Press "Enter" to skip to content

Fiziki terbiye metodikasinin fiziki keyfiyyetleri

· hərəkətlərin və sağlamlaşdırıcı vasitələrin orqanizmə təsirini əsaslandırır;

fiziki tərbiyə

Fiziki tərbiyə kurrikulumu və onun xarakterik cəhətləri. Ümumtəhsil məktəblərində fiziki tərbiyənin kurikulumu təhsil mərhələləri üzrə fənnin tədrisinin əsas xüsusiyyətlərini göstərməklə şagirdlərin hərəki bacarıq və vərdişlərinin, mənəvi-iradi xüsusiyyətlərinin formalaşmasını, hərəki qabiliyyətlərin inkişaf etdirilməsinin, sağlamlığın qorunması, reabilitasiyası və hərəki mədəniyyət üzrə zəruri informasiyaların verilməsi istiqamətində fəaliyyətləri özündə əks etdirən konseptual, rəsmi dövlət sənədidir.

Bu sənəd öz məzmununda fiziki tərbiyə üzrə ümumi təlim nəticələrini, siniflər üzrə məzmun standartlarını, fizki tərbiyə dərslərinin təlim formaları, metodları, təlim fəaliyyətinin planlaşdırılması nümunələrini özündə əks etdirən strategiyanı, şagird nailiyyətlərinin qiymətləndirilməsi formalarını, meyarlarını əhatə edir.

Fiziki tərbiyə kurrikulumu nəticəyönümlü xarakterə malikdir. Bu sənəddə məzmun materialları bacarıqlar və dəyərlər formasında ifadə edilmişdir. Bu zaman fiziki tərbiyənin təlimi prosesində şagirdlərin idraki, mənəvi-iradi, hərəki, psixomotor fəaliyyətləri diqqət mərkəzində saxlanılmışdır.

Kurrikulumun hazırlanmasında şagird nailiyyətlərinin dinamikliyi, bütün məzmun xətləri üzrə sinifdən sinifə, sinif daxili inkişaf əsas götürülmüşdür, bu zaman şagird şəxsiyyəti əsas sübyekt kimi diqqət mərkəzində saxlanılmışdır. Məzmun xətləri arasında üfiqi və şaquli əlaqə eləcədə fən daxili əlaqələr tədrisin dinamikliyinin təmin edilməsinə istiqamətlənmişdir.

Fiziki tərbiyənin əhəmiyyəti. Fiziki tərbiyə insanın harmonik fiziki inkişafını təmin etməklə və mənəvi-iradi dayanılılıgını formalaşdırmaqla cəmiyyətdə müstəsna əhəmiyyətə malikdir. Bu ilk növbədə fiziki tərbiyənin aşağıdakı xarakterik xüsusiyyətləri ilə əlaqədardır:

Fiziki tərbiyənin tərbiyəvi əhəmiyyəti. Ümumtəhsil məktəblərində tədris qarşısında qoyulan əsas məqsədlərdən ən əhəmiyyətlisi öz vətənini, xalqını, millətini sevən nümunəvi davranışa malik mübariz və tolerant insan tərbiyə etməkdir. Səmərəli qurulmuş fiziki tərbiyə prosesi qeyd olunan məqsədin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasına imkan verir. Kiçik kollektivin, komandanın mənafeyiləri uğrunda mübarizə sonda vətənpərvərliyə; yoldaşları ilə əməkdaşlıq – ünsiyyətə; oyun qaydalarına riayət və rəqibə hörmət – tolerantlığa; rəqabət və qalib qəlmək etirası – mübarizlik xüsusiyyətinə kimi formalaşdırılır.

Fiziki tərbiyənin sağlamlaşdırıcı və inkişafetdirici əhəmiyyəti. Optimal hərəkət, fiziki yük insanın psixomotor fəaliyyətinin formalaşmasında mühüm rol oynayır. Adekvat fiziki yükün qan dövranını intensivləşdirməsi orqanizmin inkişafını təmin edən maddələr mübadiləsini və müxtəlif funksional sistemlərin işini xeyli yaxşılaşdırır. Bu cəhətdən də müntəzəm fiziki yük böyüyən orqanizmin sağlamlığı və inkişafı üçün olduğca zəruri əhəmiyyət daşıyır.

Fiziki tərbiyənin tətbiqi əhəmiyyəti . Cəmiyyətdə yüksək fiziki hazırlıq tələb edən peşə sahələri vardır. Orduda, ölkənin müdafiəsində, güc strukturlarında , fövqəladə hallarda xilasetmə xidməti və s. belə fəaliyyət sahələrinə aiddir. Qeyd olunan fiziki hazırlığın əsası isə insanın fiziki inkişafının daha intensiv dövrünə təsadüf edən ümumtəhsil müddətində, fiziki tərbiyə prosesində qoyulur. Ümumtəhsil məktəblərində şagirdlər fiziki tərbiyə prosesində zəruri, həyati bacarıq və vərdişlərə yiyələnməklə ekstremal şəraitlərdə özlərini uğurlu fəliyyətə hazırlayırlar.

Fiziki tərbiyənin reabilitasiya əhəmiyyəti. Ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlıq səviyyəsindən asılı olaraq hazırlıq və xüsusi qruplara aid olan şagirdlərdə və eləcə də müəyyən fiziki qüsuru və ya hansı zədələnmələrə məruz qalmış insanlarda dayaq-hərəkət aparatındakı problemlər, funksional sistemlərinin reabilitasiyası fiziki tərbiyə vasitəsi ilə aradan qaldırılır.

Yuxarıda qeyd olunanlar ümumtəhsil sistemində fiziki tərbiyənin rolunu göstərməklə yanaşı bu fənnin tədrisinin reabilitasiya xüsusiyyətini də əks etdirir.

Fiziki tərbiyənin tədrisinin məqsədi və vəzifələri. Fiziki tərbiyənin ümumtəhsil məktəblərində tədrisinin əsas məqsədi şagirdlərin fiziki cəhətdən harmonik inkişafını təmin etmək, onları vətənin müdafiəsinə, şəxsi həyat, professional peşə fəaliyyəti üçün hazırlıqlı və hərəki fəaliyyət mədəniyyəti tərbiyə etməkdir.

Göstərilən məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həlli məqsədəuyğun hesab edilir:

· Sağlamlığı möhkəmləndirməklə, orqanizmin müqavimətin və ümumi iş qabiliyyətinin artırılması.

· Hər bir yaş dövrü üçün zəruri olan hərəki qabiliyyətlərin optimal inkişaf həddinin təmin edilməsi.

· Həyat fəaliyyəti üçün zəruri bacarıq və vərdişlərin formalaşdırılması və təkmilləşdirilməsi.

· Bədən tərbiyəsi və idmana, fiziki hazırlıq və hərəki qabiliyyətləri inkişaf etdirmək üçün müstəqil məşğələlərə marağın formalaşdırılması.

· Bədən quruluşundakı qüsurların aradan qaldırılması və düzgün qamətin formalaşdırılması.

· Hərəki qabiliyyətlərin inkişafının ən sadə metodlarına dair nəzəri biliklərin mənimsənilməsi.

· Mənəvi-iradi və hərəki fəaliyyət mədəniyyətinin formalaşması.

Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurrikulumu çərçivə sənədində müəyyən edilmişdir ki, ümumi təhsil məktəblərində fiziki tərbiyənin tədrisi vasitəsilə:

Ümumi orta təhsil pilləsi fiziki tərbiyənin tədrisi hərəki qabiliyyətlərin planlı, harmonik inkişafını, mənəvi-iradi xüsusiyyətlərin, hərəki mədəniyyətin formalaşdırılmasını nəzərdə tutur. Bu təhsil mərhələsi şagirdin idraki, fiziki, mədəni, psixo-motor inkişafının həyata keçirilməsi baxımından çox mühüm dövrü əhatə edir. Bu mərhələdə fənnin tədrisinin səciyəvi xüsusiyyətləri aşağıdakılardır:

hərəki qabiliyyətlərin planlı inkişafının təmin edilməsi;

– müxtəlif idman növlərinin elementlərindən fiziki hazırlıq vasitəsi kimi istifadə edilməsi;

– ayrı-ayrı idman növlərinin texniki, taktiki xüsusiyyətlərinin öyrədilməsi, bu növlərdə zəruri fiziki hazırlığın təmin edilməsi;

– hərəki fəaliyyət mədəniyyətinin formalaşdırılması;

– mənəvi-iradi xüsusiyyətlərin formalaşdırılmasının tədris prosesinin əsas amilinin olması;

– şəxsi sağlamlıq, orqanizmin möhkəmləndirilməsi, mütənasib bədən quruluşunun formalaşmasında şəxsi məsuliyyət hissinin yaradılması;

– fərdi və kollektiv fəaliyyət zamanı rəqibə hörmət, öz hərəki fəaliyyətini mövcud qaydalar çərçivəsində qurmaqla mübarizlik hissinin aşlanması.

Fiziki tərbiyənin hərəki bacarıq və vərdişlərin formalaşması və hərəki qabiliyyətlərin inkişaf etdirilməsində, şəxsiyyətin formalaşmasında mühüm amil olduğunu, ümumi mədəniyyət səviyyəsinin əsas göstəricilərindən biri olması haqqında şagirdlərin bilikləri zənginləşdirilir, idman növləri, oyunlar hərəkət kompleksləri vasitəsi ilə hərəki qabiliyyətlərin dinamik inkişafını təmin etmək, ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı üçün müvafiq hərəkətləri seçmək bacarığının formalaşdırılması, mövcud fiziki və potensial hərəki qabiliyyətinin fiziki tərbiyə vasitəsi ilə inkişaf etdirilməsi imkanlarının mövcudluğuna inam hissinin yaradılması, sağlamlığın möhkəmləndirilməsi üsullarına yiyələnmək, sağlam həyat tərzinin normaya çevrilməsi, fiziki hərəkətlər icra olunarkən təhlükəsizlik qaydalarına riayət edilməsinin təmin olunması, mübarizə şəraitində psixoloji dayanıqlıq, komandalı fəaliyyətdə məsuliyyət hissi, çətin anlarda fiziki imkanları səfərbər etmək və digərlərinə kömək göstərmək keyfiyyətləri, tibbi-gigiyenik vərdişləri, ilk tibbi yardım, mühafizə və özünümühafizə bacarıqları formalaşdırılır. Nümunəvi davranış, vətənə sevgi və vətənpərvərlik hissləri aşılanır.

