını dəqiq müəyyən etmək üçün Elnur Məmmədovun klinikaya qeydiyyata alınması və ya əməliyyat edilməsi vaxtını öyrənmək kifayət idi. Aydılaşdırmaq lzaımdr ki, müstəntiq M.Qiyasov bunu niyə etməyib və hadisə vaxtına aid yox, hadisədən 2 saat sonrakı dövrün nəzarət kameralarındakı çıxarışlarını tələb edib və bununla da ən vacib, mötəbər sübutların əldə edilmə imkanını qəsdlə buraxıb. Mən yalan deyə bilərəm: texnika ki, deməz. M.Qiyasovun əsl məqsədinin aydınlaşdırılması üçün onun dindirilməsini xahiş edirəm.

5. İş materiallarının 1-ci cild, səh 35-də olan “Məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında” Qərarının təsviri hissəsində də, müstəntiq M.Qiyasov hadisə vaxtını “14:30 radələri” kimi göstərib. Bu qərar 18.10.2012-ci ildə qəbul edilib və 4-cü bəddə göstərdiyim kimi, mən artıq 2 gün sonra 20 oktaybrda oğlumu klinikiya gətirəndə hadisənin baş verməsi barədə izahat vermişdim. M.Qiyasov dindirilməli hadisəni 14:30 kimi göstərməsinin səbəbləri və bu vaxtı necə müəyyənləşdirməsinə aydılıq gətirməlidir. O, qəsdlə bunu edib ki, sonradan məni şərləməyə imkan qazansın. Çünki vaxtında nzarət kameralarından çıxarışlar əldə edilsəydi, nə yalançı şahidlərə, nə də saxta sübutlara ehtiyac olmazdı.

6. Müstəntiq M.Qiyasovun 18 oktyabr 2012-ci il tarixli “Məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında” Qərarında ekspertiza qarşısında 2 belə sual var:

“4-cü sual:… həmin xəsarətləri Abbasov Pərviz İmran oğlu arxaya doğru idarə edilən avtomaşının arxa təkəri altında qalması zamanı ala bilərmi?

5-ci sual: Həmçinin Abbasov Pərviz İmran oğlunun aldığı xəsarətlər hərəkətdə olan avtomaşının qabarıq (qabaq) və ya sağ yan hissəsinin vurulmağına xarakterikdirmi? ”

Müstəntiq M.qiyasov dindirilməli və 18 oktyabr 2012-c il tarixli materiallar arasında həmin sualların verilməsinə əsas ola bilən süutların olub-olmaması aydınlaşdırılmalıdır.

Çünki zərərçəkmiş P.İ.abbasov 15.10.2013-cü il tarixli ifadəsində (bax:C.1, səh.22-25) “arxaya verən maşının təkərləri” sözləri yoxdur. Onda sual yaranır: müstəntiq ekspertə bu yönəldici sualı vermək üçün hansı materiallara əsaslanıb? Deməli hələ 18 oktyabrdan başlayaraq ittiham tərəfi mənim əleyhimə saxta sübutlar toplamağa və düzəltməyə, qondarmağa başlayıbmış. Bu xüsusatlar müstəntiq M.Qiyasov dindirilərərk araşdırılmalıdır. Diqqət edin, o vaxt M.Qiyasov zərərçəkmişin mənim maşınımın arxa təkərinin altında qalması versiyasını düzüb-qoşubmuş.

Qərarda qoyulan 5-ci sualı isə qoymağa ehtiyac da yox idi. Çünki yaranın xarakteri gözlə görsənir və onun bir maşının, qabarıq qabaq hissəsi Ilə vurulması nəticəsində yarana bilməsini qanmaq üçün ekspertizaya ehtiyac yoxdur. Bu sual da ona görə qoyulub ki, gələcəkdə zərərçəkmişə tək mənim maşınımın toxunduğunu “sübut etmək ” üçün “ sübut bazası” yaradılsın.

Müstəntiqdən soruşmalidir ki niyə O , həmin xəsarətin iki maşın arasında qalmaqla alınmasının mümkün olub-olmaması barədə sual qoymadı?

7. İş üzrə, CPM-nin 267.1 ci maddəsinə uyğun olaraq, əlavə “Məhkəmə Tibii Ekspertizası” təyin edilsin və ekspertiza qarşısında bu sual qoyulsun:

-“Zərərcəkmiş P.Abbasovun aldığı xəsarət 2 maşın arasında qalmaqla və ya 2 maşının qarşılıqlı zərbəsi nəticəsində alına bilərmi?”

8.”Medikal Plaza”nın giriş qapısının üstündə hadisə yerinə tərəf yönəlmiş nəzarət kameraları var idi.Hadisə yeri və mexanizmi həmin kameralarla tam izlənilirdi.Mən dəfələrlə müstəntiq M.Qiyasovdan həmin kameralardan da çıxarışların alınmasını xahiş etsəm də, O müxtəlif bəhanələrlə bunu etmədi.Bunun səbəblərini müəyyənləşdirmək üçün M.Qiyasov dindirilsin və həmin video görüntülər tələb edilərək işə əlavə edilsin.

9. Cild 1 ,səh..44-də olan 01.11.2012-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokol CPM-nin 124.1.2-ci maddəsinin tələblərinə uyğun olmadığı üçün sübut kimi qiymətləndirilməməli , orada göstərilən “Məmmədov Qurban Cəlal oğlunun avtomaşınına oxşar avtomaşın…”ifadələri müstəntiqin öz vəzifəsinə səhlənkar yanaşması kimi qiymətləndirilməli ( çünki mən saat 12:40-dan sonra orada olmamışam ) , sübutlar sırasından çıxarılmalıdır.Həmin disklər saat 13:30-dan sonraya , yəni hadisədən sonraya aid olduğu üçün əhəmiyyətsizdir.

Saat 12:00-dan 13:00-dək çəkilişlər DİN Növbətçi Hissələri İdarəetmə Xidmətindən tələb edilib, işə əlavə edilməli, bununla da hər şeyə aydınlıq gətirilməlidir.İndiki halda belə çıxır ki, mən müxalifət mövqeyində olduğum üçün mənim də verdiyim vergilər hesabına quraşdırılmış həmin nəzarət kameraları yalnız rejimin –İlham Əliyev diktaturasının maraqlarına cavab verəndə təyinat üzrə istifadə edilir.Həmin çəkilişlərin alınması, yəni hadisə vaxtının çəkilislərinin alınması mümkün deyilsə, CPM –nin 21.2-ci maddəsinə əsasən ,”…şübhələr mənim xeyrimə həll edilməlidir”,nəinki yalançı şahid və saxta sübutlarla iş qondarmaq.

10. Zərərçəkmiş P.Abbasov özünün 22 dekabr 2012-ci il tarixli izahatında (bax; c. 1səh. 57) bildirib ki, “Q.Məmmədovun avtomaşının sol hissəsində 3-4 metr aralıda Vaqif prospektinin üzərində…avtomaşın dayanmışdı…gözləyirdi. Həmin avtomaşının burun hissəsi ara yol tərəfə idi. Q.Məmmədov qırmızı işıq açılmasın deyə avtomaşını sürətlə arxaya doğru verməyə başladı…avtomaşın…sol trəfə doğru hərəkət etməyə başladı…sol ayağım avtomaşıın qabaq sol tərəfinin altında qaldığı üçün avtomaşın məni yerə yıxaraq, sol ayağımın üzərindən keçdi. …sağ ayağımı qurtara bildim.

