Daşınmaz əmlak dərslik
Daşınmaz əmlaka nələr aid edilir və ona olan hüuqlarımızı necə dövlət qeydiyyatına aldıra bilərik? Qanunvericiliyə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına hədsiz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə göstərilən əsaslardan birinin olması yetərlidir.
Daşınmaz əmlak nədir və onu necə əldə etmək olar?
Daşınmaz əmlaka nələr aid edilir və ona olan hüuqlarımızı necə dövlət qeydiyyatına aldıra bilərik? Qanunvericiliyə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına hədsiz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə göstərilən əsaslardan birinin olması yetərlidir.
Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
2. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;
3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;
4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
8. Daşınmaz əmlakın dövlət reyestri haqqında qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
9. Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:
9.1. Hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:
9.1.1. İcarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;
9.1.2. Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
9.2. Çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icrahakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;
10. Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:
10.1. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
10.2. Məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
Hüquqların dövlət qeydiyyatının aparılması qaydası
Hüquqların dövlət qeydiyyatı qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd təqdim edilməli. Daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılmalı və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməlidir. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi gərəkdir. Qeydiyyat orqanı dayandırma və ya imtinaya əsas ola biləcək hər hansı hal aşkar etmədikdə, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətindədaşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti qeydiyyatı həyata keçirən orqanı tərəfindən müəyyən edilir.
Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır.
Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi 3 gün müddətində həyata keçirilir.
Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi
Hüquqların dövlət qeydiyyatı Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması qeydiyyatı həyata keçirən orqanı tərəfindən müəyyən edilir.
Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunmalıdır:
1. hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş əsaslardan biri;
2. torpaq sahəsinin planı və ölçüsü;
3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla).
Hazırladı: Qara Allahmanlı
Daşınmaz əmlak dərslik
Müqаvilə üzrə əmlаk ərə (аrvаdа), uşаqlаrа, vаlidеynlərə, bаbаyа, nənəyə, nəvəyə, qаrdаşа, bаcıyа kеçirsə – dövlət rüsumu 25 mаnаt, хidmətə görə tutulаn hаqq – 3, 75 mаnаt
Müqаvilə üzrə əmlаk bаşqа şəхslərə kеçirsə:
Bаkı şəhərində – dövlət rüsumu 280 mаnаt, хidmətə görə tutulаn hаqq 42 mаnаt
Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda dövlət rüsumu 196 mаnаt, хidmətə görə tutulаn hаqq 29,40 mаnаt
Digər şəhər və rаyоnlаrdа – dövlət rüsumu 140 mаnаt, хidmətə görə tutulаn hаqq 21 mаnаt.
Qeyd
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlakın sığortası icbaridir.
Məlumat üçün bildiririk ki, daşınmaz əmlakın icbari sığortası “ASAN xidmət” mərkəzlərində həyata keçirilə bilər.
Əsasında notariat hərəkəti aparılmış sənədlərin əsli əqdin, vərəsəlik hüququ haqqında şəhadətnamənin və sairin notariusda saxlanılan nüsxəsinə əlavə olunur. Sənədlərin əsli (məsələn, doğum, nikah, ölüm haqqında şəhadətnamələr) onları təqdim etmiş şəxslərə qaytarılır, onların notariat qaydasında təsdiq edilmiş surəti isə notariusda saxlanılır.
Daşınmaz əmlak təminatlı kredit
Kredit – Daşınmaz əmlak təminat qoyularaq istehlak və digər məqsədlərə istifadə olunmasına görə nağd pul əldə edilməsi üçün verilir.
Daşınmaz əmlakın yerləşmə yerindən və kreditin müddətindən asılı olaraq kreditin məbləği təminatın 65%-dək hissəsini təşkil edir.
- KREDİTİN MƏBLƏĞİ 15 000 AZN-dən 100 000 AZN-dək
- KREDİTİN MÜDDƏTİ 5 ilədək
- İLLİK FAİZ DƏRƏCƏSİ 15%-dən başlayaraq
Məlumatlar
- Təminat kimi qoyulacaq əmlak fərdi yaşayış evi, bağ evi, binada mənzil (1970-ci ildən yeni tikilən) və qeyri yaşayış sahəsi (obyekt) ola bilər.
- Təminat qoyulacaq daşınmaz əmlak Bakı, Sumqayıt şəhərləri və Abşeronda yerləşməlidir.
- Kredit məbləği daşınmaz əmlakın maksimal 65% həcmində veriləcək (məs. Dəyəri 100 000 AZN olarsa maksimal 65 000 AZN kredit veriləcək).
- Girov (ipoteka) predmeti Abşeron, Pirallahı və Qaradağ rayonları ərazisində yerləşərsə KTN əmsalı 50% müəyyən olunur
- Təminat qoyulacaq Daşınmaz əmlak borcalanın və ya onun birinci xətt (ana,ata,bacı,qardaş,əri/arvadı,övladları, nənə və baba) qohumuna (paylı mülkiyyətə icazə verilmir) məxsus ola bilər.
- Əmlak sığortası mənzillər istina yalnız fərdi tikili və qeyri-yaşayış sahəsinə tətbiq edilir
- İş stajı minimal 6 ay
- Yaş min-22, maks – 65 (kişi), 62 (qadın)
- Kredit Kapital Bank, eyni zamanda istənilən digər bankın əmək haqqı və pensiya kartı sahiblərinə verilə bilər
- Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.
- Hərbiçi olduğu halda hərbi vəsiqə və şəxsiyyət vəsiqəsi (Hərbiçilər üzrə digər tələb edilən sənədlər İstehlak kreditləşməsi şərtlərinə uyğun)
- Girov götürüləcək daşınmaz əmlak sahibinin şəxsiyyət vəsiqəsi, daşınmaz əmlakın çıxarışı, texniki pasportu. (Girovqoyan şərtlərdə qeyd olunmuş digər şəxs olarsa, borcalanla qohumluq əlaqəsini təsdiq edən sənəd)
- Nikahın bağlanması barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. Subay olduğu halda subaylıq haqda arayış. (Boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə)
- Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)
Daşınmaz Əmlak Təminatlı Kredit ilə banka ev girov qoymaqla kredit əldə edin. Təminat olaraq qoyulacaq daşınmaz əmlak Bakı, Sumqayıt şəhərləri və Abşeronda yerləşməlidir. Kapital Bank və eyni zamanda digər bankın əmək haqqı və pensiya kartı sahiblərinə verilən kredit üçün girov kimi qoyulacaq əmlak fərdi yaşayış evi, bağ evi, binada mənzil (1970-ci ildən yeni tikilən) və qeyri yaşayış sahəsi (obyekt) ola bilər. Girov krediti əldə etmək üçün təminat olaraq təqdim edilən daşınmaz əmlak Abşeron, Pirallahı və Qaradağ rayonları ərazisində yerləşərsə KTN əmsalı 50% müəyyən olunur. Banka girov olaraq qoyulacaq əmlak əmlak sığortası üzrə sığortalanır. Maksimum 100 000 AZN-dək təklif edilən Daşınmaz Əmlak Təminatlı Kredit məhsulunu əldə etmək üçün online kredit sifarişi xidmətindən yararlanın. Online sifariş etmək üçün müraciət formasını doldurmağınız kifayətdir.
Comments are closed, but trackbacks and pingbacks are open.