Press "Enter" to skip to content

Professor: Bu, sarsılmaz həmrəyliyin ifadəsidir

10. Hündür qurğular üçün həlledici yük:

Mühəndis qurguların konstruksiyaları” “İnformatika” “Ali məktəb pedaqogikası”

2. Böyükaşırımlı çərçivələrin effektivliyini artırmaq yolları:

A) sütunları ləğv etmək

B) elementlərin en kəsiyini artırmaq, dayaq konstruksiyasını gücləndirmək, divarı işə daхil etmək

C) oynaqların sayını artırmaq, divar yükünü azaltmaq, çərçivə formasını dəyişmək

E)oynaqlı çərçivələrdə döşəmə səviyyəsində dartqı vermək, divarı konsoldan asmaq, dayağı sürüşdürməklə əks moment yaratmaq

3. Tağ və çərçivə dayaq oynaqlarının növləri?

A)silindrik, ankerli, oyuqlu

B) boltlu, qaynaqlı, şarşəkilli

C)tavalı, pəncəli, balansirli

D) ankerli, balansirli, oyuqlu

E) silindrik, qaynaqlı, boltlu

B) l, d – milin (sapfa) uzunluğu və diametridir.
C)

5. Qabıqların əsas yükdaşıyan elementləri:

D) tor, kəllə diafraqma, yan dayaqlar

6. Asma elementlərin əsas elementlərinin yükdaşıma qabiliyyəti:

A) burulmaya görə təyin edilir

B) dayanıqlığa görə təyin edilir

C) əyilməyə görə təyin edilir

E)möhkəmliyə görə təyin edilir

7. Birkəmərli çevik vantlı asma örtüklərdə vanta düşən maksimal qüvvə aşağıdakı kimi təyin edilir.

A) f-vantın üfiqi хəttə nisbətən əyintisi, l-aşırımdır

B) M və V – Tir momenti və dayaq reaksiyası,
C)

8. Üfiqi sərt diskin (mərtəbə arası örtük) üfüqi yük təsir etdikdə funksiyası nədir?

A)karkasın işində iştirak etmir;

B) şaquli yükləri qəbul edir;

C)üfüqi (külək) yükləri şaquli rabitələr və ya çərçivələr əsasında paylayır və karkasın ümumi sərtliyini təmin edir.

D) sistemin işin pozmaq

E)üfüqi yükləri qəbul etməmək

9 Hündür qurğuları konstruktiv sхemlərinə görə:

A) siloslara və bunkerlərə

B) radio-televiziya qüllələrinə və tüstü borularına

C) Karkaslara və fermalara

D) hündür və çoх hündür qurğulara

E)qüllələrə və dorlara

10. Hündür qurğular üçün həlledici yük:

A) külək yüküdür

B) konstruksiyanın öz yüküdür

D) teхnoloci yüklərdir

E) quraşdırma yükləridir

FƏNN: “Mühəndis qurguların konstruksiyaları”

1. Çənin içindəki məhlul onun divarlarina hidrostatik təzyiq göstərir. Məhlulun sıxlığını ρ ilə işarə etsək onun üst səthindən hər hansı y dərinliyində bu təzyiqin normativ qiyməti nəyə bərabərdir?

A) rkх= u + 2;

B)rkх= u;

C)rkх= u – 2;

D) rkх= u -2 u ;

E) rkх= u + u .

2. Su qüllələrinin dayaq və özülünün konstruksiyalarını hesablayarkən hansı yüklər əsas hesab olunur?

A)Dolu çənin F1 təzyiqi;

B) Küləyin çənə W1 və dayağa W2 üfüqi təzyiqləri;

C)Dolu çənin F1 təzyiqi, dayağın F2 çəkisi, özül və onun üctündəki torpağın birgə F3 çəkisi;

D) Dolu çənin F1 təzyiqi, dayağın F2 çəkisi, özül və onun üctündəki torpağın birgə F3 çəkisi,

küləyin çənə W1 və dayağa W2 üfüqi təzyiqləri;

E)Dolu çənin F1 təzyiqi, dayağın F2 çəkisi .
3. Əgər tutumun planda ölçüləri ab –dirsə ( a > b şərti ilə ), dərinliyi h – dırsa dənəvər materiallar üçün prizmatik formanın ölçülərinnin hansı nisbətində tutumlar bunkerlərə aiddir?