Q.Məmmədov …saxladı və avtomaşını bir qədər geriyə verib…düşərək mənə yaxınlaşdı. Mənə: “nə oldu sənə, ay bədbəxt oğlu bədbəxt, düşdün mənim avtomaşınımın altına”-ifadəsini işlətdi. Mən qışqıraraq ayğımın üzərindən keçməsini, ayağımı sındırmasını Q.Məmmədova bildirdim. …”

Qəza vaxtı adamlar arasında gələcək ittihamı sübut etmək üçün belə söhbətlərin getməsinə yalnız özünü qanmazlığa vuranlar “inana” bilərlər.

Bu ifadədə deyilənlərin yalan olduğu sonradan alınmış avto-texniki ekspertiza rəyi ilə (hətta o rəyin özü belə əsassız olsa da) sübut edilib. Ona görə də P.Abbasov təkrar dindirilməli, həmin rəylə sübut edilən fakt üzrə-ikinci maşınla mənim maşınımın toqquşması faktı ilə onun bu izahatı arasındakı ziddiyyətlər araşdırılmalıdır.

Həm də zərərçəkmiş P.Abbasovun bu ifadəsində təsvir etdiyi hadisə mexanimi ilə sonradan “Avto-texniki ekspertiza” vasitəsi ilə sübut edilən mexanizm yerində bərpa edilməli və mümkünlüyü esperiment yolu ilə dəqiqləşdirilməlidir. Çünkü hadisə P.Abbasov deyən kimi olubsa, onun sol ayaq barmaqları və pəncəsi əzilməli və ayağı mənim maşınımın altında qalandan sonra başı dik, göydə dayana bilməzdi. Ekspretiza rəyinə əsasən, onun başı və bədəni də soldakı maşının altında qalmalı idi.

Xahiş edirəm istitaq ekperementi yolu ilə zərəçəkmişin təsvir etdiyi hadisə mexanizminin mümkünlüyü dəqiqləşdirilsin və bu zaman mənim və vəkillərimin iştirakı təmin edilsin.

11. P.Abbasov ifadəsində göstərib ki, (C 1. Səh. 58) guya mən ona bildirmişəm ki, “oğlum Medikal Plaza klinikasındadır və onları götürüb evə aparıb sonradan gələcəyəm”. Mən II dəfə klinikaya qayıtmamışam. P.Abbasovun hadisə barədə mənə fərqli məlumatlar verdiyini görüb hadisəni dəqiləşdirmək üçün Nəsimi RPİ-ə və DYP-yə getdim. Oğlum Enur isə taksi ilə getmişdi. Bunu dəqiqləşdirmək üçün oğlum E.Məmmədovu dindirməyinizi və onun hansı maşınla evə getməsini sübut edə biləcək nəzarət kameralarında axtarışları tələb edərək işə əlavə etməyinizi xahiş edirəm.

12. P.Abbasovun ifadəsində (C.1. səh. 59)göstərib ki, 15 dekabr 2012-ci ildə mən ona təklif etmişəm ki, “getsin polisə istədiyi ifadəni versin. Mən də polisə gedəcəyəm”.

Yəni, mən istintaqın düzgün getməsi üçün çalışmışam.

Hətta 15.12.2012-ci ildə saat 14:54:05-də (bax cild 1, səh 239)müstəntiq M.Qiyasovun (055)701-91-11 nömrəli telefonuna mesaj yazaraq P.Abbasovu yenidən dindirməyinizi xahiş etmişəm.Özümündə I gün gəlib ifadə verəcəyimi bildirmişəm. Mən P.Abbasovun II maşını ümumiyyətlə “oyundan çıxarmaq” istəməsini və çıxartdığını görüb 18 dekabr 2012-ci ildə ona mesaj yazdım ki, getsin düzgün ifadə versin və soruşdum ki, onu yalan danışmağa kim vadar edir? O mənə heç bir cavab vermədi.

Bu qeyd etdiklərimi nəzərə alaraq xahiş edirəm:-

-İstintaqın gedişinə mane olduğum, sübutları saxtalaşdırdığım barədə müstəntiq M.Qiyasovun prokurora yazdığı vəsatətdə göstərdikləri ilə bu faktların ziddiyyət təşkil etməsi, bunları niyə nəzərə almaması və haqqımda həbs qətimkan tədbiri seçilmsi tələbinin əsl səbəbləri barədə dindirilsin və mənimlə üzləşdirilsin.

– Hadisənin kameraya düşüb-düşməməsi, düşmüşsə necə yoxa çıxması araşdırılsın və burada mənim hər hansı rolumun olub-olmaması müəyyənləşdirilsin.

13. 332 saylı ekspert rəyində ( cild 1. Səh.62)ekspert Ə.B.Mevliyev göstərib ki, “müayinə olunanın deməsinə görə 27.09.2012-ci il tarixdə, günorta saatlarında tanıdığı şəxsin idarə etdiyi avtomaşınla arxaya verən zaman, onu sol ayağından vurmuş və nəticədə xəsarət almışdır”.

Rəy 22 dekabr 2012-ci ildə tərtib edilib.

Hələ 18 oktyabr 2012-ci ildə müstəntiq M.Qiyasov “məhkəmə-tibbi ekspertizanın təyin edilməsi haqqında” qərar qəbul edərkən “qərara aldım”dan sonra, qərarın 2-ci bəndində 4 və 5-ci suallarla ekspert yönəldilmişdi: “-həmin xəsarətlər…arxaya doğru idarə edilən avtomaşının arxa təkərləri altında qalması zamanı alına bilərmi?”.

O vaxt isə P.Abbasov mənim maşınımın altında qalmasını deməmişdi.

Bu ziddiyyətləri aradan qaldırmaq üçün xahiş edirəm:

-Ekspert Ə.B.Mevliyev dindirilsin və P.Abbasovun ona hadisəni necə təsvir etməsi barədə suallara, eləcə də, ikinci avtomaşın altında deyib-deməməsi, deyibsə, necə deməsinə aydınlıq gətirilsin.

-P.Abbasovla ekspert Ə.B.Mevliyev lazım gəlsə üzləşdirilsin.

14. Ekspert Ə.B.Mevliyev özünün 22 dekabr 2012-ci tarixli, 332 saylı rəyində göstərib ki, “P.İ.Abbasovun xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlər arxaya doğru idarə edilən avtomaşının təkəri altıda qalması nəticəsində əmələ gəlməsi daha inandırıcıdır”.

Xahiş edirəm: Ekspert Ə.B.Mevliyev gəldiyi bu nəticə barədə dindirilsin və aşağıdakı suallara cavab versin:

-O bu qənaətə gələrkən hansı üsulları tətbiq etmiş (CPM-nin 272.1-ci mad) və hansı elmi ədəbiyyatdan istifadə etmişdir.

-İstifadə etdiyi ədəbiyyatın uyğun səhifələrini istintaqa təqdim edə bilərmi?

-Qabağa doğru hərəkət edən avtomaşının təkəri altıda alınan xəsarətlərlə arxaya doğru hərəkət edən avtomaşının təkəri altında qalan xəsarətlərin fərqli əsas əlamətləri hansılardı, bu fərqləndirici əlamətlər hansı elmi ədəbiyyatda göstərilib və o bu əlamətləri necə, harada və hansı üsulla müəyyən edib.

-Həmin xəsarətin iki avtomaşın arasında qalmaqla alınmsı qəti istisna edilirmi, edilirsə, hansı elmi nəticələrə görə edilir.

