Ebdulezel Demircizade – Wikipedia
O, 1929-cu ildə Bakı şəhərinə gəlmiş və ADU pedaqoji fakultəsinə daxil olmuşdur. Burada B. Çobanzadə, Ə. Haqverdiyev, Y.V. Çəmənzəminli, A.Şaiq kimi görkəmli alim və yazıçılardan dərs almışdır. Həmin fakultəni bitirdikdən sonra Şəkiyə qayıdıb, böyük rəğbətlə yanaşdığı müəllimliyini davam etdirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə 1909-cu ildə Şəkidə anadan olmuşdur. O, ibtidai və orta təhsilini Şəkidə almışdır. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ildə 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Onun ilk məqaləsi də həmin ildə «Yeni Məktəb» məcmuəsində dərc edilmişdir. Ə.Dəmirçizadə gəncliyində bədii yaradıcılığa böyük həvəs göstərmiş, bir sıra şeirlər, hekayələr və oçerklər yazmışdır. Lakin onu elmi iş daha çox maraqlandırmış və buna görə də bütün fəaliyyətini elmi tədqiqat sahəsinə istiqamətləndirmişdir.
Ə.Dəmirçizadə 1929-cu ildə Bakı şəhərinə gəlmiş və ADU-nun Pedaqoji fakültəsinə daxil olmuşdur. O, 1933-cü ildə APİ-nin Dillər kafedrasına aspirant qəbul olunmuşdur. 1936-cı ildə «Türk dili» adlı ilk kitabı, aspiranturanı qurtardıqdan sonra isə, yəni 1938-ci ildə «Azərbaycan ədəbi dili tarixinin xülasələri» adlı ikinci kitabı işıq üzü görmüşdür. 1940-cı ildə Ə.Dəmirçizadəyə filologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
Dil tarixi sahəsində elmi tədqiqatlarını davam etdirən alim 1944-cü ildə «Azərbaycan dilinin tarixi (qədim dövr)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1945-ci ildə isə professor elmi adına layiq görülmüşdür. O, 1940-cı ildən 1943-cü ilə qədər Azərbaycan Dövlət Universitetində (indiki BDU), 1943-cü ildən ömrünün sonuna qədər isə Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi kafedralarına rəhbərlik etmişdir.
Ə.Dəmirçizadə 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi çap olunmuşdur. Bu əsərlərdə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələri (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırılmışdır. Alimin «Azərbaycan dili tarixi xülasələri», «M.F.Axundov dil haqqında və Axundovun dili», «Azərbaycan dilinin tarixi», «Azərbaycan ədəbi dilinin inkişaf yolları», «Kitabi-Dədə Qorqud» dastanının dili», «Azəri ədəbi dilinin tarixi», «Azərbaycan dilinin tarixi qrammatikası» və ölümündən sonra çap olunmuş «Azərbaycan ədəbi dilinin tarixi (II hissə)», «Azərbaycan dili orfoepiyasının əsasları» kitabları yalnız Azərbaycan dilçiliyini deyil, ümumilikdə türkologiya elmini zənginləşdirmişdir. Görkəmli alim etimoloji tədqiqatlar sahəsində də xeyli iş görmüş, araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə «50 söz» adlı orijinal kitab nəşr etdirmişdir.
AMEA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Ebdulezel Demircizade – Wikipedia
Əbdüləzəl Dəmirçizadə Məmmədoğlu 1909-cu ildə Şəkidə anadan olmuşdur. O, ibtidai və orta təhsilini Şəkidə almış, əvvəlcə “Həqiqətül-maarif” adlanan yeni tipli məktəbdə, sonra isə “Şəki nümunə zəhmət” məktəbində oxumuşdur. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ilin sentyabrından 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Onun ilk məqaləsi də həmin ildə “Yeni Məktəb” məcmuəsində dərc edilmişdir. Dəmirçizadə gəncliyində bədii yaradıcılığa böyük həvəs göstərmiş, bir sıra şerlər, hekayələr və oçerklər yazmışdır. Lakin onu elmi iş daha çox maraqlandırmış və buna görə də bütün fəaliyyətini elmi təhqiqat sahəsinə istiqamətləndirmişdir.
