Vyanada vəfat etmiş Azərbaycan səfiri Fuad İsmayılovla vida mərasimi keçirilib – FOTO
Konsert proqramının ikinci hissəsində isə tanınmış caz pianoçusu Elçin Şirinovun rəhbərlik etdiyi caz kvarteti çıxış edib. Gənc tarzən Arslan Növrəsli ilə Azərbaycan muğamları, xalq və bəstəkar mahnıları üzərindən caz improvizasiyaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
วีดีโอ
Canim ATAMMMM VE ANAMM ALLAH SİZİ DAIM XOSBEXT ETSIN ❤️ Kederli gununuz hec vaxt olmasinnn❤️❤️❤️❤️❤️❤️Daim Gülesizzz☺️☺️☺️☺️❤️ ALLAH’im TANRI’M SİZİ BASIMIZDAN ESKIK ETMESIN ILAHI AMINNNNN❤️Daim Yanimizda OLUN❤️❤️Xowbaxtciligimizi GÖRESİZ neve netice Kotukce GÖRESİZ❤️❤️ İNŞALLAH İNŞALLAH İNŞALLAH TANRIM SİZİ QORUSUN ƏZİZ ATAMVƏ ANAM❤️❤️❤️YAZDİĞİM BU SÖZLER BUTUN SEVDİKLERİME AİDDİR BASDA ATAM ANAM VE QARDASİM OLMAQLA ALLAH AİLEMİZİ VE SEVDİKLERİMİZİ QORUSUN ALLAHDAN MÖHKEMMMM UZUUUUUUUUUUNNNNNN . CAN SAĞLİĞİ ARZUYİRAM AİLEMEEEEEEEEEEEEEEE VE SEVDİKLERİMEEEE❤️ALLAH CAN SAĞLİĞİ VERSİN❤️
Resul Ahmedov 2 ปีที่แล้ว
Uşağlıqdan beri her bir repini dinleyırem helede dinleyirem 2020< Qaraqan. Bakini mende başa duşmurem)
Vyanada vəfat etmiş Azərbaycan səfiri Fuad İsmayılovla vida mərasimi keçirilib – FOTO
APA-nın məlumatına görə, saat 12.00-da başlanan vida mərasiminə mərhumun qohumları, diplomatik korpusun təmsilçiləri, hökumət rəsmiləri qatılıblar. Səfirlə vida mərasiminə gələnlər arasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Nadir Hüseynov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, digər hökumət təmsilçiləri, millət vəkilləri, ziyalılar da olub. Vida mərasiminə gələnlər mərhumun valideynləri, xanımı, uşaqları və digər yaxınlarına başsağlığı veriblər.
“Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov çox təcrübəli diplomat idi”. Bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib. O, Fuad İsmayılovun vəfatını Azərbaycan diplomatiyası üçün böyük itki adlandırıb.
Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov da Fuad İsmayılovun vəfatını diplomatiyamız üçün böyük itki adlandırıb: “Onun haqqında keçmiş zamanda danışmaq çox çətindir. Biz Fuad İsmayılovla uzun müddət bir yerdə işləmişik, o bizim həmkarımız və əsl vətənpərvər insan idi. Fuad həm də son dərəcə peşəkar diplomat idi. O ölkəmizin maraqlarını Avropada, Vyanada, həmçinin ATƏT kimi nüfuzlu bir beynəlxalq təşkilatda təmsil edirdi. Fuad İsmayılov Vyanadakı diplomatik korpusda böyük nüfuza malik şəxs idi. Allah rəhmət eləsin!”
Xatırladaq ki, Fuad İsmayılov 1968-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin məzunudur. “Assa-İradə” Azərbaycan Müstəqil İnformasiya Agentliyində əmək fəaliyyətinə başlayıb. 1992-1995-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsində, 1998-2005-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci il martın 7-də Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Səmərəli fəaliyyətinə görə 2009-cu ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı ilə təltif olunub. Azərbaycanın Avstriya da fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyanadakı bölməsində, ATƏT, BMSİT, AEBA və NSTQOMT yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi, eyni zamanda, Sloveniya və Slovakiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri idi. Fuad İsmayılov uzun sürən xəstəlikdən sonra fevralın 23-də Vyanada vəfat edib.
Vyanada mərhum səfir Fuad İsmayılovun xatirəsi anılıb VİDEO
Azərbaycanın Avstriyada səfiri işləmiş mərhum Fuad İsmayılovun 50 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində xatirə tədbiri keçirilib.
