Press "Enter" to skip to content

Xx əSRİN 20-30-cu iLLƏRİNDƏ İBTİDAİ VƏ orta təHSİLİN

cəmi 3%-i ali, 97%-i isə orta, aşağı və ev təhsilinə malik idi (16, 71). Qeyd olunan

XX ƏSRIN 20-30-CU ILLƏRINDƏ AZƏRBAYCANDA MÜRIDILIYƏ QARŞI MÜBARIZƏ

Xülasə ” XX əsrin 20-30-cu illərində Azərbaycanda müridiliyə qarşı mübarizə ” adlı məqalədə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində tədricən sufiliyin daxilində siyasi istiqamətin ortaya çıxması və xalq hərəkatlarının ideologiyasına çevrilməsi, müridiliyin XX əsrin əvvəllərində Qarabağ, Qazax, Göyçay və Şamaxı, Ağdam, Cəbrayıl, Şəki qəzalarında geniş yayılması, XIX əsr Azərbaycan ədəbiyyatında ” Seyid Nigari ” təxəllüsü ilə tanınan Hacı Mir Həmzə Əfəndinin Azərbaycanda müridiliyin yayılmasındakı rolu, XX əsrin 20-30-cu illərində müridiliyə qarşı mübarizə metodları araşdırılmışdır. Resume In the article named ” Struggle against muridism in 20-30-s of the XX century ” were researched the gradual emergence of political direction inside mystification at the end of the XVIII and beginning of the XIX century and becoming the ideology of national movement, dissemination of muridism in Azerbaijan early in the XX century, the role in the spreading of muridism in Azerbaijan by Haci Mir Hamza Efendi known in the XIX century Azerbaijan literature as ” Seyid Nigari ” and the struggle methods of Soviet government against muridism in 20-30-s of the XX century. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin yaranmasından dərhal sonra ölkədə din əleyhinə mübarizə başlandı. Din əleyhinə repressiya dalğaları ilk növbədə ölkədəki aparıcı dinlərə qarşı yönəldi. Təriqətlərə qarşı mübarizə isə birdən-birə başlamadı. 1918-ci il yanvarın 23-də Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Maarif Komitəsinin ” Kilsənin dövlətdən və məktəbin kilsədən ayrılması haqqında ” dekretilə bütün dinlər, kilsələr və dini birliklər həqiqi və tam bərabər elan edildi. Lakin bir müddət sonra digər konfessiyalar kimi müridilik də təqib olunmağa başlandı. Sözsüz ki, bu mübarizəni çar imperiyası dövründə müridiliyə qarşı aparılmış mübarizədən fərqləndirmək lazımdır. Çar imperiyası dövründə müridilik Qafqazda milli-azadlıq hərəkatının ideologiyasını təşkil etdiyi səbəbindən təqib olunduğu halda, sovet hakimiyyətinin ilk illərindən yalnız bu təriqətə qarşı deyil, bütün dinlərə, eləcə də təriqətlərə qarşı mübarizə aparılmağa başlandı. Tədqiq olunan dövrdə Azərbaycanda geniş yayılmış təriqətlərdən biri də müridilik idi. XX əsrin əvvəllərində Qarabağ, Qazax, Göyçay, Şamaxı, Ağdam, Cəbrayıl, Şəki qəzalarında müridilik geniş yayılmışdı. 345 Müridilik – rus ədəbiyyatında XIX əsrin II yarısında Qafqazda çar imperiyasına qarşı milli-azadlıq hətəkatını adlandırmaq üçün işlədilən şərti termindir. Bu təriqət islam cərəyanı olan sufiliyin növüdür. ” Sufilik ” anlayışı ərəb mənşəli ” suf ” (yun) sözündən götürülmüşdür. Asketlər (zahidlər) ənənəvi olaraq yun köynəklər geyinərdilər. Sufi yolunun mərhələləri – şəriət (‫ة‬ ‫ع‬ ‫شري‬-islam dininin qanunlarına şərtsiz riayət olunması), təriqət (‫ة‬ ‫ع‬ ‫شري‬-həqiqi sufi şeyxinin yanında mürid kimi təlim görmək), mərifət (‫ررم‬ ‫شف‬ – Allahın ağılla deyil, qəlbən dərk edilməsi) və həqiqətə (‫قح‬ ‫ي‬ ‫شر‬ – həqiqətə tam çatma) çatmaqdan ibarətdir. Azərbaycan ərazisində olan epiqrafik adidələr XI-XIX əsrlərdə burada fəaliyyət

Xx əSRİN 20-30-cu iLLƏRİNDƏ İBTİDAİ VƏ orta təHSİLİN

pillədə isə 13-17 yaşlı uşaqlar dörd illik kurs əsasında təhsil almalı idilər (4, v. 207).

