Press "Enter" to skip to content

GÖRKƏMLİ COĞRAFİYAÇI ALİM-EKOLOQ

Bitki üzvi aləmin yaşaması üçün əsas vasitədir. Qurunun xeyli hissəsini yaşıl meşələr örtür. Böyük çəmənliklər və mədəni halda yetişdirilən kənd təsərrüfatı bitkiləri düzən və səhraları yaşıllaşdırır. Bitki nəinki yer üzərini örtmüşdür, hətta okeanların və dənizlərin xeyli dərinliklərində belə vardır. Bitkiləri təbiətindəki fəaliyyətlərinə görə iki böyük qrupa bölmək olar: 1) yaşıl bitkilər, 2) yaşıl olmayan bitkilər. Bitki aləmi yerin üst qatının dəyişməsində və torpağın əmələ gəlməsində çox böyük rol oynayır. Torpaq əmələgəlmə prosesində fiziki və kimyəvi aşınmalarla yanaşı bitki örtüyünün də böyük əhəmiyyəti vardır. Ali bitkilər torpağa öz kökləri vasitəsilə, ibtidai bitkilər xüsusi bakteriyalar, göbələklər və şibyələr bütün həyat fəaliyyətləri ilə təsir edirlər. Elə ona görə də bitki örtüyündən asılı olaraq yer üzərində müxtəlif tipli torpaqlar yaranmışdır. Bitki örtüyü biosferin üzvi maddə yaratmaq qabiliyyəti olan yeganə komponenti sayılır, yəni yer kürəsində məskunlaşan bütün canlıların, o cümlədən insanın həyatına yardımçı olan faktiki başlıca mənbədir. Məlumdur ki, bitkilərin əksəriyyəti antibiotik xassəsi daşıyan fitonsid adlı bioloji aktiv maddələrə malikdir. Bu maddələr havadakı bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır. Ağaclar ən çox fitonsid xassələri daşıyır. Meşə-bitki örtüyünün çox növlü bitkilərindən ibarət əsas tipidir. Meşə ətraf mühitə, mikroiqlimə təsir edir, torpağın hava və su rejimini, faunanı nizamlayır. Üzvi kütlənin yaranmasında meşənin rolu böyükdür. Meşə bitkiləri şəhərlərdə hava hövzəsini toz, zərərli qaz, tüstü, his və səsdən təmizləməklə müstəsna rol oynayır.İynə yarpaqlı bitkilər özündən-fitonsidlər adlanan maddələr buraxır ki, onlar insan və bitkilərdə xəstləik əmələ gətirici mikrobları məhv edirlər. Havada olan toz hissəcikləri günəş şüalarının təsirini azaldır və ultrabənövşəyi şüaları udur.

“Tibbi coğrafiya və müasir ekologiyanın əsasları”

AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi Dağıstan Yusifovun “Tibbi coğrafiya və müasir ekologiyanın əsasları” dərs vəsaiti çapdan çıxıb (Bakı, “Avropa” nəşriyyatı, 2017, 320 səh.). Kitab AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Kitabın elmi redaktoru BDU-nun “Genetika və təkamül təlimi kafedrası”nın professoru M.S.Babayevdir.

Dərslik tibbi coğrafiya, biologiya, ekologiya fakültələri üçün ətraf mühitin ekoloji gərginliyin aradan qaldırılması yolları, ətraf mühitin antopogen çirkləndirilməsi və texnogen mühitin birgə inkişafının ənənələri, təbii və müasir ekologiyanın əsasları və strukturu, davamlı inkişaf konsepsiyası, regionlarda ekoloji şərait, dağ-mədən sənayesində torpaq və su ehtiyatlarının mühafizə tədbirlərinin gücləndirilməsi, müasir ekologiyanın qlobal problemləri və onların həlli yolları, təbii ehtiyatlardan səmərəli istifadəsi, rəqabət qabiliyyətli iqtisadiyyatın inkişafı və biosferin qorunmasına dair xüsusi məsələləri əhatə edir (economics.com.az).

GÖRKƏMLİ COĞRAFİYAÇI ALİM-EKOLOQ

Azərbaycan şimal-cənub, qərb-şərq istiqamətlərində kəsişən qədim karvan yollarının qovşağında yerləşməklə əlverişli təbii şəraitə, zəngin təbii resurslara malik olduğundan dünya şöhrətli səyyahların, coğrafiyaşünasların və digər sahədən olan alim və tədqiqatçıların diqqətini cəlb etmişdir. Eyni zamanda tarixən yaxın və orta Şərqin, Avropanın mədəni-elmi mühiti ilə bağlı olan həmin diyarda coğrafiyaşünaslar, ölkəşünaslar, etnoqraflar və b. yetişmişlər. Parlaq zəkaya malik çoxsaylı alimlərin, mütəxəssislərin hamısının adlarını sadalamaq mümkün olmasa da, bəzilərini yada salmaq yerinə düşər. XVI əsrdə yaşamış Mahmud Şirvanini, XVIII-XIX əsrdə yaşamış Hacı Zeynalabdin Şirvanini, Abbasqulu Ağa Bakıxanovu, İşmayıl bəy Qutqaşınlını, İsa Sultan Şaxtaxtinskini, Həsənbəy Zərdabini və bir çox başqalarını göstərmək olar.
Ölkəmizdə tədriclə ictimai və coğrafi əmək bölgülərinin inkişafı, xüsusilə XIX əsrin axırlarından başlayaraq çoxtərəfli elmi tədqiqatların və axtarışların aparılması məqsədilə yeni birliklər, cəmiyyətlər və digər nüfuzlu qurumlar yaradılmışdır. Bu işdə ali məktəblərin – ADU (indiki BDU-1919), APİ (indiki ADPU -1921) və digər qurumların böyük rolu olmuşdur. 1923-cü ildə “Tədqiq və tətəbbö”, 1939-cu ildə Coğrafiya cəmiyyəti yaradılmışdır. Daha sonra SSRİ EA-nın Qafqaz filia­lının Azərbaycan bölməsi (1932-1935), onun ardınca SSRİ EA-nın Azərbaycan şöbəsi (1935-1941) fəaliyyət göstərmişlər. Nəzərə almaq lazımdır ki, bir çox əzmkar vətənpərvər alimlərimiz ötən əsrin 30-40-cı illərində törədilmiş siyasi repressiyanın qurbanları olsalar da onların elmin bir çox sahələrində və eləcə də coğrafiya, geodeziya və kartoqrafiya, təbiətdən səmərəli istifadə və s. dair ideyaları qismən də olsa sonralar davam etdirilirdi. Onlara Mustafa Vəkilovu, Yusif Vəzir Çəmənzəminlini, Məmmədbəy Əliyevi, Məmmədhəsən Vəlilini (Baharlını) və b. misal göstərmək olar. Bunlardan isə Məmmədbəy Əliyev ağır basqılardan sonra ali məktəblərdə və eləcə də BDU-da fəaliyyət göstərmiş və yüksək fəxri ada layiq görülmüşdür.
1945-ci ildə AMEA-nın, onun müvafiq institutlarının, o cümlədən Coğrafiya İnstitutunun yaranması elmi təfəkkürlərin və tədqiqatların inkişafına təsir göstərmişdir. Elmin və elmi kadrların, eləcə də coğrafiyanın inkişafında ali məktəblərin müvafiq fakültələrinin, xüsusilə coğrafiya fakültələrinin yaradılması mühüm yer tutmuşdur. Eyni zamanda elm-təhsil ocaqları arasında inteqrasiyanın getməsi elmlərin strukturlaşdırılmasına, predmetləşdirilməsinə və kadr hazırlığına müsbət təsir göstərmişdir. Beləliklə, elmin tətbiq sahələri genişlənməklə idarəetmə sahəsində də irəliləyişlər yaranmışdır. Lakin sovet dövründə əsassız olaraq elmlər sovet və burjuaziya elmlərinə ayrılmışdır. Onları təmsil edənlər də bir-birlərinin ideyalarını inkar etməli idilər.
Bununla yanaşı güclü genetik inkişafa, yüksək təxəyyülə malik insanlar sovet dövrünün sonrakı mərhələsində elm və təhsil sahəsində yeni yüksəlişlərə nail oldular. Ümumiyyətlə, istər müharibə və istərsə də müharibədən sonrakı dövrlərdə elmi təşkilatlar və elmi məktəblər AMEA-nın elmi tədqiqat institutları və ali məktəblərin alimlərinin əməkdaşlıqları nəticəsində, əsasən təbii məhsuldar qüvvələrin öyrənilməsində mühüm irəliləyişlərə nail olunmuşlar. Eyni zamanda keçmiş SSRİ-nin böyük dövlətçilik siyasəti ilə respublikalarda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın inkişafında müəyyən məhdudiyyətlər yaradılırdı. Bunlara baxmayaraq 1970-ci illərdən Azərbaycanın idarə edilməsində konstruktiv münasibətlər yaradılmış, eləcə də elm və təhsil sahəsində riyaziyyatlaşma, ekologiyalaşma, sosiallaşma, humanitarlaşma prosesləri getmişdir.
Elmi tədqiqat institutlarında, ali təhsil ocaqlarında fəaliyyət göstərən şöbələrin və kafedraların əsasında sintetik, milli, kompleks elmi məktəblərin fəaliyyətində canlanma müşahidə edilmiş və yeniləri yaradılmışdır.
Həmin elmi məktəblərin yaradıcıları, 30-40-cı illərin siyasi repressiyasından, 1941-1945-ci illərin od-alovlarından salamat qala bilən əzmkar, zəhmətkeş və fədakar insanlar həyatlarını elmə və təhsilə sərf etmişlər. Bu insanlar elmi, təhsili inkişaf etdirməklə yanaşı, yeni gələn nəslə doğma münasibət bəsləməklə, onların bir çoxlarını öz arxalarınca apara bilmişlər.
Deyilənlərlə əlaqədar təbiət, yer, humanitar, dəqiq elmləri təmsil edənlərin üzərinə böyük, şərəfli və məsuliyyətli vəzifələr düşürdü. Təkcə Bakı Dövlət Universitetində çalışan və eləcə də AMEA-nın müvafiq institutları ilə əlaqəli fəaliyyət göstərən alimlərə misal olaraq Yusif Məmmədəliyevi, Mirəli Axundovu, Abdulla Qarayevi, Həsən Əliyevi, Şəfayət Mehdiyevi, Abbasqulu Abbaszadəni, Həsən Abdullayevi, Yusif Əmənzadəni, Mircəlal Paşayevi, Cəfər Xəndanı, Feyzulla Qasımzadəni, Mübariz Əlizadəni, Mehbalı Qasımovu, Bəxtiyar Vahabzadəni, Əşrəf Hüseynovu, Maqsud Cavadovu, Qoşqar Əhmədovu, İsmayıl Hüseynovu, Zülfəli İbrahimovu, Qasım Gülü, Məmmədbəy Əliyevi, Hadi Əliyevi, Səttar Süleymanovu və bir çox başqalarını misal göstərmək olar.
Göstərilənlərin və həmin qəbildən olan başqa alimlərin səyi ilə formalaşan elmi məktəblər sonradan gələn nəslin yetişməsinə öz təsirlərini göstərə bilmiş, onlar da bu sahədəki estafeti sonrakı nəslə ötürmüşlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş təntənəli yubiley yığıncağında demişdir: “Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərərək öz bilik və bacarığını nümayiş etdirmişlər. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfələrini vermişdir. Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm dövlət müstəqilliyi ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir”.
Həqiqətən 1970-ci illərdən sonra ölkəmizin konstruktiv idarə edilməsi yeni dünyagörüşlü kadrların yetişdirilməsinə əlverişli şərait yaranmışdır. Xüsusilə yaradıcı kadrlara yüksək münasibət bəslənilmişdir.
Elm və təhsil sahəsində qazanılan nailiyyətlər, nəinki məhsuldar qüvvələrin inkişafına, eyni zamanda ümumi mədəniyyətimizin inkişafına təsir göstərir. Göstərilən şərəfli yol elm, təhsil sahəsində çalışanların fədakar, ağır zəhmətlərindən asılı olmaqla elmi məktəblərin fəaliyyəti ilə də çox əlaqədar olmuşdur.
Mətnin davamı həmin sahə ətrafında maraqlı elmi fikirləri olan görkəmli coğrafiyaçı alim-ekoloq Şövqi Göyçayskiyə həsr olunur.
Özünün dediyinə görə o, əzmkar, şərəfli orta məktəb müəllimlərindən, sonra isə Azərbaycanın tanınmış alimlərindən, ziyalılarından yüksək səviyyədə dərs və xeyir-dualar almışdır. İlk növbədə Hadi Əliyevdən, Qasım Güldən, Abdurahim Hacızadədən, Rizvan Piriyevdən və başqalarından bəhrələnmişdir. O, gənc dosent kimi akad. Həsən Əliyevin təklifi ilə 1980-ci ildə ADU-da (indi BDU) yaradılan “Ətraf mühiti mühafizə” kafedrasına 1981-ci ildə, seçki yolu ilə müdir təyin edilmişdir. Alim, kafedranı təşkilati cəhətdən formalaşdırmaqla yanaşı, Coğrafi ekologiya üzrə elmi məktəbin əsasını qoymuşdur.
Şövqi Yusifziya oğlu Göyçayski 1935-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1953-cü ildə Göyçayda orta təhsilini başa vuraraq Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin Coğrafiya şöbəsinə daxil olmuş və 1958-ci ildə iqtisadi-coğrafiya ixtisasını müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Dövlət Hidrometeorologiya İdarəsində əmək fəaliyyətinə başlamış, 1959-1961-ci illərdə Dövlət Mərkəzi Statistika İdarəsində mühəndis-iqtisadçı vəzifəsində fəaliyyətini davam etdirmişdir.
Elmi yaradıcılıqla məşğul olmaq istəyi gənc Şövqi Göyçayskini 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasına istiqamətləndirmiş və 1964-cü ildə o, aspiranturanı başa vuraraq “Azərbaycan SSR-in kənd əhalisinin məskunlaşmasının coğrafiyası” adlı elmi-tədqiqat işini tamamlamışdır. 1965-ci ildə coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.
Ş.Göyçayskinin əmək fəaliyyəti 1961-ci ildən universitet ilə bağlı olmuşdur. O, 1964-1965-ci illərdə universitetin elmi tədqiqat sektorunda elmi işçi, 1965-1967-ci illərdə isə Geologiya-coğrafiya fakültəsində dekan müavini vəzifəsində işləmişdir.
Ötən əsrin 60-cı illərinin demoqrafik artım dövründə bütün dünyada “demoqrafik partlayış prosesi”nin getməsi ilə əlaqədar olaraq, əhali problemlərinin elmi tədqiqatlarında öncül yerlərdən birini tuturdu. Həmin mərhələdə Azərbaycanın məhsuldar qüvvələri üç mühüm sahənin (sistemin) – təbiətin, əhalinin, təsərrüfatın əlaqəli öyrənilməsi əsasında həyata keçirilirdi.
Onun daxil olduğu elmi məktəb Coğrafiya fakültəsində Abdurahim Hacızadənin rəhbərliyi ilə Azərbaycanda kompleks coğrafi tədqiqatlara başlayan ilk elmi məktəb idi. Həmin elmi məktəb Moskva, Leninqrad universitetləri Coğrafiya fakültələrinin elmi məktəbləri ilə sıx əlaqədə fəaliyyət göstərmişdir.
Şövqi müəllim hələ BDU-nun aspirantı olduğu dövr­dən keçmiş SSRİ-nin və müstəqil Azərbaycan Respublikasının əhali və ekologiya problemlərinə həsr edilmiş beynəlxalq elmi konfranslarında çıxışlar və məruzələr etmişdir.
Alim Azərbaycan Respublikası Coğrafiya Cəmiyyətinin qurultaylarında BDU-nu, SSRİ-nin Coğrafiya Cəmiyyətinin qurultaylarında Azərbaycanın coğrafiyaçılarını təmsil edən nümayəndəliyin üzvü olmuşdur.
Şövqi müəllim BDU-da işlədiyi müddətdə bir sıra fənləri tədris etmiş, bir neçəsini indi də tədris edir. Onların içərisində “Coğrafiya və iqtisadi coğrafiyaya giriş”, “Coğrafi ekologiyanın əsasları”, “Ekologiya və ətraf mühiti mühafizə” , “Antropoekosistemlər və insanın ekologiyası” və s. misal göstərmək olar. Onun mühazirələri maraqlı və məzmunlu olmaqla müasirliyi ilə də fərqlənir.
Alim bir sıra dövlət əhəmiyyətli proqramların, təsərrüfat müqaviləli mövzuların hazırlanmasında iştirak etmişdir. 1986-cı ildə Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsinin rəhbərliyi ilə həyata keçirilən 6 cildlik “Azərbaycan Respublikası Təbiəti Mühafizənin Kompleks sxemi”nin ideya rəhbərlərindən biri, tərtibinin həmmüəlliflərindən olmuşdur. Azərbaycan Respublikası Şahdağ və Hirkan Milli parklarının yaradılmasının qiymətləndirilməsinə dair proqramların, Sahil zonalarına dair prioritet mövzuların tərtibində iştirak etmişdir. Azərbaycanda əlvan metallurgiyanın inkişaf etdirilməsi məqsədilə Filizçay polimetal filiz yatağının istifadəsinin coğrafi qiymətləndirilməsi mövzusunun yerinə yetirilməsində iştirak etmişdir.
Təbii resurslardan səmərəli istifadə və təbiəti mühafizənin kompleks proqramının tərtibi (Azərbaycan SSR Dövlət Plan Komitəsinin ETİ-nun əməkdaşları ilə həmmüəllif. B.1985), Naxçıvan MR-də xidmət sahələrinin qiymətləndirilməsinin perpspektivlərinin tədqiqinə dair xüsusi layihənin tərtibi ilə əlaqədar AR Arxitektura və Şəhərsalma Dövlət Komitəsinin Cənub kənd tikinti layihə İnstitutu ilə birlikdə Naxçıvan ekspedisiyasının iştirakçısı və elmi məsləhətçisi olmuşdur. Quba-Xaçmaz iqtisadi rayonunda ekoloji şəraitin qiymətləndirilməsi və əhalinin plansız köçürülməsinin qarşısını almaq məqsədilə həmin zonaya ekspedisiya təşkil etmişdir. AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları ilə birlikdə “Fiziki coğrafiya” monoqrafiyasının “Türk dünyasının ekoloji şəraitinin qiymətləndirilməsi” bölməsini yazmışdır.
Azərbaycan Respublikasının irimiqyaslı İqtisadi xəritəsinin tərtibinin həmmüəlliflərindəndir. İlk dəfə tərtib edilən iri və orta miqyaslı Əhali xəritələrinin müəllifidir. Ş.Göyçayskinin çoxillik elmi-pedaqoji fəaliyyəti dövründə üzərində çalışdığı problemlər aktual olmaqla xüsusi maraq doğurur. O, elmin konstruktiv, konseptual təhlilləri ilə yanaşı, elmi-populyar səviyyədə təbliği ilə də məşğul olmuşdur. Alim coğrafiya, coğrafi ekologiya və ümumi ekologiya sahəsində bir sıra məsələlərə aydınlıq gətirməklə yanaşı, bəzi problemlərin konseptual həlli barədə fikirlərini ifadə edir, bəzi məsələlərin həllini açıqlayır, yaxud da onlar haqqında indi də düşünməyin zəruri olduğunu tövsiyə edir.

