Press "Enter" to skip to content

Hər gün yeni bir kitab

Комментарии пользователей:

Dale Carnegie (Deyl Karnegi) – Dostları necə qazanmalı və insanlara necə təsir etməli (I hissə)

Lənkəran Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tərəfindən hazırlanmış, audio formatında olan kitabları sizə təqdim edirik. Layihə adı: “Kitabların səsi” Layihə rəhbəri: Fidan Əzizzadə Səsləndirmə: Fidan Əzizzadə Bizi Instagram-da izləyin : ����instagram.com/lenkaran.gencleri/ Bizi Facebook-da izləyin : ����facebook.com/pg/lenkaran.gencleri/about/ #GİKM #LənkəranGəncləri #KitablarınSəsi #seslikitab #dostlarineceqazanmali #ferdiinkisaf #kitab

Кадры из видео

Тэги из видео

Комментарии пользователей:

Valide Ibrahimova

2021-07-08 15:26:32

Bu kitabı varaqlayıb, az da olsa oxudum. Dost tapmaq, qazanmaq hamı üçün eyni ola bilməz, bunun üçün ümümi bir düsturdan istifadə etmək olmaz. Bu bir fərdi prosesdir. Kiminsə məsləhətinə dost qazanmaq olmaz, insanlarla ünsiyyət qurmaq olmaz. Allah agıl verib, məntiqi güclü olan, səmimi olan, qar. Isındakını yaxşı tanımağa çalışan insana heç bir kitab lazım deyil.

Dostları necə qazanmalı və insanlara təsir etməli

Bu kitabı onun külliyyatı da adlandırmaq olar. Altmış ildən çoxdur ki, Carnegie`nin kitabları bu gün çox məşhur olan min­ lərlə insanın biznes və şəxsi həyatında uğur qazandırıb.

Siz bu kitabda öz imkanlarınızdan maksimum səmərəli istifadənin yol­larını mənimsəyəcəksiz:
İnsan hazırlığının üç əsas üsulları
Sənə bənzər insanları tapmağın altı yolu
Düşüncəylə insanlar üzərində qələbə çalmağın on iki üsulu
Narazı salmadan insanları dəyişməyin doqquz üsulu
Pis vərdişlərdən xilas olmağın yolları.

Bugünkü həyatına və gələcəyinə görə narahatlıq hissləri keçirən səkkiz milyon insan iztirablardan, qorxudan “NARAHAT OLMAĞA NECƏ SON QOYMALI VƏ RAHAT YAŞAMAĞA BAŞLAMALI” kitabı vasitəsilə xilas olmuşdur.

Bu kitab sənin biznes narahatçılığının və ya digər problemlərinin 50 fai­ zi­ ni aradan qaldırmağa, maliyyə narahatçılığından azad olmağa, yorul­ ma­ dan çalışmağa, özünü aramağa, özünü tapmağa yardım edəcəkdir.

Şəxsi həyatınızda, biznesinizdə, dost çevrəsi qazanmaqda uğurlu ol­maq, eləcə də liderliyin sirlərini bilmək istəyirsinizsə, o zaman bu kitabı oxuyun.

Dale Carnegie
HOW TO WIN FRIENDS AND
INFLUENCE PEOPLE
Deyl Karnegi
DOSTLARI QAZANMAQ VƏ İNSANLARA
TƏSİR GÖSTƏRMƏK NECƏ OLAR

Natiqlik sənəti və insan münasibətləri sahəsində görkəmli Amerika mütəxəssisi Deyl Karneginin Azərbaycan oxucusuna təqdim olunan bu əsərində işgüzar dünya adamlarının gündəlik görüşlərindən və şəxsi əlaqələrindən, cəmiyyətin üzvləri ilə rəftarından, incə mətləblərdən, düşməni dosta çevirməyin yollarından bəhs olunur.

