Sərbəst İşlər
Erməni millətçiləri Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar. 1988-1990-cu illərin əvvəllərində gedən ictimai-siyasi proseslərin təhlili göstərir ki, bu dövrdə Azərvbaycanda eləcə də Naxçıvanda xalq hərakatı yüksələn xətlə inkişaf edirdi. Azərbaycan xalqı erməni millətçilərinin iddialarına qarşı ayağa qalxmışdı. Sovet rəhbərliyi erməniləri silahlandırır və təlimatlandırırdılar. Xalq hərəkatını boğmaq istəyən sovet imperiyası 1990-cı ildə Azərbaycan xalqına qarşı silah işlədərək 20 Yanvar faciəsini törətdi. Həmin vaxt Moskvada Heydər Əliyev Azərbaycanda baş verən qırğını pislədi və şəxsən M.Qorbaçovu ittiham etdi. Bu həqiqətən bir şücaət idi. Həmin dövrdə baş verən siyasi proseslər 19 yanvar 1990-cı ildə Naxçıvanın SSRİ-nin tərkibindən çıxıb özünü müstəqil elan etməsi əsl inqilab idi.
Şüyüdün müalicəvi xüsusiyyətləri
Adi şüyüd və onun toxumları çox təsirli müalicəvi xüsusiyyətlərə malikdir. Məhz bu səbəbdən şüyüd və onun toxumları əczaşılıqda müxtəlif dərman preparataların tərkibində istifadə olunur.
Şüyüd xüsusilə mədə-bağırsaq sistemi üçün faydalıdır – iştahanı artırır, köplə mübarizə aparır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqlara yüngül işlədici təsir edir.
Körpə uşaqlarda şüyüd suyu təsirli köpəleyhinə vasitə kimi istifadə olunur. Körpələrin əksəriyyəti həyatının təxminən 3-4-cü ayına kimi köpdən əziyyət çəkir. Hal hazırda bu problemi həll etmək üçün müxtəlif preparatlar satılır. Lakin ev şəraitində şüyüddən çox yaxşı tədii köpəleyhinə dərman hazırlamaq olar. Bunun üçün 1/2 çay qaşığı şüyüd toxumu 1/2 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, yaxşı süzülür və gün ərzində 3-4 dəfə 1/2-1 çay qaşığı miqdarında uşağa verilir. Dəmləməni hər gün hazırlamaq lazımdır. Anaların əksəriyyəti bu vasitəni istifadə etdikdən sonra uşağın daha sakit və rahat olmasını, daha yaxşı yatmasını görür.
Şüyüd toxumu dəmləməsi tək uşaqlarda deyil, həm də böyüklərdə təsirli köpəleyhinə vasitə kimi istifadə oluna bilər.
Şüyüd antioksidant maddələrlə zəngindir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, “pis” xolesterinlə mübarizə aparır.
Şüyüd spazmolitik xüsusiyyətlərinə malikdir. Bağırsaq, mədə spazmı zamanı, spazmla bağlı olan baş ağrıları zamanı şüyüd toxumu dəmləməsi çox tez və yaxşı kömək edir.
Şüyüd toxumu həmçinin bəlğəmgətirici və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Öskürək, bronxit zamanı 1 xörək qaşığı şüyüd toxumu 1 stəkan qaynar suda 1/2 saat ərzində dəmləyin (termosda dəmləmək daha yaxşıdır), yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla için. Qəbuldan əvvəl dəmləməyə 1/2 çay qaşığı bal əlavə edin.
Şüyüd toxumu dəmləməsi insanın sinir sisteminə də çox müsbət təsir edir – sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir, baş ağrıları azaldır.
Şüyüd həmçinin ödqovucu təsirinə malikdir, qara ciyərin fəaliyyətinə müsbət təsir edir.