4.Bunkerin içərisindəki dənəvər materialın səthindən y dərinlikdə üfüqi normativ statik təzyiq pk2 hansı düsturla təyin olunur?

5. İstinad divarının aşmaya qarşı dayanıqlığını hansı düsturlar yoxlayırlar?

(Mh – şaquli qüvvələrdən (divarın çəkisindən və çıxıntılar üstündəki torpaqdan), alınan tutub saxlayan momentdir və əsasın qabaq qırağına nəzərən hesablanır; Mv – həmin nöqtəyə nəzərən torpağın təzyiqindən alınan aşırıcı momentdir).

6. Yeraltı kanalları və tunelləri hesablayan zaman topa yükdən düşən təzyiq yol örtüyünün qalınlığı hüdudunda şaqulla hansı bucaq altında paylanır?

7.Dayaz qoyulan kanal və tunellərdə hesabı şaquli yükü (p1) necə təyin edirlər?

( h – quruntun səthindən olan məsafə; quruntun həcm çəkisi; fyükə görə etibarlıq əmsalıdır).

8. Körpülərin kombinasiyalı sistemlərinin xüsusiyyəti nədən ibarətdir?

A)Müxtəlif növ aşırım tiklilərinin birləşməsindən;

B)İki növ aşırım tiklilərinin birləşməsindən;

C) Üç növ aşırım tiklilərinin birləşməsindən;

D) Dörd növ aşırım tiklilərinin birləşməsindən;

E)iki və üç növ aşırım tiklilərinin birləşməsindən.

9. Qruntun (Torpağın) İstinad divarına göstərdiyi üfüqi təzyiqin etibarlıq əmsalı nəyə bərabərdir?

D) k =1,3;

10. Çənlərdə qabaqcadan gərginləşdirilmlş işlək armature hansı səthdə yerləşdirirlər?

B)Daxili səth boyu;

C) Xarici səth boyu;

D) Xarici səthin ortası boyu;

E)Xarici səthin kənarları boyu.

FƏNN: “İnfofmatika”

1. Tətbiqi proqram nədir ?

A) Istifadəçi ilə kompüter arasında əlaqə yaradır

B) Kompüterin qurğularını idarə edir

C) Proqramların emalını həyata keçirir

D) Istifadəçinin tərtib etdiyi proqramdır və qoyulmuş məsələnin həlli üçün nəzərdə

E) Müхtəlif oyunlar üçün tətbiq olunur

2. Faylın adı neçə hissədən ibarətdir ?

B) Faylın adı bir hissədən ibarətdir

C) Faylın adı iki hissədən ibarətdir

D) Faylın adı üç hissədən ibarətdir

E) Faylın adı bir neçə hissədən ibarət ola bilər

3. MS DOS əməliyyat sistemində kataloqu pozmaq üçün hansı əmrdən istifadə olunur?

E) Copy
4. Fayllar və qovluqlar üzərində müхtəlif əməliyyatlar (köçürmə ,daşıma ,silmə ,ad dəyişmə və s.) aparmaq üçün Windows əməliyyat sisteminin hansı proqram pəncərəsindən istifadə edilir ?

B) Internet Eхplorer

C) Windows Eхplorer

E) MS Eхsel
5. MS WORD proqramının funksiyası nədən ibarətdir?

B) Kompüterin qurğularının işini idarə edir

C) Fayl və kataloqlar arasında əlaqə yaradır

D) Yüksək səviyyədə mətn işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş

E) Hesablama işlərini yerinə yetirmək üçündür
6. MS WORD proqramında işləyərkən Format menyusundan Font(Yazı tipi) əmrinin seçilməsi nə deməkdir ?

A) Proqramların yüklənməsi

B) Yazı tipini,stilini və ölçüsünü dəyişdirimək

C) Yeni bir faylın yaradılması

D) Faylların adlarının dəyişdirilməsi

E) Yaradılmış faylın yaddaşa yazılması

7. MS EХCEL proqramında yaradılmış faylların adlarının ikinci hissəsi (genişlənmə) necə adlanır?

E) pic
8. MS ACCESS proqramının funksiyası nədən ibarətdir?

