Press "Enter" to skip to content

Qaraxanilər dövləti

Bundan sonra qaraxanilər Xorasanı tutdular. Qaraxanilər ordusunun sərkərdələri Cəfər –Tiqin, Subaşi-Tiqin Xorasanı şəhərləri Herat və Bəlxi tutdular. Nəticədə Qaraxanilər dövləti Mərkəzi Asiyanın böyük bir dövlətinə çevirildi. Qaraxanilər hakimiyyətə gəldikdə Mərkəzi Asiya əyalətlərinin çoxunda yerlərdə hakimlər karluklar idilər. Karluk və çiqil tayfalarından olan bəylər Qaraxanilərə qulluq etməklə mövqelərini saxlamışdılar. Harun Buqra xandan sonra onun yerinə İlik xaqan (müsəlmanca adı Əhməd-998-1017) keçdi. O Səmərqəndi və Buxaranı işğal etdi. 1024-1025 –ci illərdə Qaraxanilər dövlətində hakimiyyət Qaraxani sülaləsinin başqa bir qolundan olan Yusif Qədir xana keçdi. O, əvvəlki Qaraxanilər xaqanı Əli-Tiqinə qarşı mübrizəyə başladı və hakimiyyəti ələ keçirdi.

Türk xalqları tarixinə giriş, onun məqsəd və vəzifələri Plan

Türk xalqları tarixinə giriş, onun məqsəd və vəzifələri
Plan:
1. Türk xalqları tarixinin məqsəd və vəzifələri
2.Türk xalqları tarixinin ən yeni dövrünün tarixşünaslığı
3.Türk xalqları sovetlər dövründə
4.Türk xalqları müstəqillik dövründə
Ədəbiyyat:
1.İsmayılov İ.Türk dünyası XX əsrin 90-cı illərində. Bakı, Zaman, 2001
2.Məmmədli N. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə. Bakı,2005
3.Əliyev A., Qasımov N. “İpək yolu” bəşəriyyətin tərəqqi yoludur. Bakı, Səda,1999
4.Saray M. Yeni Türk Cümhuriyyetleri tarihi. A.,Bilig,1999
5.Özdemir,Emin.20.Yüzyılın Başlarında Kazakistanda Fikir Hareketleri, Yayınlanmamış Doktora Tezi, Gazi Üniversitesi Sosyal Bilimler Enstitüsü, Ankara,2007
6. Əli Şamil.Тürkçülüyün qurbanları,Bakı,«Elm və təhsil», 2013
7. 9.Qurbanov R.Türk xalqlarının tarixi. II cild, Bakı, 2011
8.Mahir Kaynak. Büyük Orta Dogu projesi ve Türkiye üzerine stratejik analizler. İstanbul, 2005.
9. Saray Mehmet. Yeni Türk Cümhuriyyetleri tarihi. Ankara,1996.
10. Suat _lhan. Türklerin geopolitigi ve Avrasyacılıq. Ankara, 2005.
11. Bilge Suat. Türkiye-Sovyetler Birliyi iliskileri. Ankara,1992.
12. Aydın T. Türkiye Orta Asiya türk cümhuriyyetleri arasında ekonomik iliskiler. Yeni türk dergisi, 1997, 15.
Tarixin müxtəlif mərhələlərində türk xalqlarının həyatı cürbəcür, bəzən isə hətta onların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə qarşılaşmışdır. Ancaq türk xalqlarının ulu tarixin dərinliklərindən keçib gələn zəngin kökləri, bir-birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdə imtahanlardan, sınaqlardan mətanətlə çıxarmış və bugünki günlərə gətirib çıxarmışdır. Bu xalqlar tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və qiymətli bədii əsərləri, müsiqisi ilə onun parlaq səhifələrini yaratmışlar.
Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular.
SSRİ-nin dağılması və soyuq müharibənin qurtarması ilə dünyada ikiqütblü münasibətlər distemi başa çatmış və yeni müstəqil dövlətlər yaranmışdı. SSRİ-nin dağılma prosesinin ilkin əlamətlərinin göründüyü region kimi xarakterizə olunan Mərkəzi Asiya hadisələrin gedişatında ən qaynar nöqtə olmuş və Sovetlər İttifaqının süqutundan sonra burada müstəqil dövlətlər yaranmışdır. Yeni dövlətlərdən Tacikistan istisna olmaqla, digər beşi – Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan türk respublikalarıdır. Bütün postsovet məkanında olduğu kimi, yeni türk dövlətləri də keçid dövrünün mərhələlərini keçməkdə və müstəqilliyin siyasi, iqtisadi bünövrəsini möhkəmləndirməkdədirlər.
Еyni soydan olan və tarixə öz möhürünü vurmuş bu “Tanrı ordusu türklər”i indiki anda siyasi, dеmoqrafik və coğrafi baxımdan yеddi ana qrupa bölmək olar:
1. Müstəqil dövlətləri olan türklər. Bunlar sırası ilə aşağıdakılardır:
Azərbaycan Rеspublikası; Qazağıstan Rеspublikası; Qırğızıstan Rеspublikası;
Quzеy Kipr Türk Rеspublikası; Özbəkistan Rеspublikası; Türkiyə Rеspublikası;
Türkmənistan Rеspublikası.
Əfsuslar olsun ki, Quzеy Kipr Türk Rеspublikası Türkiyə dövlətindən başqa hеç bir dünya dövləti tərəfindən rəsmən tanınmamışdır.
2. Rusiya Fеdеrasiyası tərkibində yarımmüstəqil ərazi Muxtariyyəti olan türklər:
Başqırdıstan Muxtar Rеspublikası; Tatarıstan Muxtar Rеspublikası.
3. Ayrı-ayrı dövlətlərin tərkibində yalnız ərazi Muxtariyyətı olan türklər:
Çuvaş Muxtar Rеspublikası (Rusiya Fеdеrasiyası tərkibində);
Qaqauz Muxtar Yеri (Moldaviya Rеspublikası tərkibində);
Xakas Muxtar Vilayəti (Rusiya Fеdеrasiyası tərkibində);
Kırım Muxtar Rеspublikası (Ukrayna Rеspublikası tərkibində);
Tuva Muxtar Rеspublikası (Rusiya Fеdеrasiyası tərkibində);
Yakut (Saka) Muxtar Rеspublikası (Rusiya Fеdеrasiyası tərkibində);
Dağlıq Altay Muxtar Vilayəti (Rusiya Fеdеrasiyası tərkibində).
4. Ayrı-ayrı dövlətlərin tərkibində hеç bir siyasi bağımsızlığı olmayan və ayrı-ayrı xalqlarla birgə ərazi Muxtariyyətı olan türklər:
Qaraçay-Çərkəz Muxtar Vilayəti (Rusiya Fеdеrasiyası tərkibində);
Kabardin-Balkar Muxtar Rеspublikası (Rusiya Fеdеrasiyası tərkibində);
Sincan-Uyğur Muxtar Bölgəsi (Çin Xalq Rеspublikası tərkibində).
Sincan-Uyğur Muxtar Bölgəsinin tərkibində əsas yеri tutan Uyğur türklərindən başqa müxtəlif еtnik qrupları təşkil еdən bеş Muxtar əyalət vardır. Bunlar İli Qazax Türklərinin Muxtar Əyaləti, Qızılsu Qırğız Türklərinin Muxtar Əyaləti, Boro Tala Moğol Muxtar Əyaləti, Bayanqol Moğol Muxtar Əyaləti və Çanq-Çi Muxtar Əyalətidir.
5. Ayrı-ayrı dövlətlərin tərkibində hеç bir siyasi bağımsızlığı və ərazi Muxtariyyətı olmayan türklər:
Günеy Azərbaycan türkləri (İran İslam Rеspublikası tərkibində);
Günеy Türküstan türkləri (Əfqanıstan Rеspublikası tərkibində);
Kərkük türkləri (İraq Rеspublikası tərkibində);
Kumık türkləri (Rusiya Fеdеrasiyası Dağıstan Muxtar Rеspublikası tərkibində);
Batı Trakya türkləri (Yunanıstan Rеspublikası tərkibində);
Noqay türkləri (Rusiya Fеdеrasiyası Stavropol Vilayəti və Muxtar Rеspublikası tərkibində);
6. Yaşadıqları ölkələrdə еtnik azlıq təşkil еdən türklər:
Bolqarıstan türkləri (Bolqarıstan Rеspublikasında);
Rumınya türkləri (Rumınya Rеspublikasında);
Makеdoniya türkləri (Makеdoniya Rеspublikasında);
Kosova, Priştina və Draqaş türkləri (Kеçmiş Yuqoslaviya Fеdеrativ Rеspublikasında);
Karaim türkləri (Kırım, Litva, Ukrayna, İsrail və Polşada).