Dale Carnegie – Dostları Necə Qazanmalı Və İnsanlara Təsir Etməli

Oxuculara tanınmış amerikalı mütəxəssis Deyl Karneginin (1888–1955) kitabının tərcüməsini təqdim edirik. Kitabda söhbət kapitalizm şəraitində insanlar arasında münasibətlərdən getsə də, zənn olunur ki, müəllifin müşahidələrinin bir çoxu bizim mütəxəssislərimiz üçün də faydalı ola bilər. Kitab özündə bir də ona görə maraq ehtiva edir ki, rəhbərlər arasında, eləcə də rəhbərlərlə tabeçilikdə olanlar arasındakı münasibətlər haqqında ədəbiyyat ölkəmizdə hələ kifayət qədər nəşr olunmamışdır.
Bu kitab sizə ən dəyərli vərdişləri əxz edəcəkdir:
1. Sizi zehni dalandan çıxaracaq, yeni fikirlər verəcək, təzə arzulara, yeni məqsədlərə gətirəcək.
2. Asan və tez dost qazanmaq üçün imkanlar açacaq.
3. Populyarlığınızı yüksəltməyə dəstək olacaq.
4. İnsanları öz nöqteyi-nəzərinizə çəkməyə sizə kömək edəcək.
5. Nüfuzunuzu qaldıracaq, sizin təsir etmək gücünüzü, istədiyinizə nail olmaq bacarığınızı artıracaq.
6. Yeni müştərilər, yeni sifarişçilər cəlb etmək qabiliyyəti aşılayacaq.
7. Qazanmaq qabiliyyətinizi gücləndirəcək.
8. İşgüzar keyfiyyətlərinizi yaxşılaşdıracaq.
9. Narahatçılığınızın qarşısını almağa, mübahisələrdən qaçmağa, insanlarla rəvan, lütfkar münasibətlər qurmağa və onları davam etdirməyə kömək edəcək.
10. Sizi daha məharətli natiq, daha maraqlı həmsöhbət edəcək.
11. İnsanlarla gündəlik ünsiyyətdə psixologiya prinsiplərini asanlıqla və azad surətdə tətbiq etməyi öyrədəcək.
12. Əməkdaşlarınız arasında işgüzar entuziazmı yüksəltməkdə və tərəfmüqabillərinizlə səmərəli, işgüzar münasibətlərin qurulmasında sizə kömək edəcəkdir.
Bu, dünyada ən sürətlə satılan kitabdır Yüzlərlə iri kompaniya bu kitabın böyük sayda nüsxələrini işçiləri üçün topdansatış yerlərindən alırdı.
Yüzlərlə pastor bu kitabın məzmunundan öz moizələrində istifadə edib: kilsələrin nəzdindəki bazar günü məktəblərində bu kitab fəsil-fəsil tədris olunurdu.
Niyə? Çünki onda ümumun tələbatı hiss olunurdu. Axı çox sayda dostunun, daha çox nüfuzunun və daha çox uğurunun olmasını hər bir kəs istəyərdi. Kitab insanlara məhz bunda kömək edir. Aşağıdakı sözlər bir görkəmli qəzet icmalçısına məxsusdur: “Bu kitab bizim nəslin təfəkkürünə və fəaliyyətinə dərin təsiretmə gücünə malikdir”.
Ümid edirik ki, bu cildi açmaqla siz təkcə yeni maraqlı kitab deyil, həm də daha zəngin, daha xoşbəxt həyata yolu tapmış olacaqsınız. Bu kitabın baş təyinatı qarşınızda duran problemlər arasında ən böyüyü – gündəlik işlərinizdə, eləcə də insanlarla qarşılıqlı münasibətlərdə adamlara təsir göstərməklə bağlı uğur qazanmaqda kömək etməkdir.
Yaşlı insanların məhz nə öyrənmək istədiklərini müəyyən etmək məqsədilə Çikaqo Universiteti və Amerikanın Yaşlılar üçün Təhsil Assosiasiyası tərəfindən bu yaxınlarda birgə tədqiqat keçirilmişdi. Həmin tədqiqat iki il aparılmış və 25000 dollara başa gəlmişdir. Nəticədə müəyyən olunmuşdur ki, sağlamlığın qorunması problemindən sonra yaşlı adamları ən çox maraqlandıran məsələlər insanlardan necə baş çıxarmaq, cəmiyyətdə necə uğur qazanmaq, özünü adamlara necə sevdirmək və ətraf hadisələrə qarşı insanları öz baxış mövqeyinə necə çəkməkdir.

1888 – 1955

amerikalı pedaqoqu, yazıçı. Ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edib, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Dale Carnegie – Dostları Necə Qazanmalı Və İnsanlara Təsir Etməli
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

dostlari_nece_qazanmali.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.