Oğlu Baloğlan Əşrəfovun vəsiyyətini oxudu
Buranın gecəsi isə gündüzündən daha təhlükəlidir.
(Ikinci yazı)Susuz Sulutəpə, itlər və tülkülər vadisi, oduna möhtac qalanlar – REPORTAJ
Sulutəpə qəsəbə sakini Sevinc Zeynalova deyir bunları.
Bura sahibsiz itlərin, tülkülərin, çaqqalların oylağı olan bir yerdir.
İnsanı heyrətə gətirən də elə budur. Çünki bura Bakıdır…
Təsəvvür edin 21-ci əsrdə Bakı kimi böyük bir şəhərdə 10 ildir ki, 30-dan çox ailə qazsız və susuz yaşayır.
Yüksək təpələrin üzərində yerləşən bu evlərdə sakinlərin gün-güzəranı qaradır.
Ətrafdakı evlərin əksəriyyəti uçuq-sökük vəziyyətdədir. Nimdaşdır. Ətrafda insanı qorxudan qəribə sakitlik var.
Hər tərəfindən təhlükə yağan bu evlərdə insanlar yaşayır.
Qəsəbə sakini Sevinc Zeynalova deyir ki, illərdir susuzluqdan əziyyət çəkirik:
“10 ildir ki, qaz, su yoxdur. Bizə deyirlər ki, hər ailə 1000 manatdan pul yığıb versin Aidiyyəti qurumlara hər gün zəng edirik. Amma bizim şikayətimizə heç kim baxmır. “Azərsu”ya müraciət etmişik. Deyirlər ki, gəlib su çəkəcəyik, amma heçnə etmirlər. Hər həftə 40-50 manat pul verib su alırıq. Burda çox əziyyət çəkirik. Belə yaşayış olmur”.
Sevinc xanımla söhbətimizi evində davam etdirdik.
Evə daxil olarkən insanı rütubət qoxusu vurur.diqqətlə göz gəzdirdikdə divarın nəmi gözə çarpır. Ev o qədər soyuqdur ki, ayağımızı yerə tam basa bilmirdik. Addım atarkən belə barmaqlarımızın ucunda hərəkət edirdik.
Sanki içəridəki temperatur çöldəki temperaturdan daha aşağıdır. Burada yaşamaq sağlamlıq baxımından çox təhlükəlidir. Çöldə əsən küləyi evin içində hiss etməmək qeyri-mümkündür.
Ətrafdakı odun, ağac və kol parçaları diqqətimizi çəkir. Evi gəzdikcə nöyüt qoxusu daha da kəskinləşir. Burada nöyüt qoxusundan 5 dəqiqə belə dayanmaq mümkünsüz.
Sevinc xanımın sözlərinə görə, bu soyuq havada isinmək üçün evin ortasında odun sobası yandırır, yeməyi isə həyətdə ocaq qalayıb orda bişirirlər:
“Hər səhər çöldən odun yığırıq. Baltayla odun doğramaqdan taqətim qalmayıb”.
Bu üç otaqlı şəraitsiz evin sadəcə bir otağından istifadə edirlər. 4 nəfərin yatdığı, yediyi, isindiyi, çimdiyi otaq da elə bu sobası yanan balaca otaqdır.
Evin dam örtüyü isə yararsız və təhlükəli vəziyyətdədir. Yağış sularının yaratdığı nəmişlik uşaqların tez xəstələnməsinə səbəb olur.
Qəsəbə sakini Təranə Musayeva qar, yağış yağanda yemək bişirmək, qab yumaq daha da çətinləşdiyini deyir:
“Hər ay suya 40-50 manat xərcimiz çıxır. Yay aylarında isə minumum ayda iki maşına yaxın su istifadə olunur. Bir müddət öncə su idarəsinin işçiləri su xətləri çəkmək üçün camaatdan pul yığdılar. İmkanı olan verdi, olmayan isə susuz qaldı. Sanki Allahın unutduğu bir yerdir. Burda kiməsə nəsə olsa, heç kimin xəbəri olmaz”.
140-a yaxın sakini olan bu ərazidə insanların nə tualeti var, nə də hamamı. Burada ümumiyyətlə kanalizasiya sistemi yoxdur.
Qəsəbə sakini Zeynəb İsgəndərova bildirir ki, məktəbə uzaq yol gedən azyaşlılar yollarda susuz qalır:
“Məktəb uzaqda olduğu üçün uşaqlarımız xeyli yol qət edirlər. Hər il söz verirlər ki, su, qaz xətləri çəkiləcək. Amma indiyə qədər heç bir xəbər yoxdur. Axı, biz nə vaxta qədər ocaq qalayıb yemək bişirəcəyik? Evdə 4 nəfərik. Bir otaqda yaşayırıq. Uşaqlar böyüyürlər. Hər kəs kimi onlar da geniş, şəraitli evlərdə yaşamaq istəyirlər. Gəlib vəziyyətimizə baxırlar. Düzələcək deyirlər. Lakin düz 10 ildir ki, ortalıqda düzələn heçnə yoxdur”.
Buranın gecəsi isə gündüzündən daha təhlükəlidir.
