Press "Enter" to skip to content

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun

13.2. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2007, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 750)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Qanunun əhatə dairəsi

1.1. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir.

1.2. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun müddəalarına əməl etməyə borcludur.

Maddə 2. Qanunun məqsədləri

2.0. Bu Qanunun məqsədləri aşağıdakılardan ibarətdir:

2.0.1. dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;

2.0.2. dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;

2.0.3. dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;

2.0.4. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;

2.0.5. dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması;

2.0.6. dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.

Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi

3.1 Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.

3.2. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.

3.3. Bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər. Göstərilən normativ hüquqi aktlar bu Qanunun müddəalarına zidd olmamalıdır.

ETİK DAVRANIŞ QAYDALARI

Maddə 4. Vicdanlı davranış

4.1. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur.

4.2. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

Maddə 5. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.

5.2. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

Maddə 6. Loyallıq

6.1. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

6.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

6.3. Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir.

6.4. Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.

Maddə 7. İctimai etimad

7.1. Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

7.2. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

7.3. Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran media subyektlərinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir. [1]

Maddə 8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət

8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.
8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

8.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.

8.4. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Maddə 9. Mədəni davranış

Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.

Maddə 10. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi

10.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.

10.2. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

Maddə 11. Qərəzsizlik

11.1. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. [2]

11.2. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yeritirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

11.3. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

Maddə 12. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi

12.1. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

12.2. Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

12.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz.

12.4. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

Maddə 13. Korrupsiyanın qarşısının alınması

13.1. Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.

13.2. Tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz. [3]

Maddə 14. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

14.1. Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında“ Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

14.2. Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

Maddə 15. Maraqlar toqquşmasının qarşısının alınması

15.1. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

15.2. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.

15.3. Dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə dövlət orqanının rəhbərinə məlumat verməlidir. Dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz. [4]

15.4. Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.

15.5. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdırlar. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

Maddə 16. Əmlakdan istifadə

16.1. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

16.2. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

Maddə 17. Məlumatlardan istifadə

17.1. Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.

17.2. Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

17.3. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

Maddə 18. İctimai və ya siyasi fəaliyyət

18.1. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.

18.2. Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

18.3. Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

18.4. Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

18.5. Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

ETİK DAVRANIŞ QAYDALARININ HƏYATA KEÇİRİLMƏSİNİN TƏMİN OLUNMASI

Maddə 19. Təminatlar sistemi

19.0. Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunması üçün:

19.0.1. dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir;

19.0.2. dövlət qulluqçusu, onun birbaşa və ya yuxarı rəhbəri tərəfindən bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.

Maddə 20. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

20.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti dövlət orqanının rəhbəri xidməti qaydada, yuxarı orqan tabeçilik əsasında həyata keçirir.

20.1-1. Dövlət orqanlar ı nda etik davran ış qaydalar ı n ı n tətbiqi, bu sahədə maarifləndirmə və m ü bahisələrin həlli məsələlərinə məsul olan etik davran ış ü zrə m ü vəkkil təyin edilir. [5]

20.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum etik davranış qaydalarına əməl olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirir. [6]

Maddə 21-1. Etik davranış üzrə müvəkkil [7]

21-1.1. Rəhbər vəzifələr üzrə 3 (üç) ildən az olmamaqla, 5 (beş) ildən çox dövlət qulluğunda inzibati vəzifələrdə qulluq keçən və yüksək mənəvi keyfiyyətlərə malik şəxslər etik davranış üzrə müvəkkil ola bilərlər.

21-1.2. Etik müvəkkil:

21-1.2.1. bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl olunması vəziyyətini öyrənir, etik davranış qaydalarının pozulmasına şərait yaradan halları təhlil edir və onların aradan qaldırılması ilə bağlı dövlət orqanının rəhbərinə təkliflər və tövsiyələr verir;

21-1.2.2. dövlət qulluqçularından və digər şəxslərdən etik davranış qaydalarının pozulması ilə bağlı daxil olan müraciətlərə baxır;

21-1.2.3. daxil olan müraciətlərdən irəli gələn məsələlərin həlli üzrə dövlət orqanının rəhbərinə təkliflər, tövsiyələr və təqdimatlar verir;

21-1.2.4. dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirilməsi üçün tədbirlər görür, o cümlədən etik davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlarını hazırlayır və təlimlərin təşkilində iştirak edir;

21-1.2.5. etik davranış qaydalarının pozulmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlər görür, etik davranış qaydalarının pozulması faktları üzrə dövlət orqanının rəhbərinə məlumat verir;

21-1.2.6. dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verir.

