Press "Enter" to skip to content

Mummİllİ lİder Heydər Əlİyevİn anadan olmasının 100-cü İldönümünə həsr olunmuş Gənc Tədqİqatçıların VII Beynəlxalq Elmİ Konfransı

28-29 Aprel 2023

Bakı Mühəndislik Universitetində Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı işə başlayıb

Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Daha sonra gənc tədqiqatçılar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib, hörmət və ehtiramlarını bildiriblər.

Konfransda çıxış edən universitetin rektoru, professor Havar Məmmədov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıb. Bildirilib ki, Ümummilli Lider gənclərin geniş dünyagörüşlü, dərin biliyə sahib olmalarına böyük önəm verirdi. Hələ sovet dövründə Azərbaycan gənclərini ittifaqın qabaqcıl universitetlərində təhsil almaları üçün göndərirdi. Hazırda Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Rektor Bakı Mühəndislik Universitetinin ev sahibliyi etdiyi Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransına yerli tədqiqatçılarla yanaşı Türkiyə, ABŞ, Almaniya və İngiltərə kimi onlarla xarici ölkədən 1320 materialın qəbul olunduğunu, bunlardan 700-nün konfransın tələblərinə uyğun olaraq seçildiyini və iki dildə nəşr edildiyini diqqətə çatdırıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, Bakı Mühəndislik Universiteti Azərbaycanın ən güclü ali məktəblərindən biridir. BMU-nun gənc tədqiqatçıları və tələbələri beynəlxalq müsabiqələrdə həmişə uğur qazanır və Azərbaycanı layiqincə təmsil edirlər. Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı da təşkilatçılıq və coğrafiya baxımından ölkəmizdə keçirilən yüksək səviyyəli konfranslardan biridir.

Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov konfransın işinə uğurlar arzulayaraq, Ulu Öndərin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında yerli gənc tədqiqatçılar xarici həmkarları ilə elmi fikir mübadiləsi aparacaqlar. Bu isə gənc alimlərin və ölkələrin elminin inkişafına xidmət edir. BMU-nun Azərbaycanın qabaqcıl universitetlərindən biri olduğunu vurğulayan rektor deyib ki, beynəlxalq konfrans öz təşkilatçılıq və qəbul olunmuş elmi materialları ilə bunu bir daha sübut edir.

Biznes sektoru adından konfransın işinə uğurlar arzulayan “Veysəloğlu” şirkətlər qrupunun biznesin inkişafına dəstək üzrə baş direktoru İlqar Nuri BMU ilə əlaqələrin yüksək səviyyədə qurulduğunu qeyd edib. Bildirib ki, təmsil etdiyi şirkət BMU-nun məzunlarını işlə təmin etməkdə həmişə maraqlıdır.

Konfrans daha sonra plenar iclaslarla işini davam etdirib.

Ümummİllİ lİder Heydər Əlİyevİn anadan olmasının
100-cü İldönümünə həsr olunmuş
Gənc Tədqİqatçıların VII Beynəlxalq Elmİ
Konfransı

28-29 Aprel 2023 tarixlərində əyani formada keçiriləcək “Gənc Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransı”-nın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaqdır.

Konfransın elmi istiqamətləri. “Gənc Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransı”-nın əsas elmi istiqamətləri aşağıdakılardır:

  • Mühəndislik elmləri
  • Xarici ticarət və Gömrük xidməti
  • Memarlıq və inşaat elmləri
  • Təbiət elmləri
  • İqtisadiyyat elmləri
  • Filologiya elmləri
  • Pedaqogika
  • Hüquq
  • Tarix və Sosiologiya

Məkan

Bakı Mühəndislik Universiteti, Xırdalan/Azərbaycan

Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Sabunçu/Azərbaycan

Tarix

28-29 Aprel 2023

Forma

Əyani və online video konfrans

Universitetlərə qəbul üzrə orta ballar açıqlandı – SİYAHI

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
2017-2018-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı abituriyentlərin topladığı orta ballar açıqlanıb.

“Report”un məlumatına görə, Təhsil Nazirliyinin illik hesabatında universitetlərin orta balları yer alıb.

1. Bakı Ali Neft Məktəbi 678,4

2. Azərbaycan Tibbi Universiteti 603,1

3. Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 595,4

4. Dövlət Gömrük Komitəsinin Akademiyası 576,9

5. ADA Universiteti 532,9

6 .Azərbaycan Dillər Universiteti 457,5

7. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 430,1

8. Milli Aviasiya Akademiyası 427,2

9. Bakı Dövlət Universiteti (BDU) 421,2

10. Azərbaycan Dövlət İqtisad Universiteti 412,2

11. Bakı Mühəndislik Universiteti 409,4

12. Azərbaycan Dövlət Pedaqoji Universiteti 392,1

13. Naxçıvan Dövlət Universiteti 389,1

14. Turizm və Menecment Universiteti 381,9

15. Xəzər Universiteti 366,2

16. Bakı Slavyan Universiteti 363,8

17. Gəncə Dövlət Universiteti 334,2

18. Mədəniyyət və İncəsənət Universiteti 331,8

19. Mingəçevir Dövlət Universiteti 307,7

20. Memarlıq və İnşaat Universiteti 307,5

21. Azerbaycan Texniki Universiteti 305,8

22. Sumqayıt Dövlət Universiteti 300,6

23. Naxçıvan Müəllimlər Universiteti 295,8

24. Lənkəran Dövlət Universiteti 280,4

25. Azərbaycan Dövlət Aqrar Universiteti 266,8

26. Əmək və Sosial Münasibətlər Akademiyası 262,2

27. Bakı Qızlar Universiteti 253,1

28. Naxçıvan Universiteti 251,9

29. Qərbi Kaspi Universiteti 249,8

30. Azərbaycan Universiteti 249,1

31. Bakı Avrasiya Universiteti 242,1

32. Azərbaycan Texnologiya Universiteti 232,8

33. Bakı Biznes Universiteti 231,4

34. Odlar Yurdu Universiteti 231,3

35. Azərbaycan Kooperasiya Universiteti 214

Comments are closed, but trackbacks and pingbacks are open.