Azərbaycanda yeni sovet təhsil sisteminin yaradılması çox ciddi problemlə,

pedaqoji kadrların çatışmazlığı problemi ilə üzləşirdi. Azərbaycanda ziyalı qıtlığı

problemi bir sıra köklü səbəblərlə bağlı idi. İlk növbədə, rus müstəmləkəçiliyi

dövründə çarizmin milli ucqarlarda təhsilə heç bir qayğı göstərməməsi, cüzi vəsait

ayırması ilə yanaşı əsrlər boyu mövcud olmuş ənənəvi milli məktəblərimizə (mol-

laxana və mədrəsə) soyuq münasibət XX əsrin əvvəllərində Azərbaycanda kütləvi

savadsızlığa rəvac vermişdi. Digər tərəfdən AXC-nin qısa müddətli fəaliyyəti

dövründə çox ciddi iqtisadi, siyasi çətinliklərə baxmayaraq təhsil sahəsində

görülən böyük işlərin bolşevik işğalı nəticəsində yarımçıq qalması da təsirsiz

ötüşməmişdi. Bununla bərabər sovet rejiminin onsuz da yetərincə olmayan milli

ziyalılarımıza, xüsusilə də mollaxana və mədrəsə müəllimlərinə «köhnəliyin qalı-

ğı», «burjua tör-töküntüsü», «fanatizm, cəhalət daşıyıcısı» kimi damğa vuraraq

onlardan imtina etməsi vəziyyəti daha da mürəkkəbləşdirirdi.

Sovet hakimiyyətinin qurulmasına qədər Azərbaycanda pedaqoqların sayı

haqqında tarixi ədəbiyyatlarda müxtəlif məlumatlarla rastlaşmaq mümkündür.

Tədqiqatçı T.Musayevanın hesablamalarına əsasən 1914-cü ildə Azərbaycanda

nazirliyin nəzdində fəaliyyət göstərən 976 ümumtəhsil məktəbi və 240 rus-tatar

məktəbində 2572, 786 məktəb və mədrəsədə isə 822 nəfər müəllim və molla tədris

prosesi ilə məşğul olurdu (16, 26). Xalq Maarif Komissarı D.Bünyadzadənin

1921-ci ilin mayında Azərbaycanın I Sovetlər qurultayında verdiyi hesabatda

göstərilən məlumata görə isə sovet hakimiyyəti qurulana qədər Azərbaycanda

cəmi 2000 müəllim fəaliyyət göstərirdi (16, 70). Təhsil səviyyəsinə görə onların

cəmi 3%-i ali, 97%-i isə orta, aşağı və ev təhsilinə malik idi (16, 71). Qeyd olunan

statistik rəqəmlər arasındakı kəskin fərqlər bolşevik rejiminin Azərbaycanın

pedaqoji-ziyalı təbəqəsinin böyük bir qismini qara siyahıya daxil etməsi ilə bağlı

olmuşdur. Xalq Maarif Komissarlığının din xadimlərinin pedaqoji fəaliyyətlə

məşğul olmasına qadağa qoymasına baxmayaraq ziyalı kadrlara kəskin ehtiyac

Azərbaycan hökumətini ilk dövrlərdə molla və qazilərin əməyindən yeni tipli mək-

təblərdə istifadə olunmasına məcbur edirdi. Bununla yanaşı, müəllim çatışmaz-

lığını qısamüddət ərzində aradan qaldırmaq üçün Maarif Komissarlığı bir sıra

təcili tədbirlər həyata keçirdi. Xalq Maarif Komissarlığının 16 oktyabr 1920-ci il

tarixli qərarı ilə Bakı şəhərində, Sabunçu rayonunda, Şuşa, Qazax, Nuxa və

Gəncə qəzalarında qısa müddətli pedaqoji kurslar açıldı (1, 39; 5, v.35). 1921-ci

ildə Azərbaycanda bu qəbildən olan pedaqoji kursların sayı artıq 40-a çatırdı (6,

v.3; 16, 72). Bu tip kursları bitirənlər yeni rejim dövrünün ilk pedaqoji kadrlarını

təşkil edirdilər. Qısamüddətli üç aylıq pedaqoji kurslarla bərabər Maarif Komis-

sarlığı Bakıda bir illik ali pedaqoji kurslar təşkil etmək təşəbbüsü ilə də çıxış etdi.

Təbiətşünaslıq-coğrafiya, fizika-riyaziyyat və humanitar şöbələrdən ibarət olan

bir illik pedaqoji kursların təşkilində Abdulla Şaiq, Həbib bəy Mahmudbəyov,

Fətulla Rzabəyli, Mamed Əfəndiyev, Sadıx Hüseynov, Rəhim Cəfərov və s. kimi

görkəmli Azərbaycan ziyalılarının mühüm xidmətlərini xüsusi olaraq qeyd etmək

lazımdır (16, 72). Xalq Maarif Komissarlığı kollegiyasının qərarı ilə 1923-cü ildən

fəaliyyətə başlayan yay pedaqoji kurslarının yay tətilləri dövründə müəllimlərin

təhsil səviyyəsinin artırılması sahəsində böyük xidmətləri olmuşdu (16, 72-73).

Pedaqoji kurslarla yanaşı, müəllim çatışmazlığını aradan qaldırmaq üçün

görülən tədbirlər içərisində müəllimlər seminariyalarının fəaliyyətini də qeyd

etmək vacibdir. Statistik məlumatlara əsasən 1923-cü ildə Azərbaycanda 2064

nəfər tələbəsi olan 8 müəllimlər seminariyası fəaliyyət göstərirdi (7, v. 9).