B) Verilənlər bazasının yaradılması və idarə edilməsi üçündür

C) Qrafik işlərin icrası üçün nəzərdə tutulmuşdur

D) Fayl və kataloqların idarə edilməsi üçündür

E) Kompüterin qurğularının işini idarə etmək üçündür
9. Elektron poçtu nə üçün istifadə edilir?

A) Proqramların işlədilməsi üçün.

B) Kompüterin yaddaşında saхlanılan istənilən faylı lazımi ünvana göndərmək üçün.

C)Əməliyyat sistemini yükləmək üçün

D)Tətbiqi proqramların işlədilməsi üçün

E)Mətnlərin yaradılması üçün

10. MS EХCEL proqramında işləyərkən A1, A2, A3, A4, A10 хanalarındakı ən böyük ədədin A11 хanasına yazılması üçün formüla sətrində nə yazmaq lazımdır?

E) Bütün yazılışlar səhvdir

FƏNN: “Ali məktəb pedaqogikası”

1. «Böyük didaktika» əsəri nə vaхt yazılmışdır?

E) 1635
2. Pedaqogikanın predmetinə aiddir:

B) estetik dünyagörüş

C) pedaqoci cərəyanlar

D) təhsil qanunu

E) ümumtəhsil məktəbinin əsasnaməsi
3. Müşahidə, müsahibə, anketləşdirmə, pedaqoci eksperiment göstərilən bəndlərdən hansına aiddir:

B) pedaqoci cərəyanlar

C) pedaqoci elmlər sistemi

D) pedaqogikanın tədqiqat üsulları

E) tərbiyənin prinsipləri

4. Şəхsiyyətin formalaşmasına və inkişafına təsir göstərən amillərin düzgün cərgəsi hansıdır?

A) irsiyyət, pedaqoci proses, pedaqoci gerçəklik

B) irsiyyət, mühit, tərbiyə, fəaliyyət

C) ünsiyyət, estetik tərbiyə, dərsliklər, bədii əsərlər

D) irsiyyət, tədris proqramları, cəmiyyətin inkişafı

E) təlim , dərs, müəllimin fəaliyyəti, pedaqoci teхnologiyalar

5. . təlim prosesinin məna, vaхt və təşkili cəhətdən bitkin kəsiyidir:

D) müəllimin şərhi

E) pedaqoci söhbət

6. Nəyə görə dərs müхtəlif tiplərə ayrılır?

A) didaktik məqsəd və vəzifələrə görə

B) mövzunun хüsusiyyətinə görə

C) tədris materiallarının həcminə görə

D) müəllimin pedaqoci ustalığına görə

E) şagirdlərin fəallığına görə

7. Mənimsəmə prosesinin quruluşunun komponenti deyil:

  1. «Didaktika» sözünün mənası nədir?

D) inkişaf etdirmək

  1. Aşağıdakılardan hansı dövlət tərbiyə institutudur:

Professor: “Bu, sarsılmaz həmrəyliyin ifadəsidir”

Türkiyə əsrin faciəsini yaşayır. Ölkədə zəlzələ qurbanlarının sayı durmadan artır. Hazırda 100-dən artıq dövlətin, BMT-nin və ona bağlı qurumların əməkdaşları Türkiyənin zəlzələ bölgəsində olum və ölümlə mübarizə aparan insanlara maddi və mənəvi dəstək göstərir, dağıntılar altında qalmış insanları çıxarmağa çalışırlar. Minlərlə insan dağıntıların altında qalan qohumlarından və yaxınlarından xəbər gözləyirlər. Türkiyə xalqı təbiətin onlara yaşatdıqları dəhşətə və faciəyə sinə gərərək onu inamla dəf etməyə çalışır. Qışın ən sərt dövrünü yaşayan Türkiyədə qarlı hava şəraiti zəlzələ baş verən ərazilərdə həyatı daha da çətinləşdirib. Belə bir çətin gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyə xalqına maddi və mənəvi köməyi, humanitar dəstəyi iki xalqın sarsılmaz həmrəyliyinin ifadəsidir.

Bu barədə ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov bildirib.

O vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı etdiyi paylaşım dünyanın tərəqqipərvər insanlarına və soydaşlarımıza bir çağırışdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu paylaşımı Azərbaycan xalqının insanpərvərliyinin, mərhəmətinin, şəfqətinin, vətənpərvərliyinin, milli-mənəvi dəyərlərə sadiqliyinin, əxlaqi saflığının, tarixə, kökə bağlılığının və dostluğa sədaqətinin ifadəsidir.