O, 1929-cu ildə Bakı şəhərinə gəlmiş və ADU pedaqoji fakultəsinə daxil olmuşdur. Burada B. Çobanzadə, Ə. Haqverdiyev, Y.V. Çəmənzəminli, A.Şaiq kimi görkəmli alim və yazıçılardan dərs almışdır. Həmin fakultəni bitirdikdən sonra Şəkiyə qayıdıb, böyük rəğbətlə yanaşdığı müəllimliyini davam etdirmişdir.
Elmə olan həvəs heç vaxt Ə. Dəmirçizadəni rahat qoymudu. O, 1933- cü ildə yenidən Bakıya gəlib, APİ-nin “Dillər” kafedrasına aspirat qəbul olunmuşdur. 1936-cı ildə “Türk dili” adlı ilk kitabı, aspiranturanı qurtardıqdan sonra isə, yəni 1938-ci ildə “Azərbaycan ədəbi dili tarixinin xülasələri” adlı ikinci kitabı işıq üzü görmüşdür. Dövrün görkəmli alimləri Y.E. Bertels, S.E.Malov və İ.K. Dmitriyev sonuncu kitabın namizədlik dissertasiyası kimi müdafiəyə layiq olduğunu bildirmişlər. 1940-cı ildə Ə.Dəmirçizadəyə filologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
Dil tarixi sahəsində elmi təhqiqatlarını davam etdirən təhqiqatçı 1944-cü ildə “Azərbaycan dilinin tarixi (qədim dövr)” adlı əsəri müdafiə edib. 1945-ci ildə isə professor elmi adına layiq görülmüşdür. Ə. Dəmirçizadə 1940-cı ildən 1943-cü ilə qədər ADU-da, 1943-cü ildən ömrünün sonuna qədər isə APİ-də “Azərbaycan dilçiliyi” kafedralarına rəhbərlik etmişdir. 1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi- metodik məqaləsi çap olunmuşdur. Bu əsərdə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələri (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırılmışdır. Alimin “Azərbaycan dili tarixi xülasələri” (1938), “M.F. Axundov dil haqqında və Axundovun dili” (1941), “Azərbaycan dilinin tarixi” (1948), “Azərbaycan ədəbi dilinin inkişaf yolları” (1959), “”Kitabi-Dədə Qorqud” dastanının dili” (1959), “Azəri ədəbi dilinin tarixi” (1967), “Azərbaycan dilinin tarixi qrammatikası”(1967) və ölümündən sonra çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi (II hissə)” kitabları yalnız Azərbaycan dilçiliyinin deyil, türk aləminin xəzinəsini zənginləşdirmişdir.
Dəmirçizadə nəzəri dilçilik məsələləri ilə yanaşı, təbliği dilçilik problemlərini də həll etməyə çalışmış, “Azərbaycan dili orfoepiyasının əsasları” (1969) kitabını ədəbi tələffüz, onun mənbələri, pozulma səbəbləri, fonetik, qrafik və qrammatik şəraitdə təfəffüz məsələlərinə həsr etmişdir. O, etimoloji tədqiqatlar sahəsində də xeyli iş görmüş, araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə “50 söz” adlı orjinal kitab nəşr etdirmişdir. Azərbaycan dilçiliyi üzrə yüksək ixtisaslı elmi kadrların hazırlanmasında prof. Dəmirçizadənin böyük rolu olmuşdur. O, 50-dən çox elmlər namizədi və doktoru hazırlamışdır.
Dəmirçizadə 1979-cu ildə vəfat etmişdir.
Paytaxt küçələrindən biri onun adınadır.
