Rti Fiziki Qabiliyyətlər nədir
Üç sürət növü vardır: reaksiya sürəti, əzələ büzülmə sürəti və hərəkət sürəti.
Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri
Məktəbdə şagirdlərin əməyə hazırlanmasında fiziki hərəkətlərin öyrədilməsinin böyük əhəmiyyəti vardır. Yeriş, qaçış, tullanma, qaməti düzgün inkişaf etdirən və s. hərəkətlərin təlimi şagirdlərdə sürət, çeviklik,
dözümlülük kimi fiziki və psixoloji keyfiyyətlərin tərbiyə olunmasına kömək edir, bu da onları dolayı yolla əməyə hazırlayır. Fiziki hərəkətlərlə müntəzəm məşğul olan şagirdlər fiziki cəhətdən möhkəm və sağlam olur, müəyyən bir işi daha tez və keyfiyyətlə yerinə yetirirlər.
Fiziki tərbiyə məşğələlərində ritmililiyin gözlənilməsi, bilik, bacarıq və vərdişlərin aşılanması, müvazinət hərəkətlərinin mənimsədilməsi şagirdlərin əməyə hazırlanmasında mühüm rol oynayır.
Məsələn, müntəzəm olaraq müvazinət hərəkətləri ilə məşq etmiş və bu sahədə lazımi hərəkət vərdişlərinə yiyələnmiş şagirdlər müxtəlif növ əmək işlərinə ( şəkil çəkmək, yazmaq, toxumaq və s.) daha yaxşı hazır olur və iş prosesində gec yorulurlar. Bundan əlavə bədən tərbiyəsi üzrə nəzəri məlumatların şagirdlərə çatdırılması da həmin hərəkətlərin icrasının effektini artırır, bacarıq və vərdişlərin aşılanmasına kömək edir.
Fizioloji və psixoloji tədqiqatlardan aydın olur ki, fiziki hərəkətlər şagirdlərin iş qabiliyyətini artırır, sağlamlığını möhkəmləndirir, fiziki inkişafına müsbət təsir göstərir Nəticədə şagirdlər həmin hərəkətlərlə ardıcıl məşğul olmağa, onları düzgün və dəqiq yerinə yetirməyə çalışırlar. Bu həm də ürək fəaliyyətinin yaxşılaşmasına, maddələr mübadiləsinin tədricən sürətlənməsinə, əmək prosesi ilə əlaqədar keyfiyyətlərin yüksədilməsinə, habelə müvafiq hisslərin inkişafına müsbət təsir göstərir. Şagirdlərin əmək qabiliyyətini artıran şərtlərdən biri əmək elementlərinə malik fiziki hərəkətlərin tənəffüslə uyğunlaşdırılmasıdır. Hərəkətlərin tənəffüslə əlaqələndirilməsi şagirdləri əməyə hazırlamağa zəmin yaradır. Nəhayət, təbii amillərin (hava, günəş, su) vasitəsilə bədənin möhkəmləndirilməsi də şagirdlərdə əmək qabiliyyətinin artırılmasına müsbət təsir göstərir.
Şagirdlərin şəxsi həyatında və fiziki inkişafında mütəhərrik oyunların rolu böyük olub, onları əməyə hazırlayır, əmək prosesində lazım olan şərtləri (intizam, qayda-qanun, çeviklik, dəyanətlilik və s.) yerinə yetirməyə alışdırır. Oyunlar təşəbbüskarlıq, müstəqillik, mətanət, işgüzarlıq, yenilməzlik və s. kimi yüksək keyfiyyətlərin mənbəyi olmaqla, uşaqları yaşadıqları cəmiyyətə bağlayır, kollektivin şərəfini üstün tutur və bunu yerinə yetirməyə cəhd edir.