7. Siyasi və iqtisadi səbəblər üzündən ayrı-ayrı ölkələrdə yaşayan türklər:
a) Siyasi səbəblər üzündən:
Məhsəti və ya Axısxa türkləri (Dünyanın müxtəlif ölkələrində);
Kırım türkləri (Dünyanın müxtəlif ölkələrində);
Günеy Azərbaycan türkləri (Dünyanın müxtəlif ölkələrində);
Tatarlar (Dünyanın müxtəlif ölkələrində).
b) İqtisadi səbəblər üzündən:
Ayrı-ayrı Avropa ölkələrində yaşayan türklər;
ABŞ və Kanadada yaşayan türklər;
Avstraliyada yaşayan türklər;
Yaponiyada yaşayan türklər;
Səudiyyə Ərəbistanı, Kuvеyt, Liviya və başqa ərəb ölkələrində yaşayan türklər.
Türk xalqları tarixinin ən yeni dövrünün öyrənilməsini aşağıdakı kimi qruplaşdırmaq olar:1.Vətən tarixşünaslığı- Bu qrupa daxil olduqca məhdud sayda ədəbiyyatda problemin Azərbaycanla əlaqəli müəyyən istiqamətləri araşdırılıb.
İ. İsmayılovun ( “Türk dünyası XX əsrin 90-cı illərində” 2001 ), Z.Məmmədovun ( “Ən yeni iqtisadiyyat: monetar siyasət, finans kapitalının qloballaşması, media və Türkiyə iqtisadiyyatı” 2001) əsərlərində türk dünyasının XX əsrin 90- cı illərində geopolitik durumu, Türkiyənin Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə iqtisadi münasibətlərinin ümumi səciyyəsi, Türkiyə iqtisadiyyatının inkişaf tempi məsələlərinə toxunulub. Professor İ.İsmayılovun əsəri bu istiqamətdə atılmış ilk addımlardandır. Kitabda daha çox türk dünyasının tarixi şəxsiyyətlərinin bioqrafiyasına geniş yer verildiyindən SSRİ-nin dağılmasından sonra Mərkəzi Asiyada yaranmış ictimai- siyasi vəziyyət haqda tam təsəvvür yaranmır. Mənbə bazasının zəifliyinə görə müəllif daha çox kütləvi informasiya vasitələrinin materiallarından istifadə edərək ümumiləşdirmələr aparıb. İqtisad elmləri namizədi Z.Məmmədov müasir dövrdə Türkiyə iqtisadiyyatının inkişaf meylləri, inflyasiya və onun səbəbləri, maliyyə kapitalının təmərküzləşməsi problemlərini araşdırmışdır. Qloballaşma şəraitində Türkiyə iqtisadiyyatının rolu məsələləri istiqamətində tədqiqat, T.Ozalın “iqtisadi möcüzələr” inin region və türkdilli dövlətlər üçün optimal model olduğu göstərilmişdir. Z.Məmmədov monoqrafiyanın hazırlanmasında son vaxtlarda Türkiyədə nəşr olunmuş elmi ədəbiyyatlardan geniş istifadə etmişdir. İlk dəfə olaraq onun əsərində Mərkəzi Asiyanın türk respublıkalarının Türkiyə ilə iqtisadi əlaqələrinin bəzi aspekləri barədə mülahizələr irəli sürülmüşdür. A.Əliyev, Ə.Qasımov, N.Qasımovun (“İpək yolu”bəşəriyyətin tərəqqi yoludur” 1999), həmçinin Z.Səmədzadənin (“Dünya iqtisadiyyatı. Çin “ iqtisadi möcüzəsi” 2001) kitabları tarixi ipək yolunun yenidən dirçəldilməsi, ipək yolunun bərpası üzrə Beynəlxalq Bakı Konfransının materialları və Avropa Birliyinin bu nəhəng layihəsinin gerçəkləşəcəyi tədqirdə onun Azərbaycanın və bütövlükdə türk dünyasının inteqrasiya prosesində önəminə həsr olunub.Akademik Z.Səmədzadənin monoqrafiyasiyası tarixi İpək yolunun bərpası və region ölkələri üçün əhəmiyyətindən bəhs edir. Əsərdə Avropa Birliyinin TRASEKA proqramı çərçivəsində nəqliyyat- kommunikasiya şəbəkəsinin genişləndirilməsinin yaxın gələcəkdə regional inkişafa təkan verəcəyi, inteqrasiya prosesini sürətləndirəcəyi əsaslandırılmışdır. D.Vəliyev və Y.Babayevin 1990- cı illərin əvvəllərində nəşr olunmuş əsərində (“Türkiyə, T.Ozal İqtisadi möcüzələr.” 1990) T.Ozalın “iqtisadi möcüzələr”i konkret rəqəmlər və maraqlı ümumiləşdirmələrlə diqqəti cəlb edir. Kitab Türkiyə iqtisadiyyatının, xüsusən T.Ozal islahatlarının öyrənilməsi yolunda ilk addımlardandır.
2.Türkiyə tarixşünaslığı. Türkiyədə nəinki Mərkəzi Asiyanın, həmçinin, dünyaya səpələnmiş türk etnik azlıqlarının sosial-iqtisadi, mədəni və siyasi həyatı barədə genişmiqyaslı tədqiqatlar aparılmışdır. Xüsusən, SSRİ-nin dağılmasından sonra türk dünyası və müasir şəraitdə Türkiyənin regionda roluna dair bir çox əsərlər yazılmışdır. Professor M.Saray (“Yeni türk cümhuriyetleri tarihi “ 1999) yeni yaranmış türk dövlətlərinin tarixi üzərində araşdırmalar apararkən XIX əsrin ikinci yarısından başlayaraq XX əsrin sonlarına kimi böyük bir dövrü tədqiqata cəlb etmişdir. Çarizmin müstəmləkə siyasəti, regionun sosial – iqtisadi vəziyyəti, sovet Rusiyası tərəfindən Orta Asiya və Qazaxıstanın yenidən işğalı və bundan sonrakı proseslər ensiklopedik formada tədqiqatda öz əksini tapıb. SSRİ- nin dağılması və yeni türk respublikalarının yaranması prosesi təsvir olunub, SSRİ əhalisinin 1989- cu il siyahıyaalınması əsasında regionun etnik durumu barədə təhlil aparılıb. Professor M.Saray 1991- ci ilin avqust qiyamı zamanı Mərkəzi Asiyada olduğundan bu zaman regionun hər bir respublikasında yaranmış ictimai- siyasi vəziyyətlə bağlı maraqlı məlumatları əsərinə cəlb etmişdir. Onun kitabı regionda müstəqil dövlətlərin yaranması prosesini izləmək üçün zəngin informasiya yükünə malikdir. İ.Uludağın (“Sovetlər Birliyi sonrası bağımsız türk cümhuriyyetleri və türk qruplarının sosial ekonomik analizi, Türkiye ile ilişkiler” 1992) tədqiqatında əsas diqqət Türkitə ilə iqtisadi münasibətlərə, yeni yaranmış türk respublikalarının sosial- iqtisadi durumunun təhlilinə həsr olunmuşdur. H. Doğanayın ( “Türkiyenin coğrafi konumu və bundan kaynaklanan diş tehditler.”1989), V.Gumpelin (“Orta Asiya cümhuriyyetlerinde ekonomik gelişmeler ve Türkiyenin katkıları “ 1998) araşdırmaları soyuq müharibədən sonra Türkiyənin dünyada geostrateji mövqeyi, yeni yaranmış türk respublikalarının inteqrasiya problemlərinə həsr olunub. Müəlliflər daha çox problemin nəzəri tərəflərinə geniş yer ayırdığından subyektiv mülahizələr üstünlük təşkil edir. Türkiyə tarixşünaslığında da Türkiyə İş Birliyi və Kalkınma Ajansının (TİKA) sifarişi ilə aparılmış tədqiqatlar iqtisadi münasibətləri öyrənmək baxımından qiymətlidir.R.Abasovun (“ Bağımsız Kırğızıstan, İpek yolunda 10 zor yıl “2002), T.Aydının (“Türkiye Orta Asiya türk cümhuriyyetleri arasında ekonomik ilişkiler” 1997), P.Akçalının (“Orta Asiya türk cümhuriyyetlerinin bağımsızlıq dönemi temel sorularına genel bir bakış “2001) mövzuyla bağlı tədqiqatlarında yeni türk respublikalarının müstəqillik əldə etməsi, dövlət quruculuğu prosesində meydana çıxan problemlər, Türkiyənin bu istiqamətdə ardıcıl siyasət yürütməsi məsələlərindən bəhs olunur. Mərkəzi Asiyanın spesifik xüsusiyyətləri içərisində regionun etnik mənzərəsini daha çox tədqiqatına cəlb edən I.Ballın “Avrasiya Etüdlər”, “Bilik Dərgisi” və s. jurnallarda çap etdirdiyi məqalələrdə irəli sürdüyü elmi mühakimələri maraqlıdır. Onun əsərlərində SSRİ- nin dağılması ərəfəsində regionda islsm dininə qayıdış, etnik özünüdərk və bunun Türkiyə ilə münasibətlərə təsiri məsələləri işıqlandırılır. F.Hüseynov (“Avropa Birliyi – Türk cümhuriyyetleri ve Türkiye.” 