Dilçilik fəaliyyəti
Ə.Dəmirçizadənin “Müasir Azərbaycan dilinin fonetikası” kitabı bu nailiyyətlərin önündə gedən, dilçiliyimizin qızıl fonduna daxil olan əsərlərdəndir. İlk variantını 1947-ci ildə yazdığı bu əsəri müəllif eksperiment əsasında genişləndirərək ayrıca kitab halında çap etdirmiş və sonralar daha da təkmilləşdirərək dərsliyə çevirmişdir. Bu əsərdə məntiqi mühakimə çox güclüdür. Mövzular məntiqi olaraq bir-birindən doğur. Ona görə də əsərin bölmələri böyük bir zəncirin həlqəciklərini xatırladır, bu zəncirin həlqəcikləri kimi bir-biri ilə möhkəm bağlıdır. Bəzən professorun ifadə tərzinin çətinliyin-dən danışılır. Bunlar ifadə tərzində çətinlik deyil, mühakimə və təfəkkür zənginliyidir. Bu xüsusiyyət onun əsərlərinin çoxunda özünü göstərir. Onun 1969-cu ildə çap etdirdiyi “Azərbaycan dili orfoepiyasının əsasları” kitabından orfoepik normalar haqqında kifayət qədər məlumat almaq mümkündür. Ümumiyyətlə tələffüz və xüsusən orfoepik tələffüz, ədəbi tələffüzün mənbələri və pozulma səbəbləri, tələffüz üslubları, lüğəvi, qrammatik və qrafik şəraitdə tələffüz və s. haqqında professorun qeydləri yeni və orijinaldır. Vahid tələffüz qaydalarına əməl etməyin zəruriliyi hələ hamıya eyni dərəcədə aydın olmadığından bu əsər yalnız dar ixtisas sahibləri üçün deyil, hər bir mədəni şəxs üçün faydalıdır. Ədəbi və mədəni tələffüz vərdişlərinin yayılma və inkişafında, düzgün tələffüz normalarının təlim və tədrisində bu əsərin mühüm rolu vardır. Ə.Dəmirçizadə yaradıcılığı boyu Azərbaycan dili lüğət tərkibinin sağlam bir yolla inkişafı, zənginləşməsi yolunda imkan və baca-rığını əsirgəməmişdir. Onun bu sahədə qayğısı təkcə elminəzəri məqalə və kitabları ilə məhdudlaşmır. O, geniş auditoriyalarda da, yığcam fərdi söhbətlər zamanı da yersiz işlədilən əcnəbi sözə etirazını bildirmədən keçməzdi. Biz “həştad” dedikcə o bizi “səksən”ə öyrətmişdir. O, milli dilə münasibətdə bizim cəmiyyətin, bizim quruluşun verdiyi imkanlardan səmərəli istifadəni təbliğ edərdi. Ə.Dəmirçizadə həm tarixi leksikologiya, həm də müasir dilimizin lüğət tərkibinin tədqiqi məsələləri ilə məşğul olmuşdur. “Dilin lüğət tərkibi haqqında. “(1952), “Müasir Azərbaycan dilinin əsas lüğət tərkibi və qrammatik quruluşu” (1965), “Azərbaycan dilinin üslubiyyatı” (1962) adlı kitablarının müəyyən bölmələrini Azərbaycan dili lüğət tərkibinin tədqiqinə həsr etmişdir. O, bu əsərlərində söz və məna, sözün lüğəvi və qrammatik mənası, lüğət tərkibi, lüğət tərkibinin əsas və əlavə hissələri, onların hər birinin ümumi zəruri və xususi xarakter əlamətləri barədə fikirlərini diqqətlə ümumiləşdirməyə çalışmışdır. Lüğət tərkibinin inkişaf və zənginləşmə qaydalarını öyrənmək üçün bu əsərlərdən kifayət qədər məlumat almaq mümkündür. O, dilin qrammatik quruluşu – morfologiya və xüsusən sintaksislə bağlı problemlərin ilkin tədqiqi sahəsində böyük iş görmüşdür. Digər