Şüyüd toxumu dəmləməsi müxtəlif böyrək, sidik kisəsi, sidik yolları iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir. Bu dəmləmə xüsusilə sistit (sidik kisəsi iltihabı) zamanı tez-tez istifadə olunur. Şüyüd toxumu dəmləməsi sidikqovucu təsir edir, iltihabı azaldır. Təbii ki, vasitə əsas müalicə ilə yanaşı istifadə olunmalıdır.
Belə hesab olunur ki, şüyüd toxumu dəmləməsi analarda laktasiyanı (südün ifrazı) artırır. Bu səbəbdən şüyüd toxumunu analar üçün olan xüsusi südartıran çaylara daxil edirlər.
Sidikqovucu təsirinə malik olan şüyüd toxumu dəmləməsi həmçinin arterial təzyiqinin normallaşmasına kömək edir. Arterial hipertenziyadan (yüksək təzyiq) əziyyət çəkən insanlar bu dəmləməni əsas müalicə ilə yanaşı köməkçi müalicəvi vasitə kimi istifadə edə bilərlər.
Hamilə qadınlarda şüyüd toxumu dəmləməsi toksikoz zamanı istifadə olunur (ürəkbulanmasını azaldır). Həmçinin bu dəmləmə hamilə qadınları tez-tez narahat edən ödemlərin (şişkinlik) azalmasına kömək edir.
Saglamolun.Az
Sərbəst İşlər
İnsan resurslarının inkişaf etdirilməsi, personalın təşkilata girişindən ayrılana qədər keçən müddətdə, onun əməyinin məhsuldarlığını artırılması üçü nidarəetmə səviyyəsində edilən səylərin hamısı təyin oluna bilər. İnsan resurslarının inkişaf etdirilməsində,təşkilatların ehtiyacları və izləmiş olduğu siyasət əhəmiyyətli rol oynamaqdadır. Xüsusilə ticarət sahəsində fəaliyyət göstərən təşkilatlar üçün təhsil və inkişaf fəaliyyətlərini,minimum xərclə və professional şəxslərə keyfiyyətli bir şəkildə etdirmək əhəmiyyətlidir.Çünki ticarət təşkilatlarda, edilən ödəmə nəticəsində əldə ediləcək nəticə və heyətə qazandırılacaq informasiya və bacarıq olduqca əhəmiyyətlidir. Eyni anlayışın ictimai təşkilat və quruluşlarına da qazandırılması, bu sektorlarda təşkilati məhsuldarlıq baxımından çox əhəmiyyətlidir. Bu məqsədlə bütün təşkilatlar,daxilində insan resurslarının məhsuldarlığını artırmaq məqsədi ilə zəruri vahidi qurmaq məcburiyyətindədirlər.
İnsan resurslarının inkişaf etdirilməsində heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsinin əhəmiyyətli bir yeri vardır. İdarə, təşkilatın məqsədlərinin həyata keçirilməsində personalın yardım dərəcəsi haqqında məlumatlanmağa və təşkilatı inkişaf etdirmək üçün lazımlı qərarları almaq məcburiyyətindədir. Beləcə təşkilatın dinamik quruluşunu meydana gətirən insan resursunun inkişaf etdirilməsi, mükafatlandırılması,cəzalandırılması kimi, inkişafa sürükləyici və istiqamətləndirici tədbirlər xüsusiyyətində qərarlar alınması mümkündür.
Heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi ümumi mənada məqsədli və planlaşdırılmış bir fəaliyyət nəticəsində əldə ediləni,əsas əhəmiyyət olaraq təyin edən bir anlayışdır. Bir iş sisteminin fəaliyyəti, müəyyən bir zaman nəticəsindəki xərci ya da iş nəticəsidir. Bu vəziyyətdə heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi, təşkilat məqsədlərinə nail olmaq üçün göstərilən bütün səylərin qiymətləndirilməsi olaraq da təyinoluna bilər. Qiymətləndirmə, “ölçmənəticələrini bir meyar olaraq, ölçülən xüsusiyyət haqqında bir dəyər mühakiməsinə çatma müddəti” olaraq təyin oluna bilər. Heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi isə, bir idarəçinin əvvəldən müəyyən olunmuş standartlara müqayisə və ölçmə yolu ilə personalın işdəki əməyininin səmərəliliyinin qiymətləndirilməsi müddətidir.
Heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi ilə,şəxsə yolu ilə təhsil ehtiyacı planlanaraq, hansı inkişaf etdirmə fəaliyyətlərinin ediləcəyi mövzusunda ümumi bir məzmun müəyyən edilir və inkişaf etdirmə ehtiyacı spesifik olaraq təyin olunar. Bunun nəticəsində personeldəki çatışmazlıqlar ortaya qoyularaq, çatışmazlıqlar aradan qaldırılması üçün hansı spesifik təhsil fəaliyyətlərinin təşkil edilməsi lazım olduğu qərarlaşdırılır.Performansı qiymətləndirmədə mərkəz nöqtəsi insan elementidir. Çünki təşkilatı təşkil edən maddələrin başında fərd gəlir. Təşkilatın effektivliyi,üzvü olan şəxslərin əməyinin səmərəliliyinin qiymətləndirilməsinin törəməsidir. Personalın işdəki məhsuldarlığını artırmaq və davam etdirə bilmək üçün təşkilatda etibarlı bir səmərəlilik ölçmə və qiymətləndirmə sisteminin yaradılması lazımdır. [1]
Müəssisədə heyətin idarəedilməsi – individuumun xarici mühitə adaptasiyası ilə bağlı geniş spektrli suallarını və müəssisənin heyətinin idarəedilməsi sisteminin qurulmasının şəxsi faktorunun uçotunu ümumiləşdirməyə və reallaşdırmağa imkan verən fəaliyyət sahəsidir.
Heyətin idarəedilməsinin metodları aşağıdakılardır:
– Sosial – psixoloji metod
Ümumilikdə qeyd etmək lazımdır ki, müəssisələrdə heyətin qarşısında duran bir sıra vəzifə və öhdəliklər vardır ki, onların yerinə yetirilməsi yuxarıda qeyd etdiyimiz siyasətin inkişaf etdirilməsində kifayət qədər səmərəli ola bilər. Heyətin gəlirləri də məhz həmin işlərin yerinə yetirilmə səviyyəsindən, həcmindən, habelə, firmanın istənilən fəaliyyətindən asılıdır.
Əmək ehtiyatlarından istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsinə təsir göstərən amillərdən biri də iş vaxtından düzgün istifadə edilməsidir.İş vaxtından səmərəli istifadə edilməməsi və iş vaxtı itkisinə yol verilməsi müəssisənin məhsul buraxılışı həcminin artırılması imkanını azaldır və əmək məhsuldarlığının yüksəldilməsinə mənfi təsir göstərir.Bu zaman müəssisə istehsal planının yerinə yetirilməsi üçün normal vəziyyətdə tələb olunandan artıq işçi qüvvəsi saxlamaq məcburiyyətində qalır ki,bu da təsərrüfat fəaliyyəti üçün mənfi hal hesab olunur.Bütün bunlarda əlaqədar olaraq əmək iş vaxtından istifadə edilməsinin vəziyyəti iqtisadi təhlili köməyi ilə dərindən öyrənilməlidir.
