Press "Enter" to skip to content

Azərbaycan tari xi muzeyi ni n jurnali 2018

Bu muzeydə də işçilərin bir çoxu başını telefonla qatırdı, ancaq otağa girəndə ayağa qalxan və insanları muşahidə edən nəzarətçilər də yox deyildi. İncəsət muzeyi də mərkəzdə yerləşir, Filarmoniya bağının yaxınlığında, Niyazi küçəsi 9/17 ünvanında. Burada da giriş adi vətəndaşlara 5, tələbələrə isə 2 manatdır.

Milli Azərbaycan Tarixi Muzeyi Çexiyanın Praqa şəhərində səyyar sərgidə iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (MATM) ölkəmizin ən böyük arxeoloji kolleksiyaya malik olan muzeylərindən biridir. Bu kolleksiyanın qorunması, öyrənilməsi və təbliği istiqamətində muzeydə geniş və səmərəli iş aparılır.

Bu barədə MATM-ın Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə AZƏRTAC-a müsahibəsində ətraflı məlumat verib: “Muzeyin arxeoloji kolleksiyasına 50 mindən çox arxeoloji və təsadüfi tapıntı daxildir. Müəssisəyə daxil edilən bütün arxeoloji tapıntılar qeydiyyatdan keçirilərək qablaşdırılır və fondda saxlanılır. 2008-ci ildən bəri fond əşyalarının elektron pasportlaşdırılması həyata keçirilir. Bu günə kimi 12 mindən çox arxeoloji tapıntının elektron pasportu tərtib olunub.

Arxeoloji materialların çox hissəsi əsasən 1920-1980-ci illərdə muzeyin Şəki, Qazax, Qəbələ və Mingəçevir bölgələri, eləcə də Xəzər dənizi hövzəsi üzrə arxeoloji ekspedisiyası tərəfindən aşkar edilib. Muzeydə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun və digər elmi-tədqiqat mərkəzlərinin apardıqları arxeoloji axtarışlar zamanı tapılmış maddi mədəniyyət nümunələri də yer alıb”.

Nasir Quluzadə qeyd edib ki, muzeyin Arxeologiya elmi fond şöbəsi arxeoloji kolleksiyanın nümayişi və təbliğinə xüsusi önəm verir. Müəssisənin ekspozisiyasında 1195 arxeoloji eksponat nümayiş etdirilir. Ekspozisiyada yer alan ən qədim tapıntılar paleontoloji qazıntılar zamanı aşkar olunan fil, vəhşi at, kərgədan sümükləri və ağac qalığıdır. Ümumiyyətlə, ekspozisiyada Quruçay mədəniyyətinə aid ən qədim daş alətlərdən tutmuş neolit-eneolit, tunc, erkən dəmir, antik və orta əsrlər dövrünə aid boyalı qablar, tunc silah, şirli, şirsiz, fayans, zərfayans, seladon və minai tipli qablar, çıraqlar, şirli kaşılar və inşaat keramikası, müxtəlif bəzək əşyaları və s. nəfis və dəyərli nümunələr nümayiş olunur.

Milli Azərbaycan Tarixi Muzeyi qədim dövr maddi mədəniyyət nümunələrinin nümayişini ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da təşkil edir. Belə ki, muzeyin arxeoloji kolleksiyasına aid bəzi nümunələr 2006-2007-ci illərdə Norveçin Stavanger, 2014-2015-ci illərdə isə Çexiyanın Praqa şəhərində keçirilmiş səyyar sərgilərdə nümayiş etdirilib.

Muzeyin qədim maddi mədəni irsin təbliği istiqamətində kolleksiyalara həsr olunmuş müxtəlif nəşrlər buraxılıb. Bu baxımdan “Mingəçevir küp qəbirləri albomu”, “Qədim Azərbaycan bəzəkləri”, “Zoomorf təsvirli şirli qablar”, “Azərbaycanın qədim və orta əsr silahları” adlı kataloq və digər nəşrləri tariximizin öyrənilməsi üçün xüsusilə əhəmiyyətlidir.