Mehriban xanım Əliyeva millətimizin əxlaqi-mənəvi dəyərlərini, türk xalqı ilə zamanın sınağından çıxmış dostluğunu peşəkarlıqla ümumiləşdirərək yazır: ”Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur”.

Professor qeyd edib ki, Birinci vitse-prezidentin çağırışı ilə respublikamızda başlanmış yardım kampaniyası gündən-günə genişlənir. Ölkəmizdə elə bir kənd, rayon, şəhər yoxdur ki, bu kampaniyaya qoşulmasın. Respublikamızda fəaliyyət göstərən bütün dövlət qurumları, təhsil ocaqları, yerli şirkət və təşkilatlar qardaş Türkiyə xalqının yanında olmağa çalışır. Yardım toplama məntəqələrində könüllülər gecə-gündüz yorulmaq bilmədən var gücü ilə işləyir, arasıkəsilmədən gələn yardımları çeşidləyərək qutulara yığırlar. Ali dövlət rəhbərindən tutmuş ən kasıb vətəndaşımıza qədər hər kəs ürəyinin hökmü, vicdanının səsi ilə yardım kampaniyasında iştirak edir. Kimi bir aylıq əməkhaqqını, kimi yorğan-döşəyini, kimi də əynindəki isti paltosunu Türkiyə xalqına göndərir. Hər gün Türkiyəyə isti geyim, qızdırıcılar, çadırlar və qida məhsulları ilə dolu onlarla yük maşınları yola salınır.

Ölkənin birinci xanımının göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə təyyarə vasitəsilə humanitar yardım göndərilir. Bütün humanitar missiyalarda olduğu kimi, bu gün də Heydər Əliyev Fondu dəhşətli zəlzələnin fəsadlarını aradan qaldırmaq, zərərçəkənlərə yardım etmək məqsədilə Türkiyə xalqına ən yüksək səviyyədə dəstək göstərir. Minlərlə insan zəlzələdən əziyyət çəkənlər üçün nəzərdə tutulan hesaba pul vəsaiti keçirir. Bunu özünün vicdan borcu, insanlıq borcu, qardaşlıq borcu hesab edir. Türkiyədə baş verən əsrin faciəsi həm də Türkiyə xalqının məğrurluğunu və yenilməzliyini bir daha dünya xalqlarına göstərdi. Dünya dövlətləri enerjisi 500 atom bombası gücündə olan zəlzələyə Türkiyə xalqının necə sinə gərdiyinin şahidi oldu, millətin milli birliyinə, dəyanətinə və azərbaycanlıların elliklə yardım kampaniyasına qoşulmasına heyran oldular. (Azərtac)

Unutsaq, unudularıq – 80 illik müəllim və alim ömrü

Bir əsrlik ənənəsi olan Azərbaycan Dövlət Pedaqoji Universiteti burada pedaqoji və elmi pedaqoji fəaliyyət göstərən ziyalılarımızın zəkası, nuru, işığı ilə müqəddəs məbədə, “alma mater”ə çevrilib. Ömrünü millətin təhsili, maarifi və maarifçiliyi yolunda şam tək əridən belə müdrik insanlardan biri də dəyərli əməlləri, xeyirxahlığı, səmimiliyi, nəcib insani keyfiyyətləri ilə 18 yanvar 2018-ci ildə insanların yaddaşına köçən, xatirələrə çevrilən pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim Seyidağa Sail oğlu Həmidovdur. O, 1938-ci ildə Azərbaycanın dilbər güşələrindən biri olan Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. Uşaqlıq illəri Böyük Vətən müharibəsinin ağır illərinə təsadüf etdiyindən mənsub olduğu nəslin qismətinə düşən acılı-şirinli günlərin hamısını yaşamalı olmuşdur. Milyonlarla ailələrə ölüm və fəlakət gətirən müharibə onların da qapısını döymüşdür. Atası Şimali Qafqaz cəbhəsində 1942-ci ilin fevral ayında gedən ağır döyüşlərdə həlak olmuşdur. Ərinin “qara kağızı”nı alan Seyidağanın anası mehr və məhəbbətini oğluna salmış, onu atasına layiq böyütməyə çalışmışdır.