Azərbaycan hökuməti böyük maddi və mənəvi çətinliklərə baxmayaraq ali

və orta pedaqoji təhsil müəssisələrinin açılması istiqamətində də mühüm tədbirlər

həyata keçirməyə çalışırdı. Məktəblərdə təhsilin keyfiyyətinin birbaşa ali və orta

təhsilli pedaqoji kadrlardan asılı olduğunu ön plana çəkən Xalq Maarif Komis-

sarı Z.Quliyev Azərbaycan təhsil işçilərinin 1923-cü ilin fevral ayında keçirilən

qurultayında 1922-ci ildə Azərbaycanda fəaliyyət göstərən müəllimlərin yalnız 61

nəfərinin ali, 291 nəfərinin orta, qalanlarının isə qısa müddətli pedaqoji kursları

bitirdiyini (11; 1, 69) vurğulayaraq qeyd edirdi ki, qarşıda duran ən mühüm

vəzifələrdən biri ali təhsilli müəllimlərin hazırlanmasıdır. Bu sahədə atılan ilk

addımlardan biri Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərima-

novun Bakıda ilk pedaqoji kişı institutunun açılması haqqında 1921-ci il 26

avqust tarixli dekreti oldu (10).

Azərbaycan SSR XKS-nin 1 sentyabr 1921-ci il tarixli qərarında II dərəcəli

məktəblər üçün müəllimlər hazırlamaq məqsədilə Azərbaycan dövlət kişi institu-

tunun təsis edilməsi nəzərdə tutulurdu (2, 67).

Xüsusi komissiyanın fəaliyyəti nəticəsində 1921-ci ilin noyabrında fizika-

riyaziyyat, təbiət-kimya və ədəbiyyat fakültələrindən ibarət Ali kişi pedaqoji

institutu açıldı və institutun direktoru görkəmli Azərbaycan ziyalısı Fətulla

Rzabəyli təyin edildi (16, 94). 1923-24-cü tədris ilində bu institutu bitirmiş ilk 28

müəllim müəllimlər seminariyaları arasında bölüşdürüldü. Ali kişi institutu ilə bir

vaxtda yaradılmış məktəbəqədər tərbiyə üzrə qadın institutu 1922-ci ilin no-

yabrında Azərbaycan qadın pedaqoji institutuna çevrildi. A.Makinskayanın

rəhbərlik etdiyi bu institutda 1923-24-cü tədris ilində 90 tələbə təhsil alırdı (15,

Azərbaycan SSR XKS-nin 3 aprel 1923-cü il tarixli qərarı ilə qadın və kişi

institutları birləşdirildi (16, 95).

Azərbaycan hökuməti ziyalı kadrların sayının artırılması ilə yanaşı, təhsil

işçilərinin mənəvi və maddi rifah halının təminatı baxımından da təsirli tədbirlər

görməyə çalışırdı. Azərbaycan SSR İnqilab Komitəsinin 9 sentyabr 1920-ci il

tarixli qərarı ilə müəllimlər, pedaqoji kursların dinləyiciləri və məktəb şagirdləri

hərbi mükəlləfiyyətdən azad edilirdilər. İnqilab Komitəsinin 17 sentyabr 1920-ci

il tarixli «Maarif işçilərinin səfərbərliyi haqqında» dekreti ilə maarif işçiləri birin-

ci dərəcəli ərzaq təminatı hüququ əldə edirdilər. Təhsil işçiləri əmək mükəlləfiyyə-

tindən azad edilməklə yanaşı, onların əmlakının müsadirəsi qadağan edilirdi.

Dekretə əsasən maarif işçilərinin Xalq Maarif Komissarlığının razılığı olmadan

həbs edilməsinə, saxlanılmasına, axtarışına icazə verilmirdi (1, 24-25). Doğrudur,

bir çox hallarda bunlara əməl olunmasa da,bu dövlətin təhsil işçilərinə xüsusi

qayğı ilə yanaşmasının real göstəricilərindən biri kimi az əhəmiyyətli deyildi.

Təhsil sahəsində görülən tədbirlər qısa müddət ərzində müəyyən kəmiyyət və

keyfiyyət göstəricilərinin yaranmasına gətirib çıxarmışdı. Belə ki, Xalq Maarif

Komissarı M.Z.Quliyevin 7 dekabr 1924-cü il tarixli hesabatında Respublikanın

birinci dərəcəli 990 məktəbində 90587 şagird və 2987 müəllimin, ikinci dərəcəli 37

məktəbdə isə 4736 şagird və 307 müəllimin fəaliyyət göstərməsi haqqında məlu-

matı (1, 96) bunu bir daha sübut edir. Azərbaycan XKS-nin sədri Q.M.Musabə-

yovun 11 mart 1925-ci il tarixli məruzəsində verilmiş tam dəqiq olmayan məlu-

matlar da əvvəlki dövrlə müqayisədə Azərbaycanda məktəb və şagirdlərin sayının

kəskin şəkildə artdığını göstərir. Həmin məlumata görə I Dünya müharibəsinə

qədər Azərbaycanda 728 məktəb 56 min şagird olduğu halda, 1925-ci ildə onların

sayı müvafiq olaraq 1303 və 129 minə çatmışdı (14, 33). Onu da qeyd etmək la-

zımdır ki, bu artımın hamısını bolşevik rejiminin xidmətinə yazaraq Azərbaycan

Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə təhsil sahəsindəki fəaliyyətini unut-

maq ən azı tarixi ədalətsizlik olardı. XMK-nın 1928-ci il tarixli məlumatları

1925-ci illə müqayisədə məktəb, şagird və pedaqoji personalın sayının xeyli

artdığını göstərirdi. Belə ki, 1928-ci ilin statistik məlumatlarına əsasən Azərbay-

canda I dərəcəli 1378 məktəbdə 139294 şagird, 4161 müəllim, II dərəcəli 35 mək-

təbdə 10222 şagird, 557 müəllim, yeddiyaşlı uşaqların təhsil aldığı 39 məktəbdə

14956 şagird, 560 müəllim, doqquzyaşlı uşaqların təhsil aldığı 8 məktəbdə 5749

şagird, 258 müəllim, kəndli gənclər üçün təşkil edilmiş 14 məktəbdə 642 şagird və

64 müəllim fəaliyyət göstərirdi.

