Press "Enter" to skip to content

Национальная Академия Авиации Азербайджана

10. Баскаков С.И. Радиотехнические цели и сигналы – М.: Высш. школа, 1988, 448 с.

Elektrik rabitə nəzəriyyəsi

İnformasiya və kommunikasiya texnologiyaları
Mobil telefon abunəçiləri. Ümumi istifadədə olan telefon şəbəkəsinə qoşulmanı təmin edən şanvari texnologiyaya əsaslanmaqla avtomatik ictimai telefon xidmətinə abunə yazılmış portativ telefon istifadəçiləridir. Bura əvəllcədən ödənişli hesabla və sonradan ödənişli abunə ilə xidmət istifadəçilərinin nömrələri daxil olunur. Kompüterlərə fərdi stolüstü, səyyar (daşınan) portativ kompüterlər (laptop) və əl kompüterləri daxildir. Kompüter istifadəçiləri yerindən asılı olmayaraq son 12 ay ərzində kompüterdən istifadə etmişlərdir.
İnternet abunəçiləri. İnternet şəbəkəsinə qoşulmaq üçün qoşulma haqqını ödəmiş fərdlər hesab olunur. Qoşulma sürətindən, internetə çıxış və ödəmə forma-sından asılı olmayaraq bütün abunəçilər nəzərə alınır.
İnternet istifadəçiləri. İnternet şəbəkəsinə qoşulmuş, internetdən istifadə etmiş şəxslər hesab olunur.
İnternetə çıxışı olan ev təsərrüfatları . Yaşayış yerindən (evdən, mənzildən) kompüter, mobil telefon və digər İKT avadanlıqları vasitəsilə internet şəbəkəsinə çıxışı (əlyetərliliyi) olan ev təsərrüfatları başa düşülür. İnternetdən istifadə etmiş əhali son 12 ay ərzində istifadə yerindən asılı olmayaraq internet vasitəsilə hər hansı məqsəd üçün internetdən istifadə etmiş şəxslərdir.
İKT məhsulları. Elektron formada məlumatların işlənməsi və rabitə funksiyasının, o cümlədən fiziki hadisələrin yazılması, ölçülməsi, ötürülməsi və göstərilməsi, habelə fiziki proseslərin nəzarəti funksiyalarını yerinə yetirən ava-danlıqlar hesab olunur. Həftədə ən azı bir dəfə kompüterdən istifadə etmiş işçilər. Siyahı tərkibində olan işçilər, əvəzçilik üzrə işləyən kənar işçilər, mülki-hüquq xarakterli müqavilələr üzrə işləri yerinə yetirən şəxslər, siyahı tərkibinə daxil olmayan muzdla tutulmuş şəxslər də əhatə olunmalıdır.
Kabelsiz LAN (lokal (yerli) ərazi şəbəkəsi). Radio dalğaları vasitəsi ilə vahid prosessorun və ya serverin resurslarını bölüşməyə imkan verən kompüterlər və ya birləşdirilmiş mexanizmlər şəbəkəsidir.
Kabel əsaslı LAN. Telefon xətləri (naqil, kabel) vasitəsi ilə coğrafi nöqteyi nəzərdən kiçik ərazidə (məsələn, ofis binası daxilində) vahid prosessorun və ya serverin resurslarını bölüşməyə imkan verən kompüterlər və ya birləşdirilmiş mexanizmlər şəbəkəsidir. Bu zaman istifadəçilərə məhdudlaşdırılmış coğrafi ərazi daxilində xidmət göstərilir və lokal (yerli) ərazi şəbəkələri serverlərdən, iş stansiyalarından, printerlərdən və rabitə texniki vasitələrindən və şəbəkə əməliyyat sistemindən ibarətdir və xidmətlər radiodalğalar vasitəsilə yerinə yetirilir. Adətən, serverin çoxsaylı kompüter istifadəçiləri ilə birgə istifadə edilən proqramı və məlumat bazası olur.
