Press "Enter" to skip to content

12 dekabr Heydər Əliyevin anım gününə aid şəkillər

12 Dekabr 2020

12 dekabr heyder eliyevin anim

YAP Ağdaş rayon təşkilatında 12 dekabr – Ulu öndərimiz Heydər Əliyevin anım gününə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf perspektivləri” adlı onlayn formatında elmi konfrans keçirilib.

Unikal.org xəbər verir ki, Videokonfransı Azərbaycan Respublikası Milli Məclisinın deputatı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov açdı. Ulu öndərmizin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.

Cavid Osmanov bildirdi ki, 2 gün sonra ulu öndərimiz Heydər Əliyevin anım günüdür. On yeddi il bundan əvvəl Vətən öz böyük oğlunu itirmişdir. Ancaq bu on yeddi ilin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuşdur. Çünki bu illərdə Heydər Əliyev siyasəti davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir.
Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, onun banisidir. Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik.

1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik göstərmiş, ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət etmiş, onu hakimiyyətə dəvət etmişdir. Çünki Heydər Əliyevin 1970-1980-ci illərdə gördüyü işlər xalqın yaddaşında yaşayırdı. Azərbaycan 1970-ci ilə qədər sovet məkanında ən geridə qalmış respublika idi. Heydər Əliyevin fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. Eyni zamanda, xalqımız üçün ən ağır anlarda Heydər Əliyev daim xalqın yanında idi. 20 Yanvar faciəsi zamanı da o, öz haqq səsini ucaltmışdır. O vaxt Sovet İttifaqının süqutuna hələ iki il vaxt qalmışdı. Ancaq Heydər Əliyev öz cəsarətli səsini ucaltmış, sovet rəhbərliyinin bu cinayətini pisləmiş, onu qınamış, Kommunist Partiyasından imtina edərək onun sıralarını tərk etmiş və əsl liderlik keyfiyyətləri nümayiş etdirmişdir. Məhz Heydər Əliyevin qərarı ilə Azərbaycanın milli bayrağı – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi elan edilib.

İctimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyevin bütün dövrlərdə əsl lider, əsl öndər olduğunu deyən Cavid Osmanov qed etdi ki, məhz buna görə də 1993-cü ildə – xalqımızın ən ağır anlarında xalq ona üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, ciddi islahatlara start verilmişdi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilmiş, ölkə daxilində aparılan islahatlar ölkəmizin inkişafını təmin etmişdir. Azərbaycan dövləti çox dərin milli köklər, milli dəyərlər üzərində qurulmuşdur. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Məhz o illərdə aparılan siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Ondan sonrakı dövrdə də Heydər Əliyev siyasəti davam etdirilmişdir. 2003-2020-ci illərdə Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi tarixdə qalmışdır. Bu inkişafın təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Ulu Öndərin siyasətinə sadiq qalan ölkə başçımız onun siyasətini yaşatmış, zənginləşdirmiş və Azərbaycanı inamla irəliyə aparmışdır.

Ulu öndərimizin ən böyük arzularından biri də Qarabağın işğaldan azad olunması idi. Bu arzunu da ölkə Prezidentimiz reallaşdırdı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi nəticəsində Azərbaycanın qalibiyyəti təmin olundu, müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq zəfərlər, şanlı qələbələr tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. Bu gün isə öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə aparan, bu müharibədən qalib çıxan Azərbaycan artıq böyük Zəfərini hərbi keçidlə qeyd etdi. Bu hərbi parad rəşadətli Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya növbəti nümayişi kimi tarixə düşəcəkdir. Rəşadətli Ordumuz 44 gün ərzində düşmən ordusunu diz çökdürdü, ermənilərin çoxlu sayda texnikasını, artilleriya sistemini, hava hücumundan müdafiə sistemini məhv etdi. Döyüş əməliyyatları zamanı düşməndən götürülən çoxlu sayda qənimətlər – tanklar, piyadaların döyüş maşınları, minaatanları dünyaya nümayiş etdirildi. Dostumuz da, düşmənimiz də bu 44 gün ərzində Azərbaycanın igid əsgərlərinin əzmlə qazandıqları bu fəxarətli zəfərlərinin qürurla qeyd etməsinin şahidi oldu. Ölkə Prezidentimiz cənab İlham Əliyev yenilməz Sərkərdə, Azərbaycan tarixində itirilmiş torpaqlarımızı qaytaran Prezident kimi tarixə düşdü. Bu Zəfər Paradı yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişidir.