Elə mütəhərrik oyunlar vardır ki, onlar uşaqları bilavasitə əmək işlərinə cəlb edir. Məsələn, «Qalalarla oyun» və «Evcik-evcik» oyunları buna misal ola bilər. «Qalalarla oyun»da uşaqlar kollektiv surətdə qalanı sökmək, hasarları (daşları) səliqə ilə bir yerə yığmaq, sonra sökülmüş daşları divarda öz yerinə qoymaq kimi bir çox işlər görürlər; bu zaman uşaqlardan kollektiv işləmələri, diqqətli olmaları, intizama riayət etmələri tələb olunur. Bu haqda verilən məlumat uşaqları birgə ictimai-faydalı əməyə hazırlayır. Onlarda dostluq, yoldaşlıq hissləri tərbiyə edir, hətta uşaqlara hasarların gözəyarı ölçülməsi, müqayisə edilməsi, qalanın yaraşıqlı, davamlı, yüksək estetik zövqdə tikilməsi kimi anlayış verir. Bu
oyun hər bir uşağa müəyyən vəzifə və tapşırıq verməklə yanaşı, bir sıra nəzəri bilik əldə etməyə hazırlayır, onların yaradıcı təxəyyülünün inkişafına səbəb olur. Beləliklə, şagirdlər qalanın yenidənqurma işlərini müvəffəqiyyətlə başa çatdırırlar.
Fiziki tərbiyənin vəzifələri. Fiziki tərbiyə böyüməkdə olan gənc nəslin ümumi tərbiyəsinin tərkib hissəsi sayılır. Hazırda gənc nəslin ümumi tərbiyəsinin qarşısında duran mühüm vəzifələrdən biri onların hərtərəfli inkişafına nail olmaqdan ibarətdir. Fiziki cəhətdən ahəngdar inkişaf etmiş, bədəncə sağlam, gözəl qamətli, möhkəm, qüvvətli və gümrah bir adam olduqda, bu hərtərəfli inkişaf etmiş insan sayılır. Fiziki tərbiyə həmin keyfiyyətlərin məktəblilərdə yaranmasında mühüm əhəmiyyət kəsb edir. Fiziki tərbiyə ilə müntəzəm və ardıcıl məşğul olanlar qamətli, şən, gümrah, bədəncə sağlam böyüyürlər. Onlar zehni cəhətdən daha yaxşı inkişaf etmiş olur. Fiziki və mənəvi cəhətdən inkişaf etmiş şəxslər ictimai həyatda, təsərrüfat quruculuğunda başqalarından fərqlənir. Onlar daha yaxşı işləyir, işə olan fərəhi, işə olan həvəsi daha güclü olur, işləmək qabiliyyəti, yaradıcılıq və çalışqanlıq hissi yüksəlir, beləliklə, həm də onların əmək məhsuldarlığı lazımi səviyyəyə qalxır. Uşaqlar fiziki tərbiyə ilə müntəzəm məşğul olduqda, müvafiq, həyat üçün zəruri olan hərəki keyfiyyətlər də qazanırlar (sürət, qüvvə, güc, iradə möhkəmliyi və i.a.).
İbtidai məktəbin fiziki tərbiyəsinin qarşısında müasir şəraitdə müvafiq vəzifələr qoyulmuşdur ki, bunlar da əqli, estetik və əmək tərbiyəsi ilə , xüsusən əxlaq tərbiyəsi ilə sıx əlaqədə həyata keçirilir. Həmin vəzifələr bunlardır:
Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafının təmini.
Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafının təminini əsasən bədən tərbiyəsi dərslərində, dərsəqədər səhər gimnastikasında, bədən tərbiyəsi dəqiqələrində, böyük tənəffüslərdə, sinifdən vəməktəbdənkə-nar məşğələlərdə, turist yürüşlərində həyata keçirilir. Bu o zaman faydalı ola bilər ki, əvvala, həmin məşğələlərin təşkili üçün müvafiq şərait yaradılsın, məşğələlər lazımi ləvazimat və avadanlıqlarla təmin olunsun, ikinci bu iş pedaqoji kollektiv, müəllimlər, valideynlər həmin bədən tərbiyəsi tədbirlərinin həyata keçirilməsində birgə fəaliyyət göstərsinlər. Bir cəhətə də xüsusi diqqət yetirmək lazımdır ki, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, fiziki inişafı onların təmiz və açıq havada gəzməsi, təbii amillərdən müntəzəm və düzgün olaraq istifadə etməsi də mühüm şərtdir.