1995) Türkiyə və Avropa Birliyi münasibətlərinin Türk dünyasına verəcəyi siyasi- iqtisadi dividentləri təhlil edir, bu baxımdan Türkiyənin təşəbbüsü ilə yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının mühüm perspektivlər vəd etdiyi qənaətinə gəlir. Türk tarixçiləri T.Kauran (“Hayır diye bilen Türkiye.”1995), H.Doğanay (“Türkiyenin coğrafi konumu ve bundan kaynaklanan dış tehditler”1989), R.Ozey “dəmir pərdə” aradan qalxdıqdan sonra Türkiyənin geopolitik əhəmiyyətinin, yeni dünya düzənində siyasi çəkisinin daha da artmasından bəhs edirlər. “Soyuq müharibə” zamanı NATO- nun Şərq sərhədlərini qoruyan Türkiyənin artıq birqütblü dünyada əvvəlki missiyasını yerinə yetirilməsinə lüzum qalmadığını əsaslandıran Qərb tədqiqatçılarının fikirlərinə rəğmən, yeni türk dövlətlərinin yaranması və NATO- nun Şərqə doğru genişlənmə planını uğurla həyata keçirməsi səbəbi ilə Türkiyənin geopolitik əhəmiyyəti az aktuallığını qoruyub saxlamışdı. Türk tədqiqatçılarının qənaətincə, dəyişən reallıqlarda Türkiyə aktiv xarici siyasət kursunu daha da intensivləşdirməli və bu konteksdə yeni yaranmış türksoylu dövlətlərlə münasibətlərə xüsusi önəm verməlidir.
3.Mərkəzi Asiya respublikalarında bu istiqamətdə aparılan araşdırmalar təşkil edir. V.V.Amelin (“Межнациональное конфликты в республиках Средней Азии, и роль общественных движений и политических партий в их разрещении.” 1992 ), A.M.Bespalov (“Роль молодежных организациив процессе обновления советского общества.” 1991), B.Karsanov (“ Общественно- политическая жизнь Казахстана.” 1995), 1991- 2001-ci illərdə regionun ictimai- siyasi həyatı üçün mühüm əhəmiyyət kəsb edən çoxpartiyalı sistemə keçid, ziyalıların rəhbərliyi ilə çoxsaylı ictimai hərəkatların yaranması, gənclər təşkilatlarının yeniləşən sovet cəmiyyətində rolu məsələlərindən bəhs etmişlər. İ.Feyzullayev ( «Процессы укрепления государственной независимости Узбекистана» 1999). Özbəkistanın dövlət müstəqilliyinin möhkəmlənməsinin nəzəri və siyasi əsaslarının mahiyyətini, dövlət quruculuğu prosesi, regionda demokratik təsisatların formalaşması məsələlərini tədqiqatına cəlb etmişdir. Mərkəzi Asiya tarixşunaslığında ölkə prezidentlərinin – İ.Kərimov, N.Nazarbayev və S.Niyazovun kitabları mühüm yer tutur. Bu əsərlər sözügeden ölkələrin müstəqillik əldə etməsi, dövlət quruculuğu prosesinde meydana çıxan problemlər və onların həlli, xarici siyasət məsələləri, ölkə iqtisadiyyatının dirçəldilməsində investisiya layihələri, beynəlxalq təşkəlatlarla əməkdaşlıq, regional milli təhlükəsizlik və s. aspektləri izləməyə imkan verir.
4. Rusiya və Qərb alimlərinin araşdırmaları daxil edilmişdir. V.Komorov(“Инвестиции в странах Централъной Азии и Закафказъя.”2000). Ə.Urazova (“Тенденция развития экономического сотрудничества Турции с постсоветскими тюркскими государствами.”). Mərkəzi Asiya respublikalarının bazar iqtisadiyyatı münasibətləri şəraitində inkişaf meyllərini tədqiq etmişlər. Müəlliflər regionun karbohidrogen ehtiyatlarının istismarı və dünya bazarına nəqli üçün iri investisiyaların cəlb olunmasının zəruriliyini vurğulamışlar. Müstəqilliyin ilk illərində investisiya risklərinin böyük olmasına baxmayaraq, Türkiyənin regionda fəal iqtisadi siyasət yürütməsi, türk iş adamlarının müştərək layihələr reallaşdırması Mərkəzi Asiyanı dünyanın maliyyə təşkilatları və biznes qurumları üçün cəlbedici etmişdir. Qırğızıstanın milli təhlükəsizliyi üçün böyük problem kimi qiymətləndirilən terrorizm və Batıken hadisələri N.Omuraliyev, A.Elebayevanın (70) araşdırmalarıda öz əksini tapıb. Terrorçu dəstələrin 1999-cu ilin yay və payızında respublikanın sərhədlərini pozması bütün region dövlətlərinin birgə səyi ilə aradan qaldırılsada ciddi narahatlıq doğurmuşdur. Bundan sonra region alimləri terror təhlükəsi və bununla əlaqəli digər problemlərin tədqiqinə geniş yer ayırmışlar. Qərb tədqiqatçıları A.Bohr, A.Banuarizi, Morton və s. əsərlərində daha çox geostrateji məsələlərə önəm vermişlər. Amerikan analitiki Z.Bjezinski (“Великая шахматная доска.”2002) Mərkəzi Asiyanı Avropanın Balkanları ilə müqayisə etmış, burada maraqları kəsişən iri güc mərkəzlərinin, o cümlədən, ABŞ-ın strategiyası barədə fikirlərini açıqlamışdır.
1916-cı ilin axırlarında-1917-ci ilin əvvəllərində ölkədə inqilabi mübarizə o qədər gücləndi ki, bu mübarizə çar mütləqiyyətini kökündən sarsıtdı. İmperialist müharibəsinə qarşı xalqın etirazı, çarizmə və kapitalist zülmünə qarşı fəhlələrin mübarizəsi, mülkədar torpaq sahibliyini ləgv etmək uğrunda kəndli hərəkatı, milli zülmü ləgv etmək uğrunda Rusiyanın ucqarlarında yasayan xalqların mübarizəsi vahid axın halında birləşirdi.
1917-ci il fevralın 26-da Baş nazir Dumanın buraxılması əmrini verdi. Baş nazir çarın adından Dumanın buraxılması əmrini versə də onun əmri yerinə yetirilməmişdi. Əsgərlərin çoxu əmrə itaət etmirdi. Rodziyenkonun sədrliyi altında
müvəqqəti Duma komitəsi yaradıldı. Bu komitədə ifrat sağlar və bolşeviklərdən başqa bütün partiyaların nümayəndələri vardı. Nümayişə çıxan fəhlələr, sənətkarlar və əsgərlər hökumətə qarşı mübarizə aparırdılar. 1905-ci il inqilabından sonra inqilabçıların kimisi öldürülmüş, kimisi Sibirə sürgün olunmuş, bir qismi də Qərb ölkələrinə qaçaraq canlarını qurtarmışdılar.Birdən-birə partlayan bu inqilaba istiqamət verəcək liderlərə ehtiyac vardı.