On yeddi il bundan əvvəl cənab İlham Əliyev Azərbaycan xalqına söz vermişdi ki, əgər ona etimad göstərilərsə, o Heydər Əliyevin siyasətinə sadiq qalacaq, bu yoldan dönməyəcəkdir. Ötən 17 il ərzində verilən bütün sözlər həyatda öz əksini tapmışdır. 17 il ərzində Heydər Əliyev siyasəti yaşadı və daha da inkişaf etdi.
Konfransda çıxış edən rayon təşkilatının Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva və Şura üzvü Azad Gözəlov bildirdilər ki, Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Biz irəliyə gedirik, inkişafa doğru gedirik, bundan sonra da Azərbaycan Heydər Əliyev siyasəti ilə idarə ediləcəkdir. Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız Azərbaycan xalqının xoşbəxt gələcəyini bundan sonra da təmin edəcəkdir.

12 dekabr Heydər Əliyevin anım gününə aid şəkillər

12 Dekabr xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Hörmətlə və qururla anırıq! Allah rəhmət eləsin.

Heydər Əliyevin şəkilləri, Heydər Əliyevin anım gününə aid fotoları topladıq. Heydər Əliyevin şəkillərini Whatsapp statusda, instagram səhifənizdə paylaşaraq ulu öndər Heydər Əliyevi yad edək.

Heydər Əliyevin anım gününə aid şəkillər yüklə

Dahilər ölməz, Əbədi yaşar!

1923-∞ SONSUZA QƏDƏR..

Sevgimizlə Anırıq!

Ümumimilli liderimizi hörmətlə anırıq. Allah rəhmət etsin.

12 dekabr – Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Bu gün müstəqil Azərbaycan dövlətinin inkişafında, çiçəklənməsində, xüsusilə güclü dövlət kimi mövcud olmasında böyük xidmətləri olan Ümummilli lider Heydər Əliyevin anım günüdür.

12 dekabr Azərbaycan tarixində əvəzsiz rolu olan Ümummilli lider Heydər Əliyevin anım günüdür. Dərin hüzn və hörmətlə anırıq.

Böyük düha, Ulu öndər Heydər Əliyev Çağdaş Azərbaycanımızın memarıdır. Məhz Heydər Əliyev yolu müstəqilliyimizin qarantına çevrilib. Heç şübhəsiz, Azərbaycan xalqı hər zaman öndərinə minnətdardır!

Böyük hörmət və dərin ehtiram ilə yad edirik!

Bu gün Azərbaycan tarixinin görkəmli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.

Heydər Əliyev Şəkilləri Yüklə 2020

Ümumilli lider Heydər Əliyevi dərin hörmət və hüznlə anırıq.

Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır. Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir. (Heydər Əliyev)

Bu gün Azərbaycanımızı inkişafa daşıyan və mirası sayəsində bizi bu günlərə çatdıran ümummilli lider Heydər Əliyevin anım günüdür.

Ruhun şad olsun, ulu öndər! Bizə əmanət etdiyin vətəni öz canımız bahasına qoruyuruq.

Ulu öndərin əziz xatirəsini dərin hörmət ilə anırıq! ALLAH rəhmət eləsin.

Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam! (Heydər Əliyev)

Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət Heydər Əliyevin vəfatından 17 il keçir. Milli liderin xatirəsini böyük ehtiramla anırıq.

Dünya şöhrətli siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır.

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür. Qəlbimizdə sonsuzadək yaşayacaq olan dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevi dərin hörmət və ehtiram hissi ilə anırıq!

Başlatdığın missiya tamamlandı, Ulu Öndər. Azərbaycan indi tamdır, azaddır, qürurludur, başı ucadır. Ruhun şad olsun, ulu öndər. Qurduğun Azərbaycan güclü və etibarlı əllərdədir!

