Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 658-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1.2. həmin Qanunun 11.1.5.2-1-ci (birinci halda) və 11.1.6.1-1-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər.
“Dövlət qulluğu haqqında” qanuna Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri ilə bağlı dəyişikliklər edildi (YENİLƏNİB)
Azərbaycan Milli Məclisinin 2016-ci il oktyabrın 14-də keçirilmiş iclasının gündəliyinə müvafiq olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu” layihəsi müzakirəyə çıxarılıb və layihə 1-ci oxunuşda qəbul edilib.
Trend-i buradan izləyin
Təfərrüatlar əlavə olunub (ilk xəbər 14 oktyabr saat 14:20-də yayılıb)
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan Milli Məclisinin 2016-ci il oktyabrın 14-də keçirilmiş iclasının gündəliyinə müvafiq olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu” layihəsi müzakirəyə çıxarılıb və layihə 1-ci oxunuşda qəbul edilib.
Trend-in məlumatına görə, müzakirəyə çıxarılan layihədə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində (Prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür) “milli təhlükəsizlik,” sözlərinin çıxarılması və “fövqəladə hallar,” sözlərindən sonra “dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti,” sözlərinin əlavə edilməsi nəzərdə tutulub.
Qanun layihəsinin qəbul edilməsi “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli fərmanı ilə əlaqədar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində müvafiq dəyişikliklər edilməsi zərurətindən irəli gəlib.
Belə ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Qanununun 2.0.2-ci maddəsində isə hərbi xidmət – dövlət qulluğunun xüsusi növü kimi müəyyən edilib.
Dəyişikliklərə əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarına dövlət qulluqçusu statusunun verilməsinə dair mülahizələrlə əlaqədar qeyd olunmalıdır ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun hazırda qüvvədə olan 2.3-cü maddəsinə müvafiq olaraq – prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, sərhəd xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.
- Milli Məclis
- Dövlət Təhlükəsizliyi Xidməti
- Xarici Kəşfiyyat Xidməti
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 658-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 658-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.5.2-1-ci (ikinci halda) və 11.1.6.1-1-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 11.1.5.2-1-ci (birinci halda) və 11.1.6.1-1-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər.
2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7, № 7, maddə 871, № 11, maddə 1348, № 12 (I kitab), maddə 1480; 2021, № 7, maddə 732, № 8, maddə 911, № 9, maddə 982; 2022, № 4, maddə 303) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1-ci bəndə “5.2-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “11.1.5.2-1-ci (ikinci halda), 11.1.6.1-1-ci (ikinci halda) maddələrində,” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 3.12-1-ci bənd əlavə edilsin:
“3.12-1. həmin Qanunun 11.1.5.2-1-ci (birinci halda) və 11.1.6.1-1-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;”.
3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073; 2017, № 5, maddə 840, № 8, maddələr 1519, 1521; 2018, № 7 (I kitab), maddələr 1445, 1486, № 11, maddə 2287; 2019, № 1, maddə 76, № 4, maddə 655, № 6, maddə 1027, № 7, maddə 1211, № 8, maddə 1405; 2020, № 4, maddə 423, № 6, maddə 708; 2021, № 2, maddələr 121, 133, № 7, maddə 744, № 9, maddə 982; 2022, № 1, maddə 27, № 4, maddə 303) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. aşağıdakı məzmunda 1.9.34-1-ci və 1.9.34-2-ci yarımbəndlər əlavə edilsin:
“1.9.34-1. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərləri və onların müavinləri;
1.9.34-2. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirləri, köməkçiləri;”;
3.2. 2.1.5-ci yarımbəndə aşağıdakı məzmunda 5-1-ci abzas əlavə edilsin:
“5-1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərləri və onların müavinləri;”;
3.3. 2.1.6-cı yarımbəndə aşağıdakı məzmunda 8-1-ci abzas əlavə edilsin:
“8-1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirləri, köməkçiləri;”.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 658-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2023-cü il
Dövlət qulluğu haqqında azərbaycan respublikasının qanunu
Bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.
I Fəsil
Ümumi müddəalar
Maddə 1. ədliyyə orqanlarında qulluq keçmə
1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
1.2. Ədliyyə orqanları işçilərinin qulluq keçməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş ədliyyə orqanlarının fəaliyyət prinsiplərinə əsaslanır. Ədliyyə orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər.
Maddə 2. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsasları
2.1. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, “Məhkəmə qərarlarının icrası haqqında”, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.
2.2. Ədliyyə orqanlarında qulluğa qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna girmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə aid müddəaları nəzərə alınmaqla bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 3. Qanunun tətbiqi sahəsi
3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir.
3.2. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
3.3. Ədliyyə orqanlarında işləyən şəxslərə bu Qanunla nəzərdə tutulmuş təminatlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlardan az olduqda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlar şamil edilir.
II Fəsil
Ədliyyə orqanlarına qulluğa qəbul, işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi
Maddə 4. Ədliyyə orqanlarına qulluğa qəbulun şərtləri və qaydaları
4.1. İrqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan Azərbaycan Respublikası vətəndaşlarının ədliyyə orqanlarında qulluq etmək hüququ vardır.
4.2. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə ədliyyə orqanlarında işləməyə qadir olmayan, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edilə bilməzlər.
4.3. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş formada ərizə ilə müraciət edirlər.
4.4. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yoxlanılır.
4.5. Ədliyyə orqanlarına qulluğa qəbul üçün müraciət etmiş şəxsin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin qulluğa qəbul olunmaması və ya qulluq keçməsinə xitam verilməsi üçün əsasdır.
4.6. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqə və ya müsahibədən keçirlər. Böyük (baş ədliyyə müşaviri, ədliyyə polkovniki və tibb xidməti polkovniki istisna olmaqla) və orta xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər bir qayda olaraq müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslər ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa müsabiqəsiz qəbul edilirlər. Ali hüquqi təhsil tələb olunmayan böyük və orta xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə, həmçinin sıravi və kiçik rəis heyəti vəzifələrə şəxslər müsahibə əsasında qəbul edilirlər. Müsabiqənin və müsahibənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
4.7. Dövlət notarius vəzifəsinə, tədris və məhkəmə ekspertizası idarələrinə qəbul qaydaları müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
4.8. Ədliyyə orqanlarına qulluğa qəbul müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslərin əmrləri ilə rəsmiləşdirilir və əmrin surəti imza etdirilməklə həmin gün işçiyə verilir.
4.9. Penitensiar xidmətə qulluğa qəbulun xüsusiyyətləri bu Qanunun 34-cü maddəsi ilə müəyyən edilir.
Maddə 5. Ədliyyə işçisinin andı
5.1. İlk dəfə ədliyyə orqanlarında işə qəbul olunmuş ədliyyə işçisi işə başlamamışdan əvvəl Azərbaycan Respublikasının dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: “Mən, ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacağıma, Azərbaycan Respublikasının Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, hüquq və vəzifələrimi qərəzsiz, vicdanla, qanuna tam uyğun həyata keçirəcəyimə, ədliyyə işçisinin şərəf və ləyaqətini uca tutacağıma and içirəm”.