15. CPM-nin 267.1-ci maddəsinə əsasən, iş üzrə əlavə ekspertiza təyin edilsin. Ekspert qarşısında vəsatətin 14-cü bəndində qoyduğum suallar qoyulsun. Ekspertiza başqa ekspertə, dövələt büdcəsindən maliyyələşməyən, müstəqil ekspertiza mərkəzlərinə və ya ekspertlərə tapşırılsın. (CPM-nin 268.1.3-cü maddəsin ə uyğun olaraq). Ekspertiza xərclərini ödəyəcəyimə təminat verirəm.

16. 2012-ci ilin 15 dekabrından başlayaraq işdə mənim əleyhimə olan bu dönüşün səbəbi: Mənim siyasi fəaliyyətimlə, xüsusilə də, müxalifətin mövqeyini əks etdirən, əvvəl “Avropa TV”, sonra isə “Mediya TV” adlı türkiyə kanallarında “Türksat” peyki vasitəsi ilə yayımlanan “Azərbaycan Saatı” adlı proqramda, “Azadlıq” qəzetidə və facebook sosial şəbəkələrində, öz şəxsi facebook səhifəmdə İlham Əliyevin və onun qurduğu qanusuz və diktatura hakimiyyətinə qarşı çıxışlarım və məqalələrim, “statuslarım”la bağlıdır.

Bunu sübut etmək üçün xahiş edirəm:

27 sentiyabr 2012-ci ildən 15 dekabr 2012-ci ilədək “Azadlıq” qəzetində dərc edilən müsahibə və məqalələrim “Azərbaycan Saatı” proqramında verdiyim müsqhibələr, xsüusilə də 04 iyun 2013-cü ilədək yəni qəzadan mən həbs edilənədək olan dövr ərzində mənim “Obyektiv TV”, “Kanal 13” internet televiziyalarında “Azərbaycan Saatı” proqramında, “Azadlıq”, “Yeni Müsavat”, “Reytinq” və .s qəzetlərdə verdiyim müsahibələr və etdiyim çıxışların surətləri tələb edilərək işə əlavə edilsin. Mənim indiki qanusuz həbsim və təqib edilməyim siyasi mövqeyilə bağlıdır.

17. Mən özümün 24 dekabr 2012-ci il tarixli izahatımda (bax: C 1, səh. 68) 22 deka br 2012-ci il tarixli ekspertiza rəyini (C 1, səh 61-62) və ekspertin hərəkətlərini mübahisələndirmişəm. Hesab edirəm ki, həmin rəy müstəntiqin yönəldici suallarına uyğunlaşdırılıb və heç bir elmi nəticələrə və xüsusi biliyə söykənmir və siyasi tapşırığın nəticəsidir. Bunu sübut etmək üçün Ə.B.mevliyevlə mənim aramda üzləşdimə keçirilsin.

18. Nəsimi rayon prokuroru Salman Məmmədli özünün 24 yanvar 2013-cü il tarixli “təqdimat” ında (C 1, səh 90) göstərib ki, guya mənim Toyota RAV 4 markalı 90 MU 263 dövlət qeydiyyat nişanlı avtomaşınıma baxış keçirilmiş…heç bir zədənin, batığın olmaması müşahidə edilmişdir. Lakin 28 iyul 2013-cü il tarixli ekspert rəyində göstərilib ki, “Nissan Tiana” markalı 42 AA 250 dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfində, sağ arxa qanad hissəsi üzərində təmir işləri aparılıb, yəni bizim maşınlar toqquşub.

Belə olan halda, mənim maşınımda hər hansı toqquşma əlamətinin olmamasının səbəbləri ekspertiaza təyin etmək yolu ilə müəyyənləşdirilməlidir.

19. Iş materiallarında olan, istər müstəntiq M.Qiyasov, istərsə də Nəsimi rayon prokuroru Salman Məmmədlinin tərtib etdikləri sənədlərdə zərərçəkmiş P.Abbasovun 1992-ci ildə Yasamal rayon məhkəməsinin hökmü ilə keşmiş CM-ni 95-ci, hazırkı CM-nin 120.1-ci maddəsi ilə adam öldürməəy görə məhkum edilməsi göstərilsə də, indiki CM-də nəzərdə tutulan maddə göstərilsə də, əvvəla, onun iki dəfə də, 26 mart 2001-ci ildə Bnəqədi rayon məhkəməsi tərəfindən və 13 sentiyabr 2002-ci ildə Nəsimi rayon məhkəməsi tərəfindən-narkotik istifadəçisi və satıcısı kimi məhkum edilməsi göstərilmir. (bax: C 1, səh. 91).

Mənim haqqımda isə həmin sənədlərdə göstərilir ki, mən CM-nin 178-ci maddəsinin ikinci hissəsi ilə məhkum edilmişəm. Hökmün tarixi-02.07.1998- göstərilsə də, P.Abbasovda olduğu kimi yeni Məcəllə ilə uyğun maddə göstərilmir. Çünki 178-ci maddə indiki Məcəllə ilə “dələduzluq” cinayətini, 02.07.1998-ci ildə qüvvədə olan Məcəllədə isə “bilə-bilə yalan xəbər vermə” cinayətini nəzərdə tuturdu.

Xahis edirəm : müstəntiq və prakurorurun, zərərçəkmiş P.Abbasovun narkoman olmasını gizlətmələrinin, mənimsə haqqımda mənfi rəy formalşdırmaq cəhdlərinin səbələri müəyyələşdirilsin və bütün prosesual sənədlərdə P.Abbasovun məhkum edildiyi cinayətlər tam aydın göstərilsn.

20. Nəsimi rayon prokuroru Salman Məmmədli özünün 24.01.2013-cü il tarixli təqdimatında Bakı şəhər prokurorunu aldadaraq yazır ki, (C 1, səh. 91) “Vaqif prospekti 11 saylı ünvanda hadisə yrerinin yaxınlığında quraşdırılmış TŞ kameranın qarşısında hüdür gövdəli ağac olduğu üçün hadisə yeri tam aydın olaraq görünmür”.

Bu arqument yalandır, sadəcə olaraq! İş üzrə ifadələri alınmış yalançı şahidlərin ifadələrində göstərilən hadisə yeri Vaqif prospektini sağ hissəsindədir və kameralar vasitəsi ilə açıqca görünür. İttiham tərfinin bu yalan uydurmalarının səbələri araşdırılsın, müstəntiq və prokuror bu barədə (M.Qiyasov və S. Məmmədli) dindirinsinlər ki, onlar nəyə əsaslanıb yuxarı prokurorluq və məhkəmə orqanlarını aldadırlar? Axı, yola nəzarət edən bilməyən TŞ kameralarının quraşdırılmasına dövlət büdcəsindən Koreyalı iş adamlarına milyonlarla pul ödənilməsində məqsəd nədir? Ölkədə aclıq çəkən, yaşama problemləri ilə üz-üzə qalan on minlərlə penisiyaçı və şəhid ailəsi, əlillər ola-ola buna- öz funksiyasını yerinə yetirməyən bu kameralara nə ehtiyac var? Ancaq Salman Məmmədli yalan deyir, mən şəxsən müstəntiq M.Qiyasovla həmin görüntülərə baxmışam. Görüntü əladır.

21.Nəsimi rayon prokuroru S.Məmmədli özünün 08.02.2013-cü il tarixli təqdimatı ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək “27 sentiyabr 2012-ci il tarixdən hazırkı vaxta qədər olan müdətdə (055) 564-62-27 və (050)200-66-10 saylı GSM nömrələrinə daxil olan və çıxan zənglərin, eləcə də, SMS-lərin siyahısı və mətnləri…SD disk şəkilində götürülməsi üçün ” qərar çıxarılmasını xahiş etmişdir.