Xarici şəbəkə (ekstranet və ya WAN). Bir yerli ərazi şəbəkəsi digər yerli ərazi şəbəkələrinə telefon xətləri və ya radio dalğaları vasitəsilə hər hansı bir məsafədən qoşula bilərlər. Bu yolla birləşdirilən ərazi şəbəkələri sisteminə geniş ərazi şəbəkəsi, yəni ekstranet deyilir. LAN-dan fərqli olaraq internetə çıxış imkanları var.
Daxili şəbəkə (intranet). Müəssisə daxilində yaradılan və internetə çıxışı olan şəbəkədir.
Həftədə ən azı bir dəfə internetdən istifadə etmiş işçilər. Kompüterdən istifadə edən siyahı tərkibində olan işçilər, əvəzçilik üzrə işləyən kənar işçilər, mülki-hüquq xarakterli müqavilələr üzrə işləri yerinə yetirən şəxslər, siyahı tərkibinə daxil olmayan muzdla tutulmuş şəxslər əhatə olunmalıdır.
Modem qoşulma. İnternetə girişi təmin etmək üçün adi telefon xətti ilə (dial-up) kompüterə qoşulur.
İSDN (İERŞ – İnteqrasiya Edilmiş Rəqəmsal Şəbəkə). Qoşulma universal qurğu, telefon xəttindən istifadə etməklə müxtəlif cür – telefon, telefaks, internet və s. elektron-rabitə növlərindən eyni vaxtda istifadəyə imkan verən komplekt qoşulma hesab olunur.
DSL (RAX – Rəqəmsal Abunə Xətti). Mövcud mis şəbəkəsi vasitəsilə məlumatları yüksək sürətlə ötürən texnologiyaya əsaslanır və geniş zolaqlı kanal kimi ifadə olunur. Bu növ qoşulmada məlumatların ötürülmə sürəti saniyədə 144 kbit-dən az olmur.
2 Mbps-dən az (çox) həcmli naqilli xətlə qoşulma. Daha geniş zolaqlı kanallardan istifadə, məsələn, kabel qoşulmalardan istifadə nəzərdə tutulur. Bu, adətən müəssisədə yerləşdirilmiş şəbəkə qoşulmalarında, mis naqilə əsaslanmayan texnologiyalarla əhatə olunur, lazer və ya diodlarla təmin olunur, fiber-optik kabellərdən istifadə olunur.
İnternet bank. Ödəniş sənədlərinin mübadiləsi elektron sistemlərinin köməyi ilə, bankla müəssisə arasında hesablaşmaların məsafədən aparılmasıdır. Bu sistem ofisdən çıxmadan ödənişləri həyata keçirməyə və hesablardan çıxarışlar almağa imkan verir.
İnternet vasitəsi ilə bazarın monitorinqi. İnternet vasitəsi ilə yeni məhsul növlərinin hazırlanması, malların hərəkətinə, satışına kömək etmək məqsədi ilə ictimai fikrin aşkarlığı bazarın potensial imkanlarının tədqiqi və sair məqsədlərlə müşahidələrin aparılmasıdır.
Elektron Ticarət. Müəssisə tərəfindən internet vasitəsilə əmtəə və xidmətlərin alqı-satqısı, elektron-ticarətin vəziyyəti araşdırılır. Telefon, faks və ya əllə yazılan elektron məktublarla qəbul edilən sifarişlər elektron-ticarət hesab edilmir. Marketinq, menecment, ardıcıl təminat və informasiya sistemləri kimi bir-birindən fərqli olan təşkilat funksiyalarını birləşdirir.
Ev təsərrüfatlarında olan mobil telefonları. Ev təsərrüfatı üzvünün hər birində olan bütün mobil telefonlar nəzərə alınır. Bu göstərici ev təsərrüfatlarında cəmi mobil telefonların sayının ev təsərrüfatlarının ümumi sayına bölünməsi və alınmış nəticənin 100-ə vurulması yolu ilə hesablanır. Fərdi kompüterləri (FK) olan ev təsərrüfatları (ET) ev təsərrüfatı üzvlərindən heç olmasa birinin cib FK-sı, noutbuku, stolüstü FK-sı varsa, həmin ev təsərrüfatı FK-sı olan sayılır.