Tam orta təhsil pilləsində

Bu mərhələdə fənnin tədrisinin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

– Fiziki hazərlığın təkmilləşdirilməsi və düzgün qamətin formalaşdırılması metodikasından istifadə bacarığının yaradılması;

– Fiziki yükün icrası zamanı orqanizmin funksional vəziyyətinə nəzarət və sadə bərpa vasitələrindən istifadə etmək bacarığına yiyələnmək;

– İlk tibbi yardım üsullarındanistifadənin təkmilləşdirilməsi;

– Komandalı fəaliyyət zamanı səmərəli əməkdaşlıq formasından istifadə bacarığı;

– Hərəki mədəniyyət fəaliyyətinin təkmilləşdirilməsi;

– Ekstremal şəraitlərdə fiziki və mənəvi-iradi potensialını reallaşdırmaq bacarığının formalaşdırılması.

Hərəki bacarıq və vərdişlər təkmilləşdirilir, hərəki qabiliyyətlərin dinamik inkişafı təmin edilir, hərəkətlərin təyinatı və məqsədyönlü istifadəsi haqqında biliklər mənimsənilir, bu və ya digər idman növünə uyğunluq, meyl və maraq müəyyənləşdirilir, şagirdlərin potensial imkanlarının reallaşdırılması üçün lazımi şərait yaradılır, onların peşə seçiminə istiqamətləndirilməsi, seçmə və idman orientasiyası təmin edilir, mübarizlik ruhu, mənəvi-iradi keyfiyyətlər, şəraiti təhlil etmək və çevik qərar qəbul etmək bacarığı, kollektiv fəaliyyət zamanı məsuliyyət hissi, rəqibə hörmət, vətənə sevgi və məhəbbət hissləri tərbiyə olunur.

I. Fiziki tərbiyə təliminin məzmunu

1.1 Ümumi təlim nəticələri

Ümumi orta təhsil mərhələsi (V-IX siniflər) üzrə şagird:

· Sağlamlığını möhkəmləndirmək, fiziki hazırlığın inkişaf etdirmək üçün tibbi-gigiyena qaydalarına əməl edir, səmərəli hərəkətlər kompleksi seçib icra edir;

· Müxtəlif idman növlərinə aid olan hərəkətlərin icra üsullarını dəqiq və səlist yerinə yetirir;

· Ayrı-ayrı hərəki qabiliyyətləri inkişaf etdirmək üçün səmərəli və məqsədyönlü hərəkətlər kompleksi seçib yerinə yetirir;

· Fiziki tərbiyə prosesində müvafiq təhlükəsizlik, mühafizə, özünümühafizə qaydalarına riayət edir;

· Kollektiv fəaliyyət zamanı öz yerini və rolunu dəqiq müəyyən etməyi bacarır, zəruri anlarda aparıcı və həlledici mövqe tutur;

Orta təhsil pilləsi (X-XI siniflər) üzrə şagird:

· Fiziki tərbiyə prosesinin təşkili ilə bağlı nəzəri məlumatları izah edir və bu məlumatlardan praktik fəaliyyətin qurulmasında məqsədyönlü istifadə edir;

· Hərəkətləri yerinə yetirərkən əlverişli icra üsulu tətbiq edir, seçdiyi idman növünün xüsusiyyətərinə uüğun hərəkətlər kompleksi müəyyənləşdirərək icra edir;

· Ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı metodlarını bilir və özünün hazırlığını artırmaq üçün onları tətbiq edir;

· Hərəkətlərin icrası zamanı müvafiq təhlükəsizlik qaydalarına riayət edir, ilk tibbi yardım göstərir;

· Fərdi, və ya komanda tərkibində fəaliyət zamanı təşkilatçılıq, psixoloji dayanıqlılıq, dözümlülük, ümumi mənafeyə xidmət etmək keyfiyyətlərini nümayış etdirir;

1.2 Məzmun xətləri

Fiziki tərbiyə fənni biri-biri ilə qarşlıqlı əlaqəli olan və biri-birini üzvü sürətldə tamamlayan məzmun xətlərindən ibarətdir. Onlar aşağıdakı lardan ibarətdir. :

· İnformasiya təminatı və nəzəri biliklər.

· Hərəki bacarıqlar və vərdişlər .

· Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətlərinin formalaşdırılması .

Göstərilən məzmun xətləri bütün ümum i təhsil dövründə dəyişməz qalır. Lakin təhsil mərhələlərində onların məzmunu dəyişir.

İnformasiya təminatı və nəzəri biliklər

İnformasiya təminatı şagird tərəfindən icrası həyata keçiriləcək hərəki fəaliyyət haqqında dəqiq təsəvvür yaratmağa, onun şüurlu və fəal icrasını təmin etməyə yönəlmiş məlumatları əhatə edir. Nəzəri biliklər isə bilavasitə hərəkətin icra metodikasına, ayrı-ayrı növlərin hərəkət quruluşuna, hərəki qabiliyyətlərin inkişafına aid məlumatlardan ibarət olur.

İnformasiya təminatı və nəzəri biliklər hərəki bacarıq və vərdişlərin formalaşdırılması prossesində ilkin mərhələdə hərəki təsəvvürün yaranmasını təmin edir. Bu zaman şagird hərəki fəaliyyətin quruluşu haqqında məlumatlar alır, hərəki fəaliyyət üçün proqramı müəyyənləşdirir. Hərəkətin icrasının ümumi əhəmiyyətini, onun uğurlu icrasını şərtləndirən amilləri dərk edir, hərəkətin quruluş fazaları, elementləri, icra ardıcıllığı haqqında təsəvvürləri qazanır, müxtəlif fənlər üzrə əldə edilmiş biliklərdən fiziki tərbiyə prosesində istifadə etmək bacarıqlarını mənimsəyir.

İnformasiya təminatı həmçinin gün rejiminin əhəmiyyəti və tərtibi, davranış və ünsiyyət formaları, mənəvi iradi keyfiyyətlərin formalaşmasına yönəlmiş məlumatları əhatə edir, həyati fəaliyyətin düzgün təşkilinə xidmət edir.

1.3 Təhsil pillələri üzrə təlim nəticələri

Əsas təhsil pilləsi üzrə təlim nəticələri

1. İnformasiya təminatı və nəzəri biliklər

· hərəkətlərin və sağlamlaşdırıcı vasitələrin orqanizmə təsirini əsaslandırır;

· müxtəlif idman növlərinə aid hərəkətlərin səmərəli icra üsullarını izah edir;

· h ərəkətlərin təyinatını izah edir ;

· i lk tibbi yardım qaydalarını şərh edir .

2. Hərəki bacarıqlar və vərdişlər

· s ağlamlaşdırıcı vasitələrdən sistemli şəkildə istifadə edir ;

· h ərəkətləri və oyunları qaydalara müvafiq qurur ;

· h ərəkətlərdən və bərpaedici vasitələrdən təyinatına görə istifadə edir ;

· i lk tibbi yardım göstərir .

3. Hərəki qabiliyyətlər

· fiziki hazırlığını artırmaq üçün hərəkətlərdən və xüsusi vasitələrdən məqsədyönlü istifadə edir;

· hərəkətlərin icrası zamanı zəruri metodlar tətbiq edir.

4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması

· komandalı fəaliyyət zamanı öz fəaliyyətini etik normalara müvafiq qurur;

· birgə fəaliyyət zamanı öz potensialından səmərəli istifadə edir.

Orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri

1. İnformasiya təminatı və nəzəri biliklər

· hərəki qabiliyyətlərin inkişafı metodlarını izah edir;

· hərəki komplekslərin inkişafetdirici və korreksiyaedici xüsusiyyətlərini izah edir;

· bərpaedici vasitələrin və üsulların orqanizmə təsirini şərh edir.

2. Hərəki bacarıqlar və vərdişlər

Şagird:

· orqanizmin funksional sistemlərinin və orqanların iş qabiliyyətini artırmaq üçün hərəkətləri icra edir;

· hərəki fəaliyyətində əlverişli icra üsulu tətbiq edir;

· şəraitə uyğun ilk tibbi yardım göstərir;

· bərpaedici vasitələrdən səmərəli istifadə edir.

3. Hərəki qabiliyyətlər

· fiziki hazırlığını artırmaq üçün hərəkətlərdən və xüsusi vasitələrdən müntəzəm istifadə edir;

· hərəkətlərin icrası zamanı əlverişli metodlar tətbiq edir.

4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması

· hərəki fəaliyyət zamanı təqdiredici mənəvi-iradi keyfiyyətlər nümayiş etdirir.

Siniflər üzrə məzmun standartları

V sinfin sonunda şagird:

· hərəkətlərin və sağlamlaşdırırıcı vasitələrin orqanizmə təsirini izah edir;

· yerinə yetirdiyi hərəkətlərin icra usulları haqqında məlumat verir;

· sağlamlığını möhkəmləndirmək üçün hərəkətlərdən və vasitələrdən istifadə edir;

· müxtəlif təyinatlı hərəkətlərin icra üsullarını nümayiş etdirir;

· yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;

· özünün təqdiredici fəaliyyətini yoldaşlarının fəaliyyəti ilə uzlaşdırır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. İnformasiya təminatı və nəzəri biliklər

1.1. Sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti haqqında biliklərini nümayiş etdirir.

1.1.1. Hərəkətlərin sağlamlaşdırıcı təsiri haqqında qısa informasiya verir.

1.2.1. Sağlamlaşdırıcı vasitələrin orqanizmə təsiri haqqında qısa informasiya verir

1.2. Müxtəlif idman növlərinə aid olan hərəkətlərin icra üsulları haqqında biliklərini nümayiş etdirir.

1.2.1. Hərəkətlərin icra üsulları haqqında qısa informasiya verir.

1.2.2. Müxtəlif oyunların təyinatı haqqında qısa informasiya verir.

1.2.3. Idman növlərinin elementlərindən ibarət estafetlər haqqında informasiya verir.

1.2.4. Sadə özünümüdafiə hərəkətləri haqqında informasiya verir.

1.3. Hərəki fəaliyyətin təşkili və idarə olunmasına dair biliklərini nümayiş etdirir.

1.3.1. Sıra hərəkətləri və komandalar haqqında məlumat verir.

1.3.2. Ümuminkişaf hərəkətləri haqqında informasiya verir.

