Press "Enter" to skip to content

Tomas de Vaal: Cənubi Qafqazda yeni münaqişə hamı üçün ən arzuolunmaz perspektivdir

Müəllif bildirir ki, ikinci Qarabağ müharibəsinin bitməsindən bir il sonra Cənubi Qafqazda həm siyasi, həm də fiziki baxımdan mənzərə dəyişib. Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpasında sürətlə irəliləyir.

Azərbaycan ərazilərinin azad edilməsi Cənubi Qafqazın inkişafı üçün imkanlar yaradıb, lakin buna İranın hərəkətləri mane olur – “New Europe” qəzeti

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Cənubi Qafqazın inkişafı üçün regional əməkdaşlıq vasitəsilə yeni imkanlar yaradıb. Lakin bu inkişafa hələ də bir sıra amillər mane olur və ilk növbədə bu, İranın hərəkətləridir.

Day.Az-ın “New Europe” müstəqil qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Kanada Qlobal Münasibətlər İnstitutunun elmi əməkdaşı Robert Katlerin məqaləsində deyilir.

Müəllif bildirir ki, ikinci Qarabağ müharibəsinin bitməsindən bir il sonra Cənubi Qafqazda həm siyasi, həm də fiziki baxımdan mənzərə dəyişib. Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpasında sürətlə irəliləyir.

“Onları ölkənin şərq hissəsi ilə birləşdirən avtomobil yolları çəkilib. Artıq bir beynəlxalq hava limanı açılıb. Azad edilmiş rayonlar Azərbaycan üçün iqtisadi artımın generatoruna çevrilir”- deyə müəllif bildirib.

Məqalədə qeyd edilir ki, Cənubi Qafqaza sülh və firavanlıq regional əməkdaşlıq vasitəsilə gələ bilər, lakin bunu hələ də bir sıra amillər əngəlləyir. Ekspert vurğulayır ki, ilk növbədə buna əngəl olan İranın hərəkətləridir.

“İran Cənubi Qafqazda öz maraqları üçün Ermənistanı Livan kimi uğursuz dövlətə çevirmək üzrə səy göstərməyə bütün əsasları var. Bu, Ermənistandakı ermənilər üçün, bütün Cənubi Qafqaz üçün, eləcə də Türkiyə və hətta Rusiya üçün fəlakət olar. Nisbətən sabit Ermənistan – hətta həqiqətən demokratik vətəndaş cəmiyyəti olsa belə – İranın himayə etdiyi terrorçuların təsirini artıran qeyri-sabit Ermənistandan daha çox Rusiyanın maraqlarına cavab verəcək” – deyə məqalədə bildirilib.

Onun sözlərinə görə, İran Türkiyəyə qarşı “erməni kartı”nı oynayır, amma son nəticədə bu, həm də Rusiyaya qarşıdır və onun milli maraqlarına cavab vermir.Rusiyanın təsiri altında olan nisbətən sabit və varlı olmayan Ermənistan Moskva üçün İslam İnqilabı Keşikçiləri Korpusunun güclü təsiri altında olan qeyri-sabit Ermənistandan daha faydalıdır.

Katler bildirir ki, demək olar ki, Ermənistan uğrunda mübarizə başlayıb və onun nəticəsi bütün Cənubi Qafqaz və onun hüdudlarından kənarda müəyyən nəticələrə gətirib çıxaracaq. Baş nazir Nikol Paşinyanın bu ilin iyununda keçirilən növbədənkənar parlament seçkilərində Yerevanda qələbəsi gözlənilməz idi, çünki o, İkinci Qarabağ müharibəsi zamanı hökumətin rəhbəri idi. Ermənistanın “Qarabağ klanı”nın iyirmi ildir ki, ölkəni dağıdan uğursuz siyasətini geridə qoymaq imkanı var. Ölkənin investisiyaya ehtiyacı var və bunun üçün rəsmi sülh müqaviləsi lazımdır. Ermənistanı uğursuz dövlət statusundan hələ də xilas etmək olar, amma kənar qüvvələr bunun əleyhinə işləyir.