Xalq həbsxanalara hücum edərək məhkum və həbsdə olanları azad etdi.Onların arasında sosial-demokratların, bolşevik və eserlərin də liderləri vardı. Bu partiyaların nümayəndələri zavodlara, fabriklərə gedərək iğtişaşın artmasına çalışdılar.Duma yerləşən Tavriya sarayına yollandılar. Sovetin toplanması üçün başlanan hazırlıq işlərində iştirak etdilər. Bu çalışmaların nəticəsində tezliklə Müvəqqəti İcra Komitəsi yaradıldı. Həmin axşam yəni, fevralın 27-də Peterburq Sovetinin toplanmasına qərar verildi. Menşevik liderlərindən Çxeidzenin sədrliyi altında o axşam Peterburq Soveti toplandı və inqilabın qələbə çaldıgını elan etdi. Qərara alındı ki, fəhlə soveti bundan sonra “Fəhlə və əsgər deputatları Soveti” adlandırılsın.“İcra Komitəsi” və başqa komissiyalar bu Sovetə daxil oldular. Duma müvəqqəti komitəsi sonradan Lvovun rəhbərliyi altında yenidən yaradılaraq Müvəqqəti hökumət adını aldı. Lakin ölkə daxilində bu hökumətin heç bir etibarı və nüfuzu olmadı.
Beləliklə, ölkədə iki hakimiyyət-Müvəqqəti hökumət və fəhlə-əsgər deputatları soveti yaradılmışdı. Xalqın inqilabdan həllini gözlədiyi məsələlər aşagıdakılar idi:
1. Rusiyanın müharibədən çıxaraq sülh əldə etməsi və gizli müqavilələrin ləgvi.
2. Müəssislər məclisinin tezliklə toplanması.
3. Torpaq islahatı problemi.
4. İşçilərin fabriklər üzərində nəzarət məsələləri.
5. Ölkənin hər yerində bərbad və dağınıq olan istehsalın yenidən təşkil edilməsi.
6. Rus əsarətində olan millətlərin hüquq və azadlıqlarını əldə etməsi.
Müvəqqəti hökumət və Sovetlər bu məsələlərin heç birini həll edə bilmədilər. Partiyalar bir-birləri ilə çəkisir və nə edəcəklərini bilmirdilər. Fevral inqilabının başladığı gündən qərarsızlıq hər tərəfdə baş alıb gedirdi. Müvəqqəti hökumətin üzvlərindən tutmuş polis məmuruna, vətəndaşa qədər bütün siniflərdən olan insanlar inqilabın gedişində müəyyən bir aydınlıq görmürdülər. Peterburq və Moskvanın ardınca inqilabi çıxışlar bütün ölkəni bürüdü. Gizli fəaliyyət vəziyyətindən çıxan bolşeviklərin rəhbərliyi altında fəhlələr işi dayandırır, nümayişlər təşkil edir, polisi tərksilah edir, siyasi məhbusları həbsxanalardan azad edir, çar hakimiyyəti orqanları nümayəndələrini vəzifədən götürür və Sovetlərə deputatlar seçirdilər. Yerlərdə fəhlələrin çıxışı, əsgərlərin də onlara qoşulması köhnə hökumət orqanları tərəfindən hər cür müqavimət göstərilməsi imkanını aradan qaldırdı.
Mütləqiyyətin devrilməsi xəbəri alındıqdan sonra milli ucqarlarda o cümlədən, Orta Asiyada, Volqaboyu və Sibirdə fəhlələr və əhalinin demokratik təbəqələri Sovetlər yaratmağa, köhnə hakimiyyət orqanlarını ləğv etməyə başladılar. Orta Asiyanın şəhər, qışlaq və aullarında kütləvi mitinq və nümayişlər baş verirdi. Orta Asiyada birinci olaraq martın 3-də Daşkənd fəhlə deputatları Soveti, martın 5-də isə əsgər deputatları Soveti yarandı və az sonra bunlar fəhlə və əsgər deputatları Sovetində birləşdilər. Rus əhalisi yaşayan qəsəbələrdə kəndli deputatları Sovetləri, yerli əhali içərisində isə müsəlman fəhlə deputatları Sovetləri və müsəlman zəhmətkeş ləri ittifaqı yaranırdı.
1917-ci il oktyabr çevrilişindən sonra hakimiyyətə gələn bolşeviklər bərabərlik və xalqların öz müqəddəratını təyinetmə prinsipini irəli sürsə də işdə imperiyanın keçmiş müstəmləkələrindən olan xalqlara öz talelərini özlərinin həll etmələrinə imkan verilmədi. Rusiyanın başqa ucqarlaırnda oldugu kimi, Orta Asiyada da Sovetlər hakimiyyətinin yaradılması uğrunda mübarizə oktyabr inqilabının tərkib hissəsi idi. Burada Sovetlərin qələbəsi Kommunist partiyası başda olmaqla fəhlə sinfinin rəhbərliyi altında baş verirdi.
1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının yaradıldığı elan edildi.
1925-ci ilin fevralında Özbəkistan və Türkmənistan respublikalarının Sovetlər qurultayları keçirildi. Həmin qurultaylarda bu respublikaların SSRİ tərkibinə daxil olması haqqında qərarlar qəbul edildi. 1925-ci il mayın 13-də SSRİ-nin üçüncü Sovetlər qurultayı Özbəkistan SSR-ni və Türkmənistan SSR-ni Sovet Sosialist Respublikaları İttifaqı tərkibinə qəbul etdi. 1936-cı ilin 5 dekabrında isə Qırğızıstan və Qazaxıstan Muxtar Sovet Sosialist Respublikaları RSFSR-in tərkibindən çıxarılaraq rəsmi olaraq SSRİ-nin tərkibinə daxil edildilər. Həmçinin Qaraqalpaq muxtar vilayəti Özbəkistan SSR-in tərkibinə birləşdirildi.
Orta Asiya respublikalarında bərpa dövrü bir qədər uzun çəkdi. Orta Asiyada mülkədar torpaq sahibliyi 1925-1927-ci illərin torpaqsu islahatına qədər mövcud idi. Torpaq-su islahatları torpaq və su üzərində yerli əhali ilə buraya köçürülmüş kəndlilərin hüquqlarını bərabərləşdirdi. Orta Asiyada xalq təsərrüfatının bərpası yalnız 1927-1928-ci illərdə başa çatdırıldı.
Sənayeləşdirmə birinci növbəli vəzifə kimi hələ 1925-ci ilin sonunda irəli sürülmüşdü. Ənənəvi sənayeləşdirmədən fərqli olaraq SSRİ-də sənayeləşdirmənin ağır sənayenin inkişafından, istehsal vasitələri istehsalından başlanması nəzərdə tutulurdu. Bu xətt “sosialist sənayeləşdirməsi” adlandırılırdı. Onun başlıca məqsədi ölkənin sosial-iqtisadi geriliyini aradan qaldırmaqdan, iqtisadi cəhətdən xaricdən asılılığı yox etməkdən, ilk növbədə baza sənaye sahələrini inkişaf etdirməkdən ibarət idi.
Zəruri maddi və maliyyə vəsaitlərinin olmaması üzündən bu vəzifələrin yerinə yetirilməsi ləngiyirdi. Dünya ölkələri də ictimai qurulusu yad bir ölkəyə yardım etmək, borc vermək istəmirdilər. Yeganə yol bu vəsaitləri daxildə tapmaq idi.Bunun üçün ölkədə olan vəsaitlərin bölgüsünü daha çox mərkəzləşdirmək, ona möhkəm nəzarət etmək tələb olunurdu. Bu da mərkəzləşdirilmis planlaşma əsasında mümkün idi. Ona görə də 1927-ci ildə ilk beşillik plan hazırlandı. O, 1928-1932-ci illəri əhatə edirdi. Planda ölkəni sənayeləşdirmək üçün daxili ehtiyat mənbələrində istifadə olunması ön plana çəkilirdi.
Sənayeləşmə gedişində ciddi səhvlərə də yol verilmişdi. İlk növbədə sənayeləşmə kütlələrin, xüsusən kəndlilərin dilənçiləşməsi hesabına aparılmışdı. İkinci, sənayeləşmə, xüsusən ağır sənayenin inkisafı çox sürətlə aparılmışdı. Bu da əhalinin istismarı hesabına edilmişdi. Üçüncüsü, sənayeləşmə siyasəti SSRİ-nin totalitar dövlət kimi formalasmaşının başlıca şərti olmuşdur. Dördüncüsü, sənayeləşmə Sovet imperiasının mustəmləkəçilik siyasətini daha da gücləndirmişdi. Ucqarlar, o cümlədən türk xalqları yaşayan ərazilər sənaye üçün xammal mənbəyinə çevrilmişdilər.