XX əsrin 20-ci illərində dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin dinami-

kası da təhsil siyasətinə xüsusi diqqət verildiyini göstərir. 1924-1925-ci illərdə

dövlət büdcəsindən təhsilə ayrılan vəsait adambaşına 5 rubl. 46 qəpik təşkil etdiyi

halda, 1928-1929-cu illərdə bu rəqəm iki dəfədən də çox artaraq 11 rubl. 39

qəpiyə bərabər olmuşdu (1, 156-159).

Respublikamızda ibtidai ümumtəhsilə keçilməsi haqqında qərar Azərbay-

can hökumətinin təhsil sahəsində mühüm addımlarından biri oldu. Azərbaycan

MİK-nin 5-ci çağırış III sessiyanın 29 may 1928-ci il tarixli qətnaməsində 1927-

28-ci təhsil ilindən etibarən on il müddətində Azərbaycanda ibtidai ümumtəhsil

sisteminin tətbiqi nəzərdə tutulurdu (1, 45). 1928-ci ilin avqustunda Bakıda və

şəhərin fabrik-zavod rayonunda, 1930/31-ci illərdə Gəncə, Salyan, Zaqatala,

Nuxa və Şirvan bölgələrində tətbiq edilən ibtidai ümumtəhsil sistemi 1932/33-cü

təhsil illərində Respublikanın bütün rayonlarında həyata keçirilməyə başladı (16,

s.150-151). İbtidai ümumtəhsilə keçilməsi ciddi çətinliklərlə, xüsusilə də məktəb

binalarının və pedaqoji kadrların çatışmazlığı ilə müşayiət olunurdu.

XX əsrin 30-cu illərinin əvvəllərində məscid və kilsələrin kütləvi şəkildə

məktəb və digər mədəniyyət binalarına çevrilməsi hərəkatı ciddi narazılıqlara

səbəb olurdu. Pedaqoji kadr qıtlığının aradan qaldırılması istiqamətində görülən

tədbirlər nəticəsində I beşillik dövründə müəllimlərin sayı xeyli artmışdı. Statistik

məlumatlara görə 1928-1929-cu tədris ilində Respublikada 5617 müəllim var

idisə, 1932-1933-cü illərdə onların sayı artıq 10432 nəfərə qədər artmışdı (13, 24).

«Azərbaycan SSR-də ümumi ibtidai icbari təhsilin həyata keçirilməsi haq-

qında» Azərbaycan SSR XKS-nin 29 avqust 1930-cu il tarixli qərarı təhsil siya-

sətində yeni bir mərhələnin başlanğıcı oldu. Qərara əsasən 1930-1931-ci illərdə

Azərbaycanın bütün şəhərlərində və şəhərtipli yaşayış məntəqələrində, 1931-

1932-ci illərdə isə bütün rayonlarında 8, 9, 10 yaşlı uşaqlar ümumi ibtidai icbari

təhsilə cəlb edilməli idi. XKS-nin qərarında Xalq Maarif Komissarlığına 1930-

1931-ci illərdə 1136, 1931/1932-ci illərdə 1217, 1932/1933-cü illərdə 1451 nəfər

pedaqoq hazırlanması tapşırığı verilmişdi (12). Qarşıya qoyulan bu mühüm

vəzifələri həyata keçirmək üçün dövlət büdcəsindən Xalq Maarif Komissarlığına

1930-1931-ci illərdə 27.254.723 rubl, 1931-1932-ci illərdə 36.160.791 rubl, 1932-

1933-cü illərdə ısə 45.323.406 rubl vəsait ayrılması nəzərdə tutulurdu (1, 193).

XX əsrin 30-cu illərində təhsil sahəsində həyata keçirilən mühüm

tədbirlərdən biri də Xalq Maarif Komissarlığının yenidən təşkil edilməsi ilə bağlı

oldu. Azərbaycan MİK və XKS-nin 25 noyabr 1933-cü il tarixli qətnaməsinə

əsasən XMK-nin köhnə strukturu ləğv edilirdi. Maarif Komissarlığının yeni

strukturunun tərkibində yaradılmış beş idarədən biri bilavasitə ibtidai və orta

məktəblərin, biri isə müəllimlərin hazırlanması məsələləri ilə məşğul olmalı idi (3,

17-18). Həyata keçirilən tədbirlər pedaqoji kadrların kəmiyyət və keyfiyyət

göstəricilərində də öz əksini tapırdı. Xalq Maarif Komissarlığının 10 aprel 1936-

cı il tarixli hesabatına əsasən 1934-35-ci tədris ilində Azərbaycanda 10897

müəllim fəaliyyət göstərirdi ki, onların 952-si ali, 590-ı natamam ali, 5678-i orta,

3677-si aşağı təhsilə malik idi (8, v.3-10). 1935-36-cı tədris ilinin statistikasına

görə isə Respublikanın ibtidai və orta məktəblərində çalışan 11105 müəllimin

1141 nəfəri ali, 8390-1 orta, 1574 nəfəri isə aşağı təhsil səviyyəsinə malik idi.