Şagirdlərin fiziki bacarıq və vərdişlərinin təkmilləşdirilməsi. İbtidai məktəbdə şagirdlərə aşılanan fiziki bacarıq və vərdişlər aşağıdakılardır: düzgün yerimək, atmaq, tullanmaq və düzgün hoppanmaq, dırmanmaq və s. Bundan əlavə, fiziki bacarıq və vərdişlərin təkmilləşdirilməsində təbii şəraitdə uşaqlara müxtəlif növ hərəkətlərin, oyunların, əyləncələrin öyrədilməsi vacib əhəmiyyət kəsb edir. Göstərilən bacarıq və vərdişlər uşaqların sağlamlığına, fiziki inkişafına xidmət edir. Onların həyat və fəaliyyətinə, fiziki keyfiyyətlərin inkişafına kömək göstərir.
Fiziki tərbiyənin vasitələri İbtidai məktəb şagirdlərinin fiziki tərbiyə vasitələri bunlardır: fiziki hərəkətlər (gimnastika, oyunlar, yüngül atletika, turizm və s.), təbii (hava, su, günəş) və gigiyenik amillər. Həmin vasitələr təcrid olunmuş vəziyyətdə deyil, birlikdə tətbiq olunduqda daha səmərəli olur.
Fiziki hərəkətlər.İnsanın konkret vəzifəsinin həlli ilə bağlı məqsədyönlü hərəki fəaliyyəti hərəkət adlanır. Hər bir hərəki fəaliyyət ayrı-ayrı hərəkətlərdən ibarətdir. İnsanın fiziki təkmilləşməsi üçün tətbiq olunan hərəkətlər fiziki hərəkət adlanır. Fiziki hərəkətlər fiziki tərbiyə qanunauyğunluqlarına uyğun təşkil olunmuş fəaliyyətdir. Məktəbdə əsas fiziki tərbiyə vasitəsi fiziki hərəkətlərdir. Fiziki hərəkətlər hərəki bacarıq və vərdişləri formalaşdırır, hərəkət aparatını inkişaf etdirir. Qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır, tənəffüsə müsbət təsir göstərir. Fiziki hərəkətlər surəti, cəldliyi, gücü, dözümlülüyü artırır, insan həyatı üçün vacib olan yeriş, qaçış, hoppanma, müvazinət və atmalar kimi təbii hərəkətlər üzrə vərdişləri təkmilləşdirir.
Kiçik məktəbyaşlı uşaqların ürək-qan-damar sistemi tələb edir ki, ağır yük qaldırmağa, maneəni müqavimətlə keçməyə və gərginliklə icra olunan hərəkətlərə məhdudiyyət qoyulmalıdır.
İbtidai məktəbdə qamət hərəkətlərinə geniş yer ayrılmalıdır. Çünki qamət hərəkətləri orqanizmin normal həyat sürməsinə, sklet və sklet əzələlərinin inkişafına da kömək göstərir. Uşaqların hərəkət etməyə böyük ehtiyacları vardır. Bu şərtlə ki, hərəkətlər müxtəlif olsun, kiçik fasilələrlə icra olunsun. Fasilə etmədən uzun müddət hərəkətlərin yerinə yetirilməsi ürək əzələlərinə mənfi təsir göstərə bilər.
Kiçik məktəbyaşlarında oğlan və qızların fiziki inkişafında fərqlər mövcuddur. Lakin I-II sinif şagirdlərinin fiziki inkişaf xüsusiyyətləri imkan verir ki, bunlar üçün eyni hərəkətlərdən istifadə edilsin. III sinifdən başlayaraq isə oğlanların hərəkətləri qızlara nisbətən çətinləşdirilir. Onlara müqaviməti dəfetmə, yükün qaldırılması və aparılması, qaçış müddətinin artırılması, hündürlüyün yüksədilməsi, atma məsafəsinin uzadılması verilməlidir. Qızlara rəqs, ritmik, qamət üçün hərəkətlər daha çox verilir.