5.2. Andı içən ədliyyə işçisi andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.
Maddə 6. Ədliyyə orqanlarında stajorluq və sınaq keçmə
6.1. İlk dəfə ədliyyə orqanlarına qəbul edilən şəxslər üçün bir qayda olaraq altı aylıq stajorluq müddəti müəyyən edilir. Stajorluq müddəti bitdikdən sonra stajor barəsində müsbət rəy olduğu halda onun bir illik sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur.
6.2. Sınaq müddəti başa çatdıqdan sonra attestasiyadan müvəffəqiyyətlə keçmiş işçi müvafiq vəzifəyə təyin olunmaqla ədliyyə orqanlarında daimi qulluğa qəbul edilir.
6.3. Stajorluq və sınaq müddətləri ədliyyə orqanına işə qəbula dair əmrdə göstərilir.
6.4. Stajorluq müddəti bitdikdən sonra stajor barəsində müsbət rəy olmadıqda o, sınaq müddəti ilə vəzifəyə təyin edilmir, sınaq müddətlərində attestasiyadan keçməmiş işçi isə daimi qulluğa qəbul edilmir.
6.5. Ədliyyə orqanlarında qulluğa qəbul zamanı rəhbər vəzifəyə təyin olunan, elmlər namizədi və ya elmlər doktoru elmi dərəcəsi (bundan sonra elmi dərəcəsi) olan, hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslər üçün, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda stajorluq və sınaq müddəti müəyyən edilmir.
6.6. Stajorluq və sınaq müddətləri ədliyyə orqanlarında iş stajına hesablanır, qulluq illərinə görə əlavələr və pensiya təyin olunarkən nəzərə alınır.
6.7. Stajorluq və sınaq müddətində işçilər yalnız vəzifə maaşı alırlar.
6.8. Ədliyyə orqanlarında stajorluq və sınaq keçmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 7. Ədliyyə orqanları işçisinin şəxsi işi
7.1. Ədliyyə orqanları işçisinin şəxsi işində onun ədliyyə orqanlarında qulluq keçməsi haqqında məlumatlar, şəxsi və iş keyfiyyətlərini əks etdirən sənədlər saxlanılır.
7.2. Ədliyyə orqanları işçisinin şəxsi işi ədliyyə orqanlarının kadr xidməti tərəfindən aparılır. şəxsi işin aparılması və saxlanılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 8. Ədliyyə orqanları işçisinin xidməti vəsiqəsi
8.1. Vəzifəyə təyin olunmuş ədliyyə orqanlarının işçisinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, formada və etibarlıq müddətinə xidməti vəsiqə verilir. Ədliyyə orqanları işçisinin xidməti vəsiqəsi onun şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir. Xidməti vəsiqə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hazırlanır və qeydiyyat kitabında imza etdirilməklə işçiyə təqdim edilir.
8.2. İşçi ədliyyə orqanlarında qulluq etdiyi dövr ərzində xidməti vəsiqədən istifadə edir. Ədliyyə orqanları işçisinin soyadı, vəzifəsi və ya xüsusi rütbəsi dəyişdikdə, habelə xidməti vəsiqənin etibarlıq müddəti qurtardıqda ona yeni xidməti vəsiqə verilir.
8.3. Ədliyyə orqanları işçisinin qulluğuna xitam verildikdə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.
III Fəsil
Ədliyyə orqanlarında qulluq keçmənin şərtləri
Maddə 9. Ədliyyə orqanları işçilərinin əsas hüquqları
9.0. Ədliyyə orqanları işçiləri aşağıdakı əsas hüquqlara malikdirlər:
9.0.1.vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada zəruri informasiya və materiallar tələb etmək və almaq;
9.0.2. Ədliyyə orqanlarına işə götürmək və işdən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılması barədə müraciət etmək;
9.0.3. Əmək haqqı almaq;
9.0.4. ixtisasının artması və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya əmək haqqı məbləğinin artırılması iddiasında olmaq;
9.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə, habelə işlədiyi ədliyyə orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq;
9.0.6. Əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;
9.0.7. öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək;
9.0.8. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;
9.0.9. həmkarlar ittifaqlarında birləşmək;
9.0.10. işlədiyi ədliyyə orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya tapşırığın qanuniliyi işçidə şübhə doğurursa, həmin göstərişin və ya tapşırığın ona yazılı şəkildə verilməsi barədə müraciət etmək;
9.0.11. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, ədliyyə orqanları işçilərinin funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərin üzvü olmaq;
9.0.12. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədi ilə məzuniyyət almaq;
9.0.13. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər, özünün əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq.
Maddə 10. Ədliyyə orqanları işçilərinin əsas vəzifələri
10.0. Ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər:
10.0.1. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli;
10.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;
10.0.3. başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;
10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;
10.0.5. lazım gəldikdə öz ixtisası hüdudunda ədliyyə orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli;
10.0.6. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı;
10.0.7. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;
10.0.8. qulluq etdiyi ədliyyə orqanının rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları təqdim etməli;
10.0.9. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli;
10.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli;
10.0.11. qulluq etikası normalarına və intizam qaydalarına əməl etməlidir.
Maddə 11. Ədliyyə orqanlarında qulluqla bir araya sığmayan fəaliyyət
11.1. Ədliyyə orqanlarının işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməz.
11.2. Ədliyyə orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur:
11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə;
11.2.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;
11.2.3. işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;
11.2.4.işlədiyi ədliyyə orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xaricə getməyə;
11.2.5. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;
11.2.6. dini təbliğ etmək üçün ədliyyə işçisinin statusundan istifadə etməyə və ədliyyə orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.
Maddə 12. İş vaxtı və istirahət vaxtı
12.1. Ədliyyə orqanları işçilərinə Azərbaycan Respublikasının əmək Məcəlləsi ilə müəyyən edilmiş iş və istirahət vaxtı şamil edilir.
12.2. Zəruri hallarda ədliyyə orqanları işçiləri iş vaxtından sonra, istirahət, bayram və iş günü hesab edilməyən günlərində qulluq vəzifələrinin yerinə yetirilməsinə cəlb edilə bilərlər. Bu halda onlara qanunvericilik ilə müəyyən edilmiş qaydada ödənc və ya istirahət vaxtı verilir.
12.3. İş günü ərzində ədliyyə orqanları işçilərinə istirahət və nahar etmək üçün fasilə verilir.
Maddə 13. Ədliyyə orqanları işçilərinin məzuniyyəti
13.1. Ədliyyə orqanlarının işçiləri Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada məzuniyyətlərdən istifadə edirlər.