20-ci illərdə həyata keçirilən tədbirlərdən biri də kollektivləşdirmə siyasəti idi. Burada məqsəd fərdi kəndli təsərrüfatlarını kolxoz və sovxozlarda birləşdirmək, dövlət idarəçiliyinə verməkdən ibarət idi. 1929-cu ildən başlanan bu proses çox ağrılı keçmiş və faciəli nəticələrə gətirib çıxarmışdır. Kollektiv təsərrüfatların təşkilinin könüllülük prinsipləri əsasında həyata keçirilməsi bildirilsə də, lakin işdə onlar zoraki yolla təşkil edilirdi. Kolxoza üzv olmaq istəməyənlər qolçomaqlıga salınır, həbs edilir, istehsal vasitələrindən məhrum edilirdilər. Kollektivləşdirməni ilk növbədə başlıca taxıl rayonlarında- Simali Qafqazda, Volqaboyunun bəzi rayonlarında həyata keçirmək tələb olunurdu. Bu yerlərdə kollektivləşdirmə 1930-cu ilin payızı, yaxud 1931-ci ilin yazında başa çatdırılmalı idi. Digər rayonlar üçün də bu cür “ikili” müddətlər göstərilirdi. Başlıca məqsəd aşagı pillələrdəki fəalların kollektivləsşirməni birinci müddətdə, hətta ondan əvvəl yerinə yetirməyə səy edəcəklərini gözləmək idi. Bu, bas tutsa idi partiya rəhbərliyinin qələbəsi kimi qəbul olunacaqdı. əgər bu baş tutmasa, kəndlilərin narazılıgı genişlənsə, bütün nöqsanlarda yerlərdə əyintilərə yol verənləri günahlandırmaq olar, partiya rəhbərləri isə günahsız qalardılar.
Çox yerlərdə on minlərlə ortabab kəndlilər də qolçomaqlıga salınmışdılar. Bəzi rayonlarda kolxoza girməkdən imtina etdiyinə görə ortabab kəndlilərin 80 faizi qolçomaq əlaltısı kimi mühakimə olunmuşdu. Minlərlə adam soyuq vaqonlarda Urala, Sibirə, Qazaxıstanın şaxtalı ərazilərinə göndərilmişdilər. Təqribi hesablamalara görə bu qəbildən repressiyalara məruz qalanların sayı 10 milyondan çox olmuşdu. Orta Asiya respublikalarında da kollektivləşmə prosesi başlandı. İlk növbədə aqrar sahədə kollektiv təsərrüfatlar yaranmaga başlamışdı.
Sosialist islahatlarının tərkib hissələrindən biri də Sovet mədəni quruculugu idi. Mədəni quruculuqda Sovet siyasətinin mahiyyətini bolşevik rejiminə xidmət edən yeni təhsil sistemi və mədəni maarif şəbəkəsi yaratmaq, kommunizm ideologiyası ilə aşılanmıs kadrlar yetişdirmək təşkil edirdi. Sosialist ideologiyasına, sovet quruluşuna sadiq olan, onu irəli aparan yeni ziyalı ordusunun formalaşdırılması mədəni quruculugun ən zəruri vəzifələrindən biri idi. Ziyalı kadrların hazırlanmasında ali təhsil müəssisələri mühüm rol oynamışdılar.SSRİ-də 1932-ci ilin sonlarından etibarən həyata keçirilən pasportlaşma sistemi bəzi bölgələr əsasən sərhəd rayonları istisna olmaqla, kəndlilərə tətbiq edilməmişdi. Kəndlilərə pasport verilmirdi və bunun da nəticəsində onlar bir yerdən başqa yerə getmək hüququndan məhrum olurdular. Xalq arasında bu qərarı “bolşeviklərin ikinci təhkimçilik hüququ” adlandırırdılar. 1930-cu ildən 1953-cü ilədək davam edən repressiyalar nəticəsində praktiki olaraq bütün müsəlman ruhaniləri, milli ziyalı təbəqəsinin əsas hissəsi sıradan çıxarıldı. Təsadüfi deyil ki, repressiyalara məruz qalanlar içərisində “düşmən casusu”, “panislamist”, “pantürkist” adlandırılanlar üstünlük təşkil edirdilər. Bütün SSRİ-də aparılan bu siyasət türk xalqlarını məhv etmək, onların dilini əllərindən almaq, tarixi köklərindən ayırmaq, onları çoxəsrlik qədim tarixindən məhrum etməyə hesablanmışdı. Partiya orqanlarından yerli kadrlar çıxarılır, müxtəlif böhtanlarla həbs olunurdular. Onları əsasən rus məmurları əvəz edir və beləliklə, yerli əhali idarəçilikdən kənarlaşdırılırdı. Bu da türk xalqları yaşayan bölgələrdə Mərkəzə oxşar totalitar avtoritar rejimin formalasmaşına səbəb oldu.
İkinci dünya müharibəsi imperialist ölkələrinin qeyri-bərabər inkişafı və onlar arasında ziddiyyətlərin dərinləşməsi nəticəsində baş verdi. Hitlerçilərin işğalçılıq planlarına görə türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı olacaq “Böyük Türküstan” dövləti yaradılması nəzərdə tutulurdu. Şimali və Cənubi Azərbaycan, Orta Asiya, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstan bu dövlətin tərkibinə daxil olmalı idi.
Sovet rəhbərliyi ölkəni vahid hərbi düşərgəyə çevirmək məqsədi ilə ciddi tədbirlər gördü. Bütün xalqı faşizmə qarşı müharibəyə səfərbər etmək üçün ideoloji və siyasi tədbirlər gücləndirilirdi. Ölkə iqtisadiyyatı hərbi relslər üzərində yenidən qurulmağa başlandı. Hərbi qayda-qanunlar tətbiq olundu. Partiya, dövlət və təsərrüfat orqanlarının, ictimai təskilatların işi müharibə dövrünün tələblərinə uygun olaraq yenidən qurulmuşdu. Volqaboyunda, Uralda, Qərbi Sibirdə, Orta Asiyada yeni hərbi komplekslər yaradıldı. Fəhlə və qulluqçuların xeyli hissəsinin döyüşən orduya çagrılması ilə əlaqədar olaraq, müəssisə və idarələrin fasiləsiz işləməsini təmin etmək üçün tədbirlər görüldü. Əhalini ərzaq və sənaye məhsulları ilə fasiləsiz təmin etmək məqsədi ilə təchizat norması qoyularaq kartoçka sisteminə keçildi.
Düşmən hücumuna məruz qalan Qərb rayonlarından sənaye və digər obyektlərin, əhalinin Şərqə köçürülməsi tədbirləri həyata keçirilmişdi. Bu işə rəhbərlik edən xüsusi Köçürmə Şurası yaradılmışdı. Faşizmə qarşı mübarizədə Sovet imperiyası tərkibində olan xalqlar, o cümlədən türk xalqları fəal iştirak etmişdilər. Onların bütün maddi, mənəvi və insan ehtiyatları sovet-alman müharibəsinə səfərbər edilmişdi. Bu xalqların da yerüstü və yeraltı sərvətləri müharibənin ehtiyaclarına yönəldilmişdi. Həmin xalqlardan müharibəyə səfərbərliyə alınanlardan 80 milli diviziya və briqada yaradılmışdı. Onlar öz doğma vətənlərindən uzaqlarda “vətəni” müdafiə etmiş, çoxları öz həyatlarını qurban vermişdilər. Buna cavab olaraq isə Sovet rəhbərliyi bir sıra xalqları, o cümlədən Krım tatarlarını, bulqarları, qaraçaylıları, balkarları , ahıska türklərini və başqalarını öz dogma vətənlərindən, guya cəbhədən uzaq yerlərə-Sibirə, Orta Asiyaya köçürmüşdü. Köçürülənlərin çoxu düşdükləri şəraitə dözə bilməyərək həlak olurdular. Müharibədən sonrakı illərdə türk xalqları SSRİ-nin xalq təsərrüfatının bərpasında fəal iştirak etmişdi.
XX əsrin 80-ci illərinin II yarısı – 90-cı illərinin əvvəllərində dünya sosialist sisteminin iflası, dünyanın siyası xəritəsində yeni müstəqil dövlətlərin meydana çıxması ilə beynəlxalq aləmdə yeni dünya düzəni formalaşdı.