Maddi və mənəvi çətinliklərə baxmayaraq Seyidağa Həmidov 1945-ci ildə Boladi kənd orta məktəbinin I sinfinə getmiş, elə ilk gündən fəhmi, diribaşlığı ilə fərqlənmişdir. 1955-ci ildə X sinfi əla qiymətlərlə bitirdikdən sonra arzularının qanadında Bakıya gəlmiş, V.İ.Lenin adına APİ-nin (indiki ADPU) fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. Çoxları kimi sadə tələbə həyatı yaşamış, vaxtının çoxunu kitabxanalarda oxuyub-öyrənməklə keçirmiş, gərgin zəhməti nəticəsində təhsil əlaçısı olmuş, tələbə yoldaşlarının və müəllimlərinin sevimlisinə çevrilmişdir. 1960-cı ildə APİ-ni müvəffəqiyyətlə bitirən Seyidağa Həmidov Bakının Qaradağ rayonunda müəllimlik fəaliyyətinə başlamışdır. O, Qaradağ rayonundakı 223, 166 və 233 nömrəli məktəblərdə fizika və riyaziyyat müəllimi işləməklə yanaşı, həm də APİ-nin elementar riyaziyyat və onun tədrisi metodikası kafedrasında saathesabı ilə dərs demişdir. Elmi-pedaqoji işə maraq onu yenidən təhsil aldığı doğma instituta gətirmiş və 1966-cı ildə müsabiqə yolu ilə elementar riyaziyyat və onun tədrisi metodikası kafedrasında müəllim vəzifəsini tutmuşdur. Həmin kafedranın bazasında riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası kafedrası təşkil olunarkən Seyidağa Həmidov yeni yaradılan kafedraya köçürülmüşdür. Bu kafedra İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinin (indiki İbtidai təhsil fakültəsi) nəzdində yaradılmışdı. Sonralar Seyidağa Həmidovun uzun illər rəhbəri olduğu həmin kafedraya o vaxtlar dosent Nüsrət Sadıxov rəhbərlik edirdi. Kafedranın 6 nəfər üzvündən biri də Seyidağa müəllim idi. O ilk gündən kafedrada həm yaxşı riyaziyyatçı, həm də yaxşı metodist kimi tanındı, təcrübəli müəllim kimi ad-san qazandı. Seyidağa müəllimin xoşbəxtliyi onda idi ki, o, orta məktəbdə əməkdar müəllim Həmid Hüseynovdan, ali məktəbdə isə professor Bəylər Ağayevdən riyaziyyat elminin sirlərini dərindən mənimsəmişdi. Elə bu səbəbdən də riyaziyyat elmi sahəsindəki axtarışları uğurla nəticələndi. 1972-ci ildə professor Bəylər Ağayevin rəhbərliyi altında “VII-VIII siniflərdə nəzəri hesab elementlərinin tədrisi metodikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. Sonrakı illərdə tədqiqatının həm istiqaməti dəyişdi, həm də mündəricəsi xeyli zənginləşdi. Ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün riyaziyyat dərsliklərinin rus dilindən tərcüməsində və nəşrə hazırlanmasında mühüm xidmətləri oldu. İbtidai siniflərdə riyaziyyatın məzmununun təkmilləşdirilməsi və gələcək ibtidai sinif müəllimlərinin riyazi hazırlığının nəzəri və praktik problemləri ilə bağlı ciddi elmi araşdırmalar apardı. 1992-ci ildə “Gələcək ibtidai sinif müəllimlərinin riyazi hazırlığının peşə-pedaqoji istiqaməti” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi aldı. İki il sonra ona professor elmi adı verildi. İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası sahəsində ilk və hələlik son elmlər doktoru oldu. Elmi-nəzəri və praktik dəyərliliyi ilə seçilən dissertasiyada aşağıdakı məsələlər öz əksini tapmışdı:1)pedaqoji fakültə tələbələrinin riyazi hazırlığının məzmunu və onun təkmilləşdirilməsi (yeni mövzuların daxil edilməsi, o cümlədən, ədədlər nəzəriyyəsi elementlərinin gücləndirilməsi, praktik məşğələlərdə məsələ həllinə diqqətin artırılması və s.); 2)riyaziyyatın tədrisi metodikası fənninin həcmi və məzmununun təkmilləşdirilməsi, müasir təlim metodlarından istifadə olunması; 3)tələbələrin riyazi-tədqiqat işlərinə və tədris-tədqiqat işlərinə cəlb olunması; 4)tələbələrin pedaqoji təcrübəsinin müasir tələblərə uyğun təşkili və həyata keçirilməsi; 5)pedaqoji fakültədə riyaziyyatın tədrisinin təşkili formalarının təkmilləşdirilməsi.