Bununla da, guya, ittiham tərəfi mənim zərəçəkmiş P.Abbasovla gizli əlaqələrimin olmasını əməliyyat yolu ilə üzə çıxarmaları barədə görüntü yaratmağa çalışmışlar- rejim qarşısında xidmət göstərdiklərini rəsmiləşdirmək istəmişlər.

Halbuki, mən , hələ 2012-ci ildə, bundan 2-3 ay qabaq verdyim izahatlarda P.Abbasova yardım etdiyim barədə, müalicəsinə kömək etdiyim barədə göstərmişəm.

S.Məmmədlinin əsl niyyətini araşdırılması üçün o dindirilsin və bu təqdimta olan zərurətin əsl səbəbləri araşdırılsın.

22. Şahid-sübut bolluğu yaratmaq, istintaq görüntüsü yaratmaq üçün Hüseynov Elvin Könül oğlu adlı şəxs şahid kimi 08.02.2013-cü ildə dindirilib. (C 1. Səh. 110). Bu şəxsin hardan peyda olduğu, kim tərfindən göndərildiyi və ya öz təşəbbüsü ilə gəldiyi barədə əlavə dindirilsin və mənimlə üzləşdirisin. Çünki o vaxt mənim məlumatım var idi ki, 20-ci PB-nin əməkdaşları vətəndaşlara mənim əleyhimə ylan ifadə vermələri üçün təzyiqlər edirdilər.

23. Müstətiq M.Qiyasov 11.02.2013-cü il tarixdə 20-ci PB-nin rəisi sahib Babayevə “əməliyyat tapşırığı verib”. (bax: C 1. Səh. 113). Xahiş edirəm aydınlaşdırılsın:

P.Abbasov 22 dekabr 2012-ci ildə onu mənim maşınımın vurması barədə izahat verdiyi halda bu əməliyyat tapşırığına ehtiyac var idisə, niyə 50 gendən sonra gecikdirilərək bu iş görülüb?

25. 20-ci PB-nn rəisi Sahib Babayev özünün 13.02.2013-cü il tarixli məktubu ilə bildirb ki, “keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şahidləri Abdullayev Seymur Siyasət oğlu və Hüseynov Rəhbər Qubad oğlu müəyyən edilərək 13.02.2013-cü ildə Nəsimi RPİ-nin İŞ-nə gətirilib. Hadisə barədə məlumatı olan digər şəxs Hüseynov Elvin Könül oğlu isə 18.02.2013-cü il tarixdə İŞ-nə gətirilişdir.

Xahiş edirəm Sahib Babayev dindirilsin və aşağıdakı suallara cavab alınsın:

-M.Qiyasovun 11.02.2013-cü il tarixli “Əməliyyat atpşırığı” 20-ci PB-yə daxil olandan cəmi 1 gün ərzində hansı əməliyyat tədbirləri yolu ilə həmin şahidlər müəyyən edilb.

– M.Qiyasovun “əməliyyat tapşırığı” 11.02.2013-cü ildə tərtib edilibsə, onda ondan 3 gün öncə 08.02.2013-cü ildə izahat verən Hüseynov Elvin Könül oğlunun Nəsimi RPİ-nin İŞ-nə kim gətirib və hansı qərarın, hansı tapşırığın əsasında?

— “əməliyyat tapşırığı” 11.02.2013-cü ildə olan Sahib Babayev 3 gün öncə kimin dindirilməsini, konkret olaraq E.K.Hüseynovun 08.02.2013-cü ildə dindirildiyini haradan və necə bilib?

26. Sahid Abdullayev Seymur Siyasət oğlu mənim əleyhimə ifadə verib, yalan danışıb, ona görə də mənimlə üzləşdirilməsini tələb edirəm. O bildirikb ki, (bax: C 1. Səh. 117-118) saat təxminən 14:00-15:00 radələrində mənim maşınımı “Medikal Plaza” nın qabağında-solunda görüb. Mən və Pərvizi maşında görüb, sonra kimdənsə eidib ki, həmin gördüyü Toyota RAV 4 markalı maşın arxaya verəndə Pərvizin ayağının üstündən keçi b. Müstəntiqin “Mercedes 190 markalı tünd rəngli avtomaşın gördünüzmü” sualına o cavab verib ki, hadisədən sonra P.Abbasov ona deyib ki, Q.Məmmədov maşını dala verəndə onun ayağının üstündən keçib. Əvvəla,saat: 14:00-15:00 mən klinikanın yanında olmamışam. Hadisə saat 12:20-12:30-da olub. S.S.Abdullayev məni görə bilməzdi. Görünür onu qara basıb.

İkincisi kimdən eşidib ki, Pəvizi Toyota RAV 4 vurub? Cünki CPM-nin 126.3-cü maddəsinə əsasən, “…şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdiyi məlumatlar sübut kimi istifadə edilə bilməz”. 20-ci PB-nin rəisi S.Babayev bu adamın şahid olduğun necə müəyyən edib? Onu müəyyən edibsə, onda onun məlumat aldığı adam niyə müəyyən edilməyib?

Bütün bunlar barədə şahid S.S.Abdullayev təkrar dindirilsin, P.Abbasovdan eşitdiyi cinayət barədə vaxtında polis orqanlarına xəbər verməməsinin səbəbləri araşdırılsın, onun məsuliyyət məsələsi (xəbər verməməyə görə) müəyyən edilsin və mənimlə üzləşdirilsin.

27. Şahid Hüseynov Hüseynov Rəhbər Qubad oğlu istintaqa yalan, həm də bilə-bilə yalan ifadə verib (bax: C 1. Səh.121-124). Deyib ki o 27 sentiyabr 2012-ci ildə saat 13:00 radələrində yaşadığı Xətai rayonu, Naximov küçəsi, dön-2, ev-23A-da olan evinin yanında “69 saylı marşurut avtobusuna minib və.s…”

Bu yalana hələ 69 saylı avtobusa minəndə hadisə çoxdan olub qurtarmışdı: 12:20-12:30-da. O hələ yarım saat, 45 dəqiqə yol gəlməli idi. Deməli,o,hadisə yerinə saat: 14-ə ancaq çatardı. Mənim oğlum E.Məmmədovun əməliyyatı 13:00-a təyin edildiyi üçün biz klinikaya tez gəlmişdik. Bunu sübut etmək üçün klinikanın qəbul və əməliyyat jurnallarına baxmaq kifayətdir, ya da klinikanın girişində quraşdırılmış video kameraların çəkilişlərinə bxın yetər. Texnika olan yerdə adamları belə alçaldıb onlardan alət kimi istifadə etməyə nə ehtiyac var? Bu adamın ifadəsinə görə o gözü ilə hadisəi şəxsən görüb. Hətta orada olan ikinci maşının “sdan” tipli olduğunu deyir. 20-25 metrdən deyilənləri eşidib və.s hadisə yerində maşınların yeri və zərərçəkmişin uzandığı vəziyyəti “dəqiq” təsvir edir. Onun təsvir etdiyi vəziyyətlə: maşınların bir-birindən 23 metr aralı dayanması, zərərçəkmişin ikinci maşının-sedanın sağ tərəfindən 2 metr məsafədə uzanması mənim maşınımın hərəkət edib dayanması (öz-özünə) istintaqın sonda gəldiyi nəticə ilə ziddiyyət təşkil edir.