Şövqi müəllim yuxarıda qeyd olunanları ümumiləşdirərək aşağıdakıları bildirdi:
– “Milli lider Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə idarəetmənin yeni strateji əsaslarını yaratmaqla yanaşı, təbii şəraitdən, təbii və insan resurslarından səmərəli istifadə sahəsində yeniliklər həyata keçirtməyə başlamışdır. Həmin məsələlər aktuallığına və əhatə dairəsinə görə mərkəzi hakimiyyətin respublikalar üçün yaratmış olduğu məhdud mühitdən kənara çıxmasına siyasi iradə göstərə bilmişdir. Deyilənlər elm-təhsil və kadr hazırlığı sahəsini də əhatə edirdi. Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıtdığı dövrdə yuxarıda göstərilən problemlər ölkənin inkişaf strategiyasında və proqramlarında öz əksini tapmışdır. Bir çox elm və təhsil sahəsində çalışan kadrlar kimi həmin ideyalar mənim də fəaliyyətimdə istiqamətverici əhəmiyyət kəsb etmişdir;
– Coğrafiya elmi yalnız, vahid coğrafiya elmləri sisteminə əsaslandıqda təbiət və humanitar elmlər arasında sintetik məzmun kəsb edir və böyük ekologiyaya əvəzsiz töhfələr verə bilir;
-Coğrafiyanın qollarının ekologiyalaşması elmin transformasiyasına təsir göstərən başlıca cəhətlərdəndir;
– Demoqrafik siyasət və vahid məskunlaşma sistemi təbiətin ritminə uyğunlaşdırmaqla davamlı inkişafın əsaslarındandir;
– Noosferin biosferə qarşı risklər yaratması daimidir və noosferi “antisfer” adlandırmaq olar. Bu sahədə ziyanların minimuma endirilməsi məqsədilə elmlərarası fəaliyyəti genişləndirməyi məqsədəmüvafiq sayıram;
– Maddə və enerji axınlarının mühit yaratma xassəsini ekocoğrafiyanın əsaslarından hesab edirəm;
– Ətraf mühitin fiziki coğrafi rayonların sərhədləri daxilində qiymətləndirilməsi idarəetmənin əsas şərtlərindəndir;
– Coğrafi ekologiyanın “Böyük ekologiyanın” formalaşmasında mühüm yer tutmasını əsas amillərdən biri kimi qəbul edirəm;
– Ekoloji müddəaların elmşünaslığın formalaşmasında və inkişafında mühüm yer tutmasını, həmin sahənin təbiət və humanitar elmlərin inteqrasiyasında əvəzedilməz rol oynamasını xüsusiilə qeyd etmək lazımdır;
– Əhali artımının balanslaşdırılmasını təbii təkrar istehsal ilə ictimai istehsal arasında tarazlığın yaradılması ideyasını mühüm elmi-tədqiqatların və tətbiqi naliyyətlərin nəticəsi kimi qiymətləndirirəm;
– Yer kürəsinin bütövlüyünü və kontrastlığını bio­sferdə biomüxtəliflik yaradan amillərdən biri kimi qəbul etməklə yanaşı, onun mühafizəsində landşaft-topoloji metodun tətbiq edilməsinə üstünlük verirəm;
– Günəş fəallığı haqqında V.Vernadski və A.Cijevskinin konsepsiyasına əsaslanaraq həmin sahədə ekocoğrafi tədqiqatların aparılması ideyasını XXI əsrdə qarşıda duran əsas problemlərdən biri kimi qiymətləndirirəm;
– Günəş fəallığı nəticəsində, geoekoloji, geokimyəvi və s. proseslərlə bağlı dəyən ziyanların minimuma endirilməsində meşəliklər və yaşıllıqlar salınmasını, sututarlar və s. yaradılmasının həyata keçirilməsini təbiəti mühafizənin və bərpanın əvəzolunmaz sahəsi kimi zəruri hesab edirəm;
– Ekoloji təfəkkürün formalaşmasında torpaqların təbiətin tarixinin əsaslarından olduğunu nəzərə alaraq, torpaq-landşaft sistemini etnik birliklərin formalaşmasına olan təsirin ayrılmaz hissəsi hesab edirəm;
– Təbiətdə “maddələrin və enerjinin dövr etməsi prosesini ekosistemlərin nizamlanmasına yönəldilməsi”- ideyasını XXI əsrin inkişaf proqramına daxil edilməsini məqsədəmüvafiq sayıram;
– Xəzər dənizi səviyyəsinin müasir dövrdə enməsinin ümumi okeanoloji qanunauyğunluqdan çıxması və həmin prosesdə qlobal iqlim dəyişikliyi ilə regionlarda (xüsusən Volqa çayı hövzəsində) antropogen təsirlərin artması ilə əlaqədardır.
– Heç bir elm sahəsi coğrafiya qədər təbiət-əhali-təsərrüfat sahələri və sahələrarası informasiyaya malik olmadığına görə coğrafi informasiya sistemlərinin (CİS-in) idarəetmədə əsas üsullardan hesab etməklə, ali məktəblərdə ekoloji ixtisasa qəbul imtahanlarında coğrafiya fənnindən imtahan salınmasını zəruri hesab edirəm.
– Yaşıl ekologiyanı dayanıqlı inkişafın əsaslarından hesab etməklə şüurlu insandan ali insanın formalaşması mərhələsinə keçilməsində əvəzedilməz amil kimi qiymətləndirirəm.”
Yuxarıda deyilənləri alim eyni zamanda coğrafi ekologiyaya dair elmi məktəbin prioritet sahələrindən hesab edir.
Şövqi müəllim bildirir ki, Azərbaycan elm və təhsil sistemi yenidənqurma dövrünün çətinliklərinə, Qarabağ müharibələrinə və s. baxmayaraq ölkələrin idarə edilməsində ön cərgədə irəliləyir. Onun nəticəsidir ki, vaxtaşırı olaraq yuxarıda göstərilən elmi məktəblərin hesabatları yüksək səviyyədə dinlənilir.Təkcə son yarımildə prof. İzzət Rüstəmovun “Nəzəri və praktiki maarifçiliyin əsasları”; böyük ədibimiz və alimimiz Mircəlal Paşayevin elmi məktəbinin davamçısı, AMEA-nın müxbir üzvü Təhsin Mütəllibovun “Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatın fəlsəfi problemləri”; akad. Rəfiqə xanım Əliyevanın “Kimyanın nəzəri və praktiki problemləri” mövzularında tədqiqatlarının nəticələri keçirilən konfranslarda dinlənilmiş, həmin tədqiqatlarla bağlı yeni ideyalar və problemlər müzakirə edilmişdir. Fərəhli haldır ki, akademik Rəfiqə xanım Əliyeva elmi fəaliyyəti dövründə ətraf mühitin ekokimyasına dair elmi məktəbin əsasını qoymuşdur.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda islahatların müvəffəqiyyətlə başa çatması, Qarabağın düşmənlərdən azad edilməsi, karbohidrogen ehtiyatlarının nəql edilməsinin, infrastrukturların Qafqazda ərazi əmək bölgüsünün inkişaf etdirilməsinə təsir göstərməsi Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirməkdədir. Göstərilən sistemdə Azərbaycan modelinin XXI əsrə uyğun formalaşması ekoloji standartların da müasir tələblərə uyğunlaşmasını tələb edir. Məhz ona görə də həmin sahədə çalışan mütəxəssislərin və alimlərin üzərinə məsuliyyətli və şərəfli vəzifələr düşür.
Alim “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə başçısının müvafiq Fərmanını alqışlayır. Hər iki sahənin potensial imkanlarının qiymətləndirilməsi ilə kadr hazırlığında yeni-yeni nailiyyətlər qazanılacağı yollarında rəhbərliyə və alimlərə, xidmət sahəsində çalışanlara uğurlar diləyir. Eyni zamanda aqil insanların kəlamını yada salır: “Elm və təhsil müqəddəs sahədir, yalnız yüksək əxlaqi nurdan qidalanan elm bəşəriyyətə töhfələr verə bilər”.
Şövqi müəllim ilk növbədə, özünə qarşı çox tələbkar, üzərində daim işləyən və təvazökardır. O, qayğıkeş ailə başçısı olmaqla bərabər, həm də əsl vətəndaş, vətənini bütün qəlbi ilə sevən və bütün yüksək keyfiyyətlərə malik olan insandır.
Onun fədakar əməyi yüksək qiymətləndirilərək bir sıra fəxri adlar və təltiflərə layiq görülmüşdür, 2000-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adı verilmişdir.
O, K.Polinq adına Beynəlxalq Elmi İnkişaf Akademiyasının Azərbaycan filialının üzvü, Rusiya Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Mühafizəsi Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
2008-ci ildə Ş.Göyçayski Amerikanın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” elan olunmuşdur.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona “Şöhrət” ordeni verilmişdir.
Şövqi müəllim 2014-cü ildə Avropa Nəşr evi tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl Medalına layiq görülmüş, “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi Heydər Əliyev zirvəsi Diplomu və medalı ilə təltif edilmişdir.
Bundan başqa, Ş.Göyçayski müvafiq nazirliklərin fəxri fərmanları və təşəkkürləri ilə də mükafatlandırılmışdır.
Görkəmli coğrafiyaçı-ekoloq alim bütün qəlbi və canı ilə Azərbaycana bağlıdır. Onun havasını, suyunu, torpağını saf, insanlarını hər zaman xoşbəxt görmək arzusundadır. Hörmətli Şövqi müəllimə cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