Təbii amillər.Uşaqların fiziki tərbiyəsində təbiətin təbii qüvvələri mühüm yer tutur. Sudan, havadan və günəş şüalarından düzgün istifadə uşaqların sağlamlığında xüsusi rol oynayır, fiziki inkişafını, dözümlülüyünü artırır.. Su, hava və günəş amilləri fiziki hərəkətlər və milli oyunlarla müşahidə olunduqda bu sağlamlığı möhkəmləndirməklə, fiziki hazırlığı artırır, estetik zövqü inkişaf etdirir. Buna görə də yay aylarında meşədə gəzmək, çay və dəniz sahillərində olmaq, günəş vannası qəbul etmək olduqca faydalıdır. Günəş şüası olmayan yerlərdə xəstəliklər də artır. Bir atalar sözündə deyildiyi kimi «Günəş girməyən evə tez-tez həkim girər». Həmin baxımdan sinif otaqlarına günəş şüaları düşməli, otaqların havası təmiz olmalıdır.
Gün rejimi, qida, yuxu, iş (təhsil), istirahət, idman və gigiyena rejiminin birliyindən əmələ gəlir. Söylənilənlərin hər gün eyni vaxtda icrası məktəblinin gün rejimi kimi qəbul olunur. Belə ki, məktəblinin fəaliyyət növlərinin hər gün eyni vaxtda, eyni ardıcıllıqla təkrarlanması gün rejimidir. Şagirdlərin hərəkət gün rejiminə isə səhər gimnastikası, tənəffüslərdə təşkil olunan oyunlar, idman bölmə məşğələlərinin təşkili daxildir.
Gigiyenik amillərə – şəxsi və ictimai gigiyena daxildir. Bədənin təmiz saxlanılması, bədənə qulluq edilməsi, geyimin, yataq otağının, dərs ləvazimatlarının səliqəli və təmiz saxlanılması və s. şəxsi gigiyenaya aiddir.
İctimai gigiyena isə sinif otaqlarının, məktəb partalarının, idman ləvazimatlarının, qurğularının münasib və təmiz olması və i.a. daxildir. Bunların təhsil prosesində nəzərə alınması uşaqların sağlam,
gümrah böyüməsində mühüm şərtdir.
Fiziki tərbiyənin təlim prinsipləri.Fiziki tərbiyə – tərbiyənin tərkib hissələrindən biri olmaqla, həm də pedaqoji prosesdir. Buna görə də, fiziki tərbiyə prosesinin optimal təşkili pedaqoji prinsiplərlə sıx əlaqədardır. Fiziki tərbiyə məşğələlərində
istifadə olunan prinsiplər bunlardır.
Hərtərəfli inkişaf prinsipi. Müstəqillik dövründə təlim-tərbiyə işləri vaxtı bu prinsipin tətbiqinə çox böyük ehtiyac vardır. Çünki, müstəqillik digər cəhətlərlə bərabər, həm də əhalinin, xüsusən yetişən gənc nəslin normal, sağlam, gümrah, Vətənin müdafiəsinə hazır olmasını tələb edir. Söylənilənlər fiziki kamilliklə sıx əlaqədardır. Fiziki kamillik dedikdə, müxtəlif növ fiziki hərəkətlər və oyunlar vasitəsilə insanların mədəni və mənəvi səviyyəsini yüksəltməyə, zehni, əxlaqi və estetik tərbiyəsini formalaşdırmağa, hərəki bacarıqlarını, vərdişlərini və keyfiyyətlərini inkişaf etdirməyə nail olmaq deməkdir.
Bədən tərbiyəsi və ya sinif müəllimi fiziki tərbiyə məşğələlərində apardığı təlim-tərbiyə işləri kiçik məktəbyaşlı uşaqların hərtərəfli inkişafına səbəb olmalıdır. Bu vaxt təlim – məşğələlərdə 2 cəhətə diqqət yetirilməlidir:
1. Aparılan təlim-tərbiyə işləri digər fənlərdə göstərilən tədbirlərlə, həmçinintərbiyənin digər tərkib hissələri ilə sıx əlaqədar olmalıdır. Bu prosesdə əmək, estetik, əxlaq, zehni, mənəvi və s. tərbiyəyə fikir verilməli və inkişaf etdirilməlidir.