Statistik məlumatların təhlili göstərir ki, I Dünya müharibəsinə qədər Azər-

baycanda fəaliyyət göstərən 976 məktəbin mütləq əksəriyyətini (943-nü) ibtidai,

18-ni natamam orta, yalnız 15-ni orta məktəblər təşkil edirdisə, artıq Böyük Və-

tən müharibəsi ərəfəsində bu mənzərə kökündən dəyişmişdi. Belə ki, 1940/41-ci

tədris ilində Azərbaycanda qeydə alınan 3575 məktəbin 1668-i ibtidai, 1240-ı

natamam orta, 654-ü isə orta məktəblərdən ibarət olmuşdu. 1914-1915-ci illərlə

müqayisədə Azərbaycanda məktəblərin sayı təqribən dörd dəfəyə qədər artmışdı.

Bu müddət ərzində məktəblərdə təhsil alan şagird kontingentinin sayında artım

isə daha böyük olmuşdu. Statistikaya əsasən 1914/15-ci tədris ilində Azərbaycan

məktəblərində 73109 şagird təhsil alırdısa, 1940/41-ci tədris ilində isə onların sayı

təqribən doqquz dəfəyədək artaraq 654902 nəfərə çatmışdı. Çox maraqlı məqam-

lardan biri də ondan ibarətdir ki, I Dünya müharibəsi ərəfəsində, həmçinin sovet

rejiminin ilk dövründə (1920-1930-cu illər arasında) Azərbaycanın şagird kontin-

gentinin əksəriyyətini ibtidai məktəblərdə təhsil alanlar təşkil edirdi. Statistika

göstərir ki, 1914-1915-ci ildə Azərbaycanda 73109 şagirdin 61949 nəfəri, 1929-30-

cu tədris ilində isə 213047 şagirdin 139753 nəfəri ibtidai məktəblərdə təhsil almış-

dır. 1930/31-ci tədris ilindən başlayaraq bu mənzərə kəskin şəkildə dəyişməyə

başlamışdı. Belə ki, 1930/31-ci tədris ilindən etibarən şagirdlər daha çox nata-

mam orta və orta təhsil almağa üstünlük verməyə başlamış və bu meyl sonrakı il-

lərdə daha da güclənmişdi.

Statistik məlumatlara görə, 1930/31-ci tədris ilində Azərbaycanda qeydə

alınan 278636 şagirdin 171859 nəfəri ibtidai, 91036 nəfəri natamam orta (yeddiil-

lik), 13791 nəfəri isə orta məktəblərdə təhsil alırdısa, 1940/41-ci tədris ilində qey-

də alınan 654902 şagirdin 102334 nəfəri ibtidai, 229290 nəfəri natamam orta,

321447 nəfəri, başqa sözlə, təqribən yarısı isə orta məktəblərdə təhsil alanlardan

ibarət olmuşdu (9; 13). 1939-cu ilin 1 yanvar tarixinə görə Respublikanın təhsil

müəssisələrində ümumilikdə 19 min nəfər müəllti işləyirdi ki, bunun da cəmi 2098

nəfəri azərbaycanlı idi (17, 309). 30-cu illərin sonunda Azərbaycan iqtisadiyyatında

çalışan 47800 nəfər ixtisaslı kadrın sadəcə olaraq 8000-i azərbaycanlı idi (18, 667).

XX əsrin 20-30-cu illərində Azərbaycanda təhsilin kütləvi xarakter alması,

onun keyfiyyət səviyyəsinin yüksəlməsində Azərbaycan ziyalılarının əvəzsiz

xidmətləri olmuşdu. 1914/15-ci tədris ilində Azərbaycanda cəmi 2614 müəllim

qeydə alınmışdısa, 1940/41-ci tədris ilində onların sayı təqribən on dəfə artaraq

22016 nəfərə çatmışdı. Görülən tədbirlərə baxmayaraq Böyük Vətən müharibəsi

ərəfəsində Azərbaycanda pedaqoji kadrlara həm də böyük ehtiyac var idi,

mövcud pedaqoji kadrların təhsil səviyyəsi tələblərə cavab vermirdi. Onların

mühüm bir hissəsi natamam orta, hətta aşağı təhsil səviyyəsinə malik idilər.

Azərbaycan arxivi. № 1-2. Bakı: 1975

Azərbaycan arxivi. № 1-2. Bakı: 1978

Azərbaycan arxivi. № 1-2. Bakı: 1987

Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA) Fond 57. siy. 1, sənəd. 23

ARDA. Fond 57. siy. 1, sənəd 151

ARDA. Fond 57. siy. 1, sənəd 134

ARDA. Fond 57. siy. 1, sənəd 257

ARDA. Fond 57. siy. 1, sənəd 211

ARDA. Fond 2511 siy. 3, sənəd 94

Азярбайъан тарихи 7 ъилддя. VI ъ., Бакы: Азярняшр, 200, 516.

Газ.«Бакинский рабочий», № 38, 1923, 18 февраля.

Газ. «Бакинский рабочий», № 204, 1930, 1 сентября.

Культурное сотрудничество Азербайджанской ССР/Сб. стат. Баку, 1961, 151-156 с.

Четвертый всеазербайджанский съезд Советов рабочих, красноармейских и матросских

депутатов. Стенографический отчет. Баку: 1975, 271 с.