AĞAMAHMUD SƏMƏDOV
“Yer və İnsan” jurnalının elmi redaktoru

Cografi ekologiyanin əsasları

10. Daimi donuşluq zonaları ( xüsusilə dağlarda ) sərhədlərinin dəyişilməsi , bununla əlaqədar çayların suyunun azalması və s .

Səhralaşmanın səbəbləri – planetin iqliminin dəyişilməsi , xüsusilə də qlobal istiləşmə , həmçinin insanların ətraf mühitə təsir fəaliyyəti hesab olunur . İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə səhralaşmaya əsas səbəblərdən biri su resurslarının çox və səmərəsiz istifadə olunması hesab olunur .

27. Bitki aləminin əhəmiyyəti, onların yerli və qlobal probemləri.

Bitki üzvi aləmin yaşaması üçün əsas vasitədir. Qurunun xeyli hissəsini yaşıl meşələr örtür. Böyük çəmənliklər və mədəni halda yetişdirilən kənd təsərrüfatı bitkiləri düzən və səhraları yaşıllaşdırır. Bitki nəinki yer üzərini örtmüşdür, hətta okeanların və dənizlərin xeyli dərinliklərində belə vardır. Bitkiləri təbiətindəki fəaliyyətlərinə görə iki böyük qrupa bölmək olar: 1) yaşıl bitkilər, 2) yaşıl olmayan bitkilər. Bitki aləmi yerin üst qatının dəyişməsində və torpağın əmələ gəlməsində çox böyük rol oynayır. Torpaq əmələgəlmə prosesində fiziki və kimyəvi aşınmalarla yanaşı bitki örtüyünün də böyük əhəmiyyəti vardır. Ali bitkilər torpağa öz kökləri vasitəsilə, ibtidai bitkilər xüsusi bakteriyalar, göbələklər və şibyələr bütün həyat fəaliyyətləri ilə təsir edirlər. Elə ona görə də bitki örtüyündən asılı olaraq yer üzərində müxtəlif tipli torpaqlar yaranmışdır. Bitki örtüyü biosferin üzvi maddə yaratmaq qabiliyyəti olan yeganə komponenti sayılır, yəni yer kürəsində məskunlaşan bütün canlıların, o cümlədən insanın həyatına yardımçı olan faktiki başlıca mənbədir. Məlumdur ki, bitkilərin əksəriyyəti antibiotik xassəsi daşıyan fitonsid adlı bioloji aktiv maddələrə malikdir. Bu maddələr havadakı bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır. Ağaclar ən çox fitonsid xassələri daşıyır. Meşə-bitki örtüyünün çox növlü bitkilərindən ibarət əsas tipidir. Meşə ətraf mühitə, mikroiqlimə təsir edir, torpağın hava və su rejimini, faunanı nizamlayır. Üzvi kütlənin yaranmasında meşənin rolu böyükdür. Meşə bitkiləri şəhərlərdə hava hövzəsini toz, zərərli qaz, tüstü, his və səsdən təmizləməklə müstəsna rol oynayır.İynə yarpaqlı bitkilər özündən-fitonsidlər adlanan maddələr buraxır ki, onlar insan və bitkilərdə xəstləik əmələ gətirici mikrobları məhv edirlər. Havada olan toz hissəcikləri günəş şüalarının təsirini azaldır və ultrabənövşəyi şüaları udur.

Heyvanlar bitki örtüyü ilə qarşılıqlı əlaqədə olaraq torpağın və landşaftın formalaşmasında iştirak edirlər. Mərcan rifləri və qunduz landşaftı tamamilə canlılardan təşkil olunmuşdur. Bir çox heyvanlar ilk baxışda zərərli və lazımsız görünsə də, onların biosenozların tərkib hissəsi kimi normal həyatı zəruridir. Sivilizasiya inkişaf etdikcə onun təbiətə təsiri artır. hər il heyvanat aləminin orta hesabla bir növü və ya yarım növü yox olur. Onların böyük əksəriyyəti insanın təsərrüfat fəaliyyətinin qurbanı olur. Quşların məhv olmasının səbəblərindən biri onların qanadlarının neft və mazutla bulaşmasıdır ki, bununla da onlar qanadlara hoparaq bədənin strukturunu dəyişir, üzmək və istilik mübadiləsi xassələrini pisləşdirir. Neftlə bulaşma dəniz canlılarına – balina, delfinlər, su itlərinə də böyük zərər vurur. Onlar hava udmaq üçün tez-tez suyun üzünə çıxırlar. Suitilər neftlə çirklənmiş ərazidə üzə çıxdıqda onların dərisi neftlə çirklənir, istilik mühafizə xassəsini itirir ki, bu da bədənin soyumasına və ya zəhərlənməsinə səbəb olur. Yaxın onilliklərdə növlərin məhv olmasının bu yolla çirklənmədən daha çox baş verəcəyi güman olunur. Heyvanlar al ə minin t ə bi ə tin madd ə l ə r v ə enerji dövriyy ə sind ə özün ə m ə xsus yer tutması, ekoloji sisteml ə rd ə kon­sument mövqeyi; torpağın v ə landşaftın for­ma­laş­ma­sında iştirakı; bitkil ə rin yayılmasında v ə çarpaz tozlandırılmasında iştirakı; ə rzaq, d ə rman v ə ə triyyat m ə nb ə yi olması; heyvandarlığın t ə bii m ə nb ə yi olması il ə iqtisadiyyatı t ə min etm ə si; elmi-m ə d ə ni, maarif v ə estetik baxımdan ə h ə miyy ə ti çox böyükdür.İnsanın f ə aliyy ə tinin n ə tic ə sind ə xam torpaqların şumlanıb v ə m ə d ə ni bit­ki­l ə­ rin ə kilm ə si, bataqlıqların qurudulması, ə razil ə rin otarılması, meş ə l ə rin qırıl­ma­sı v ə başqa aqrotexniki v ə meliorasiya t ə dbirl ə ri il ə ə laq ə dar olaraq canlı al ə m­d ə d ə yişiklikl ə r baş verir.Heyvanlar al ə minin praktiki ə h ə miyy ə ti çoxc ə h ə tlidir. T ə­ bi ə t­d ə mütl ə q z ə r ə rli v ə mütl ə q faydalı heyvan növü dem ə k olar ki, yoxdur. H ə r hansı heyvan növü­nün z ə r ə rli v ə faydalı olması onun populyasiyasının sax­lan­dığından v ə h ə min növ ə m ə xsus f ə rdl ə rin ümumi sayından, konkret rayonda inkişaf etdiril ə n t ə s ə rrüfatdan, ilin f ə sill ə rind ə n v ə başqa s ə b ə bd ə n asılı olaraq f ə rql ə nir. Təbiətdə heyvan və bitkilər sıx əlaqədədir. Heyvanlar bitkilərlə qidalanmaqla bərabər, həmdə onlara xeyir verir. Heyvanların yaşama mühitinn dəyişməsi texniki inkişafla da bağlıdır. Çaylarda bəndəlrin tikilməsi, su anbarlarının yaradılması həyat mühitini tamamilə dəyişir. Şəhərlərin ətraf mühitə «hücumu» heyvanların yaşayış şəraitini kökündən dəişir: iri məməlilər yoxa çıxır, quş növlərinin sayı kəskin azalır. Suvarma, xüsusilə nəmli yerlərin qurudulması bitki və heyvanların həyat tərzini dəyişdirir. Heyvanların kütləvi və nəzarətsiz ovlanması onların məhv olmasına səbəb olur. Bu səbəbdən adalarda yaşayan heyvanların əksəriyyəti artıq mövcud deyil.