13.2. Penitensiar xidmətdə məzuniyyətlərdən istifadə edilməsinin xüsusiyyətləri bu Qanunun 36-cı maddəsi ilə müəyyən edilir.
Maddə 14. Ədliyyə orqanları işçisinin vəzifədə irəli çəkilməsi və başqa vəzifəyə keçirilməsi
14.1. Ədliyyə orqanlarının işçisi vəzifədə irəli çəkilə və başqa vəzifəyə keçirilə bilər.
14.2. Ədliyyə orqanları işçisinin vəzifədə irəli çəkilməsinə, başqa vəzifəyə keçirilməsinə onun razılığı ilə yol verilir. Ədliyyə orqanlarının işçisi vəzifədə irəli çəkilərkən onun təhsili, işgüzarlığı, peşəkarlıq səviyyəsi, əməyinin nəticələri, şəxsi keyfiyyətləri, bərabər vəzifəyə dəyişdirilərkən ailə vəziyyəti, səhhəti, yaşı, yaşayış yeri və digər hallar nəzərə alınır.
14.3. Səhhətinə görə (tibbi-həkim komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, habelə intizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə ədliyyə orqanları işçisinin aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb olunmur.
14.4. Aşağı vəzifəyə keçirilmiş ədliyyə orqanlarının işçisi sonradan xüsusi rütbəsi, peşəkarlığı, vəzifələrin layiqincə yerinə yetirilməsi və şəxsi keyfiyyətləri nəzərə alınmaqla yuxarı vəzifəyə təyin oluna bilər. Ədliyyə orqanları işçisinin bir vəzifədən başqa vəzifəyə keçirilməsi bütün hallarda əsasları göstərilməklə müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslərin əmrləri ilə rəsmiləşdirilir və işçiyə elan edilir.
14.5. 15 il və daha çox qulluq illəri olan ədliyyə orqanlarının işçisi ştatların ixtisarı və səhhətinə görə az maaşlı vəzifəyə keçirilərkən onun əvvəlki vəzifə maaşı keçirilən vəzifə üzrə saxlanılır.
14.6. Ədliyyə orqanlarının işçisi dövlət orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrə keçdikdə, ədliyyə orqanlarının kadr ehtiyatında saxlanıla bilər.
Maddə 15. Ədliyyə orqanları işçisinin sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması
15.1. Ədliyyə orqanlarının işçisi ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiyanın nəticələrinə görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Bu müddətə ədliyyə orqanları işçisinin məzuniyyətdə olduğu dövr daxil deyil. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. ədliyyə orqanları işçisinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətində saxlanılır.
15.2. Ədliyyə orqanlarının işçisi cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır və həmin andan səlahiyyətlərin icrasına buraxılmır.
15.3. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış ədliyyə orqanlarının işçisi barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, o, yenidən vəzifələrin icrasına buraxılır.
15.4. Cinayət təqibini istisna edən digər hallarda, habelə barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi halda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir.
15.5. Ədliyyə orqanlarının işçisi bu Qanunun 31.1-ci maddəsində göstərilən əməlləri törədib-törətməməsi məsələsinin araşdırılması məqsədi ilə iki ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma yalnız ədliyyə orqanlarının işçisinin öz vəzifə səlahiyyətlərinin icrasının davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq ən geci iki ay müddətində işçi barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına davam etdirilməsinə, yaxud intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair qərarlardan biri qəbul edilir.
15.6. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində işçiyə tam həcmdə əmək haqqı ödənilir.
Maddə 16. Ədliyyə orqanları işçilərinin peşə hazırlığı və ixtisaslarının artırılması
16.1. Ədliyyə orqanlarını ixtisaslı kadrlarla təmin etmək, işçilərin nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə ədliyyə orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunur.
16.2. Ədliyyə orqanları işçisinin öz ixtisasını artırması onun qulluq borcu, işçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması üçün tədbirlər görülməsi rəhbər işçilərin qulluq vəzifəsidir. İşçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, mükafatlandırılması və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı onun tədrisə münasibəti, nəzəri və peşə hazırlığı nəzərə alınır.
Maddə 17. Ədliyyə orqanları işçilərinin attestasiyası
17.1. Ədliyyə orqanlarında işçilərin tutduqları vəzifələrə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, onların potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması, ixtisaslarının və peşə hazırlıqlarının yüksəldilməsinə və ya təkrar hazırlıq keçmələrinin zərurət dərəcələrinin müəyyənləşdirilməsi, habelə kadrların irəli çəkilməsi proqramının həyata keçirilməsi məqsədi ilə attestasiya keçirilir.
17.2. Ədliyyə orqanları işçilərinin attestasiyası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilir.
Maddə 18. Ədliyyə orqanlarında qulluq keçmənin yaş həddi
18.1. Ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi – 60 yaşdır.
18.2. Ədliyyə orqanlarında qulluq keçən qadınlar öz arzuları ilə bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulan yaş həddindən 5 il az olmaqla xidmət edə bilərlər.
18.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifələrə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir. Yaş həddinə çatmış ədliyyə orqanlarının digər işçilərinin qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən uzadıla bilər. ədliyyə orqanlarında qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. 65 yaşına çatmış işçilərin ədliyyə orqanlarında qulluqda olma müddətinin uzadılmasına yol verilmir.
18.4. Penitensiar xidmətdə qulluqda olmanın yaş həddi bu Qanunun 38-ci maddəsi ilə müəyyən edilir.
18.5. Ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə, prokurorluq, digər hüquq mühafizə və ya hərbi orqanlarına işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır. Həmin orqanlarda, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş ədliyyə orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir.
Maddə 19. Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı digər məsələlər
19.1. Ədliyyə orqanlarının işçisi qulluq keçmə ilə bağlı qərarla razı olmadıqda müvafiq yuxarı orqana və ya məhkəməyə şikayətlə müraciət edə bilər.
19.2. Yuxarı orqan qanunla müəyyən olunmuş qaydada və müddətdə şikayətə baxmalı və qəbul olunmuş qərar haqqında işçiyə yazılı məlumat verməlidir.
19.3. Verilmiş şikayət intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasını dayandırmır.
IV Fəsil
Ədliyyə orqanları işçilərinin xüsusi rütbələri
Maddə 20. Xüsusi rütbələr
20.1. Tutduqları vəzifəyə və ədliyyə orqanlarında stajına uyğun olaraq ədliyyə orqanlarının işçiləri üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir:
20.1.1. Ali xüsusi rütbələr:
– Həqiqi dövlət ədliyyə müşaviri;
– I dərəcəli dövlət ədliyyə müşaviri;
– II dərəcəli dövlət ədliyyə müşaviri;
– III dərəcəli dövlət ədliyyə müşaviri.
