Press "Enter" to skip to content

Daşqın İskəndərov: “Qalmaz” yatağında yeni qaz anbarı yaradılacaq

Daşqın İsgəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olub. 1983-1985-ci illərdə hərbi xidmətdə olub və xidməti tamamlayaraq 1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olub. İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnib.

İlham Əliyevin yüksək vəzifə verdiyi Daşqın İsgəndərov kimdir? – DOSYE

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İsgəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

Publika.az Daşqın İsgəndərovun tərcümeyi-halını təqdim edir:

Daşqın İsgəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olub. 1983-1985-ci illərdə hərbi xidmətdə olub və xidməti tamamlayaraq 1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olub. İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnib.

1991-ci ildə 28 May Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlayıb. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra edib. 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra “BP Exploration Caspian Sea Limited” şirkətində əməliyyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışıb.

2007-2010-cu illərdə 28 May NQÇİ rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilib. Daşqın İsgəndərov 2010-cu ildə Azneft İstehsalat Birliyində Baş direktorun 1-ci müavini vəzifəsində işləyib. 2011-ci ildən etibarən Azneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.

D.İsgəndərov 15-dən çox elmi məqalə, o cümlədən dərslik kimi istifadə olunan 2 kitab, 8 ixtira və patent müəllifidir.

O, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə 2017-ci il noyabr ayının 7-də “3-cü dərəcəli Əmək ordeni” alıb.

Ailəlidir, 2 övladı var.

Daşqın İskəndərov: “Qalmaz” yatağında yeni qaz anbarı yaradılacaq

“Qalmaz” yatağında yeni qaz anbarının yaradılması və yeni kompressor stansiyasının tikintisi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) baş direktoru Daşqın İskəndərov “Natural Gas World” jurnalına müsahibəsində deyib.

D.İskəndərov bildirib ki, Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən vurulan və götürülən qazın həcminin artırılması, yeraltı qaz anbarlarının modernləşdirilməsi istiqamətində işləri davam edir: “Yəni, yeraltı qaz anbarlarının modernləşdirilməsi “Qaradağ” və “Qalmaz” yeraltı qazsaxlama anbarlarının aktiv tutumunun artırılması layihəsi üzrə işləri həyata keçiririk. Bu qəbildən “Qalmaz” yatağında əlavə 21 quyu qazılmaqla tutumu 500 milyon kubmetr olan yeni qaz anbarının yaradılması və yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq. “Qaradağ” yatağında da birinci tektonik bloka yeni quyuların qazılması və VIIa horizontunun tam bərpa edilməsi nəzərdə tutulur ki, bunun da nəticəsində 1 milyard kubmetr əlavə qaz həcmi yaradılacaq. Həmçinin, Qaradağda yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq. Hazırda mövsümi keçid dövrüdür. Qaz anbarlarına qazın vurulması aprelin 12-dən etibarən başlanıb”.

“Azneft” İB ölkənin enerji təhlükəsizliyində mühüm rol oynamaqla, hasil etdiyi qazı daxili bazarda “Azəriqaz” İstehsalat Birliyinə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətlərlə satır. Xərclər nəzərə alınmadan “Azneft” İstehsalat Birliyinin gəlirlərində qaz sektoru 15 faiz xüsusi çəkiyə malikdir”, – deyə o qeyd edib.

Comments are closed, but trackbacks and pingbacks are open.