Arxeologiya elmi fond şöbəsi Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə təşkil olunan “Ordum varsa, yurdum var” sərgisinə 59 ədəd fond əşyası təqdim edib.

2020-ci ildə muzeyin yaradılmasının 100-cü ildönümü qeyd olunacaq. Yubileyə hazırlıqla bağlı müxtəlif tədbirlər həyata keçirilir. İş planında ekspozisiyanın yenilənməsi və təkmilləşdirilməsi də nəzərdə tutulur. Daş dövrü zalına əlavə olaraq üç vitrin yerləşdiriləcək.

Arxeologiya elmi fond şöbəsi yubileyə hazırlıq çərçivəsində “Milli Azərbaycan Tarixi Muzeyi və arxeoloji irisimiz” adlı kitab nəşr etdirməyi planlaşdırıb. Kitab muzeyin 1920-2015-ci illəri əhatə edən arxeoloji irsimizin öyrənilməsi və təbliği istiqamətində gördüyü işlərə həsr olunacaq.

Muzeyin 100 illiyi ilə əlaqədar, həmçinin “Xəzər Atlantidasının yadigarları” və “Sehrli çıraq” adlı broşürlər buraxılacaq. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan broşürlərdə mətnlərlə yanaşı, fond əşyalarının foto şəkilləri də yer alacaq.

Azərbaycan tari xi muzeyi ni n jurnali 2018

Uzun müddət idi ki, Bakı muzeylərini ziyarət etmək planım vardı və sonunda bunu reallaşdırdım. Düzdü qısa müddət ərzində olmadı, amma bir çoxunda ola bildim və gördüklərim məni müsbət mənada təəcübləndirdi. Xarici ölkə muzeylərində olmadığım üçün müqayisə edə biləcəyim obyekt yoxdur, ancaq gedən hər kəsin orada olduğu vaxtdan heyfslənməyəcəyinə əminəm.

Yaşıdlarımın çoxu bekarçılıqdan və etməyə bir şey tapa bilməməkdən şikayətlənir, ancaq istəsəniz Bakıda da maraqlı vaxt keçirə bilərsiniz. Muzeylər bunlardan sadəcə biridir. Azərbaycanda çox şey var sadəcə auditoriya yoxdur. Bunun niyə olmadığını isə bilmirəm. Aşağıda muzeylərdə yadda qalan hadisələrdən və ümumi müşahidələrimdən yazacam, ümid edirəm bəyənərsiniz. İkinci yazımda isə ev muzeylərindən bəhs edəcəm.

İlk getdiyim muzey Azərbaycan Tarix Muzeyi idi. Bura ikinci səfərim idi və bu dəfə muzeydə olan “açıq qapı” gününə təsadüf etmişdi. İlk dəfə gedəndə sadəcə 4 nəfər ziyarətçi görmüşdüm muzeydə, bu dəfə isə biz gələndə hardasa 20-25 nəfərlik şagird-müəllim qrupu muzeydən çıxırdı. Orda olduğum vaxt ərzində isə 10-dan çox ziyarətçi ilə qarşılaşdım. Tarix muzeyi Hacı Zeynalabdin Tağıyevin evində yerləşir və elə Hacının ev muzeyi də burdadır. Bura ev demək ədalətsizlik olar əslində, bildiyiniz saraydı :). H.Z..Tağıyevin sarayı 1895-1901-ci illərdə inşa olunub.

Muzey 3 hissədən ibarətdir. Birinci hissədə eramızdan əvvəlki dövrdən orta əsrlərə qədər olan pullar, döyüş əşyalarından, qəbirlərdən, insan qalıqlarından , geyimlərindən tutun ağlınıza gələcək və gəlməyəcək bir çox eksponatla qarşılaşacaqsınız. Bu hissədə yadda qalan eksponatlar Nəsrəddin Tusiyə, Nizami Gəncəviyə aid kitabların orijinalı həm də o dövrün insanlarının geyimləri, əşyaları, müxtəlif sikkələri, bəzək əşyaları oldu