28. Heyvanat aləminin mühafizə edilməsində Beynəlxalq Təşkilatların əhəmiyyəti

Beyn ə lxalq «Qırmızı kitab»-ın yaradılmasına 1948-ci ild ə n başlanmışdır. . Qırmızı kitab v ə zif ə sind ə n asılı olaraq beyn ə lxalq, milli v ə regional olur.H ə min kitaba daxil olunan növl ə r t ə bi ə tin qorunması üçün ictimai ə saslarla ya­yılan Beyn ə lxalq Fond hesabına öyr ə nilir. Milli Qırmızı kitablar konk­ret dövl ə tl ə rin ə razisind ə ki fauna v ə floranı qorumaga xidm ə t edir. Beyn ə lxalq «Qırmızı kitab»a daxil edilmis bitki v ə hey­vanlar üz ə rind ə Beynəlxalq ictimai t ə şkilatların nəzarəti altında monitorinq t ə skil edilir v ə onun n ə tic ə l ə rin ə uyğun t ə dbirl ə r h əy ata keçirilir. Milli «Qırmızı kitab»a daxil edil ə n bioloji növl ə r konkret dövl ə t t ə r ə find ə n n ə zar ə t altına alınır v ə onların populyasiyasının optimal sıxlığını b ə rpa etm ə k üçün t ə dbirl ə r h ə yata keçirilir.Bioloji müxt ə litlik insansız ə n azı iki milyard il yaşayıb inkişaf etmişdir. İn­sa­nın təsir gücü t ə kc ə qoruyucu deyil, h ə m d ə dağıdıcıdır. İnsanın qurucu gü­cü bioloji müxt ə lifliyi onun dağıdıcı gücünd ə n qoruyub saxlamağa çalısır. Bu sa­h ə­ d ə inkisaf etmis ölk ə l ə r z ə if ölk ə l ə r ə köm ə klik edirl ə r. M ə s ə l ə n, X ə z ə r d ə nizinin v ə Qafqazın bioloji müxt ə lifliyinin qorunmasına Avropa ölk ələ ri iqtisadi y ardım edir­l ə r. Dün­yanın bioloji müxt ə lifliyinin qorunması «İnkisaf proqramı»na da­xil­dir v ə buna is ə BMT ümumi r ə hb ə rlik edir.Heyvanat al ə minin qorunmasına aid aparılan müzakir ə l ə rd ə n üç ə sas üsul qeyd olunmusdur:

1) Heyvanat al ə minin yaşadıgı yerl ə rin qorunmasıdır. Bunun üçün v ə hsi hey­­vanların qidalandıgı yerd ə n t ə s ə rrüfat m ə qs ə dil ə istifad ə etm əmə k v ə o yer­in toxunulmazlığını t ə min etm ə k lazımdır;

2) V ə hşi heyvanların, balıqların, qusların sayının artıb-azalmasına daimi n ə zar ə t etm ə kl ə ovçuluq v ə balıqçılıqdan, v ə hsi heyvanlar faunasından s ə m ə r ə li istifad ə olunmadır;

3) V ə hşi heyvanların tam toxunulmazlığını t ə min etm ə k, onların genetik fond­­larını saxlamaqla qoruqlar, yasaqlıqlar v ə s. ə razil ə rin yaradılmasıdır. Bu ə ra­zil ə rd ə relikt, endemik v ə sayca azalan heyvan növl ə ri artırılmalı v ə mühafiz ə edil­­m ə lidir. «Qırmızı kitab»ın t ə şkili forması da bu layih ənin proqramına daxil olmalıdır.

Quruda yaşayan heyvanları qorumaq üçün vacib olan ş ə rtl ə r:

1. Heyvanların qorunması v ə onlardan s ə m ə r ə li istifad ə haqqında qanuna ə m ə l edilm ə si v ə onun üz ə rind ə dövl ə t n ə zar ə ti olması;

2. Köç ə ri quşların v ə başqa heyvanların qorunmasına dair beyn ə lxalq mü­qa­vil ə l ə rin h ə yata keçirilm ə si. Biosfer qo ­ ruqlarının genişl ə ndirilm ə si v ə on ­­ ların rejimin ə ə m ə l edil ­ m ə si ;

3. Ovçuluq c ə miyy ə tinin ə sasnam ə sin ə ə m ə l edilm ə si , y ə ni ov yerl ə rin ə , ovun vaxtına , qaydasına v ə miqdarına düzgün münasib ə t olunmalıdır ;

4. Qoruqlar t ə şkil edildikd ə orada heyvanların t ə bii kompleksl ə rinin orji ­ nal ­ lığı v ə nümun ə vi olması , onun k ə miyy ə t v ə keyfiyy ə t göst ə ricil ə rinin n ə z ə r ə alınması .

29. Kosmik proseslərin ekoloji nəticələri

Təbii mühitin öyrənilməsi daim təkmilləşdirilir. Əgər əvvəllər, texniki vasitələrin zəif inkişaf etdiyi dövrlərdə təbii sərvətlər yalnız ənənəvi olaraq adicə yerüstü müşahidələr vasitəsilə öyrənilirdisə, kosmik texnika meydana gəldikdən sonra isə təbii mühitin öyrənilməsində, ekoloji durumun qiymətləndirilməsində daha mütərəqqi üsullardan istifadə olunmağa başlanmış, bunun nəticəsində tədqiqat işlərinin sürəti və keyfiyyəti xeyli yüksəlmiş, tədqiq edilməsi adi üsullarla mümkün olmayan bir sıra təbiət hadisələrin və ob­yektlərin uzaq məsafədən öyrənilməsi üçün geniş imkanlar yaranmışdır.Bütün tədbirlərin öhdəsindən layiqincə gəlmək üçün müasir dövrdə təbiətşünaslıq elminin bütün sahələrində geniş tətbiq olunmağa başlayan aerokosmik tədqiqat vasitələrindən geniş istifadə olunur.Hazırda planetimizdə əhalinin sayının sürətlə artması ilə əlaqədar qida ehtiyatlarının tədqiq olunması probleminin həllində bu vaxta qədər mövcud olan ənənəvi tədqiqat üsulları kifayət deyil. Bu məsələnin həllində aerokosmik tədqiqat üsullarının geniş tətbiqi planetimizdə təbii mühitin qorunması və insanların ərzaq probleminin həllinə müsbət təsir göstərəcəkdir.Kosmonavtika sahəsində müvəffəqiyyətlərə bax­ma­yaraq, hələ bu vaxta qədər kosmosdan yerin öyrənilməsi sahəsində aparılan tədqiqatlar təcrübi xarakter daşıyır. Kosmik vasitələrlə alınan məlumatların həcmi günü-gündən artır.

Yerin kosmosdan çoxtəkrarlı fotoşəklinin çəkilməsi nəticəsində Yer kürəsində baş verən bir sıra proseslərin dinamikasını, həmçinin kənd təsərrüfatı bitkilərinin müxtəlif fazalar üzrə inkişaf prosesini diqqətlə izləmək mümkün olur. Aerokosmik tədqiqatların ənənəvi tədqiqatlara nisbətən üstünlüyü ondadır ki, onların fəaliyyət dairəsi daha böyük olur, təbii mühitə geniş ərazidə nəzarət etməyə və baş verən məhəlli və qlobal miqyaslı dəyişiklikləri izləməyə imkan verir. Bu baxımdan kosmik şəkillərin tədqiqat əhəmiyyəti daha genişdir. Aerofotoşəkillər və yerüstü müşahidələr vasitəsilə tədqiq olunan obyektin yalnız məhəlli-konkret xüsusiyytlərinə nəzarət etmək mümkünsə, kosmik şəkillərdə bu xüsusiyyətlərlə yanaşı, tədqiq edilən obyektlər təbii generalizasiyaya məruz qalır, başqa sözlə desək, bir sıra xırda obyektlərin yalnız ümumi strukturu və qlobal miqyasda nəzərə çarpan digər elementləri əks olunur. Yer səthində qlobal miqyasda baş verən bir sıra geomorfoloji prosesləri, relyefin geoloji quruluşla əlaqəsini, onun əmələ gəlməsində endogen (daxili) və ekzogen (xarici) prosesləri aerokosmik şəkillər vasitəsilə daha müvəffəqiyyətlə müəyyən etmək olur. Bir sıra induksion xüsusiyytlərinə görə səhralarda yeraltı suların səthə yaxın olduğu yerlər kosmik cihazların vasitəsilə daha asanlıqla müəyyən edilir, bu da öz növbəsində həmin ərazini su ilə təmin olunması problemlərinin müvəffəqiyyətlə həllində mütəxəssislərə kömək edir. Bitki örtüyünün öyrənilməsində aerokosmik informasiya vasitələrinin rolu əvəzedilməzdir.

Kənd təsərrüfatı bitkilərində su və qida rejiminin dəyişməsilə əlaqədar olaraq baş verən bir sıra dəyişikliklər aerokosmik şəkillər vasitəsilə asanlıqla qeydə alınır və onların məhsuldarlığının sabitləşdirilməsi üçün operativ təkliflər irəli sürülür. Dəniz və okeanlarda qəflətən baş verən bir sıra təbii prosesləri ənənəvi üsullarla tədqiq etmək mümkün olmur. Okean səthində əmələ gələn külək, qravitasiya dalğaları və sunami hadisələrinin təsirindən suyun səviyyəsi 1 metrdən 20 metrə qalxa bilir. Su səthində əmələ gələn belə dalğalar operativ surətdə qeydə alınmasa, o xalq təsərrüfatına böyük ziyan verə bilər. Bu baxımdan kosmik informasiyanın rolu çox diqqətə layiqdir. Son zamanlar bir çox ölkələrdə təbii mühitin öyrənilməsində yeni, daha mütəriqqi – aerokosmik tədqiqat və ya təbii mühitin «məsafədən öyrənilməsi» üsulundan geniş istifadə olunur.

30. Energetik sistemlərin ekocoğrafi aspektləri

Mineral s ə rv ə tl ə r b ə rpa olunmayan resurslarıdır. Onların b ə rpa olunmaması b ə zi m ə nada nisbi xarakter daşıyır, çünki onların b ə rpası təbiətdə o q ə d ə r z ə if gedir ki, onların çıxarılma tempin ə görə v ə insan ömrü il ə müqayis ə d ə b ə rpa olunmayan sayılır. Elmi-texniki inqilabın sürətli inkişafı enerjiyə olan tələbatın sürətlə artması ilə müşayət olunur. Onun istehsalı hər 10 ildən bir iki dəfəyə qədər artır. Bir çox mütəxəssislərin proqnozlarına əsasən üçüncü minilliyin əvvəllərində bütün enerji növlərinə dünyanın tələbatı üç dəfə artacağı gözlənilir.

Energetika – enerji ehtiyatları, müxtəlif enerji növlərinin hasılatını, dəyişməsini, ötürülməsini və istifadəsini daxil edən xalq təsərrüfatı sahəsidir.