Maddə 21. Dövlət orqanının rəhbəri tərəfindən nəzarət

21.1. Dövlət orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti həmin orqanların müvafiq qurumları həyata keçirir.

21.2. Dövlət orqanının rəhbəri:

21.2.1. tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu Qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;

21.2.2. öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir;

21.2.3. tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır;

21.2.4. tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir;

21.2.5. rəhbərlik etdiyi dövlət orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir;

21.2.6. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir;

21.2.7. tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir;

21.2.8. öz səlahiyyətləri çərçivəsində bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ hüquqi (və ya normativ xarakterli) aktları işləyib hazırlamalı və təsdiq etməlidir;

21.2.9. etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;

21.2.10. etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görməlidir;

21.2.11. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır;

21.2.12. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir;

21.2.13. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.

Maddə 22. Nəzarət orqanının səlahiyyətləri

22.1. Nəzarət orqanı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi və bu Qanunun tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə aşağıdakı səlahiyyətləri həyata keçirir:

22.1.1. bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;

22.1.2. dövlət qulluqçularından və digər şəxslərdən bu Qanunun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;

22.1.3. daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir;

22.1.4. dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;

22.1.5. dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib edir;

22.1.6. dövlət qulluqçularının etik davranış məsələləri üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq edir;
22.1.7. daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;

22.1.8. dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir;

22.1.9. qanunvericiliklə göstərilmiş digər səlahiyyətləri həyata keçirir.

22.2. Nəzarət orqanı etik davranış qaydalarının pozulması ilə əlaqədar dövlət qulluqçusuna qarşı aparılan intizam icraatının gedişinə hər hansı formada müdaxilə edə bilməz. [8]

Maddə 23. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

23.2. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

23.3. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

23.3.1. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

23.3.2. mediada dövlət qulluqçusu tərəfindən bu Qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi; [9]

23.3.3. bu Qanunun müddəalar ı n ı n d ö vlət qulluq ç usu tərəfindən pozulmas ı n ı n etik davran ış ü zrə m ü vəkkil tərəfindən m ü əyyən edilməsi.

23.4. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.

Maddə 24. Bu qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2007-ci il
№ 352-IIIQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399)

2. 31 may 2017-ci il tarixli 686-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2017-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1253)

3. 30 dekabr 2022-ci il tarixli 788-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 30 dekabr 2022-ci il tarixli 788-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23) ilə 7.3-cü maddədə “ k ü tləvi informasiya vasitələri n ü mayəndələrinin ” s ö zləri “ media subyektlərinin ” s ö zləri ilə əvəz edilmişdir.

[2] 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə 11.1-ci maddədə “milliyyətinə,” sözündən sonra “dininə,” sözü əlavə edilmişdir, “dinə münasibətinə,” sözləri çıxarılmışdır.

[3] 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə 13.1-ci maddənin ikinci cümləsində və 13.2-ci maddədə “işlədiyi” sözü “qulluq keçdiyi” sözləri ilə əvəz edilmişdir.

[4] 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə 15.3-cü maddənin birinci cümlədə “işə” sözü “vəzifəyə” sözü ilə əvəz edilmişdir və ikinci cümlə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət qulluqçusu dövlət qulluğundan getdikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz.

[5] 30 dekabr 2022-ci il tarixli 788-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23) ilə yeni məzmunda 20.1-1-ci maddə əlavə edilmişdir.

[6] 31 may 2017-ci il tarixli 686-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2017-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1253) ilə 20-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

20.0. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti:

20.0.1 Dövlət orqanının rəhbəri – xidməti qaydada, yuxarı orqan – tabeçilik əsasında;

20.0.2. Müvafiq dövlət orqanı (bundan sonra “Nəzarət orqanı”) – bu Qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirir.

[7] 30 dekabr 2022-ci il tarixli 788-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23) ilə yeni məzmunda 21-1-ci maddə əlavə edilmişdir.

[8] 31 may 2017-ci il tarixli 686-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2017-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1253) ilə 22-ci maddə ləğv edilmişdir.