Katler qeyd edir ki, bu “kənar qüvvələr” Azərbaycan deyil, çünki çiçəklənən, əsl demokratik Ermənistan yalnız bütün Cənubi Qafqazda beynəlxalq təhlükəsizliyə töhfə verə bilər. Doğrudan da, belə görünür ki, Ermənistana dinc məqsədlərlə sərmayə qoya biləcək yeganə ölkə Azərbaycandır. Bu səbəbdən mümkün qədər tez sülh müqaviləsi lazımdır.

Tomas de Vaal: “Cənubi Qafqazda yeni münaqişə hamı üçün ən arzuolunmaz perspektivdir”

Bakı. 26 yanvar. REPORT.AZ/ “Cənubi Qafqazda yeni münaqişə minlərlə insanın ölümünə və iqtisadi fəlakətə gətirib çıxaracaq, problemin özü isə həll olunmayacaq.” “Report” xəbər verir ki, bu barədə böyük britaniyalı analitik Tomas de Vaal Beynəlxalq Sülh Naminə Karneqi Fondunun rəsmi saytında dərc olunan məqaləsində yazıb. O, son illərdə Azərbaycan və Ermənistanın fəal şəkildə silah alaraq regionu ən hərbiləşmiş bölgəyə çevirdiklərini qeyd edib. Ekspert münaqişənin yenidən bərpa olunmasına daha bir risk kimi Donald Trampın ABŞ prezidenti seçilməsi və Avropa İttifaqındakı cari böhran nəticəsində beynəlxalq arenada yaranmış qeyri-müəyyənliyi göstərib. Hərbi əməliyyatların başlayacağı təqdirdə onların qarşısını almağın çox çətin olacağını vurğulayan analitik 2016-cı ilin aprel ayında Moskvanın vasitəçiliyi ilə tərəflərin hərbi əməliyyatların dayandırılması barədə şifahi razılıq əldə etdiyini xatırladıb. T.De Vaal həmçinin münaqişənin həlli açarının Moskvanın əlində olması fikrinin yanlış olduğunu bildirib. “Rusiya əslində heç vaxt vəziyyətə nəzarət etməyib. Moskva gah bu, gah da digər tərəfi dəstəkləməklə Dağlıq Qarabağ münaqişəsinə, əlbəttə, təsir etməyə çalışıb. İndi həm ermənilərin, həm də azərbaycanlıların Moskvaya münasibətdə dərin inamsızlığı mövcuddur. Bu səbəbdən nə Yerevan, nə də Bakı onlar üçün bir nömrəli milli məsələ olan problemlə bağlı Rusiyanın öz maraqlarını təmin etməsinə imkan verməyəcək”. Espert qeyd edib ki, Dağlıq Qarabağda yeni müharibənin qarşısı fəal diplomatik addımlarla alınmalıdır: “Cənubi Qafqazda yeni münaqişə hamı, xüsusilə sıravi ermənilər və azərbaycanlılar üçün ən arzuolunmaz perspektivdir. Çünki əks təqdirdə müharibənin episentrində məhz onlar qalacaqlar.”

Ermənistanın iki adaxlısı – Cənubi Qafqazda mübarizə qızışır

İstər II Qarabağ müharibəsindən əvvəl, istərsə də müharibə zamanı ATƏT-in Minsk Qrupunun üç həmsədr üzvündən biri olan Amerika münaqişənin nizamlanması istiqamətində heç bir fəallığı ilə yadda qalmasa da, son zamanlar regiona qayıtmaq üçün xeyli fəallaşıb. Məhz 44 günlük müharibə dövründə hakimiyyət uğrunda mübarizəyə başı qarışan ABŞ-ın yoxluğundan istifadə edən Rusiya Cənubi Qafqazdakı mövqeyini gücləndirmək üçün etdiyi manevrlərlə uzun müddət medianın əsas mövzularından birinə çevrilməyi bacardı.