Nə qədər Azərbaycan,
Nə qədər bu millət var,
Heydər xalqım deyəcək,
Xalq Heydər söyləyəcək!

Sayğı və Sevgi ilə anırıq.

12 dekabr heyder eliyevin anim

12 Dekabr 2020

12 Dekabr xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür.

Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu gün də Azərbaycan xalqı, gəncliyi olaraq Ulu Öndərin bizlərə miras qoymuş olduğu bəşəri izləri uğurlu addımlarla davam etdiririk.

Bu gün ərzində sizlərə Ulu Öndərimizin xalqımıza olan nəsihətlərinin bugünki siyasətimizdə rolunu sizə təqdim edəcəyik.

1) Ümumilli Lider Heydər Əliyev deyib:

Azərbaycan dünya birliyində öz yerini tapıb və hər yerdə nəinki tanınır, hər yerdə öz sözünü deyir, öz siyasətini həyata keçirir. Xarici siyasətimiz dünyada rəğbətlə qarşılanıb və biz bu siyasətimizi davam etdirəcəyik.

Bu vəsiyyətin uğurlu nəticəsi olaraq cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasətimiz 44 günlük müharibə müddətində də öz əhəmiyyətli rolunu nümayiş etdirdi. Qoşulmama Hərəkatı üzvlərinin səyi nəticəsində BMT TŞ-də Azərbaycanın əleyhinə olan bəyanat qəbul edilmədi.

2) Ümumilli Lider Heydər Əliyev deyib:

Biz son 200 ilin tarixini yenidən öyrənməliyik.

Ulu öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir. Prezident İlham Əliyev bu vəsiyyəti yerinə yetirərək, Tarix İnstitutunun elmi istiqamətini son 200 ilin tarixinin yenidən yazılmasına, Azərbaycan tarix elminin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsinə yönəltdi.

3) Ümumilli Lider Heydər Əliyev deyib:

Biz heç vaxt ərazimizin bir qarışının da belə heç kəsə verilməsinə razı olmayacağıq. İşğal olunmuş torpaqlar nəyin bahasına olursa olsun azad ediləcək. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunacaq.

O bu sözləri deyərkən xüsusilə əzəli Azərbaycan torpaqlarını işğal edərək yerləşmiş Erməni xalqına öz mesajını verirdi. Ölkə Prezidentimiz cənab İlham Əliyev Ümumilli Liderin dediyi nəsihəti yerinə yetirmiş və torpaqlarımızı işğaldan azad edərək, əzəli sahiblərinin, Azərbaycan xalqının öz torpaqlarına geri qayıtmasını təmin etmişdir.

4) Ümumilli Lider Heydər Əliyev deyib:

Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir.

Ulu öndərin bu sözləri deyərək uzaqgörən siyasəti ilə gələcək nəsillərin ölkəmizin inkişafında böyük rol alacağını nəzərdə tuturdu. Bu nəsihətin yerinə yetirilməsi üçün Prezident İlham Əliyev ölkə gənclərimizə daim diqqət yetirmiş, ölkəmizin inkişafında gənclərinin rolunu artırmaq üçün aparıcı strukturlarda xüsusi yer ayırmış, yüksək idarəedici vəzifələrə təyin etmiş, ölkə gələcəyinin gənclərin əlində olduğunu və onlara olan inam, etibarın nə qədər yüksək olduğunu bir daha sübut etmişdir.

5) Ümumilli Lider Heydər Əliyev deyib:

Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur.

Ümumilli Liderin bu cümləni deyərək verdiyi nəsihətlərə uyğun olaraq Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikultiralizm ili” olaraq təyin etmiş, dünya üzrə beynləxalq tədbirlərin ölkəmizdə keçirilməsini və ölkə mədəniyyətimizin tanıdılması istiqamətində beynəlxalq arenalarda təmsilçiliyi təmin etmişdir.

Ulu Öndər Heydər Əliyevi hörmətlə anırıq.

Comments are closed, but trackbacks and pingbacks are open.