1.3.3. Hərəki qabiliyyətlər, onların inkişafı metodları haqqında informasiya verir.

1.3.4. Hərəkətlərin icrası zamanı özünənəzarət üsulları haqqında informasiya verir;

1.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik qaydaları haqqında informasiya verir.

2. Hərəki bacarıqlar və vərdişlər

2.1. Şagird hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir.

2.1.1 Sağlamlığını möhkəmləndirmək üçün hərəkətlər və hərəkət komplekslərini icra edir.

2.1.2. Orqanizmi möhkəmləndirən sağlamlaşdırıcı vasitələri nümunələrə müvafiq tətbiq edir.

2.2. Hərəki fəaliyyətin icra üsulunu mənimsədiyini nümayiş etdirir.

2.2.1. Hərəkətlərin icrasında müvafiq üsullar seçir.

2.2.2. Müxtəlif təyinatlı oyunlarda iştirak edir.

2.2.3. Ayrı-ayrı idman növlərinə aid olan hərəkətləri müvafiq icra üsulu ilə yerinə yetirir.

2.2.4. Sadə kombinələşmiş estafetlərdə iştirak edir.

2.2.5. Sadə özünümüdafiə hərəkətlərini icra edir.

2.3. Hərəki fəaliyyətin təşkili və idarə olunmasına dair bacarıqlar nümayiş etdirir.

2.3.1. Sıra hərəkətlərini verilən komandalara müvafiq yerinə yetirir.

2.3.2. Ümuminkişaf hərəkətlərini nümunələrə müvafiq yerinə yetirir.

2.3.3. Hərəki qabiliyyətləri formalaşdıran hərəkətləri icra edir.

2.3.4. Gün rejimində nəbz vurğularının dinamikasını müəyyənləşdirir.

2.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik qaydalarına əməl edir.

3. Hərəki qabiliyyətlər *

3.1. Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.

3.1.1. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq çeviklik nümayiş etdirir.

3.1.2. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.

3.1.3. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət nümayiş etdirir.

3.1.4. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət – güc nümayiş etdirir.

3.1.5. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq qüvvə numayiş etdirir.

3.1.6. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq dözümlülük nümayiş etdirir.

4. Şəxsiyyətin mənəvi iradi keyfiyyətlərinin formalaşması.

4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.

4.1.1. g ün rejiminin yerinə yetirilməsində şüurluluq nümayiş etdirir.

4.1.2. f əaliyyətini mövcud qaydalar çərçivəsində yoldaşlarının fəaliyyəti ilə uzlaşdırır.

VI sinfin sonunda şagi rd:

· b ədən quruluşunun formalaşması və korreksiyası üçün hərəkətlərdən istifadə edir ;

· ə lverişli i c ra üsullarını fərqləndirir;

· h ərəkətlərdən təyinatına görə istifadə edir;

· h ərəkətlərdən istifadə zamanı müvafiq metod və i c ra re j imləri tətbiq edir;

Fiziki terbiye metodikasinin fiziki keyfiyyetleri

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası tələbələrə insan bədəninin fiziki hazırlığını və aktivliyini öyrənib, araşdırmağa kömək edir. Bu da fəaliyyət sahəsində insan bədənin ümumi rifahını yaxşılaşdırmağa təminat verir. Azərbaycan regionun aparıcı idman ölkəsi olaraq tanınır. Beynəlxalq rəqabətdə də üstünlüyü əldə etmək üçün səriştəli, peşəkar kadr hazırlığına təlabat var.

Bu ixtisasa yiyələnmiş mütəxəssislər ümumtəhsil məktəblərində, idman təmaüllü məktəblərdə, ixtisaslaşmış peşə təhsili müəssisələrində, şagirdlərin dərsdənkənar fiziki hazırlığını həyata keçirən bölmələrdə həmçinin özəl idman sahələrində bədən tərbiyəsi müəllimi kimi işləmək imkanı əldə edirlər.

İxtisasın tarixi

Fiziki tərbiyənin tarixi min illər öncə Qədim Yunanıstana dayanır. E.ə. 380-ci ildə Platon “Dövlət” əsərində iki növ təhsilin zəruri olduğunu vurğulayırdı: zehnin təhsili və bədənin təhsili. Fiziki tərbiyə Qədim Yunanıstanda “Gimnastika” adı ilə məktəblərdə tədris olunurdu. Gənc kişilər həmin dövrdə Afinanın mərkəzində, gimnaziyalarda məşq etmək məcburiyyətində idilər və hətta idmana olan maraq bu sahədə Olimpiya oyunlarının təşkil edilməsinə səbəb olmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Məktəb standartlarına əsasən fiziki tərbiyə dərslərini təşkil etmək, planlamaq;
  • ➝ İdman, oyun, ritm, bədən hərəkətlərinin əsaslarını şagirdələrə açıqlamaq;
  • ➝ Şagirdləri qrupla işə, kollektiv və şəxsi inkişaf hədəfləri müəyyənlişdirməyə təşviq etmək;
  • ➝ Fiziki məşqlər üçün lazım olan alətlərin, mühitin şagirdlərin sağlamlığı üçün təhlükəsiz olmasını təmin etmək;
  • ➝ Şagirdin şəxsi və akademik inkişafını dəyərləndirmək.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
  • ➝ Azərbaycan Dövlət Pedoqoji Universiteti
  • ➝ Bakı Dövlət Universiteti (Qazax filialı)
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Orta və ali təhsil müəssisələrində;
  • ➝ Dövlət təhlükəsizlik orqanlarında;
  • ➝ İdman mərkəzlərində;
  • ➝ İdman cəmiyyətlərində;
  • ➝ İdman klublarında və s.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ İdman bacarıqları;
  • ➝ Müxtəlif atletik maraq dairələrinə və fiziki bacarıqara malik şagirdlərə ixtisası tədris edə bilmək;
  • ➝ Qarışıq idman texnikalarını bəsit dillə izah edə bilmək;
  • ➝ Komanda idarəsi və motivasiyasını təmin edə bilmək.

İxtisasın gələcəyi

Azərbaycanın bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi və idman siyasəti bizə icazə verir ki, hazırda bu ixtisasa olan tələbin yüksək olduğu qənaətinə gələ bilərik, eyni zamanda müasir dövrdə insanların passiv və qeyri-sağlam həyat şəraitinin getdikcə artması hələ məktəb dövrlərindən onlara idmana qarşı marağın daha da artırılmasını və bu sahəyə olan diqqətin daha da artırılmasını tələb edir.

Əmək haqqı

Bu sahə üzrə orta aylıq əmək haqqları 600-700 AZN civarındadır , fəaliyyətini ali təhsil müəssisələrində davam etdirənlər üçün isə bu məbləğ 1000-1500 AZN aralığında dəyişir.

II. Fiziki tərbiyə anlayışı

II. Fiziki tərbiyə anlayışı
Fiziki tərbiyə tərbiyənin tərkib hissəsi kimi uşaq orqanizm-inə mütəşəkkil təsir göstərən pedaqoji
proses olmaqla bütün orqanların düzgün inkişafına, onların funksiyalarının təkmilləşməsinə, hərəki
keyfiyyətlərin artmasına, sağlamlığın möhkəmləndirilməsinə, insanların fiziki təhsilinin idarə
edilməsinə, bədən tərbiyəsi və idman sahəsində toplanmış bilik, bacarıq və vərdişlərin gənc nəslə
mənimsədilməsi məqsədinə istiqamətləndirilmişdir (P.F.Lesqaft, A.N.Filippov, N.V.Savin, İ.A.Kryaçko,
N.M.Kazımov, B.A.Əhmədov, Y.R.Talıbov, Ə.A.Ağayev, H.N.Məmmədov, H.H.Qurbanov).
Fiziki tərbiyə – sırf psixikaya təsirlə – intellekt, iradə, emosiya, əxlaq və s. ilə sıx əlaqədardır.
(F.Lanqranj, Q.Demeni).
Fiziki tərbiyə- tərbiyənin mühüm vasitəsi və tərkib hissəsi kimi şəxsiyyətin hərtərəfli inkişafının
vasitəsidir (V.A.Semenov, B. A. Əhmədov, M.Quliyeva, A.Şükürov).

77
Y.R.Talıbov və H.H.Qurbanov. ixtisasa giriş. Bakı, 2000, s.6-9
78
H.H.Qurbanov. fiziki tərbiyə nəzəriyyəsi və metodikası. Bakı, “Adiloğlu”nəşr, 2001, s.27-28

43
Fiziki tərbiyə- insanın fiziki inkişafının vasitəsi, həm də yaşlı nəslin təcrübəsini gənclərə öyrədən
vasitədir (A.D.Novikov).
Fiziki tərbiyə- cəmiyyətin tələbatına uyğun adamların fiziki və mənəvi inkişafını təmin edir, onları
əməyə və müdafiəyə fəal hazırlayır (A.İ.Borisov).
Fiziki tərbiyə- pedaqoji proses kimi… estetik və etik
normalara cavab verə biləcək davranış və qabiliyyətlərin yaranmasına yönəldilmişdir. O, uşaqların iştirakı
ilə kollektiv pedaqoqlar və valideynlər tərəfindən həyata keçirilir (Q.N.Satirov).
Fiziki tərbiyənin bir-biri ilə əlaqəli dar və geniş mənada iki tərəfi vardır:
Fiziki tərbiyə–dar mənada sağlamlığın möhkəmləndir-ilməsi, fiziki keyfiyyətlərin qazanılması və
təkmilləşməsi məqsədilə fiziki inkişafa təsir göstərmək başa düşülür.
Fiziki tərbiyə- geniş mənada isə fiziki təhsil mənasında başa düşülür. Fiziki təhsil isə tərbiyə
olunanların bilik, bacarıq və vərdişlərlə silahlanmasıdır (A.D.Novikov).