Energetika insan fəaliyyətinin ən mühüm tərəfidir. Energiyanın istifadəsi olmadan insanın başqa işləri də praktiki olaraq mümkün deyildir: təbii ehtiyatların çıxarılması və emalı, sənaye məhsulunun istehsalı, nəqliyyat, kənd təsərrüfatı, işıq, istilik, səhiyyə və s. Lakin energetika məsələləri ilə həll edilməlidir ki, biosferdə başqa qlobal problemlərin vəziyyəti pisləşməsin. Buna baxmayaraq, energetika mü ə y­y ə n üstünlükl ə rl ə yanaşı, ə traf mühit ə m ə nfı t ə sir d ə göst ə rir. Biosferin çirk­l ə n­m ə si növl ə rinin 80%- ə q ə d ə rini enerji prosesl ə ri, o cüml ə d ə n yanacağın ha­zır­lan­ması v ə istifad ə si t ə şkil edir. Son 30-40 ild ə dünyada h ə r bir insanın istifad ə et­diyi enerjinin miqdarı iki d ə f ə d ə n çox, neft is ə üç d ə f ə yarım artmışdır. Bunun n ə­ tic ə si is ə dünyada duru yanacaq ehtiyatının hiss olunacaq d ə r ə c ə d ə tü­k ə n­m ə­ si­dir.

Enerji istehsalının iki tipi var : bioloji enerji istehsalı ( antropogen ). İkinci ti ­ pin bir neç ə forması var : istilik ener ­ getikası , hidroenergetika , atom energetikası , ə n ­ ə ­ n ə vi olmayan enerji m ə nb ə l ə ri ( gün ə ş , termal , dalğa v ə qabarma , tullantı üzvi madd ə l ə rin enerjisi v ə s .).

31-32.eynidi Enerji ehtiyatlarının növl ə ri . İstilik – enerji xammalları

Qlobal enerji strategiyası və problemlər, əhalinin sayının artması,ərzaq və su çatızmazlığı, sağlamlığın və səhiyyənin vəziyyəti, şəhərlərdə əlverişsiz hava, iqlimin dəyişməsi, ekosistemlərin deqradasiyası, nüvə silahının yayılması və s. kimi ümumdünya məsələləri ilə qarşılıqlı əlaqədədir. Ən sad ə qiym ə tl ə r ə ə sas ə n yanacaq enerjisinin ə sasını t ə şkil ed ə n po­ten­si­al ehtiyatının c ə mi – kömür v ə başqa b ə rk yanacaq növl ə ri, maye, karbo­hid­ro­gen, t ə bii qaz v ə s. Bir-birind ə n f ə rql ə n ə n mineral yanacaqların müxt ə lif qiym ə t ə rinin c ə m potensialı götürüldükd ə ə sas rol yen ə d ə kömür ə verilir. Öz ehtiyatlarına gör ə kömür neftd ə n 20-30 d ə f ə , t ə bii qazdan 30-50 d ə f ə üstündür.İnsanlar öz yaşadıqları dövrd ə 80-85 milyard ton enerji istifad ə etmişdir. Bu r ə q ə min yarısı son 25 ild ə istifad ə olunub.İstilik energetikasının ə sasını istilik elektrik stansiyaları (İES) t ə şkil edir. Bu stansiyada enerjinin 70%- ə yaxını istehsal olunur. Ona gör ə d ə bu sah ənin ə traf mühit ə t ə siri ön plana çıxır. 500-d ə n çox qüvv ə tli İES-l ə r v ə istilik elektrik m ə rk ə zl ə ri gec ə -gündüz işl ə y ə r ə k milyon tonlarla üzvi yanacaq yandırılır. Onların hesabına t ə qrib ə n s ə naye mü ə ssis ə l ə rind ə n atmosfer ə atılan z ə r ə rli tullantıların 1/4-i düşür. Atılan z ə r ə rli tullantılarının yarıya q ə d ə ri kükürd diok­sididir. 1/3-i azot oksidinin, 1/4%-i is ə uçan külün payına düşür. Ya­na­caq v ə oksidl ə şdirici rolunu oynayan qızdırılmış hava fasil ə siz olaraq yandırıcı qa­zana daxil olur. Yanacaq kimi ad ə t ə n kömür v ə şist istifad ə olunur. H ə m­çinin, neftayırma zamanı neftd ə n – benzin, ağ neft v ə başqa yüngül frak­siyalar ayrıldıqdan sonra qalıq m ə hsulu kimi – qaz v ə mazutdan istifad ə olunur.B ə rk yanacaq yandırılan zaman atmosfer ə yanmağa macal tapmamış hiss ə cikl ə r olan uçan kül hiss ə cikl ə ri, kü­kürd anhidridi, b ə zi ftor birl ə şm ə l ə ri, h ə mçinin tam yanmamış yanacağın b ə zi qazvari m ə hsulları daxil olurlar.İES-l ə rin tullantı sularında vanadium, nikel, ftor, fenol v ə neft m ə hsulları olur. Onlar su hövz ə l ə rin ə atıldıqda suyun keyfiyy ə tin ə v ə su orqanizml ə rin ə z ə r ə rli t ə sir göst ə r ə bil ə r. Suyun istiliyi d ə su hövz ə sin ə m ə nfi t ə sir göst ə rm ə kl ə , orada çoxlu d ə yişiklikl ə r ə m ə l ə g ə tirir. İES-l ə rdə enerji qızmış buxarın köm ə yil ə h ə r ə k ə t ə g ə tiril ə n trubinin köm ə yil ə alınır. Trubin işl ə y ə rk ə n işl ə nmiş buxar su vasit ə sil ə soyudulur. Ona gör ə d ə İES-l ə rd ə n fasil ə siz 8-12°S q ə d ə r qızmış su hövz ə y ə daxil olur.

Mazut – İES-l ə rd ə yanacağın 38%-ni t ə şkil edir. Yanacağın quru növü (ma­zut) yandırılark ə n tüstü qazları il ə atmosfer ə : kükürd v ə kükürdlü anhidrid, azot oksidi, tam yanmamış qazvari m ə hsullar, vanadium birl ə şm ə l ə ri, natrium duz­ları, h ə mçinin kotell ə ri t ə nziml ə y ə rk ə n onların üz ə rind ə toplaşan çöküntül ə r olur. Atmosferi çirkl ə nm ə d ə n qorumaq üçün kompleks kültutan qurğu quraşdırılır.

Kül v ə şlaklar. B ə rk yanacaqla işl ə y ə n İES-l ə r il müdd ə tind ə 100 min tona q ə­ d ə r kül v ə şlak atırlar. Kül v ə şlaklar xeyli torpaq ə razisi tutur v ə ə traf mühit ə z ə­ r ə rli t ə sir göst ə rir. Eyni zamanda onların t ə rkibind ə çoxlu qiym ə tli madd ə l ə r vardır.

Atom enerjisi. XX ə srd ə atom enerjisi insan h ə yatına geniş daxil olmuşdur. Atom elektrik stansiyaları energetikanın zirv ə sini t ə şkil edir. Lakin AES-l ə r­d ə n ə traf mühit ə yayılan istiliyin azaldılması mühüm məsələlərdəndir. Atom enerjisi atmosferi çirkl ə ndirmir. Dig ə r t ə r ə fd ə n onlar eyni güc ə malik baş­qa stansiyalara nisb ə t ə n daha çox ə razi t ə l ə b etmir. Lakin AES-də radioaktiv tullantıların saxlanılması v ə q ə zaların qarşısının alınması problemi mühüm əhəmiyyət kəsb edir.

Hidrogen enerjisi. Hidrogen enerjisind ə n istifad ə ə traf mühitin qo­run­masında böyük ə h ə miyy ə t kəsb edir. Hidrogenin yaranmasından alınan istilik – neft v ə neft m ə hsullarından üç d ə f ə , daş kömürd ə n is ə dörd d ə f ə çox olur. Dünyada hid­ro­gen istehsalı 200 mlrd. m 3 /ild ə n çoxdur. Onun yarıdan çoxu amiak istehsalın­da, 30%- ə yaxın is ə neftayırma zavodlarında istifad ə edilir. Hidrogenin alınması üçün ə sas tük ə nm ə z m ə nb ə sudur.

Hidroenergetika. Su elektrik stansiyalarında çayın gücündən istifad ə edilir. SES-l ə r o vaxt ekoloji c ə­­ h ə td ə n t ə miz olur ki, onların tikilm ə sind ə t ə bi ə ti mühafiz ə t ə dbirl ə ri yüksək səviyyədə görülmüş olsun. Geniş torpaq sahələrinin su altında qalması, su sızma, canlı aləmin məhv edilməsi və başqa mənfi halların qarşısı alınmış olsun. Suyun yüks ə kd ə n axmasını t ə min etm ə k üçün ə n ç ə tin olan b ə nd tikilm ə lidir. Bunların əksəriyyəti kənd təsərrüfatına yararlı olan tor­paq sah ələri dir. Bir çox yerdə b ə ndl ə r balıqların yolunu k ə sir (kürütökm ə ), bir çox yer­l ə r­d ə onlara t ə rkibind ə çoxlu biogen element olan çirkab sular atılır. SES-l ə rin ya­ra­dıl­ması bəzi rayonlarda z ə lz ə l ə yarada bil ə r. Torpaq itkisini yeni ra­yonlardan istifad ə etm ə kl ə , balıq itkisini is ə balıq zavodları tikm ə kl ə ə v ə z etm ə k olar. Bir çox HES-d ə balıq yetişdiril ə n «pitomnikl ə r» tikilir.

Qeyri-enerji m ə nb ə l ə ri. Ən ə n ə vi olmayan hər bir neç ə m ə n­b ə d ə n elektrik enerji­sin­d ə n istifad ə edilm ə sini g ə l ə c ə kd ə genişl ə ndirm ə k n ə z ə rd ə tutulur. Gün ə ş ener­ji­si (keçmiş SSRİ-d ə 215 min m 2 gün ə ş kollektoru yaradılıb)də əhəmiyyətlidir.

Qabarma elektrostansiyaları – Qabarma stansiyaları Fransada, Rusiyada, ABŞ, İngilt ə­ r ə­ d ə tikilib. Termal suların enerjisindən Kamçatka, Çukotda, Saxalin, Qazaxıstan, Krım, Qafqaz, Zakarpatiya v ə s. yerl ə rd ə istifadə edilir.

33. Sənayenin ekocoğrafi aspektləri

Müasir ekoloji çirklənmədən danışarkən sənaye sahələrini təhlil etmək lazımdır. Əsrlər keçdikcə insanlar sənayeni təkmilləşdirmiş və indiki mərhələyə çatmışdır. Müasir insan sənayesiz yaşaya bilməz və sənaye fəaliyyəti ümumbəşəri xarakter daşıyır. Elm və texnikanın müasir inkişafı Yer kürəsində təbii sərvətlərin istifadəsini və emalını gücləndirdi. Təbii sərvətlərdən istifadə insanların həyat tərzinin yaxşılaşdırması üçün bir vasitədir. Lakin sənayenin inkişafı sənaye tullantılarını artırmış, ətraf mühiti daha çox zəhərləmiş və çirkləndirmişdir. Sənayenin inkişafında yol verilən səhvlər nəticəsində bir çox xəstəliklər yaranmışdır və bəzi yerlərdə ətraf mühit «ölü» vəziyyətinə düşmüşdür.Xüsusilə iri sənaye şəhərlərində və onların yaxınlı­ğındakı ərazilərdə sənaye müəssisələrinə köhnə texnoloji avadanlıqların tətbiqi ətraf mühiti ekoloji böhran vəziyyətinə salmışdır. Ona görə də köhnə texnologiya ilə işləyən iri sənaye müəssisələrinin işinin dayandırılması və ya təkmilləşdirilməsi təklif olunmuşdur. Belə vəziyyət Azər­bay­canın bir neçə iri şəhərlərinə aiddir. Təbii komplekslərin transformasiyasında sənaye böyük rol oynayır, sənaye müəs­sisələrində təbii komplekslər antropogen kompleksə çevrilir. Alimlər hesablamışlar ki, yerdən çıxarılan faydalı qazıntıların, mineral maddələrin 95%-ə qədəri tez-tez mühiti çirkləndirən tullantılara çevirir. Hər il sənaye müəssisələrindən atmosferə tonlarla kül, texniki toz, karbon oksidi, kü­kürd qazı və digər zəhərli qazlar qarışır. Şəhərlər üzərində əmələ gələn tüstü və duman kimi zəhərli qazlar minlərlə adamın sağlamlığını pozur.Su hövzələrinə axıdılan çirklənmiş və zəhərlənmiş sular bütün canlılara birbaşa və dolayı yolla ciddi təsir edir. Bizim ölkəmizdə və dünyada neft və neft məhsulları çay, dəniz və okean sularının üst qatında nazik örtük əmələ gətirərək oksigenin suya daxil olmasının qarşısını alır.Bir sıra sənaye tullantıları ozon qatının zəhərlənməsinə və «Ozon dəliyinin» yaranmasına səbəb olmuşdur.