2. Hərtərəfli fiziki inkişaf və fiziki hazırlıq məşğələdə mühüm yer tutmalıdır. Yəni uşaqların ümumi və xüsusi fiziki hazırlığı artırılmalı, həmçinin orqanizmin forma və funksiyalarında müsbət dəyişikliklər olmalı, fiziki keyfiyyətlər, bilik, bacarıq və vərdişlər daha da formalaşmalıdır.
Ardıcıllıq prinsipi. Fiziki tərbiyə məşğələlərinin ardıcıllıq prinsipi əsasında qurulması fiziki hərəkətlərin və oyunların texniki cəhətdən düzgün yerinə yetirilməsində həlledici əhəmiyyətə malikdir. Buna görə də fiziki mədəniyyət proqramının tədris materialları ardıcıl olaraq öyrədilməlidir. Həmin prinsipə görə yeni öyrədilən fiziki hərəkətlər əvvəllər öyrənilmiş hərəkətlərə və oyunlara istinad olunmaqla öyrədilməlidir. Burada əvvəllər asan, sonralar isə mürəkkəb hərəkətlərin, fəndlərin öyrədilməsini unutmaq olmaz.
Tədricilik prinsipi. Bu prinsipdə dərsdə fiziki yükün tədricən yüklənməsini, məqsəd və qarşıya qoyulmuş vəzifələrin, hərəkət və oyunların, fəndlərin tədricən mürəkkəbləşdirilməsini tələb edir. Təlim prosesində sadədən mürəkkəbə, asandan çətinə, məlumdan məchula prinsipinə əməl etmək nəzərdə tutulur.
Əyanilik prinsipi. Əyanilik prinsipi göstərilən hərəkət və fəndlər üzrə uşaqlarda daha konkret təsəvvür anlayışı yaradır. Fiziki hərəkətlərin və oyunların daha yaxşı öyrədilməsində əyaniliyin əhəmiyyəti əvəzedilməzdir. Hərəkət və fəndləri göstərməzdən əvvəl, göstərilən zaman və göstəriləndən sonra onun yerinə yetirilməsinə dair izahatlar vermək olar. Uşaqlar bu zaman praktik şəkildə hərəkətlərin və fəndlərin necə icra olunmasını müşahidə edirlər. Hərəkətlərin yerinə yetirilməsinin lazımi səviyyədə qavranılmasında şəkillərdən, sxemlər, diaqramlar, rəsmlər, fotoşəkillər və s. istifadə təlim üçün xüsusi əhəmiyyət kəsb edir.
Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi. Bu prinsip dərsin təşkilinə, onun təkrarlanmasına və daha da dərinləşdirilməsinə imkan verir.Bilik və bacarıqların möhkəmləndirilməsi prinsiplərinə riayət edərkən bir cəhətə xüsusi diqqət yetirilməlidir. Bu hər hansı bir hərəkəti və ya fəndi düzgün icra etmədikdə, lazımi səviyyədə öyrənmədikdə digər bir hərəkətin, fəndin təliminə keçməməlidir. Bunun üçün də hərəkətlərin və ya fəndlərin məktəblilər tərəfindən icraetmə qabiliyyəti tədris normativləri və ya testlər vasitəsilə yoxlanılmalıdır.
Fərdi yanaşma prinsipi. Fiziki tərbiyə məşğələlərində ibtidai məktəb şagirdlərinin fərdi xüsusiyyətləri nəzərə alınmalı, məşğələlər onların fiziki hazırlığına, yaş xüsusiyyətlərinə və idman oyunları fəndlərinin yerinə yetirilməsi texnikasının səviyyəsinə uyğun aparılmalıdır. Bu prinsipin başlıca tərəflərindən biri məktəblilərin güclü və zəif cəhətləri nəzərə alınaraq fiziki yük verməklə sıx bağlıdır. Çünki orqanizmin dinamikasının quruluşu, onun fiziki yükə reaksiya vermə qabiliyyəti müxtəlifdir.