III. Fiziki təhsil anlayışı

Fiziki təhsil – şəxsiyyətin anatomik-fizioloji xüsusiyyətləri ilə sıx bağlı olub, hərtərəfli inkişafın
şərtləri olan əqli və əxlaqi tərbiyənin bədən tərbiyəsi ilə əlaqəli həyata keçirilməsidir ki, bunun da son
məqsədi tərbiyəli-təhsilli şəxs yetişdirilməsidir (P.F.Lesqaft)
Fiziki təhsilə – fiziki inkişafı yaxşılaşdırmaq və fiziki
keyfiyyətləri təkmilləşdirmək üçün xüsusi olaraq mütəşəkkil surətdə təşkil edilmiş orqanizmin forma və
funksiyalarına təsir göstərmək, bunun müvəffəqiyyətlə həyata keçirilməsi məqsədilə yaxşı hazırlıqlı
pedaqoqun fəaliyyəti ilə əlaqələndirmək, nəticə etibarı ilə isə iradə və xarakterin möhkəmləndirilməsidir
(V.V.Qorinevski).
Fiziki təhsil- hərəkət koordinasiyasının təkmilləşdirilməsi, ümumi fiziki hazırlığın qazanılması,
fiziki inkişafın düzgün getməsi, fizioloji cəhətdən orqanizm üçün daha faydalı olması, xüsusən insan
psixikasına – əqli inkişafa, iradi keyfiyyətlərə və emosiyanın yaranmasına müsbət təsir göstərməkdir
(A.D.Butovski).
Fiziki təhsil – fiziki tərbiyə prosesində hərəki bacarıq və vərdişlərin aşılanmasının müəyyən
işlənmə məcmui, qazanılmış «bədən keyfiyyətləri»nin şüurlu və məqsədəuyğun prosesi, habelə ondan
intensiv istifadə edilməsidir (Q.Dyuperron).
Fiziki təhsil – bu tədris-pedaqoji proses kimi bir qayda olaraq mütəxəssis müəllimlər tərəfindən,
əsasən məktəb dərs formasında həyata keçirilməsidir (Q.N.Satirov).
Bütün bunlardan aydın olur ki, P.F.Lesqaft və b. fiziki təhsil
fikrinə sözün geniş mənasında fiziki tərbiyə prosesinin bütöv bir sistemi kimi baxılarsa, Q.Dyuperron və
b. isə fiziki təhsili həmin sistemin bir hissəsi kimi qəbul edirlər.

IV. Fiziki inkişaf anlayışı
Fiziki inkişaf – bu proses həyat şəraitinin və tərbiyənin təsiri altında insan orqanizminin bioloji
baxımdan forma və funksiyasının qurulması və dəyişdirilməsi, orqanizmin artması və təkmilləşdirilməsi,
eləcə də fiziki keyfiyyətlərin və qabiliyyətlərin formalaşması prosesidir (N.V.Savin, İ.A.Kryaçko,
B.A.Əhmədov).

V. İdman anlayışı
İdman hərəki fəaliyyətin elə bir növüdür ki, insanın həmin fəaliyyət sahəsində yüksək göstəricilər
(rekord göstəriciləri) əldə etməsinə xidmət göstərir. İdman fiziki mədəniyyətin tərkibinə daxildir, fiziki
tərbiyənin isə ən mühüm vasitələrindən biridir (B.A.Əhmədov, Y.R.Talıbov, H.H.Qurbanov).

VI. Fiziki kamillik anlayışı
Fiziki kamillik – şəxsiyyətin fəaliyyətə (əməyə, təlimə və
s.) fiziki cəhətdən hazır olması zəruriliyi ilə şərtləndirilən fiziki inkişaf səviyyəsini əks etdirir, fiziki
mədəniyyətlə şəxsiyyətin bu mədəniyyətə optimal yiyələnməsi arasındakı nisbəti ifadə edir
(B.A.Əhmədov, F.İ.İsmayılov, M.Quliyeva, A.Şükürov və b.).

44
Bundan əlavə, fiziki tərbiyə ilə bədən tərbiyəsini eyniləşdirənlər də vardır (A.A.Ziqmund).
Tarixə bir daha nəzər salmış olsaq məlum olur ki, XIX əsrdə
və XX əsrin 20-ci illərinədək fiziki tərbiyə və fiziki təhsil diqqəti nə qədər özünə cəlb etmiş olsa da 20-ci
illərdən başlayaraq ölkəmizdə əhali arasında bədən tərbiyəsi termini və hərəkatı daha geniş vüsət
tapmışdır. Məsələyə tarixi nöqteyi-nəzərdən yanaşmış olsaq, aydın olur ki, bədən tərbiyəsinin kökü daha
dərinliklərə gedib çıxmış və mahiyyət və məzmun etibarı ilə xüsusi əhəmiyyət kəsb etmiş, dövlətçilik
baxımından isə onun ən zəruri və əvəzedilməz atributlarından biri olmuşdur.
Bədən tərbiyəsinin dövlətçiliyin qorunub saxlanılmasında vacib atributlardan olduğunu, insanın
sağlamlığının möhkəmləndirilməsində, fiziki cəhətdən normal və ahəngdar inkişafında mühüm rolunu,
eləcə də onunla sıx əlaqəli olan spesifik anlayışların hər birinin ayrı-ayrılıqda mahiyyət və məzmununun
dəyərliliyini, həmçinin pedaqoji-metodiki baxımdan onları bir-birindən fərqləndirən cəhətlərin
müasir tələblər nöqteyi-nəzərindən şərh etməyin zəruriliyini nəzərə alıb, nəticə olaraq yekun
ümumiləşdirməni veririk. Ümumiləşdirmə spesifik məfhumlar üzrə görkəmli pedaqoq-alimlərin
fikirlərinə, habelə tədqiqatçının bu sahədə gəlmiş olduğu qənaətə əsaslanır.
Bədən tərbiyəsi – cəmiyyətin məqsəd və vəzifələrinin həyata keçirilməsinə uyğun olan insan
mədəniyyətinin tərkib hissəsi kimi ən geniş anlayışdır. Çünki o, insanların fiziki kamilliyi üçün
tarix boyu hərəki sahəsində qazanmış olduğu bilik, bacarıq və vərdişlər üzrə bütün nəzəri və
təcrübi nailiyyətləri özündə cəmləşdirir. Mədəniyyət sözün geniş mənasında insan əməyi ilə
yaradılan hər nə varsa, hamısını özündə birləşdirir. Bu mənada fiziki mədəniyyət, fiziki tərbiyə,
fiziki təhsil, hərtərəfli fiziki inkişaf, əməyə və müdafiə fəaliyyətinə hazırlıq, idman və s. üzrə uzun
illərdən bəri bəşəriyyətin əldə etmiş nailiyyətləri də özündə əks etdirən insanların fiziki
kamilliyində istifadə olunan fiziki vasitələrin məcmusudur. Fiziki mədəniyyət eləcə də, mühüm
hərəki vasitə və metodlar sahəsində toplanmış təcrübəni adamların fiziki tərbiyə, fiziki inkişaf,
fiziki təhsil və fiziki kamillik yönəmində tətbiq etməklə onların inkişafına və şəxsiyyət kimi
hərtərəfli və ahəngdar təkmilləşməsinə və formalaşmasına müsbət təsir göstərir. O, eyni zamanda
cəmiyyət üzvlərinin mürəkkəb və bütöv bir fiziki mədəniyyət sistemi olmuş və olmaqda davam edir.
Fiziki tərbiyə – tərbiyənin tərkib hissəsi olmaqla, fiziki hərəkətlərin, təbii amillərin və
gigiyena tədbirlərinin köməyi ilə fiziki inkişafı, fiziki hazırlığı və s. təlimini idarəetmə prosesidir. O,
tədris-pedaqoji anlayışlar sırasına daxil olub, mütəşəkkil pedaqoji proses kimi müəllim-tərbiyəçi
və valideynlərin rəhbərliyi və nəzarəti altında uşaqların bilavasitə iştirakı ilə cəmiyyətin tələbatına
müvafiq dərs -məşğələ formasında həyata keçirilir. Fiziki tərbiyə şagirdlərin (tələbələrin) və
uşaqların hərtərəfli və ahəngdar inkişafına müsbət təsir göstərməklə, onların fiziki cəhətdən
normal inkişafına, fiziki təhsilinə, onun düzgün idarə edilməsinə yönəldilir. Fiziki tərbiyə bundan
əlavə, cəmiyyətin bədən tərbiyəsi və idman sahəsində toplanmış bilik, bacarıq və vərdişlər üzrə
təcrübəsini gənc nəslə öyrətməklə, onların sağlamlığını möhkəmləndirir, insan orqanizminin
morfoloji və funksional inkişafına və təkmilləşməsinə istiqamətləndirilir, əmək və hərbi – müdafiə
fəaliyyətinə hazırlanması məqsədini daşıyır.
Fiziki təhsil – mütəşəkkil təşkili prosesi olub, fiziki
tərbiyənin tərkib hissəsi kimi geniş mənada başa düşülür və məşğul olanların fiziki bacarıq və
vərdişləri üzrə xüsusi biliklərə yiyələnməsinə yönəldilmişdir. Həmin biliklər isə insanların fiziki
inkişafına və hərəki keyfiyyətlərinin təkmilləşməsinə səbəb olur. Bunlar isə orqanizmin forma və
funksiyalarına müsbət təsir göstərməklə, xüsusi hazırlıqlı mütəxəssislərin fəaliyyəti nəticəsində
həyata keçirilir. Eyni zamanda, hərtərəfli inkişafın əsas şərtləri olan əqli, əxlaqi keyfiyyətlərin
formalaşmasına və bədən tərbiyəsinə xidmət edir, son məqsədi isə tərbiyəli, təhsilli şəxsiyyət
yetirməkdən ibarətdir.
Fiziki inkişaf – həyat şəraiti və tərbiyənin təsiri altında insan orqanizminin forma və
funksiyalarının keyfiyyət və kəmiyyətcə dəyişməsi, fiziki qabiliyyət və keyfiyyətlərin inkişaf
prosesidir.
Bütün bunlar antropometrik göstəricilərlə müəyyən olunur. Bura boy, çəki, döş qəfəsinin
həcmi, əzələ toplusu və s. daxildir.

