Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin əsas üsulları
FÖVQƏLADƏ HADİSƏLƏRİN QARŞISININ ALINMASI─fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldalmasına,belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması,ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir.
ПРЕЗЕНТАЦИЯ по ГО
Şirvan regional FH və MM şöbəsinin MM kursları təqdım edir:
II,V və VI sinif rəhbərləri üçün
MÜLKİ MÜDAFİƏ TƏLİMİ KURSLARI
ПРЕЗЕНТАЦИЯ по ГО
M Ö V Z U : “SÜLH VƏ MÜHARİBƏ
“SÜLH VƏ MÜHARİBƏ DÖVRLƏRİNDƏ MÜLKİ MÜDAFİƏNİN VƏZİFƏLƏRİ VƏ TƏŞKİLİ”
Mülki müdafıənin əsas anlayışları:
Mülki müdafıənin əsas anlayışları:
Mülki müdafiə–dinc dövrdə və ya müharibə döv- ründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mülki müdafiə sistemi–mülki müdafiənin vəzifələ rinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələ- rin,xüsusi fondların,rabitə,xəbərdarlıq və informa- siya təminatı sistemlərinin məcmusudur.
ПРЕЗЕНТАЦИЯ по ГО
Fövqəladə hadisə” anlayışı: FÖVQƏLADƏ
“Fövqəladə hadisə” anlayışı:
FÖVQƏLADƏ HADİSƏ─insan təlləfatına,insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar,qəza,təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
FÖVQƏLADƏ HADİSƏLƏRİN QARŞISININ
FÖVQƏLADƏ HADİSƏLƏRİN QARŞISININ ALINMASI─fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldalmasına,belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması,ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir.
FÖVQƏLADƏ HADİSƏLƏRİN VƏ ONLARIN
FÖVQƏLADƏ HADİSƏLƏRİN VƏ ONLARIN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI─insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına,ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.
MM-in təşkiledilmə prinsipləri ƏRAZİ
MM-in təşkiledilmə prinsipləri
FƏRQLİ VƏ KOMPLEKS YANAŞMA PRİNSİPİ
KÜTLƏVİLİK VƏ MƏCBURİLİK PRİNSİPİ
QARŞILIQLİ ƏLAQƏ PRİNSİPİ
DƏRHAL XƏBƏRDARLIQ PRİNSİPİ
DAİMİ HAZIRLIQ PRİNSİPİ
MM-in təşkili prisipləri: g 1
MM-in təşkili prisipləri:
1.ƏRAZİ PRİNSİPİ:MM tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi;
2.FƏRQLİ VƏ KOMPLEKS YANAŞMA PRİNSİPİ: Azərbaycan Respublikasında MM tədbirlərinin
ayrı-ayrı bölgələrin , şəhərlərin , istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndırılmiş şəkildə həyata keçirilməsi;
3.KÜTLƏVİLİK VƏ MƏCBURİLİK PRİNSİPİ: MM tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması;
DAİMİ HAZIRLIQ PRİNSİPİ: Azərbaycan
4.DAİMİ HAZIRLIQ PRİNSİPİ:Azərbaycan Res- publikasının MM sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması;
5.DƏRHAL XƏBƏRDARLIQ PRİNSİPİ : baş verə biləcək və ya baş vermiş hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verilməsi;
6.QARŞILIQLI ƏLAQƏ PRİNSİPİ :MM-in təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və MM qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi.
FH zamanı əhalinin mühafizəsinin əsas üsulları
FH zamanı əhalinin mühafizəsinin əsas üsulları
FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİNDƏN İSTİFADƏ ETMƏK
TƏHLÜKƏLİ RAYONLARDAN TƏHLÜKƏSİZ ZONAYA KÖÇÜRÜLMƏ
MÜHAFİZƏ
QURĞULARINDA
DALDALANMAQ
MM-in məqsədləri Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması
Fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması
Fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
FHN-nin MM üzrə əsas vəzifələri: 1
FHN-nin MM üzrə əsas vəzifələri:
1.Fövqəladə halların təsirindən əhalinin və təsərrüfat
obyektlərinin mühafizə edilməsi;
2.Fövqəladə hadisələr zamanı insanların sağlamlığına təhlükə
yaranması barədə və belə şəraitdə davranış qaydaları
haqqında əhalinin xəbərdar edilməsi;
3.Fövqəladə halların nəticələri aradan qaldırılarkən, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi;
4.Rəhbər heyətin, MM idarəetmə orqanları və qüvvələrinin FH-da mühafizəyə və fəaliyyətə hazırlanması, həmçinin müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;
5.Fövqəladə hallar zamanı təsərrüfat sahələrinin ,müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəl- dilmiş,tədbirlərin,xüsusən də MM-in mühəndis-texniki tədbirləri- nin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
MM sahəsində Azərbaycan vətəndaşlarının vəzifələri 1
MM sahəsində Azərbaycan vətəndaşlarının vəzifələri
1.Mülki müdafiə sahəsində Azərbaycan Respubllikası qanunvericiliyinin tələblərinə əməl etmək;
2.Fərdi və kollektiv müdafiə vasitələrdən istifadə etməyi bacarmaq;
3.Fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək;
4.Fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək;
5.İlk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq;
6.Mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək;
7.Baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək;
8.Mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.