Şahid R.Q .Hüseynov dindirilməli , hadisəni görmüşdüsə , vaxtında polis orqanlarına xəbər vermədiyinə görə CM-nin 307.1-ci maddəsinə görə məsuliyyəti müəyyənləşdirilməli və mənimlə üzləşdirilməlidir. Çünki o, zərərçəkmiş və mənim aramda guya gedən söhbətlər barədədediklərini tam yalan deyir. O belə deyir: “həmin şəxs cip markalı avtomaşının sürücüsünün üstünə qışqıraraq avtomaşının təkərinin onunayağının üzərindən keçməsini ona bildirdi”. Belə bir söz hansı halda deyilə bilərdi? Hadisədə ikinci maşının iştirakı barədə mübahisə olduqda. Orad isə mübahisə etməyə vaxt və ehtiyac da yox idi…Bir sözlə saat 13:00-da Xətaidəki evinin yanında 69-a minən adam saat 12:00-da olan hadisəni görə bilməzdi.

28. Bu şahidin, R.Hüseynovun həmin şəraitdə 20-25 metrdən eşitmə qabliyyəti eksperiment yolu ilə dəqiləşdirilsin.

29. Şahid Mansurov İsa Mürsəl oğlu yalan ifadə verərək göstərib ki, (bax: C 1, səh. 134-137) guya o hadisəni görüb, hətta Pərviziin: “Cip markalı avtomaşının sol qabaq təkərinin onun sol ayağının üzərindən keçməsini bildirdiyini” də səxsən eşitmişdir. Təkcə o qalıb ki, desin ki, “Cip markalı maşın Pərvizin sol ayağının bazu sümüyününün 1/3-ni sındıraraq ona ağır bədən xəsarəti yetirdiyini və bununla da, Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəərdə tutulan əməli törətdiyimi də Pərvizin deməsini” eşitmişdir. Mənimlə üzləşmədə şahid ifşa olunsa da, bu izahahatında göstərib ki, mühafizəçi Seymur oraya sonradan gəldi. (bax: C 1, səh.136 aşağıdan III abzasın son sözləri), yəni mən hadisə yerindən gedəndən sonra.

Ancaq Seymur ifadəsində göstəribki.,

-o mənim eynəyimi görüb,

-o Pərvizi mənim maşınımda görüb,

– o klinikadan saat 14:00-15:00-da çıxıb gəlib hadisə yerinə.

Göründüyü kimi şahidlərin ikfadələrində ziddiyyətlər var. Ona görə də onlar: Maqsudov İsaMürsəl oğlu və Abdullayev Seymur Siyasət Oğlu üzləşdirilməli və hər ikisinə də bir sual verilməlidir:

-Seymur Abdullayev saat 14:00-15:00-da klinikadançıxıb hadisə yerinə gəlibsə və orada onu Maqsudov İsa Mürsəl oğlu görüb sə, onda onlar hansı hadisədən danışırlar?

Axı həmin vaxtdan xeyli qabaq, artıq saat 13:00-da mən Pərvizin Trovmotologiya xəstəxanasına aparmışdım, eynəyim də gözümdə olub. Onların hadisə yerində gördükləri, eynəkli 40-45 yaşlı adam və Pərvizə oxşar adam kimdir.

30. Şahid Mənsurov İsa Mürsəl oğlunun mənim maşınıma dəyən ikinci maşının sürücüsü ilə üzləşdirilməsini xahiş edirəm. Çünki artıq iknci maşının mənim maşınıma dəyib zədələnməsi sübut edilib. İ.M.Mansurov isə həmin maşının mənim maşınıma toxunmadan, məni gözlədiyi, mən arxaya verəndən sonra sürüb getməsi barədə ifadə verib. (bax: C 1, səh 136, aşağıdan sonuncu cümlə).

31. Zərəçəkmiş P.Abbasov və həyat yoldaşı ifadə veriblərki ,(bax: C 2, səh 4, yuxarıdan 23-cü sətr), guya mən onlara demişəm ki, “kameraya baxmışam, hadisə kameraya düşməyib”. Bu ifadənin yala olmasını sübut etmək üçün 27 sentyabr 2012-ci il saat 12:10-12:30 radələrində olan TŞ kameralarından çıxarışlar tələb edilib işə əlavə edilsin. Müəyyən edilsin ki, həmin lentlərin –çəkilişlərin kəsilən, çatışmayan hissəsi varmı?Olmayan şeyi mən necə deyə bilərdim ki?

32. Zərərçəkmiş P.Abbasov 10 mart 2013-cü ildə dindirilərkən müstəntiq ona belə bir sual verir ki, guya mən ifadəmdə bildirmişəm ki, P.Abbasov mənim maşınımın arxasına keçib təxminən 3-4 metr arxada olub mənə komanda verib. P.Abbasov da haqlı olaraq deyib ki, “Q.Məmmədov yalan danışır” (bax: c. 2, səh. 5, aşağıdan 3-cü abzas).

Mən isə heç vaxt deməmişəm ki, P.Abbasov mənim maşınımın arxasına keçib. Demişəm ki, “Pərviz mənim maşınımın arxasında sol tərəfimdə dayanaraq mənə ver-ver deyə bildirirdi” (bax: c. 1, səh. 66, aşağıdan 9-10-cu sətir). Xahiş edirəm müstəntiq M.Qiyasov dindirilsin və ondan soruşulsun ki, belə yalan danışmaqda, zərərçəkmişə səhv sual verməkdə məqsədi nə olub? Lazım gəlsə, mənimlə müstəntiq M.Qiyasov arasında üzləşmə keçirilsin.

33. Müstəntiq M.Qiyasov zərərçəkmiş P.Abbasova 10/03-2013-cü il tarixli dindirmə zamanı belə bir sual verir ki, guya mən demişəm ki, “mən ara yolda maşınımı 2 avtomaşının ortasında saxlamışam və mənim maşınımın arxasında bir ədəd avtomaşın olmuşdur”. Zərərçəkmişin cavabı da olduqca məntiqlidir (bax: c. 2, səh. 6, yuxarıdan 3-cü, 4-cü abzaslar). Mən isə heç vaxt belə ifadə verməmişəm. Müstəntiq M.Qiyasov dindirilməli nə məqsəd güddüyünü və nə məqsədlə zərərçəkmişi aldatdığı aydınlaşdırılmalıdır. Müstəntiq bu “metodla” guya ziddiyyətlər axtarır, mənim yalan danışdığım barədə təəsürat yaratmaq istəyir. Bunun səbəbini aydınlaşdırmağınızı xahiş edirəm.

34. Şahid Maqsudov İsa Mürsəl oğlu mənimlə üzləşmədə bildirib ki, “həmin maşın keçib getdikdən sonra Pərviz Abbasov xəsarət aldı”. Maşınların toxunmasını da görməyib (bax: cild 2, səh. 12, 5-ci sualın cavabı). Həm də göstərib ki, “hadisə yerində olan II maşının sürücüsü, Q.Məmmədovla heç bir söhbət etmədi” (bax: cild 2, səh. 11, aşağıdan 3-cü abzas 8-ci suala cavab)

Maqsudov İsa Mürsəl oğlu məsuliyyət barədə xəbərdarlıq edilməsinə baxmayaraq, bilə-bilə yalan ifadə verir və CM-nin 297.1-ci maddəsində nəzərdə tutulan cinayəti törədib.