Летопись Высшего педагогического института. Баку, 1924, 104 с.

Мусаева Т.А. Революция и народное образование в Азербайджане. Баку, 1979, 254 с.

Исмайылов Э. Очерки по истории Азербайджана. М.: Просвещение, 2010, 424 с

Türk Kafkazında siyasi ve etnik yapı. Eski çağlardan günümüze Azerbaycan tarihi.

Prof. Dr. İsmail Mehmetov, İstanbul: 2009, 853 s.

РОЛЬ ИНТЕЛЛИГЕНЦИИ В РАЗВИТИИ НАЧАЛЬНОГО И СРЕДНЕГО

ОБРАЗОВАНИЯ В 20- 30-Х ГОДАХ ХХ ВЕКА

В данной статье суть заключается в развитии системы образования 20-30-х годах

ХХ века. Автор в статье описывает основную роль интеллигенции в развитии образо

вания. Интеллигенция считала, что всю роль в развитии образования несут молодые

кадры и для этого интеллигенция создавала все возможности для развития образования.

THE ROLE OF INTELLIGENTSIA IN THE DEVELOPMENT OF

ELEMENTARY AND SECONDARY EDUCATION IN 20-30s

OF THE XX CENTURY

S.N. HASANOVA

The present article elucidates the development of the education system in 20-30s of the

XX century. The author describes the key role of intelligentsia in the development of education.

Intelligentsia considered that the whole role in the development of education is vested in young

specialists, and created all possibilities for the development of education for this purpose.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

XX ƏSRİN 20–30-cu İLLƏRİNDƏ DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏR

Versal-Vaşinqton sistemi dövlətlərarası münasibətləri ədalətlə həll etmədi. Qalib dövlətlər bütün məsələlərin həllində öz mənafeyindən çıxış etdi. Bu xüsusilə sərhədlər və təzminat məsələlərində özünü açıq surətdə büruzə verirdi. Nəticədə tezliklə yeni münaqişələrin meydana çıxmasına zəmin yarandı. Dünya yeni müharibənin astanasına yaxınlaşmaqda idi.

Fransa və Almaniya arasındagərginlik

Birinci Dünya müharibəsi başa çatandan sonra müharibə borclarıtəzminatlar problemi dövlətlərarası münasibətlərin əsas məsələsi oldu. 1922-ci ildə bu məsələlərin həlli üçün Genuyada (İtaliya) beynəlxalq konfrans keçirildi. Konfransda Sovet Rusiyası və Almaniya da iştirak edirdi. Rusiya çar hakimiyyətinin dövründə alınmış borcların ona aid olmadığını bildirdi. Konfransın gedişində Sovet Rusiyası və Almaniya arasında Rapalloda (Genuya yaxınlığı) iqtisadi müqavilə imzalandı. Bu, müharibədən sonra təcrid edilmiş hər iki dövlət üçün mühüm hadisə oldu. Təhlükəsizliyini təmin etmək və Almaniyanı təzminatları ödəməyə məcbur etmək üçün Fransanın iki yolu var idi: Hərbi müdaxilə ilə təhdid və ya vasitəçilik üçün Millətlər Cəmiyyətinə müraciət etmək. O, 1924-cü ilə qədər daha çox birinci həll yolundan istifadə etdi. Fransa bu dövrdə “edam” adı verilən siyasət həyata keçirdi. Bu siyasət Almaniyanın Versal müqaviləsinin bütün şərtlərini yerinə yetirməyə məcbur edilməsini nəzərdə tuturdu. Bu siyasətin nəticəsi olaraq 1923-cü ildə Fransa və Belçika qoşunları Almaniyanın əsas sənaye mərkəzi olan Rur bölgəsini işğal etdi. Almaniyada baş verən yüksək inflyasiya təzminatların dəyərsiz kağız pullarla ödənəcəyi narahatlığını yaratmışdı. Fransa Rur bölgəsindəki kömürü hərbi yolla müsadirə edərək Almaniyanı cəzalandırmaq istəyirdi. Rur böhranı təzminatın ödənilmə vaxtının uzadılması məsələsini ortaya çıxarmışdı. Bunun üçün 1924-cü ildə Daues planı qəbul edildi. ABŞ dövlət xadimi Çarlz Daues tərəfindən hazırlanan bu plan təzminatın ödənilmə vaxtının uzadılmasını nəzərdə tuturdu. Almaniya inflyasiyadan yeni pul vahidinin buraxılması və ABŞ-ın verdiyi borclardan istifadə etməklə çıxa bildi.

Yumşalma dövrü

Fransa–Almaniya yaxınlaşmasının təsiri ilə 1924–1929-cu illər dövlətlərarası münasibətlərdə yumşalma dövrü kimi səciyyələndirilir. 1925-ci ildə keçirilən Lokarno konfransında qəbul edilən “Reyn” paktı Fransa, Belçika və Almaniya arasındakı sərhədlərin toxunulmazlığını təminat altına aldı.

Anlaşılmazlıqların sülh yolu ilə həll edilməsinə qərar verildi. Bununla da, Almaniya yenidən dövlətlərarası əməkdaşlığa başladı. 1926-cı ildə Millətlər Cəmiyyətinə daxil oldu və bərabərhüquqlu tərəfdaş kimi tanındı.