Müasir sənaye və kənd təsərrüfat sahələrində tətbiq olunan yüzlərlə xammal, gübrə, pestidsid və s. təbiətin canlı aləminin normal inkişafını və həyat fəaliyyətini pozur. İndi bütün dünyanın iri şəhərləri bərk cisimlərin tullantıları ilə əhatə olunmuşdur. Sənayenin inkişafındakı səhvlər ondan ibarətdir ki, təbii kompleksin əlaqələrini nəzərə almadan, məhsuldarlığın artmasına enerjidən istifadəni çoxalt­maq hesabına nail olurlar. Sənaye şəhərlərinin gələcəkdə təkmilləşdirilməsi, ən əsas tullantısız istehsal proseslərinin geniş tətbiqi planlaşdırılır.

34. Nəqliyyatın ekocoğrafi aspektləri

Təsərrüfat çoxsahəli olmaqla coğrafi şəraitlə mürəkkəb əlaqələrə malikdir. Bu baxımdan nəqliyyatın təbiətə təsiri həm zərərli, həm də faydalıdır. Nəqliyyatla bağlı olan eyni bir hadisə zərərli və faydalı ola bilər. Məs: bioloji növlərin və ya onların sort və cinslərinin uzaq yerlərə, hətta bir qitədən başqa qitəyə yayılması iqtisadi baxımdan müxtəlif nəticə verə bilər.Canlıları müasir nəqliyyatın köməyi ilə qısa vaxtda dünyanın hər yerinə yayıb insan həyatına səmərəli etmək məqsədə müvafiq olar.

Nəqliyyatın inkişafı insanın zərərli və faydalı əmək fəaliyyətini intensivləşdirir. Təəssüf ki, nəqliyyatın faydasına aludə olmuş insan onun zərərlərini vaxtında görüb aradan qaldıra bilməmişdir. Hələ indi də nəqliyyat vasitəsi ilə ətraf mühit (hava, torpaq, su) çirkləndirilir, bərəkətli torpaqlar yollar altında qalır, xəstəliklər və zərərli orqanizmlər geniş yayılır.1000 km yol gedən avtomobil bir adamın illik oksigen payını istifadə edir. Müasir təyyarələrin bir saatlıq uçuşunda yandırdığı oksigen 180 min adamın həmin qədər vaxtda istifadə etdiyi oksigenə bərabərdir. Nəqliyyat havada olan oksigeni yandırmaqdan başqa, həm də havaya küllü miqdarda karbon qazı atır (təxminən ildə 20 milyon ton). Bu səbəbdən Yer kürəsinin havasında olan karbon qazı təbii miqdarına nisbətən 15% çoxalmışdır.Avtomobil nəqliyyatı havaya azot oksidi (NO2), karbohidrat və zərərli qurğuşun da atır. Son bir neçə əsrdə, xüsusən XIX-XX yüzilliklərdə flora və faunanın yayılmasına antropogen faktorlar, o cümlədən nəqliyyat və rabitə vasitələri ciddi təsir etmişdir. İndi yeni elm sahəsi – antropogen biocoğrafiya inkişaf etmişdir.

35. Kənd təsərrüfatının və torpaqdan istifadənin ekocoğrafi anlayışları

Kənd təsərrüfatı ilk dövrlərdən bir çox ekloji prinsiplərin təbii istifadəsinə əsaslanır. Onun elmi əsaslarının yaranması və inkişafı ilə əlaqədar bu prinsiplər şüurlu şəkildə istifadə olunurdu. Lakin hazırki dövrə qədər əksərən ekoloji biliklərin autekologiya-növlərin ekologiyası istiqaməti istifadə olunur. Populyasiya və ekosistem yanaşma az istifadə olunurdu. Kənd təsərrüfatı istehsalında əsas məqsəd güdülürdü – məhsul alınması və maksimum bioloji məhsuldarlıq əldə etmək. Müasir qüvvətli texnikanın istifadəsi və geniş kimyalaşdırma dövründə yüksək məhsul əldə edilməsi ətraf mühitin və ekoloji tarazlığın saxlanılmasında göstərilənlər qismən ciddi problemlər yaratmışdır. Bu son nəticədə təsərrüfat əkinçiliyinə pis təsir göstərmişdir. Şumlanan torpaqlarda da kütləvi kimyəvi pereparatların istifadəsi nəticəsində elə neqativ hallar və tozlanmalar baş vermişdir ki, bu bir çox təbii biosenozların məhvinə və mədəni bitkilərin məhsuldarlığının azalmasına səbəb olmuşdur. Müasir ekologiya elmi yeni kənd təsərruüfatı məhsulları almaq metodlarını və həm bitkiçilikdə, həm də maldarlıqda potensial məhsuldarlığı göstərir.

Kənd təsərrüfatının ekologiyalaşdırılmasının əsas yolu – biosenoloji və ekosistem prinsipləridir. Növbəli əkinin və aqrolandşaft komplekslərinin yaradılması elə olmalıdır ki, onlar biosenoloji sistemlərin bütövlüyünü qoruya bilsin. Növ müxtəlifliyinin artırılması şəraiti zərərvericilərin təhlükəsini aradan qaldırmağa kömək edə bilər. Bu nəinki məhsulun qorunmasını, həm də kimyəvi pereparatların geniş tətbiqini azaldır. Həmdə ki, ətraf mühitin çirklənməsinin qarşısını alır. Kənd təsərrüfatı istehsalının intensivləşməsi ekoloji yanaşmaları tətbiq etməklə mümkündür. Kənd təsərrüfatı məhsuldarlığının artırılması ilə yanaşı, bütün biosfer proseslərinin, ən əsası isə maddələr dövranının optimallaşdırılması qarşıya məqsəd qoyulmalıdır.Eyni zamanda maldarlığın ətraf mühit üçün əhəmiyyəti əvəzsizdir. Məs.: maddələrin biokimyəvi dövriyyəsində iştirakı, canlı təbiətin təkamülündə, bitkilərin çarpaz tozlanmasında, torpağın əmələ gəlməsində, torpağın gübrələnməsində rolu, alaq bitkilərini azaltması və s.Maldarlığın ətraf mühitə və çöl heyvanlarına təsiri ötəri bir hadisə deyil. Məs: ev heyvanlarının yemi təbiətdən götü­rü­lür. Onların böyük sürüləri olan çöl heyvanları otlaqlardan təqribən çəkilib getməli olur. Eyni zamanda ev heyvanları çöl heyvanlarına qorxulu xəstəliklər yoluxdurub onların kütləvi qırılmasına səbəb olur. Bunun əksinə olaraq çöl heyvanları xəstələnib bir az zəifləyən kimi yırtıcı heyvanlar onları tələf edirlər.

36. Təbii ehtiyatlardan istifadənin ekoloji, iqtisadi və texnoloji aspektləri

Təbii ehtiyatlar – insanların öz yaşayışlarını təmin etmək üçün istehsal vasitəsidir. Təbii ehtiyatlar təbii şəraitdən kənarda mövcud ola bilməzlər. Bundan asılı olaraq təbii ehtiyatları iki böyük qrupa bölmək olar: tükənən və tükənməyən. Tükənən ehtiyatlar öz növbəsində bərpa olunan və bərpa olunmayanlara ayrılır. Hava, su, torpaq, bitki örtüyü tükənən, lakin bərpaolunandır. Yerin təkindən çıxan bütün təbii ehtiyatlar tükənən, lakin bərpa olunmayanlardır. Tükənməyən təbii ehtiyatlara günəş enerjisi, külək, geotermal, qabarma və s. enerjilərdir. Təbii ehtiyatların bərpa olunması və bərpa olunmaması çox hallarda onlara insanların münasibətindən asılıdır. Yerin təkində toplanmış bütün faydalı qazıntıların cəmi mineral sərvətlər anlayışını təşkil edir. Mineral sərvətlər sənayenin vacib sahələrinin (energetika, qara və əlvan metallurgiya, kimya sənayesi, tikinti və s.) inkişafı üçün əsasdır.

Mineral xammal təbii ehtiyatlar kimi ölkənin milli sərvəti sayılır . Faydalı qazıntı yataqlarının aşkar edilməsi və kəşfiyyatı , onların səmərəli və kompleks istifadəsi Xalq təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradır . Elmi – texniki inqilab dövründə təbii ehtiyatlar ölkənin iqtisadi gücünü göstərən amillərdən biri hesab olunur . Dünya iqtisadiyyatının inkişafı bütün dünyada təbii ehtiyatların çıxarılmasının kəskin çoxalmasını və ümumi milli məhsulda onun rolunun artmasını göstərir . Heç vaxt mineral xammal , xüsusilə neft , təbii qaz , alüminium filizi , müəyyən əlavələr , nüvə xammalı iqtisadiyyatın inkişafına hazırkı dövrdəki kimi əhəmiyyətli olmamışdır . Demək kifayətdir ki , bütün dünyanın yerin təkindən çıxarılan sənaye məhsullarının 70%- dən çoxu faydalı qazıntılardan istehsal olunur . Müasir sənayenin bünövrəsi təbii xammallardır . Onun kəşfiyyatı , çıxarılması və emalı hazırda insan fəaliyyətinin miqyasca ən nəhəng fəaliyyət dairəsinə çevrilmişdir . Neft , təbii qaz , kömür – yanacaq enerji balansının əsas tərkib hissələridir . Metal filizləri – sənayenin çoxsaylı məhsulları üçün xam ­ maldır . Dağ – kimya filizləri kənd təsərrüfat bitkilərinin məhsuldarlığını artırmaq üçün istifadə olunur . Qeyri – filiz qazıntıları tikintinin tələbatını ödəyir . Cəmiyyətin inkişafı və onun çiçəklənməsi təbiətin istifadə olunan sərvətlərinin müxtəliflifliyindən , xüsusilə yerin təkindəki ehtiyatlardan asılıdır . Bir çox mədənlərin hasilatı tükənmişdir. Dövrümüzün ən mühüm sosial və iqtisadi problemlərindən biri ətraf mühitin mühafizəsindən ibarətdir. Təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi insanların qarşısında duran ən vacib problemlərdən biridir. Bu problem ətraf mühitin qorunması, təbii ehtiyatlardan düzgün istifadə olunması üzrə kompleks tədbirlərin işlənib hazırlanmasını tələb edir. Belə tədbirlər elmi cəhətdən düzgün əsaslandırılmalı, beynəlxalq səviyyədə və dövlət səviyyəsində həyata keçirilməlidir.Elmi-texniki inqilabın, kənd təsərrüfatının digər sahələrinin sürətlə inkişafı ilə yanaşı təbii ehtiyatlardan istifadə gərginliyi də artır. Belə problemlərdən ən başlıcası ehtiyatları qorumaq və onlardan səmərəli istifadə etmək üçün elmi əsaslar üzrə həyata keçirməkdən ibarətdir. Artıq cəmiyyətlə təbiət arasında olan münasibətdə kəmiyyət və keyfiyyət dəyişiklikləri nəzərə çarpır.Belə bir şəraitdə müasir elm özündə cəmiyyətin təbiətə etdiyi texnogen təsirin nəticələrini əvvəlcədən tamamilə proqnozlaşdırmaq imkanına malik deyildir. Ətraf mühitin mühafizəsi artıq bir elm sahəsi kimi formalaşmışdır, lakin bu elmin ayrı-ayrı ideyaları daha uzaq keçmişimizdə irəli sürmüşdür.