İkinci hissə isə Tarix muzeyi adlanan bölmədir. Burada Azərbaycan tarixində yer tutan şəxslərə aid xatirə əşyaları və maraqlı eksponatlar var. Burada mənim üçün ən yadda qalan əşyalar Rəsulzadənin bədəninə dolayaraq dünyanı gəzdirdiyi bayraq, digər cümhuriyyətçilərə və maarifçilərə dair şəxsi əşyalar( Əlimərdan bəyin deputatlıq nişanı, Mirzə Ələkbər Sabirin Mir Möhsün Nəvvava hədiyyə etdiyi çarıq, dövrün hərbçilərinin silaharı, medalları, həkimlərin, aktyorların, musiqiçilərin, yazıçıların şəxsi əşyaları və s.) oldu. Bu hissədə tanıdığım və tanımadığım bir çox şəxsə aid maraqlı əşyalar da sərgilənir.

3-cü hissə isə Tağıyevlər ailəsinin yaşadığı hissədir. Buranı isə sözlərlə təsvir etmək mümkün deyil, gərək mütləq açıq gözlə görəsiniz. İstər otaqların görünüşü istərsə də əşyalar əladır. Burada ən yadda qalanlar Hacının super iş otağı və başının üzərinə asdığı şəkillərdən birinin Nadir şaha aid olması, həmçinin qonaq otağının tavanı, çoxlu oturacaqların və stolların olması, Hacının övlatlarına məxsus musiqi alətləri, Hacıya məxsus bilyard, onun kitabxanasında olan kitablar, otaqların quruluşu və bir çox maraqlı əşya oldu.

Bir də muzeydəki işçilər haqqında yazmaq istəyirəm. Birinci və ikinci hissədə olan işçilər ( əksəriyyəti gənc qızlar idi) ancaq telefonla oynayır və ya oturudular. Ancaq Hacı Zeynalabdinin ev muzeyi olan hissədə isə nisbətən yaşlı xanımlar var idi və onlar daha xoş üzlü idilər, həmçinin ziyarətçiləri müşhidə edir və məlumatlar verirdilər. Daha bir maraqlı müşahidəm qapıdakı polislə bağlı idi. O, əksər polislərimizdən fərqli olaraq çox gülərüz idi və bura da baxın, ora da baxın deyə məsləhətlər verirdi. Bu məni təəcübləndirdi açığı.

Muzey şəhərin mərkəzində yerləşir. Fransa səfirliyinin yaxınlığında, Hacı Zeynalabdin Tağıyev küçəsi, 4 ünvanında. Adi vətəndaşlara giriş 5, tələbələrə isə 2 azndir. Əgər bunu da vermək istəmirsinizsə hər ayın sonuncu bazar ertəsi pulsuz da muzeylə tanış ola bilərsiniz.

İkinci getdiyimiz yer Azərbaycan Milli İncəsənət Muzeyi idi. Açığı öncələr rəssamlıq və heykəltaraşlıq kimi sahələrlə çox da maraqlanmadığımdan orada məni nələrin gözlədiyi haqqında təsəvvürüm yox idi. Ancaq burada da müsbət mənada təəcübləndim, həm də çox. Muzeydə heykəllər, rəsm əsərləri, xalçalar, döyüş alətləri, məişət, bəzək əşyaları və bir çox incəsənət nümunələri sərgilənir. Özü də sərgilənənlər həm Azərbaycanın, həm də dünyanın bütün dövrlərinin incəsənətini əhatə edir. Əsərlər haqqında həvəskar səviyyədə nəsə deyəcək qədər məlumatlı deyiləm, ancaq bir çoxunu çox bəyəndim və mütləq getməyinizi də şiddətli şəkildə tövsiyə edirəm. Muzeydə Azərbaycan ədəbiyyatının və dünya tarixinin ən məşhur şəxslərinin heykəlləri ilə tanış ola bilərsiniz. Burada bir çox rəsm əsərləri yadımda qaldı, xalçaçılıq və döyüş alətləri olan hissə də diqqət çəkici idi. Döyüş ləvazimatları olan hissədə sərgilənən bu maska diqqətimi xüsusilə çəkdi:

Görəndə mən də Vendettaya oxşatdım, ancaq sən demə bu orta əsr Azərbaycan döyüşçüsünə məxsus imiş.