20.1.2. Böyük xüsusi rütbələr:
– baş ədliyyə müşaviri;
– ədliyyə müşaviri;
– kiçik ədliyyə müşaviri.
20.1.3. Orta xüsusi rütbələr:
– I dərəcəli ədliyyə qulluqçusu;
– II dərəcəli ədliyyə qulluqçusu;
– III dərəcəli ədliyyə qulluqçusu.
20.2. Penitensiar xidmətin və tibb xidmətinin əməkdaşlarına aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir:
20.2.1. Ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş ali xüsusi rütbələr:
– ədliyyə general-polkovniki;
– ədliyyə general-leytenantı;
– ədliyyə general-mayoru; tibb xidməti general-mayoru.
20.2.2. Böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş böyük xüsusi rütbələr:
– ədliyyə polkovniki; tibb xidməti polkovniki;
– ədliyyə polkovnik-leytenantı; tibb xidməti polkovnik-leytenantı;
– ədliyyə mayoru; tibb xidməti mayoru.
20.2.3. Orta rəis heyəti vəzifələri üçün müəyyən edilmiş orta xüsusi rütbələr:
– ədliyyə kapitanı; tibb xidməti kapitanı;
– ədliyyə baş leytenantı; tibb xidməti baş leytenantı;
– ədliyyə leytenantı; tibb xidməti leytenantı;
– ədliyyə kiçik leytenantı; tibb xidməti kiçik leytenantı.
20.2.4. Kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr:
– ədliyyə baş giziri; tibb xidməti baş giziri;
– ədliyyə giziri; tibb xidməti giziri;
– ədliyyə kiçik giziri; tibb xidməti kiçik giziri;
– ədliyyə baş çavuşu; tibb xidməti baş çavuşu;
– ədliyyə çavuşu; tibb xidməti çavuşu;
– ədliyyə kiçik çavuşu; tibb xidməti kiçik çavuşu.
20.2.5. Sıravi heyət vəzifələri üçün ədliyyə sıravisi və tibb xidməti sıravisi xüsusi rütbələri müəyyən edilir.
20.3. Ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrinə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur.
Maddə 21. Xüsusi rütbələrin verilməsi qaydası
21.1. Xüsusi rütbələr fərdi qaydada, təhsili, olduqları xüsusi rütbədə qulluq müddəti və əmək stajı, tutduqları vəzifədə xüsusi rütbə hədləri, həmçinin bu Qanunla nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir. Bu Qanunun 21.14-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla xüsusi rütbələr ardıcıl qaydada verilir.
21.2. Ali, böyük və orta xüsusi rütbələr bir qayda olaraq ali hüquq təhsili olan işçilərə verilir. Qanunla nəzərdə tutulmuş hallarda digər ali təhsili olan ədliyyə işçilərinə həmin xüsusi rütbələr tutduqları vəzifəyə uyğun hüquqi biliklərə yiyələndikdən sonra verilir. Sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş ilk xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kursları, eləcə də orta və ya orta ixtisas təhsil müəssisələrini bitirmiş sıravi və kiçik rəis heyəti vəzifələrinə təyin edilən şəxslərə verilir.
21.3. Hər bir xüsusi rütbədə olmaq üçün aşağıdakı müddətlər müəyyən olunur:
21.3.1. ədliyyə müşaviri, ədliyyə polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı – 5 il;
21.3.2. kiçik ədliyyə müşaviri, ədliyyə mayoru, tibb xidməti mayoru- 4 il;
21.3.3. I dərəcəli ədliyyə qulluqçusu, ədliyyə kapitanı, tibb xidməti kapitanı – 3 il;
21.3.4. II dərəcəli ədliyyə qulluqçusu, ədliyyə baş leytenantı, tibb xidməti baş leytenantı – 3 il;
21.3.5. III dərəcəli ədliyyə qulluqçusu, ədliyyə leytenantı, tibb xidməti leytenantı – 2 il;
21.3.6. ədliyyə kiçik leytenantı, tibb xidməti kiçik leytenantı – 1 il;
21.3.7. ədliyyə giziri, tibb xidməti giziri -3 il;
21.3.8. ədliyyə kiçik giziri, tibb xidməti kiçik giziri -3 il;
21.3.9. ədliyyə baş çavuşu, tibb xidməti baş çavuşu -3 il;
21.3.10. ədliyyə çavuşu, tibb xidməti çavuşu – 2 il;
21.3.11. ədliyyə kiçik çavuşu, tibb xidməti kiçik çavuşu – 1 il.
21.4. Ali xüsusi rütbələrdə, habelə baş ədliyyə müşaviri, ədliyyə polkovniki, tibb xidməti polkovniki, ədliyyə baş giziri, tibb xidməti baş giziri, ədliyyə sıravisi və tibb xidməti sıravisi xüsusi rütbəsində olma müddəti müəyyən edilmir.
21.5. Ali xüsusi rütbələr Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq verilir. Ədliyyə orqanlarının müvafiq vəzifələrinin və bu vəzifələrə uyğun ali xüsusi rütbələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
21.6. Digər xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanı rəhbərinin təsdiq etdiyi vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısına uyğun olaraq ədliyyə işçilərinə verilir.
21.7. Böyük və orta xüsusi rütbələr müvafiq təqdimatlar əsasında aşağıdakı vəzifəli şəxslər tərəfindən verilir:
21.7.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və tabeliyində olan orqanlarının işçilərinə – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən;
21.7.2. Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən ədliyyə orqanlarının işçilərinə – Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən. Bu halda baş ədliyyə müşaviri, ədliyyə polkovniki, tibb xidməti polkovniki, ədliyyə müşaviri, ədliyyə polkovnik-leytenantı və tibb xidməti polkovnik-leytenantı xüsusi rütbələrin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri ilə razılaşdırılır.
21.8. Sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbərləri və ya onların müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən verilir.
21.9. Xüsusi rütbələr verilməsinə dair təqdimatın forması müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müəyyən olunur.
21.10. İlk orta və böyük xüsusi rütbə ilk dəfə ədliyyə orqanlarına daimi qulluğa qəbul edilənlərə verilir. İlk orta və böyük xüsusi rütbələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri verir.
21.11. Növbəti xüsusi rütbə bu Qanunun 21.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər nəzərə alınmaqla verilir.
21.12. İşçiyə növbəti xüsusi rütbə verilərkən aşağıdakılar nəzərə alınır:
21.12.1. tutduğu vəzifə;
21.12.2. xidməti xasiyyətnamə.
21.13. Məhkəmə, prokurorluq, hüquq mühafizə, hərbi və digər dövlət orqanlarından ədliyyə orqanlarına işə keçmiş işçilərə xüsusi rütbə onların vəzifələri, əvvəlki xüsusi, hərbi rütbəsi nəzərə alınmaqla bu Qanuna əsasən verilir.