Xahiş edirəm İ.M.Maqsudov II maşının sürücüsü Bayramov Xanlar Zaman oğlu ilə üzləşdirilsin və onların ifadələri arasındakı ziddiyətlər araşdırılsın. Çünki X.Z.Bayramov etiraf edib ki, maşınlarımız toqquşub və o maşından düşərək mənimlə birlikdə maşına baxıb və mən telefon nömrəmi ona vermişəm (bax: c. 2, səh. 209, yuxarıdan 1-10-cu sətirlər).

35. Nəsimi rayon prokuroru vəzifəsini müvəqqəti icra edən baş ədliyyə müşaviri Muqabil Xəlilov özünün 18.03.2013-cü il tarixli Təqdimatında ibtidai istintaq müddətinin uzadılması zərurətini əsaslandırmaq üçün göstərib ki, “Hüseynov Rəhbər Qubad oğlu Abbasova Sahilə Həsən qızı ilə Qurban Məmmədovun arasında üzləşdirmə keçirilməsi zəruridir”. (bax: c. 2, səh. 24, yuxarıda 8- ci abzas).

Müddət uzadılsa da, bu üzləşmələr aparılmayıb. Xahiş edirəm, Hüseynov Rəhbər Qubad oğlu ilə mənim aramda üzləşmə keçirilsin.

36. Maqsudov İsa Mürsəl oğlu ilə Pərviz Abbasov arasında üzləşmə keçirilsin. Çünki İ.M.Maqsudov ifadəsində bildirib ki, mənim maşınımın qabaq hissəsi bir qədər ara yola girmişdi, “arxa hissəsi isə Vaqif prospektində mayili dayanmışdı”. Bir yerdə də deyir ki, “maşın ara yolun baş hissəsində həmin yolun Vaqif prospekti ilə kəsişməsində dayandı”. (bax: cild 1, səh. 136). P.Abbasov isə göstərib ki, “Q.Məmmədov: yola bir qədər dayandı..” (bax: cild 2, səh. 40, sol sütun, aşağıdan 2-ci abzas). İ.M.Maqsudov yalan deyir. Mən Vaqif prospektindən ara yola dönüb, ara yolda saxlamışdım. Prospektdən 5-6 metr aralıda. Bu ziddiyət – İ.Maqsudovun yalan danışmasının səbələri bu üzləşmə vasitəsi ilə aydınlaşdırılsın.

37. 20-ci PB-nin rəisi Sahib Babayev rəsmi olaraq bildirib ki, Pərvizin anası bölmədə işləməyib və onu tanımır. Şahid Abbasova Sahilə Həsən qızı isə (Pərvizin həyat yoldaşıdır). Mənimlə 17/04/2013-cü il tarixli üzləşmısində göstərib ki, onun qaynanası 20-ci PB-də işləyir. (bax: cild 2, səh. 46, sol sütun yuxarıdan 3-cü cavab). Bu xüsusatla bağlı S.Babayevlə S.H.Abbasova üzləşdirilsinlər. Çünki mən Sahib Abbasovun dəvəti ilə onun iş otağına gedəndə Pərvizin anası Ədilə xanımı əlində süpürgə rəisin iş otağında gördüm və ilk dəfə mən məhz Sahib Babeyevdən Pərvizin 2 maşının arasında qaldığını öyrəndim. Ədilə Məmmədova da 20-ci PB-də işlədiyini öz ifadəsində təsdiq edib. Ona görə də Sahib Babayevin istintaqa yalan, səhv məlumat verilməsinin səbəbləri aydınlaşdırılmalıdır. Belə bir adamın “əməliyyat yolu ilə” tapıb göndərdiyi şahidlər də elə özü kimi yalançı olacaqlar, necə ki var.

38. Abbasova Sahilə Həsən qızı ilə Pərviz Abbasovun arasında da üzləmə aparılmasını xahiş edirəm. Çünki P.Abbasov 22 dekabr 2012-ci ildən başlayaraq ifadələrində göstərib ki, guya ona mən yalvarmışam desin ki, onu başqa bir Mercedes vurub qaçıb. O əvvəl üzləşmədə bildirib ki, guya mən onun yanında Pərvizə demişəm ki, “sənə başqa bir avtomaşın gəlib dəyib, mən də sənin ayağının üzərindən keçmişəm, sən huşunu itirmisən”. (bax: cild 2, səh. 46, sol sütun, 4-cü cavab). Hansı düz deyir? Kim yalan deyir və niyə? Bu suallara cavab alınsın.

39. Şahid Bayramov Xanlar Zaman oğlunun ifadələri ilə (cild 2, Səh. 206-214) Abbasov Pərvizin çəkdiyi sxem üzrə (c. 2, səh. 48) mövcud ziddiyyətlərin aradan qaldırılması üçün onların üzləşdirilməsini xahiş edirəm. Sxemdə maşınlar aralı çəkilib – 2-3 metr.

40. Şahid Əkbərov Şahin Bəylər oğlu təkrar dindirilsin və ondan sual edilsin ki, 18 aprel 2013-cü il tarixli ifadəsində (bax: cild 2, səh. 51) “P.Abbasovun aldığı xəsarət bamper sınığı üçün xarakterik deyil” cavabını verəndə hansı elmi ədəbiyyata əsaslanıb və o, ekspertiza predmeti olan bu suala hansı rolda cavab verib?

41. Məmmədova Ədilə Məmməd qızı ilə Sahib Babayev üzləşdirilsin. Ə.M.Məmmədova ifadəsində göstərir ki, o Nəsimi r-n Pİ-nin 20-ci PB-də xadimə işləyir. Lakin 05 iyun 2013-cü ildə Nəsimi rayon prokurorluğunun əməkdaşı N.Musayev məni Nəsimi RPİ-nin təcridxanasında dindirərkən mənə S.Babayevin imzaladığı arayışı göstərdi ki, Ə.M.Məmmədova 20-ci PB-də işləmir. Bu ona görə lazımdır ki, məhz S.Babayevin təzyiqi və təhriki ilə bu adamlar mənim əleyhimə yalan ifadələr verirlər.

42. Müstəntiq M.Qiyasov dindirilsin. Ona sual verilsin ki, 20 aprel 2013-cü il tarixli “əlavə məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında” qərarda ekspert qarşısında, mənim demədiyim bir ifadəni yalandan yazmaqla, istinad etməklə sual qoymasında məqsədi nədir və eksperti niyə aldadır? Qərarda göstərilir ki, guya mən “Pərvizi xəstəxanaya aparanda öyrənmişəm ki, Pərvizi ara yola girmək istəyən tünd rəngli Mercedes markalı avtomaşın qabaq hissəsi ilə vurmuş və mənim avtomaşınımın altına atmışdır“. (bax: cild 2, səh. 69, aşağıdan 1-2-ci sətr, qərarın 2-ci bəndinin II sualı).

43. CPM-nin 267.2-ci maddəsinə əsasən, iş üzrə təkrar “məhkəmə yol-nəqliyyatı hadisələri ekspertizası”nın keçirilməsini xahiş edirəm. Çünki müstəntiq M.Qiyasov özünün 24 aprel 2013-cü il tarixli Qərarı ilə həmin ekspertizanı təyin edərkən, yalnız zərərçəkmiş P.Abbasovun və həmin vaxta qədər yalan ifadələr vermiş şahidlərin ifadələri əsasında quraşdırılmış səhv hadisə mexanizminə, səhv göstərici və şərtlərə əsaslanmışdır.

