Press "Enter" to skip to content

Elçin Səfərlinin əsərləri ilk dəfə Azərbaycan dilində

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Elçin İsgəndərzadənin əsərləri beş cilddə nəşr edilib

“Vektor” Beynəlxalq Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə alim, şair-publisist Elçin İsgəndərzadənin əsərləri beş cilddə nəşr edilib.

Edebiyyatqazeti.az Azərtac-a istinadən xəbər verir ki, beşcildliyə müəllifin müxtəlif illərdə yazdığı və sistemli şəkildə seçilmiş əsərləri toplanıb.

Beşcildliyin birinci cildinə şairin şeirləri, ikinci cildinə poemaları, üçüncü cildinə məqalələri, kitablara yazdığı “Ön söz” və rəylər, dördüncü cildə müsahibələr, esselər, tərcümələr, beşinci cildə isə müəllif haqqında ayrı-ayrı söz, sənət, ədəbiyyat xadimlərinin dedikləri, yazdıqları toplanıb.

Qeyd edək ki, cildlərin “Ön söz”ündə Xalq şairləri Məmməd Arazın, Zəlimxan Yaqubun, Nəriman Həsənzadənin vaxtilə müəllif haqqında dedikləri fikirləri yer alıb. Bu yazılarda şairin zəngin, çoxsahəli yaradıcılığından, doğulub boya-başa çatdığı doğma Şuşa həsrətindən, el-obasının nisgilindən, yurd yanğısından, əzəli-əbədi torpaqlarımıza qayıtmaq arzusundan, ədəbiyyatımıza və incəsənətimizə gətirdiyi zənginlikdən bəhs olunur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Elçin Səfərlinin əsərləri ilk dəfə Azərbaycan dilində

Müasir Azərbaycan ədəbiyyatının ən tanınmış simalarından biri, yazıçı Elçin Səfərlinin əsərləri Azərbaycan dilində “TEAS Press” Nəşriyyat Evində nəşr olunacaq. Əsərlərini rus dilində qələmə alan Elçin Səfərli kitabları postsovet məkanı ölkələrində və Türkiyədə ən çox satılan yazıçılardandır. O, müasir Azərbaycan ədəbiyyatını dünyada uğurla təmsil edən qələm sahiblərindən biridir.

“TEAS Press” Nəşriyyat Evindən AFN-ə verilən məlumata görə, uzun müddətdir ki, ölkədən kənarda yaşayan məşhur azərbaycanlı yazıçının kitablarının Azərbaycan dilində nəşri missiyasını üzərinə götürməklə ədəbiyyatımıza böyük töhfə verəcəyini düşünür.

Elçin Səfərli əsərlərinin yaxınlarda Azərbaycan dilində çap olunacağından fəxr etdiyini bildirib: “Bu mənim çoxdankı arzum idi. Digər sevindirici məsələ kitablarımın “TEAS Press” Nəşriyyat Evi tərəfindən çap edilməsidir. Bu peşəkar komanda ilə bu yaxınlarda tanış olmuşam və bundan çox məmnunam. Arzuma çatdım. Arzulara siz də inanın, sizə inanmayanlara qulaq asmayın və nə qədər çətin də olsa, öz yolunuzla getməkdə davam edin. Sizi daha da həvəsləndirən və arzularınızı reallaşdıra biləcək birinə mütləq rast gələcəksiniz. İyunun əvvəlində görüşənədək, sevimli oxucum !”

Elçin Səfərli 2008-ci ildən yaradıcılığa başlayıb, bu günə kimi xaricdə 15-dən çox kitabı böyük tirajla çap edilib. “Bosforun şirin duzu” adlı ilk kitabı ona böyük şöhrət qazandırıb.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az

Comments are closed, but trackbacks and pingbacks are open.