21.14. Xüsusi rütbə vermə hüququ olan səlahiyyətli şəxslər vəzifələrini nümunəvi icra etdiyinə və işindəki nailiyyətlərə görə işçilərə mükafatlandırma qaydasında bu Qanunun 21.3-cü maddəsində nəzərdə tutulmuş müddətdən əvvəl növbəti və ya işçinin daşıdığı xüsusi rütbədən bir pillə yuxarı növbədənkənar xüsusi rütbə verə bilərlər.
21.15. Ədliyyə işçisinə vaxtından əvvəl xüsusi rütbə onun daşıdığı xüsusi rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər. Vaxtından əvvəl və növbədənkənar xüsusi rütbənin verilməsinə işçinin ədliyyə orqanlarında qulluq etdiyi müddətdə yalnız iki dəfə yol verilə bilər.
21.16. Vəzifədə irəli çəkilərkən ədliyyə işçisinə növbəyə riayət edilmədən daşıdığı xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.
21.17. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlar penitensiar xidmətdə vəzifələrə təyin olunduqdan sonra onlara mövcud hərbi rütbələrinə uyğun müvafiq xüsusi rütbələr verilir.
21.18. Ehtiyatda olan zabitlər penitensiar xidmətdə vəzifələrə təyin olunduqda ilk xüsusi rütbə onlara hərbi rütbələri üçün müəyyən edilən müddət başa çatdığı təqdirdə bir pillə yüksək verilə bilər.
21.19. Elmi dərəcəsi olan ədliyyə orqanları işçilərinə vəzifələri üzrə nəzərdə tutulan xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.
21.20. Sıravi və kiçik rəis heyəti vəzifələrində olan ədliyyə orqanlarının işçiləri orta və böyük rəis heyəti vəzifələrinə təyin olunduqda, onlara mövcud xüsusi rütbədə qulluq müddətindən asılı olmayaraq həmin rəis heyətinin ilk xüsusi rütbəsi verilir. İlk kiçik xüsusi rütbəni Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs verir.
21.21. Ədliyyə orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən işçilər vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti yoxlama qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilmirlər.
21.22. Xüsusi rütbədə qulluq müddəti həmin xüsusi rütbənin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır.
21.23. Ədliyyə orqanları işçilərinə növbəti xüsusi rütbənin verilməsi əsassız gecikdirildikdə onun növbəti xüsusi rütbə alması üçün qulluq müddəti əvvəlki xüsusi rütbədə qulluq müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.
21.24. Ədliyyə orqanları işçilərinin intizam tənbehi qaydasında aşağı salınmış xüsusi rütbədə qulluq müddəti bərpa olunmuş xüsusi rütbədə olma müddətinə daxil edilmir.
21.25. Xüsusi rütbə işçiyə ömürlük verilir və yalnız qanunla müəyyən edilmiş qaydada o, xüsusi rütbədən məhrum oluna bilər.
21.26. Xüsusi rütbədən asılı olaraq ədliyyə orqanları işçilərinin vəzifə maaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda əlavə haqq ödənilir.
21.27. İxtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq məhkəmə ekspertizası idarəsinin ekspertlərinə həmçinin müəyyən olunmuş qaydada ekspert ixtisas dərəcəsi verilir.
V fəsil
Ədliyyə orqanları işçilərinin hüquqi və sosial müdafiəsi və maddi təminatı
Maddə 22. Ədliyyə orqanları işçilərinin hüquqi müdafiəsi
22.1. Ədliyyə orqanlarının işçisi bu Qanunda nəzərdə tutulmuş hallardan başqa vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla, ədliyyə orqanlarından xaric edilə bilməz və onun qulluq keçməsinə xitam verilə bilməz. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa ədliyyə orqanları işçisinin qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir və müdaxilə edilməsi yolverilməzdir.
22.2. Penitensiar xidmətin əməkdaşları və onların ailə üzvləri barədə məlumatların məxfiliyinin qorunması üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə rabitə sorğu xidmətinə və ya digər məlumat-sorğu xidmətlərinə bu şəxslərin telefon nömrələri, yaşayış yeri barəsində və ya hər hansı digər məlumatların verilməsi müvəqqəti və ya daimi olaraq qadağan edilə bilər.
22.3. Penitensiar xidmətin əməkdaşlarının xidmət keçməsi haqqında məlumatlar yalnız penitensiar orqanın rəhbərinin icazəsi ilə verilə bilər.
Maddə 23. Ədliyyə orqanları işçilərinin sosial müdafiəsi
23.1. Ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir.
23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir.
23.3. Ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir.
23.4. Mənzil növbəsinə dayanmış ədliyyə orqanlarının işçisi xidməti fəaliyyət zamanı vəfat etdikdə onun ailəsinin mənzil almaq hüququ saxlanılır.
23.5. Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya qulluğun davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət almış və əmlakına zərər vurulmuş ədliyyə orqanlarının işçilərinə və ya onların ailə üzvlərinə birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
23.6. Başqa yerə daimi işə keçirilmiş ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulu və birdəfəlik kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilir.
23.7. Penitensiar və tibb xidmətlərinin işçilərinə və məhkəmə icraçılarına Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) istifadə edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda kompensasiya ödənilir.
23.8. Yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq etmiş işçilər xidmət illərinə görə əməkhaqqının 80% məbləğində pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər.
23.9. Pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa səhhəti və əlil olması ilə bağlı ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanlarının işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Pensiyaya çıxması ilə əlaqədar verilmiş müavinətdən vergi tutulmur.
23.10. Ədliyyə orqanlarında azı 5 il qulluq etmiş şəxs pensiyaya çıxdıqda və ya əlil olduqda xidmət illərindən asılı olaraq ona aşağıdakı miqdarda pensiya təyin edilir:
23.10.1. ədliyyə orqanlarında azı 5 il qulluq stajı olan şəxsə onun əməkhaqqının 45 faizi miqdarında;
23.10.2. ədliyyə orqanlarında 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla;
23.10.3. ədliyyə orqanlarında 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin əməkhaqqının 80 faizi miqdarından çox olmamaqla.
23.11. Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən əməkhaqqı müraciət etdiyi gündən əvvəlki 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı əməkhaqqından, əməkhaqqındakı sonradan artımlar da nəzərə alınmaqla hesablanır.
23.12. Ədliyyə orqanlarında 25 il qulluq etmiş, həmin orqanlarda qulluğunu davam etdirən və pensiya təminatı hüququndan istifadə etməyən ədliyyə orqanlarının işçisinə aylıq əməkhaqqı ilə yanaşı ala biləcəyi pensiya məbləğinin 50 faizi ödənilir.
23.13. Ədliyyə işçisi, yaxud pensiyaçı öldükdən sonra onun dul arvadına (ərinə), anasına (atasına), ölənin himayəsində olmuş və 22 yaşına çatmamış işləməyən qızına (oğluna) vəfat etmiş ədliyyə işçisinin qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında, vəfat etmiş pensiyaçının pensiyasının 80 faizi miqdarında pensiya təyin edilir.