Do’stlaringiz bilan baham:

Ma’lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2023
ma’muriyatiga murojaat qiling

Qaraxanilər dövləti

X əsrin 90-cı illərində Şərqi Türküstan, Yeddi Su və Cənubi Tyan-Şanda bir türk dövləti yarandı. Dövlət onu idarə edən və “Qara xan” sülaləsinin adı ilə adlanırdı. Qaraxanilər dövlətinin hakim sülaləsi adı ilə adlanırdı. Qaraxanilər dövlətinin hakim sülaləsi və onun tarixi haqqında məlumatlar az və ziddiyətlidir. Ərəb müəllifləri Qaraxanilər sülaləsini “Əfrasiabın varisləri” adlandırır və “Arslan xan”, “Buqara xan” və “ Xaqan” titullarını daşıdıqlarını yazırlar. Bir qrup tədqiqatçılar Qaraxanilər sülaləsini uyğurlara, digərləri karluklara, Türkiyə tarixçiləri isə Altay türklərinə aid edirlər. Son tədqiqatlar Qaraxanilər sülaləsinin türkmənşəli Çiqil tayfasından çıxdığını göstərmişdir. Ehtimal edilir ki, Yaqma adlı türk tayfa birləşməsinin hərbi-feodal əyanları Mərkəzi Asiyaya daxil olmuş və Çiqil adlı türk tayfasının hərbi köməyi ilə hakimiyyət uğrunda mübarizəyə başlamışdılar. Ərəb müəllifi ibn Fədlana görə hakimiyyət uğrunda mübarizəyə başlamışlar. Qaraxanilər də çoxlu varlı bəylər vardı. Bəzi bəylərin 10min atı və 100 min baş qoyunu vardı. Mənbələrdə aydın olurki , Qaraxanilər sülaləsinin banisi Satuk Buqra xan adlı bir türk olub. Onun atası Bazır Arslan xan adlanmışdır. Satuk bu sülalədən ilk hakim kimi islamı qəbul etmiş və uşaqlıqda Kaşqar şəhərində əmisi Oğulçak Qədir xanın yanına köçmüşdü. Satukun iki oğlu olmuşdur: Baytaş( müsəlmanca adı Musa) və Süleyman. 955-ci ildə Satuk öləndən sonra olu Musa Kaşqarda hakimiyyəti ələ almış islamı dövlət dini elan elan etmişdir. Ondan sonra hakimiyyətə qardaşı oğlu Harun Buqra xan (müsəlmanca adı Əli -975-998-ci illər) gəlmişdi. Onların vaxtında dövlətin ərazisi xeyli genişlənmişdi. Belə ki , mərkəzi Tyan Şanın cənubi-şərqi hissəsi və Kaşqarın şimal rayonları Kaşqara birləşdirilmişdi. Qaraxanilər adlanan sülalə tezliklə indiki Qazaxıstan ərazisinə hücüm edib Balasaqun şəhərini tuturlar. Onlar Çu vadisində möhkəmlənərək şimal-şərqə hərəkət etdilər. Daha sonra Qaraxanilər İli çayı hövzələrində yaşayan yaqma, tuxsi , çiqil , çaruk və uqrak türk tayfalarını özünə tabe vəziyyətə salmışdılar. Qaraxanilərin ordusu ilə uqraklar arasında qanlı döyüş haqqında Mahmud Qaşqarlı məlumat verir. Qaraxanilər şimalda İrtış çayı sahillərində yaşayan imək türk tayfası ilə də uzun müddətli döyüşlər keçirdilər. Şimali şərqdə Qaraxanilərin əsas düşməni Yabaku adlı türk tayfa birləşməsi idi. Mahmud Qaşqarlı Arslan –Tiqinin başçılığı ilə Qaraxanilər ordusunun Buqa Budraçın başçılığı ilə Yabaku tayfası arasındakı döyüşü də təsvir edir.

Mahmud Qaşqarlının məlumatları əsasında demək olur ki, Qaraxanilər dövləti Şimali-şərqdə Balxaş, Sasık –kul və Ala –Kul istiqamətlərində sərhədlənirdi. Mərkəzi Tyan-Şanda və Qazaxıstanda ərazisində möhkəmlənmiş qaraxanilər qərbə tərəf hərəkətə başladılar. Qərbdə Fərqanə və Mavərənnəhr yerləşirdi. X əsrin 80-ci illərinin axırlarında qaraxanilər Fərqanəni və 930-cu ildə İsficabı tuturlar.

Bu vaxt Samanilər dövləti hansı ki, bu ərazilər ona tabe idi, böhran keçirirdi. Türk mənşəli Əbu Əli və Faiq adlı qüvvətli feodallar samanilərin əmiri II Nuh ibn Mənsurun hakimiyyətini tanımaq belə istəmirdilər. 992-ci ildə Qaraxanilər hökmdarı Harun Buqra xan ordusu ilə Buxaraya hərəkət etdi. Baş vermiş döyüşdə Saman qoşunu başda sərkərdə Ayaz olmaqla məğlub oldu.

Samanilərə qulluq etmiş türk feodalları Əbu Əli və Faiq Qaraxanilərin tərəfinə keçdilər. Qaraxanilər ordusu ilə Saman ordusunun böyük növbəti döyüşü Xarcəng adlı yerdə baş verdi. Saman ordusunda Faiq elə etdiki ki, Qaraxanilər ordusu qələbə çalsın. Qaraxanilər xaqanı Harun Samanilərin paytaxtı Buxaranı tutdu. Az sonra, 992-ci ildə Harun vəfat etdi. 996-cı ildə Qaraxanilər ordusu Nəsir ibn Əli başda olmaqla yenidən Mavərənnəhrə səfər etdi. Samanilər ordusunun başçısı Sebuk-Tiqin Nəsir ibn Əli ilə danışığa girdi və Amudəryadan şimaldakı ərazini verməklə razılığa gəldilər. Samanilərin sarayında iğtişaş baş verdi və saray adamları Saman hökümdarı Mənsur ibn Nuhu tutub gözlərini çıxartdılar və 10 oktyabr 999-cu ildə Nəsir ibn Əli Buxaranı tutmaqla Samanilər dövlətinə son qoyuldu.