Bu muzeydə də işçilərin bir çoxu başını telefonla qatırdı, ancaq otağa girəndə ayağa qalxan və insanları muşahidə edən nəzarətçilər də yox deyildi. İncəsət muzeyi də mərkəzdə yerləşir, Filarmoniya bağının yaxınlığında, Niyazi küçəsi 9/17 ünvanında. Burada da giriş adi vətəndaşlara 5, tələbələrə isə 2 manatdır.

3-cü getdiyim muzey təsadüfən alındı. Belə ki, Muzey mərkəzinin sərgi salonunda bir sərgi ilə tanış olmağa getmişdik, lakin içəri girərkən bu binada həm də 4 müxtəlif muzeyin yerləşdiyini bildik. Bunlar Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Dövlət Din Tarixi Muzeyi ( Hasıki sovet vaxtı ateizm muzeyi olub, müstəqil olandan sonra isə dinə-imana gəlib və din muzeyi olub �� ) və Azərbaycan İstiqlal Muzeyidir. Bunlardan yalnız sonuncunu ziyarət etdim. Bunu demək yerinə düşər ki, Muzey Mərkəzi Tarix və İncəsənət muzeyləri kimi yeni təmirli deyil, ancaq onun da vəziyyəti yaxşı hesab oluna bilər.

İstiqlal muzeyindən danışmamışdan öncə Muzey mərkəzinin girişində olan çap maşını haqqında maraqlı məlumatı vermək istəyirəm. Demək, 1920 ci ilin dekabr ayında Azərbaycanın Quba qəzasının kəndliləri VIII Ümumrusiya Sovetlər qurultayının ünvanına bir vaqon alma sovqatı göndərir. V.İ.Lenin də hədiyyə üçün kəndlilərə təşəkkür edərək, almaların Moskvanın uşaq baxçaları arasında paylanması əmrini verir. Lenin zəhmətkeşlərə minnətdarlıq üçün hədiyyə olaraq mətbəə çap maşınının göndərilməsi haqqında sərəncam imzalayır. Bununla da, Azərbaycanda ilk rayon qəzeti çapa başlayır və həmin bu çap maşını da Muzey mərkəzinin girişində sərgilənir.

İndi isə İstiqlal muzeyi haqqında. Bu muzey bir o qədər də böyük deyil. Hardasa 30 dəqiqəyə gəzib qurtarmaq olar, amma məncə bu getməmək üçün səbəb deyil. Burada yadımda qalan eksponatlar Məşədi Əzizbəyovun iş masası ( Hansıki mən Cümhuriyyətçilərdən kiməsə məxsus olduğunu düşünüb böyük həvəslə şəkil çəkdirmişdim:) ), kimə aid olduğunu bilmədiyim yazı masası, Molla Nəsrəddin jurnalının, “Hophopnamə”nin, Ölülərin ilk nəşrlərinin orjinal nüsxələri, Azadlıq hərəkatı zamanı ilk dəfə qaldırılan 3 rəngli Azərbaycan bayrağı və s. eksponatlar oldu. Burada nəzarətçi sayı çox az idi və görünür bu muzey ziyarətçi sayından da kasadlıq çəkir. Orada olduğumuz vaxt ərzində 5-6 dəqiqədən bir uzaqdan baxırdılar ki, nə edirik, o qədər. Burada da giriş tələbələrə 1 manat idi.