Maddə 24. Ədliyyə orqanları işçilərinin tibbi təminatı
24.1. Ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb xidməti tərəfindən həyata keçirilir.
24.2. Tibb xidmətinin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara və mülki işçilərə bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra – “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Bu Qanunun 36-39-cu maddələrinin müddəaları tibb xidmətinin əməkdaşlarına şamil edilir.
24.3. Tibb xidmətinin əməkdaşlarına bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi rütbələr verilir.
Maddə 25. Ədliyyə orqanları işçilərinin maddi təminatı
25.1. Ədliyyə orqanları işçilərinin əməkhaqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir.
25.2. Ədliyyə orqanları işçilərinin vəzifə maaşı dövlət qulluqçuları üçün müəyyən edilmiş məbləğdən az olmamaq şərti ilə ödənilir.
25.3. Ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25.4. Ədliyyə orqanlarının işçilərinə bu orqanlarda qulluq stajına görə Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğlərinə və hesablanması qaydasına uyğun olaraq əlavə haqq verilir.
25.5. Ədliyyə orqanlarının əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifə maaşlarının 25 faizindən çox olmamaq şərti ilə əlavələr təyin edilə bilər.
25.6. Ədliyyə orqanları bütün işçilərinin mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
Maddə 26. Xüsusi geyim forması
26.1. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanının mərkəzi aparatında, penitensiar və tibb xidmətlərində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçiləri, habelə məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xüsusi geyim forması ilə təmin olunurlar. Xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.2. Ədliyyə orqanları işçilərinə pulsuz qış, mövsümi və yay xüsusi geyim formalarının verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında həyata keçirilir.
26.3. Xüsusi geyim formasının daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.4. Ədliyyə orqanları işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər.
26.5. Pensiya almaq hüququ ilə ədliyyə orqanlarında qulluq keçməyə xitam verilmiş şəxslər xüsusi geyim forması daşıya bilərlər.
Maddə 27. Xidməti silah
27.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda göstərilən ədliyyə orqanları işçilərinin ayrı-ayrı kateqoriyalarına xidməti vəzifələrini yerinə yetirərkən qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda xidməti silah saxlamaq, gəzdirmək və təyinatı üzrə tətbiq etmək hüququ verilir.
27.2. Ədliyyə orqanlarında qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda istifadə olunan xidməti silahların, habelə penitensiar müəssisələrdə istifadə olunan xüsusi vasitələrin siyahısı və normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
VI fəsil
Ədliyyə orqanları işçilərinin həvəsləndirilməsi, onların məsuliyyəti
Maddə 28. Həvəsləndirmə tədbirləri
28.1. Xidməti vəzifələrinin nümunəvi icrasına, uzunmüddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə ədliyyə orqanları işçisinə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər:
28.1.1. təşəkkür;
28.1.2. pul mükafatı;
28.1.3. qiymətli hədiyyə ilə mükafatlandırma;
28.1.4. əvvəllər verilmiş intizam tənbehinin vaxtından əvvəl götürülməsi;
28.1.5. fəxri fərman ilə təltif edilmə;
28.1.6. növbədənkənar və ya vaxtından əvvəl xüsusi rütbə verilməsi;
28.1.7. fəxri döş nişanı ilə təltif edilmə;
28.1.8. fəxri medalla təltif edilmə;
28.1.9. digər həvəsləndirmə vasitələri ilə mükafatlandırma.
28.2. Ədliyyə orqanlarının işçiləri xüsusi xidmətlərinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının orden və medalları və fəxri adları ilə təltif olunmaq üçün təqdim oluna bilərlər.
Maddə 29. Ədliyyə orqanları işçisinin həvəsləndirilməsi qaydası
29.1. Həvəsləndirmə tədbirlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir.
29.2. Həvəsləndirmə tədbiri əmrlə rəsmiləşdirilir və əmr işçinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün həvəsləndirmə tədbirləri barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Əmr verildikdən sonra 3 gün ərzində həmin şəxsə elan olunur.
Maddə 30. Ədliyyə orqanları işçisinin məsuliyyəti
Ədliyyə orqanları işçisinin məsuliyyətə cəlb edilməsi, onun hüquqazidd hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 31. İntizam məsuliyyətinin növləri
31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:
31.1.1. irad tutma;
31.1.2. töhmət;
31.1.3. şiddətli töhmət;
31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq;
31.1.5. aşağı vəzifəyə keçirmə;
31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması;
31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, ədliyyə orqanlarında işə təyin edilir);
31.1.8. ədliyyə orqanlarından xaric etmə;
31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə.
31.2. Ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır.
31.3. Xidməti intizamı pozduğuna görə ədliyyə orqanları işçisinin xüsusi rütbəsi (ədliyyə sıravisi, tibb xidməti sıravisi, ədliyyə kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, III dərəcəli ədliyyə qulluqçusu və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər.
31.4. Bu Qanunun 31.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçiyə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.
31.6. Bu Qanunun 31.1.9-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehi cinayət törətdiyinə görə ədliyyə orqanının işçisi barədə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə tətbiq edilə bilər.
Maddə 32. Ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası
32.1. İntizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir.
32.2. Ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qurumun rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər.
32.3. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu intizam tənbehinin tətbiq edilməsinə mane olmur.
32.4. Ədliyyə orqanlarının işçisinə intizam tənbehi bu Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Ədliyyə orqanları işçisinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.
32.5. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan eyni bir əmələ görə yalnız bir intizam tənbehi verilə bilər.
32.6. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan əməl törədildiyi gündən bir il keçdikdən sonra ədliyyə orqanları işçisinə intizam tənbehi verilə bilməz.
32.7. İrad tutma, töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olur.
32.8. Bu Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ədliyyə orqanlarının işçisinə verilmiş intizam tənbehi vaxtından əvvəl götürülə bilər.
32.9. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir.
32.10. Ədliyyə orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanının rəhbərinə və ya məhkəməyə şikayət verə bilər.
32.11. Ədliyyə orqanları işçisinin intizam tənbehi tətbiq edilməsi barədə əmrdən verdiyi şikayətlərə yuxarı orqanının rəhbəri tərəfindən bir ay müddətində baxılmalı və nəticəsi barədə müvafiq qərar qəbul edilməlidir.
VII fəsil
Penitensiar xidmətdə qulluq keçmənin xüsusiyyətləri
Maddə 33. Penitensiar xidmətin işçiləri
33.1. Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra – “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər.
33.2. Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir.
33.3. Penitensiar müəssisələrdə mülki işçilərin tərkibinə imkan daxilində psixiatrlar, psixoloqlar, sosial işçilər, müəllimlər və texniki peşə təhsilli mütəxəssislər, bədən tərbiyəsi və idman üzrə təlimçilər daxil edilirlər.