sahələrdə olduğu kimi, burada da fikir və mülahizələri orijinaldır. Dilimizin sintaktik quruluşunun tədqiqinə aid yazılarında onun orijinal dəst-xətti daha aydın görünür. O, qrammatik quruluşun ümumi məsələləri ilə ayrıca məşğul olmuş, dilin qrammatik quruluşunun təşəkkülü, morfem – morfologiya, sözün tərkibi və quruluşu kimi məsələləri ətraflı şərh etmiş, dilin milli orijinallığının qorunub saxlanmasında qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən keçirərək onu dilin əsəb sistemi kimi qiymətləndirmişdir. Ə.Dəmirçizadənin sifət haqqında qeyd və mülahizələri öz orijinallığı ilə diqqəti cəlb edir. Onun bu barədə fikri prinsip etibarilə dilçiliyimizdə sifət haqqında yazılmış bütün əsərlərdən, demək olar ki, fərqlənir. Leksik-qrammatik mənanı və morfoloji əlaməti birinci, sintaktik vəzifəni ikinci plana çəkməklə, o, sifətə, bir nitq hissəsi kimi, daha sabit mövqedən yanaşmışdır. İndi onun mövqeyi çoxları tərəfindən təqdir edilməkdədir. Bu hal sifət dərəcələrinin bölgüsünə münasibətdə də özünü göstərir. Onun müasir Azərbaycan dili sintaktik quruluşunun müxtəlif sahələrinə dair əsərlərini bir yerə yığsaq, böyük bir kitab alınar: “Müasir Azərbaycan dilində sadə cümlələr” (1950), “Qovuşuq cümlələr” (1947), “Azərbaycan dilində uzlaşma” (1950), “Mübtədanın sualları haqqında”(1955), “Mürəkkəb cümlələr” (1-ci məqalə 1947, 2-ci məqalə 1948) və s. məqalələrinin hər biri kiçik bir monoqrafiyanı andırır. “Müasir Azərbaycan dili (cümlə üzvləri)” (1947) kitabını da bura əlavə etsək, ümumi mənzərə tamamlanmış olur. Bu əsərlərdə sintaksisin, demək olar ki, bütün əsas məsələləri əhatə edilmişdir. O, cümlənin məqsəd və intonasiyaya görə növlərini ilk dəfə geniş şəkildə işləyərək, prinsip kimi məqsədlə avazlanmanı birgə götürməyi məsləhət görmüşdür. “Qovuşuq cümlələr” adı altında həmcins üzvlü cümlələri tədqiq etmişdir. Ə.Dəmirçizadə ilk dəfə tabesiz və tabeli mürəkkəb cümlələrin oxşar və fərqli cəhətlərini nəzərdən keçirərək, budaq cümlələri çevrilmiş və müstəqil cümlələr adı altında iki növə ayırmışdır. Burada bəzi budaq cümlələr (nəticə b. c. və s.) haqqında məlumat tama-milə yenidir, bəzi budaq cümlələr isə ilk dəfə dərinləşdirilmiş və genişləndirilmişdir. Professor bu vəfasız dünyaya göz yummazdan bir neçə gün əvvəl 40 ildən artıq bir müddətdə üzərində yaradıcılıq işi apardığı monumental “Azərbaycan ədəbi dili tarixi” (1979) kitabını ortaya qoydu. Bu kitab ədəbi dilimizin həqiqi tarixini üzə çıxarmaq sahəsin-də ən qiymətli bir kitab olub, bütün türk xalqları, bütün türkologiya üçün bir nümunə sayıla bilər. Professor bu kitabda dilimizin tarixini xalqımızın tarixi ilə vəhdətdə öyrənmiş və öz dərin biliyi, zəngin təcrübəsi ilə hər iki sahəni obyektiv şəkildə işıqlandıra bilmişdir. Onun dilimizin tarixi ilə bağlı fikirləri daim yeni faktlarla özünü doğrultmaqda və yalançı müddəaları təkzib etməkdədir.
- Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə) . 6-cı cild: Çin – Dərk ( 25 000 nüs. ). Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi. 2015. səh. 557. ISBN978-9952-441-11-6 .
Dəmirçizadə
“Elə adamlar var ki, yuxuma girəndə mütləq zərər çəkirəm, bilirəm ki, gündüz sözsüz bir qan-qaralıq olacaq. Lakin Ə. Dəmirçizadə ilə yuxuda görüşlərim ən ümidli, inamlı günlərə çevrilib. Yuxuda olduğum ən rahat və xoş dəqiqələrdə professorla görüşmüşəm. Ayılanda da xoş təəssüratla ayılmışam və düşünmüşəm ki, gündüz nə isə fərəhli bir hadisə baş verəcək.
Xeyli vaxt idi, professorla ”görüşmürdüm.” Avqustun ilk gecələrindən biri idi. Səhərə yaxın. Yenə professor bir qədər yuxarıda dayanmışdı. Mən onu sinədən yuxarı görürdüm. Çox qəribədir — mən onunla heç vaxt danışmadığım kimi danışdım:
— Çoxdandır görmürəm Sizi. Evdə nə var, nə yox?
— Suyumuz yaman bulanıb, — dedi. Deyəsən, bu sözləri bir də təkrar etdi. Hiss elədim ki, nəsə bir çarə axtarır. Amma yenə də gülümsəyirdi. İstədim deyəm ki, suyu durultmaq üçün təzə cihaz ixtira ediblər. Amma könlümdə vuruşdurdum ki, bu cihaz çox bahadır; həm də suyu durultmaq üçün tam etibarlıdırmı?. .
Ayıldım və fikrə getdim: ”Suyumuz yaman bulanıb.” Nəyə işarə edirdi professor? İndiki şəraitdə nəyi nəzərdə tutmaq olar ki? Geyinən kimi professorun biblioqrafiyasına baxdım. Mən onun vəfat tarixini bilirdim, doğum tarixini unutmuşdum: halbuki unutmamalıydım, 60 illiyində yalnız Azərbaycan alimlərinə deyil, İttifaqın görkəmli türkoloqlarına, bir sıra xarici alimlərə dəvətnaməni mənim xəttimlə yazdırmışdı. Baxdım: doğum tarixi 7 iyul 1909-cu il. Anlamağa başlayırdım: professorun anadan olmasının 85, vəfatının 15 illiyi idi və apreldə vəfatını qeyd etmədiyimiz kimi, iyulda da 85 illiyini yada salmamışıq. Sular o qədər bulanıb, başımız o qədər qarışıb ki, tərbiyə və təhsil verənimizi unutmuşuq. Professor bütün iyulu da dözüb, səbr edib, avqusta keçəndə əbədi zərrə qəlbimizə daxil olub, bizi oyadıb.” – Qəzənfər Kazımov, “Ömrün davamını ruhlar yaşayır” məqaləsi.
Bizim də suyumuz bulanıb deyəsən, ustad, amma elə bulanıb ki, onu təmizləyəcək aparat hələ kəşf olunmayıb. Daha yuxusuna girə biləcəyiniz adam da tapılmır, Sizi unutduqca özümüz də unuduluruq… Amma yox !Qələminizlə beyinlərimizdə elə dərin şırımlar açmısınız ki, unutmaq mümkün deyil.
Azərbaycanın elm korifeyi, filologiya elmləri doktoru, professor Əbdüləzəl Dəmirçizadə 1909-cu ildə Şəkidə dəmirçi ailəsində doğulmuşdur. Əsl soyadı Rəsulov idi, o da müəllimi Bəkir Çobanzadə kimi atasının sənət adını özünə soyad götürmüşdü. Ə.Dəmirçizadə ibtidai və orta təhsilini Şəkidə almış, əvvəlcə “Həqiqətül- maatif” adlanan yeni tipli məktəbdə, sonra isə “Şəki nümunə zəhmət” məktəbində oxumuşdur. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ilin sentyabrından 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.