Lakin şahid Bayramov Xanlar Zaman oğlunun 08 iyun 2013-cü il tarixli ifadəsi ilə zərərçəkmiş və digər şahidlərin yalan ifadə verdikləri ifşa olunmuş, hadisənin əslində 24 aprel 2013-cü il tarixli qərarda təsvir edildiyi mexanizmlə baş vermədiyi sübut edilmişdir. Həmin qərarda (bax: c. 2, səh. 84, aşağıdan 3-cü abzas) hətta göstərilib ki, guya mənim maşınımda “heç bir zədənin olmaması müşahidə edilmişdir”. Bu, sadəcə olaraq, üzr istəyirəm həyasızlıqdır. İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokalda (bax: cild 2, səh. 74, 23/IV-2013 tarixli) və fotoşəkillərdə (cild 2, səh. 75-79) mənim avtomaşınımın sol qabaq qanadında təkərin sağ hissəsində bir ədəd batığın müşahidə edildiyi göstərilib.

Təkrar ekspertiza zamanı ekspert qarşısında qoyulacaq sual belə olmalıdır: ““Yol hərəkəti haqqında” Qanunun 42.13-cü maddəsinin tələblərinə əməl edərək, arxanı yaxşı görmədiyi üçün bələdçinin köməyindən istifadə edən və bələdçinin komandasına görə baş verən hər hansı qəzaya görə sürücü məsuliyyət daşıyırmı və bələdçinin məsuliyyəti nədən ibarətdir? Bələdçinin komandası ilə maşını arxaya verən Q.Məmmədovun hadisənin qarşısını almağa imkanı olmuşdurmu?”

44. Ekspert İsmayılov Polad İbrahim oğlu mənim də iştirakımla dindirilsin. Müstəntiqin 24 aprel 2013-cü il tarixli qərarını 24 apreldə olan ekspert siyasi tapşırığı qısa müddətdə – 2 gün ərzində yerinə yetirib və 26 aprel 2013-cü ildə tərtib etdiyi 7241 saylı məhkəmə ekspertizası rəyində ağzına gələni yazıb. Rəydə heç bir elmi ədəbiyyata xüsusi biliyə əsaslanmayan, heç bir hesablamaya istinad etməyən ekspert P.İ.İsmayılov qonşumuz Məmmədhəsən kişi kimi şəxsi düşüncələrini rəydə yazmış (bunları yazmaq üçün ekspert olmağa ehtiyac yoxdur, normal adam olmaq kifayətdir) və rəyi saxtalaşdırmışdır (. ). Belə ki, əvvəla, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 13-cü bəndinin məzmununu tam yazmamış, bununla da mənim bələdçinin köməyindən istifadə etməyimi gizlədərək ona qiymət verməmiş, bələdçinin məsuliyyəti barədə fikir bildirməmişdir.

İkincisi, ekspert P.İ.İsmayılov rəyin 2-ci səhifəsində aşağıdan sonuncu abzasda yazır: “Qərarda göstərildiyi kimi Toyota RAV-4 markalı avtomobil piyadanı vurduqdan sonra sürücü Məmmədov hadisə yerindən qaçdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur”.

Müstəntiq M.Qiyasovun 24 aprel 2013-cü il tarixli qərarında mənim hadisə yerindən qaçmağım barədə bir kəlmə də olsun yoxdur və ola da bilməz. Bəs ekspert P.İ.İsmayılov hansı qərardan danışır?

Həmin rəy yararsız və saxtadır. CPM-nin 272.1-ci maddəsinə uyğun olaraq P.İ.İsmayılov dindirilsin və CPM-nin 267.2-ci maddəsinə əsasən, real hadisə mexanizmi, zərərçəkmiş P.Abbasovun bələdçilik fəaliyyəti və şahid Bayramov Xanlar Zaman oğlunun ifadəsi ilə müəyyənləşmiş hallar da nəzərə alınmaqla təkrar ekspertiza təyin edilsin. Ekspert P.İ.İsmayılov CM-nin 297.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsin.

45. CPM-nin 267.2-ci maddəsinə əsasən, iş üzrə təkrar “məhkəmə tibbi ekspertizası” keçirilsin. Çünki 20 may 2103-cü il tarixli 75 saylı rəy mötəbər hesab edilə bilməz (cild 2, səh. 98-100). Ona görə ki, həmin rəy müstəntiq M.Qiyasovun ekspertizaya təqdim etdiyi səhv sübutlarla təsdiq edilməyən məlumatlar əsasında verilib. Ekspertiza qarşısında qoyulan 2-ci sualda müstəntiq göstərib ki, guya mən demişəm ki, “P.Abbasovu öncə Mercedes-190 markalı maşının qabaq hissəsi vurub, sonra o mənim arxaya verdiyim maşının təkəri altına düşüb”. (bax: cild 2, səh. 99, yuxarıdan 2-ci abzas).

Bu, üzr istəyirəm, müstəntiqin sayıqlamasıdır. Mən heç vaxt elə söz deməmişəm. Yenə təkrar edirəm: zərərçəkmiş 2 maşının arasında qalıb, hansı vəziyyətdə qalıb bunu mən görməmişəm. Tam əminliklə deyirəm ki, onun ayağı mənim maşınımın təkəri altında qala bilməzdi. Çünki, bunun üçün öncə onun ayaq barmaqları, sonra pəncəsi zədələnməli, başı II maşının altında qalamalı və mütləq ikinci ayağı da sınmalı idi. P.Abbasov nə Bryus Lidir, nə də yoqa deyil ki, sol ayağı təkərin altında ola-ola, özünün dediyi kimi, saga döndərilən sükanın nəticəsində sola hərəkət edən maşının altından sağ ayağını çəkə bilsin. İstintaq eksperimenti ilə, buna inanmağın yalnız axmaqların işi olduğunu sübut etmək çox asandır. Böhtanı da, heç olmasa, qanuna uyğunlaşdırsınlar.

46. 20 may 2013-cü il tarixli rəyin (bax: cild 2, səh. 98-100) nəticə hissəsinin 2-ci bəndi üzrə ekspert Ə.B.Mevliyev mənim iştirakımla dindirilsin. Bu nəticəyə: P.Abbasovun aldığı xəsarətin məhz arxaya hellənən təkərin altında qalması ilə alına biləcəyi fikrinə o hansı elmi dəlillər, elmi nəzəriyyələr, hansı sübutlar əsasında gəlib? Qabağa və dala hellənən, hərəkət edən təkərin saldığı izlərin fərqli əlamətləri hansılardır və hansı elmi ədəbiyyatda göstərilib, o bu əlamətləri hansı texniki üsullarla müəyyən edib?

47. Şahid Bayramov Xanlar Zaman oğlu ilə mənim aramda üzləşmə keçirilməsini xahiş edirəm. Çünki X.Bayramov özünün 08 iyun 2013-cü il tarixli ifadəsində (cild 2, səh. 206-214) mənim əleyhimə əsassız ifadələr verib və yalan danışıb.

48. CPM-nin 272.1-ci maddəsinə uyğun olaraq ekspert Mevliyev Əliş Balaca oğlu mənimlə üzləşdirilsin. Çünki onun verdiyi rəy və ifadə (bax: c. 3, səh. 1-2) aydın deyil, tətbiq etdiyi üsulları müəyyənləşdirmək və dəqiqləşdirməyə ehtiyac var. Həmin dindirmədə müstəntiq M.Qiyasov ekspert Ə.B.Mevliyevə sual verib ki, guya mən demişəm ki, “zərərçəkmiş şəxs Pərviz Abbasov mənim idarə etdiyim avtomaşınla sol tərəfimdə dayanmış avtomobilin qabaq qanadları arasında qalaraq xəsarət almışdır”. Mən heç vaxt belə söz deməmişəm, mən onun ayağının harda qalıb sınmasını görməmişəm. Yalnız mənim maşınımın qabaq sol qanadının Bayramov Xanlar Zaman oğlunun idarə etdiyi maşının qabaq sağ qanadına dirəndiyini demişəm. P.Abbasovun ayağı bəlkə təkərlər arasında qalıb sınıb. Mən onu görməmişəm.