Əmək resurslarından istifadə ilk növbədə iş vaxtı fondundan istifadə dərəcəsindən asılıdır.Hesabat dövrü ərzində mövcud əmək resurslarından istifadə bütün işçilər tərəfindən,bir fəhlə tərəfindən işlənmiş adam-günlərinin və saatlarının miqdarına görə qiymətləndirilir. [2]
siyasielmler
Heydər Əliyev: Müasir dövlətçilik və idarəçilik məharəti
Posted on Yanvar 7, 2011 by siyasielmler
Dünya şöhrətli müdrik və uzaqgörən siyasətçi ötən əsrin və yaşadığımız XXI əsrin nadir şəxsiyyətlərindən olan ümummilli liderimiz Heydər Əliyev çoxcəhətli titanik, bəşəri, beynəlxalq aləmdə əks-səda doğuran siyasi- ictimai fəaliyyətini təhlil etmək, açıqlamaq bir məqaləyə sığmazdır. Həqiqətən biz tarixə nəzər salarkən məhz Heydər Əliyev kimi unversal siyasətçilərin nə qədər az olduğunu anlayırıq.
Ulu öndərimiz öz həyatı boyu gərgin çalışaraq mükəmməl siyasi və ictimai təcrübə qazanmışdır. Həmin təcrübə bugünkü Azərbaycan Respublikasının istər yaranmasında, istərsədə onun dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında və s. özünü göstərmişdir. Biz Heydər Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu onun ideyası olan və düzgün işlənib hazırlanmış “Dövlət Neft Strategiyası” adlı siyasətində bir daha şahidi oluruq.
Məhz bu gün Azərbaycanın iqtisadi inkişafı Heydər Əliyevin düzgün olaraq həyata keçirdiyi siyasətin bəhrəsidir. Bu gün Azərbaycan istər siyasi, istər hərbi, istər iqtisadi gücünə görə, region ölkələri arasında liderdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin taleyi elə gətirmişdir ki, bir-birindən ciddi surətdə fərqlənən iki sistemin: Sosializm və demokratik cəmiyyət şəraitində ölkənin idarəçiliyinə başçılıq etmişdir. Bu gün isə Azərbaycanın dövlət idarəçiliyi xeyli inkişaf etmişdir. Ümummilli liderimiz Heydər Əliyev hər iki cəmiyyətdə Azərbaycanı müflisləşmiş halda, böhrana düşdüyü vəziyyətdə qəbul etmişdi.
Bir-birindən köklü surətdə fərqlənən hər iki sistemdə ümummilli lider Heydər Əliyev böyük zəka və idarəçilik məharəti ilə Azərbaycanı qurtarmış və irəliyə doğru aparmışdır. Məhz Heydər Əliyev demokratik, müstəqil, dünyəvi və unitar Azərbaycanda böyük siyasi və sosial-iqtisadi uğurlara nail olmuşdur. Həqiqətən Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən keçirdiyi bir sıra islahatlar və tədbirlər özünü bu gün də biruzə verir. Onun idarəçilik məharəti bu islahatların düzgün aparıldığına bir dəlildir.
Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənlik və müdrikliklə bağlı apardığı islahatların həyatiliyi və faydalılığı indi təkcə respublikamızda deyil, bütün dünyada geniş əks-səda doğurur və yüksək qiymətləndirilir. Heydər Əliyev fəaliyyətə başladığı ilk gündən köhnəliyə, ədalətə qarşı ciddi mübarizə aparmışdır. İdarəetmə strukturlarında ciddi keyfiyyət dəyişiklikləri edirdi. Təsərrüfatçılığın elmi əsaslarda təşkil edilməsinə böyük səy göstərirdi. Sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, tikintidə, rabitədə, mədəni-məişətdə tərəqqiyə doğru yeni və ciddi addımlar atılması üçün kompleks tədbirlər işləyib-hazırlamış və həyata keçirmişdir. Sovet İttifaqının dağılması ilə Azərbaycan həm siyasi, həm də iqtisadi böhrana yuvarlandı.