45
Fiziki hazırlıq – fiziki bacarıq, vərdiş və fiziki keyfiyyətlərin inkişaf səviyyəsi ilə təyin
edilir. Fiziki hazırlıq «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi kompleksinin normativləri
əsasında müəyyən edilir.
Fiziki təkmilləşmə – insanların müasir cəmiyyətdə əməyə, ölkənin müdafiəsinə və həyata
fiziki hazırlığı, fiziki inkişafı ilə səciyyələnir.
İdman – fiziki tərbiyənin başlıca vasitəsi olub, fiziki mədəniyyətin ayrılmaz hissəsi kimi
hərəki fəaliyyətin elə bir növüdür ki, insan bu fəaliyyət üzrə şəxsi və ictimai quruluşun mənayefinə
uyğun yüksək idman göstəriciləri qazanır.
Fiziki kamillik – dərin psixoloji, fizioloji və fiziki proses kimi sağlamlığın
möhkəmləndirilməsinə, bədən münasibliyinə, üzvlər və sistemlərin ahəngdar inkişafına, təbii
amillər və fiziki vasitələrlə nail olma kimi başa düşülür. Bu mənəvi, əxlaqi və yüksək estetik zövq
ehtiyacı şüurlu surətdə dərk etməklə həmin komponentləri vəhdət halında götürmək yolu ilə
şəxsiyyətin hərəki qabiliyyət və keyfiyyətlərinin əməyə, təlimə, müdafiəyə və intellektual səviyyədə
fiziki cəhətdən hazırlanması ilə şərtlənir. Fiziki kamilləşmə şəxsiyyətin ümumi mədəniyyətində
özünü onun ayrılmaz tərkib hissəsi kimi göstərən fiziki mədəniyyətin nə dərəcədə mənimsənilməsi
səviyyəsini əks etdirir.
Bədən tərbiyəsi və idman haqqında qanunda da əsas anlayışlar şərh olunur. Həmin qanunda
göstərilənlər mahiyyət və məzmun etibarı ilə apardığımız elmi-tədqiqatın nəticələrinə uyğun gəlir. Lakin
fərq qanununda anlayışların Daha konkret verilməsidirsə, bu yazıda isə bədən tərbiyəsi və idman
anlayışlarının anatomik-fizioloji, pedaqoji-psixoloji və s. baxımdan geniş şəkildə açıqlanmasındadır.
Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunda bədən tərbiyəsi üzrə əsas
anlayışlardan biri «fiziki inkişaf» anlayışının öz əksini tapmaması da müşahidə edilir. (Bədən tərbiyəsi və
idman haqqında Azərbaycan Respublikasının qanununu Olimpiya dünyası qəzeti: 1-3 sentyabr.2009-cu
il).
İlk baxışdan biz bunu ciddi nöqsan kimi qəbul edə bilərdik. Lakin uzun illərdən bəri apardığımız
tədqiqatlar, pedaqoji müşahidələr, yanaşmalar, toplanmış faktların təhlili, ümumiləşdirilməsi və bütün
bunların nəticəsi olaraq əldə edilmiş materialların nəşr olunması prosesində bəzən qüsurların meydana
çıxması hallarını qaçılmaz hesab edirik. Əlbəttə qanunda «Fiziki inkişaf» anlayışının öz əksini
tapmamasını nəzərdən qaçmış qüsurlar siyahısına daxil etmək düzgün olardı. Bədən tərbiyəsi və idman
haqqında qanunun növbəti nəşrlərində həmin qüsurun aradan qaldırılmasına şübhə yeri qalmır.

46
Yoxlama test sualları

1.Pedaqoq alimlərin təhsilin mahiyyəti, məzmunu və vəzifələri haqqında düşüncələrini şərh edin.
2.Təhsil haqqında yeni qanunda təhsilin mahiyyəti necə səciyyələndirilir?
3.Tərbiyə anlayışının mahiyyəti nədən ibarətdir?
4.Təlimin məzmunu və mahiyyətini səciyyələndirin.
5.Fiziki tərbiyə anlayışlarına dair Azərbaycan pedaqoqlarının fikirlərini söyləyin.
6.Fiziki tərbiyə anlayışının əsas mahiyyəti nədən ibarətdir?
7.Bədən tərbiyəsi anlayışının əsas mahiyyəti nədən ibarətdir?
8.Fiziki tərbiyə və bədən tərbiyəsi anlayışlarının fərqli cəhətləri hansılardır?
9.İdman anlayışının əsas mahiyyəti nədir?
10.Fiziki hazırlıq və fiziki inkişaf anlayışlarının mühüm cəhətlərini izah edin.
11.Fiziki təhsilin əsas mahiyyəti nədən ibarətdir?
12. Fiziki təkmilləşmənin başlıca cəhətlərini söyləyin.

Yaradıcı iş üçün təxmini mövzular

1.Azərbaycan pedaqoqlarının əsərlərində fiziki tərbiyə məsələləri;
2.Görkəmli alim-pedaqoqlar fiziki tərbiyə anlayışı haqqında;
3.Görkəmli alim-pedaqoqların bədən tərbiyəsi anlayışları barədə fikirləri.

47
II FƏSİL. İBTİDAİ MƏKTƏBDƏ ŞAGİRDLƏRİN
FİZİKİ TƏRBİYƏSİNİN ƏSASLARI

P L A N

1. İbtidai məktəblərdə şagirdlərin fiziki tərbiyəsinin mahiyyəti, məqsədi, vəzifələri və vasitələri.
2. «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin mahiyyəti, vəzifələri o, tədris və elmi
fənn kimi.
3. Kiçik məktəbyaşlı uşaqların yaş xüsusiyyətləri.
4. Fiziki tərbiyə təliminin elmi-nəzəri əsasları.
5. Fiziki tərbiyənin təlim prinsipləri.
6. Fiziki tərbiyənin təlim metodları.

ƏDƏBİYYAT

1.N.Kazımov. Məktəb pedaqogikası. Bakı, «Çaşıoğlu» nəşriyyatı,2002. Ci-il.
2.H.Qurbanov. Fiziki tərbiyə nəzəriyyəsi və metodikası. Bakı, «Adiloğlu» nəşriyyatı, 2001.
ci-il.
3.B.Quliyev. İbtidai siniflərdə bədən tərbiyəsi. Bakı, «Maarif»nəşriyyatı, 1974. ci-il.
4.B.Quliyev. İbtidai siniflərdə bədən bərbiyəsi dərsləri. Bakı, «Maarif» nəşriyyatı, 1977. ci-il.
5.Fiziçeskaya kulğtura v şkole. Metodika urokov v I-III klassax.(Q.P.Boqdanovanın redaktəsi
ilə).M., «Prosveşenie», 1971. ci-il.
6.V.Kaçaşkin. Fiziçeskoe vospitanie v naçalnoy şkole. M, izd-vo «Prosveşenie», 1977. ci-il.

48
II FƏSİL. İBTİDAİ MƏKTƏBDƏ ŞAGİRDLƏRİN
FİZİKİ TƏRBİYƏSİNİN ƏSASLARI

II. 1. İbtidai məktəbdə şagirdlərin fiziki tərbiyəsinin
mahiyyəti, məqsədi, vəzifələri və vasitələri

Hazırda məktəblilərin hərtərəfli inkişaf etdirilməsi və fiziki cəhətdən kamilləşməsi mühüm bir
vəzifə kimi qarşıya qoyulmuşdur.
H.Ə.Əliyev bədən tərbiyəsi və idmanın inkişafına çox böyük diqqət yetirmiş və bu münasibətlə
vaxtı ilə demişdir: «İdmanın, bədən tərbiyəsinin inkişafı üçün görülən işlər və gələcəkdə də görəcəyimiz
işlər dövlət, hökumət siyasətinin əsas üstünlüklərindən biridir»
79
.
Şəxsiyyətin fiziki cəhətdən kamilləşməsi dedikdə, möhkəm cansağlığının, yaşauyğun fiziki
inkişaf, habelə həyat üçün vacib olan hərəkət vərdişlərinin qazanılması nəzərdə tutulur. Şəxsiyyətin
hərtərəfli inkişafında fiziki və əqli inkişafın bir – biri ilə sıx əlaqədə olması, ahəngdar inkişaf etməsi əsas
şərtlərdən biri sayılır. Bütün bunlar uşağın psixoloji inkişafına müsbət təsir göstərir. Onun daxili
üzvlərində və sistemlərində, o cümlədən beynin quruluşunda və funksional vəziyyətində əhəmiyyətli
dəyişikliklər meydana çıxmasına səbəb olur. Bu hal kiçik məktəb yaşlarında daha qabarıq şəkildə özünü
büruzə verir. Qeyd etmək lazımdır ki, ilk dəfə məktəb həyatına qədəm qoyan uşaq, ağır təlim – tərbiyə ilə
qarşılaşmağa başlayır. O, dərs zamanı sakit oturmalı, nizam-intizamı gözləməli, müəllimi axıra kimi
diqqətlə dinləməli, bir sözlə, məktəb rejiminə ciddi riayət etməlidir. Bundan ötrü uşaq, fiziki cəhətdən
normal inkişaf etməli, həmçinin dözümlü, iradəli, səbrli və təmkinli olmalıdır. Bu keyfiyyətlərin əldə
edilməsində əməyə və Vətənin müdafiəsinə hazırlıqda fiziki tərbiyə məşğələlərinin böyük rolu vardır.
Təhsilin təməli ibtidai siniflərdə qoyulduğu kimi, məktəblilərin hərtərəfli, ahəngdar inkişafı, əməyə və
Vətənin müdafiəsinə hazırlıq işlərinin əsas bünövrəsi də
həmin dövrdən başlayır. Buna görə də bu məsələlərin fiziki tərbiyə ilə əlaqəliliyinin elmi və əməli
cəhətlərini nəzərdən keçirmək olduqca zəruridir. Çünki bu, ibtidai sinif müəllimlərinin elmi- nəzəri
səviyyəsinin yüksədilməsində böyük əhəmiyyətə malikdir.