OBYEKTİN MÜHAFİZƏSİNİN TƏŞKİLİ
OBYEKTİN MÜHAFİZƏSİNİN TƏŞKİLİ SXEMİ(VARİANT)
OBYEKTİN RƏHBƏRİ
(MM rəhbəri)
Obyektin MM qərargahı
MM rəhbərinin müavinləri
Mühəndis-texniki hissə üzrə
Maddi-texniki təchizat üzrə
Ümumi məqsədli dəstələr
Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin əsas üsulları
Bakı Mühəndislik Universitetində (BMU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda təlim keçirilib.
“Unikal” xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMU-nun Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Mikayıl Zeynalov nəzəri və praktiki hissədən ibarət olan təlimin mahiyyəti, mövzunun aktuallığı və mülki müdafiə üzrə maarifləndirmənin vacibliyindən danışıb.
FHN Sumqayıt Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkivnik-leytenant Emil Əliyev təmsil etdiyi qurum ilə BMU arasında razılaşdırılmış tədbirlər planına əsasən gerçəkləşdirilən silsilə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. Şöbə rəisi bildirib ki, bu qəbildən olan təlimlər BMU əməkdaşlarının fövqəladə hallar zamanı düzgün davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması məqsədi daşıyır.
FHN Sumqayıt Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, kapitan Hafiz Sadıqov mülki müdafiə anlayışı, təşkil edilmə prinsipləri və bu sahə üzrə qanunvericilik aktları ilə bağlı ətraflı məlumat verib. Mülki müdafiə işinin təşkilinin dövlətin prioritetləri sırasında yer aldığını deyən rəis müavini mülki müdafiə tədbirlərinin ölkəmizin bütün ərazisində təşkil olunduğunu diqqətə çatdırıb.
Maarifləndirici videoçarxın nümayişindən sonra FHN Sumqayıt Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti Tural Vəlizadə fərdi mühafizə vasitələri, kəşfiyyat və dozimetrik nəzarət cihazları, xilasetmə texnikası və avadanlıqarı barədə zəruri informasiyaları təqdim edib.
Sonra təlim universitetin həyətində praktiki hissə ilə davam edib. FHN-nin adıçəkilən mərkəzinin Xilasetmə Növbəsinin baş çavuşu Əlmas Abbasov və baş xilasedicisi, gizir Elçin Məhəmmədkərimov fövqəladə hallar zamanı istifadə olunan cihaz və alətləri nümayiş etdirərək, onların təyinatı və istifadə qaydalarına aydınlıq gətiriblər.
Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin əsas üsulları
Mingəçevir Dövlət Universitetində (MDU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda maarifləndirici seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, seminarda universitetin tələbələri və magistrantları iştirak ediblər.
Əsas məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə hallar zamanı müvafiq davranış və təhlükəsizlik qaydaları barədə tələbələrin məlumatlandırılması olub.
Seminarda çıxış edən MDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Ariz Abbasov fövqəladə hallarda təhlükəsizlik qaydalarını bilməyin vacibliyini qeyd edib, seminarın əhəmiyyətini vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.
Sonra FHN-in Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi, mayor Elşən Bəşirov “Fövqəladə Hallar Nazirliyinin və Nazirliyin Aran Regional Mərkəzinin fəaliyyəti”, Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, kapitan Vüqar İbrahimli “Təbii və texnogen mənşəli fövqəladə hallar”, Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenant Xəqani Əliyev “Fövqəladə hal nədir? Fövqəladə hallar zamanı davranış qaydaları” və MDU-nun müəllimi İlham Məmmədov “Mina təhlükəsizliyi” mövzusunda çıxış ediblər.
Məruzələr ətrafında aparılan müzakirələrdən sonra seminarın praktiki hissəsi Mingəçevir SES-in sığınacağında davam etdirilib.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin fövqəladə hallarda mülki müdafiə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.
Comments are closed, but trackbacks and pingbacks are open.