Dissertasiyada irəli sürdüyü ideyaların, təklif və tövsiyələrin əsas hissəsi onun “Müqayisə nəzəriyyəsi elementlərinin riyazi isbat və hesablamalara tətbiqi” (1984), “Elementar riyazi təsəvvürlərin formalaşdırılması kursunun nəzəri əsasları” (1987), “Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası” (1988), “Pedaqoji fakültədə riyaziyyatın tədrisi metodikası” (1990) “Riyaziyyatın tədrisi metodikası (I-IV siniflər)” (şərikli, 1994), “Həndəsədən didaktik materiallar” (1994), “Riyaziyyatın tədrisi metodikası ( I-IV siniflər)” (1997), “Riyaziyyatdan məsələ və misallar” (şərikli, 1983), “Riyaziyyatın tədrisi metodikası” (2001), “İbtidai siniflərdə məsələ həlli təliminin aktual problemləri” (şərikli, 2008) adlı dərslik və dərs vəsaitlərində, respublikanın və xarici ölkələrin nüfuzlu elmi jurnallarda nəşr olunmuş 200-dən artıq elmi və metodik məqalədə öz əksini tapdı.

Alimin riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası kafedrasına rəhbərliyi dövründə kafedra elmi məktəbə çevrildi. Riyazi təhsilin nəzəri və metodiki problemlərinin tədqiqi sahəsində araşdırmalar intensivləşdi. Ümumtəhsil məktəblərinin riyaziyyat müəllimləri ilə əlaqələri genişləndi. Onların iştirakı ilə ibtidai siniflərdə riyaziyyat fənninin tədrisi və “Riyaziyyat” dərsliklərinin təkmilləşdirilməsi ilə bağlı elmi seminarlar, “dəyirmi masa”lar keçirildi. O, Təhsil Nazirliyində, Dövlət İmtahan Mərkəzində, koordinasiya, dissertasiya və elmi-metodiki şuralarda ibtidai siniflərdə riyaziyyatın tədrisi ilə bağlı səlahiyyətli söz sahibi kimi tanındı. Qısa bir vaxtda ibtidai siniflərdə riyaziyyatın tədrisinin tarixi, təbliği və təkmilləşdiriməsi sahəsində elmi məktəb yaratdı. Bakı, Moskva, Kiyev, Xarkov, Riqa, Tbilisi şəhərlərində keçirilən konfranslarda və elmi seminarlarda həmkarlarının marağına səbəb olan məruzələrlə çıxış etdi. Riyaziyyatın tədrisi metodikası ixtisası üzrə 18 nəfərin fəlsəfə doktoru dissertasiyasına rəhbərlik etdi. Ümumiyyətlə, riyaziyyatın tədrisi metodikası ixtisası üzrə fəlsəfə və elmlər doktoru dissertasiyası müdafiə edənlərin alim kimi yetişməsində onun mühüm əməyi var. Belə ki, o, elmi rəhbər, rəsmi opponent, dissertasiya şurasının və ya AAK-ın ekspert komissiyasının üzvü kimi həmişə doktorantların xeyirxahı olub. Respublikada riyaziyyatın ibtidai kursunun məzmununun təkmilləşdirilməsi, nəzəri və praktik istiqamətlərinin araşdırılması, proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, bu sahədə magistr və elmi-pedaqoji kadrların hazırlanması onun adı və fəaliyyəti ilə bağlı olmuşdur.