1.1. Fiziki tərbiyənin mahiyyəti və məqsədi
Məktəblilərin ictimai-faydalı əməyə hazırlığında fiziki tərbiyənin rolu.
Məktəbdə şagirdlərin əməyə hazırlanmasında fiziki hərəkətlərin öyrədilməsinin böyük əhəmiyyəti vardır.
Yeriş, qaçış, tullanma, qaməti düzgün inkişaf etdirən və s. hərəkətlərin təlimi şagirdlərdə sürət, çeviklik,
dözümlülük kimi fiziki və psixoloji keyfiyyətlərin tərbiyə olunmasına kömək edir, bu da onları dolayı
yolla əməyə hazırlayır. Başqa sözlə desək, şagirdlərin gələcək istehsalat təliminə mənəvi, fiziki, əxlaqi
cəhətdən hazırlığı artır, onlar bədən tərbiyəsi və idmana yaxşı münasibət bəsləyirlər. Fiziki hərəkətlərlə
müntəzəm məşğul olan şagirdlər bədəncə möhkəm və sağlam olur, ağır tərpənən, bədəncə zəif olan
uşaqlara nisbətən onlar yorulmur, müəyyən bir işi daha tez və keyfiyyətlə yerinə yetirirlər.
Əzələnin gücünü və uşağın çevikliyini artıran fiziki hərəkətlər və bunların bir-biri ilə düzgün
əlaqələndirilməsi əməyə hazırlıq üçün böyük zəmin yaradır. Belə hərəkətlərin şagirdlərə öyrədilməsi,
onların bədən tərbiyəsi dərslərinə olan marağını artırır və hərəkətlərin icraedilmə keyfiyyətini xeyli
yaxşılaşdırır. Respublikanın şəhər və kənd məktəblərində apardığımız müşahidələr göstərmişdir ki, təbii
hərəkət keyfiyyətlərinə yiyələnmiş şagirdlər iş görərkən əzələ gücü enerjisinə qənaət edir, dəqiq olmağa,
habelə artıq hərəkətlərə yol verməməyə çalışırlar. Onlar hər hansı fiziki işi başqalarından fərqli olaraq az
enerji sərf etməklə, qısa bir vaxt ərzində yerinə yetirirlər.
Fiziki tərbiyə məşğələlərində ritmililiyin gözlənilməsi, bilik, bacarıq və vərdişlərin aşılanması,
müvazinət hərəkətlərinin mənimsədilməsi şagirdlərin əməyə hazırlanmasında mühüm rol oynayır.
Məsələn, müntəzəm olaraq müvazinət hərəkətləri ilə məşq etmiş və bu sahədə lazımi hərəkət vərdişlərinə
yiyələnmiş şagirdlər müxtəlif növ əmək işlərinə ( şəkil çəkmək, yazmaq, toxumaq və s.) daha yaxşı hazır
olur və iş prosesində gec yorulurlar. Bundan əlavə bədən tərbiyəsi üzrə nəzəri məlumatların şagirdlərə

79
И.Ялийев. ХВЫЫ йай олимпийа ойунлары щаггында. «Олимп»оскор.Б,
2003-ъц ил, Олимпийа журналы, 14 ийул, 1999-ъу ил.

49
çatdırılması da həmin hərəkətlərin icrasının effektini artırır, bacarıq və vərdişlərin aşılanmasına kömək
edir.
Fizioloji və psixoloji tədqiqatlardan aydın olur ki, fiziki hərəkətlər şagirdlərin iş qabiliyyətini
artırır, sağlamlığını möhkəmləndirir, fiziki inkişafına müsbət təsir göstərir. Eyni zamanda bu hərəkətlər
üzrə nəzəri məlumatların mənimsədilməsi şagirdlərin hərəkətləri şüurlu icra etməsinə kömək edir.
Nəticədə şagirdlər həmin hərəkətlərlə ardıcıl məşğul olmağa, onları düzgün və dəqiq yerinə yetirməyə
çalışırlar. Bu həm də ürək fəaliyyətinin yaxşılaşmasına, maddələr mübadiləsinin tədricən sürətlənməsinə,
əmək prosesi ilə əlaqədar keyfiyyətlərin yüksədilməsinə, habelə müvafiq hisslərin inkişafına müsbət təsir
göstərir. İdman əşyalarının və avadanlıqlarının təmiz saxlanılması, hərəkətin icrası zamanı təhlükəsizlik
qaydalarına riayət olunması öz sağlamlığını qorumaqda onlara kömək edir. Bu da əməyə hazırlığın əsas
amillərindəndir.
Şagirdlər ayrı-ayrı hərəkətlərin icrasına xeyli əmək sərf edirlər. Şagirdlərin əmək qabiliyyətini
artıran şərtlərdən biri əmək elementlərinə malik fiziki hərəkətlərin tənəffüslə uyğunlaşdırılmasıdır.
Hərəkətlərin tənəffüslə əlaqələndirilməsi şagirdləri əməyə hazırlamağa zəmin yaradır. Nəhayət, təbii
amillərin (hava, günəş, su) vasitəsilə bədənin möhkəmləndirilməsi də şagirdlərdə əmək qabiliyyətinin
artırılmasına müsbət təsir göstərir.
Şagirdlərin şəxsi həyatında və fiziki inkişafında mütəhərrik oyunların rolu böyük olub, onları
əməyə hazırlayır, əmək prosesində lazım olan şərtləri (intizam, qayda-qanun, çeviklik, dəyanətlilik və s.)
yerinə yetirməyə alışdırır.
Oyunlar təşəbbüskarlıq, müstəqillik, mətanət, işgüzarlıq, yenilməzlik və s. kimi yüksək
keyfiyyətlərin mənbəyi olmaqla, uşaqları yaşadıqları cəmiyyətə bağlayır, kollektivin şərəfini üstün tutur
və bunu yerinə yetirməyə cəhd edir. Oyun uşaqları əmək fəaliyyətində iştirak etməyə hazırlayır, uşaqda
əməyə hörmət, məhəbbət hissi tərbiyə edir, tüfeylilərə, tənbəllərə, əməyə xor baxanlara qarşı isə nifrət
hissi oyadır.
Elə mütəhərrik oyunlar vardır ki, onlar uşaqları bilavasitə əmək işlərinə cəlb edir. Məsələn,
«Qalalarla oyun» və «Evcik-evcik» oyunları buna misal ola bilər. «Qalalarla oyun»da uşaqlar kollektiv
surətdə qalanı sökmək, hasarları (daşları) səliqə ilə bir yerə yığmaq, sonra sökülmüş daşları divarda öz
yerinə qoymaq kimi bir çox işlər görürlər; bu zaman uşaqlardan kollektiv işləmələri, diqqətli olmaları,
intizama riayət etmələri tələb olunur. Bu haqda verilən məlumat uşaqları birgə ictimai-faydalı əməyə
hazırlayır. Onlarda dostluq, yoldaşlıq hissləri tərbiyə edir, hətta uşaqlara hasarların gözəyarı ölçülməsi,
müqayisə edilməsi, qalanın yaraşıqlı, davamlı, yüksək estetik zövqdə tikilməsi kimi anlayış verir. Bu
oyun hər bir uşağa müəyyən vəzifə və tapşırıq verməklə yanaşı, bir sıra nəzəri bilik əldə etməyə
hazırlayır, onların yaradıcı təxəyyülünün inkişafına səbəb olur. Beləliklə, şagirdlər qalanın yenidənqurma
işlərini müvəffəqiyyətlə başa çatdırırlar.
Uşaq əməklə əlaqəli oyunda öz əlləri ilə müstəqil yaratdığı işlərə tamaşa etdikdə ondan xüsusi
zövq alır, sevinir, gülür, şənlənir və özünü gümrah hiss edir. Əməklə əlaqəli oyunlar haqqında uşaqların
aldıqları nəzəri məlumatlar uşaq xəyalının və təxəyyülünün yaranıb inkişaf etməsinə, hərəkətlərin şüurlu
icrasına təsir göstərir. Deməli, uşaq nəinki ictimai əməyə qoşulmalı və onunla tanış olmalıdır, eyni
zamanda keçirilən oyunun əməklə bağlılığına dair nəzəri məlumatları ətraflı öyrənməlidir.
A.S.Makarenkonun dediyi kimi: «Yaxşı oyun, yaxşı işə bənzəyir. Bu bənzəyiş çox böyükdür»
80
. Buradan
belə bir nəticə çıxarmaq olar ki, uşaq oyunda necədirsə, böyüyəndən sonra işdə də bir çox cəhətdən elə
olacaqdır.

«Vətəni sevməyən insan olmaz,
Olsa da, o şəxsdə vicdan olmaz»

(A.Səhhət)

80
А.С.Макаренко. Сечилмиш педагожи ясярляри, Бакы, Азярняшр, 1950, сящ.378.

