Press "Enter" to skip to content

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı vaxt açıqlandı – VİDEO

Deputat əlavə edib ki, BTQ layihəsi region ölkələrinin birliyi, təhlükəsizliyi və əməkdaşlığına xidmət edən mühüm bir addımdır: “Hesab edirəm ki, keçmiş sovet məkanından da bu layihələrə qoşulanlar olacaq. Bu dəmir yolunun iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Həm yük, həm də sərnişin daşımaları ilə bağlı ölkəmiz gəlir əldə edəcək. Bu layihə həmçinin turizm potensialının genişlənməsinə xidmət edəcək”.

“Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malik layihədir”

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu həm iqtisadi, həm də siyasi baxımdan çox əhəmiyyətli bir layihədir.

Day.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, BTQ beynəlxalq əhəmiyyətli bir layihədir: “Bunun siyasi və beynəlxalq əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür. Yəni iqtisadi baxımdan başqa sahələrdən də ölkə üçün gəlir əldə etmək olur. Amma siyasi və beynəlxalq baxımdan bu layihə çox mühüm bir addımdır. BTQ-nin bugünki açılış mərasimində də Orta Asiya ölkələrinin iştirakı onu göstərir ki, bu, tarixi əhəmiyyətə malik bir layihədir. Bu layihənin müəllifi ümummilli lider Heydər Əliyevdir. İstər Bakı-Tbilisi-Ceyhan layihəsi, istər Cənub Qaz Dəhlizi və digər layihələrin müəllifi ümummilli lider Heydər Əliyevdir və onun uzaqgörən siyasəti nəticəsində bu addımlar atılıb və Prezident İlham Əliyevin iradəsi nəticəsində bu layihələr reallaşıb”.

Deputat əlavə edib ki, BTQ layihəsi region ölkələrinin birliyi, təhlükəsizliyi və əməkdaşlığına xidmət edən mühüm bir addımdır: “Hesab edirəm ki, keçmiş sovet məkanından da bu layihələrə qoşulanlar olacaq. Bu dəmir yolunun iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Həm yük, həm də sərnişin daşımaları ilə bağlı ölkəmiz gəlir əldə edəcək. Bu layihə həmçinin turizm potensialının genişlənməsinə xidmət edəcək”.

S.Novruzov hesab edir ki, BTQ-nin açılışından sonra Azərbaycanı istəməyən qüvvələr tərəfindən müəyyən qarayaxma, böhtan kampaniyasının da olacağı, o cümlədən Azərbaycan daxilində olan müxalifətin bu kampaniyaya qoşulacağı gözlənilir: “Bu layihənin açılış mərasiminə bir neçə gün qalmış mitinqin keçirilməsi bunun bariz nümunəsidir. Azərbaycan bu qədər böyük iş görür, Ermənistanı tamamilə blokadaya alır, ancaq müxalifət erməni lobbisinin təhriki ilə müxtəlif şüarlar altında mitinq keçirir. Amma buna baxmayaraq, ölkə Prezidentinin cəsarəti, iradəsi və ölkə başçısı ilə xalqın birliyi gələcəkdə də bu cür layihələrin həyata keçirilməsinə dəstək verəcək”.

Deputat vurğulayıb ki, BTQ Avropa İttifaqı ilə sazişin yenilənməsi ərəfəsində açılıb: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Avropanın diqqətini cəlb edən ən mühüm layihələrdən biridir”.

Qeyd edək ki, bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı vaxt açıqlandı – VİDEO

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyədən Azərbaycana ilk qatar yola düşüb. BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki, ilk qatar 32 konteynerli 16 vaqondan ibarətdir.

Qatar Mersin şəhərindən yola salınıb. Tarsus əyalətinin Yenice dəmiryol stansiyasında keçirilən tədbirdə çıxış edən Türkiyə dövlət dəmiryollarının baş direktoru Veysi Kurt bildirib ki, qatar Bakıyadək 2100 km məsafəni 96 saata, yəni 4 günə qət edəcək. Qatarı Bakıya daha tez 75-80 saata çatdırmaq nəzərdə tutulur. Qatarın yükü 650 ton soya jımıxı və keramik yapışqan təşkil edir. Qatar Bakıdan 3 gün sonra Türkmənistana çatacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınmasına isə 2018-ci ilin birinci yarısının sonunda başlanılacaq.

Bunu isə Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Gürcüstanın İctimai televiziyasına müsahibəsində deyib. Nazir qeyd edib ki, Bakı- Tbilisi -Qars dəmir yolu tarixi layihədir və turistlər üçün maraqlı olan şəhərləri əhatə edir. Bu yol həm sərnişinlər, həm də yüklərin daşınması üçün cəlbedici olacaq.

Ahmet Arslanın sözlərinə görə, ilkin mərhələdə bu dəmiryolu vasitəsi ilə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşımaq nəzərdə tutulur. Hazırda qarşıda duran hədəflərdən birincisi il ərzində bu dəhlizlə yükdaşımaların həcmini 20-22 milyona çatdırmaqdır.Nazirin sözlərinə görə, gələcəkdə isə dəmiryolu xətti ilə 34-35 milyon ton potensial yük daşımaq planlaşdırılır.

Türkiyəli nazir qeyd edib ki, BTQ-nin bir çox üstünlükləri var və dəmir yolu nəqliyyat xərclərini və yüklərin daşınma müddətini azaldır.

Bakı tbilisi qars dmir yolu layihsi

Azərbaycan, Türkiyə və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı saziş imzalayıb

“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb.

Mia.az xəbər verir ki, sənədə bu gün Bakıda üç ölkənin hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində imza atılıb.

Sazişi Azərbaycan hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Şahin Bağırov, Türkiyə hjökuməti adından bu ölkənin ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay və Gürcüstan hökuməti adından bu ölkənin Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava imzalayıb.

Sənədin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.

Saziş Trans-Avropa və Trans-Asiya dəmir yolu dəhlizlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə yüklərin fasiləsiz, vaxtında, səmərəli şəkildə daşınması baxımından mühüm imkanlar yaradacaq. mallar haqqında ilkin məlumatın elektron mübadiləsi təşkil edilməklə gömrük prosedurları sadələşdiriləcək, sərhədkeçmə prosesləri sürətlənəcək. Eyni zamanda, qarşılıqlı razılaşdırılmış müasir gömrük nəzarəti metodları hesabına vaxta qənaət ediləcək ki, bu da yüklərin rahat keçidinə şərait yaradacaq. Nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyan saziş iqtisadi operatorlar, eləcə də limanlar üçün logistika imkanlarının artmasına müsbət təsir göstərəcək, ölkəmizin və regionun tranzit potensialının daha da genişləndirilməsində mühüm rol oynayacaq.

Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclasında çıxış edən nümayəndə heyətlərinin rəhbərləri regional və beynəlxalq ticarətin asan, sürətli reallaşdırılmasında gömrük sahəsindəki əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, sazişin bu istiqamətdə fəaliyyətin daha səmərəli qurulmasına mühüm töhfə verəcəyini bildiriblər.

Comments are closed, but trackbacks and pingbacks are open.