33.4. Hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər.
Maddə 34. Penitensiar xidmətə qulluğa qəbul
34.1. Penitensiar xidmətdə qulluğa könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu xidmətdə qulluğa yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyətli (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı və bir qayda olaraq 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
34.2. Əvvəllər penitensiar xidmətdə qulluq keçmələrinə xitam verilmiş və sonradan qulluğa qəbul edilən şəxslərin, elmi dərəcəsi olan və ya yüksək təcrübəli mütəxəssislərin yaş məhdudiyyətləri bu Qanunun 38.1-ci maddəsi ilə müəyyən edilir.
34.3. Bu Qanunun 34.1-ci və 34.2-ci maddələrində nəzərdə tutulmuş yaş məhdudiyyətləri digər ədliyyə orqanlarından penitensiar xidmətə keçirilmiş şəxslərə şamil edilmir.
34.4. Penitensiar xidmətin sıravi və kiçik rəis heyəti vəzifələrində qulluğa ən azı orta və orta ixtisas təhsilli, orta və böyük rəis heyəti vəzifələrinə isə yalnız ali təhsilli şəxslər qəbul edilirlər.
34.5. Penitensiar xidmətdə qulluğa qəbul edilən şəxsin fiziki hazırlığı və sağlamlıq vəziyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılır.
34.6. Penitensiar xidmətə qulluğa qəbul edilmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ədliyyə orqanlarının təhsil müəssisələrində ilkin hazırlıq keçməlidirlər.
Maddə 35. Penitensiar xidmətdə qulluq keçmə
35.1. Penitensiar xidmətin əməkdaşlarının və mülki işçilərinin qulluq keçmə qaydası və şərtləri bu Qanunla, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla tənzimlənir.
35.2. Penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənir.
35.3. Penitensiar xidmətin əməkdaşlarının qulluq üzrə bilavasitə tabe olduqları rəis tabelikdə olan işçi üçün vəzifəcə ən yaxın rəhbər işçidir.
35.4. Qulluq üzrə tabeçiliyi olmayan penitensiar xidmətin əməkdaşları xidmətdə böyük və kiçik vəzifəli ola bilərlər. Bərabər vəzifələrdə böyüklük xüsusi rütbələrlə, bərabər xüsusi rütbələrdə olduqda isə vəzifəyə görə müəyyən edilir.
35.5. Vəzifəni müvəqqəti icra edən şəxs vəzifə üzrə nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.
35.6. Penitensiar xidmətin əməkdaşına bu xidmətdə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda onun vəzifə maaşına qanunvericilik ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir.
35.7. Penitensiar xidmətin ixtisaslı kadrlarla komplektləşdirilməsi və təliminin təşkili məqsədi ilə əməkdaşların peşə hazırlığı həyata keçirilir. Peşə hazırlığına ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq daxildir. Penitensiar xidmətin əməkdaşlarının xüsusi, döyüş və fiziki hazırlığı mütəmadi yoxlanılır.
35.8. Penitensiar xidmətin əməkdaşı qohumunun məhkum olunması barədə məlumatı ona məlum olduğu vaxt qulluq etdiyi orqanın rəhbərliyinə verməlidir.
35.9. Penitensiar xidmətin əməkdaşları qulluq etdikləri müddətdə hərbi çağırışdan və hərbi toplanışdan azad olunurlar.
35.10. Penitensiar xidmətə qəbul edilmiş əməkdaşlar hərbi mükəlləfiyyət qeydiyyatından çıxarılır və müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata götürülürlər.
Maddə 36. Penitensiar xidmətdə qulluğun şərtləri
36.1. Penitensiar xidmətin əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir. Növbəli işdə – gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir.
36.2. Xidməti şərait nəzərə alınmaqla penitensiar xidmətin əməkdaşları üçün müddəti qısaldılmış iş günü müəyyən edilə bilər.
36.3. Hərbi və ya fövqəladə vəziyyət elan edilmiş ərazilərdə penitensiar xidmətin əməkdaşlarının qulluq keçmələrinin xüsusiyyətləri qanunvericiliklə müəyyən edilir.
36.4. Penitensiar xidmətin əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir:
36.4.1. hər il verilən əsas məzuniyyət;
36.4.2. xəstəliyə görə;
36.4.3. qısamüddətli.
36.5. Penitensiar xidmətin əməkdaşlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulan digər məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
36.6. Əsas məzuniyyət penitensiar xidmətin əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Bu məzuniyyət təqvim ili ərzində müvafiq cədvələ uyğun olaraq verilir.
36.7. Penitensiar xidmətə qulluğa qəbul edilən il əsas məzuniyyətin müddəti qulluğa qəbul olunduğu gündən başlayaraq qulluğun hər tam ayına məzuniyyətin 12 hissəsindən biri düşmək hesabı ilə verilir. Bu zaman 15 təqvim günündən az müddətə olan məzuniyyət penitensiar xidmətin əməkdaşlarına onların arzusu ilə gələn ilin növbəti illik məzuniyyəti ilə eyni vaxtda verilə bilər.
36.8. Xəstəliyə görə məzuniyyət penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının tibbi-həkim komissiyasının rəyi əsasında verilir. Xəstəliyə görə məzuniyyət tibb müəssisələrində stasionar müalicədə olmayan əməkdaşlara verilir. Həmin məzuniyyətin müddəti dörd aydan artıq olmamaqla xəstəlikdən asılı olaraq müəyyən edilir. Xəstəliyə və müalicəyə görə fasiləsiz məzuniyyət üçün müəyyən edilən müddət qurtardıqdan sonra penitensiar xidmətin əməkdaşı qulluğa yararlılığının yoxlanılması məqsədi ilə tibbi-həkim komissiyasının müayinəsindən keçməlidir. Xəstəliyə görə məzuniyyət əsas məzuniyyətə hesablanmır.
36.9. Təxirəsalınmaz sosial-məişət məsələlərinin həlli və qohumluq borclarının yerinə yetirilməsi üçün, həmçinin digər üzrlü səbəblərə görə penitensiar xidmətin əməkdaşlarına 14 günə qədər qısamüddətli məzuniyyət verilə bilər. Qısamüddətli məzuniyyət əsas məzuniyyətin müddətinə daxil edilmir.
36.10. Penitensiar xidmətin əməkdaşları qulluqdan xaric edildikdə onlara qısamüddətli və xəstəliyə görə məzuniyyət verilmir.
36.11. Məzuniyyəti keçirmə yerinə (ölkə daxilində) getmə və qayıtma vaxtı penitensiar xidmətin əməkdaşlarına verilən əsas və xəstəliyə görə məzuniyyətlərin müddətinə əlavə edilir və ödənilir.