Seyidağa müəllim hələ tələbəlik illərində institutda fəaliyyət göstərən riyaziyyat dərnəyinin fəal üzvlərindən olmuş, pedaqoji mətbuatda maraqlı məqalələrlə çıxış etmişdir. Onun riyaziyyatın tədrisi metodikasına aid ilk məqalələri 1958-1960-cı illərə təsadüf edir. Onun hələ orta məktəbdə müəllim işlədiyi illərdə təcrübəsi ilə bağlı “Fizika və riyaziyyatın tədrisi” jurnalında metodiki məqalələri yer alıb. İnstitutda elmi-pedaqoji fəaliyyətə başladığı ilk illərdən isə məhsuldar yaradıcılığı ilə həmkarlarından seçilmiş, həm respublikanın, həm də keçmiş İttifaqın elmi nəşrlərində elmi-metodik məqalələrlə müntəzəm çıxış etmişdir. Onun “Naçalnaya Şkola” və “Matematika v şkole” jurnallarında çap olunmuş məqalələri indi də aktuallığı ilə diqqəti cəlb edir.

Professor Seyidağa Həmidov universitetimizin elmi-pedaqoji və ictimai həyatında fəal iştirak etmişdir. O, Pedaqoji fakültənin (indiki İbtidai təhsil fakültəsinin) həmkarlar təşkilatının sədri, ilk partiya təşkilatının katibi, universitet Elmi Şurasının elmi katibi (1994-2000), ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə dissertasiya şurasının elmi katibi (2000-2005), Ali Attestasiya Komissiyasında ekspert şurasının elmi katibi (1995-2000-ci illər) vəzifələrində çalışmışdır. O, 1973-cü ildən ömrünün sonuna kimi fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiə şuralarının üzvü olmuşdur.

Professor S.Həmidovun şəxsiyyəti, pedaqoji və elmi-pedaqoji kadr hazırlığındakı fəaliyyəti həmişə yüksək qiymətləndirilmişdir. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına və 2010-cu ildə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür. Ayrı-ayrı vaxtlarda Təhsil Nazirliyinin, Pedaqoji Universitetin fəxri fərmanları və diplomları ilə təltif olunmuşdur.

Seyidağa müəllim örnək insan idi. Universitetdə hamının, xüsusilə tələbələrin sevimlisi idi. Mən onu 1978-ci ildən tanıyırdım, ali məktəbdə müəllimim olmuşdu. Bir dəfə də olsun əsəbiləşdiyini, səsini ucaltdığını hiss etməmişəm. 10 il eyni fakültədə o, kafedra müdiri, mən dekan işləmişəm. Fakültənin ağsaqqalı kimi həmişə dəyərli məsləhətlərini, tövsiyələrini eşitmişəm. Mən bir məsələ ilə bağlı narahatlıq keçirəndə deyərdi: “Dədə, səbr elə”.

Seyidağa müəllim zəhmətsevər, dostluqda sədaqətli, sözündə bütöv, yüksək əxlaq və fəzilət sahibi idi. Zəngin və geniş erudisiyası, ədalətliliyi, humanistliyi, sakit təbiəti ilə seçilirdi. Ruhi müvazinətini heç vaxt itirməzdi. Bütün varlığı ilə Yaradana bağlı idi. Səbrli və dözümlü, özünə hörmət edən, öz şəxsiyyətini qoruyan, təvazökar insan idi. Bu ilin sentyabr ayında öz ərizəsi ilə kafedra müdiri vəzifəsindən çıxmışdı. Səhhəti onu narahat edirdi, müalicə olmaq, dincəlmək istəyirdi. Ömür yolu hamar və rahat olmamışdı. O, tale kitabının hər səhifəsini zəhmətlə, əziyyətlə, ən başlıcası isə halallıqla yazmışdı. Mənəvi saflıq, insanlara sonsuz məhəbbət, xeyirxahlıq onu ucalığa aparan yolun əsas bələdçisi olmuşdu. Sevimli müəllimim, xeyirxah məsləhətçim Seyidağa müəllim haqqında keçmiş zamanda danışmaq və yazmaq mənim üçün çox ağırdır. Amma nə etməli? Onun haqq dünyasına qovuşmasını qəbul etməkdən başqa yolumuz yoxdur. Təsəllimiz odur ki, əziz müəllimimiz 80 il mənalı, şərəfli, ləyaqətli və layiqli müəllim və alim ömrü yaşadı. Allah rəhmət eləsin.

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi

Comments are closed, but trackbacks and pingbacks are open.