Bundan sonra qaraxanilər Xorasanı tutdular. Qaraxanilər ordusunun sərkərdələri Cəfər –Tiqin, Subaşi-Tiqin Xorasanı şəhərləri Herat və Bəlxi tutdular. Nəticədə Qaraxanilər dövləti Mərkəzi Asiyanın böyük bir dövlətinə çevirildi. Qaraxanilər hakimiyyətə gəldikdə Mərkəzi Asiya əyalətlərinin çoxunda yerlərdə hakimlər karluklar idilər. Karluk və çiqil tayfalarından olan bəylər Qaraxanilərə qulluq etməklə mövqelərini saxlamışdılar. Harun Buqra xandan sonra onun yerinə İlik xaqan (müsəlmanca adı Əhməd-998-1017) keçdi. O Səmərqəndi və Buxaranı işğal etdi. 1024-1025 –ci illərdə Qaraxanilər dövlətində hakimiyyət Qaraxani sülaləsinin başqa bir qolundan olan Yusif Qədir xana keçdi. O, əvvəlki Qaraxanilər xaqanı Əli-Tiqinə qarşı mübrizəyə başladı və hakimiyyəti ələ keçirdi.

Yusif Qədir xanın böyük oğlu Əbu Şuca Süleyman Arslan xan hakimiyyətə keçdikdə 1043-cü ildə dövlətin ərazisini qardaşları və qohumları arasında bölüşdürüldü. Balasaqun və Kaqarı özü götürdü. Qardaşları Buqra xan Məhəmmədə və Arslan –Tiqinə isə Tarax və İsficab əyalətlərini, əmisi Tuban xana Fərqanəni , Əli –Tiqinin oğluna isə Buxara və Səmərqəndi verdi.Beləliklə, Qaraxanilər dövləti iki müstəqil xanlığa bölündü: Şərq xaqanlığının mərkəzi Balasaqun, sonra isə Kaşqar, Qərb xaqanlığının mərkəzi Uzkənd, sonra isə Səmərqənd oldu. Əli-Tiqin öləndən sonra Mavərənnəhrdə hakimiyyət uğrunda mübarizə başlandı, nəticədə

XI əsrin 40-cı illərinin əvvəllərində hakimiyyətə Buru-Tiqin İbrahim ibn Nəsr gəldi və o, “Tamqac xan” titulunu qəbul etdi.

Qaraxanilərin şərq hissəsinin başçısı Toğrul Kara xan İbrahim ibn Nəsirin oğlanlarının hakimiyyət uğrunda mübarizəsindən istifadə edərək , 1069-1070-ci illərdə Qərbi Qaraxanilərlə mübarizəyə başladı və bir sıra əyalətləri ondan qopardı.

Bu vaxt Səlcuq türklərinin sultanı Məlik şah artıq qüvvətlənmişdi, çünki o, 1089-cu ildə Buxara və Səmərqəndi tutmuşdu. Həm də bu vaxt Qərbi Qaraxanilərdə müsəlman ruhaniləri arasında ziddiyyət yaranmışdı. Müsəlman ruhanilər Məlikşaha müraciət etdilər . Məlikşah Əhmədi hakimiyyətdən kənar etdi və özü Xorasana yola düşdü. Bu vaxt Səmərqənddə türk çiqil tayfası üsyan qaldırdı və Şərqi Qaraxanilərdən xaqanın qardaşı Yaqub Tiginə müracət etdilər. O, Səmərqəndə gəldi, lakin nədənsə çiqillərin üsyan başçısı ilə düz gəlmədi, onu tutub başını kəsdi və atanın yəhərinə bağladı. Onda Sultan Məlikşah yenidən Xorsandan Mavərənnəhrə qayıtdı,Yaqub-Tiqin qaçdı, sultan Buxara və Səmərqəndi tutdu və Şərqi Qaraxan xaqanına adam göndərdi ki, Yaqub –Tiqini tutub ona göndərsin . Qaraxani xaqanı onun bu təklifini qorxudan yerinə yetirdi, lakin bu zaman Xorasandda vəziyyət dəyişdiyinə görə tez ora qayıtdı.

1092-1093-cü illərdə ruhanilər xaqan Əhməd xana qarşı yenə üsyan etdilər və onu tutub kafirlikdə təqsirləndirərək dərisini soydula. XI əsrin II yarısında Şərqi Qaraxani xaqanlığının başında Süleyman ibn Yusif, Qərbi Qaraxani xaqanlığında isə qardaşı Məhəmməd xaqan dururdu. Lakin 1097-cı ildə Məhəmməd qəfildən hücm edərək qardaşı Süleymanı tutub dama saldı və şərqi xaqanlıqda hakimiyyəti ələ aldı.

Bəhanə bu olduki , guya Süleyman dövlət işi ilə məşğul olmur, bütün günü sarayda gözəl arvadlarla keyfdə keçirir.Məhəmməd vəd etdiki , ondan sonra hakimiyyətə birinci arvadından olan oğlu Hüsey keçəcək. Bu söhbət xaqanın ikinci arvadını narazı saldı , çünki o da oğlan doğmuşdu. Ona görədə bu arvad ərini öldürmək planını qurdu. Axşam əri onun otağında olanda , qəsdən naz-qəmzələndi, ərinə dediki, istəyir özü onu yedirtsin, içirtsin. Xaqan da razı oldu. Dəmlənmiş ərinə arvad orada zəhərli içki içirtdi və onu zəhərlədi. Arvad tez sarayda ona sadiq olan nökərlərinə əmir etdi ki , ərinin bütün qohumlarını, o cümlədən öz günüsünü(yəni xaqanın birinci arvadını) və xaqanlığa namizəd oğlunu öldürtsünlər. Qardaşı tərəfindən dama salınmış Süleymanı isə boğdurdu. Bundan sonra arvad kiçik yaşlı oğlu İbrahimi xaqan taxtına oturtdu. Sonra da bu xatun oğulundan tələb etdi ki, hakimiyyətini qüvvətləndirmək üçün nüfuzlu hakim Barsxanın əlinə keçəcəyindən qorxaraq özünü öldürdü. Bununla da , əslində Qaraxanilər dövlətinin sonu çatdı çünki az sonra XII əsrin 40-cı illərinin əvvəllərində türk tayfası kidanlar (yaxud qara kitaylar) Qaraxanilər dövlətini vassal vəziyyətinə saldılar. Qaraxanilər dövləti onlara illik xərac verdiş 1212-ci ildə Xarəzmşah Məhəmməd bu dövlətə son qoydu.