Erməni millətçiləri Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar. 1988-1990-cu illərin əvvəllərində gedən ictimai-siyasi proseslərin təhlili göstərir ki, bu dövrdə Azərvbaycanda eləcə də Naxçıvanda xalq hərakatı yüksələn xətlə inkişaf edirdi. Azərbaycan xalqı erməni millətçilərinin iddialarına qarşı ayağa qalxmışdı. Sovet rəhbərliyi erməniləri silahlandırır və təlimatlandırırdılar. Xalq hərəkatını boğmaq istəyən sovet imperiyası 1990-cı ildə Azərbaycan xalqına qarşı silah işlədərək 20 Yanvar faciəsini törətdi. Həmin vaxt Moskvada Heydər Əliyev Azərbaycanda baş verən qırğını pislədi və şəxsən M.Qorbaçovu ittiham etdi. Bu həqiqətən bir şücaət idi. Həmin dövrdə baş verən siyasi proseslər 19 yanvar 1990-cı ildə Naxçıvanın SSRİ-nin tərkibindən çıxıb özünü müstəqil elan etməsi əsl inqilab idi.
Azərbaycanın müstəqillik yoluna çıxması Heydər Əliyevin Naxçıvan MR-nın Ali Məclisinə rəhbərlik etdiyi dövrdən başladı. Məhz böyük siyasətçi Heydər Əliyevin 1990-cı ildən sonra Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi, apardığı müdrik siyasət Muxtar Respublikanı erməni təcavüzündən qorumuşdur. 1991-1993-cü illərdə respublikada baş verən iqtisadi, siyasi, mənəvi, hərbi böhrana, hərc-mərclik və torpaqlarımızın işğalı xalqı ayağa qaldırdı.
Xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdi. Çünki, belə ağır vəziyyətdə ancaq müdrik bir siyasətçi ölkəni xilas edə bilərdi. Heydər Əliyev bu cür ağır vəziyyətdə 1993-cü ildə hakimiyyətə qayıtdı. Hakimiyyətə qayıdan andan gərgin işləməyə başladı. Müdrik siyasətçi idarəçilik qabiliyyətindən istifadə edərək respublikada anarxiyaya son qoydu. 1994-cü ildə mayın 12-də Bişkekdə Ermənistanla Azərbaycan arasında atəşkəs imzalandı. Bu təbii ki, siyasi manevr idi. Uzaqgörən siyasətçi gediş edərək vaxt qazanırıd ki, ordunu yenidən qursun və lazımi döyüş qabiliyyətinə yiyələndirsin. Məhz bundan sonra nizami, güclü ordu ilə torpaqlarımızı azad etsin.
Həqiqətən həmin dövrdə Azərbaycanda vahid komandanlıq yox idi. Ordu demək olar ki, yaradılmamışdı. Ayrı-ayrı silahlı birləşmələr ölkədə qanunsuz fəaliyyət göstərirdi. Bələ bir şəraitdə dəstəyi yalnız xalqdan olan dahi öndər Heydər Əliyev bir daha Azərbaycanın dövlətçiliyinin qorunması üçün şücaətli addımlar ataraq tək silahlı birləşmələri ləğv etdi. Dövlət çevrilişi etmək istəyən bir daha Heydər Əliyev böyüklüyünü anladılar. Idarəçilik təcrübəsi öz sözünü dedi. Qiyamçılar Heydər Əliyev- xalq birliyinin qarşısında məğlub oldular.
Ümummilli lider Heydər Əliyev ölkədə anarxiyaya, özbaşınalığa, qanunsuzluğa son qoydu. Dövlətçiliyimizin təməl sütunlarını möhkəmləndirdi. Ölkədə ordu quruculuğuna diqqət artırıldı. Dövlətimizin iqtisadi inkişafına nail olmaq üçün bir sıra mütərəqqi addımlar atıldı. Belə addımlardan biri 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması oldu. Heydər Əliyevin işləyib hazırladığı “Dövlət Neft Strategiyası” Azərbaycan neftinin dünya bazarına çıxışını təmin etdi. Heydər Əliyev Azərbaycanın dünya birliyində tanınması və layiqli yerini tutması üçün çoxlu səfərlər həyata keçirib. Buradan şahid oluruq ki, Heydər Əliyev güclü bir diplomat idi. O, xarici rəhbərləri ilə daimi əlaqə saxlayırdı. Öz diplomatik bacarığı sahəsində dərin biliyə malik idi. Heydər Əliyevin beynəlxalq konfranslardakı çıxışı daim Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün istifadə etdiyi nümunədir.
