Fiziki tərbiyə – Dərs 5. Fiziki tərbiyə dərsinin əsas hissəsi
Deputat “əyalət universitetləri”nə niyə minnətdarlıq etdi?
Pandemiya dövründə fiziki tərbiyə dərslərinin əhəmiyyəti
Bir neçə aydır ki, ölkədə karantin rejmi tətbiq olunur. Karantin rejimində insanlar sosial təcrid olunmaqla fiziki aktivlik səviyyəsi aşağı düşüb. Xüsusən uşaqlarda bu daha çox özünü göstərir. Bu sosial uzaqlaşdırma tədbirləri indiki dövrdə vacib olsa da, insan orqanizmi hələ də fiziki fəaliyyətə və bunun bir çox faydasına ehtiyac duyur. Hərəki aktivliyin olmaması və ya məhdudlaşdırlması orqanizmə mənfi təsir göstərir. İnsanlar hərəkət azlığı şəraitində yaşaya bilərlər. Lakin bu əzələlərin köklü dəyişilməsinə, sümüklərin möhkəmliyinin azalmasına, ürək-damar, tənnəfüs və digər sistemlərin funksional vəziyyətinin pozulmasına gətirib çıxara bilər. Məlumdur ki, uzun müddət yataq rejmi xəstəyə də pis təsir göstərir. Məhz buna görə də vəziyyəti imkan verdiyi elə ilk məqamlarda təcrübəli həkimlər xəstəyə ayağa qalxmaqa icazə verirlər. Fiziki aktivlik eyni zamanda insanın immunitetini də gücləndirən faktorlardandır.
Çoxumuz fiziki aktivlik və idmanın fiziki faydalarını bilirik, lakin fiziki cəhətdən aktiv olmağın beyin sağlamlığı və idrakına da müsbət təsir etdiyini unutmamalıyıq. Daha sürətli fiziki fəaliyyət eyni zamanda öyrənmə hazırlığına birbaşa təsir edən konsentrasiyanı və diqqəti artırır. İnsanlar fiziki olaraq aktiv olduqdan sonra suallara daha sürətli və daha dəqiq cavab verməyə meyllidirlər. Xüsusilə daha mürəkkəb düşüncə tələb olunduqda, fiziki fəaliyyətin beynin daha səmərəli və effektiv işləməsinə kömək etdiyi görünür.
Fiziki fəaliyyət psixoloji sağlamlıqla da möhkəm bağlıdır. Fiziki fəaliyyət bədənin istehsal etdiyi təbii kimyəvi maddələr olan endorfinləri və stresin tənzimlənməsində vacib zülal olan beyin mənşəli nörotrofik faktorunun (BDNF) yaranmasında əhəmiyyətli rola malikdir. Buna görə fiziki fəaliyyət depressiyanın və narahatlığın müalicəsində terapevtik rol oynayır. Fiziki fəaliyyətlə məşğul olmaq həm fiziki, həm də psixoloji sağlamlığımız üçün gündəlik həyatımızın bir hissəsi olmalıdır. Fiziki fəaliyyət müxtəlif faydaları ilə bütöv sağlamlıq və rifah üçün vacib bir ünsürdür.
Məktəblərin uzun müddət bağlanması uşaqların uzun müddət hərəkətsiz qalmasına gətirib çıxardı. Məktəbdə olarkən şagirdlər gün boyu hərəkət edir. Hər bir məktəbyaşlı uşaq və yeniyetmə gün ərzində ən azı 60 dəqiqə orta intensivlikli fiziki fəaliyyətlə məşğul olmalıdırlar. Lakin uzun müddətdir ki, uşaqlar evdə karantin şəraitindədir, bu fiziki aktivlikdən məhrumdur. Artıq yeni tədris ili başlamaq üzrədir. Yeni tədris ilində fiziki tərbiyə dərsləri böyük əhəmiyyətə malikdir. Burada fiziki tərbiyə müəllimlərinin üzərinə böyük yük düşür. Fiziki tərbiyə müəllimləri şagirdlərin hamsının dərsdə fəal iştirakını təmin etməli, dərs müddətində şagirdləri müxtəlif fiziki gərginliklə yükləməyi bacarmalı, dərsdə vaxtdan optimal istifadə etməlidir. Şagirdlərdə müxtəlif oyunlar vasitəsi ilə dərsə həvəs yaratmalıdılar. Şagirdlərin həftədə 2-3 dəfə məktəbə gələcəklərini nəzərə alaraq fiziki tərbiyə müəllimləri fiziki aktivliyi təbliğ edərək, şagirdlərin məktəbdən sonra da fiziki fəaliyyətlə məşğul olmasına nail olmalıdır. Bu zaman valideynlərlə aparılan təbliğat da böyük əhəmiyyətə malikdir.