Azərbaycanın Avstriyadakı səfirliyinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Avstriya hökumətinin və Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın bir sıra Avropa ölkələrindəki səfirləri, F.İsmayılovun ailə üzvləri və yaxınları, eləcə də Avstriyada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Tədbiri açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova səfir Fuad İsmayılovun Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin inkişafına böyük töhfə verdiyini bildirib. Qeyd edilib ki, mərhum səfir bir sıra sahələrlə yanaşı, hər iki ölkə arasında humanitar və mədəni sahələrdə əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayıb. F.İsmayılovun qarşıya qoyduğu və üzərində yorulmadan çalışdığı məqsədlərdən biri – Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin təsis edilməsi, təəssüf ki, onun vəfatından sonra gerçəkləşdi.
L.Qasımova Azərbaycan Mədəniyyət Mərkəzi və F.İsmayılovun ailəsi adından tədbirə qatılan çoxsaylı qonaqlara Azərbaycan diplomatının xatirəsinə göstərilən ehtirama görə təşəkkür edib.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında Fuad İsmayılovun xatirələrdə peşəkar diplomat, səmimi dost və parlaq şəxsiyyət kimi qaldığını bildirib. Mərhum diplomatın həyat və peşə yoluna nəzər salan Q.İsmayılov onun Azərbaycanın diplomatik xidmətində göstərdiyi fəaliyyətdən bəhs edib. Qeyd edilib ki, dünyanın bir çox ölkələri kimi, Azərbaycan üçün də Vyana ən mürəkkəb diplomatik məntəqələrdən biridir. Burada bir çox ikitərəfli və çoxtərəfli funksiyalarla yanaşı, ATƏT-in, BMT-nin Vyana bölməsi və digər mühüm beynəlxalq təşkilatların qərargahları yerləşir. Məhz belə şəhərdə 2005-ci ildən vəfat etdiyi 2011-ci ilədək səfir vəzifəsində çalışan Fuad İsmayılov öz nümunəvi və peşəkar fəaliyyəti ilə Azərbaycanın maraqlarını yüksək səviyyədə təmsil edib. 2010-cu ildə Avstriyanın Azərbaycanda səfirliyinin açılması da onun diplomatik uğurları sırasındadır.
Avstriya Ali Məhkəməsinin keçmiş prezidenti Yohann Reşut çıxışında Fuad İsmayılovu ölkəsinin maraqları uğrunda yorulmadan çalışan, diplomatiya elminin bütün incəliklərinə bələd olan, ünsiyyətcil, tərəf müqabilini rahatlıqla öz mövqeyi ilə razılaşdırmağı bacaran mükəmməl bir diplomat, əsl vətənpərvər kimi xarakterizə edib. O, Fuad İsmayılov kimi yüksək fərdi keyfiyyətlərə malik, insani və peşəkar mükəmməlliyin zirvəsində dayanan bir şəxslə həm işgüzar, həm də dostluq münasibətlərində olduğundan fəxr etdiyini vurğulayıb. Cəmi 43 yaşında həyatdan köçən Fuad İsmayılovun vəfatının onun üçün də qəbuledilməz acı fakt olduğunu diqqətə çatdıran Y.Reşut qısa, lakin mənalı ömür yaşamış diplomatın xatirəsinin qəlblərdə daim yaşayacağını qeyd edib.
Çıxışlardan sonra tədqiqatçı, jurnalist və sənədli filmlər müəllifi Fuad Axundovun ərsəyə gətirdiyi və Fuad İsmayılova həsr olunan sənədli film nümayiş etdirilib.
Sonra Azərbaycan incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli (fortepiano) və İtaliyanın Milan şəhərindəki “La Scala” Akademiyasının solisti Azər Rzazadə (tenor) italyan və Azərbaycan bəstəkarlarının klassik əsərlərindən ibarət proqramla çıxış ediblər.
Konsert proqramının ikinci hissəsində isə tanınmış caz pianoçusu Elçin Şirinovun rəhbərlik etdiyi caz kvarteti çıxış edib. Gənc tarzən Arslan Növrəsli ilə Azərbaycan muğamları, xalq və bəstəkar mahnıları üzərindən caz improvizasiyaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Comments are closed, but trackbacks and pingbacks are open.