Hər 100 ev təsərrüfatına düşən kompüterlər. FK-ların hesabını apararkən ev təsərrüfatının hər bir üzvündə olan bütün FK-lar nəzərə alınır. Bu göstərici ev təsərrüfatlarında cəmi FK-ların sayının ev təsərrüfatlarının ümumi sayına bölünməsi və alınmış nəticənin 100-ə vurulması yolu ilə hesablanır.
Son 12 ay ərzində İnternetdən istifadə edənlər. İstifadə yerindən asılı olmayaraq internet vasitəsilə hər hansı məqsəd üçün internetdən istifadə etmiş şəxslərdir.
Son 12 ay ərzində mobil telefondan istifadə edən sakinlər. Bir neçə mobil telefonu olan ET üzvü bir istifadəçi kimi sayılır.
İnternetdən istifadə edən müəssisələr. Əgər müəssisənin internet-provayderlə internet xidmətləri haqqında müqaviləsi varsa, onda o internetdən istifadə edən hesab edilir.
İnformasiya axtarışı. Müəssisənin informasiya tələbatı ilə əlaqədar Web-saytlara daxil olmaq, internet-reklamla və kənar təşkilatların informasiya resursları ilə tanışlıqdır.
Off-line və ya on-line-qəbul informasiya mübadiləsi. Ümumi məsələlərin həlli gedişində (müqavilələrin hazırlanması prosesində, iclasların və konfransların keçirilməsi və i.a.) digər müəssisə və təşkilatlarla real vaxt rejimində qarşılıqlı informasiya mübadiləsidir. İnformasiyanın mühafizəsi vasitələrinə antivirus vasitələri, şəbəkələrarası ekranlar, təhlükəsiz serverlər, rəqəmsal imza vasitələri daxildir.
Fərdi kompüterdən (FK) istifadə edən hökumət orqanları. Hökumət orqanlarda FK dedikdə, stolüstü FK, noutbuk (əl kompüteri) və server başa düşülür.
FK-dan istifadə edən dövlət qulluqçuları. Dövlət qulluqçusu o zaman FK-dan istifadə edən hesab olunur ki, öz iş yerində, yaxud onun FK-ya müraciəti tezliyindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə aid məsələlərin həlli üçün özünün və ya digər dövlət qulluqçusunun iş yerində müstəqil olaraq kompüterdə işləyə bilsin.
İnternetdən istifadə edən hökumət orqanları. Hökumət orqanı (hökumət idarəsi)- İnternet xidmətlərinin təqdim olunmasına dair internet-provayderlə müqaviləsi olan təqdirdə internet istifadəçisi sayılır.
İnternetdən istifadə edən dövlət qulluqçuları. Dövlət qulluqçusu xidməti vəzifələrinə aid olan məsələlərin həlli üçün öz iş yerindən və ya digər əməkdaşın iş yerindən müstəqil olaraq internetə müraciət edirsə, o halda internetdən istifadə edən sayılır.
İş yerində elektron poçta giriş imkanı olan dövlət qulluqçuları. Dövlət qulluqçusunun elektron poçt ünvanı varsa, o, elektron poçta qoşulmuş sayılır.
Web – saytı, Web-portalı olan hökumət orqanları. Web-saytın mövcudluğu elektron ünvanın mövcudluğu ilə müəyyən olunur. Hökumət idarəsinin Web-saytı fiziki olaraq özünün şəxsi kompüterində və ya digər hüquqi şəxsin kompüterində ola bilər.