İlkin Həsənov
Bakı şəhər Nəsimi rayon 211 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi
Fiziki tərbiyə – Dərs 5. “Fiziki tərbiyə dərsinin əsas hissəsi”
Əməyə hörmət olaraq, videonu bəyənə, öz şagirdləriniz və həmkarlarınızla paylaşa bilərsiniz ki, daha çox insanlar fayda əldə etmiş olsunlar.
________________________________
Çoxsaylı istəkləri nəzərə alaraq, qısa zamanda dərslərin kitab versiyası da çap ediləcək və arzusunda olanlar əldə edə biləcəkdir.Bunun üçün kanala abunə olaraq, kitab çap edildikdən sonra məlumatlı ola və kitabı əldə edə bilərsiniz.
Aydan
1 год назад
Murad Renat
1 год назад
Çox gözəl nitqiniz var çox yaxşıda videolar yığmısız bir tək bu fondakı musiqilər fikri yayındırır heç deyilsə musiqinin səsini az qoyardız
Xedice Elizade
1 год назад
Salam bes hazirlayoci hissede demisdiz umumi inkisaf hereketler yeris qacis tulanmalar teste duwse hansini goturek esas hisseni ya hazirlayici .
Murad Renat
1 год назад
Xaiş edirəm fondakı musiqinin səsini az qoyun fikri yayındırır
Nurlan Bedelov
2 года назад
Halal olsun cox rahat ve gozel nitqiniz var. Qulaq aslram. Davaml gelsin☝️
Kanan Zeynalov
2 года назад
arxa fonadi mahnin axdaranalr mahnin adi Enya – Only Time
Nəriman Müəllim
2 года назад
Yaxşı izahdi ardi olsa əla olar
Fiziki tərbiyə
2020-08-26 15:15:00
“Nə yaxşı ki, MİQ-dən məntiqi çıxardılar” – Fiziki tərbiyə fənni üzrə rekordçu xanım
14 avqustdan müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib. Yüksək nəticə göstərənlərdən biri fikizi tərbiyə müəllimiliyinə namizəd Talıbova Nurlana oldu. O, MİQ müsabiqəsinin test mərhələsində 52 bal toplayaraq vakant yer seçimində iştirak etmək hüququ əldə edib. Nurlana Talıbova imtahanla bağlı təssüratlarını AzEdu.az-la bölüşdü: Gənc müəllimi namizədi yaxından tanıyaq: “2004-2007-ci illərdə Şəki Pedaqoji Texniki Kollecinin “Fiziki tərbiyə və hərbi hazırlığı” fakültəsini bitirmişəm. Həyat yoldaşım hərbçi olduğu üçün müxtəlif bölgələrdə yaşamışıq və bu səbəbdən müəllimlik fəaliyyətinə başlaya bilmədim. Son 3 ildir ki, MİQ müsabiqəsinə qatılıram, lakin əvvəlki illərdə topladığım balla qane olmurdum.Nəhayət ki, bu il gözlədiyim nəticəni əldə edə bildim”. “Nəticəmə baxanda yaxşı ki, imtahandan məntiq çıxarılıb deyirəm” Nurlana xanım MİQ müsabiqəsində edilən yeniliklərə münasibətini bildirdi: “Kurikulum fənnindən sualların salınmağı çox yaxşı oldu. Səhvlərin yoxlanılması üçün verilən 10 dəqiqədən də yararlandım. Nəticəmə baxanda yaxşı ki, imtahandan məntiq çıxarılıb deyirəm. Məntiqdən yanılma