37. Tükənən və tükənməyən ehtiyatların ekoloji xüsusiyyətləri və iqtisadi səmərəsi

Elə təbii sərvətlər də vardır ki, onların istifadəsi mövcud texnologiya ilə istifadə edilə bilməz. Məs. Kosmik şüalar, meteorit mənşəli maddələr, yer maq­ne­tiz­mi, atmosferin elektrik cərəyanı və s. istifadə etmək üçün tamamilə yeni növ texniki avadanlıq və texnoloji proseslər yaradılmalıdır.

Təbii sərvətlər üçün bir neçə təsnifat mövcuddur.

1) Təbii təsnifat. Bu təsnifata aid sərvətlər təbii qruplar üz­rə paylanır, məs. suyun, havanın, torpağın, heyvanlar aləminin, bitkilərin, faydalı çöküntülərin və s. sərvətləri;

2) Təbii iqtisadi təsnifat. Bu təsnifat əsasən təbii ehtiyatlar, onlardan istifadə olunma prinsipi üzrə paylanırlar. Məs. Real gəlir əldə etmək üçün istifadə olunan (sənaye, kənd təsərrüfatı) ehtiyatlar və s.;

3) Təbii ehtiyatların tükənib tükənməməsi təsnifatı.

Tükənməz sərvətlər anlayışı nisbidir (çünki təbiətdə tükənməz sayılan mənbə yalnız materiyadır ki, o da bir şəkildən başqa şəklə çevrilir). Məhz ona görə də bu qrupa aid ehtiyatlar mütləq və şərti tükənməz sərvətlərə bölünürlər. Mütləq tükənməz ehtiyatlardan günəş enerjisini, kosmik şüaları, külək enerjisini, Yerin cazibə qüvvəsini, Yerin təkindəki istiliyi və s. göstərmək olar. Şərti tükənməz təbii sərvətlərə isə təbii sular, torpaq, hava və s. daxildir.Tükənən təbii ehtiyatlar da öz növbəsində iki qrupa-bərpa olunmayan və bərpa olunan ehtiyatlara bölünürlər. Neft, daş kömür, torf, təbii landşaft bərpa olunmayan bitki və heyvanat aləmi və s. (əgər tam məhv edilmirsə) bərpa olunan ehtiyatlardandır.Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsinin metodoloji əsasını müəyyən vaxt ərzində istehsal edilən məhsula çəkilən zəruri xərclər, o cümlədən də aşağı rentabelli obyektlərin məhsulları təşkil edir. İqtisadi qiymətləndirmənin gös­təricisi kimi mədənlərin və təkrar xammal ehtiyatlarının re­gional xüsusiyyətləri, emal edilən xammalın həcmi və keyfiyyəti nəzərə alınmaqla onun kompleks istifadə edilməsindən alınan təssərrüfatın səmərəsi götürülür. Təbii sərvətlərin, xüsusilə faydalı qazıntıların iqtisadi qiymətləndirilməsinin əsas göstəricisi təkcə çıxarılan xam­malların dəyəri deyil, həm də onların istifadəsindən alınan iqtisadi səmərədir. Bu halda qiymət ölçü funksiyasını yerinə yetirərək həmin növ məhsulda orta məsrəf göstəricilərini əks etdirir. Bütün təbii ehtiyatlar – torpaq, su, meşə, bitki ör­tüyü, balıq ehtiyatları, yeraltı sərvətlər müəyyən istehlak də­yərinə malikdir və buna görə onlar pul ifadəsində qiymətləndirilə bilər. Faydalı qazıntı sərvətlərinin qiymətləndirilməsi problemi həmin istiqamətdə müəyyən metodoloji tələblər irəli sürür.

38. Təbii ehtiyatın səmərəli istifadə edilməsində elmi-texniki nailiyyətlərin rolu

Mineral xammalın əsas mühafizə yolu – xammalın çıxarılmasının tempinin aşağı salınmasını nəzərdə tutan səmərəli istifadə, yeni ehtiyatların axtarılması, çıxarma vaxtı məhsulun itirilməsinin, israfçılığın qarşısının alınması, təkrar istehsala keçilməsidir. Bir çox hallarda itgi istehsal mədəniyyətinin aşağı səviyyəsi ilə, elmi-texniki və təşkilatı səbəblərlə əlaqədar olur. Bunların qarşısı alına bilər. Təbii ehtiyatların çıxarılmasının müasir texnikası və texnologiyası bir çox itgilərin qarşısını almağa tam imkan verir. Bəzi hallarda metal ehtiyatının it­gisi, ancaq ən məhsuldar filizin çıxarılması ilə əlaqələndirilir. Ölkəmizdə təkrar istehsalın düzgün təşkil olunmasına misallar vardır. Kəşviyyat üsullarının təkmilləşdirilməsi nəticəsində faydalı qazıntıların yeni yataqlarının tapılmasına imkan yaranır. Texnikanın inkişafı litosferin və Dünya okeanının dərin qatlarından filizlərin çıxarılmasına imkan verir. Nəhayət, kosmonavtikanın inkişafı kosmosda metal tullantılarının yayılmasına səbəb olmuşdur.

Yanacaq – enerji resurslarının qənaətinə ikinci enerji resrslarının istifadəsi kömək edə bilər. Yeni enerji mənbələrinin geniş axtarılması – kömürün, qazın, neftin və s. məhsulların qənaətinə səbəb ola bilər. Arid zonalarda günəş enerjisindən, başqa yerlərdə – küləyin, dəniz qabarmalarının, isti bulaqların və nüvə enerjisindən istifadə olun­ması perspektivlidir. Mineral ehtiyatların mühafizəsində geoloji kəşfiyyat işlərinin genişləndirilməsi və yeni ehtiyatların aşkarlanması böyük əhəmiyyət daşıyır. Dünya okeanının mineral ehtiyatlarının istifadə olunması da perspektivlidir. İqtisadiyyatın mineral xammala olan tələbatını, gələcək nəsillərin tələbatını nəzərə almaqla ödəmək üçün faydalı qazıntıları tam çıxarmaqla və sonrakı məhsulların alınması yolu ilə mümkündür. Yerin təkinin mühafizəsi və səmərəli istifadəsi nəinki dövlət orqanlarının və idarələrinin, həm də ictimai təşkilatların üzərinə düşən çox mühüm vəzifədir.

Son vaxtlar təbii ehtiyatlardan səmərəli istifadə edilməsində elmi-texniki nailiyyətlərin rolu günü-gündən artır və günün ən aktual problemlərindən birinə çevrilmişdir. Hazırda təbii sərvətlərin çıxarılmasında inkişaf etmiş ölkələrdə, həm də bizim respublikada elmi-texniki nailiyyətlərdən istifadə olunur. Bunun sayəsində yerin təkindən təbii sərvətlərin çıxarılmasının keyfiyyəti, çıxarılma tempi, ehtiyatların bü­tün hamısının çıxarılıb insanların istifadəyə verilməsi xeyli sürətlənmişdir. Bunun sayəsində xalq təsərrüfatı milyonlarla manat gəlir əldə etmişdir.

39. Azərbaycanın mineral sərvətlərinin mühafizəsi

Azərbaycanın ərazisi müxtəlif növ faydalı mineral-xammal ehtiyatları ilə zəngindir. Aparılan geoloji kəşfiyyat işləri nəticəsində həmin faydalı ehtiyatların çoxu artıq aşkarlanmış və istifadəyə verilmişdir. Aparılan geniş geoloji axtarış işləri nəticəsində respublikamızın ərazisində və Xəzər dənizi akvatoriyasında yeni neft-qaz yataqları, qurğuşun, sink, kvars-molibden, kükürd-kolçedanı, polimetal, civə, daş, duz, dəmir, alumut, mineral tikinti materialları və müalicə suları yataqları kəşf olunub istifadəyə verilmişdir. Mineral ehtiyatlardan kompleks istifadə edilməsi faydalı qazıntı itgisini xeyli azaldır, xammal bazasını genişləndirir və böyük iqtisadi səmərə verir. Son illərdə ölkəmizdə bu sahədə müəyyən müvəffəqiyyətlər qazanılmışdır. Naxçıvan duz mədənlərində on illərdən bəridir ki, ikinci duz layı istismar olunmur, xırda duzdan istifadə edilməsi nəzərdə tutulmur. Nəticədə çoxlu Daş duz itgisinə yol verilir ki, bu da çıxarılan duz kütləsinin 55%-ni təşkil edir. İstismar edilən başqa yataqlarda da itgilər çoxdur. Təkcə Qaradağ karxanaları, Qaradağ sement zavodunda istehsalın bütün həcmini təmin etmək üçün lazım olmayan qədər xammal itgisinə yol verirlər. İstisu, Sirab, Badamlı və başqa yataqlarda mineral su itgisi də olduqca çoxdur.Hazırda filizçıxarma sənayesi aktiv surətdə inkişaf edir. Bununla yanaşı getdikcə daha çox faydalı qazıntı yataqları istifadəyə verilir, dağ-mədən müəssisələrinin gücü artırırılır və qazmalar dərinləşir. Belə şəraitdə təkcə dağ-mədən işlərinin görüldüyü yer deyil, yaxınlıqdakı geniş sahələrdə də torpaq fondunu qorumaq və min illər boyu təşəkkül tapmış təbii kompleksin pozulmasının qarşısını almaq mühüm vəzifələrdən biridir. Dağ-mədən işləri aparılan zaman pozulmuş torpaqların bərpa edilməsi, torpaq sahələrinin təhlükəsiz vəziyyətə və xalq təsərrüfatına istifadə üçün yararlı hala salınması xüsusi əhəmiyyətə malikdir.

Mineral-xammal ehtiyatlarının istismarı zamanı da ətraf çirklənir, yer səthinin torpaq örtüyünün quruluşu pozulur, sürüşmələr və uçqunlar baş verir, karxanalar yaranır, xırda təpələr əmələ gətirən çoxlu tullantılar yaranır. Mineral ehtiyatın hasilatı və emalı atmosferə çoxlu zərər verir.Bakı, Sumqayıt, Gəncə kimi sənaye şəhərlərindən atmsoferə çirkləndiricilər atılmaqda davam edir. Beləliklə, məlum olur ki, respublika ərazisində dağ-mədən sənayesinin fəaliyyətilə bağlı ətraf mühitə böyük zərər dəyir. Həmin tədbirlərin həcmi və təsiri ətraf mühitə sərf olunan kapital qoyuluşunun məbləğindən və onu səmərəli sərf etməkdən xeyli dərəcədə asılıdır. Sənaye müəssisələrində təmizləyici qurğuların yaradılması, suya və atmosferə atılan tullantıların təkrar istifadəsi respublikamız üçün ən mühüm problemlərdəndir. Lakin müasir dövrdə bundan da qorxulu vəziyyət təbii ehtiyatların çıxarılması, emalı ilə əlaqədar olaraq təbii şəraitin sıradan çıxması, yerin təkinin pozulması, biosferin məhsuldarlığının zəifləndiril-məsidir.

40. Ətraf mühiti mühafizənin problemləri

ə.mühiti mühafizənin problemləri. Təbiəti mühafizənin problemləri, çoxsahəli olmaqla ümumplanetar, ümumbəşəri və eyni zamanda yerli əhəmiyyətə malikdir. Həmin problemlər tarix boyu insanları narahat etmişdir və indi də bütün dünyada insan cəmiyyətinin həyat tərzi və inkişafı həmin problemlərin həllindən çox asılıdır.

Birinci qrup problemlər təbii fəlakətin öyrənilməsinə, hə­min fəlakətlərin qarşısının alınmasına, yaxud da onun zə­rə­rinin azaldılmasına doğru yönəldilir. Bu işin həyata ke­çi­ril­məsi təbii şəraitin pozulmasının qarşısını almaqla təbii təkrar istehsalın oprtmallaşdırılmasına da şərait yaradır.

İkinci qrup problemlər təbii ehtiyatlardan istifadə edilməsi ilə əlaqədardır.