1928-ci ildə Fransa Xarici İşlər naziri AristidBrian və ABŞ dövlət katibi Frenk Kelloqun təşəbbüsü ilə imzalanan pakt bütün münaqişələrin dinc yolla həll edilməsini nəzərdə tuturdu. “Brian-Kelloq” paktı müharibələrdən imtina edilməsini vurğulayırdı.

1920-ci illərin sonunda dövlətlərarası münasibətlərdə qarşılıqlı inam və sabitlik şəraiti mövcud idi. Lakin 1929-cu ildə baş verən Böyük böhran bu sabitliyin vida zənglərini səsləndirdi.

Üfüqdə qaranlıq

Millətlər Cəmiyyətinin zəifliyi 1931-ci ildən aydın olmağa başladı. Əslində, bu təşkilat əvvəldən yalnız Avropada sülhün və təhlükəsizliyin müdafiəsini diqqət mərkəzində saxlayırdı. Hələ 1923-cü ildən başlayaraq Liviyada faşist İtaliyasının həyata keçirdiyi soyqırımı siyasətinə göz yumulurdu. Ömər Muxtarın başçılığı ilə Liviya xalqının azadlıq mübarizəsi 1932-ci ildə amansızlıqla yatırıldı. Faşist İtaliyası burada dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə etmiş, qadınları və uşaqları qətlə yetirmişdir.

Dünya iqtisadi böhranının təsiri ilə bütün ölkələrin gömrük maneələrini artırması Yaponiyanın yeni xammal mənbəyi və satış bazarları ələ keçirmə siyasəti yürütməsinə səbəb oldu. O, 1930-cu illərin əvvəllərində Çinin şimalındakı Mancuriyanı işğal etdi və burada özündən asılı oyuncaq dövlət yaratdı. Millətlər Cəmiyyətinin etirazı qarşısında Yaponiya bu təşkilatı tərk etdi.

1933-cü ildə Almaniyada nasistlər hakimiyyətə gəldikdən sonra bu dövlət də Millətlər Cəmiyyətini tərk etdi. Böyük böhran nəticəsində ayrı-ayrı ölkələrin qapalı iqtisadi siyasət yeritməyə məcbur olması, Millətlər Cəmiyyətinin iflası silahsızlaşma sahəsində uzlaşmalardan tədricən uzaqlaşmaya səbəb oldu.

Dünyada avtoritar rejimlərın sayı çoxalırdı. İqtisadi böhranın yayılması 1930-cu illərdə Avropada diktatura rejimlərinin artmasına səbəb oldu. Liberal demokratiyanın zəifləməsinin əlaməti olan bu amil dövlətlərarası münasibətlərdə gərginliyi daha da artırdı.

Liberal demokratiya hakimiyyətin öz təmsilçilərini ümumi, azad seçki yolu ilə seçən xalqın əlində olduğu və hakimiyyət bölgüsünün tətbiq edildiyi siyasi rejimdir.

Təhlükənin böyüməsi

1934-cü ildə Hitler Avstriyanın Baş nazirinə sui-qəsd təşkil etdirərək dövlət çevrilişinə nail olmaq istədi. Bu, Avstriyanın Almaniyaya anşlüsu (birləşdirilməsi) yolunda ilk addım idi. Lakin Mussolini Avstriya sərhədinə qoşun yeridərək Almaniyanın bu cəhdinin qarşısını aldı. 1935-ci ildə Fransa, İngiltərə və İtaliyanın iştirakı ilə keçirilən Streza konfransında Avstriyanın ərazi bütövlüyü təminat altına götürüldü.

Almaniya 1935-ci ildə Versal müqaviləsinin şərtlərini pozaraq ümumi hərbi mükəlləfiyyət bərpa etdi. Bu dövrdə Fransa Almaniyanı təcrid etmək siyasəti yeridirdi. 1936-cı ildə Almaniya Versal müqaviləsini bir daha pozaraq silahsızlandırılmış Reyn bölgəsinə qoşun yerləşdirdi. Bununla da, Versal sistemi süqut etdi. Bu hadisə İngiltərə və Fransa tərəfindən yalnız şifahi etirazla qarşılandı. Bu, Hitlerin daxili və xarici nüfuzunu artırdı, onu daha sərt tələblər irəli sürmək üçün cəsarətləndirdi.

1935–1936-cı illərdə İtaliyanın Efiopiyanı işğal etməsi dövlətlərarası münasibətlərdə əsaslı dəyişikliklərə səbəb oldu. İngiltərə və Fransa bu işğalı pislədiyi üçün Mussolini onlardan uzaqlaşdı və Hitlerlə yaxınlaşdı. 1936-cı ildə Almaniya və İtaliya arasında ittifaq bağlandı. Uzaq Şərqdə SSRİ ilə arasında olan gərginlik Yaponiyanı da Almaniya ilə yaxınlaşdırdı. 1936-cı ildə onlar arasında “Anti-komintern” paktı imzalandı. Pakta görə, bu dövlətlər Beynəlxalq kommunist təşkilatına qarşı birgə mübarizə aparmalı idi. Sonralar İtaliya, Macarıstan, İspaniya və bir sıra başqa ölkələr də bu pakta qoşuldu.

Komintern dünyada kommunist ideologiyasını yaymaq üçün SSRİ tərəfindən yaradılmış beynəlxalq təşkilatdır.

