Press "Enter" to skip to content

Elektronika telekommunikasiya və radiotexnika mühəndisliyi

Ma’lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2023
ma’muriyatiga murojaat qiling

Kafedra: “Radioelektronika” İXTİsas: “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” FƏNN

Bakı-2022
BİPOLYAR TRANZİSTORLAR ÜZƏRİNDƏ QURULMUŞ BİRKASKADLI GÜCLƏNDİRİCİNİN TƏDQİQİ.
İşin məqsədi: Birkaskadlı gücləndiricinin iş prinsipinin öyrənilməsi.
Şək.1-də Ümumi emitterli birkaskadlı gücləndiricinin elektrik sxemi verilmişdir.

Şək.1. Ümumi emitterli gücləndiricinin elektrik sxemi.

İstifadə olunan ölçü cihazları :
1.Funkusional generatorlar. 1ədəd
2.Sabit qida mənbəyi – 0-15V 1ədəd
3.Ossiloqraf 1ədəd
İstifadə olunan radioelementlər:
1. Kondensatorlar 2ədəd
2. Rezistorlar. 3ədəd
3. Birməftilli naqil 0.2m
4.Dəyişən nominallı rezistor 50kOm
5.Bipolyar tranzistor – (2N3904) 1ədəd
Qısa nəzəri məlumat:
Birkaskadlı gücləndiricinin elektrik sxemi və iş prinsipi. Burada Cb1 kondensatoru vasitəsi ilə giriş siqnalının sabit təşkil edicisi ayrılır və bipolyar tranzistorun bazasına verilir. Daha sonra gücləndirilmiş çıxış siqnalı bölücü kondensator vasitəsi ilə -Cb2 çıxışa yəni Ry-ə ötürülür. Yəni burada siqnalın yalnız dəyişən təşkiledicisi çıxışa ötürülür. Rk-müqavimətinin nominalını isə giriş siqnalının güclənməsinə və tranzistorun kollektor cərəyanının-İk məhdudlanmasına qoyulan tələblərə əsasən seçirlər. Adətən azgüclü tranzistorlar üçün Rk=0.2-5kOm, orta güclü gücləndiricilər üçün isə Rk=100 Om seçilir.
Bu elektrik sxemində baza cərəyanının tənzimlənməsi üsulu ilə güclənməni həyata keçirmək mümkündür. Verilmiş sxemdə baza gərginlik bölücü sxemini yerinə – yetirir. Burada, Rb baza və VT tranzistorunun emitter keçidinin daxili re – emitter müqavimətindən ibarətdir. İbo -baza cərəyanı baza kecidindən keçən cərəyan olub Ube gərginliyini yaradır. Bu gərginlik Ek qida mənbəyinin funksiyasını yerinə yetirir. Kirxhofun ikinci qanununa əsasən həmin dövrə üçün yaza bilərik:
Ek = URb +Ube
Ek = Rb.Ibo
Rk =(Ek-Ube)/Ib0 harada ki, Ek > > Ube ; Rk≈ Ekbo
Şərtlərini ödəməlidir.
Qeyd edək ki, ümumi emitterli qoşulma halında giriş cərəyanı baza cərəyanıdır, çıxış cərəyanı isə kollektor cərəyanıdır. Bu qoşulmada həm gərginliyə, həm də cərəyana görə güclənmə almaq olur. Bu sxemdə gücə görə güclənmə min dəfələrlə olur. Temperatur dəyişmələrində stabilliyi aşağı olduğundan mənfi əks rabitə tətbiq olunur, bu isə güclənməni zəiflədir. Giriş və çıxış siqnalları arasında faza sürüşməsi olduğundan belə sxem bəzən faza invers kaskad adlanır.

G iriş gərginliyi -15 V və tezlik 25 Hs

Do’stlaringiz bilan baham:

Ma’lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2023
ma’muriyatiga murojaat qiling

Elektronika telekommunikasiya və radiotexnika mühəndisliyi

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisi kompüter, telekomunikasiya, radio əlaqə, mobil əlaqə və s. sahələrdə geniş biliyə malik mütəxəssisdir.
Bu sahə üzrə təhsil alan tələbələrə tədris edilən fənlər: riyaziyyat, fizika, qurğuların elektronika və sxemotexnikası, elektrik rabitə nəzəriyyəsi, fəlsəfə, elektrik dövrələri nəzəriyyəsi, metrologiya, standartlaşdırma və sertifikasiya, informatika, tarix və s.
Tələbələr elektron sistemlərə, radiolokasiya və televiziya sistemlərinə texniki xidmət göstərmək və nəzarət etmək, həmçinin yerinə yetirilmiş işin hesabat sənədini hazırlamaq, layihələşdirmə zamanı standartlaşdırma və metrologiya tələblərinə riayət etməyi öyrənəcəklər.
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi üzrə təhsilini başa vurmuş məzunlar elmi-tədqiqat institutlarında, İT şirkətlərdə, həmçinin texnoloji sistemlər istismar olunan müəssisələrdə və s. çalışa bilər.
Daha çox göstər

Ətraflı məlumat

  • Форма обучения: Tam vaxt, Uzaq
  • Сектор: Azerbaijan

Əlaqəli

Universitet 5

  1. Xəzər Universiteti
  2. Azərbaycan Texnologiya Universiteti
  3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  4. Milli Aviasiya Akademiyası
  5. Azərbaycan Texniki Universiteti

Comments are closed, but trackbacks and pingbacks are open.