Hakimiyyətə gəldikdən sonra, Heydər Əliyev Azərbaycanda hüquqi dövlət yaratmaq üçün fəaliyyətə başladı. Demokratiyanın möhkəmlənməsi və inkişafı üçün dövlət səviyyəsində yardım ayrıldı. Ümummilli lider Heydər Əliyev “22 fevral 1998-ci ildə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında xüsusi fərman” imzaladı.
Heydər Əliyev Azərbaycanda sivil, normal, demokratik cəmiyyət yaradılması sahəsində məqsədyönlü strategiyasını işləyib hazırladı. Respublidaka elmə, təhsilə yüksək yer verilməyə başladı.
Hələ sovet dövründə Heydər Əliyevin bir sıra azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması üçün yardım edib onların göndərilməsi bir daha onun uzaqgörənliyini təsdiq edir. Müstəqillik əldə olunandan sonra həmin gənclər müstəqil Azərbaycana öz töhfələrini verdilər. Iqtisadiyyatın inkişafına diqqəti Heydər Əliyev hələ sovet dövründə vermişdi. O zaman belə fikirləşirdilər bu uğurların səbəbi nədir?
Birincisi budur ki, respublikanın rəhbəri olan Heydər Əliyev geniş xalq kütlələri ilə sıx əlaqəyə girməyə, onların arzu və təkliflərini dinləməyə böyük üstünlük verirdi. Doğurdan da Heydər Əliyev hər bir rayon, təsərrüfat və müəssisə başçısını, mühəndisi, taxılçını, pambıqçını diqqətlə dinləyir, lazımi məsləhətlər verir onları səfərbər edirdi.
İqtisadiyyatımızın hər bir sahəsində inkişafa, xalqın sosial vəziyyətinin yaxşılaşmasına tükənməz səy göstərirdi.
İkincisi, respublika rəhbəri, sosial-iqtisadi həyatımızda baş verən hadisələri dərin təhsil edərək müfaviq qərarlar qəbul edirdi. Geniş mənada sabahı görməyi bacarırdı. Vaxtı ilə Azərbaycanda üzümçülük şərabşılığın yəni aqrar-sənaye iqtisadiyyatının bu mühüm sahəsinin respublikanın sosial-iqtisadi inkişafına nə verə biləcəyini Heydər Əliyev qədər bilən ikinci şəxs yox idi.
Müstəqil Azərbaycanda Heydər Əliyevin siyasətinin uzaqgörənliyi hamı tərəfindən qəbul edilir. Heydər Əliyev tarixin acılı səhifələrinin qiymətləndirilməsi üçün çoxlu sayda sərəncam vermişdi. Onun 1918, 1948-1953-cü illərdə Azərbaycan xalqına qarşı olan düşmənçilik faktlarını işıqlandırılması haqqında verilən fərmanlar təqdirəlayiq addımlardır. Dövlətimizin möhkəmlənməsi birbaşa ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün onun uzaqgörən siyasətini onun layiqli davamçısı cənab İlham Əliyev uğurla davam etdirir. Biz gənclər gərək Heydər Əliyev məktəbindən layiqli bəhrələnək.
Qaynaqlar:
1.Dirçəliş, iyul-avqust 2000. 7-8 (29-30)
2.Respublika qəzeti, 30 mart 2003-cü il, Bazar № 7(1707)
Qeyd: Respublika qəzeti,3 may 2009-cu il səh3.dərc edilmişdir.
Rüfət Əhmədzadə, politologiya fakültəsinin 118A saylı qrupunun II kurs tələbəsi
Comments are closed, but trackbacks and pingbacks are open.