Bu evlər dağların ətəyində yerləşdiyi üçün gecələr həyətdə tülkülər, çaqqallar gəzir, itlər uluyur.
Sakinlər bildirirlər ki, hətta günorta vaxtı belə çölə çıxmağa qorxurlar.
Bura Bakının Sulutəpə qəsəbəsi yox, sahibsiz itlərin, tülkülərin, çaqqalların oylağı olan bir Sulutəpədir.
Necə təəssüflənməyən axı?
Bakı kimi böyük bir şəhərdə 10 il qazsız və susuz yaşayasan…
Bax belə…
Dağlar arasında yerləşən, Allahın unutduğu bir Sulutəpə…
Buradakı insanların tək ümidi artıq Allaha qalıb.
FOTO: İlkin Nəbiyev
Oğlu Baloğlan Əşrəfovun vəsiyyətini oxudu
Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Elşən Əşrəfov atasının vəsiyyətini açıqlayıb.
Axşam.az xəbər verir ki, o, bu haqda “Günün sədası” verilişində danışıb. O,atasının öldüyü gün ona mesajla yazdığı sözləri oxuyub:
“Son günündə bir-bir hamıya zəng vurub, halallaşırdı. Deyirdi, filankəsi çağır. Səhər övladlarını, gəlinləri çağırdı, danışdı, görüşdü. Həmin günün axşamı vəfat etdi. Atam vəsiyyətini ölümündən bir gün əvvəl mənə mesajla göndərib. Talış dilində yazıb: “Mənim balam, yaman qorxuram. Allah məni çox istəyir, istəyir aparsın yanına. Allah balalarını saxlasın. Evin böyüyü sənsən, hər şey qanunla belə olmalıdır. Narahat olma, ev sənin üstünədir”. Hiss edirdi öləcəyini. Çox gözəl əhvalda idi. Bir saat sonra ölüm xəbəri gəldi”.
Qeyd edək ki, koronavirusa yoluxan Baloğlan Əşrəfov 2021-ci ilin aprelində vəfat edib.
Xəbərlər Baxılıb: 820 Tarix: 13 mart 2023
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DiGƏR XƏBƏRLƏR
Bakıda 8 nəfərin bank hesabından 16 min manat oğurlanıb
Paytaxtda ayrı-ayrı vətəndaşlara məxsus bank hesablarından kütləvi talama əməlləri həyata keçirən şübhəli şəxs müəyyən olunub. Bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 8 nəfərin bank hesablarından ümumilikd
“Efirə həsrət qalmışam” – Fədayə Laçın
Müğənni Fədayə Laçın Rusiyadakı həyatından danışıb. Axşam.az xəbər verir ki, sənətçi “Evdəkilərə salam” verilişinin qonağı olub. Fədayə bildirib ki, yaxın günlərdə Azərbaycana qayıdacaq:. “3 ildir Rusyaya gəlmişəm. İki dəfə Bakıya toya getmişəm, yenə bura qayıtmışam. Tale məni bura atdı
Suraxanıda kuryerlərin mopedlərini oğurlayan şəxs tutulub
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində moped oğurluğu ilə məşğul olan paytaxt ərazisində yaşayan Əli Abbasov saxlanılıb. Bu barədə DİN-dən məlumat verilib. Araşdırma zamanı müəyyən edilib ki, Ə.Abbasov Qaraçuxur qəsəbəsind
Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam edir
Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri dava
Bakıda kafedə yanğın olub
Bakının Xətai rayonunda kafedə yanğın olub. BİG.AZ-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 180 m² olan kafenin mətbəxində 2 ədəd aspirator və 2 p.m elektrik kabeli yanıb. Kafe yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Yaz aylarında aktivləşən 8 xəstəlik
Adətən yazın başlanğıcında “yatmış” xroniki xəstəliklər baş qaldırır. “Medicina” xəbər verir ki, həkim – terapevt Anastasiya Trifanova bu xəstəliklər haqqında danışıb. “Əksər insanlar baharı mövsümi allergiya alovlarının başlaması ilə əlaqələndirir. Bu doğrudur, ancaq qismə
Azad edilmiş ərazilərdə daha 48 mina aşkarlanıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. ANAMA-dan bildirilib ki, martın 3-dən 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Laçın, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 11 piyada əleyhinə mina
Astarada qadın keçmiş əri tərəfindən öldürülüb – FOTO
Astarada 30 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, hadisə rayonun Maşxan kəndində baş verib. 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova keçmiş əri 1993-cü il təvəllüdlü Yusif Verdiyev tərəfindən kəsici deşici alətlə öldürülüb. Faktla bağl
16 yaşından narkotik istifadə edən 25 yaşlı Elxan: “Hər şey bir dəfə ilə başlayır” – VİDEO
25 yaşı olmasına baxmayaraq 9 ildən çoxdur narkotik istifadə edən Elxan adlı gəncin acı taleyi bir çoxlarına ibrət olmalıdır. xəbər verir ki, Nail Kəmərlinin “yutub” kanalına danışan gənc bu illər ərzində necə narkomana çevrilməsindən və onun ağrılarından danışıb. İlk dəfə dostları ilə aptekdə
Comments are closed, but trackbacks and pingbacks are open.