Sonuncu ziyarət etdiyim muzey isə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi oldu. Düşünürəm ki, bir çox insan tez-tez bu binanın qarşısından keçir. Gözəl görünüşü olan bina Fəvvarələr meydanında yerləşir. Xarici görünüşü olduğu kimi binanın içi də çox maraqlıdır. Muzeyin yerləşdiyi bina 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilib. Bina 1856-1868-ci illərdə karvansara kimi fəaliyyət göstərib. Lakin sonradan tikiliyə əl gəzdirilib və müəyyən əlavələr edilib. Mühəndis A. Nikitin binanın yeni bərpa cizgilərini hazırlayıb, ikinci mərtəbədə yenidənqurma işləri aparılıb və iri zal yaradılıb. Bakı varlılarından olan Hacı Hacıağa Dadaşov binanı “Metropol” adlı hotelə çevirmək qərarına gəlib. Hal-hazırda 164 yaşı olan bina 1945-ci il may ayının 19-da – faşizm üzərində qələbədən 10 gün sonra xalqa bayram hədiyyəsi kimi muzey olaraq istifadəyə verilib.

Muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablar və sairə ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri, yazıçılara məxsus şəxsi əşyalar və s. nümayiş etdirilir. Muzeyin içərisində Azərbaycan ədəbiyyatında yer tutan bütün ədiblərə yer ayrılıb. Onların hər birinin yağlı boya ilə çəkilmiş rəsmləri, əsərlərindən ilhamlanaraq hazırlanan rəsm əsərləri və illustrasiyalar diqqət çəkir. Muzeydə Nizamiyə, Füzuliyə, Xəqani Şirvaniyə, Ş. İ. Xətaiyə, H. Zərdabiyə, H. Cavidə və başqa ədiblərə xüsusi zallar ayrılıb ki, bu zallarda həmin şəxslərə məxsus əsərlər, əlyazmalar, tablo və heykəllər, müxtəlif mədəniyyət nümunələri nümayiş etdirilir.

Muzeydə yadda qalan daha bir guşə Gəncə və Bakı şəhərlərinin keçmişdəki hallarının və ölkəmizdəki memarlıq abidələrinin gözəl düzəldilmiş maketləri idi.

Ancaq muzeydə ən sevdiyim guşə 19-20-ci əsr Azərbaycan ədəbiyyatı nümayəndələrinin şəxsi əşyalarının nümayiş olunduğu bölmə oldu. Burada Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi və Cəlil Məmmədquluzadəyə aid daha çox əşya var. Bir növ ev muzeyləri də adlandırmaq olar, çünki bu guşədə onların evlərindəki masadan, eynəklərinə, əlyazmalarına, istifadə etdikləri şəxsi əşyalara, ev əşyalarına qədər bir çox maraqlı eksponat var. Bundan başqa mənim üçün ən yadda qalan əşyalar Cəfər Cabbarlı və Mikayıl Müşfiqin tarları, Mirzə Cəlilin kamançası, 20-ci əsrdə yaşamış demək olar ki, bütün ədiblərin saatları, Yusif Vəzirə, Əbdürrəhim bəy Haqverdiyevə, Cəfər Cabbarlıya və digər 20-ci əsrin əvvəllərində yazıb-yaratmış şəxslərə aid o dövrdən qalan əşyalar oldu.

Nisbətən yeni dövrə aid olan yazıçıların da əşyaları sərgilənir ( Sovet yazıçıları və müstəqillik dövrünün yazıçıları). Bu bölmədə isə mənim üçün ən yadda qalan eksponat Şair Qabilin əşyalarının sərgiləndiyi bölmədə olan, araq şüşəsi oldu �� Həmçinin şairə aid panasonic markalı telefon da sərgilənənlər arasında idi.

Ədəbiyyat muzeyi də yeni təmir olunub və məncə olduğum muzeylər arasında ən ciddisi idi. Belə ki, etiraf edim ki, qadağan olunmasına baxmayaraq bir çox muzeydə nəzarət edən yox idi deyə telefonla şəkil çəkirdim ancaq burada girişdə telefon və çantaları aldılar və muzeyi gəzərkən muzeyin işçisi bələtçilik etdi bizə, həmçinin məlumatlar verdi. Muzeyə giriş tələbələr üçün 2 manatdır.