ehtimalı daha çoxdur, lakin kurikulum nəzəriyyəni öyrənəndən sonra asan olur”. Nurlana Talıbova sualların çətinlik səviyyəsinin gözlənilən olduğunu bildirdi: “İxtisas fənnindən olan sualların 40%-i düşündürücü suallar idi. Belə olması da normal və gözlənilən idi. Bəzi suallar vardı ki, 2 variant arasında qalırdım, məhz səhvlərim də həmin testlərdə oldu. Yanvar ayından etibarən imtahan üçün hazırlaşıram. Kurikulum fənni üzrə son 1 ayda daha diqqətli çalışdım”. Gənc müəllim namizəd MİQ-ə hazırlaşan həmkarlarına bir neçə məsləhəti də oldu: “MİQ üçün hazırlaşan digər həmkarlarıma məsləhətim odur ki, dərs vəsaitlərini oxusunlar. Bu vəsaitlər bütün proqramı əhatə edir. Hazırlıq müəllimləri bəzən gərəksiz, həddən artıq informasiya ilə müdavimləri yükləyirlər. Belə olanda beyin yorulur və nəticə istənilən səviyyədə olmur”. “Müəllim dərsdə aktiv, maraqlı olarsa, şagirdlər də həmin dərs saatını səbrsizliklə gözləyirlər” Müəllim olaraq gələcək fəaliyyətində diqqət edəcəyi məqamları da açıqladı: “İdeal müəllim peşəsinə vurğun olmalıdır, şagirdləri sevməlidir. Fiziki tərbiyə fənnini hədsiz sevirəm və tədrisinin normal həyata keçməsi üçün var gücümlə çalışacağam. Fiziki tərbiyədən yayınan şagirdlər əsasən valideyn basqısından bunu edirlər ki, hazırlıqlara getsinlər. Mən bu cür halla qarşılaşsam, əsla icazə verməyəcəyəm. Əslində şagirdlər bu fənni sevirlər. Fənni sevdirmə əsasən müəllimdən asılıdır. Müəllim dərsdə aktiv, maraqlı olarsa, şagirdlər də həmin dərs saatını səbrsizliklə gözləyirlər”.
Firayə Allahverdiyeva
Bu bölməyə aid digər xəbərlər
Əvəzedici müəllimlər əmək fəaliyyətinə bu əsaslarla seçilir-İZAH
2021-12-26 11:12:00
Dünya ölkələrində SERTİFİKASİYA prosesi bu formada həyata keçirilir
2021-10-01 09:24:00
Müsahibə mərhələsinin nəticələri nə zaman açıqlanacaq? – Müəllimlərin diqqətinə
2020-12-29 15:04:00
1300 nəfərdən çox namizəd vakant yer tutmaq hüququ əldə edib
2020-09-25 12:36:00
“Müsahibədən də keçsəm, Mərdəkandakı məktəblərin birində dərsə başlayacağam” – MİQ-də yüksək bal toplayan namizəd
2020-09-02 15:17:00
“Nə yaxşı ki, MİQ-dən məntiqi çıxardılar” – Fiziki tərbiyə fənni üzrə rekordçu xanım
2020-08-26 15:15:00
MİQ müsabiqəsindən məntiqin çıxarılması nələri dəyişəcək? – “Suallar çətinləşməyəcək”
2020-01-22 13:48:05
Bilik əsas meyar olanda.
2019-07-19 12:15:00
Deputat “əyalət universitetləri”nə niyə minnətdarlıq etdi?
2019-07-18 17:13:44
“Ayın müəllimi”-də qalib olmaq üçün SON TARİX – Az qaldı.
Comments are closed, but trackbacks and pingbacks are open.