Üçüncü qrup problemlər ikinci qrup problemlərlə daha çox əlaqəli olub ətraf mühitin antropogen təsirlər nəticəsində çirklənməsi, təhlükənin aradan qaldırılması ilə bağlıdır. Həmin problemlərin həlli ilə eyni zamanda həm regionların, həm də bütün planetin bütövlüyü, təmizliyi mühafizə oluna bilər. Ümumi və yaxudda təbii problemlərə təbiətin bir çox kortəbii hadisələri ilə bağlı olan problemləri misal göstərmək olar. Çətinlik və qarşısı alınmamazlıq onunla bağlıdır ki, təbiət hadisələrinin bir çoxu gözlənilmədən olur. Onlar təbiətdə qəflətən baş verən fövqalədə dinamik proseslərdə bağlıdır. Təbii fəlakətlər baş verərkən çoxlu insan itgisinə səbəb olur və iqtisadiyyata böyük zərər vurulur. Fəlakətlə nəticələnmiş təbiət hadisələri rayonun coğrafi şəraitindən, tarixi, sosial və iqtisadi inkişafından da çox asılıdır. Dəhşətlisi budur ki, təbii fəlakətlər iqtisadiyyata xeyli maddi ziyan vurmaqla yanaşı çox regionlarda insanları qorxu altında saxlayır (vulkanlar, zəlzələlər, sellər, səhralaşma və s.)

Təbiətin müasir vəziyyəti üç qrup qarşılıqlı əlaqəli problemlərlə səciy­yələnir ki, bu da təbiəti mühafizənin əsas vəzifələrini təyin edir: təbii ehtiyatların tükənməsi, ətraf mühitin çirklənməsi, təsərrüfatla əlaqədar təbii landşaftların dəyişməsi və antropogen landşaftların yaranması.

41. Ətraf mühitin mühafizəsini təmin edən antropogen tədbirlər

Ətraf mühiti mühafizəni təmin edən antropogen tədbirlər müxtəlifdir. Bunların içərisində ətraf mühiti köklü dəyişdirən amillərdən biri böyük ərazilərdə hidrotexniki qurğuların tikilməsidir. Bu qurğular tikilərkən mütləq təbiəti mühafizə tədbirləri nəzərdə tutulmalıdır. Bu qurğular tikildikdən sonra ətraf mühitə antropogen təsirlər daha da artır. Bu qurğular tikildikdən sonra münbit torpaqlar, meşələr su altında qalır, balıqların həyat tərzi dəyişir, axın tənzimləndiyi üçün tuqay meşçələri su almır və nəticədə quruyub məhv olur. Kanallardan sızma baş verir, torpaqların şorlaşması və şorakətləşməsi, bəzi yerlərdə isə bataqlaşma baş verir. Bütün hidrotexniki qurğular – sututorlar, kanallar, qurutma və suvarma sistemləri, təmizləyici qurğular təbii ərazi komplekslərinə qüvvətli təsir göstərməklə, onların tam və müəyyən dərəcədə yenidən qurulmasına səbəb olurlar. Ona görə də hidrotexniki sistemlər təbiətin dəyiş­diril­məsində böyük rol oynayırlar. Təbiəti mühafizə nöqteyi-nə­zə­rindən bu dəyişdirmələr həm müsbət, həm də mənfi xa­rakter daşıyır. Məsələn, meşə zonasında yaradılmış su anbarı bataqlaşma, çöl zonasında yaradılmış su anbarı isə torpaqların şorlaşması ilə müşayiət olunur. Təmizləyici qurğular suyu təmizləməklə, su hövzələrinin təmizliyini təmin edirlər. Az sulu bölgələrdə hətta ən müasir təmizləyici qurğular belə su mənbələrinin keyfiyyətcə tükənməsinin qarşısını ala bilməz. Nizamlayıcı sutarlar, kanal və suvarma sistemləri daxil olan suvarma şəbəkələri elə qurğulardır ki, onlar uzun illər istismar nəticəsində hidrogeoloji şəraitə, suvarılan ərazilərə və onun ətrafındakı ərazilərdə torpaqların xas­sə­lərinə, su hövzələrinin hidrogeoloji rejimlərində müəyyən dəyişikliklərin baş verməsi nəzərə alınmış olsun. Ekoloji cəhətdən əsaslı pozuntuları (tarzlığın pozulması) aradan qaldırmaq üçün bu məsələlər kompleks şəraitdə həll olun­ma­lıdır və bunlar texnoloji və təbiəti mühafizə xarakterli vahid tikinti kompleksində əlaqələndirilmiş olmalıdır.

Meliorativ tədbirlər . Meliorativ tədbirlər sistem­ləş­dirilərkən və həyata keçirilərkən, onların ətraf mühitə ola biləcək təsiri nəzərə alınmalı və elmi tədqiqatlara əsaslanan tədbirlər hazırlanmalıdır. Kənd təsərrüfatının meliorasiyası insanın təsərrüfat fəaliyyətinin formalarından biridir. Bu yerüstü və yeraltı axımların depresiya zonasında düz-rütubət aparılmasına, bitki köklərinin inkişaf etdiyi zonada, su-hava rejiminin tənzimlənməsinə aktiv təsir göstərir. Ətraf mühitə təsir edən amillərdən biri də baş və bölüşdürücü kanallardan filtrasiya vasitəsilə olan su itgisidir. Müasir dövrdə kollektor-drenay və suvarma şə­bə­kələrinin örtülü şəklə keçirilməsi və bu üsullarla tikilməsi, beton kanallardan istifadə olunması, iri yağış yağdıran ma­şın­lardan, damcı ilə, aerozol, yeraltı və s. üsullardan istifadə olunması, çoxlu torpaq və su itkisnin qarşısını almaqla həm də böyük təbiəti mühafizə əhəmiyyəti daşıyan tədbirlərdir.Ekoloji mühitin qorunmasında qoruyucu meşə zo­laqlarının salınması eroziyaya qarşı və s. məsələlərə kömək edər.

Rekultivasiya tədbirləri . Pozulmuş, əsasən də insanların antropogen fəaliyyəti nəticəsində pozulmuş torpaqların bərpası başa düşülür. Azərbaycanda rekultivasiyaya ehtiyacı olan tor­paqlar antropogen landşaftın texnogen sahələrində, faydalı qazıntılardan, tikinti materiallarından istifadə edilən sahə­lərin, sənaye obyektlərinin, şəhərlərin ətrafındadır. Sənaye tullantıları, yeraltı sərvətlərin dağıntıları, qazıntı mate­rialları vasitəsilə basdırılmış və çirkləndirilmiş torpaqlar əsasən Abşeron yarımadasında, Siyəzəndə, Kür-Araz ova­lığında, neft mədənləri sahəsində, Kiçik Qafqazın, qismən də Böyük Qafqazın dağ-mədən sənayesi və böyük şəhərlər ətrafındadır. Rekultivasiya olunmuş torpaqların kənd təsərrü­fatında istifadə növləri və istiqamətləri əkin, örüş, biçənək, çox illik bitkilərin sahəsi ola bilər. Bu torpaqlardan ən çox kənd, meşə, balıqçılıq təsərrüfatı, eləcə də sanitar-gigiyena və rekreasiya məqsədilə istifadə olunması nəzərdə tutulur.

42. Ətraf mühiti mühafizədə beynəlxalq əməkdaşlıq

Hazırki dövrdə ümumbəşəri, qlobal problemləri bir və ya bir qrup ölkələrin qüvvəsi ilə həll etmək mümkün deyil. Bu gün ictimai-siyasi quruluşları müxtəlif olan ölkələrdə təbiəti mühafizə tədbirləri müxtəlif mərhələdədir. Onun üçün dünya səviyyəsində və bir çox ölkələrin birgə əmək­daşlığı vacibdir. Beynəlxalq təşkilat və proqramlar ətraf təbii mühitin mühafizəsi problemlərilə, o cümlədən YUNEP (BMT-nin ətraf mühitin mühafizəsi proqramı,), UDMT (Ümumdünya Meteoroloji təşkilat), YUNESKO (BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə komitəsi) və s. istiqamətdə fəaliyyət göstərir. Məlumdur ki, ətraf mühitin çirklənməsi yerli, regional və qlobal miqyasda baş verə bilər. Təbii və ekoloji proseslərin qlobal məsələləri nə milli, nə də inzibati sərhədlərlə məhdudlaşmır. Yer kürəsinin bir yerində ətraf mühitin çirklənməsi tədricən genişləndikcə regional ekoloji problemlərdən qlobal problemlərə çevrilir. Bir və ya bir neçə qrup dövlətlər hamı üçün təhlükəli olan ekoloji prosesləri aradan qaldırmaq məqsədilə öz səylərini birləşdirməli olurlar. 1946-cı ildə – ölkələr arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa xidmət edən beynəlxalq təşkilat – YUNESKO (Paris) yaradılır. YUNESKO, FAO və s. tərəfindən top­lanmış materiallar göstərdiki, sənaye cəhətcə inkişaf etmiş ölkələrdə lokal və regional şəraitdə havanın, suyun, torpağın, bioməhsulların toksik kimyəvi elementlərlə təhlükəli çirklənməsi baş verir.Stokholm şəhərində, insanı əhatə edən mühitin – biosferin mühafizəsinə həsr olunmuş BMT-nin yığıncağı keçirilir. Konfrans – BMT-nin üzvü olan dövlətlərə geniş tövsiyyələr və xüsusi bəyanatla müraciət qəbul edir. Bu müraciət insanı əhatə edən mühitin və xüsusilə torpaq örtüyü və içməli su ehtiyatlarının qorunmasına çağırırdı. Ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq, beynəlxalq ekoloji hüquqa əsaslanır. Bu prinsiplərin yaranmasında BMT-nin Stokholmda keçirilmiş konfransın, BMT Baş Assambleyasının qəbul etdiyi təbiətin qorunması üzrə Ümumdünya xartiyası və ətraf mühitin qorunmasına və inkişafına dair BMT-nin 1992-ci ildə Rio-de Janeyroda təşkil etdiyi Beynəlxalq konfransların rolunu xüsusilə qeyd etmək lazımdır. BMT Baş Assambleyası tərəfindən 1982-ci ildə qəbul edilmiş «Təbiətin Beynəlxalq Xartiyası»beynəlxalq birliyin gələcək dövrdə ekoloji fəaliyyətinin üstün istiqamətlərini müəyyən edir. Xartiyada 25 prinsip bəyan olunur. YUNEP proqramının istiqamətlərinə daxil olan məsələlərin çoxu onları həyata keçirmək üçün yaradılmış köməkçi və ümumdünya beynəlxalq orqanlarında müzakirə edilmişdir. Əhatə etdiyi ekoloji problemlərə görə bütün beynəlxalq təşkilatlar 3 qrupa bölünür.

1) təbiətqoruyucu istiqamətində onlar (YUNEP, ÜMT);
2) xüsusi təbiətqoruyucu profili (TAO, UŞT, BDT);

3) xüsusi təbiətqoruyucu profili (köçəri quşların mühafizəsi, balıq ehtiyatlarının qorunması, ümumdünya əhəmiyyətli çayların mühafizəsi və s.).

BMT-nin kənd təsərrüfatı və ərzaq təşkilatı (FAO) – 1945-ci ildə yaradılmışdır. Onun fəaliyyət sahəsi kənd təsərrüfatı və dünyanın ərzaq ehtiyatıdır. FAO torpaqlardan istifadə və onun qorunması, dünya okeanının bioloji ehtiyatları, heyvanlar aləmi, meşə örtüyü, su ehtiyatları kimi ekoloji problemlərlə məşğul olunur. Beynəlxalq Dəniz Təşkilatı (BDT) 1948-ci ildə yaradılmışdır. BDT dəniz gəmiçiliyi və dənizlərin çirklənməkdən qorunması sahəsində fəaliyyət göstərir, habelə dənizin neft və digər zərərli maddələrlə çirkləndirilməsinə qarşı beynəlxalq konvensiyaların hazırlanmasında iştirak edir.

Comments are closed, but trackbacks and pingbacks are open.