Müasir İncəsənət Muzeyində adına uyğun olaraq müasir incəsənət nümunələri nümayiş etdirilir. Muzey nisbətən gəncdir. 2009-cu ildə açılıb. Burada əsasən 20-ci əsrin ikinci yarısından bu günə qədər Azərbaycanda yaşayıb-yaratmış rəssam və heykəltaraşlarımızın əsərləri nümayiş etdirilir. Həmçinin muzeydə Dali, Pikasso kimi dünyaca məşhur rəssamların da əsərləri var. Ancaq muzeyi eksponatları qədər maraqlı edən onun özünün dizaynıdır. Öz orijinal görünüşü ilə muzey məncə sizi təəcübləndirəcək. Muzeyə girəndə sanki ağ bir dünyaya girirsiniz. Çünki əsas ağ rəng ön plana çıxır dizaynda. İki mərtəbədən ibarət olan muzeydə həm də kitabxana, kafe, qalereya və sərgi salonu da yerləşir. Muzeyin bir hisəsi satışda olan rəsm əsərləri üçün nəzərdə tutulub. Burada olan tabloların qiyməti 25.000 manata qədər yüksəlir. Muzey Yusif Səfərov 5 ünvanında yerləşir. Biletinin qiyməti isə tələbələr üçün 2, adi vətəndaşlar üçün 5 manatdır.

Uzun axtarışlardan sonra yerini tapdığım və çox bəyəndiyim muzeyimiz “Kənd Təsərrüfatı Muzeyi” oldu. 1924-cü ildə yaradılan muzey indiyədək bir neçə yerdə fəaliyyət göstərdiyi üçün internetdə muzeyin bir neçə fərqli ünvanı və telefon nömrəsi göstərilir. İlk cəhdimizdə gedib muzeyi yerində tapmasaq da, ikinci cəhdimiz uğurlu oldu. Öncədən deyim ki, muzey Süleyman Sani Axundov 73 ünvanında (Baytarlıq xidmətinin binaları olan yerdə, Azadlıq prospekti metro stansiyasının yaxınlığı) yerləşir. Muzey insanı elə girişdəcə təəccübləndirir. Belə ki, muzeyin lifti məşhur Mərdəkan qalası formasındadır.

Mərdəkan qalası demişkən, bu yaxınlarda orda olmaq imkanım oldu. Doğrudan da çox əzəmətli və gözəl görünüşü olan bir qaladır. Amma həmin səfərim həm də Vidadi babanı tanımağımla əlamətdar oldu. Adam həm qalada bələtçidir, həm gözətçilik edir, həm ətrafa qulluq edir. Çox bilgili insandır. Nə qədər maraqlı məlumatlar verdi bizə. Deyir ki, mən baxmasan, sən baxmasan kim sahib çıxacaq bu tarixə? Sovet vaxtı beş nəfər işləyirdi burda, indi tək mən qalmışam. Vidadi baba həm də rusca və azdan-çoxdan ingiliscə də danışır. Gələn xarici qonaqları evinə də aparır ki, ölkədən xoş xatirələrlə ayrılsınlar. Deyir arvad bezib evə adam gətirməyimdən)) Çox maraqlı insandır. Yaxşı ki, tarixə qarşı belə duyarlı insanlarımız var. Vidadi babayla söhbətimizin sonunda bu qənaətə gəldik ki, Mərdəkan qalasına biraz “əlgəzdirilsə” tək bu Qalaya gələn turist sayı ilə bütün Mərdəkanı dolandırmaq olar ��

Qayıdaq muzeyimizə. Kənd təsərrüfatı muzeyi olduqca maraqlı yerdir. Qədim zamanlardan bugünlərə qədər Azərbaycan kəndində işlənən bütün əmək alətləri, məişət əşyaları burada nümayiş olunur. Muzeydə başqa maraqlı guşələr də var. Məsələn 18-19-cu və 20-ci əsrin 50-ci illərinə aid Azərbaycan kəndlisinin ev modeli orada qurulub. Evdəki əşyalardan tutun, otaqların quruluşuna qədər. Diqqətimi çəkən digər eksponatlar dünyanın ən qədim təndirlərindən hesan olunan Karbəri təndiri, Azərbaycana gətirilən ilk yuntəmizləyən maşın, qədim tərəzi, müxtəlif vaxtlarda Azərbaycanda istehsal olunan çaxırlar, siqaretlər (Ən maraqlı adlı siqaretlər Kosmos, Qarabağ, New Freedom idi), çaylar və digər məhsullar oldu. Marağı qaçırmamaq üçün bütün eksponatlardna bəhs etmirəm amma bura da mütləq getməyinizi məsləhət görürəm. Qeyd edim ki, dünyada bu tip sadəcə 5 muzey var imiş. Muzey sanki Azərbaycan kəndinin kiçik modelidir. Giriş pulsuzdur.

Ümid edirəm bəyəndiniz yazını. Yazının ikinci hissəsində ev muzeyləri barədə yazacam. Bir daha hər birinizi boş vaxtlarınızı səmərəli keçirməyə və muzeylərimizlə tanış olmağa dəvət edirəm ��

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Страница «Milli Azərbaycan Tarixi Muzeyi The National Museum of history of Azerbaijan» есть на Facebook. Войдите, чтобы связаться с Milli Azərbaycan Tarixi Muzeyi The National Museum of history of Azerbaijan.

Страница «Milli Azərbaycan Tarixi Muzeyi The National Museum of history of Azerbaijan» есть на Facebook. Войдите, чтобы связаться с Milli Azərbaycan Tarixi Muzeyi The National Museum of history of Azerbaijan.

Milli Azərbaycan Tarixi Muzeyi The National Museum of history of Azerbaijan

@azhistorymuseum

О пользователе Milli Azərbaycan Tarixi Muzeyi The National Museum of history of Azerbaijan

Muzeyin Bakının ən gözəl memarlıq abidələrindən olan binası 1895-1896-cı illərdə, o vaxtlar şəhərin baş memarı vəzifəsini daşıyan polşalı İosif Qoslavskinin layihəsinə əsasən tikilmişdi. Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkü olan bu sarayda 1920-ci ildən bəri fasilələrlə muzey fəaliyyət göstərir. 2004-2007-ci illərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstərişi və nəzarəti ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir muzey tələbləri səviyyəsində bərpa və təmir olundu. Muzeyin yeni avadanlıqla təchiz olunması, prezidentin və hökumətin ayırdığı investisiya ilə nadir muzey ekponatlarının bir hissəsinin bərpa və konservasiya edilməsi və bunun nəticəsində tariximizin bütün dövrlərinin daha dolğun təqdim olunması indi olduğu kimi bundan sonra da muzeyi ölkənin tarixi-mədəni irsinin qoruyucusu edəcəkdir.

Похожие статьи

  • Azərbaycan respublikası dövlət neft şirkəti socar 2018

    Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR Nəzarətin olmadığı şəffaflıq və məhdud hesabatlılıq Category : SOCAR SOCAR; SOCAR; SOCAR (empresa…

  • Azərbaycan haqqında

    Azərbaycan haqqında bilmədiyiniz maraqlı faktlar “Ucuz ətin şorbası olmaz”, “Mərifət bazarda satılmır”, “Qaş qayırdığı yerdə gözü də çıxartdı” kimi…

  • Azərbaycan muzeyləri

    Azərbaycan muzeyləri Bakıda, eyni zamanda Müasir incəsənət muzeyi, Miniatür kitab muzeyi, Bakının vizit kartı hesab edilən Qız qalası, Qala tarixi…

  • Azərbaycan respublikasının əmək məcəlləsi 2018

    İlham Əliyevdən YENİ VACİB QƏRAR MƏŞĞULLUQ SAHƏSİNDƏ SOSİAL TƏMİNATLAR VERGİLƏR 2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının…

  • Azərbaycan respublikasının gömrük məcəlləsi 2018

    Azərbaycan respublikasının gömrük məcəlləsi 2018 Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük…

Comments are closed, but trackbacks and pingbacks are open.