Şərti Fiziki Qabiliyyətlər nədir?
The şərti fiziki qabiliyyətlər birbaşa iş və hərəkətlə əlaqəli olanlardır. Dörd şərti fiziki qabiliyyət var: güc, sürət, dözümlülük və rahatlıq.
Koordinasiya qabiliyyətləri oriyentasiya, tarazlıq, çeviklik, mənada hərəkət koordinasiyası və reaksiya ilə əlaqədardır.
Fiziki qabiliyyətlər və ya fiziki dəyərlər insanın sabit bədən vəziyyətinə sahib olmaq üçün inkişaf etdirdiyi bacarıqdır. Bu qabiliyyətlər iki qrupa bölünür: koordinasiya və şərti.
Güc, əzələlərin müqavimət deyilən bir stimula reaksiya vermə qabiliyyəti, sürət isə bir hərəkəti sürətli bir şəkildə həyata keçirmə qabiliyyətidir.
Dözümlülük az və ya çox müddət davam edən sıx fiziki fəaliyyətlərə tab gətirmək qabiliyyətidir. Nəhayət, rahatlıq, oynaqlarınızı asanlıqla və təbii şəkildə hərəkət etdirmək qabiliyyətidir.
Şərti fiziki qabiliyyətlər bədən tərbiyəsi (qaçış, üzgüçülük, ağırlıq qaldırmaq, uzanma və uzanma rutinləri etmək və s.) Yolu ilə inkişaf etdirilə bilər.
Şərti fiziki qabiliyyətlərin xüsusiyyətləri
1- Məcburiyyət
Fiziki qabiliyyət kimi güc əzələ səyinə aiddir. Bu qabiliyyət bizə ağır əşyaları qaldırmaq, hərəkət etdirmək, sürükləmək, gərginlik yayları, ox atmaq üçün yay yaymaq, başqaları arasında öz çəkimizi dəstəkləmək imkanı verir.
Əzələlər əsəbi stimul sayəsində reaksiya verir. Bu şəkildə müqavilə bağlaya, əyilə, uzada və ya müəyyən bir vəziyyətdə qala bilərlər.
Bir insanın gücü məşqlə arta bilər. Bu məqsədlə tövsiyə olunan bəzi fəaliyyətlər bunlardır:
1-Öz bədən çəkinizi qaldırın (çubuqlarda hərəkətlər etmək).
4-Sprint (maksimum sürətlə qısa məsafələrə qaçış).
Güc növləri
İki növ əzələ qüvvəsi var: izometrik və izotonik.
1-İzometrik qüvvə əzələlərin gərginliyi ilə tətbiq olunan və statik olması ilə xarakterizə olunan qüvvədir.
Məsələn, bir divara təzyiq etsək, əzələlərimiz gərilir, ancaq divar hərəkət etməz. Divarda heç bir təsir müşahidə olunmasa da, əzələlər enerji və ton sərf edəcəkdir.
2-İzotonik qüvvə, əzələlər aktivləşdikdə və başqa bir cismin yerdəyişməsini meydana gətirəndə meydana gələn gücdür. Bunlara bəzi nümunələr bir ağırlığı qaldırdığımızda və ya bir qutunu itələdikdə verilmişdir.
2- Sürət
Sürət, bədənin xarici bir stimula reaksiya verə bilməsi, sürətli bir hərəkət etməsi və ya sürətli bir şəkildə hərəkət etməsi kimi başa düşülür.
Sürətə girən bir neçə amil var. Başlayanlar üçün bir insanın gücü və əzələ tonu sürəti artıra bilər.
Digər bir vacib cəhət də əzələlərin sinir stimullarına reaksiyasıdır. Nəhayət, koordinasiya hərəkətləri daha dəqiq və uzun müddətdə daha sürətli edir.
Sürət qısa, lakin təkrarlanan məşqlərlə öyrədilə bilər. Bu şəkildə hər təkrarda sürətin dəyişməsi müşahidə ediləcəkdir.