O, 1929-cu ildə Bakı şəhərinə gəlmiş və ADU pedaqoji fakültəsinə daxil olmuşdur. Burada B. Çobanzadə, Ə. Haqverdiyev, Y.V. Çəmənzəminli, A.Şaiq kimi görkəmli alim və yazıçılardan dərs almışdır. Ə.Dəmirçizadə bu cür böyük şəxsiyyətlərdən təhsil aldığını sonralar qürür hissi ilə xatırlayib yazırdı: “…Mən professor Bəkir Çobanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir, Abdulla Şaiq kimi görkəmli şəxslərin tələbəsi olmuşam, ədəbiyyat, incəsənət və elm sahəsində bir sıra məşhur şəxsiyyətlərlə – Səməd Vurğun, Süleyman Rüstəm, Əbülhəsən, Sabit Rəhman, akademik Həmid Araslı, professor Cəfər Xəndan, xalq rəssamı S.Salamzadə və başqaları ilə sinif yoldaşı olaraq təhsil almışam… Dilçilik sahəsində əsl tədqiqat aparmaq zərgərlikdir”.
Ə.Dəmirçizadə şeirlər, hekayələr, tənqidi məqalələr və bədii oçerklər müəllifi kimi fəaliyyətə başlasa da, görkəmli dilçi alim kimi Azərbaycan tarixinə adını əbədi həkk etmişdir.
Elmə olan həvəs heç vaxt Ə. Dəmirçizadəni rahat qoymayıb. 1936-cı ildə “Türk dili” adlı ilk kitabı, aspiranturanı qurtardıqdan sonra isə, yəni 1938-ci ildə “Azərbaycan ədəbi dili tarixinin xülasələri” adlı ikinci kitabı işıq üzü görmüşdür. 1940-cı ildə Ə.Dəmirçizadəyə filologiya elmləri namizədi alimlik dərəcəsi verilmiş, 1944-cü ildə isə professor elmi adına layiq görülmüşdür. Akademik olmağa dəfələrlə haqq qazanan, həqiqi alim, qüsursuz şəxsiyyət Dəmirçizadənin akademik olmasına imkan verməyiblər. Qəzənfər Kazımovun yazdığına görə, M.Şirəliyev çox sonralar Dəmirçizadə haqqında peşmanlıqla: “Biz Dəmirçizadə kimi alimi akademik olmağa qoymadıq”- deyirmiş.
Ə.Dəmirçizadə elə bir dövrdə yazıb yaradırdı ki, bu dövr elmin, elm adamlarının ən ağrılı günləri idi bəlkə də. Sovet hökuməti zəiflədikcə onlara əngəl törədə biləcək şəxslər, onların yaratdıqları sənət nümunələri aradan götürülürdü. ”Azərbaycan ədəbi dilinin tarixi” kitabı da bu özbaşınalığın qurbanı olmuş, Dəmirçizadə bu kitabdan nigaran köçmüşdü dünyadan…
O, 1944-cü ildə “Azərbaycan dilinin tarixi (qədim dövr)” adlı əsəri müdafiə edib. Ə. Dəmirçizadə 1940-cı ildən 1943-cü ilə qədər ADU-da, 1943-cü ildən ömrünün sonuna qədər isə APİ-də “Azərbaycan dilçiliyi” kafedralarına rəhbərlik etmişdir. 1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmiş,1973-cü ildən Azərbaycan SSR Əməkdar elm xadimi, 1974-cü ildən Azərbaycan SSR Dövlət mükafatı laureatına layiq görülmüşdür.
Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi- metodik məqaləsi çap olunmuşdur. Yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələrini- fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s araşdırmış, ədəbi dil tarixi, tarixi qrammatika, etimologiya, orfoepiya və bir sıra başqa sahələrə aid ilk sanballı əsərlər onun qələmindən doğulmuşdur. Alimin “Azərbaycan dili tarixi xülasələri” , “M.F. Axundov dil haqqında və Axundovun dili”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin inkişaf yolları”, “”Kitabi-Dədə Qorqud” dastanının dili”, “Azəri ədəbi dilinin tarixi”, “Azərbaycan dilinin tarixi qrammatikası” və ölümündən sonra çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi (II hissə)” kitabları yalnız Azərbaycan dilçiliyinin deyil, türk aləminin xəzinəsini zənginləşdirmişdir.
Çoxşaxəli, çoxbudaqlı bir yaradıcılıq yolu keçmiş Dəmirçizadə nəzəri dilçilik məsələləri ilə yanaşı, təbliği dilçilik problemlərini də həll etməyə çalışmış, “Azərbaycan dili orfoepiyasının əsasları” kitabını ədəbi tələffüz, onun mənbələri, pozulma səbəbləri, fonetik, qrafik və qrammatik şəraitdə təfəffüz məsələlərinə həsr etmişdir. O, etimoloji tədqiqatlar sahəsində də xeyli iş görmüş, araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə “50 söz” adlı orjinal kitab nəşr etdirmişdir. Azərbaycan dilçiliyi üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanmasında prof. Dəmirçizadənin böyük rolu olmuşdur. O, 50-dən çox elmlər namizədi və doktoru hazırlamışdır.
Ə.Dəmirçizadənin “Müasir Azərbaycan dilinin fonetikası” kitabı nailiyyətlərinin önündə gedən, dilçiliyimizin qızıl fonduna daxil olan əsərlərdəndir. İlk variantını 1947-ci ildə yazdığı bu əsəri müəllif eksperiment əsasında genişləndirərək ayrıca kitab halında çap etdirmiş və sonralar daha da təkmilləşdirərək dərsliyə çevirmişdir. Bu əsərdə məntiqi mühakimə çox güclüdür. Mövzular məntiqi olaraq bir-birindən doğur. Ona görə də əsərin bölmələri böyük bir zəncirin həlqəciklərini xatırladır, bu zəncirin həlqəcikləri kimi bir-biri ilə möhkəm bağlıdır. Bəzən professorun ifadə tərzinin çətinliyindən danışılır. Bunlar ifadə tərzində çətinlik deyil, mühakimə və təfəkkür zənginliyidir. Bu xüsusiyyət onun əsərlərinin çoxunda özünü göstərir. Onun 1969-cu ildə çap etdirdiyi “Azərbaycan dili orfoepiyasının əsasları” kitabından orfoepik normalar haqqında kifayət qədər məlumat almaq mümkündür. Ümumiyyətlə tələffüz və xüsusən orfoepik tələffüz, ədəbi tələffüzün mənbələri və pozulma səbəbləri, tələffüz üslubları, lüğəvi, qrammatik və qrafik şəraitdə tələffüz və s. haqqında professorun qeydləri yeni və orijinaldır. Vahid tələffüz qaydalarına əməl etməyin zəruriliyi hələ hamıya eyni dərəcədə aydın olmadığından bu əsər yalnız dar ixtisas sahibləri üçün deyil, hər bir mədəni şəxs üçün faydalıdır. Ədəbi və mədəni tələffüz vərdişlərinin yayılma və inkişafında, düzgün tələffüz normalarının təlim və tədrisində bu əsərin mühüm