50
Məktəblilərin vətənin müdafiəsinə hazırlığında fiziki tərbiyənin əhəmiyyəti.

XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini təmin etdi. Müstəqil Azərbaycan Respublikası
yarandı. Qeyd etməliyik ki, ölkəmizdə müstəqillik yarandığı gündən etibarən bir sıra problemlərlə
qarşılaşdıq. Həmin problemlər ölkənin iqtisadiyyatı və mədəniyyəti ilə sıx əlaqədardır. Son vaxtlar
iqtisadiyyat, mədəniyyət, xüsusi ilə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müsbət
nəticələr əldə edilmişdir.
Azərbaycan müstəqillik aldığı gündən etibarən daha bir ciddi problemlə qarşılaşdı. Bu
ermənistanın Azərbaycana təcavüzü ilə sıx əlaqədardır. Vəhşi ermənistan ordusu torpaqlarımızın 20
faizini işğal etmişdir. İndinin özündə də 7 rayonumuz və Yuxarı Qarabağ ermənistanın dəstəyi ilə
seperativ rejimin işğalı altındadır.
Bunlar göstərir ki, torpaqlarımızın işğaldan təmizlənməsi üçün bir sıra tədbirlərin həyata
keçirilməsinə çox böyük ehtiyac vardır.
Hazırda atəşgah dövründə digər təşkilatlarla yanaşı, orta və ali təhsil müəssisələrinin qarşısında
da vacib vəzifələr qoyulmuşdur. Həmin məqsəd və vəzifələrə böyüməkdə olan nəslə hərtərəfli bilik
verməklə bərabər, təhsil alan yeniyetmə və gənclərin fiziki tərbiyəsinə, idmanına diqqət yetirilməsi
mühüm məqsəd və vəzifə kimi qarşıya qoyulmuşdur. Bu baxımdan ümumtəhsil və ali məktəblərdə və
digər təhsil müəssisələrində, müxtəlif idman cəmiyyətlərində yeniyetmə və gənclərin bədən tərbiyəsi və
idmanını inkişaf etdirmək lazımdır
Ümummilli liderimiz sabiq ölkə prezidenti H.Ə.Əliyev əhalinin, ümumiyyətlə, bütün yaşlardan
olan adamların, xüsusi ilə uşaqların, yeniyetmə və gənclərin bədən tərbiyəsi və kütləvi idmanın, həmçinin
turizmin, ekskursiyaların, yürüşlərin inkişafını təhsil müəssisələrindən bu sahədə səmərəli işlər görməsini
ciddi surətdə tələb etmiş, bədən tərbiyəsi və idmanı gündəlik həyatımıza daxil etməyi məsləhət
görmüşdür. Çünki həmin yolla həyatda gözümlülük, yüksək keyfiyyətlilik, mövkəm iradə, mərdlik və
mətanətlik kimi vacib keyfiyyətlər tərbiyə etməklə vətəndaşların can sağlığına, əməyə hazırlığa, gəncləri
hərbi xidmətə hazırlamağa müvəffəq olmaq mümkündür. H.Ə.Əliyev bədən tərbiyəsi və idmanın
Azərbaycanda ən qədim tarixə malik olduğunu, vətənin müdafiəsi işində çox böyük əhəmiyyətini
dəfələrlə qeyd etmişdir. H.Ə.Əliyev ölkəmizdə bədən tərbiyəsi və idmana ən qədim zamanlardan belə
həmişə böyük diqqət yetirildiyini də vurğulamışdır.
İstər Böyük Vətən Müharibəsində və istərsə də Qarabağ uğrunda gedən döyüşlərdə sağlam
insanlar, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olub öz sağlamlığını möhkəmləndirmiş
vətəndaşlar vətənin müdafiəsi və onun faşizmdən azad olunmasında daha böyük qələbələr qazanmışlar.
Onlar suda, quruda və hava döyüşlərində cəldlik, çeviklik və möhkəm iradə göstərərək düşmənlərə ağır
zərbələr endirmişlər.
Torpaqlarımızın erməni faşizmindən təmizlənməsi üçün məktəblərimizdə idman məşğələlərində
şagirdlərə müxtəlif yeriş və qaçışlar, kroslar, maneələrin dəf edilməsi ilə uzununa, hündürlüyə
tullanmalar, qumbara atma, sərbəst və düzgün olaraq hədəfi nişan almaq, çay və göllərdən üzüb keçmək
öyrədilir. Fiziki cəhətdən hazırlıqlı gənclər Vətənin müdafiəsində yaxşı bir döyüşçü kimi nümunə
göstərirlər.
Böyük Vətən müharibəsi başlandıqda milliyyətindən asılı olmayaraq on minlərlə idmançılar
könüllü müharibəyə gedərək Vətənimizi qəhrəmancasına müdafiəyə başladılar. Sovet İttifaqı qəhrəmanı
O.Borzenkonun bədən tərbiyəsi və idmanın vətənin müdafiəsindəki rolunu və onu öz təcrübəsində
sınaqdan necə keçirməsini qeyd etsək kifayətdir. O, bu haqda deyir: « Fiziki möhkəmlik müharibədə
mənə çox lazım oldu. Mübaliğə etmədən deyə bilərəm ki, uşaqlıq dövründə mən öz bədənimə və iradəmə
təlim verməsə idim, məni azı 20 dəfə öldürə bilərdilər. Lakin hər dəfə döyüşdə mən düşməndən daha
güclü və çevik çıxırdım. Alman ölür, mən isə sağ qalırdım. Krım sahilinə çıxardığımız sonuncu desant
əməliyyatında ən qəti dəqiqədə gülləm qurtardı. Lakin mən fürsətdən istifadə edərək, təpiklə alman
zabitini vurub öldürdüm. Başqa bir vaxt mənim gətirdiyim katerə mərmi düşüb onu batırdı. Buz kimi
soyuq suda silah və paltarla mən 2 km üzərək sahilə çıxdım və hətta zökəm belə olmadım.
Bütün bunlar məhz ona görədir ki, bizim məktəbin idman müəllimi bizdə fiziki məşğələyə qarşı
böyük həvəs oyatmışdır. Dnepr sahilində yaşayan, lakin üzməyi öyrənməmiş bir gənc, güclü bir kiyevli

51
gördüm. Döyüş şəraitində suya düşən bu adam batmağa başladı. Belə adamlar orduda tam qiymətli
əsgərlər olmurlar»
81
.
Özlərini odların-alovların altına atan azərbaycanlı Sovet İttifaqı qəhrəmanları: H.Aslanov (2
dəfə), İsrafil Məmmədov, Hüseynbala Əliyev, Gəray Əsədov, Mehdi Hüseynzadə və onlarla azərbaycan
oğullarının möhkəmliyinə , şücaətinə, mərdliyinə, cəsurluğuna gündəlik bədən tərbiyəsi ilə məşğul
olmalarının çox böyük əhəmiyyəti olmuşdur.
Müharibənin ilk günlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının şəxsi
heyətindən 314 nəfər könüllü olaraq döyüşə getdilər. Həmin akademiyanın məzunu İ.İslamov kəşfiyyatda
olarkən əlindən ağır yaralanmasına baxmayaraq verilən tapşırığı yerinə yetirməmiş geri qayıtmadı. Üç
gündən sonra sol əlini itirsə də, lazım olan məlumatları əldə etdikdən sonra geri qayıtdı. Həmin
akademiyanın məzunu H.M.Əsgərov da böyük şücaət qazanmışdı.
İkinci Pribaltika cəbhəsinin 116-cı tank briqadasının tank tağımının komandiri olmuş, Oryol
çıxıntısındakı döyüşlərdə vuruşmuş yoldaşlarının azad edilməsində iştirak etmişdir»
82
.
Dəfələrlə akrobatika üzrə Azərbaycan çempionu, pedaqoji elmlər namizədi dosent H.H.Ağayev
müharibədə özünü qorxmaz bir kəşfiyyatçı kimi aparmış, basketbol üzrə əməkdar məşqçi, professor Tofiq
Abbasov ağır döyüşdə özünün idmanda qazandığı qüvvə və cəsarəti sayəsində yaralı komandirini döyüş
meydanından çıxara bilmiş, respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi, təcrübəli və hamının
sevimlisi Həsən Qarayev Böyük Vətən müharibəsində əsl azərbaycanlı, mərd, cəsur və cəsarətli bir
şəxsiyyət kimi özünü göstərmiş, ömrünün axırına qədər gənclərin fiziki tərbiyəsi ilə məşğul olmuş,
onlarla çempionlar və vətənin layiqli müdafiəçiləri hazırlamışdır. Həsən müəllim deyirdi: «Biz heç
kəsdən əksik deyilik. Bütün cəhətlərdə millətimizin adını yüksəklərə qaldırmalıyıq. Biz buna qadirik.
Belə də etməliyik. Bunu bizdən ata-babalarımızın ruhu tələb edir. Bunun üçün də əliəyri, töhmətgətirici,
millətə xas olmayan əməllərdən uzaq olmalı, siqaret çəkməməli, təhsilə xüsusi diqqət yetirməli, bədən
tərbiyəsi və idmanla müntəzəm məşğul olmalı və sağlamlığımızın qayğısına qalmalıyıq. Bu sənin ictimai
və vətəndaşlıq borcundur».
Məkrli ermənilərlə Qarabağ savaşında da bədən tərbiyəçi və idmançılarımız vətən uğrunda
canlarından keçmiş, mərdlik və cəsurluq göstərərək, torpaqlarımızın müdafiəsinə qalxmış, Vətən, doğma
torpaq, haqq-ədalət, qeyrət və ismət naminə şəhid olmuş, Vətənə, torpağa, xalqa, ata və anaya məhəbbət
hissinin ecaskar mənasını daha da zənginləşdirmiş və bundan qürur duymuşlar.
Yuxarı Qarabağ və onun ətrafında gedən vuruşlarda da igidlik və şücaət göstərdiklərinə görə
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş 2 məzun: Əliyar Yusif oğlu
Əliyev, İlqar Sədi oğlu İsmayılov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin hərbi və fiziki hazırlıq fakültəsini bitirmiş Mirələkbər
İbrahimov və Mətləb Quliyev Azərbaycan Respublikasının milli qəhrəmanı adına layiq görülmüş,
yüzlərlə məzun və tələbələrimiz vətən uğrunda şəhid olmuş, yaralanmış və İtkin düşmüşlər. Onların
xatirələri ürəklərdə yaşayır. Onlar qədirbilən xalqımız tərəfindən daim yad edilir, unudulmur. Milli
qəhrəmanlarımızın adları əbədiləşdirilmiş, oxuduqları məktəblərə, yaşadığı küçələrə onların adları
verilmişdir. Qəhrəmanların büstləri, heykəlləri məktəblərdə, küçə və meydançalarda qoyulmuş, keçdiyi
döyüş yoluna həsr edilmiş muzeylər, küçələr yaradılmışdır.
Torpaq uğrunda şəhid olmuş igidlərin keçdiyi döyüş yolunun əyaniləşdirilməsi, məktəblilərin
gözü önündə bir daha canlandırılması, onlarda vətənə, anaya məhəbbət hissi oyadır, bədən tərbiyəsi və
idmana marağı qat – qat artırır. Şagirdlərdə Vətənin müdafiəsi üçün ilk hərbi hisslər və hərəkət vərdişləri
kiçik məktəb yaşlarından təşəkkül tapmağa başlayır. Onlar hərbi mövzularla əlaqədar yazılmış kitabları
oxumağa, kinofilmlərə tamaşa etməyə böyük maraq göstərir və öz hərəkətlərində Həzi Aslanov, Mehdi
Hüseynzadə, Əli Dadaşov, Aleksandr Matrosov və b. qəhrəmanlar kimi cəsur döyüşçü, çevik və möhkəm
iradəli adamlar olmağa çalışırlar. Bütün bu keyfiyyətlərin uşaqlara aşılanmasında fiziki tərbiyə
məşğələləri mühüm rol oynayır. Bütün bunlar ölkənin müdafiəsi və işğal olunmuş Yuxarı Qarabağın və 7
rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın) azad olunmasına hazırlıq işinin
daha da gücləndirilməsinə zəmin yaradır.

81
Б.П.Йесинов, Н.К.Гончаров. Педагоэика. Бакы, Азярняшр, 1950-ъи ил, сящ 128.
82

Е.Ф.Аъалов. Азярбайъанда бядян тярбийяси вя идманын инкишафы тарихи.1985-ъи ил, сящ.59-60.