[9] 30 dekabr 2022-ci il tarixli 788-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23) ilə 23.3.2-ci maddədə “ k ü tləvi informasiya vasitələrində ” s ö zləri “ mediada ” s ö z ü ilə, həmin maddənin sonunda n ö qtə i ş arəsi n ö qtəli verg ü l i ş arəsi ilə əvəz edilmişdir və yeni məzmunda 23.3.3-c ü maddə əlavə edilmişdir.

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 16 avqust 2007-ci il tarixli 614 nömrəli Fərmanının icrasının təmin edilməsi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin dövlət qulluqçularının Etik Davranış Qaydalarının tətbiq olunması məqsədilə, habelə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 5.5.10-cu bəndinin tələblərini rəhbər tutaraq ƏMR EDİRƏM: 1. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin dövlət qulluqçularının Etik Davranış Qaydaları” təsdiq edilsin (əlavə olunur). 2. Agentliyin bütün kateqoriyadan olan struktur bölmələrinin rəhbərləri tabeliklərində olan dövlət qulluqçularını bu qaydalarla tanış olunmasını və onlara riayət edilməsini təmin etsinlər. 3. Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsi bu əmrin və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin dövlət qulluqçularının Etik Davranış Qaydaları”nın Agentliyin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin. 4. Əmrin icrasına nəzarət Aparat rəhbərinə həvalə edilsin.

  • Agentlik Qısa TarixçəƏsasnaməRəhbərlikEtik Davranış QaydalarıFəaliyyət İstiqamətləriStrukturVakansiya
  • Xidmətlər Dövlət XidmətləriAvtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya SistemiQida təhlükəsizliyi qeydiyyatıAsan Pəncərə
  • Media XəbərlərTədbirlərMaarifləndirməFoto qalereyaMüsahibəMətbuat
  • Axtar –> Ünvan
    Heydər Əliyev pr. 115, ev 189,Bakı, AZ1029
    Telefon
    1003
    (012) 565-12-72
    Email
    info@afsa.gov.az © Copyright 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi © . Müəllif hüquqları qorunur

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun

DÖVL Ə T QULLUQ Ç ULARININ ET İ K DAVRANIŞ QAYDALARI HAQQINDA

AZ Ə RBAYCAN RESPUBL İ KASININ QANUNU

NORMATİV HÜQUQİ S Ə N Ə DL Ə R

BAKI 2008

ÖN SÖZ

Oxuculara təqdim edilən bu, xüsusi nəşr Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 11 fevral 2008-ci il tarixli, S-128 saylı Əmrinə əsasən hazırlanmışdır. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun məmurların bu qaydalara əməl etmə prinsiplərinə, respublikaımızda müasir dövlət qulluğu sisteminin qurulmasına və bu sahədə qanunun aliliyinin yüksək səviyyədə təmin olunmasına xidmət edir. Bu Qanun hər bir dövlət qulluqçusunun çalışdığı sahədə, tutduğu vəzifəyə məsuliyyətlə yanaşmasını, vətəndaşlarla ünsiyyətində etik normalar çərçivəsində davranmasını tələb edir.

15 oktyabr 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev Ümummilli liderimizin dövlətçilik siyasətini uğurla davam etdirməklə yanaşı, həmçinin bu illər ərzində özü yeni idarəçilik məktəbinin əsasını qoymuşdur.

Azərbaycan demokratik, unitar dünyəvi dövlət kimi inkişaf etməkdədir. Artıq o dünya ictimaiyyətinin diqqət mərkəzində olan sivil dövlətlərdən biridir. Bu sadalanan keyfiyyətlər proqressiv cəmiyyətin əsasını təşkil edir. Məhz dövlət qulluqçularının üzərinə bu istiqamətdə böyük vəzifə və məsuliyyət düşür. Dövlət qulluqçusunun öz səlahiyyəti çərçivəsində apardığı ictimai, siyasi fəaliyyəti qərəzsiz və obyektiv olmalıdır. O, ancaq qanunvericiliklə nəzərdə tutulan tədbirlər görməlidir. Etik davranış qaydalarına əməl olunması onun mənəviyyatının, mədəniyyətinin göstəricisidir. Təsadüfi deyil ki, ölkə Prezidentimiz öz çıxışlarının birində dövlət qulluqçularına öz iradlarını bildirmişdir: “Dövlət məmuru, vəzifəli şəxs hər sahədə – işdə, ictimai işində və həyatda təvazökar olmalıdır. Əgər hansısa bir iş adamı, yaxud da başqa bir adam nəsə edirsə, bu öz işidir. O işləri görməklə özünü biabır edir və cəmiyyətdə gözdən düşür. Bunu dövlət məmuru, vəzifəli şəxs edirsə, bu, artıq təkcə onun işi deyil. Bu bütün dövlətə, idarəçiliyə, iqtidara şərəf gətirməyən hərəkətdir”. Dövlət başçısı hər bir məsul dövlət işçisindən öz vəzifə borcunu vicdanla, şərəflə yerinə yetirməsini, nüfuz sahibi olmasını, öz adım və ləyaqətini uca tutmasını tələb edir. İnanırıq ki, bu Qanun dövlət qulluqçuları üçün davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi mexanizmlərinin həyata keçirilməsində böyük rol oynayacaqdır.