© 2023 DÖVLƏT STATİSTİKA KOMİTƏSİ

–>Кафедра “Радиоэлектроника” –>

Giriş
1. Elektrik rabitə sistemləri haqqında ümumi məlumatlar
2. Məlumatların, siqnalların riyazi modelləri
3. Modulyasiya və demodulyasiyanın (detektorlamanın) nəzəri əsasları
4. Rabitə kanallarının riyazi modelləri. Siqnalların rabitə kanallarında çevrilməsi
5. Siqnalların rəqəmli işlənməsinin əsasları
6. Çoxkanallı rabitənin prinsipləri və informasiyanın paylanması
7. Rabitə kanalları və mənbələrinin kodlanması
8. Rаbitə şəbəkələrinin gurulma prinsipi
9. Fasiləsiz və diskret məlumatların ötürülməsinin maneəyədavamlılıq nəzəriyyəsi

Практические занятия (Praktik məşğələlər)

1. Siqnalların ümumiləşmiş Furye sırasına ayrılması
2. Təsadüfi proseslərin əsas xarakteristikaları və parametrləri
3. Amplitud modulyasiyalı siqnalların formalaşması və detektorlanması
4. Bucaq modulyasiyalı siqnalların formalaşması və detektorlanması
5. Rabitə kanallarının riyazi modelləri
6. Siqnalların rəqəmli işlənməsinin əsasları
7. Rabitə kanallari və mənbələrinin kodlanmasi

Лабораторные работы (Laboratoriya işləri)

Самостоятельные работы (Sərbəst işlər)

1. Mobil rabitə sistemləri hagginda ümümi məlumatlar və onlarin gurlulma prinsipi [14]
2. Şanşəklli GSM tipli rabitə sistemləri və onlarin funksional sxemləri [14]
3. Elektrik rabitə sistemlərində modulyasiya, demodulyasiya, kodlama və dekodlama prosesləri [1, 2,4]
4. Rabitə kanalları, maneələr və təhriflər. Diskret siqnalların formalaşması [1,4]
5. Elektrik rabitə sistemlərində siqnalların rəgəmli işlənməsi [1, 2,4]
6. Elektrik rabitə şəbəkəsi və onlarin növləri [1, 2,4]
7. Ümumi xidmətli telekommunikasiya şəbəkələri və kommutasiya üsulları
8. Məlumatların kodlanması. Kodlanma üsulları [1, 2,4]
9. Telekommunikasiya sistemlərində zamana görə siqnalların ayrılması[1,4]
10. Çoxkanallı rabitə sistemlərində siqnalların tezliyə görə ayrılması[1,2,4]

1. Теория электрической связи. Под ред. Д.Д. Кловского – М.: Радио и связь, 1999, 432 с.

2. B.Q.İbrahimov. Elektrik rabitə nəzəriyyəsi. Bakı, «Elm», 2009, 500 s.

3. Акулиничев Ю.П. Теория электрической связи. – СПБ.: Изд-во «Лань», 2010, 240 с.

4. Həsənov A.R., Cəfərov C.G.,Həsənov R.A. Elektrik rabitə nəzəriyyəsi. MAA, Bakı, 2014, 170 s. (yüklə)

5. Иванов В.И., Гордиенко В.Н., Попов Г.Н. и др. Цифровые и аналоговые системы передачи. Горячая линия – Телеком, 2003, 232 с.

6. Маковеева М.М., Шинаков Ю.С. Системы связи с подвижными объектами. – М.: Радио и связь 2002, 440с.

7. Прокис Дж. Цифровая связь/Под ред. Д.Д.Кловского. М.: Радио и связь, 2000, 800с.

8. Клюев Л.Л. Теория электрической связи – Минск: Дизайн ПРО, 1998, 336 с.

9. Системы радиосвязи/Под ред. Н.И.Калашникова. М.: Радио и связь, 1988, 362 с.

10. Баскаков С.И. Радиотехнические цели и сигналы – М.: Высш. школа, 1988, 448 с.

11. Гоноровский И.С. Радиотехнические цели и сигналы – М.: Радио и связь, 1986, 512 с.

12. Яковлев Л.И. и др. Техника электрической связи за рубежом. Справочник. М.: Радио и связь, 1990, 256 с.

13. Андреев В.С. Те0рия нелинейных электрических цепей.-М.: Ради0 и связь;1982; 280 с:

14. Kəngərli U.S. Mobil rabitə sistemləri. ADNA, Bakı, 2002, 300 s.

–> –> –> –> –> –> –>

–> –>Наш опрос –>
–>

Comments are closed, but trackbacks and pingbacks are open.