52
Tam əminik ki, Azərbaycan xalqı və onun milli iftixarı olan Silahlı Qüvvələrin bütün heyəti
bütövlükdə torpaqlarımızın geri qaytarılmasına, milli himnimizin mahiyyəti və ruhunda başlayaraq,
böyük şərəf və şücaətlə zəfərlər qazanacaqdır.
Xalqımızın iradəsi və milli ruhu himnimizdə aşağıdakı kimi öz əksini tapmışdır:

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

Fiziki tərbiyə məktəblilərin zehnini inkişaf
etdirən vasitədir.
Şagirdlərin zehni inkişafına kömək edən mühüm vasitələrdən biri də bədən tərbiyəsidir. P.F.Lesqaft
demişdir: «… Zehni və fiziki inkişaf arasında sıx əlaqə vardır»
83
, yəni uşaq orqanizminin fiziki inkişafı
onun müvafiq olaraq əqli və s. psixi funksiyalarının formalaşmasını tələb edir.
Şagirdlər hərəkətləri yerinə yetirərkən düşünməli, yaranmış vəziyyəti tez duymalı və hiss
etməlidirlər. Həm də onlar çevik, sürətli, dəqiq olmalı, təşəbbüskarlıq və fəallıq göstərməlidirlər.
Böyük rus alimi V.V.Qorinevski göstərirdi ki, bədən tərbiyəsinin vəzifələrindən biri
gimnastikanın köməyi ilə mərkəzi sinir aparatının funksional inkişafına nail olmaqdan ibarətdir ki, bütün
sümük-əzələ sistemi beynin əmrlərini icra edərək, sadə və mürəkkəb hərəkətləri böyük dəqiqliklə, tələb
olunan qüvvə və sürətlə, ümumiyyətlə, arzu edilən mükəmməlliklə yerinə yetirsin.
Göründüyü kimi, bədən tərbiyəsi görmə, eşitmə kimi duyğu üzvlərinə, qavrayışa, diqqətə,
iradəyə və eləcə də təfəkkürə müsbət təsir göstərir, bilik, bacarıq və vərdişləri inkişaf etdirir. Hərəkətlərin
icrası şagirdlərin duyğu hissələrinin inkişafına səbə olur. Həm də, bu vaxt beyin tərəfindən qəbul olunmuş
müxtəlif hisslər onun fəallığının artmasına və iş qabiliyyətlərinin yaxşılaşmasına kömək edir.
Fizioloji
və psixoloji tədqiqatlar göstərir ki, xarici mühüt qıcıqlandırıcıları hissi-sinir uclarına nə
qədər qüvvətli təsir göstərirsə, beyin mərkəzlərində ona qarşı oyanmalar da bir o qədər güclü olur.

Bədən tərbiyəsi hərəkətləri də belə qıcıqlandırıcılardandır. Onunla müntəzəm məşğul olduqda
beyin qabığı mərkəzlərində həmişə oyanma baş verir. Bu da fikir fəallığına səbəb olur və xarici mühitdən
gələn müxtəlif təsirlərə uyğun cavab verə bilir. Məsələn, II sinifdə «Tək sıradan dairə düzəltmək»
mövzusunun tədrisinə əvvəlcə şagirdlər müəllimlə birlikdə, sonra isə müəllimin rəhbərliyi altında
müstəqil olaraq dairə düzəldirlər. Dairəni əmələ gətirmək

83
П.Ф.Лесгафт. Сечилмиш педагожи ясярляри, ъилд 1, 1951, сящ.287 (русъа)

53
üçün hər bir şagird müəllimin «Ardımca …marş. », «Sinif, dur!», «Sinif, dairə təşkil et!» və s.
komandalarının mənasını dərk etməli, verilən komandanı vaxtında eşitməli, düşünməli və yerinə
yetirməlidir. Bundan əlavə, şagirdlər dairənin düzgün olub-olmadığını, özünün və yoldaşlarının dairədə
necə durduqlarını görməlidirlər.
Deməli, bu hərəkətlərin öyrədilməsində görmə, eşitmə hissləri ilə yanaşı, qavrama, diqqət və
təsəvvür kimi əqli keyfiyyətlər də iştirak edir. Bu da şagirdlərin dairə haqqında yeni biliyə
yiyələnmələrinə səbəb olur və təfəkkürün inkişafına təsir edir. «Bir, iki saymaq», «Sıra nömrəsi ilə
saymaq», «Tək cərgədən iki cərgə olmaq», «Seyrəlmə» və s. hərəkətlərin də icra olunması uşaqların
təfəkkürünün inkişafına müsbət təsir edir.
Şagirdlərin zehni inkişafına müsbət təsir göstərən mühüm vasitələrdən biri də oyunlardır.
Oyunlar uşaqların həyatı dərk etmələrinə kömək edir. M.Qorkinin təbiri ilə desək, uşaq on yaşına qədər
əyləncələr tələb edir və onun tələbi bioloji cəhətdən qanunidir. O, oynamaq istəyir, bütün şeylərlə
oynayır, onu əhatə edən dünyanı, hər şeydən əvvəl və hər şeydən asan oyunda, oyunla dərk edir.
Bəzi oyunlar heyvan və quşların adlarını, onların fayda və zərərini şagirdlərə öyrədir. Onları
təbiətin nemətlərini sevmək və qoruyub saxlamaq ruhunda tərbiyə edir. Didaktik oyunların nəinki köhnə
biliklərin möhkəmləndirilməsində, hətta yeni biliklərin qazanılmasında da böyük rolu vardır. Hazırkı
məktəb proqramına müasir oyunlar daxil edilmişdir ki, bunlar da cisim və hadisələrlə, elm və texnikanın
yeni nailiyyətləri ilə məktəbliləri tanış edir, kainatın sirlərini açan, kosmik fəzanı fəth edən iradəli,
möhkəm və səbatlı adamları onlara sevdirir. Bu oyunlar müxtəlif biliklər verməklə bərabər, uşaqları
qəhrəmanlıq ruhunda tərbiyə edir.
I sinifdə keçilən «Kosmonavtlar» oyunu məhz belə məqsəd daşıyır.
Uşaqlar bu oyunda xəyalən planetlərə uçur, onlarda elm və texnikanın, habelə təbiətin sirrlərini
öyrənməyə maraq yaranır. Bundan başqa, kiçikyaşlı uşaqlar texniki adlar və göy cisimləri haqqında
müəyyən biliklərə yiyələnirlər. Bu da onların təfəkkür və təxəyyülünün inkişafına müsbət təsir göstərir.
Oyunların bir qismi mahnılarla müşayiət edilir, müsahibə xarakteri daşıyır, uşaqlar şer
əzbərləyir, mahnı oxuyurlar. Bu cür oyunlar uşaqlarda şən əhval-ruhiyyə yaradır, onları zehni
gərginlikdən azad edir. Bu da zehni fəaliyyət tələb edən dərs üçün zəmin yaradır. Müsahibə xarakterli
bəzi oyunlar uşaqlara ilin fəsillərinə dair sadə, elmi məlumatlar verməklə, onları həm də əməyə və əməli
həyata hazırlayır. Belə oyunlardan biri də «İki şaxta» oyunudur. Uşaqlar bu oyunda qışın şaxtalı, sərt və
soyuq olmasını, bədənə mənfi təsir göstərməsinə, xüsusən burnun qızarmasını və göyərməsini öyrənirlər.
Eyni zamanda, uşaqlara üzün səthindəki kiçik damarlarda qanın hərəkətinin çətinləşməsinə və ya
donmasına soyuğun təsir etməsi səbəbi və onunla mübarizə yolları da öyrədilir.
Uşaqlara bədən quruluşu, daxili üzvlərin vəzifəsi, onların iş qabiliyyətlərinin artırılması və
sağlamlığının möhkəmləndirilməsinə dair bəzi biliklər də mənimsədilir. Şagird təfəkkürünün inkişafına
və onların fiziki hazırlığının artmasına nişanalma, atıcılıq və məsafənin gözəyarı təyin edilməsi ilə
əlaqədar hərəkət və oyunların öyrədilməsi də müsbət təsir göstərir. Elə oyunlar da vardır ki, bunlar
uşaqların nitqini inkişaf etdirir, onlara say və hesab öyrədir, hazırcavablığa hazırlaşdırır.
Azərbaycan xalq oyunları haqqında məlumatların verilməsi bu baxımdan böyük əhəmiyyətə
malikdir.
Xalq oyunları uşaqların təfəkkürünü inkişaf etdirib onları düşündürür. Məsələn, «Darı-darı»,
«Tapmaca» və s. oyunları göstərmək olar.
«Tapmaca» oyununda uşaqlara bu cür sual-tapmaca verirlər:

Əzizinəm baş aşağı,
Bir yol gedir baş aşağı.
Bu gün bir meşə gördüm,
Kök yuxarı, baş aşağı.
(Saqqal)
İştirakçılar düşünüb tapmacanı tapırlar və oyun bu cür davam edir. İştirakçılar ədəbiyyat,
incəsənət, elm və müxtəlif hadisələr haqqında düşünür, yeni bilik və məlumatlar əldə edirlər.

54
Xalq oyunları nitq mədəniyyətini də inkişaf etdirir. Əksər xalq oyunları danışıq, şer xarakterli,
şer ahəngli, hətta bəziləri də mahnılardan ibarət olur. Məsələn, Azərbaysanda geniş yayılmış «Bənövşə»
belə oyunlardandır.
Bəzi xalq yanıltmaclarından da oyun kimi istifadə edilir:
«Bir talada yeddi ala səkil, təpəl, təkə çəpiş otlayır. O. hansı yeddi ala səkil, təpəl, təkə çəpiş idi
ki, bizim yeddi ala səkil, təpəl, təkə çəpişin yerini otlayırdı».
«Ocağı qığılcımlandırsam da qığılcımlanacaq, qığılcımlan-dırmasam da qığılcımlandıracaq».
«Axşama aş asmışam, bilməmişəm, qazanı boş asmışam» və s. kimi yanıltmacları nitq
qüsurunun düzəldilməsinə kömək edir.
Elə oyunlar da vardır ki, onlar müalicə əhəmiyyətinə malikdir. Belə oyunlar baş ağrısının, ürək
döyünməsinin qarşısını alır, müvazinət saxlamağı nizama salır. Məsələn, «Düz irəli», «Düz hədəfə» və s.
belə oyunlardandır.

Fiziki tərbiyənin mənəvi keyfiyyətlərə təsiri.

Comments are closed, but trackbacks and pingbacks are open.