Bakı, 5 mart 2008-ci il

AZ Ə RBAYCAN RESPUBL İ KASI PREZİDENTİNİN

F Ə RMANI

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək

məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdınlmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, öz səlahiyyətləri daxilində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktları hazırlayıb təsdiq etsinlər.

Müəyyən edilsin ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” nm səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya: həyata keçirir.

Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, “ 16 ” avqust 2007-ci il
№ 614

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 2007 – ci il 8 oktyabr tarixli S-1073 § a nömrəli Əmri ilə TƏSDİQ EDİLMİŞDİR

AZ Ə RBAYCAN RESPUBL İ KASININ G Ə NCL Ə R V Ə İ DMAN NAZİRLİYİNİN

DÖVL Ə T QULLUQ Ç ULARININ ETIK DAVRANI Ş
QAYDALARI

Bu qaydalar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə uyğun olaraq və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli, 614 nömrəli Fərmanının 2-ci bəndinə əsasən hazırlanmış və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində (bundan sonra – Nazirlik) qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı təminatları müəyyən edir.

Dövlət qulluqçuları qanunun aliliyi, insan hüquqları, demokratik prinsiplər və yüksək etik davranış qaydalarını rəhbər tutaraq “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara əməl etməyə borcludurlar.

Bu qaydaların tətbiq edilməsinin əsas məqsədi Nazirliyin nüfuzunun artırılması, Nazirlik və dövlət qulluqçularına ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Nazirlikdə korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, həmçinin Nazirlikdə qulluq keçən dövlət qulluqçuları (bundan sonra – dövlət qulluqçusu) tərəfindən ictimai maraqlara cavab verən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi olmuşdur.

II. Etik davranış qaydaları

1.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində qurmaqla şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə əmək və icra intizamına ciddi riayət edərək üzərinə düşən vəzifə və funksiyaları vicdanla, qərəzsiz və keyfiyyətlə yerinə yetirməyə, iş vaxtından səmərəli istifadə etməyə borcludur.

1.2. Dövlət qulluqçusu özünə qarşı tələbkar olmalı, öz fəaliyyətini səlahiyyətləri çərçivəsində peşəkarlıqla yerinə yetirməli, Nazirliyə daxil olan müraciətlərə və sorğulara qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxmalı, bu məsələləri qanuna müvafiq olaraq araşdırmalı və problemlərin öz səlahiyyətləri çərçivəsində həlli üçün dərhal müvafiq tədbirlər görməlidir.

1.3. Dövlət qulluqçusu öz vəzifə borcunu vicdanla, aşkarlıq və şəffaflıq şəraitində yerinə yetirməlidir.

1.4. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

2.1. Dövlət qulluqçusu öz peşəkarlıq fəaliyyəti ilə Nazirliyə və dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

2.2. Gənclər və idman siyasəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ hüquqi sənədlərin hazırlanması zamanı peşəkarlıq mövqeyindən hərəkət etməli, hüquqi mübahisə doğuran məsələlərin həllində prinsipiallıq nümayiş etdirməlidir.

2.3. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində qurmalı və öz funksiyalarını peşəkarlıqla yerinə yetirməlidir.

2.4. Dövlət qulluqçusu ona aid olan işlərin yerinə yetirilməsini başqasına həvalə etməməli, gördüyü işə görə özü şəxsən məsuliyyət daşımalıdır.

2.5. Kütləvi informasiya vasitələri ilə çıxış edərkən dövlətin həyata keçirdiyi siyasəti təbliğ etməyi bacarmalı, Nazirliyin nüfuzunu aşağı salan ifadələrə yol verməməlidir.