10 noyabr bəyanatının imzalanmasına ən çox səy göstərən Rusiya bu atəşkəs müqaviləsi ilə Azərbaycan Ordusunun Xankəndinə daxil olmasının qarşısını alaraq Ermənistandakı mövqeyini möhkəmlətmək üçün əlverişli imkan əldə etdi. Kreml bununla daha çox erməni əsgərinin ölümünü və ermənilərin Qarabağdan tamamilə çıxarılmasını əngəlləyərək Minsk Qrupunun həmsədr üzvlərindən biri olan ABŞ-dan fərqli olaraq Ermənistanı dar ağacından xilas etdiyi görüntüsü yaratdı. Amma daxildəki vəziyyəti zamanla yoluna qoyan ABŞ artıq beynəlxalq aləmdəki nüfuzunu bərpa etmək, qorumaq, mövqeyini geri almaq üçün son zamanlar fallığı ilə diqqətləri üzərinə çəkir. Məhz ABŞ prezidenti Co Baydenin “soyqrımı” ifadəsini işlətməsi ermənilərin heç də Rusiyanın ümidinə buraxılmadıqları fikirlərini formalaşdırmaq üçün atılmış addım da hesab etmək olar.

“Soyqrımı”nı tanımaqla Amerika həm də 30 illik müstəqillik tarixində heç bir sələfinin bacarmadığını “Qərbin adamı” hesab edilən Nikol Paşinyanın hakimiyyəti dövründə reallaşdığını erməni xalqına nümayiş etdirərək II Qarabağ müharibəsindəki ağır məğlubiyyəti unutduraraq 20 iyun parlament seçkilərində onun yenidən Ermənistanın başına keçməyə layiq olan yeganə şəxs olduğu üçün bir manevr də ola bilər. Bununla həm də Rusiyanın 44 günlük müharibədə Rusiyanın Ermənistanı tək qoyduğuna inandırmaq istəyən Amerika, rəsmi Moskvaya itən güvəndən yaranacaq boşluğu öz qayıdışı ilə əvəz etmək istədiyi istisna edilmir. Ermənistanın 30 illik müstəqiilik tarixində heç bir dövlət başçısının bacarmadığını Nikol Paşinyanın bacardığını göstərməyə çalışan Amerika bununla parlament seçkiləri ilə əlaqədar istefada olan baş nazirin alternativsiz olduğu görüntüsünü yaratmaqla onun hakimiyyətini uzatmaq cəhdi kimi də dəyərləndirilə bilər.

Amerikanın Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün əməlli-başlı planlar qurduğunu yaxşı anlayan Kreml də adekvat addımlar atmağa başlayıb. Belə ki, Rusiya XİN-in yaydığı məlumata görə, mayın ilk 5 günlüyündə Sergey Lavrovun İrəvana, mayın 10-11-də isə Azərbaycana səfərinin planlaşdırıldığı belə deməyə əsas verir. Lavrovun İrəvan və Bakıya səfər planları daha çox patrul xarakteri daşıyacaq. Rusiyanın bu addımını ABŞ-ın Cənubi Qafqazdakı fəallığını artırılması fonunda və eyni zamanda Ərdoğanın mayın ortalarında Şuşa səfəri öncəsi vəziyyəti kontrol etmək, nəbz yoxlaması kimi də hesab etmək olar. Çünki rəsmi Moskva anlayır ki, ABŞ-ın Cənubi Qafqaz regionuna gəlməsi Rusiyanın nüfuzunun azalması hesabına baş verə bilər. Bu da ermənilərin Rusiyadan qırılmaq hesabına başa gələcək. Əslində buradan belə nəticə çıxır ki, hər iki supergüc Ermənistanın nə qədər etibarsız olduğunu çox yaxşı anlayır.

Son hadisələr Amerikanın “erməni kartı” ilə Rusiya üzərindəki üstünlüyünü təmin etməyə imkan yaradır. Baxmayaraq ki, bu gün ABŞ dünyanın qlobal gücü hesab edilir, dünyanın müxtəlif qaynar nöqtələrində önəmli fiqurdur, amma Ermənistanda onun imkanları məhduddur. Bu imkanları artırmaq üçün ABŞ Paşinyanın daha yeni qüvvə ilə hakimiyyətə gəlməsini təmin etmək istiqamətində səylərini artırıb. Bu yolla ABŞ Ermənistanı Rusiyadan qoparmağı hədəfləyib. Rusiyanın mövqeyini və nüfuzunu qoruyub saxlamaq üçün yeganə çıxış yolu 10 noyabr və 11 yanvar bəyanatlarının icrasını tezləşdirərək Türkiyə və Azərbaycan kimi regionun önəmli ölkələri ilə münasibətləri daha da yaxınlaşdırmaqdan keçir.

Təhməz Əsədov
Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.