Ədəbiyyat:
Əsməd Muxtarova-Türk Xalqlari Tarixi- ELM 1999

Yazar: İbrahimli Samirə
  • ← Geştalt nəzəriyyəsi
  • Monqol- türk tayfaları XI-XII əsrlərdə →

Türk xalqlarının orta əsrlərdə mədəniyyəti

Maarif. Məktəb və mədrəsələr. Yazı. Erkən orta əsrlərdə türk xalqları müxtəlif yazı növlərindən istifadə etmişlər. Bu isə türklərdə məktəb və mədrəsələrin olduğunu göstərir. Məscid yanında təşkil edilmiş məktəblər, mədrəsələrdən fərqli olaraq ib­tidai təhsil verirdi. Mərkəzi Asiyadakı Səmərqənd, Buxara, Xarəzm, Mərv şəhərlərində mədrəsələr var idi.
Orxon-Yenisey abidələri türk xalqlarına məxsus yazdı mənbədir. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Əlaəddin Ata Məlikin «Cüveyni-tarixi-cahangüşə» əsərində çəkilir. Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. 0,13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi.
Bundan sonra bu abidələrə Rusiya və Danimarkada maraq yaranmışdı. Danimarka alimi Vilhelm Tomson 1893-cü ildə Orxon-Yenisey abidələrinin türklərə məxsus olduğunu sübut etmişdi. Rus alimi V.Radlov bu abidə haqqında çoxcildli kitab yazmışdır.
Orxon-Yenisey abidələri V-VIII əsrlərə aiddir, Göytürklərə məxsusdur. Əlifba 38 hərfdən ibarətdir. Onun 34-dü samit, 4-dü saitdir. Yuxarıdan aşağıya doğru yazdır. Bu abidələrin bir hissəsi Şimali Monqolustanda Orxon çay vadisində tapılmış və” Orxon abidələri” adlanır. 725-735-ci illərdə tikilən Orxon abidələrinin sayı 13 ədəddir. Onların ən məşhuru Göytürk xaqanı Bilgə xaqan, onun qardaşı Gül Tigin və baş vəzir Tonyukuk üçün qoyulmuşdur.

Elm. Erkən orta əsrlərdə türk xalqlarının əsas elmi mərkəzləri Mərkəzi Asiyada Ürgənc, Mərv, Buxara, Səmərqənd, Xarəzm şəhərləri idi. Qəznəli sultan Mahmudun sarayında 400 alim və şair çalışırdı. Mərvdə 10 kitabxana var idi. Bu şəhərlərdə İbn Sina, Fərabi, Biruni, Yusif Balasaqunlu, Mahmud Qaşqari və b. alimlər çalışmışlar.
Əbu Əli İbn Sina (980-1037) görkəmli alim, həkim, şair idi. O Mərkəzi Asiya və İranda yaşamış, 5 cilddən ibarət «Tibb ensiklopediyası» və «Tibb elminin qanunu» əsərlərini yazmışdı. Onun kitabları başqa dillərə tərcümə olunmuşdur. Avropada «Avitsenna» kimi tanınır. Azərbaycan filosofu Bəhmənyarın müəllimi olmuşdur.
Görkəmli alim Fərabi (870-950) Aristoteldən sonra ikinci müəllim fəxri adına layiq görülmüşdür. Aristoteldən sonra elmlərin təsnifatını vermiş ikinci alimdir.
Əbu Reyhan əl Biruni (973-1048) müxtəlif elm sahələri ilə məşğul olmuşdur. O, kəndlərin, şəhərlərin və digər coğrafi obyektlərin yerini dəqiq müəyyən etmək üçün diametri təqribən 5 metrə yaxın olan ilk qlobus düzəltmişdi. Biruni türk xalqlarının yaşadığı ərazilər, onların adət-ənənə və mərasimləri haqqında maraqlı məlumatlar vermişdir. O, Hind dənizi ilə Qərb dənizi, yəni Hind okeanı ilə Atlantik okeanının Afrikadan cənubda dar bir boğaz vasitəsilə birləşdiyini söyləmişdi. «Hindistan» adlı əsərində ilk dəfə yerin günəş ətrafında fırlanması ideyasını irəli sürmüş,hind astronomu Brahmaquptanın «Yer hərəkətdə, göylər isə sükunətdədir» fikrini əsaslandırmışdır. Onun «Astronomiya və ulduzlara dair Məsud cədvəli» əsərində riyaziyyat, astronomiya, coğrafiyaya dair dərin elmi biliklər öz əksini tapmışdır. Biruni Azərbaycanın Bakı, Dərbənd, Təbriz, Ərdəbil və digər şəhərlərinin olduğu yerin en və uzunluq dairələri barədə məlumat vermişdir.
Həmçinin oxu: Müsəlman ailəmləri və tibb

Türk xalqlarının ədəbiyyat və incəsənəti. Türk xalqları ədəbiyyatının 5 min ildən çox tarixi var. Bu xalqların tarix və ədəbiyyatını əks etdirən mənbələr yaddaşla ağızdan-ağıza keçən xalq yaradıcılığı ilə bağlıdır. Bu mənbələr türklərin əsrlərdən bəri yaratdığını qoruyub saxlamışdı. Hun türklərinin «Oğuz xaqan», göytürklərin «Boz qurd», uyğur türklərinin «Köç» dastanları islama qədər yayılmışdır. Islamdan sonra Qaraxanlı türkləri «Satuq Buğra xan», Azərbaycan türkləri «Kitabi Dədə Qorqud», qırğızlar «Manas» dastanlarını yaratmışlar.
IX əsrdə yaşamış Aprincur Tikin adlı uyğur şairinin iki şeri bizə gəlib çatmışdır. Qaraxanlı dövlətinin görkəmli mütəfəkkiri Yusif Balasaqunlu «Kutadqu bilik» («Xoşbəxtlik bəxş edən elm») əsərini 1069-cu ildə yazmışdır. Əsər Qaraxanlı hökmdarı Buğra Qara xana həsr edilmişdir. Şairə görə, elm işıq, alim isə məşəldir. Öz dövrünün müdrik şairi Əhməd Yasəvi «Həqiqətlər heybəsi» adlı əsərində biliyə, humanizmə geniş yer vermişdir.
Türk xalqlarında memarlıq da inkişaf etmişdir. Türküstan ərazisində zəngin, müdafiə divarlarının hündürlüyü 20 metr olan şəhərlər var idi. Türk dövlətlərinin sərhədlərində müdafiə qalaları, keşikçi qüllələri tikilirdi. Göytürklər öz xaqanlarının şərəfinə bəngüdaşlar adlandırılan heykəllər qoyurdular. Bunlardan ən möhtəşəmi Bilqə xaqana, Gül Tikinə, Tonyukuka qoyulan bəngudaşlardır. Ulu Bazar məscidi, ikinci Mahmud türbəsi Hindistana yürüş zamanı əldə edilmiş qənimət hesabına tikilmiş zəfər abidələri Qəznəvilərin memarlığa qayğısını göstərir. Bu Qəznəvilərin memarlığa qayğısını göstərir. İslamdan əvvəl türklərdə rəssamlıq və. heykəltəraşlıq da inkişaf etmişdir. Türk xalqlarında yazı olmadığı bir vaxtda «ozan», «akın», «Baksı», «Saman» adlanan musiqiçilər sazın müşayiəti ilə dastanlar söyləyirdilər. Dastanlarda türklərin ilk musiqi aləti qopuzdan daha çox danışılır.VIII əsrlərdə yaşamış Yulluq Tikinin qoşduğu və Orxon abidələri vasitəsi ilə bizə çatmış mahnısı türk musiqisinin inkişafını göstərir.

Türklərdə din. İslama qədər türklər Göy tanrı dininə inanırdılar. Türklərin ikinci inancı ululara sitayiş idi. Türklər ululara böyük məzarlar tikir, abidələr qoyurdular.
Erkən orta əsrlərdə türk mədəniyyəti həmin dövr Azərbaycan mədəniyyəti ilə bağlı idi. 1989- cu ildə Azərbaycanda göytürk əlifbası ilə yazılmış qəbirüstü abidə aşkar edilmişdir. Göytürklərin məzarlarından, o cümlədən Gül Tikin abidəsindən qoçbaşı heykəllər tapılmışdır. Belə heykəllər Qərbi Azərbaycan (indiki Ermənistan) və Gürcüstanda aşkar edilmişdir. Beləliklə, bütün bunlar göstərir ki, qədim türk mədəniyyəti türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin ortaq mədəniyyətidir. Qırğız türklərinin «Manas» dastanının 1000 illiyi 1995-ci ilin avqustunda, «Kitabi Dədə-Qorqud» dastanının 1300 illiyi 2000-ci ilin aprelində türk xalqlarının bayramı kimi qeyd edildi.

Comments are closed, but trackbacks and pingbacks are open.