rolu vardır. Ə.Dəmirçizadə yaradıcılığı boyu Azərbaycan dili lüğət tərkibinin sağlam bir yolla inkişafı, zənginləşməsi yolunda imkan və baca-rığını əsirgəməmişdir. Onun bu sahədə qayğısı təkcə elmi-nəzəri məqalə və kitabları ilə məhdudlaşmır. O, geniş auditoriyalarda da, yığcam fərdi söhbətlər zamanı da yersiz işlədilən əcnəbi sözə etirazını bildirmədən keçməzdi. Biz “həştad” dedikcə o bizi “səksən”ə öyrətmişdir. O, milli dilə münasibətdə bizim cəmiyyətin, bizim quruluşun verdiyi imkanlardan səmərəli istifadəni təbliğ edərdi. Ə.Dəmirçizadə həm tarixi leksikologiya, həm də müasir dilimizin lüğət tərkibinin tədqiqi məsələləri ilə məşğul olmuşdur. 1952-ci ildə “Dilin lüğət tərkibi haqqında… “, 1965-ci ildə “Müasir Azərbaycan dilinin əsas lüğət tərkibi və qrammatik quruluşu”, 1962-ci ildə “Azərbaycan dilinin üslubiyyatı” adlı kitablarının müəyyən bölmələrini Azərbaycan dili lüğət tərkibinin tədqiqinə həsr etmişdir.Onun müasir Azərbaycan dili sintaktik quruluşunun müxtəlif sahələrinə dair əsərlərini bir yerə yığsaq, böyük bir kitab alınar: “Müasir Azərbaycan dilində sadə cümlələr”, “Qovuşuq cümlələr”, “Azərbaycan dilində uzlaşma”, “Mübtədanın sualları haqqında, “Mürəkkəb cümlələr” və s. məqalələrinin hər biri kiçik bir monoqrafiyanı andırır. “Müasir Azərbaycan dili (cümlə üzvləri)” kitabını da bura əlavə etsək, ümumi mənzərə tamamlanmış olur. Bu əsərlərdə sintaksisin, demək olar ki, bütün əsas məsələləri əhatə edilmişdir.
Professor bu vəfasız dünyaya göz yummazdan bir neçə gün əvvəl 40 ildən artıq bir müddətdə üzərində yaradıcılıq işi apardığı monumental “Azərbaycan ədəbi dili tarixi” (1979) kitabını ərsəyə gətirdi. Bu kitab ədəbi dilimizin həqiqi tarixini üzə çıxarmaq sahəsində ən qiymətli bir kitab olub, bütün türk xalqları, bütün türkologiya üçün bir nümunə sayıla bilər. Professor bu kitabda dilimizin tarixini xalqımızın tarixi ilə vəhdətdə öyrənmiş və öz dərin biliyi, zəngin təcrübəsi ilə hər iki sahəni obyektiv şəkildə işıqlandırmışdır
.
Ən başlıca idealı Azərbaycan dilinin məna gözəlliklərini qorumaq və zənginləşdirmək olan bu gözəl müəllimin bədii dil sahəsindəki tədqiqləri ədəbi məktəb idi.
Onun qələmi adi qələm deyildi, yazdıqları elmdə elə dərin izlər buraxırdı ki,o yazını heç cür pozmaq olmazdı. Onun yazısı sənətkar dəmirçi əməyinin məhsulu olan əbədi abidələr kimi idi, pozulmazdı…
Onun barmaqları təkcə öz bəxtinə səadət yaza bilmədi. Çalışdı, çalışdı, amma pozuldu səadəti.. Rövzət kimi bir oğul atası oldu Dəmirçizadə. Xoşbəxt ata oldu, amma cəmi 20 il. Şair atası oldu Dəmirçizadə. 20 yaşında ikən bədbəxt hadisə nəticəsində şikəst oğul atası oldu Dəmirçizadə. Amma ürəyinin ağrılarını qələmi, beyni və həqiqi alimliyi unutdurdu…
9 mart 1937-ci il tarixində Dəmirçizadə həbs edildi. İstintaq zamanı əməllərində cinayət tərkibi olmadığından Ə.Dəmirçizadə 8 iyul 1937-ci ildə azadlığa buraxıldı.
|28.10.2016|
Comments are closed, but trackbacks and pingbacks are open.