Sürət növləri
Üç sürət növü vardır: reaksiya sürəti, əzələ büzülmə sürəti və hərəkət sürəti.
1-Reaksiya sürəti, əzələlərin xarici bir stimul aldıqdan sonra hərəkət sürətinə aiddir.
Məsələn, yarışın başlanğıcında “hazır, hazır ol, get” deyilir, salvo atılır və ya iştirakçıların hərəkətə başlamaları üçün bir bayraq dalğalanır.
Fərdi bu xarici siqnalı aldıqda və mümkün qədər tez hərəkət etdikdə reaksiya sürəti müdaxilə edir.
Reaksiya dərəcəsi iki növə bölünür: sadə və mürəkkəb. Sadə, fərdin bilinən bir stimula reaksiya verdiyi zaman meydana gəlir, kompleks fərdi bilinməyən bir stimula təsir göstərdikdə meydana gəlir.
2-Əzələ büzülmə sürəti, əzələlərin tez əyilmə və uzanma qabiliyyətinə aiddir. Bunların bir nümunəsi bir dəqiqədə mümkün qədər çox oturmaqdır.
3-Yer dəyişdirmə sürəti üç sürət arasında ən yaxşı bilinəndir. Bu, müəyyən bir məsafəni ən qısa müddətdə qət etmə qabiliyyətinə aiddir. 100 və ya 400 metr mənzildə qaçış səyahət sürətinin testləridir.
3- Müqavimət
Dözüm, insanın fiziki fəaliyyət nəticəsində yaranan yorğunluq vəziyyətinə qarşı durma qabiliyyətidir. Eynilə, dözüm başa çatmış vaxt ərzində səyi davam etdirməyi də əhatə edir.
Ümumiyyətlə, dözümlülük bir şəxsin əzələlərinin müəyyən fəaliyyətlərdə necə istifadə edilməsindən asılıdır.
Məsələn, hazırlığı olmayan bir şəxs marafon keçirməyə çalışdısa, 42 kilometri qaçışı tamamlaya bilməməsi çox mümkündür.
Dözüm ağırlıqları qaldırmaq və orada bir neçə saniyə saxlamaqla inkişaf etdirilə bilər. Vaxt keçdikcə bu məşq müddəti artır.
Dözümlülüyü yaxşılaşdırmağın başqa bir yolu qaçmaq və ya daha uzun və ya qısa müddətə qaçmaqdır. Tədricən uzatma artırılmalıdır.
4- Esneklik
Elastiklik bədənin oynağı uzatma qabiliyyətidir. Uşaqlıq dövründə bədən çox elastikdir və bu keyfiyyət illər keçdikcə itir.
Bu səbəbdən oynaqların uzanması və uzanması hərəkətləri etmək lazımdır.
Esneklik uzanan rutinlərlə inkişaf etdirilir. Bu məqsəd üçün bəzi məşqlər:
1-Ayağa qalxın və dizlərinizi bükmədən ayaqlarınızın uclarına toxunun.
2-Ayaqları uzanmış vəziyyətdə oturun və başı ilə dizə toxunmağa çalışın.
Elastiklik növləri
İki növ elastiklik var: aktiv və passiv.
1-Aktiv elastiklik, insan daxili stimul, yəni öz iradəsi nəticəsində oynaqların uzandığı zaman meydana gəlir.
2-Pasif elastiklik, insan xarici qüvvələrin köməyi ilə (başqa bir insan, çəkilər, bulaqlar və s.) Oynaqları uzatdıqda meydana gəlir.
Ümumiyyətlə, passiv elastikliklə əldə olunan genişlənmə diapazonu, aktiv elastikliklə əldə ediləndən çoxdur.