Ekspert Ə.B.Mevliyev isə öz cavabında heç bir elmi ədəbiyyata, elmi metod və üsula xüsusi biliyə söykənmədən adi vətəndaş kimi cavablar verir. Bu qaydada Kəlbəcərli Tükəzban xala da ifadə verə – ekspertlik edə bilər. Bunlara aydınlıq gətirilməsi üçün mənim əleyhimə ifadə vermiş Ə.B.Mevliyevin mənimlə üzləşdirilməsini tələb edirəm.

49. İş üzrə təyin edilmiş 13 iyun 2013-cü il tarixli qərar və onun əsasında verilmiş 28 iyun 2013-cü il tarixli “məhkəmə trasoloji ekspertizası, nəqliyyat vasitələri üzərində və yol nəqliyyat hadisəsi yerində olan işlərin tədqiqi barədə” ekspert rəyi, CPM-nin 268-ci maddəsinin tələblərinə uyğun olmadan əldə edildiyi üçün qanunsuz hesab edilərək sübutlar siyahısından çıxarılsın. Çünki CPM-nin 268.1.1-ci maddəsinə əsasən, “ekspertizanın aparılmasından əvvəl onun təyin edilməsi haqqında müstəntiqin qərarı ilə tanış olmaq və ona məxsus olan hüquqların izahını almaqla” təqsirləndirilən şəxs özünün 218.1.2 – 268.1.7-ci bəndlərdəki hüquqlarından istifadə edə bilər.

Bunlara əməl edilməmiş, mənim hüquqlarım pozulmuşdur.

Müstəntiq mənim vəsatətimdə göstərdiyim hissələrlə bağlı yox, ekspertizanı yönəltmək və istədiyi saxta rəyi almaq məqsədi ilə ekspertdən həmin maşının sağ arxa qanadını tədqiq etməyi tələb edir. Mənsə onun qabaq sağ qanadı ilə mənim maşınıma toxunduğunu göstərmişəm və Bayramov Xanlar Zaman oğlu mənimlə olan telefon söhbətində bildirib ki, onlar həmin qanadı tam dəyişiblər, təmir etdirməyiblər. Belə olan halda ekspert hansı zədəni axtarırmış “maşının sağ tərəfində”? (bax: cild 3, səh. 29, yuxarıdan 3-4-cü suallar).

50. İstər 13 iyun 2013-cü il tarixli qərar, istərsə də həmin qərar əsasında alınmış 28 iyun 2013-cü il tarixli rəy, eləcə də istər 02 iyul 2013-cü il tarixli “əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında” qərar və onun əsasında alınmış rəy (bax: cild 3, səh. 46-49), istərsə də 15 iyul 2013-cü il tarixli qərar və onun əsasında alınmış rəy (bax: cild 3, səh. 55-56, səh. 66-76) CPM-nin 268-ci maddəsinin tələblərinə əməl edilməməklə əldə edildiyi üçün qanunsuz hesab edilsin, sübutlar sırasından çıxarılsın və CPM-nin 267.2-ci maddəsinə uyğun olaraq həmin sualların və mənim əlavə edəcəyim sualların obyektiv araşdırılması üçün təkrar ekspertizalar təyin edilsin.

Mənim müdafiə hüquqlarım təmin edilsin.

___ sentyabr 2013-cü il.

5,953 dəfə ümumi oxunub, 2 dəfəsi bu günə aiddir.

Bəraət almış şirkət müdirinin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Rauf Firidunoviç Namazovla Oktay Ağamirzə oğlu Vəliyevin barələrindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb. “Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 9-na təyin edilib. Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakinləri R.Namazov və O.Vəliyev vətəndaşların etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdə ittiham olunublar. Belə ki, O.Vəliyev tanışı N.Namazovla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2009-cu ilin yaz aylarında özünə məxsus Yasamal rayonu Bəsdi Bağırov küçəsi, 14 ünvanında yerləşən ofisində Zulfiya Aytımbet qızı Abdukadırova ilə tanış olub. Onlar Z.Abdukadırovaya yüksək vəzifəli şəxslərlə olan geniş əlaqələri hesabına böyük bizneslə, o cümlədən CİN və NAR danışıq konturlarının topdan satışı ilə məşğul olmasını bildirib. Həmin şəxslər Z.Abdukadırovanı onunla birgə iş birliyi yaradıb, “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətdən daimi nümayəndəlik alıb, fəaliyyət göstərərlərsə, qazanc əldə edəcəklərinə inandırıb. O.Vəliyev və N.Namazov 2010-cu ilin sentyabr ayından 2011-ci ilin iyun ayının 1-nə kimi Z.Abdukadırovanın etibarından sui-istifadə edərək, ondan ümumilikdə 1 milyon 356 min 700 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, istintaq dövründə Ağa Nurulla oğlu Hüseynov, Gündüz Cahangir oğlu Cəfərov, Kamal Qafur oğlu Şabanov, Anar Tamirlan oğlu Musayev və Ağasəttər Mirabdulkərim oğlu Ağayev ərizə ilə müraciət edib. Həmin şəxslər R.Namazovun onların etibarından sui-istifadə etdiklərini bildiriblər. R.Namazov zərərçəkmişlərin pullarını dələduzluq yolu ilə ələ keçirərək onlara külli miqdarda ziyan vurub. İş üzrə maddi ziyan ümumilikdə 2 milyon 129 min 740 manat göstərilib. İstintaq müddətində isə 1 milyon 356 min 700 manat ödənilib. 2012-ci ildə R.Namazovun tutulması və ona ittiham elan edilməsi üçün barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 150-ci maddəsi ilə axtarış elan edilib. Daha sonra CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçilib. R.Namazov 2014-cü ilin yanvar ayının 16-da Ukrayna Respublikası Daxili İşlər Nazirliyinin Kiyev şəhərinin Solomenski rayon Daxili işlər şöbəsi tərəfindən tutulub və Kiyev şəhəri Solomenski rayon məhkəməsi tərəfindən barəsində 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib. R.Namazov həmin ilin may ayının 7-də Azərbaycan Respublikasına ekstradisya olunaraq Bakı İstintaq Təcridxanasına təhvil verilib. O, CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilib. O.Vəliyev isə 2014-cu ilin dekabr ayının 25-də şübhəli şəxs qismində saxlanılıb və CM-nin 178.3.2 maddəsi ilə ittiham olunub. Lakin onun barəsində şəxsi zaminlik qətimkan tədbiri seçilib, O.Vəliyev müvəqqəti saxlama yerindən azad edilib. 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Namazov 11 il müddətinə azadlıqdan məhrum edilib. O.Vəliyev barəsində isə bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxslər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasında cinayət işi baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə göndərilib. İş araşdırılandan sonra yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib. O.Vəliyev “İmpreks” reklam şirkətinin müdiri vəzifəsində çalışır.

Cm-nin 178-ci maddəsi lombard hökm

F ərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.8-1-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi əvvəlki ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair müvafiq protest olduğu təqdirdə, işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edə bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Comments are closed, but trackbacks and pingbacks are open.