36.12. Penitensiar xidmətin əməkdaşlarına məzuniyyəti keçirmə yerinə (ölkə daxilində) getmə və geriyə qayıtma üçün yol haqqı əsas və ya xəstəliyə görə məzuniyyətlər verilərkən (ildə bir dəfə) ödənilir.
36.13. Penitensiar xidmətin əməkdaşlarının ailə üzvlərindən birinə əsas məzuniyyəti keçirmə yerinə (ölkə daxilində) getmək və geri qayıtmaq üçün iki ildə bir dəfə yol haqqı ödənilir.
Maddə 37. Penitensiar xidmətin əməkdaşlarına verilən təminatlar
37.1. Penitensiar xidmətin əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə görə vəzifə maaşı, xüsusi rütbəyə və qulluq illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir.
37.2. Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və xüsusi rütbəyə görə maaşların məbləği və pul təminatının digər növləri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının məbləğinə və pul təminatının digər növlərinə bərabər tutulur.
37.3. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən ödənişlər aşağıdakılar nəzərə alınmaqla ödənilir:
37.3.1. xidməti vəzifələrinin icrası zamanı alınmış yaralanma, kontuziya, yaxud şikəstliklə əlaqədar penitensiar xidmətin əməkdaşlarının müalicədə olma müddətləri məhdudlaşdırılmır;
37.3.2. xidməti vəzifələrinin icrası zamanı vərəm xəstəliyinə tutulmuş əməkdaşların müalicədə olma müddəti on iki ayla məhdudlaşdırılır.
37.4. Penitensiar xidmət işçilərinin vəzifə maaşları penitensiar müəssisələrin növündən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş işlərin (vəzifələrin) xüsusiyyətindən və ağırlığından asılı olaraq artırılır.
37.5. Penitensiar xidmətin əməkdaşları dövlət büdcəsi vəsaiti hesabına imtiyazlı ödəmə şərti ilə ölkə daxilində sanatoriya-kurort müəssisələrinə yollayış ala bilərlər.
37.6. Xidməti vəzifələrini icra edərkən həlak olan əməkdaşların dəfni dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Əməkdaşların dəfni zamanı şərəfinə göstərilən ehtiram qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
37.7. Müvafiq icra hakimiyyəti orqanları mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və yeni xidmət yerinə göndərilən penitensiar xidmətin əməkdaşlarının mənzil ehtiyacının növbədənkənar qaydada ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər. Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir.
37.8. Penitensiar xidmətin əməkdaşlarına qanunvericiliklə nəzərdə tutulmuş digər təminatlar da verilir.
Maddə 38. Penitensiar xidmətdə qulluq keçmənin yaş həddi
38.1. Penitensiar xidmətin əməkdaşının qulluqda olmasının yaş həddi aşağıdakı kimi müəyyən edilir:
38.1.1. sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlara – 50 yaş (bu xüsusi rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda qulluq illərinə görə pensiya hüququ əldə etmirlərsə, onlar ədliyyə orqanlarında qulluğunu davam etdirirlər);
38.1.2. orta və böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlara – 55 yaş;
38.1.3. ədliyyə general-mayoru və ədliyyə general-leytenantı xüsusi rütbələrdə olan əməkdaşlara – 60 yaş, ədliyyə general-polkovniki xüsusi rütbədə olan əməkdaşlara – 65 yaş. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir.
38.2. Yaş həddinə çatmış penitensiar xidmətin əməkdaşının qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən 5 ildən çox olmamaq şərti ilə uzadıla bilər. Penitensiar xidmətdə qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq uzadılır.
Maddə 39. Penitensiar xidmətin işçilərinin pensiya təminatı
39.1. Penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin pensiya təminatı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Penitensiar xidmətin əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatının təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
39.2. Penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır.
39.3. Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edilərkən işlədikləri illərin hesablanması üç iş günü dörd iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrinin yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş şöbələrində işləyənlərə isə iki iş günü üç iş günü kimi hesablanır.
39.4. Penitensiar müəssisələrdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə pensiya aşağıdakı kimi təyin edilir:
39.4.1. kişilərə – 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmayaraq, bundan – 15 təqvim ilindən az olmayaraq məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə;
39.4.2. qadınlara – 50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmayaraq, bundan – 10 təqvim ilindən az olmayaraq məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə.
VIII fəsil
Ədliyyə orqanlarında qulluq keçməyə xitam verilməsi və ədliyyə orqanlarına bərpa edilməsi
Maddə 40. Ədliyyə orqanlarında qulluq keçməyə xitam verilmə əsasları
40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir:
40.1.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə;
40.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda;
40.1.3. qanunvericilik və yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə;
40.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar;
40.1.5. uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda;
40.1.6.bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda;
40.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə;
40.1.8. bu Qanunda ədliyyə orqanlarının vəzifələrə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda;
40.1.9. bu Qanunun 4.5-ci maddəsində göstərilən hal aşkar edildikdə;
40.1.10. qulluqda olmanın son yaş həddinə çatdıqda;
40.1.11. ədliyyə orqanlarından xaric edildikdə;
40.1.12. qanunla nəzərdə tutulmuş digər hallarda.
40.2. Bu Qanunun 40.1.2-ci, 40.1.4-cü və 40.1.5-ci maddələrində nəzərdə tutulmuş əsaslara görə işçinin ədliyyə orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya işçi digər vəzifəyə keçirilmədən imtina etdikdə qulluq keçməyə xitam verilir.
40.3. Bu Qanunun 40.1.2-40.1.11-ci maddələrində göstərilən əsaslara görə ədliyyə orqanları işçilərinin qulluq keçməsinə xitam verilməsi ədliyyə orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir.
40.4. Ədliyyə orqanlarının işçisi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (bu Qanunun 40.1.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla), habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində ədliyyə orqanının rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə xitam verilə bilməz.
Maddə 41. Ədliyyə orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və ədliyyə orqanlarına bərpa edilmə əsasları
41.0. Ədliyyə orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və ədliyyə orqanlarına bərpa edilməsinin əsasları aşağıdakılardır:
41.0.1. xidməti yoxlamanın nəticəsinə dair müsbət rəy;
41.0.2. məhkəmənin qərarı.
Maddə 42. Ədliyyə orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və ədliyyə orqanlarına bərpa edilmə məsələlərinə baxılması
42.1. Ədliyyə orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və ədliyyə orqanlarına bərpa edilməsi ilə əlaqədar məsələlərə müvafiq icra hakimiyyəti orqanı, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən baxılır.
42.2. Ədliyyə orqanlarına bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə təyin edilir.
Maddə 43. Ədliyyə orqanları işçisinin siyahıdan çıxarılması
Vəfat etdikdə, habelə məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə ədliyyə orqanları işçisinin adı ədliyyə orqanları işçilərinin siyahısından çıxarılır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2006-cı il.
Comments are closed, but trackbacks and pingbacks are open.