İstinadlar
- İdmandakı fitness komponentləri. 6 sentyabr 2017-ci ildə sports-training-adviser.com saytından alındı
- Fiziki fəaliyyət və bədən tərbiyəsi. 6 sentyabr 2017-ci ildə ncbi.nlm.nih.gov saytından alındı
- Pik hündürlüyü sürəti. 6 sentyabr 2017-ci ildə footballscience.net saytından alındı
- İdman Biologiyası (1989). 6 sentyabr 2017-ci il tarixində books.google.com saytından alındı
- Qaçışlar üçün əsas sürətli məşq. 6 sentyabr 2017-ci il tarixində runner.competitor.com saytından alındı
- Uzun məsafəyə qaçış üçün düzgün məşq. 6 sentyabr 2017-ci il tarixində, liverong.com saytından alındı
- Çalışan 101. 6 sentyabr 2017-ci ildə fitnessmagazine.com saytından alındı
Fiziki şəxsin mülki hüquq və fəaliyyət qabiliyyəti
Fiziki şəxslər mülki hüquq münasibətlərinin subyektləridirlər. Bunun üçün onların qanunla müəyyən edilənkeyfiyyətlərə malik olması gərəkdir ki, bundan ötrü də özündə bir neçə elementi birləşdirməsidir. Bu keyfiyyətlərin ən əsası isə mülki hüquq qabiliyyətidir. Roma hüququnda “hüquq qabiliyyətinə” “caput” deyilirdi.İlk dəfə onun anlayışı 1804-cü il Napaleon Məcəlləsində formulə edilmişdir. AR MM-nin 25.1-ci maddəsi də bu anlayışa həsr edilmişdir. Mülki hüquq qabiliyyəti fiziki şəxsin mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq qabiliyyəti başa düşülür. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğumu ilə əmələ gəlir, ölümü ilə xətm olunur. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Mülki hüquq qabiliyyətinə sahib olan fiziki şəxs yalnız qanunda nəzərdə tutulmuş mülki hüquqlara malikdir və bu hüquqlar dövlət tərəfindən tanınması ümumi, mücərrəd imkandır. Dövlət bütün fiziki şəxslərin hüquq qabiliyyətinin müdafiəsinə təminat verir. Fiziki şəxsin hüquq qabiliyyətinə və fəaliyyət qabiliyyətinə yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət qoyula bilər. Mülki hüquq qabiliyyəti ayrılmaz və özgəninkiləşdirilməz xarakterə malikdir. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq və fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəlik əqdlər əhəmiyyətsiz sayılır. Fiziki şəxsin hüquq qabiliyyəti spirtli içki içdikdə, narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə zamanı məhkəmə tərəfindən məhdudlaşdırılır və ona himayəçilik təyin edilir. Bu əsaslar aradan qaldırıldıqda isə məhkəmə fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir, himayəçiliyi də ləğv edir.
Bu imkanlara əmlak üzərində mülkiyyət hüququna malik olmaq qabiliyyəti, əqli mülkiyyət hüququna malik olma qabiliyyəti, vərəsəlik, sahibkarlıq, qanunvericilikdə nəzərdə tutulmuş əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmayan, amma ona zidd olmayan əqdlər bağlamaq qabiliyyəti, qeyri- maddi nemətlərə malik olmaq qabiliyyəti aiddir. Mülki hüquq qabiliyyətindən fərqli olaraq nisbətən daha kiçik anlayış olan, onun xələfi olan mülki fəaliyyət qabiliyyəti fiziki şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti başa düşülür.Mülki fəaliyyət qabiliyyəti dövlət tərəfindən fiziki şəxslərə mülki hüquq normaları vasitəsilə verilmiş hüquqi imkandır. Bu isə fiziki şəxsin yaşından, onun ruhi-psixi vəziyyətindən asılıdır. Mülki fəaliyyət qabiliyyəti fiziki şəxs tərəfindən iradəvi, şüurlu, düşünülmüş və dərk edilmişhərəkətlər edilməsi ilə bağlıdır. Mülki fəaliyyət qabiliyyətinin elementləri əqdlər bağlamaq, əldə edilmiş mülki hüquqları həyata keçirmək və yaranmış mülki vəzifələri icra etmək, delikt qabiliyyəti, sahibkarlıq fəaliyyəti ilə məşğul olma imkanı və s.
Comments are closed, but trackbacks and pingbacks are open.