2.6. Azərbaycan Respublikası daxilində və beynəlxalq səviyyəli idman yarışları, konfrans, seminar və digər tədbirlərdə iştirak edərkən tədbirin reqlamentinə əməl etməli, tədbirlər zamanı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı (loyallıq) və 9-cu (mədəni davranış) bəndlərinin tələblərinə ciddi riayət etməlidir.

2.7. Dövlət qulluqçusu xarici ölkələrin dövlət, qeyri hökumət qurumlarının və bçynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycan Respublikasına rəsmi və işgüzar səfərləri çərçivəsində həyata keçirilən tədbirlər zamanı da ”Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında“ Azərbaycan Respublikasının Qanunundan və bu Qaydalardan irəli gələn etik davranış qaydalarına ciddi riayət etməlidirlər.

2.8. Dövlət qulluqçuları mütəmadi olaraq öz fəaliyyətləri çərçivəsində biliklərini mükəmməlləşdirməli, iş bacarığının, ixtisasının təkmilləşməsi və yeni biliklərin əldə edilməsi üçün çalışmalıdır.

3.1. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

3.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə nazirliyin nüfuzunu aşağı sala biləcək digər hərəkətlərə yol verməməlidir.

3.3. Peşəkar fəaliyyəti zamanı dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün məhdudiyyətlərə əməl etməlidir.

4.1. Dövlət qulluğu ictimai inamdır. Dövlət qulluqçusu dövlət və vətəndaş qarşısında məsuliyyət daşıyır.

4.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı nazirliyin və digər dövlət qulluqçularının səmərəli fəaliyyətinə mane olan amillərin qarşısını almağı, öz adı və şərəfini uca tutmağı bacarmalıdır.

4.3. Dövlət qulluqçuları etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

4.4. Dövlət qulluqçusu aidiyyəti sahə üzrə fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru məlumatlar almasına köməklik göstərməlidir.

4.5. Hər bir vətəndaşın hakimiyyətə inamının təmin olunması üçün dövlət qulluqçusu öz fəaliyyətində bu Qaydalarda nəzərdə tutulmuş müddəaları əsas tutmalıdır.

5.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir.

5.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərar və hərəkətlərə yol verməməlidir.

5.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu vəzifəsini icra edərkən, həmçinin ona həvalə edilmiş digər səlahiyyətləri həyata keçirərkən fiziki və hüquqi şəxslərin, eyni zamanda, digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olan informasiyaların məxfiliyinin qorunmasını təmin etməlidir.

5.4. Dövlət qulluqçusu Nazirliyə daxil olmuş müraciətlərin baxılmasında süründürməçiliyə yol verməməlidir.

5.5. Dövlət qulluqçusu bütün fiziki və hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı, o cümlədən birbaşa və yuxarı rəhbərliyə, həmçinin tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli, səbrli olmalı, digər dövlət qulluqçularına əsassız ittihamlar irəli sürməməli, kobudluq, sərtlik hallarına yol verməməlidir.

6.1. Dövlət qulluqçusu fiziki və hüquqi şəxslərin nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməli, xidməti zamanı işgüzar üslubda geyinməyə üstünlük verməli, xarici görünüşünə, səliqə-səhmanma daim diqqət yetirməli, ünsiyyətdə nəzakətli olmalı, xoş təəssürat yaratmalı, vətəndaşlarla münasibətdə bərabərlik prinsipinə əsaslanmalı və öz vəzifə borcunu yerinə yetirərkən şəxsiyyətini və müvafiq vəzifə borcunu təsdiq edən sənədləri daim özü ilə gəzdirməlidir.

6.2. Dövlət qulluqçusu vəzifə borclarını yerinə yetirərkən hər bir müraciət edən vətəndaşı nəzakətlə qəbul etməli, onu səbr və təmkinlə dinləməli, qanunvericiliyə istinad edərək müraciətinə müvafiq izahatların verilməsini bacarmalıdır.

7.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və sərəncamları qeyri-şərtsiz yerinə yetirməli, xidməti tabeçilik normalarını gözləməlidir.

7.2. Birbaşa və ya yuxarı rəhbərin tabeliyində olan dövlət qulluqçusu tutduğu vəzifəyə uyğun olaraq üzərinə düşən məqsəd və funksiyaların həcmini dəqiq və dürüst müəyyən etməli, habelə ona qanunsuz, etik davranış qaydalarına zidd olan, icrası mümkün olmayan tapşırıqlar verilməməlidir.