Dövlətlərarası münasibətlərdə gərginlik yaradan hadisələrdən biri də İspaniyada Vətəndaş müharibəsi oldu. 1936-cı ildə bu ölkədə demokratik seçki yolu ilə hakimiyyətə respublika tərəfdarı olan Xalq Cəbhəsi gəlmişdi. Lakin faşistpərəst hərbi qüvvələr general Frankonun başçılığı ilə qiyam qaldırdılar. Beləliklə, ölkədə respublikaçılarla faşistlər arasında Vətəndaş müharibəsi başladı. 1937-ci ildə İtaliya və Almaniya faşistlərə yardım etmək üçün müdaxilə etdi. Lakin Avropanın liberal demokratik rejimli ölkələri müharibədən çəkinərək qarışmamaq siyasəti yürüdürdülər. SSRİ isə respublikaçılara kömək edirdi. Müharibə 1939-cu ildə faşistlərin qələbəsi ilə başa çatdı və İspaniyada faşist diktaturası yaradıldı. Faşizm və demokratiya arasında baş verən İspaniya Vətəndaş müharibəsi yaxınlaşan yeni dünya müharibəsinin ayaq səsi idi.

Sakitləşdirmə siyasəti

Versal müqaviləsi ilə qadağan edilməsinə baxmayaraq, Avstriya 1938-ci ildə Almaniyaya birləşdirildi. Bundan sonra Hitler Çexoslovakiyanın almanlar yaşayan bölgəsi olan Sudet vilayətinin Almaniyaya verilməsini tələb etdi. 1938-ci ilin sentyabrında Almaniya, İtaliya, İngiltərə və Fransanın iştirakı ilə Münhen konfransı keçirildi. Hərbi cəhətdən hazır olmadığını və ölkəsində ictimai rəyin müharibənin əleyhinə olduğunu nəzərə alan İngiltərə və Fransa Sudetin Almaniyaya ilhaq edilməsinə qarşı çıxmadı. Sakitləşdirmə siyasəti yürüdən İngiltərə və Fransa müttəfiqləri olan Çexoslovakiyanı müdafiə etmədiyi üçün nüfuzdan düşdü. 1939-cu ildə Almaniya bütün Çexoslovakiyanı ilhaq etdi. Bununla da, Hitler ilk dəfə almanların yaşamadığı bölgəni işğal etmiş oldu. Bu isə İngiltərə və Fransanın sakitləşdirmə siyasətinin uğursuzluğu demək idi.

«Avstriyanın ilhaqı Hitlerin böyük Reyxi yaratmaq proqramını tətbiq etməyə başlayanda istifadə etdiyi üsulu anlamağımıza kömək edə bilər. Bu üsul daxili və xarici casuslardan istifadə edərək ələ keçiriləcək ölkəni qarışdırmağa və mərhələli olaraq təhrik etməyə əsaslanır. Bu casusların təşkil etdiyi hadisələr Gebbelsin rəhbərliyi ilə beynəlxalq böhran yaratmaqla vəzifələndirilmiş alman mətbuatı tərəfindən təbliğ edilir. Daha sonra Hitler məsələyə qarışır və alman ailəsinin bir qolu olaraq qəbul etdiyi xalqın taleyinə laqeyd qalmayacağını elan edir. [. ] Ordu hansısa bir bəhanə ilə səhnəyə çıxır. [. ] Avstriyanın ilhaqı beynəlxalq vəziyyətin başqa bir xüsusiyyətini, yəni almanların güc nümayişi qarşısında böyük dövlətlərin narazılığının zəifliyini bir daha aşkara çıxardı. [. ] Bu zəiflik [. ] sülh tərəfdarı olmaqla izah edilə bilər. [. ] Mussolini Hitlerlə dost oldu. Avstriyanın ilhaqına qarşı çıxmayacaq [. ] Fransa isə böhran içindədir».

Fransanın Berlindəki səfiri
A.Franço-Pincet.
Tarix, İstanbul, 2002, səh. 415

İngiltərə və Fransanın passivliyi və sakitləşdirmə siyasəti İtaliyaya da işğalçılıq siyasətini genişləndirməyə cəsarət verdi. 1939-cu ildə Albaniya İtaliya tərəfindən işğal edildi. Həmin il Almaniya və İtaliya Polad paktı imzaladı. Bu hərbi ittifaq müqaviləsi müharibə vəziyyətində bir-birinə yardım etməyi nəzərdə tuturdu.

Üfüqdə müharibə görünür

1939-cu ildə Almaniya Polşaya qarşı ərazi iddiası qaldırdı. Buna cavab olaraq, İngiltərə və Fransa SSRİ ilə ittifaq haqqında danışıqlara başladı. Lakin danışıqlar ləngiyirdi. 1939-cu ilin avqustunda gözlənilmədən Almaniya ilə SSRİ hücum etməmək haqqında pakt imzaladı. Molotov və Ribbentrop (hər iki dövlətin Xarici İşlər naziri) paktı adlandırılan bu müqavilə Avropada təəccüblə qarşılandı. Çünki ideoloji cəhətdən iki zidd dövlətin uzlaşması gözlənilmirdi. Birinci Dünya müharibəsindən fərqli olaraq Almaniya iki cəbhədə vuruşmaq istəmirdi. Paktın gizli protokolunda Polşanın bölüşdürülməsi və Şərqi Avropada hər iki dövlətin nüfuz dairələri razılaşdırıldı.

  • Teqlər:
  • Avropa tarixi
  • , beynəlxalq münasibətlər tarixi

Comments are closed, but trackbacks and pingbacks are open.