7.3. Dövlət qulluqçusu icrası mümkün olmayan vəzifələri öz öhdəsinə götürməməlidir.

7.4. Qanuni göstərişlərin yerinə yetirilməməsi ciddi intizam məsuliyyətinə səbəb, olur.

7.5. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməli, və ondan yazılı şəkildə tapşırığın təsdiq olunmasını tələb etməlidir.

7.6. Dövlət qulluqçusu əmr, sərəncam yə tapşırıqları yerinə yetirərkən heç bir maliyyə maraqları güdməməlidir.

8.1. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməli, ədalət prinsipi və mənəvi dəyərləri əsas tutmalıdır.

8.2. Dövlət qulluqçusu xidməti vəzifələrin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

8.3. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin

onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə, yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

9.1. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etməsi və ya bu barədə qərarlar qəbul etməsi qəti qadağandır.

9.2. Dövlət qulluqçusu onun hərəkətlərinin və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

9.3. Dövlət qulluqçusu vətəndaşlara göstərilən xidmətə görə haqq tələb edə bilməz.

10.1. Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunursa ondan imtina etməlidir və bu barədə yuxarı rəhbərinə məlumat verməlidir.

10.2. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilirsə, o, bu barədə birbaşa nazirə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər Nazirliyə akt üzrə təhvil verilməlidir.

10.3. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) rəhbərlik tərəfindən xidməti araşdırma aparılmalı və zərurət olduğu halda intizam məsuliyyətinə cəlb olu nm alıdır.

10.4. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş “Maliyyə xarakterli tələblər” haqqında məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər.

11.1. Dövlət qulluqçusu vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

11.2. Bu qayda qonaqpərvərliklə bağlı və ya dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manatdan) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

11.3. Bu qaydaların pozulması “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

12.1. Dövlət qulluqçusu ictimai maraqları şəxsi maraqlardan üstün tutmaqla xidməti informasiyanı qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə etməli, xidməti fəaliyyət zamanı əldə etdikləri məlumatları şəxsi maraqlar üçün istifadə etməməlidirlər.

12.2. Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.

12.3. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə dövlət qulluğu, etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınmasına dair və digər normativ hüquqi aktlarla tanış olmalıdır. Eyni zamanda, onun xidməti vəzifələri və şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi təqdirdə nazirliyin rəhbərliyinə məlumat verməyə borcludur. Bu aktlarla bağlı hər hansı bir sual çıxdıqda birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

12.4. Dövlət qulluqçusu Nazirliyin fəaliyyətinə mənfi təsir göstərən və ya mənfi təsir göstərə biləcək maraqların toqquşmasına yol verməməlidir.

13.1. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

13.2. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.

14.1. Dövlət qulluqçusu xidməti vəzifəsini, xüsusilə maliyyə əməliyyatları həyata keçirərkən ona məlum olan heç bir xidməti məlumat və informasiyalardan istifadə etməməlidir.

14.2. Dövlət qulluqçusu ona məlum olan məlumatlardan qərəzli məqsədlər və şəxsi maraqlar üçün istifadə etməməli və məlumatın məxfiliyi üçün məsuliyyət daşımalıdır.

14.3. Dövlət qulluqçusu xarici ölkələrə ezamiyyələr zamanı vətəndaşlara verilən bütün informasiyalara görə məsuliyyət daşıyır.

15.1. Qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və siyasi birliyə üzv olmaq hüququna malikdir.

15.2. Dövlət qulluqçusunun ictimai və siyasi fəaliyyəti, yaxud ictimai və siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

15.3. Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

15.4. Dövlət qulluqçularının seçkilər zamanı öz mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının xeyrinə istifadə etməsi qəti qadağandır.

16.1. Nazirlikdə qulluq keçən dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm olaraq təhlil edilir.

16.2. Dövlət qulluqçusunun birbaşa və ya yuxan rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş tədbirlər görür.

16.3. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

16.4. Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edir və müəyyən tədbirlər görülür.

16.5. Nəzarətə və ya intizam icraatına məsul şəxs (Nazir və ya onun səlahiyyətlərini həyata keçirən şəxs) aşağıdakı səlahiyyətləri həyata keçirir;

16.5.1. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görür ;

16.5.2. etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb olunması üçün tədbirlər görür ;

16.5.3. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görür;

16.5.4. daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialların yoxlanılması üçün müvafiq göstərişlər verir ;

16.5.5. qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətləri həyata keçirir.

17. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

17.1. Etik davranış qaydalarının pozulması hesab edilən hallar:

17.1.1. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

17.1.2. Kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi;

17.1.3. Dövlət qulluqçusu tətil və ya Nazirliyin işini pozan digər hərəkətlərə yol verdikdə.

17.2. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən pozuntularda cinayət tərkibinin əlamətləri aşkar edildikdə Nazir və ya onun müvafiq səlahiyyətlər verdiyi şəxs bu barədə aidiyyəti orqanlara müraciət edir.

17.3. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun və bu Qaydaların müddəalarını pozmuş dövlət qulluqçusu barədə Nazir və ya onun müvafiq səlahiyyətlər verdiyi şəxs tərəfindən aşağıdakı intizam tənbeh tədbirləri tətbiq edilə bilər:

17.3.1. töhmət;

17.3.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;

17.3.3. həmin dərəcədən olan, lakin vəzifə maaşı aşağı olan işə keçirilməsi;

17.3.4. daha aşağı dərəcəli işə keçirilməsi;

17.3.5. ixtisas dərəcəsinin aşağı salınması ;

17.3.6. ixtisas dərəcəsindən məhrum edilməsi;

17.3.7. dövlət qulluğundan azad olunması.

17.4. Tətbiq olumuş intizam tənbeh tədbirinin ləğv edilməsi üçün 7 gün ərzində şikayət vermək olar. Bu zaman intizam tənbeh tədbiri 10 gün ərzində Nazirlik tərəfindən ya ləğv olunmalı, ya da qüvvədə saxlanılmalıdır. Çıxarılmış intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

17.5. Yuxarıda qeyd olunan Qanunun və bu Qaydaların müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə Nazirliyə daxil olan şikayət, məlumat və müraciətlər anonim xarakterli olduqda, bu müraciət və məlumatlara baxılmır.

AZ Ə RBAYCAN RESPUBL İ KASI
G Ə NCL Ə R V Ə İ DMAN NAZ İ RL İ Y İ

Ə MR

№ S – 928 § a “24” avqust 2007ci il Bakı şəhəri

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2007ci il 16 avqust tarixli, 614 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2007-ci il 16 avqust tarixli, 614 nömrəli Fərmanının 2-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə

1. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2007-ci il 16 avqust tarixli, 614 nömrəli Fərmanının 2-ci bəndi rəhbərlik və icra üçün qəbul edilsin.

2. Regionlarla iş və kadrlar şöbəsinə (A.Quliyev) və baş hüquqşünasa (R.Əliyev) tapşırılsın ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.8-ci maddəsinə müvafiq olaraq normativ hüquqi aktları işləyib hazırlasın və təsdiq edilmək üçün Nazirə təqdim etsin.

3. Ümumi şöbəyə (N.Nəbiyev) tapşırılsın ki, həmin normativ hüquqi sənədlərin Nazirliyin strukturuna daxil olan qurumlara çatdırılmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət Aparatın rəhbəri F.Hacıyevə həvalə edilsin.


AZ Ə RBAYCAN RESPUBLİKASI

G Ə NCL Ə R V Ə İDMAN NAZİRLİYİ

ƏMR

№ S – 1073 § a “08” oktyabr 2007ci il Bakı şəhəri

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət qulluqçularının etik davranış Qaydalarının təsdiq edilməsi barədə

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanının 2-ci bəndinin icrasının təmin etmək məqsədi ilə

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət qulluqçularının etik davranış Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət qulluqçularının etik davranış Qaydaları” Nazirliyin mərkəzi aparatında, strukturuna daxil olan qurumlarda çalışan dövlət qulluqçularına şamil edilsin.

3. Nazirlikdə qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydalarına əməl olunmasına nəzarət Nazirliyin Aparat rəhbərinə (F.Hacıyev), strukturuna daxil olan qurumlarda bu sahəyə nəzarət Regionlarla iş və kadrlar şöbəsinə (A.Quliyev) tapşırılsın.

4. Əmrin icrasına nəzarət Nazirliyin Aparatının rəhbəri F.Hacıyevə həvalə edilsin.

Comments are closed, but trackbacks and pingbacks are open.